Ətraflı axtarış
Baxanların
4385
İnternetə qoyma tarixi: 2009/11/10
Sualın xülasəsi
Mən bir oğlanla yeddi aydır ki, telefonla əlaqə saxlayıram. Amma bir- birimizə məhəbbətimizin olğuğunu belə bəyan etməmişik. İki oğlan kimi əlaqəmiz var. Bu əlaqə sizin nəzərinizə görə iradlıdırmı?
Sual
Mən bir oğlanla yeddi aydır ki, telefonla əlaqə saxlayıram. Amma indi bizim əlaqəmiz mənim məsləhətimlə kəsilmişdir ki, bu mənim və onun həddindən artıq əziyyətimizə səbəb olmuşdur. Əlbəttə bizim əlaqəmiz təhrikedici olmamışdır. Biz hətta bir- birimizə olan əlaqəmizin olduğunu belə bəyan etməmişdik. İki oğlan kimi əlaqəmiz var idi. Bu əlaqənin sizin nəzərinizə görə iradı varmı?
Qısa cavab

Oğlanla qızın əlaqəsi çox həssas məsələlərdəndir ki, əgər əxlaqi və şəri qaydalara riayət olunmazsa, problemlər yarada bilər. Buna görə İslamın şəri və əxlaqi əmrləri ondan ibarətdir ki, naməhrəm qadınla kişi ən minumum şəkildə bir- birləri ilə əlaqədə olsunlar. Çünki belə rabitələrdə günahın yaranma zəminələri yaranır. Xüsusilə, əgər bu əlaqə səmimi və xüzusi formada olarsa bu daha da təhlükəlidir. Buna görə hətta iş və təhsil şəraitində belə müxalif cinslər bir- birləri ilə ən az əlaqədə olması və zərurət olmadığca bir- birləri ilə əlaqə yaratmaamğa tövsiyə edilir.

Cavanların üzləşdiyi bir çox əxlaqi fəsadlar bu əlaqələrin nəticəsidir. Əlbəttə ilk başda bu çox da mühüm görsənmir. İnsan belə güman etmir ki, təhlükəli olsun və həmçinin də bir- birlərinə qarşı hissləri yoxdur. Amma rabitə dərinləşib, səmimiləşdikcə ruhi gözəlliklər və mənəvi hisslər yavaş- yavaş azalır və keçici hisslər, ürəkoxşayan  və bağlılıqlar əmələ gəlir ki, bu zaman nəticələri gözləmək lazımdır. Əlbəttə mümkündür ki, bir şəxs özünə o qədər hakim ola bilər ki, belə problemlərə icazə verməsin. Bu yalnız bir istisnadır.

Əlavə olaraq, bu nə zərurətdir ki, oğlan sizinlə səmimi olmuşdur və əgər səmimiyyət yoxdursa bəs nə üçün ayrılıq əzabvericidir? Sizin telefonla əlaqənizi bəyan etməməyiniz, sizin aranızda bunun olmaması demək deyil. Diqqət edilməlidir ki, böyük günahlar kiçik şeylərdən başlayır ki, heç düşünmürsən.

Evlilikdən öncəki əlaqə nə qədər səmimi, pak və sağlam olarsa, gələcəkdə əgər siz hətta həmin oğlanla ailə qursanız, çox təsirlidir. Biz sizin əlaqənizi kəsməyinizi bu səbəbdən hesab edirik.

Belə ehtiyatlar çox yaxşı və ağıllı işdir. Əmirəl Möminin Əlidan (ə) nəql olunur ki, həzrət cavan qadınlara ilk salam vermirdi. Buyurmuşdur: Qorxuram onların salam cavabları ürəyimə bir şey daxil edər ki, zərəri salam verməkdən çox olsun.[1]  Həzrət Musanın (ə) əhvalatında belə yazılmışdır: Həzrət Şüeybin qızı həzrət Musanı (ə) evlərinə doğru gətirdiyi zaman öndə gedirdi və Musa (ə) da onun ardınca hərəkət edirdi. Gülək qızın paltarını tərpəddiyindən, Musa qıza öndə getmək istədiyini və iki yola qədər yolu göstyərməyini söylədi. [2] Musa (ə) belə öz iffət və həyasını göstərdi. Buna görə əgər İlahi övliyalar belə ehtiyat edirlərsə bizim vəzifəmiz aydındır.

