Ətraflı axtarış
Baxanların
6981
İnternetə qoyma tarixi: 2014/05/18
Sualın xülasəsi
Qədr gecəsində oyaq qalmağın fəlsəfəsi nədən ibarətdir?
Sual
Qədr gecəsində oyaq qalmağın səbəbi, İmam Əlinin (əleyhissalam) şəhadətidirmi yoxsa,Quranın nazil olması? Əgər ikincidirsə, nəyə görə gecəni oyaq qalmalıyıq?
Qısa cavab
Qədr gecəsi, Qurani-Kərimdə məqamına təkid olunmuş ən mühüm zamanlardan biridir və bu gecənin mənəvi məqamı haqqında çox hədislər vardır. Qədr surəsində belə bir xüsusi məqamın səbəbinə o cümlədən, Quranın[1] və mələklərin[2] nazil olması işarə olunur. Quran-Kərimdə bu gecə başdan-başa mənəviyyətlə dolu bir zaman kimi tanıtdırılır.[3]   Həmçinin, bu gecədə insanların talehi həll olunur.[4]
Bu gecədə insanların talehlərinin təyin olunması, xeyir və bərəkətin yer üzünə gəlməsi, mələklərin və Ruhun nazil olmasına xatir bu gecəni oyaq qalıb əhya saxlamağa çox sifariş olunmuşdur. Nəql olunur ki, İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) Mübarək Ramazan ayının 23-cü gecəsi ailəsini yuxudan oyadar və yuxuya qalanların üzünə su çilərdi. Həzrəti Fatimənin (salamullahi ələyha) həyatında nəql olunur ki, O, bu gecədə heç kimi yatmağa qoymazdı. Həmin səbəbə görə o gecədən qabaq uşaqlara az yemək verər və əvvəlcədən belə bir gecəyə hazırlıq görərdi. Həmişə buyurardı: “Bu gecənin xeyir və bərəkətindən bəhrələnə bilməyən insan ən məhrum və biçarə şəxsdir.” [5]
Qədr gecəsinə aid Quran ayələri və rəvayətlərdən belə məlum olur ki, Ruhun və mələklərin nazil olması hər ildə baş verir. Bu gecədə, gələcək bir ildə nələr olacaqsa, İslam Peyğəmbərinin (s) dövründə O həzrətə, Ondan sonra isə O Həzərtin haqq canişinlərinə, İmam Əliyə (əleyhissalam) və Onun on bir pak övladlarına, hazırkı halda isə İmam Zamana (əc) xəbər verirlər. [6]
Beləliklə, Əmirəl-möminin Əlinin (əleyhissalam) bu gecədə şəhid olması, doğurdan da bu gecədə baş verməsina baxmayaraq, bu gecədə Əhya saxlamığın əsl səbəbi deyildir. Amma, bu hadisə, Qədr gecəsinin əhəmiyyətini daha da artırır.
 

[1] Гәдр сурәси -1; “Һәгигәтән, Биз ону (Гур’аны) Гәдр ҝеҹәси (лөвһи-мәһфузда дүнја сәмасына) назил етдик!»
[2] Гәдр сурәси -4; О ҝеҹә мәләкләр вә руһ (Ҹәбраил) Рәббинин изни илә (һәмин ҝүндән ҝәлән илин Гәдр ҝеҹәсинәдәк дүнјада баш верәҹәк) һәр бир ишдән долајы (Аллаһ дәрҝаһындан әмрләр алараг) јерә енәрләр.
