Ətraflı axtarış
Baxanların
6988
İnternetə qoyma tarixi: 2011/02/15
Sualın xülasəsi
Vəliyyi- fəqih mələklərdən üstündürmü?
Sual
İmamXumeyni (rh)- nin islami hökumət kitabında, islam hökumətinin rəhbərini hətta Allahın mələklərindən üstün bilməsi doğrudurmu?
Qısa cavab

Qeybət əsrində vilayət- fəqih Peyğəmbər (s) və imamlar (ə)- ın vilayətinin davamıdır.

Başqa sözlə, vilayəti- fəqih, Peyğəmbər (s) və imamların (ə) vilayətindən götürülüb. O həmin ixtiyarla islam hökumətini təşkil edib və onu idarə etməyə məmur olubdur.

Digər bir tərəfdən, İmam Xumeyninin nəzərinə əsasən Peyğəmbər (s) və imamlar (ə) xüsusi və uca mənəvi kamal və məqamlara görə, təkvini vilayətləri də varlarıdır. Ona görə də, onların mənəvi məqamları varlıq aləminin bütün varlıqlarından hətta mələklərdən də üstündür. Biz ki, deyirik vilayəti- fəqih Peyğəmbər (s) və imamların vilayətidir, bu söz vəliyyi- fəqihin Peyğəmbər (s) və imamlar (ə)- ın məqamı ilə eyni olması fikrinə səbəb olmasın.

Əgər vəliyyi- fəqihin də təşrii vilayətindən əlavə, uca insani və mənəvi kəlamları olsa bir növ təkvini vilayəti də olacaq və mələklərdən üstün məqamı olan kamil insanlardan olacaq.

Ətreaflı cavab

İslam hakimi və vəliyyi- fəqihih mələklərdən üstün olması məsələsinə məşğul olmamışdan qabaq, vilayəti- fəqihin tərif- mövqe, ixtiyar və dəlillərinə nəzər salmaq zəruri nəzərə çarpır:

İslam nəzərindən hakimiyyət haqqı tənha Allaha məxsusdur: " ان الحکم الا لله " Hakimiyyət yalnız Allaha məxsusdur." [1] Həmin məzmun digər ayələrdə də gözə çarpır.

Hökmün burada geniş mənası var ki, hökumət və hakimliyə də şamil olur. [2] Yaranış aləminin hamısının Allahın məxluqu olmasını qəbul etsək! Onda onun həqiqi maliki olmasını, hər şeydən və hər kəsdən qabaq varlıq aləminə mütləq hakimiyyətin ona məxsus olmasını qəbul etməliyik.

Buna əsasən, hakimiyyətlərin ona çatması və onun əmrilə baş verməsi lazımdır. Hər kəs onun izn və əmri olmadan hökumət kürsüsünə əyləşsə, təcavüzkar və qəsbkardır. Ona görə də ilahi Peyğəmbərlər və sonuncu Peyğəmbər (s), onun tərəfindən əsl hakimdirlər. sonuncu Peyğəmbər (s)- dən sonra da, vasitəsiz ya vasitə ilə onun tərəfindən bu məqama təyin olunan şəxslərin hökumət etmək haqqı var. həmin düşüncəyə əsasən həzrəti Məhdinin (ə. c.) qeybəti dövranında da, onun tərəfindən xüsusi formada yaxud ümumi formada bu məsuliyyət üçün təyin olunan şəxslərin hökumət etmək haqqı var. [3] Buna əsasən, şiənin nəzərində vilayəti- fəqih qeybət dövranında, məsum imamların (ə) vilayətinin davamıdır. Necə ki, onların vilayəti də Peyğəmbərin (s) vilayətinin davamıdır. Bunun nəticəsi bu məsələyə etiqadlı olmaqdır ki, islam cəmiyyətinin başında və onun idarəçilik məqamında, islam tanıyan bir nəfər olmalıdır. Əgər məsum diri olsa, o özü və əgər o olmasa, fəqihlər bu məsuliyyəti öhdələrinə alacaqlar. [4]

Yaxşı bir nəticəyə yetişmək üçün, bilməliyik ki, insanlara ya digərlərinin işinə hakimiyyət etmək mənasında olan vilayət, təkvini və təşrii vilayətə bölünür.