Bununla yanaşı naməhrəm qadının səsi də kişinin qəlbinə mənfi təsir göstərə bilər. Əlbəttə insanın izahlar və bəhanələr gətirməsi də mümkündür. Məsələn: Bu əlaqə lazımlı işdir və ya bu növ əlaqə insani və təbii əlaqədir və s. Amma diqqət etmək lazımdır ki, bunlaın hamısı bəhanələrdir ki, insanın əmmarə nəfsi və şeytan insanı vəzifəsindən boyun qaçırmaq üçündür və əmrin həqiqətinə təsir göstərmir. Naməhrəm qızla oğlanın əlaqəsi çoxaldıqca və bir- birlərinə məhəbbətləri dərinləşdikcə, ictimai və ailəvi əlaqələrdə çətinliklər daha da çox olacaqdır və İlahiyə yaxınlaşmaq və məhəbbət daha da çətinləşəcəkdir. Belə keçici ləzzətlər insanı möhkəm və köklü ləzzətlərdən saxlayır.

Əlaqəli göstəricilər:

Sual 16631 (sayt: az16341) (İslam və oğlanla qızın sağlam əlaqə).

Sual 3184 (sayt: 3430) (evlilikdən öncə qızın dostluq əlaqəsi).

Sual 6086 (sayt: 6278) (evlilkdən öncə rabitə).

 


[1] - Küleyni, üsule kafi, cild 2, səh 648, h 1, təslimu ələnnisa fəsli.

[2] - Məkarim Şirazi, Nasir, təfsire nümunə, cild 16, səh 59, darul kitabil İslamiyyə, çap Tehran, birinci çap, 1374, ş: Fəxrəddin Razi, Əbu Əbdillah Muhəmməd bin Ömər, məfatiul uyub, cild 24, səh 590, daru ehyaəl tərasul ərəbi, Beyrut, çap III, 1420 h.q.