[3] Гәдр сурәси -5; О ҝеҹә дан јери сөкүләнә кими (бүсбүтүн) саламатлыгдыр! (әмин-аманлыгдыр)
[4] Духан сурәси 4; Һәр бир һикмәтли (дәјишилмәси мүмкүн олмајан) иш о ҝеҹә һөкм (ајырд) олунур -
[5] Ибн Һәјјун Неман ибн Мәһәммәд Мәғрәби, Дәаимул-Ислам вә зикрул-һарам вәл-һәлал вәл-гәзаја вәл-әһкам, мүһәггиг; карректор; Фејзи Асиф, ҹ.1; сәһ.282; Гум, Мүәссисеји Алул-Бејт (әлејһиссалам) икинҹи чап;  1385 һ.г; “ Ислам Пејғәмбәри (с) Мүбарәк Рамазан ајынын 23-ҹү ҝеҹәси аиләсини јухудан ојадар вә јухуја галанларын үзүнә су чиләрди. Һәзрәти Фатимәнин (саламуллаһи әләјһа) һәјатында нәгл олунур ки, О, бу ҝеҹәдә һеч кими јатмаға гојмазды. Һәмин сәбәбә ҝөрә о ҝеҹәдән габаг ушаглара аз јемәк верәр вә әввәлҹәдән белә бир ҝеҹәјә һазырлыг ҝөрәрди. Һәмишә бујурарды: “Бу ҝеҹәнин хејир вә бәрәкәтиндән бәһрәләнә билмәјән инсан ән мәһрум вә бичарә шәхсдир.”
[6] Кулејни Мәһәммәд ибн Јәгуб, Кафи, мүһәггиг вә корректор; Ғәффари, Әли Әкбәр, Ахунди, Мәһәммәд, ҹ.1; сәһ.247; Теһран, Дарул-кутубул-Исламијјә, дөрдүнҹү чап, 1407 һ.г Бу ҝеҹәдә (Гәдр ҝеҹәсиндә) , ҝәләҹәк бир илдә нәләр олаҹагса, Ислам Пејғәмбәринин (с) дөврүндә О һәзрәтә, Ондан сонра исә О Һәзәртин һагг ҹанишинләринә, Имам Әлијә (ә) вә Онун он бир пак өвладларына, һазыркы һалда исә Имам Замана (әҹ) хәбәр верирләр
Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Şiə məzhəbində namaza təkid və onun fəlsəfəsi nədir?
    7488 Əhkam və hüquq fəlsəfəsi 2012/04/18
    Şübhəsiz ki, İlahi hökmlər dəlil və fəlsəfə əsasındadırlar, amma lazım deyil İlahi əmrlərin hamısında dəlil və fəlsəfə axtaraq. Müsəlman şəxs İlahi göstərişlər qarşısında təslim olmalıdır və bu qəbul və təslim ruhiyyəsi insanın kamil olmasından xəbər verir. Bir sözlə, bəzi İlahi əmrlər ruhum təslim və bəndəlik imtahanı üçündür.
  • Qurani-kərimin qissələri və əhvalatları tarixi gerçəklik əsasında bəyan olunmuşdur, yoxsa gerçəkliyi olmayan təmsillər və simvolik məqsədlər daşıyır?
    11737 Quran elmləri 2012/03/14
    Qurandakı əhvalatlar və qissələr haqq əsasındadır, sadiq və doğru hadisələrdir, onda gerçəkliyin əksinə olan heç bir şey yoxdur. Buna görə də Quran qissələrinin (mətləbi başa düşmək üçün) “xəyali və simvolik əfsanəyə və s.” bölgüsünün heç bir düzgün izahı yoxdur. Çünki Quranda bəyan olunan tarixi hadisələrin hamısı tamamilə ...
  • Аллаһ-тааланын ҝөрүнмәдијини билдији һалда Муса (әлејһиссалам) нә үчүн Аллаһы ҝөрмәк истәјир?
    6809 Qədim kəlam 2010/07/18
      Бу суала ики ҹаваб вермәк олар: 1.Кәлам елминә әсасән Аллаһ-тааланын ҝөрүнмәмәси гәтидир. Демәли, Һәзрәти Мусанын (әлејһисслам) Аллаһы ҝөрмәк истәји әслиндә, бәни Исраил өвладларынын тәрәфиндән онун дили илә баш вермишдир. Чүнки, бәни Исраил тәкид едирдиләр ки, ...
  • İmam Hüseyn (ə) üçün sinə vurmağın bir əsası var?
    20135 Qədim kəlam 2012/09/04
    İmam Hüseyn (ə) üçün əzadarlıq şiə məzhəbinin inandıqlarındandır və bir çox dəlillər onu təsdiqləyir. Əzadarlığın keçirilməsi haqqında demək lazımdır: Nə qədər ki, əzadarlığın keyfiyyəti İslamın əsaslarının biriylə və Quran ayəsiylə sünnətə olan hansısa bir rəvayətlə, ziddiyyət təşkil etmirsə heç bir eybi yoxdur. Müxtəlif ürflərin müxtəlif şəkillərdə əzadarlıq ...
