Ətraflı axtarış
Baxanların
6845
İnternetə qoyma tarixi: 2014/05/18
Sualın xülasəsi
Əhli-Beytə (əleyhimus salam)sədəqənin haram olmasının fəlsəfəsi nədir? Bu haqda hədis varmı?
Sual
Hansı dəlilə görə sədəqə İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) Əhli-Beytinə (əleyhimus salam)haramdır? Xahiş edirəm, əgər Quran ayəsi və hədis varsa ərəbi mətni ilə birlikdə qeyd edin.
Qısa cavab
Quran və hədis təliməlirində sədəqənin özünəməxsus mərtəbələri vardır. Sədəqə o mövzulardandır ki, İslam dini ona çox böyük əhəmiyyət vermiş və müxtəlif münasibətlərdə və müxtəlif bəhanələrlə sədəqə verməyi sifariş etmiş, əhəmiyyətini açıqlamışlar. Amma, hədsilərdə İslam Peyğəmbərinə (səlləllahu ələyhi və alihi və səlləm) və Onun pak Əhli-Beytinə (əleyhimus salam)sədəqənin haram olması haqqındadkı dəlillərdən belə başa düşmək olur ki, insanlar adətən, sədəqəni ən çox istifadə etmədikləri şeylərdən verirlər.  Əslində, çox insanlardan ötrü sədəqə yəni, artıq və istifadəyə lazım olmayan şeylər. Başqa sözlə desək əl çirki sayılır. Bu cəhətdən, belə sədəqələrin İslam Peyğəmbərinə (səlləllahu ələyhi və alihi və səlləm) və Onun pak Əhli-Beytinə (əleyhimus salam)verilməsi qəti məsləhət deyildir. Bu barədə hədisdə oxuyuruq: “
لَا تَحِلُّ الصَّدَقَةُ لِی وَ لَا لِأَهْلِ بَیْتِی إِنَّ الصَّدَقَةَ أَوْسَاخُ‏ النَّاس
 “Sədəqə, Mənə Əhli-Beytimə (əleyhimus salam)halal olunmayıb. Ona görə ki sədəqə əl çirkidir.”[1]
 Digər bir hədisdə oxuyuruq:
 “وَ لَمْ یَجْعَلْ لَنَا فِی سَهْمِ الصَّدَقَةِ نَصِیباً أَکْرَمَ اللَّهُ رَسُولَهُ (ص) وَ أَکْرَمَنَا أَهْلَ الْبَیْتِ أَنْ یُطْعِمَنَا مِنْ أَوْسَاخِ‏ النَّاس‏»
Allah-Taala bizə sədəqələrdən heç bir səhm qərar verməmişdir. Çünki, Allah-taala Peyğəmbər (səlləllahu ələyhi və alihi və səlləm) Onun Əhli-Beytinə (əleyhimus salam)böyük ehtiram etmiş insanların əl çirkindən ruzi verməmişdir.”[2]  
Sədəqə verməyin dəlillərindən biri ehtiyaclı şəxslərin etiyacını aradan aparmaqdır. Əgər kiməsə sədəqə verilirsə, onun ehtiyacını aradan aparmaqdan ötrü verilir. Belə bir ünvan yəni, insnalara möhtac olmaq, peyğəmbərliyin və imamətin şənində deyil. İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) və pak Əhli-Beytinin insanların mallarnı ehtiyacları olmadaqlarına görə onalara bu ünvanla sədəqə vermək haram olunmuşdur.  Digər tərəfdən Allah-Taala Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) və pak Əhli-Beytinin (əleyhimus salam)xüms və döyüş qəniməti cəhətdən xüsusi səhm ayırılması və bununla da onların ehtiyaclarını ödədiyinə görə sədəqəni onlara haram buyurmuşdur. Amma sədəqə cəmiyyətin ən aşağı təbəqədəki fəqirləri üçün idi. Quranda oxuyuruq: “
إِنَّمَا الصَّدَقَاتُ لِلْفُقَرَاء وَالْمَسَاکِینِ
 “Sədəqələr, ancaq yoxsullara, minskinlərə,...........aiddir.”[3]
  Rəvayətdə gəlib ki. əgər kimsə İmama (əleyhis salam)sədəqə ünvanı ilə yəni, onun ehtiyacını təmin etmək niyyəti ilə bir şey təklif edərsə, İmamın (əleyhis salam)öz ifadəsi ilə desək kafir sayılır.[4] Hədisdə oxuyuruq: “
  «قَالَ أَبُو عَبْدِ اللَّهِ (ع) مَنْ زَعَمَ أَنَّ الْإِمَامَ یَحْتَاجُ إِلَى مَا فِی أَیْدِی النَّاسِ فَهُوَ کَافِرٌ إِنَّمَا النَّاسُ یَحْتَاجُونَ أَنْ یَقْبَلَ مِنْهُمُ الْإِمَامُ قَالَ اللَّهُ عَزَّ وَ جَلَّ- خُذْ مِنْ أَمْوالِهِمْ صَدَقَةً تُطَهِّرُهُمْ وَ تُزَکِّیهِمْ بِها»[5]