Təkvini vilayət, varlıq aləminin və təbiət sisteminə dəxalət etmək qüdrəti mənasındadır. Təşrii vilayət, hökm və əmrlər vermək və qanun düzəltməyə qadir olmaqdır ki, hidayət zamanı Allahın əmrlərini bəyan etməkdən əlavə, hökumət və ictimai əmrlərdə itaətin vacibliyinə səbəb olur.

Peyğəmbər (s)- in və ya Peyğəmbərlərin çoxunun və həmçinin imamların (ə), təkvini vilayətin bir dərəcəsinə malikdirlər ki, ondan istifadə etmək möcüzə adlanır. Vücudun mərtəbələrinin ucalması və onun təkamülü ilə uyğundur. Təşrii vilayətin də müxtəlif dərəcələri var. Onun ən kamil dərəcəsi, Allahın pak zatına məxsusdur. Necə ki, təkvini vilayətdə də belə bir halət sabit və qəti idi. Təşrii vilayətin aşağı dərəcələri, bəzi Peyğəmbərlər, islam Peyğəmbəri (s), imamlar və qeybət zamanında ədalətli, hadisələrdən xəbərdar, dövrünün problemlərini bilən və onu həll etməyə qadir olan fəqih üçün sabit və aydındır. [5]

Vəliyyi- əmrin və islam hakiminin məqamının mələklərdən üstün olması barəsində İmam Xumeyninin (rh) nəzəri belədir"... İmamın (ə) mənəvi dərəcələri də vardır ki, hökumət vəzifələrindən başqadır.

O, ilahinin ümumi hökumətidir ki, bəzən imamlar (ə) ona işarə ediblər. Təkvini bir xilafətdir ki, onun səbəbindən zərrələrin hamısı vəliyyi- əmrin qarşısında hazırdırlar. Bizim məzhəbin zərurilərindəndir ki, heç kəs hətta Allaha ən yaxın olan mələklər və mursəl Peyğəmbərlər İmamlar (ə)- ın mənəvi məqamlarına yetişməz..." [6]

Amma burada bizim mövzumuz təşrii vilayətdir. Şiənin etiqadlarından biri budur ki, vilayəti- fəqih Peyğəmbər (s) və imamlar (ə)- ın vilayəti sırasındadır. Necə ki, Quran buyurur: " النبی اولی بالمؤمنین من انفسهم " Peyğəmbər möminlərə nisbət, onların özündən daha layiqdir. [7]

Yəni Peyğəmbərin (s) iradə və istəyi, hər bir insanın iradə və istəyindən qabaqdır. İmamlar (ə)- ın da bu məsələdə Peyğəmbər (s) kimi, mütləq vilayətləri var. Vilayəti- fəqihin də hökumət və siyasətə aid olan bütün işlərdə, Peyğəmbər (s) və imamlar (ə) kimi, ixtiyar və vilayəti var. Necə ki, imam Xumeyni (rh) vəliyyi- fəqihin ixtiyarları barəsində belə buyurur: "Peyğəmbərin (s) hökumət ixtiyarının Əli (ə)- dan daha çox ya Əli (ə)- ın hökumət ixtiyarlarının fəqihdən daha çox olması düşüncəsi, batil və səhvdir. Əlbəttə Peyğəmbər (s)- in fəzilətləri bütün aləmdən çoxdur. O həzrətdən sonra həzrət Əli (ə)- in fəzilətləri hamıdan daha çoxdur. Amma mənəvi fəzilətlərin çoxluğu, hökumət ixtiyarlarını çoxaltmır..." [8]

Bu məsələnin davamında İmam Xumeyni (rh) vəliyyi- fəqihin məqamının məsumlarla (ə) bərabər olması fikrinin qarşısını almaq üçün belə deyir:

"Peyğəmbərin (s) imamların (ə) məsum imamın qeybətindən sonra, ədalətli fəqihin vilayəti var deməyimiz, bəzilərində fəqihlərin Peyğəmbər və imamların məqamı ilə eyni olması, fikrinin yaranmasına səbəb olmalıdır. Çünki burada məqamdan söhbət getmir, əksinə vəzifədən söhbət gedir. Vilayət yəni hökumət, ölkənin idarəsi və şəriət qanunlarının icrası, ağır və mühüm bir vəzifədir.

