Ətraflı axtarış
Baxanların
6389
İnternetə qoyma tarixi: 2012/01/18
Sualın xülasəsi
Yer kürəsindən xaricdə, məsələn Ayda vəfat edən insanın məhşərə gəlməsi necə olacaqdır?
Sual
Məada etiqad bizim dini etiqad və prinsiplərimizin ayrılmaz bir hissəsidir. Quranda bu barədə çoxlu ayələr vardır. O gündə ruh yenidən bədənə qayıdacaq və Pərvərdigarın hüzurunda dayanacaq. Sizdən xahiş edirik ki, bu gün adi bir iş olan, amma bir neçə on il bundan qabaq qeyri-adi və qəribə bir iş hesab edilən kosmos məsələləri ilə əlaqədar sualımıza cavab verin. Hal-hazırda kosmosa getmək adi bir işdir, hətta kosmonavtlar arasında müsəlman şəxslər də gözə dəyir. Sualımız budur: Əgər fəzada məmuriyyət zamanı, misal üçün, islam dininə inanclı olan bir müsəlman Ayda, yaxud başqa bir səma cismində (planetdə) enib müəyyən hadisələr nəticəsində dünyadan gedərsə, qiyamət günü onun Yer üzündə qurulan məhşərə gəlməsi necə olacaqdır?
Qısa cavab

Yer kürəsindən xaricdə dünyadan gedən şəxs barəsində verilən sualın cavabında diqqət yetirmək lazımdır ki, məhşər səhnəsi (yeri) bizim Yer kürəsindən təsəvvür etdiyimizdən əsaslı və köklü fərqlərə malikdir. Qiyamətin əvvəlində Yer kürəsi hazırkı şəklindən tam başqa formaya düşəcək, onda və bütün varlıq aləmində böyük, əsaslı dəyişikliklər baş verəcəkdir. Nəticədə məhşər səhrasının yeri daha yüksək həyata, istedadlara və behişt həyatına malik olacaqdır.

Ətreaflı cavab

Hər şeydən öncə xatırladırıq ki, qəbir aləmi və qəbirdən dirildilmə məsələləri maddi qəbirdən çox yüksəkdə olan bir məsələdir və rəvayətlərə əsasən “qəbir aləmi” dedikdə çox geniş miqyasda olan  “bərzəx aləmi” nəzərdə tutulur.

Yer kürəsindən xaricdə dünyadan gedən şəxs barəsində verilən sualda da diqqət yetirmək lazımdır ki, məhşərin yeri bizim Yer kürəsi barəsindəki təsəvvürümüzdən əsaslı fərqlərə malikdir. Qiyamət başlananda Yer hazırkı vəziyyətindən tam başqa bir formaya düşəcək, bütün varlıq aləmində əsaslı dəyişikliklər baş verəcəkdir. Belə ki, məhşərin baş verdiyi yer daha yüksək həyatla mütənasibdir, onda behişt həyatı, əbədilik istedadı və sair olacaqdır.

Varlıq aləmindəki elmlərə, daha böyük və külli nəzərlərə əsasən, əgər bütün maddi aləmi, özündə mövcud olan bütün cisimlərlə birlikdə “ümumi mənada olan yer” hesab etsək, səma cisimləri arasındakı fəzanı birinci asiman və sonrakı altı asimanı da qeyri-maddi asimanlar kimi nəzərdə tutsaq, bu halda “qəbirdən dirildilmək” məsələsi “Yer kürəsindəki mövcud qəbirlərdən dirildilmək”də həsr olunmayacaq, torpaqdan olan  hər bir kürə – istər Yer, istərsə də sair səma cisimləri bu ümumi mənaya daxil olacaqdır. Bildiyimiz kimi, böyük qiyamət və məad ilə əlaqədar hadisələr və dəyişikliklər də bütün varlıq aləmindəki hadisədən ibarətdir.

