Please Wait
7971
1. "Panteism" İrfanda ən əsaslı mənalardandır. İrfan məktəbində, məsələn İbn Ərəbi məktəbində, əsasların əsası sayılır. Bu əsasa istinadən, vücudun vahid və əzəli bir həqiqəti var. O Allahdan qeyrisi deyil. Ondan qeyrisində vücud həqiqi deyil. Gözə çarpan hər şey, əslində, o vahid həqiqətin müxtəlif təzahürləridir ki, əşya formasında təcəlli olublar və bunların hamısı, o vahid həqiqi vücudun özüdürlər.
2. Panteismə fəlsəfi arqument də gətirilib. Hərçənd onu isbat etməkdə, müşahidəyə əsaslanır. Bu arqument "vücudun əsilliyinə" və "vücudun mənəvi iştirakına" əsaslanır. Bu arqumentlərdən biri budur ki, vücudun mənəvi iştirakını nəzərə alaraq, vücudun vahid həqiqəti olmalıdır. Çünki müxtəlif varlıqlardan vahid mənanı əldə etmək, mümkün deyil. Bundan əlavə panteism nəzərini təsdiq etmək üçün "bütün əşyaların həqiqətinin bəsit olması"qaydasında istinad ediblər.
3. Fəqih və kəlam alimlərinin bəzisi, panteism nəzəriyyəsilə müxalifətçilik ediblər. Onların bəzisi onu şirklə eyni bilirlər. Allahın vücudunu, əşyaların vücudundan ayrı bilirlər. Onların fikrincə, Allahın vücudu, maddi əşyaların çirkinliyi ilə bir yerdə ola bilməz.
4. Fikrimizcə, bəzi alimlərin ariflərlə və məxsusən panteism nəzəriyyəsi ilə müxalifətçilik etmələri, irfanda açıqlanan məsələlərin, məxsusən qeyd olunan nəzəriyyənin dərin və düşüncə üçün ağır olmasıdır. Belə ki, irfan iddiasında olanların bəzisi, məsələni düzgün formada açıqlaya bilmədilər. Digər bir dəstə isə, elmi savadlarının zəifliyinə görə, o cür dəqiq məsələləri qəbul edə bilmədilər.
5. Sədrül- mətəllihin, arif üslublu bir filosof olaraq, panteismin mənasında saflaşdırma və düzgün başa düşülməmə nəticəsində yaranan iradları aradan qaldırmağa çalışılır. O cümlədən əsfar ərbəə kitabında, heç bir şeylə məhdudlaşmayan, mütləq varlıq ki, ona "zati əhədiyyət" və buna oxşar terminlər işlədir, bununla, varlıqların vücudu ilə genişlənmiş" mürəkkəb varlıq" arasında, fərqin olduğunu bildirir. Panteism və mütləq vücuddan ariflərin məqsədini, birinci mənada bilir, nəinki ikinci mənada. Səhv, inkar və küfr demələrin mənşəyini, mənada qarışıqlıq bilir.
Panteism irfanda ən əsaslı mənalardandır ki, islami və qeyri islami irfan ona diqqət veriblər və İbn Ərəbinin məktəbində, əsasların əsası sayılır.
Yuxarıdakı əsaslara istinadən, vücud vahid və əzəli bir həqiqətdir. Lbəttə bu varlıq əzəli vahid Allahdan qeyrisi deyil. Varlıq aləminin həqiqi müstəqil vücudu yoxdur. Həqiqi vücud yalnız bir dənədir. İnsanın gözündə vücud görsənən hər şey, ilahi vücud olan, vahid həqiqətin müxtəlif təzahürləridir.
Deməli, biri xaliq adı ilə və digəri isə məxluq adıyla, iki ayrı vücudun olmasını qəbul etmək olmaz. Beləliklə bir həqiqi vücuda inanmaq lazımdır ki, haq vücud bəzən varlıqların dərəcəsinə enir və eyni məxluq olur.
İbni Ərəbi bir yerdə deyir:
"فما وصفناه بوصف الاّ کنّا نحن ذلک الوصف، فوجودنا وجوده، ونحن مفتقر الیه من حیث وجودنا، و هو مفتقر الینا من حیث ظهوره لنفسه."
Tərcümə: "Biz onun barəsində nə desək, əslində özümüzdən vəsf edib və özümüzdən demişik. Çünki, bizim varlığımız onun varlığıdır. Bizim var olmağımız üçün, ona ehtiyacımız var, o isə aşkar olmaq üçün, bizə ehtiyaclıdır."[1]
Onun nəzərindən, Allah və varlıqlar.bir- birinə ehtiyaclı olan, bir şeydirlər. çünki bir həqiqətin üzüdürlər. Deməli varlıqlar Allahın ism və sifətlərindən başqa bir şey deyil. Varlığın Allaha nisbət verməyinsonu, həqiqi nisbət və varlığın məxluqlara nisbətinin sonu isə məcazidir.