Bu insan üçün qeyri adi məqam gətirmir və onu adi insan həddindən yuxarıya aparmır..." [9]

İslam hakiminin rəhbərliyin iki əsas şərtini daşımasına yəni elm və əməl, möminlərə rəhbərlik etmək və dini hökuməti öhdəsinə almaq üçün seçilməsi mümkündür. Bu zaman imam Xumeyninin nəzərinə əsasən: Vilayəti- fəqih Peyğəmbər (s)- in vilayətinin davamı olduğuna görə, ona itaət etmək hamıya vacibdir. [10]

Amma bu vəliyyi- fəqihin məqamının Peyğəmbər (s) və imam (ə) kimi mələklərdən üstün olmasına səbəb deyil. Lakin vəliyyi- fəqih və islam hakimi də, xalis bəndəçilik və batinini saflaşdırmaqla mənəvi və insani kamallara səbəb olub və kamil insanlardan biri olsun. Və Quranın bu arqumentinə əsasən: İnsan yaranış aləminin varlıqlarının hamısından daha dəyərli, yer üzündə Allahın xəlifəsi, səma mələklərinin səcdə etdiyi və bütün göylər və yer ona tabedirlər. [11] Bir tərəfdən insan əgər istəsə özünün vücudunda olan istedad və şəraitlərdən istifadə etməklə mələklərdən irəli keçib və ixlas, yaxşı seçim və əməl ilə, öz məqamını onlardan da uca yerə qaldıra bilər. Digər bir tərəfdən, elə bir məqama əl tapa bilər ki, mələklərdən irəli keçib və elə bir yerə yetişə bilər ki, göylərin daşıya bilmədiyi əmanət yükünü, daşısın." [12]

Başqa sözlə: İnsanda elə bir gövhər var ki, onu varlıq aləminin ən yaxşı məxluqu edib. Ona görə də, mələklərin səcdəgahı olubdur. [13] Bu gövhər Allahın xəlifəsi olmaq istedadıdır. İnsan bu istedadı çiçəkləndirməklə, elə bir yerə yol tapa bilər ki, ilahi mələklər ora yol tapa bilmirlər.

Əhməd o uca məqamlı açdı

Cəbrail həmişəlik heyran qaldı.

Çünki, Əhməd Sidr və mərsədindən keçdi,

Və Cəbrailin məqamı və həddindən,

Dedi ona mənimlə birgə uç,

Dedi, xeyir- xeyir, mən sənin hərifin deyiləm.

Ona yenidən dedi, gəl ey qanadı yanıq,

Mən hələ ən uca məqamıma yetişməmişəm.

Dedi: Ey xoş əmr əgər bu həddi keçsən.

Əgər qanad çalsam qanadın yanar,

Heyrət, heyrət dalınca gəlir bu əhvalatlardan. [14]

Mən səndən aşağı olduğuma görə, bihuş olaram.

İnsanda olan bu istedadın ortaya çıxması və çiçəklənməsi şəraiti, islam əmrlərinə əməl etmək, əxlaqı [15] fəzilətləri əldə etmək və bu əmanəti qorumaqla mümkündür. Necə ki, nəfsin istəklərinə tabe olmaqla heyvandan da daha aşağı ola bilər. [16] Burada demək olar ki, o insan ki, bu əmanət onda zay olmayıb və onu ən yaxşı formada inkişaf etdirib, uca dərəcəyə malik mələklərdən (o mələklər ki, ilahi ərşi daşıyır, bəşərin əməllərinə nəzarət edir və ilahi vəhyi çatdırırlar və sair...) [17] üstündürlər. [18] Vəliyyi- fəqih və islam hakimi də bu məsələdə istisna olunmayıb.

Xatırlatma:

Bu barədə daha çox mütaliə etmək üçün aşağıdakı kitablara baxın:

  1. Vilayəti fəqih (islami- hökumət), İmam Xumeyni, İmam Xumeyninin əsərlərini çap və nizamlama müəssisəsi.

  2. Vilayət və diyanət, Hadəvi Tehrani, Məhdi, Qumun ağıl evi nəşriyyatı.

  3. Pəyami Quran, Məkarim Şirazi, səhifə 10.

  4. Vilayəti fəqih barəsində olan iradlara cavablar, Şirazi, Əli.

[1]   - Ənam surəsi, ayə 57, Yusif, surəsi, ayə 40- 67.