 İmam Sadiq (əleyhis salam)buyurur:Hər kəsin etiqadı bu olsa ki, İmamın (əleyhis salam)əhalinin əlində olanlarda gözü var və ona ehtiyaclıdır kafir olar. Əksinə, insanların ehtyacı var ki, Allahın əmri ilə Onlara xums və sair şəri maliyyatlarını  versinlər. Çünki, Allah-Taala buyurur: “Onların varından sədəqə (xums) al ki, bununla da onların malları pak təmizlənsin.” [6]
  Tarixdə var ki, Salman Farsi ilk dəfə İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) ilə görüşdə özü ilə bir miqdar yemək gətirir və Peyğəmbərə (səlləllahu ələyhi və alihi və səlləm) təqdim edir. İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) buyurur: “Əgər sədəqədirsə Səffə əshabına (fəqirlərə) verin.” Əgər hədiyyə olsaydı özüm qəbul edərdim. Salman Peyğəmbərin (səlləllahu ələyhi və alihi və səlləm) yeməyi almamasının səbəbini soruşur. İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) buyrur: “Belə yeməkləri, sədəqə ünvanı ilə ehtiyacı olan fəqirlərə gətirilər. O da bizə haramdır.” İkinci görüşdə Salman Farsi gətirdiyi qidanı hədiyyə ünvanı və niyyəti ilə təqdim edir. İslam Peyğəbərinə (səlləllahu ələyhi və alihi və səlləm) xitab edir: Sədəqə niyyəti etməmişəm, Sizə hədiyyə niyyəti ilə gətirmişəm. İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) Salman Farsinin hədiyyəsini alır və Səffə əshabı ilə birlikdə Salmanın hədiyyəsini yeyirlər.[7]
 

[1]  İbn Həyyun, Neman ibn Məhəmməd Məğrəbi,Dəaimul-İslam, mühəqqiq və düzəliş verən;Feyzi Asəf, c.1; səh.259; Alul-Beyt (ə) müəssisəsi, Qum, ikinci çap, 1385 h.q
[2] Kuleyni, Məhəmməd ibn Yəqub, Kafi, mühəqqiq və düzəliş verən: Ğəffari,Əli Əkbər, Axundi, Məhəmməd, c.8; səh.63; Darul-kutubul-islamiyyə,Tehran, dördüncü çap, 1407-ci h.q
[3] Тövbə surəsi 60
[4]  Əlbəttə, bu hədsidə küfr və kafirdən məqsəd, şəriətdə adı gələn kafir deyil, bəlkə də imanın zəif olması və imansızlıqa işarədir.
[5]  Kafi, c.1; səh. 537
[6]  Tövbə surəsi 103
[7]  Curi, Cəmaləddin, Əbi-Fərəc, Sifətül-Səffət, c.1; səh.202; Darul-hədis, qahirə, 1421 h.q
Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Habil və Qabil kim ilə evlənmişdi?
    25372 Təfsir 2011/05/17
    Tarix və rəvayət mənbələrinə əsasən, hazırkı insan nəsli nə Habildən, nə də Qabildən davam etməmişdir. Əksinə, həzrət Adəmin Şeys (Hibətullah) kimi digər övladlarından davam etmişdir. İslam alimləri arasında Adəm (əleyhis-salam)-ın övladlarının kim ilə evlənməsi ilə əlaqədar iki nəzəriyyə mövcuddur və hər bir dəstə ...
  • İnsan və Allah tərəfindən olan hidayətlər.
    8640 Qədim kəlam 2011/01/04
    İnsanların düz yola hidayət olması iki qismə bölünür:Birincisi insanın daxilindən (fitrətən) gələn tohid səsidir ki, buna bəzən təbii (təkvini) hidayət və vicdanın səsi də deyirlər.Qurani- kərimin bəyanına əsasən bütün dünya insanları, Allah taalanın lütfü sayəsində bu hidayət növündən bəhrələnərək ilahi şəriətə tərəf yönəlmişdir.İkinci hidayət yolu isə möminlərə ...
  • İslam və şiə nəzərində, insan nə vaxt cəbr və ixtiyar sahibidir?
    11072 Qədim kəlam 2010/10/13
    Dini mənbələrə müraciət etməklə və Quran ayələri və rəvayətlərdən insanın ixtiyar sahibi olması başa düşülür. Bu o demək deyildir ki, insan hər bir işdə ixtiyar sahibidir və heç bir qüdrət onun rəftar və işlərində təsir qoyub hakimiyyət edə bilməz. Bəklə məqsəd budur ki, bütün bu amillər və ...
  • Nə üçün Allah- Taala Kəbə evinin düzəlməsini əmr edib?
