Ətraflı axtarış
Baxanların
4884
İnternetə qoyma tarixi: 2012/05/19
Sualın xülasəsi
Həzrət Zeynəbin (s) dəfn yeri hansı ölkədədir?
Sual
Deyilir ki, Həzrət Zeynəbin (s) dəfn olunduğu yer Misirdədir, Suriyada yox. Onda Suriyada olan Həzrət Zeynəbin (s) hərəmi nədir?
Qısa cavab

Həzrət Zeynəbin (s) qəbri barəsində 3 ehtimal vardır[i]: Mədinə, Şam və Qahirə. Bu üç ehtimaldan hər birinin öz tərəfdarları vardır. Onlar öz nəzərlərinin təsdiqi olaraq dəlillər gətirirlər. Həzrət Zeynəbin (s) dəfn olunduğu yeri dəqiq təyin eləmək mümkün olmasa da yenə də demək olar ki, bu ailəyə aid olan məkan və ziyarətgahların hər biri Allahı zikr eləmək üçün, insanın islah olunması üçün, Əhli- beyt və şəhidlərə yetişmək üçündür. Əhli- beytin dəfn olunduğu yer harda olursa-olsun onların xatirələri aşiqlərin qəlbində həmişə yaşayır.

 


[i] - Həzrəti Zeynəbin (s) məzarı haradadır? Sualına cavabından götürülüb.

 

Ətreaflı cavab

Həzrət Zeynəbin dəfn olunduğu məkanın harda olması barəsində 3 ehtimal var:

Mədinə, Şam və Qahirə.

Əsas tarix yazarlar onun qəbrinin Şam və Qahirədə olduğunu deyirlər.

Bəzi tarix yazarlar və Yəhya bin Həsən Hüseyni Übeydəli Ərəci “Əxbar Zeynəbiyyat” kitabında deyir: Həzrət Zeynəb Misirdə dünyadan köçüb.[1]  Bəzi digər tarix yazarlar və Hüseyn Sabiqi “Əqilə Zeynəb” kitabında yazır ki, onun qəbri Şam və Dəməşqdədir.[2]

Bəzi yazıçılar və Doktor şəhidi Fatimənin (s) həyatı adlı kitabında Həzrət Zeynəbin qəbrinin qətiyyətlə Mədinə, Şam və Misir arasında olduğunu təkid edir.[3]

Həzrətin qəbrinin Misirdə olduğunu deyənlər nəql edirlər ki, Kərbəla karvanında yerdə qalanlar Şamdan Mədinəyə gəldikdə Mədinənin abı- havası dəyişir.

Mədinə hakimi Yezidə məktub yazıb Mədinədə baş verən vəziyyət barəsində, Həzrəti Zeynəbin (s) camaatı oyatmağı barəsində məlumat verir. Yezid cavabında yazır ki, Zeynəbi (s) Mədinədən xaric edin. Mədinə hakimi Zeynəbin Mədinədən çıxıb getməsini təkid edir. Nəhayət Həzrət Zeynəb (s) Mədinədən Misirə hicrət edir. Misir hakimi və əhalinin çoxu onu qarşılayır. Həzrət Zeynəb (s) bir il sonra Qahirədə dünyadan köçür.[4]

Bəziləri deyirlər ki, Həzrət Zeynəbin məqbərəsi Şamdadır. Deyirlər ki, Mədinə hakimi Həzrəti Zeynəbin (s) oradan çıxmasını təkid etdikdən sonra o Şama gedir. Başqa bir rəvayətlərə əsasən Yezidin qoşunu tərəfindən 62- ci ildə Mədinədə baş verən kütləvi qırğından sonra Abdullah bin Cəfər həyat yoldaşının dərdi təzələnməsin deyə, qəmi, kədəri azalsın deyə və o zaman Mədinədə kütləvi şəkildə yayılan vəba xəstəliyindən amanda qalsın deyə  onu Şama doğru aparır. Həzrət Zeynəb (s)  xəstələnib dünyadan köçənə qədər orda qaldılar. Həzrət Zeynəbdən (s) sonra Həzrət Əlinin (ə) başqa həyat yoldaşından olan qızı Ümmü Külsüm əvvəllər Zeynəbi- suğra adı ilə məşhur olmağına baxmayaraq Zeynəbi kübra adı ilə məşhurlaşıb Misirə gedir.[5]