  • Gün ərzində bu qədər məşğuliyyətlə ibadətlə necə məşğul olmaq olar?
    6134 Əməli əxlaq 2012/05/21
    Münasib cavab ələ gətirməkdən ötrü bir neçə zəruri məsələyə diqqət etmək lazımdır: 1.İbadət, Allaha bəndəçlik və Onun gstərişlərini yerinə yetirmək mənasındadır.[1] Həmçinin, ibadət namaz və duaya münhəsir olmasada namaz ibadətin ən yüksək mərtəbəsidir. Bəs, hər kəs Allah-Taalanın göstərişlərini yerinə yetirməklə məşğuldursa, deməli ...
  • Мөҹүзәни неҹә тәриф вә исбат етмәк олар?
    8496 Quran elmləri 2010/07/18
       Мөҹүзә гејри ади бир әмәл олуб, мүбаризә илә јанашыдыр вә диҝәр тәрәфдән, мөҹүзә ҝөстәрән тәрәфидән иддиа да олмалыдыр. Гејри-ади иш тәбиәт ганунуна мүвафиг олмадан баш верир.   Мөҹүзәнин гејри-ади бир әмәл олмасы сәбәбијјәт ганунунун ...
  • Bəzi vacib və ya müstəhəb əməlləri yerinə yetirməyə ciddiyyətli olmaq namazın əvəzini verə bilərmi?
    6582 Nizamlar hüquq və əhkam 2012/07/22
    Suala cavab verməzdən əvvəl bir məsələni izah etmək zəruridir: İslamın hökmləri və göstərişləri məsləhət və məfsədə əsasında olsa da, bəşərin əqli təklikdə şəriət hökmlərinin bütün faydalarını, eləcə də onların tərk edilməsinin bütün zərərlərini dərk edə bilməz; bu barədə Allahın vəhyinə və məsumların (əleyhimus-salam) sözlərinə tabe olmaq lazımdır. ...
  • Sənədsiz ev alverinin, icra hakimiyyətinin icazəsi olmadan ev tikməyin hökmü nədir?
    5946 Nizamlar hüquq və əhkam 2012/04/09
    Ayətullah əl-uzma Xameninin (müddə zilluhul-ali) dəftərxanası: İslam hökumətinin qayda-qanunlarına riayət etmək vacibdir və bu qanunları pozmaq caiz deyildir. Ayətullah əl-uzma Məkarim Şirazinin (müddə zilluhul-ali) dəftərxanası: Əlaqədar qayda-qanunların əksinə olsa, caiz deyildir. Ayətullah əl-uzma Safi Gülpayqaninin (müddə zilluhul-ali) dəftərxanası:
  • Ayə və rəvayətlərə diqqət yetirməklə buyurun görək, imamların şən və fəziləti üstündür, yoxsa Quranın?
    6521 Qədim kəlam 2012/01/18
    Peyğəmbər (səlləllahu əleyhi və alih)-in buyurduğu müxtəlif rəvayətlərdə, o cümlədən “Səqəleyn” hədisində İtrət (Əhli-beyt) Quranın bərabəri kimi bəyan edilir. Bu hədisin bəzi nəqllərində olduğu kimi, Quran “böyük siql”, İtrət isə “kiçik siql” kimi təqdim olunur.İtrətin nə üçün “kiçik siql” və Quranın “böyük siql” adlandırılmasına gəldikdə isə, demək lazımdır: Quran ...
  • Quranın təhrif olmasına dəlalət edən hədislər barəsində sizin nəzəriniz nədir?
    5833 Nizamlar hüquq və əhkam 2012/10/01
    Həzrət Ayətullah Məhdi Hadəvi Tehraninin cavabı belədir: Quranın təhrif olunmasına dəlalət edən hədislər sənəd və ya sadir olması və yaxud da dəlalət cəhətindən qəbul olunmamışdır odur ki, heç bir halda Quranda təhrifə yol verilməmiş və heç bir zaman olmayacaqdır. Əgər bir şəxs Quranın təhrif olmasını qəbul ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    164691 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    163791 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    119761 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    113700 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    110584 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    94055 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54843 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    54164 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    46155 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    45771 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...