Futuhati məkkiyyə kitabında, insanların "Heyrəti" barəsində deyir:
"Allah adamının heyrəti ilə, fikir əhlinin heyrəti arasında fərq budur ki: Ağıl sahibi deyir:
«و فى کل شى له آیة
تدل على انه واحد،»
Amma təcəlli sahibi belə deyir:
« و فى کل شىء له آیة
تدل على انه عینه»
Deməli vücud evində, Alladan başqa bir şey yoxdur. Allah özündən başqa heç kimi və heç nəyi tanımır. Bu vahid həqiqətə işarə edir, o şəxs ki, Əbu Yəzid kimi "Ənəllah" dedi: və ondan qabaq yaşayan qeyriləri ki, "Sübhani" demişdir.[2]
Nəhayət, İbn Ərəbinin çoxlu tənqid və etiraza məruz qaldığı, panteism barəsində olan ən açıq cümləsi, futuhatda gələn, aşağıdakı cümlə və onun ardınca olan beytlərdir:
« فسبحان من اظهر الاشیاء و هو عینها»
Qpak və münəzzəhdir, o şəxs ki, əşyaları aşkar etdi və əşyaların özüdür.
فما نظرت عینى الى غیر وجهه
و ما سمعت اذنى خلاف کلامه
فکل وجود کان فیه وجوده
و کل شخیص لم یزل فى منامه
Yəni, gözüm onun üzündən başqa bir şeyə baxmayıb. Qulağım onun sözündən başqa bir şey eşitməyibdir. Deməli hər şeyin vücudu ondadır və hər kəs onun istirahət yerində rahatlanıbdır.[3]
Deməli, panteism irfani məktəb və məzhəblərin əsası olaraq, bu mənayadır ki, aləmdə müşahidə olunan hər bir varlıq, yalnız Allahın təcəllisidir. Onlar Allahın məxluqları deyil, əksinə bu mənayadır ki, bunların hamısı odur, yəni belə deyincə:
Bütün aləmə aşiqəm, çünki aləmlərin hamısı ondandır. Belə demək lazımdır: Bütün aləm odur. Necə ki, sikkizinci əsrin ariflərindən olan şeyx Mahmud Şəbistəri belə demişdir:
Cənab həzrət haqda ikilik yoxdur.
O həzrətdə, mən, biz və sənlik yoxdur.
Mən, biz, sən, və o bir şeydir,
Ki, birlikdə. Heç ayrılıq olmaz,
Əbədi ilə birlikdə olan və məhv olmaz
Suluk və seyr və arif[4]
İmam Məhəmməd Qəzzali deyir: Ariflər məcazın ən aşağı nöqtəsindən, həqiqətin ən yüksək dərəcəsinə uçurlar. Bu meracda özlərini təkamülə yetirəndən sonra, varlıq aləmində Allahdan başqa heç kimin olmadığını görürlər. bütün şeylər ondan başqa hamısı həlakdır, nəinki bir zamanda, əksinə əzəli və əbədi olaraq.
Bütün şeylərin iki cəhəti var: Özünə tərəf olan cəhət və Allaha tərəf olan cəhət ki, birinci cəhətlə nüqayisədə heçdir. Amma ikinci cəhətdə müqayisədə isə, varlıqdır. Nəticədə Allah və onun cəhətindən başqa bir varlıq yoxdur." "کل شى هالک الاّ وجهه" ازلاً و ابدا əzəli və əbədi olaraq.
Ona görə də, ariflər "limənil- mulkulyəim? Lillahil- vahidil- qəhhar" nidasını eşitmək üçün, qiyamət gününə kimi gözləməyə ehtiyaclı deyildirlər, əksinə bu nida onların qulağından heç vaxt kəsilməz. onlar "Allahu əkbər" sözündən, onun hamıdan daha böyük olması mənasınıanlamırlar. Vücud dəryasında ondan daha böyük bir dərya yoxdur ki, o ondan daha böyük olsun.[5] Ondan qeyrisi heç vaxt haqla birgə olmaq dərəcəsinə yetişməz.qeyd etmək lazımdır ki, vücudun əsas olması termini, Mühyiddinin sözlərində olunmurdu, İbn Ərəbinin və ondan sonrakı ariflərin kitablarını şərh edənlər, İbn Ərəbinin təlimlərindən istifadə edərək, belə bir termini işlətdilər.