Həzrəti Zeynəbin qəbrinin harada olması dəqiq məlum olmasa da yenə də demək olar ki, Nur surəsi 36-cı ayənin misdaqıməhz o ziyarətgahlardır: “Bu çırağ o evlərdədir ki, Allah onun divarlarının ucaldılmasına izn verib.(ki, şeytanın əlindən uzaq və amanda olsun”...[6] Onlara məxsus olan hər bir məkan Allahı zikr eləmək, islah olmaq və Əhli-beyt və şəhidlərinə yetişmək üçün ən uyğun məkandır. Onlar harda dəfn olunurlarsa- olunsunlar aşiq camaatın qəlbində daim yaşayırlar.

Daha çox məlumat əldə eləmək üçün “Həzrət Zeynəbin dəfn olunduğu yer” barəsində olan mətnimizə müraciət edin.

 


[1] - Übeydəli nəsabə, Əxbari Zeynəbat, səh 115- 122.

[2] - Sabeqi Şeyx Məhəmməd Hüseyneyn Mərqəd əqilə Zeynəb ə., Şeyx Məhəmməd Hüseyn, səh 45.

[3] - Şəhidi, Seyyid Cəfər, Fatimeyi- Zəhranın (s) həyatı, səh. 161- 162.

[4] - Übeydəli Nəsabe, Əxbar Zeynəbat, 115- 122

[5] - Şeyx Cəfər Nəqdi, Zeynəbi Kübra, Nəql əz setaregane derəxşan, cild 2, səh. 183- 184.

[6] - Nur surəsi, ayə 36.

«في‏ بُيُوتٍ أَذِنَ اللَّهُ أَنْ تُرْفَعَ وَ يُذْكَرَ فيهَا اسْمُهُ...»

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    107587 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    82031 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    59807 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    42816 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    32831 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    26964 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Niyə duaların çoxu yağış yağan zaman qəbul olur?
    22931 Əxlaq fəlsəfəsi 2012/03/11
    Dua oxunması tövsiyə olunan vaxtlardan biri yağış yağan zamandır; Quran ayələri və rəvayətərdən istifadə etməklə sübut etmək olar ki, yağış, Allahın rəhmət nişanəsidir. İndiki Allahın rəhmət qapısı açılıb, duanın qəbul olması üçün daha çox ümidli olmaq lazımdır. ...
  • islam sözünün mənası Ali- imran surəsinin 19- cu ayəsinə əsasən nədir?
    22897 Təzə kəlam 2010/12/07
    İslam sözü lüğətdə "Allahın" müqabilində kamil surətdə təslim olmaq" deməkdir. Yəni heç bir qeyd və şərt olmadan ilahi qanunlara tabe olmaq. Din deyəndə isə "bəşəriyyətin bütün hallarda (ictimai və fərdi) ilahi qanunlara əsaslanması və Allahla insanların rabitəsi" başa düşülür. Bu səbəbdəndə bütün əsrlərdə peyğəmbərləri qəbul etmək onların gətirdiyi dinə (qeyd- ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    21570 Nizamlar hüquq və əhkam 2011/08/09
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • Dünyanın ilk yaranmasını təşkil edən maddə nədir, Quran və hədislərin bu mövzuda nəzəri nədir?
    20873 Qədim kəlam 2011/02/15
    Təbiət şünas alimlərinin bu mövzuda olan dəqiq nəzəriyyələri budur ki, varlığın ilk maddəsini təşkil edən ünsürlar bunu isbat edir ki, əslində fəzada dağılmış "sedyom"- ların təşkil olmasıyla yaranmışdır. Bu maddə uzun zamanlardan təqribiylə 13 milyard il şiddətli partlayış nəticəsində, hissələr və qismətlərə bölünmüşdür, günəş, ulduzlar, göy (səma) yer və...özlərinə məxsus ...