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • İslamda dövlətlə camaat arasındakı rabitə necədir? İslam cəmiyyəti üçün dövlət qarçısında haqqa qaildirmi?
    4988 Nizamlar (Qurluşlar)
    İslam hakimiyyətində cəmiyyət lazımlı olan rollardan biridir və aşağıdakı mərhələlərdə həmişə səhnədədirlər. İslam hakimiyyətinin seçilməsi. Böyük rütbəli şəxsiyyətlərin seçilməsi istər bir başa olsun istərsə də başqa yollarla. İslam rəhbəriylə ...
  • Nə üçün şəhadət zamanı bir kişinin şəhadəti iki qadının şəhadətiylə bərabər olur?
    4592 Əhkam və hüquq fəlsəfəsi
    Əhkam və qanunlar ki, Allah tərəfindən insanlar üçün qoyulmuşdur, təbiət aləmi, dünya varlığının həqiqətləri və insan vücudunun təməliylə müvafiqdir. O cür ki, kişiylə qadın vücud və ruhunun varlığında fərq vardır, bu iki varlığın vəzifə, təklif və əhkamları da bir- birindən fərqlidir. təkliflərdən biri də qazinin yanında şəhadət verməkdir ki, həqiqətlə ...
  • Məsələni bilməməzlik üzündən meyyiti hənutsuz torpağa basdırsalar vəzifə nədir?
    4522 Nizamlar hüquq və əhkam
    Qüsuldan sonra meyyitə hənut vurmaq vacibdir. Yəni alnına, əllərinin içinə, dizlərinə, ayaqların iki böyük baş barmağına kafur sürtsünlər.[1] Amma dəfndən sonra başa düşsələr ki, meyyiti hənut eləməyiblər, bədən qəbrdə iylənməyib məhv olmayıbsa qəbrin qazılması və elə qəbirdəcə hənut olunması vacibdir. Onu qəbrdən çölə çıxarmaq lazım deyil. Amma ona ...
  • Əgər bir müsəlman araşdırma edəndən sonra məsihi dininə iman gətirsə, fitri mürtəd və edam olunmalıdırmı?
    8707 Əhkam və hüquq fəlsəfəsi
    İslam dini hamını İlahi tövhidi qəbul etməyə dəvət etsə də, amma bu hamını onu qəbul etməyə məcbur etmək mənasında deyil. Çünki iman və etiqad məcburiyyət və zoru qəbul etmir. Əlbəttə bu iş dinin əsası ilə müxalifətçilik fəzasına şərait yaratmaq mənasına deyil. Çünki İslamın əsası tövhid və şirki inkar etməyə möhkəmlənibdir. ...
  • Mütərəqqi ilahi-rəhmani idarə sistemində insanın ruhi yüksəliş metodunu bəyan və şərh edin.
    4596 İslam fəlsəfəsi
    Bu sual ideal cəmiyyət, yaxud xilaskar ideologiyasının barəsində digər bir bəyandır. Əflatunun irəli sürdüyü ideal cəmiyyət insanın “Respublika” kitabında təsvir edilən ən qədim və məşhur yüksəliş modelidir. İslam aləmində Farabi də “İdeal cəmiyyətin əhalisinin rəyləri” adlı kitabında ideal islam hökuməti və onun rəisi ilə əlaqədar bəhs aparmışdır. ...
  • İmam Hüseyn (ə)- a bu qədər əzadarlıq etməyin səbəbi nədir?
    8590 Fiqh tarixi
    Hər bir millətin keçmiş hadisələrində dəyərli ibrət və təcrübələr var ki, çoxlu zəhmətlə ələ gəlibdir və o millətin gələcəyi və taleyində çox böyük bir təsiri ola bilər. Bu dəyərli təcrübədən istifadə etmək üçün, bu hadisələrə həmişə yenidən baxılmalı və qorunmalıdır. Bu misilsiz hadisələrdən biri, Kərbəla hadisəsidir. Məsum ...
  • Hal-hazırdakı və keçmişdəki mərcəyi-təqlidlərin baş yarmaq barəsindəki fətvalarını bəyan edin.
    6044 Nizamlar hüquq və əhkam
    İmam Hüseyn (əleyhis-salam)-a əzadarlıq məsum imamlar (əleyhimus-salam) və din rəhbərləri tərəfindən həmişə təkid edilmiş, bu mərasim tarix boyu davam etmişdir. Bəzi şəhərlərdə, məntəqələrdə və ölkələrdə İmam Hüseyn (əleyhis-salam)-a və onun vəfalı səhabələrinə əzadarlıq üslublarından biri də baş yarmaqdan ibarətdir. ...
  • İmam Hüseyn (ə)- ın qırxı barəsində izah verə bilərsinizmi?
    12198 تاريخ بزرگان
    Qırx mərasimi barəsində bizim dini mədəniyyətdə qeyd olunan, səfər ayının iyirmisinə təsadüf edən həzrət Seyidüş- şühədanın şəhid olmasının qırxıncı gününü yad etməkdir. İmam Həsən Əsgəri (ə) hədislərin birində, möminin beş əlamətinin olduğunu buyurmuşdur: Əlli bir rəkət namaz, ərbəin ziyarəti, sağ ələ üzük salmaq, alını torpağa qoymaq və namazda bismillah ucadan ...
  • Ramazan ayında Peyğəmbərə və imamlara and içmək orucun batil olmasına səbəb olurmu?
    4529 Nizamlar hüquq və əhkam
    And içmək orucu batil edən şeylərdən deyildir. Amma əgər and içməklə Allaha, Peyğəmbər (səlləllahu əleyhi və alih)-ə və o həzrətin canişinlərinə qəsdən müəyyən bir yalanı nisbət verərsə, bu iş Allahın, Peyğəmbərin və onun canişinlərinin adından yalan danışmağın nümunəsi olduğuna görə orucun batil olmasına səbəb olar.Amma dualarda qeyd olunan andlara ...
  • Kasıblara infaqın fəlsəfəsi nədir?
    5001 انفاق و قرض الحسنه
    Bəzən belə deyilir: Filan şəxs kasıbdırsa, deməli nəsə edib ki, Allah kasıb olmasını istəyir. Biz varlıyıqsa deməli nəsə etmişik ki, Allah bizə bunu lütf edibdir. Buna əsasən, nə onların kasıblığı və nə də bizim varlı olmağımız hikmətsiz deyil. Halbu ki, İlahinin infaq etmək üçün olan ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    136369 Nizamlar hüquq və əhkam
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    106530 Əməli əxlaq
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    87551 Nizamlar hüquq və əhkam
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    86392 Nizamlar hüquq və əhkam
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    69883 Nizamlar hüquq və əhkam
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    44185 Nizamlar hüquq və əhkam
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    43130 Hədis elmləri
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Niyə duaların çoxu yağış yağan zaman qəbul olur?
    31295 Əxlaq fəlsəfəsi
    Dua oxunması tövsiyə olunan vaxtlardan biri yağış yağan zamandır; Quran ayələri və rəvayətərdən istifadə etməklə sübut etmək olar ki, yağış, Allahın rəhmət nişanəsidir. İndiki Allahın rəhmət qapısı açılıb, duanın qəbul olması üçün daha çox ümidli olmaq lazımdır. ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    31284 Nizamlar hüquq və əhkam
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    29934 Nizamlar hüquq və əhkam
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...