Panteism nəzəriyyəsinə olan arqument:
Filosof ariflər, Sədrül- mütəllihin və digərləri kimi, vücudun əsil olması və vücudun məna cəhətdən müştərək qeyd ediblər. o arqumentlərdən biri belədir: Vücudun məna cəhətdən müştərək olmasını nəzərə alaraq, vücudun vahid həqiqəti olmalıdır. Çünki vahid mənanı müxtəlif varlıqlardan əldə etmək mümkün deyil.
Həmçinin, pateism nəzəriyyəsini təsdiqləyən və fəlsəfədə açıqlanan əsas və pirinsiplərdən biri bütün əşyaların zatının bəsit olması qaydasıdır. Bu açıqlama ilə haqqın bəsit zatı, əgər bəzi varlıqlara şamil olmasa, onda zatın mürəkkəb olması lazım gəlir, (baxmayaraq ki, ağılın şərt olmasına əsasən olsun) varlıq və yaxşılıqdan, mürəkkəbçilik zatın bəsit olmasıyla uyğun deyil. Deməli mütləq vücudun, bütün varlıqların kəmallarını, bəsit formada malik olmasını demək lazımdır.[6]
Fəqih və kəlam alimlərinin müxalifət etməsinin səbəbi:
Fəqih və kəlam alimlərindən bəzisi, istərsə olsun istərsə də sünni, hətta məsihi kəlam alimlərindən də, Sufi və ariflərin əqidəsinə qarşı, məxsusən panteism əqidəsinə iradlar ediblər. Bəziləri, ariflərin belə nəzəriyyələrinə görə, hətta kafir də elan ediblər. Çünki belə bir əqidəni,ilahi təlimlərə zid bilirdilər. Məsələn: "La ilahə illəllah" ki, islamın ilk şüarıdır, "la vücudə illəllah" cümləsilə zid bilirlər. Çünki birincisi bunu çatdırır ki, bütlər və digər ilahələr kimi, Allahdan qeyrisini pərəstiş etmək olmaz, Amma ikinci şüar deyir: Nə varsa, istər büt olsun və istərsə də başqa məbudlar, Allahdır. Allahdan başqa əslində başqa bir şey yoxdur,əksinə müxtəlif formalarda ibadət olur.
Yaxud ariflər deyiblər: "Subhanə mənəzhərəl- əşya və huvə əyniha" bu sözə irad tutublar ki, məgər Allahın mövcudatın eyni olması mümkündürmü, halbuki, varlıqların bəzisi, alçaq, çirkin və nəcisdirlər? Deməli bu söz küfrlə bərabərdir.
Əlbəttə qeyd etmək lazımdır ki, ya ariflərin bəzisi, öz məqsədlərini yaxşı çatdıra bilməyiblər və ya tənqidçilərin bəzisi onların sözlərini yaxşı anlamayıblar. Bu məsələ iradların mənşəyi olubdur və ariflər barəsində ümumilikdə və İbn ərəbi barəsində isə xüsusi formada. Bir- birinə zid fikirlərə səbəb olubdur. Panteism məsələsi o qədər ağır və dəqiq bir mövzulardandır ki, heç kəs nə onu bütünlüklə açıqlaya bilər və nə də hər kəs onu olduğu kimi dərk edə bilər.
Sədrül- mütəllihin, səhv düşüncənin qabağını almaq üçün, panteism mövzusunu tamamilə təhlil etməyə çalışan şəxslərdən biridir.
O, xüsusi varlıqlar müəyyən mövcudlarda vücudun həqiqətinin necə cərəyanda olması barəsində deyir:
Əşyalar varlıq aləmində üç dərəcəyə malikdirlər:
Birinci dərəcə: Mütləq varlıq və özündən qeyrisinə bağlı olmayan dərəcədir. Hansı ki, ariflər ona "qeybi varlıq", "mütləq qeyb" və "zatı əhədiyyət" deyirlər. Onun nə adı var nə də sifəti, və nə də heç kəs onu tənıya bilməz.
İkinci dərəcə: Qeyrisinə bağlı olan varlıq ki, məhdud hökümlərlə sifətlənibdir. Məsələn, əqllər, nəfslər, fələklər, ünsurlar və mürəkkəblər, insan, canlılar, ağac, külək və digər xüsusi varlıqlar kimi.