    10683 Əhkam və hüquq fəlsəfəsi 2011/05/31
    Ayə və hədislərə istinad edərək deyə bilərik ki, Məkkə və Kəbə evi bəşəriyyətin hidayət yolunun və İlahi ibadətin göstəricisidir. Bundan əlavə insanlar üçün bərəkət və onların ibadət üçün cəmləşdikləri müqəddəs məkandır. Bu yerin susuz olmağına və daim quru səhralıq olmağına baxmayaraq İlahi öz bərəkətini buraya nazil edərək bu yeri bəşəriyyət ...
  • İmam Zaman (əleyhis-salam)-ın bizdən razı olmasını necə başa düşmək olar?
    6502 Əməli əxlaq 2011/10/22
    İmam Zaman (əleyhis-salam)-ın şiələri olan həqiqi möminlər həm özlərini, həm də əməllərini anbaan o həzrətin hüzurunda görür, o əziz insanın şərf xatirini kədərləndirməmək, yaxud o həzrətin xüsusi inayətlərindən məhrum olmamaq üçün, habelə o həzrətin diqqətini daha artıq cəlb etmək və ona yaxınlaşmaq üçün ruhi-mənəvi ...
  • Meyqunun halal və xərçəngin haram olmasının fəlsəfəsi nədir? Halbuki hər ikisi bir növdəndir?
    11725 بیشتر بدانیم 2012/09/24
    Bütün şəriət hökmləri məsləhət (fayda) və məfsədə (zərər) əsasındadır. Hər hökmün də müəyyən bir fəlsəfəsi, səbəbi vardır. Lakin bütün incəliklərinə qədər hökmlərin səbəblərinin kəşf edilməsi çox çətin məsələdir. Sadəcə hökmlər üçün külli qayda-qanunlar bəyan etmək olar. Əlbəttə, burada “külli” dedikdə əksəriyyət mənasıdır və onda da istisna halları ...
  • Allaha görmək mümkündürmü? Necə ?
    7246 Qədim kəlam 2011/04/16
    Əql və şəriətin hökmünə əsasən Allah-taala nə dünyada, nə də axirətdə zahiri gözlərlə görünə bilməz, lakin qəlb gözü ilə görünə, yəni hiss oluna bilər. Qəlblər öz vücud tutumlarına uyğun olaraq batini, şuhud yolu ilə, həm də batinin – ruhun (nəfsin) lətifləşdirilməsindən, saflaşdırılmasından sonra, şəri riyazət və ibadətlərin ...
  • Nəml surəsində “Dabbətul-ərz”dən məqsəd nədir?
    9148 دابة الأرض 2015/05/27
    “Dabbə” termini məna nöqteyi nəzərindən, hərəkət edən canlı mənasınadır. Həm insan həmdə qeyri insanda işlədilir. Amma mübarək ayədə “yerdəki hərəkət edəndən canlı”dan məqsəd nədir? Və onun proqramı və vəzifəsi necədir? Quran üstüörtülü şəkildə açıqlayıb, və deyir: Canlı və hərəkət edən bir canlıdır ki, Allah onu qiyamət günündən ...
  • Həzrət Fatimeyi-Zəhra (əleyha salam)-ın çox da ömür sürmədiyi halda ilahi peyğəmbərlərin məqamına çatması qəribə deyildirmi?!
    6762 Qədim kəlam 2012/01/19
    Qurani-kərimin aşkar buyurduğuna görə həzrət İsa (əleyhis-salam) beşikdə olan zaman Allah dərgahında yüksək bir məqama malik olmuşdu:فَأَشارَتْ إِلَیْهِ قالُوا کَیْفَ نُکَلِّمُ مَنْ کانَ فِی الْمَهْدِ صَبِیًّا  قَالَ إِنِّی عَبْدُ اللَّهِ آتانِیَ الْکِتَابَ وَ جَعَلَنِی‏ نَبِیًّا وَ جَعَلَنِی‏ مُبَارَکاً أَیْنَ ما کُنْتُ وَ أَوْصَانِی‏ بِالصَّلاةِ وَ الزَّکاةِ ...
  • İmam Zamanın (ə) qeyb əsrində olmasının nə kimi faydası vardır və bunun fəlsəfəsini açıqlayın.
    9515 Qədim kəlam 2011/05/10
    İmamın insanlar arasında yaşamasının və olmasının çoxlu faydası vardır. Ən azından Allah- Taala onların ehtiramına bərəkət nazil edir. Həmçinin İmamın gözlərdən qeybdə yaşamasının da faydası belədir. Bu faydalardan bir neçəsini aşağıda qeyd edirik: 1)             Yer üzərində İlahi feyzin vasitəçisidir.

Ən çox baxılanlar

  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    168383 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    166327 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    121707 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    115772 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    114761 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    96368 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    60256 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    56415 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    49002 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    47172 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...