[2]   - Muin surəsi, ayə 400, bir cildli.

[3]   - Məkarim ,irazi, Pəyami Quran, cild 10, səhifə 53- 54.

[4]   - Hədəvi Tehrani, Məhdi, vilayət və diyanət, səhifə 63- 64.

[5]   - Şirazi, Əli, Vilayəti- fəqihə olan iradlara cavab, səhifə 9- 10.

[6]   - İmam Xumeyni, Vilayəti- fəqih (islami hökumət), çap doqquzuncu, səhifə 42- 43.

[7]   - Əhzab surəsi, ayə 6.

[8]   - İmam Xumeyni, Vilayəti- fəqih (islami hökumət), çap doqquzuncu, səhifə 42- 43.

[9]   - İmam Xumeyni, Vilayəti- fəqih (islami hökumət), çap doqquzuncu, səhifə 40.

[10]   - İmam Xumeyni, Vilayəti- fəqih (islami hökumət), çap doqquzuncu, səhifə 40.

[11]   - Bəqərə surəsinin 30- 34- cü ayələrinə və Loqman surəsinin 20- ci ayəsinə baxın.

[12]   - Xacə Hafiz Şirazinin şerlər divanına baxın.

[13]   - Göstərici: İnsanın digər varlıqlardan üstünlüyü, sual 711 (sayt: 751)

[14]   - Məsnəvi mənəvi (Mövlana).

[15]   - Məlumdur ki, Vəliyyi- fəqih ilahi əmr və təqvaya rəayət etmədikdə, rəhbərlik vəzifəsi öz- özünə ondan alınır. Göstərici: Vəliyyi- fəqihin şərtləri, sual 7335, (sayt: 7483)

[16]   - " اولئک کالانعام بل هم اضل... " Onlar dörd ayaqlı (heyvan) kimi, hətta onlardan da daha aşağıdırlar. Əraf surəsi, ayə 179.

[17]   - Bu ayələrə baxın: Nisa surəsi, ayə 172, Haqqə surəsi, ayə 17, Naziat surəsi, ayə 5. İntihar surəsi, ayə 10- 12, Nəhl surəsi, ayə 2.

[18]   - İskəndəri, Hüseyn, Həyat nişanələri, cild 4, səhifə 100.