Üçüncü dərəcə: Mütləq "geniş vücud" ki onun ümumiliyi, ümiminin hərtərəfliliyi mömindən deyil, əksinə başqa cürədir. Vücud, əldə olunan olduğuna görə, ümumi təbii ya əqli olmasından asılı olmayaraq. Məlum halda deyil və var olması üçün, digər bir şeyin ona əlavə olmasına ehtiyaclıdır. Bu geniş vücudun vəhdəti cəhətdən deyil, çünki, varlıqların vücudunda yayılmış bir həqiqətdir. O, dünyanın əsasədər və həyat çarxıdır. Ərşi rəhman və sufilərin dililə "Əl- həqqul- məxluqu bih" və həqiqətlər həqiqətidir..[7]
Sonra bu mövzunun ardına, səhvi aradan qaldırmaq mövzusunu əlavə edir:
Dediklərimizdən bu isbat oldu ki, ariflərin dilində, hər vaxt, vacib barəsində, mütləq vücud işlənsə, məqsədləri, birinci mənada olan vücuddur. Yəni o varlıq heç bir şərtsiz və qeydsizdir. (bişərti la şey), axırıncı məna qəsd olunmur. Əks halda aydın olduğu kimi mənanı bir- birindən ayırmadan və səhv üzündən, nə qədər yolunu azmaları və səhv əqidələr qarşıya çıxır. Dindən çıxma, hər şeyin halal olması, Allahın əşyalarda özünü göstərməsi və Allahın varlıqların xüsusiyyətlərinə malik olması və hadisələr və naqisliyin onda olmasını deməyə gətirib çıxarır.[8]
Sədrül mütəllihin digər yerdə "vəhm və tənbih" başlıqlı mövzuda belə deyir:
Sufilərə aid edilən nadanlardan bir dəstə, arif alimlərin yolunu öyrənməmiş və ariflər dərəcəsinə yetişməyənlərdən, fikirlərinin zəifliyi, etiqadlarının möhkəm olmaması və vəhmin onların batinlərinə qələbə çalmasına görə, ariflərin dilində "məqame əhədiyyət" "qeybi hoviyyət" və "qeyblər qeybi" adlanan Allah, ö zühur və təcəllisi olmadan, hal- hazırda vücud tapa bilməz, əksinə həmin surətlər aləmində mövcuddur.
Onun hissi, ruhani və Allah və qüvvələri, cəm olmuş zahiri olanlardır, ondan qeyri olan varlıqlar deyil. O cəm zahir, böyük insan və kitabi mubindən ibarətdir ki, buu balaca insan, ondan qısa nömunə və nüsxədir. Bu söz və əqidə, küfr və rüsvayçılıq və xalis dinsizlikdir. Bir az elmi olan hər bir şəxs, dilinə belə bir söz gətirməz. bu işi sufilərin böyüklərinə və onların rəislərinə nisbət vermək, böyük iftiradır. Onların batini və sözlərdən uzaqdır. Ola bilsin ki, belə bir cahilanə olan gümanın səbəbi, vücudun işlədilmələrində olan səhvlərdir. Bəzən vücud, Allahın zatına deyilir, bəzən mütləq şeylərə, bəzən də ümumi əqli mənaya.
Burda, ariflərlə alimlərin bir- biri ilə ixtilaf etmələrinin, ibarətin düzgün olmamasına. Ya açıqlamanın aydın olmamasına və ya düzgün başadüşülməməsinə görə, olmasını təsdiqləmək üçün bir məsələni qeyd etməyi münasib bilirik: İrfan və sufiliyin əleyhinə yazılan kitablardan biri, "məsrəut-təsərruf" kitabıdır. Burhanəddin Bəqai ( 809 888 h.q) yazmışdır. O kitabda düzgün başa düşülməmə nümunələri qeyd olunubdur ki, biz onların birinə işarə edirik:
Şeyx Zeynəddin əbdür- rəhim ibnil Hüseyn iraqi, hansı ki, Bəqai ona şeyxlər şeyxi, Şeyxül- islam, ümmətin imam, zəmanənin qoruyanı, adı verib, İbn ərəbi barəsində deyir: bu Allah və onun rəsulu və möminlərin müxalifi gəldi və sufilərin işini qəbul etdi və onları Allah tanıyanlardan saydı və dedi: Əslində, arif o şəxsdir ki, haqqı (Allahı) bütün Şeylərdə görür, hətta onu bütün şeylərin eyni bilir. Şübhəsiz bu sözü deyənin şirki, yəhudi və xrisrianların şirkindən daha pisdir. Yəhudi və məsihilər, Allahın yaxın bəndələrindən birinə ibadət etdilər, bu ibn ərəbi isə qoyun və bütün ibadətini, Allahın ibadətinin özü bilir. Hətta onun sözü ora çatır ki, Allahı it və donuz və sair eyni bilsin.