Quran xitablarında “yer” (“ərz”) kəlməsindən zehnə gələn şey üzərində yaşadığımız həmin Yer kürəsi olsa da, bu, onun əksəriyyət təşkil edən  mənasına görədir. Yəni onun (1400 il bundan qabaqkı) dinləyiciləri kosmik inkişaflar ilə sair səma cisimlərində də həyatın davam etməsinin mümkünlüyünü əsla təsəvvür edə bilməzdilər. Bununla belə, bir çox terminlərdə “ərz” (yer) kəlməsi behişt yeri, bərzəx yeri və s. kimi mənalarda işlədilmişdir və hamısı göstərir ki, “ərz” kəlməsi məna baxımından yalnız Yer kürəsinə məxsus deyil, hər bir məqamdakı vücud maddəsi və döşəmə (yataq) mənasına işlədilmişdir.

Bu nəzəriyyəyə görə insanların həşri ilə əlaqədar nazil olan ayələr torpaqdan ibarət olan bütün kürələrə şamildir və bütün insanları əhatə edir. Hətta Aydakı maddə də qiyamət günü yerin bir hissəsi hesab edilə bilər.

Sonda qeyd edirik ki, bu suala müxtəlif nəzəriyyələr cəhətindən, o cümlədən nəqli, kəlami və s. verilən cavablara müraciət etmək olar. Biz burada bu bəhsi külli bir nəzəriyyə ilə araşdırdıq ki, kainata nəzər və onun Quran mətləbləri ilə müqayisəsindən əldə olunan bir çox digər şübhələrə də cavab verə bilək.

Əlavə məlumat üçün aşağıdakı görünüşlərə baxa bilərsiniz:

“Məhşərin yeri”, sual 14990

“Cismani məad və dağılmış hissələrin qayıda bilməməsi şübhəsi” 14414 (sayt 14773)

“Fələklər və asimanlar”, sual 8269 (sayt 9151)