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Təsadüfi suallar

  • Hər şəhərdə bir cümə namazı qılınmalıdırmı?
    6212 Nizamlar hüquq və əhkam 2011/06/21
    Hər bir şəhərdə bir cümə namazı ya daha çoxun qılınması barəsində, şəriət nəzərindən meyar iki cümə namazı arasındakı fasilədir. Təqlid mərcələri deyirlər: İki cümə namazı arasındakı ən az fasilə bir fərsəxdir.Əgər bir yerdə cümə namazı qılınırsa, onun bir fərsəxliyindən az bir fasilədə, digər bir cümə namazı qılınmamalıdır. ...
  • "Əl- mulqən" və "Əl- mutlə" adları kamiliyyə sifətlərindədir yoxsa camaliyə?
    5422 Qədim kəlam 2012/04/18
    Kəlam elmindəki məşhur terminə əsasən, Allah üçün bir sifət isbat edən, Allahın bütün sübut sifətləri, həm Allahın lütfünə şamil olan sifətlər, həm onun qəzəbinə şamil olan və... hamısı camal sifətlər sayılırlar. Bu cəhətdən onların arasında heç bir fərq yoxdur. O cümlədən, sualda olan mulqən və mutlə sifətləri ...
  • Həzrət Məhəmmədin (s) doqquz yaşlı həyat yoldaşı var idimi?
    6636 زندگی خصوصی 2019/06/12
    İslam Peyğəmbərinin həyatına, onun ailələrinin xüsusiyyəti və Peyğəmbərin (s) onlarla olan rəftarına nəzər saldıqda, bunun şahidi oluruq ki, əgər Peyğəmbər (s) bir neçə ailə həyatı qurmuşdur, hikmət üzündəndir ki, biz onlardan bəzilərinə işarə edirik:Peyğəmbərin (s) Ayişəylə evlənməsi barəsində demək olar ki, bu izdivac Ayişənin ...
  • Qurani- kərim baxımından özünü düşünmənin mənası nədir?
    6879 Təfsir 2012/04/18
    Özünü tanıma Quranda, fitri və daxili istedadları diriltmək və tərbiyələndirmək vasitəsi ilə öz həqiqətini yenidən ələ gətirmə mənasınadır. Bu həqiqət onun vücudunda gizlənibdir. Öz həqiqətini ələ gətirəndən sonra növbə, İlahi adlar sifətlər və varlıq aləminin həqiqətlərinin qəlbi dərk olunmasına yetişir. Özünü tanımanın fitri, dünyəvi və ...
  • İmam Zaman (ə.c) hər yerdə hətta qeyri İslami (yəhudi) ölkələrdə də hazır olurmu?
    5372 Qədim kəlam 2011/10/18
    Ağıl və məntiq baxımından Allahın hidayəti olmadan insanın ideal təkamülünə yetişməsi mümkün deyil. Allah- Taala İlahi höccətləri camaata göndərməklə insanların hidayətini ən yaxşı formada yerinə yetirmişdir. İmamlar və Peyğəmbərlər Allah- Taalanın izni ilə bütün kainatda qüdrət və nüfuz etməyə kifayət qədər imkana malik olublar və olmaqdadırlar ki, öz vəzifələrini yaxşıca ...
  • Ayət namazının qəzasını qılmaq üçün qüsl etmək lazımdır?
    5439 Nizamlar hüquq və əhkam 2012/03/10
    Əksər mərcəi təqlidlər müstəhəbbi qüsllərdən birini, ay və günəş tutulduğu vaxtda ayət namazını bilə bilə qılmayan şəxsin qüslü bilirlər. Və bu o surətdədir ki, ay və günəş bütünlüklə tutulmuş olsun.[1] Amma bu arada bəzi mərcəi təqlidlər o cümlədən Ayətullah uzma Sistani, Onun ...
  • Əhli- beytin hədəf və rolu nədir?
    8221 Qədim kəlam 2011/06/28
    Peyğəmbər (s)- in Əhli- brytinin fəziləti (ki, həmin beş ali- əbadır, yəni həzrət Məhəmməd (s), Əli, Fatimə, Həsən və Hüseyn (ə) ) Şiə və sünnidən olan çoxlu rəvayətlərdə nəql olunmuşdur. Peyğəmbər (s)- in bu şəxslərin məqam və mövqeyinə təkid etməsinin səbəbi, qohumluq əlaqələrinə görə olmamışdır. Əksinə onların fikir, düşüncə, əməl, ...
  • Quranın təhrif olmamasının səbəbləri nədir?
    8413 Qədim kəlam 2011/04/14
    Quranın təhrif və dəyişilkliyinin ümumi mənası, bütün azaltma, çoxaltma və ya Quranın kəlmə və tərkiblərinə şamil olur. Alimlər Quranın təhrif və dəyişilməməsinə çoxlu dəlillər bəyan ediblər. Biz burada yalnız onların əqli sübutlarının bəzisini bəyan edirik: 1.     Quran nazil ...
  • Allahı həm sevmək, həm də Ondan qorxmaq necə mümkün ola bilər?
    9402 Əməli əxlaq 2011/09/12
    Allaha məhəbbətlə əlaqədar qorxu və ümid çox da təəccüblü deyildir. Çünki bu məsələ müəyyən mənada bizim həyatımızın hər bir sahəsində də nəzərə çarpır. Lakin bu o qədər şiddətli aşkardır ki, ondan qafilik. Ən sadə məsələ olan yol getməyimiz də qorxu, ümid və məhəbbət əsasındadır. Çünki müəyyən bir şeyə ümidimiz olmayınca ...
  • Quranın nəzərində insan cahil zülmkardır, yoxsa Allahın xəlifəsi?
    7118 Təfsir 2011/01/13
    1.     Quranı kərim, müxtəlif ayələrdə insanın uca cə ali məqam sahibi olduğunu bəyan edir. Digər tərəfdən isə onu, bəzi ayələrində, zəif. Zalim, cahil kimi bəyan edərək danlayaraq qınayır.

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    162867 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    154911 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    117741 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    109675 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    98769 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    91285 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53336 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    45188 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    43705 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    42865 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...