Hətta nəcis Doğru danışan elm əhlindən biri, mənə belə danışdı ki, iskəndəriyyə yaxınlığında, bu adını qeyd etdiyimiz şəxsin ardıcıllarından birini gördüm ki, mənə dedi, Allah bütün şeylərin özüdür. Oradan bir uzunqulaq keçirdi, ondan soruşdum: Bu eşşəyin də? Cavabverdi: Bəli. Dedim: Bu eşşək də, onun nəcisi də? Dedi: Bəli. Bu nəcis də və sair.
Qərbi afrika ölkələrində də, ariflərə edilən iradların çoxu, düzgün anlamamağa qayıdır. Xüsusilə panteism nəzəriyyəsi, iradların əsaslı olmuşdur.
Doktor Barens, Birmenqam şəhərinin keçisi deyir: Mənim fikrimcə, panteismin bütün növləri kənara qoyulmalıdır.
Çünki, əgər insan həqiqətən xaliqin bir hissəsi olsa, insanın zatında olan pislik və çirkinlik, Allahın bir hissəsi olmalıdır.[9]
Estis məsihi kəlam alimlərindən, panteism nəzəriyyəsinə edilən iradlar barəsində yazır: Güman edirəm, möminlərin və tək Allahçıların panteismə qarşı pis fikrində olmalarına, üç əsas səbəb tapmaq olar.
Birincisi budur ki, tək Allahçılıq, müəyyən Allaha etiqadlıdır, halbuki, qərb alimləri nəzərindən panteism, na müəyyəndir mütləq varlığa etqadlıdır.
İkincisi budur ki: İrad edirlər ki, əgər paneism nəzəriyyəsinə uyğun, dünya və onda olanlar, ilahiləşsələr, belə olduqda, "şər" də ilahiləşəcək.
Üçüncüsü budur ki: Bütün dinlərdə, Allahın həssaslıq Rodolf Otonun heybət üzündən olan təsəvvürü ilə uyğundur. Bəşər Allah yanında heçdir. Öz Allahından pərdə də olan və günahkar bir vücuddur ki, günah və bağışlanmayan halında "zalım və cəhul" xitabına layiqdir. Bu vəsflə əslində xalis küfrdür ki, birlik iddiası, öz Allahı ilə bərabərlik mənasında olarsa. Allahla insan və Allahla dünya arasında arada fasilə var.[10]
Beləliklə, islamı və qeyri islami kəlam alimlərinin və fəqihlərin, panteism nəzəriyyəsilə müxalifətçilik etmələrinin səbəbi məlum olur. Mövzunun ağır olması, onun aydın olmaması, irfan iddiasında olan bəzi cahillərin səhv açıqlaması və bəzi zehinlərin bunu qəbul edə bilməməsi, bu nəzəriyyəni inkar etməyə əsas səbəblərdən olması aydın oldu. Doğru yol budur ki, belə bir dərin mövzular barəsində, elmi olmayan şəxslər fikirlərin bildirməsin. Ariflərinməqsədini anlamayan şəxslərdə, onları küfr və dindən çıxmağa müttəhim etməsinlər. ən yaxşısı budur ki, kafir və fasiq etmək əvəzinə, məlumatları olmamasını bildirsinlər.
[1] - Muhyiddin ibn ərəbi, fususul- hikəm, səh 164
[2] - Muhyiddin ibn ərəbi, Əl- futuhatul- mülkiyyə fi əsraril- malikiyyə vəl mülkiyyə, cild 1, səh 272, bab 50
[3] - Futuhati məkkiyyə, cild 2, səh 459
[4] - Şeyx Mahmud Şəbistəri, sirlərin bağı
[5] - Məhəmməd Qəzzali, Məşkutul- ənvar, səh 150- 152
[6] - Seyyid Yəhya Yəsribi, irfan fəlsəfəsi, səh 127- 128, Qum elimiyyə hövzəsinin təbliğat idarəsi, çap 3, 1374, hədis 8
[7] - Sədrül- Mütəllihin, Əl- əsfarul- ərbəə, cild 2, səh 327, ta 330, xülasə ilə
[8] - Sədrül- Mütəllihin, Əl- əsfarul- ərbəə, cild 2, səh 330, ta 330, xülasə ilə
[9] - Bertrand Rassel, Elm və məzhəb, səh 127, İrfan fəlsəfəsindən nəql olaraq, səh 173
[10] - İrfan və fəlsəfə, səh 256, Seyyid Yəhya Yəsribidən nəql olaraq, səh 173