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Şeyx Səduqun etiqadına görə dini rəhbərlərin qəbrlərinin kənarında Həcc mərasinmi yerinə yetirmək, Məkkədə Həcci yerinə yetirməkdən üstündürmü?
    5111 بیشتر بدانیم 2015/05/21
    Şeyx Səduq özünün Savabul-əmal və iqabul əmal kitabında "Həcc və Ümrənin savabı" haqqında xüsusi bir fəsl açmış və bu mövzuda çoxlu rəvayətlər nəql etmişdir. Həmin kitabın başqa bir fəslində, "Həcci tərk edən şəxsin cəzası" adlı başqa bir ünvan da açımş və həmin rəvayətlərin birində belə bir rəvayət ...
  • Nə üçün kamil din (İslam) bir dəfəyə göndərilməmişdir və ümumiyyətlə onun tədrici olmasının nə kimi zərurəti var idi?
    6707 Təzə kəlam 2011/03/06
    Dinin tədrici olaraq göndərilməsi bir tərəfdən insanın ruhi və fikri qüdrətinin tələbidir, digər tərəfdən isə onun ictimai-dünyəvi ehtiyaclarına və qarşıya çıxan gündəlik məsələlərə aiddir. Qədim insanlar kifayət qədər təfəkkür qüdrətinə malik olmadığından sonrakı əsrlərin maarifini əxz edə bilməzdilər. Habelə, həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih)-in besətindən əsrlər qabaq ...
  • “Qalaktika trayektoriyası” nəzəriyyəsi ruhun varlığı və əbədi qalması ilə – heç olmazsa ölümdən sonra – təzadlıdırmı?
    9226 Qədim kəlam 2011/03/06
    1. İslam nəzərindən “mən” maddi bədənlə tamamilə fərqli olan bir gerçəklikdir. “Hicr” surəsi 29, “Muminun” surəsi 14, “Ənam” surəsi, 93, “Həşr” surəsi, 19, “Şəms” surəsi, 7-8 və s. ayələr bu həqiqəti və mənanı dəstəkləyir.2. Ərəstu (Aristotel) fəlsəfəsində deyildi kimi, insan bir-biri ilə ayrı ...
  • Bir neçə mətləb Buxarinin həyatından açıqlayın.
    7817 تاريخ بزرگان 2011/05/05
    Əbu Əbdullah, Məhəmməd ibni İsmayıl ibni Muğəyrə ibni Bərdəziyyə, Cofi əl- Buxari, Əhli sünnətin tanınmış hədis alimlərindəndir. O hicrət ilinin 194- cü ilində Buxara şəhərinin kəndlərindən olan "Xərtəng" kəndində dünyaya gəlmiş və həmin uşaqlıq dövründə, atasını itirmişdir. Güclü yaddaşa malik olmuş və uşaqlıq dövründən hədisləri toplayıb saxlamağa səy etmişdir.
  • Rəvayətlərə əsasən qeyri müsəlmanlar ilə necə davranmalıyıq?
    6972 Nizamlar hüquq və əhkam 2011/11/19
    İslam, insanlığın pak fitrət və sevgi- məhəbbət dinidir və bütün bəşəriyyətin hidayəti və səadəti üçün gəlmişdir. Dini seçmək ixtiyari bir iş olduğu üçün həmişə İslam cəmniyətində az- çox qeyri müsəlman şəxslər tapılmış olur. İslam dininin bütün insanlar, məxsusən başqa dinlərin ardıcılları ilə göstərişi hüquqların riayət olunması, xoş rəftarlıq və dinc ...
  • Bütün əməlləri xalis niyyətlə necə yerinə yetirmək olar?
    7808 Əməli əxlaq 2011/07/28
    İxlas – işlərin yerinə yetirilməsində və bəndəlikdə başqasının razılığını yox, yalnız Allah-taalanın razılığını əldə etmək, layiqli bəndəlik məqsədində olmaq mənasınadır. Deməli, əvvəlcə ixlasın maneələrini, yəni riyakarlıq, dünyaya ürək bağlamaq, şeytani vəsvəsələri aradan qaldırmaq lazımdır, bundan sonra imanın gücləndirilməsi, Allah-taalanın müqəddəs ...
  • Mərcəi təqlidlərdən hansı biri dırnağın üzərindəki lakı dəstəmaz almağa maneə bilmirlər?
    6646 Suyun çatmasının maneələri 2015/04/16
    Bütün mərcəi təqlidlər dəstəmazın şərtlərində buyurublar: dəstəmazın səhih və düzgün olma şərtlərindən biri budur ki, dəstəmaz üzvlərinin hamısına suyun çatmasında heç bir maneə olmamalıdır. Buna əsasən dəstəmazdan qabaq, dəstəmaz üzvlərinə suyun çatmasına maneə olan bütün maneələr təmizlənməlidir. Bu səbəbə dirnaqda olan lak və maddəyə malik olan rənglər, ...
  • Aya etanol ki, spirtlərdən bir növüdür pak və onu içmək halaldırmı?
    10905 Nizamlar hüquq və əhkam 2011/09/29
    Spirtlər iki dəstəyə bölünür: Bir dəstəsi neft sənayesi və petromişidən əldə olunur cə başqa bir dəstə spirt isə şərabın buxar damcılarından hasil olur. Etanol spirti sənaye spirtlərindən olduğu üçün, rabitəsi olan bu bəhsi sənayedən əldə olan spirtə ixtisas verib tədqiq edirik:  həqiqət budur ki, tibdə istifadə olunan spirt ...
  • Qərb ökələrinin İslam Peyğəmbərinə əhanət etməsində məqsəd nədir?
    7433 Siyasət fəlsəfəsi 2011/04/16
    Sualın cavabını açıqlamaq üçün bir neçə nöqtəyə işarə edirik: 1.             Tarixdə bu cür əhanətlər: Peyğəmbərə (ə) və İslam Peyğəmbərinə (s) əhanət olunması təzə bir məsələ deyil, bəlkə çox keçmiş zamanlarda bu hadisənin olduğunu tarix bizlərə xəbər ...
  • İmam Hüseynin (ə) surəsi hansıdır?
    13891 Təfsir 2011/10/31
    Mübarək fəcr surəsi İmam Hüseyn (ə) surəsi kimi məşhurdur.[1] İmam Sadiq (ə) buyurur: Fəcr surəsini hər vacib və müstəhəb namazda qılın ki, Hüseynin (ə) surəsidir. Hər kəs bu surəni oxuyarsa, qiyamətdə Hüseyn bin Əliylə (ə) onun birinci dərəcəsində cənnətdə olacaq.[2] Bu surənin axırıncı hissələrində, aram ...

Ən çox baxılanlar

  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    166807 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    165516 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    120540 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    115094 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    113447 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    95314 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    56742 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    55415 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    47318 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    46522 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...