Ətraflı axtarış
Baxanların
7088
İnternetə qoyma tarixi: 2011/08/09
Sualın xülasəsi
Niyə görə insan Allahı yaddan çıxarır?
Sual
Niyə görə insan Allahı yaddan çıxarır?
Qısa cavab

Şeytanın vəsvəsələri, dünyaya bağlılıq və günah Pərvərdigarı yaddan çıxarmağın amillərindəndirlər, bunların əksi olaraq, namaz, Quran, Allahın ayələrində təfəkkür, dəlil və sübutlardan istifadə etmək qəlbləri Allahı yadı ilə dirildə bilər.

Allahı yada salmağın aşağıdakı müsbət təsirləri vardır:

1- Allaha itaəti zərur hesab etmək. 2- Təvazökarlıq. 3- İbadət eşqi. 4- Rahatlıq və əminliyə qovuşmaq. 5- Allahın dəndəsinə nəzər etməsi. 6- Allahın öz bəndəsini sevməsi ...

Ətreaflı cavab

Quran ayələrində göstərilir ki, kafirlər, cinayətkarlar, müşriklər və ateistlər ilk yaradılış və son mənzili və bunun nəticəsində də Allahı yaddan çıxardılar. Quranda bu barədə belə buyurulur: ”Allahı unutduqlarına görə, Allahın da onları özlərinə unutdurduğu kəslər kimi olmayın! Onlar həmin fasiqlərdirlər!”[1]

Həmçinin başqa bir ayədə kafirlərin dilindən deyir: “(Məadı inkar edən müşriklər) dedilər: «Bizim bu dünya həyatımızdan başqa bir həyat yoxdur; daim ölürük və dirilirik və bizi yalnız zamanın keçməsi öldürür (mələklər zamanın keçməsi ilə ruhları bir bədəndən digərinə keçirirlər və arada başlanğıc söhbəti yoxdur).» Onların bu iddiaya bir (dair) bilikləri yoxdur. Onlar yalnız güman edirlər.”[2] Beləliklə Allah və axirəti yaddan çıxardılar.

Başqa bir ayədə qeyd edilir: «(Onlara deyərik:) «Belə isə, bu günkü günümüzün görüşünü unutmağınızın cəzasını (Cəhənnəmin əzabını) dadın, biz də sizi unutduq (Öz mərhəmətimizdən sildik)və etdiklərinizin cəzası olaraq dadın əbədi əzabı»[3].

Başqa bir ayədə kafirlərə belə xitab olunur: «Və (onlara) deyilər: «Siz (dünyada) bu günki görüşünüzü unutduğunuz kimi (Biz də) bu gün sizi unudacağıq (əzabın içində boşlayacağıq). Sizin yeriniz oddur və sizə əsla kömək edənlər olmayacaqdır.»[4]

Bu ayələrdən aşağıdakı nəticələr üzə çıxır:

1-      “Unutmaq” kəlməsinin mənasına baxdıqa belə məlum olur ki, teizm və Allahı tanımağın fitri kökləri vardır, kafirlər, müşriklər və günahkarlar dünya aludəçiliyinin təsiri altında onu yadan çırardırlar. Allahı unutmaq yalnız möminlər və ya kitab əhlinə şamil olmur. Yaradılış mənşəyi və axirət mənzilini qəbul etməyən hər bir kəs haqqında “unutmaq” deyimi işlədilir: Siz Allahı və axirəti yaddan çıxarmısınlz.

2-      Allahı unutmaq insanın özünü unutmasına səbəb olur. Bunun da dəlili aydındır. Çünki bir tərəfdən Yaradanı yaddan çıxarmaq insanın maddi ləzzətlər və heyvanı meyllərdə qərq olması, öz xilqətinin hədəf və qayəsini yaddan çıxarması və nəticədə sabahı – qiyamət günü üçün lazımı azuqə yığmaqdan qafil olmasına səbəb olur, başqa bir tərəfdən də Allahı yaddan çıxarmaq Onun pak sifətlərini – mütləq varlıq, sonsuz elm, hüdudsuz qüdrət Onundur, Ondan başqa hər bir şey Ona bağlı, Ona möhtac və Ondan yaranmışdır – yaddan çıxarmaqla sonunclanır. Bu da insanın özünü müstəqil, qəni və ehtiyacsız sanmasına səbəb olur. Beləliklə, öz insanlıq həqiqət və mahiyyətini yaddan çıxarır.[5]

3-      Bu ayələr, bütünlüklə, bizə anladırlar ki, Allahı yaddan çıxarmaq nəinki təkcə mümkündür, bəlkə də, təəssüflər olsun ki, bütün insanların düçar olduqları bir tendensiyadır. Əfsuslar olsun ki, hətta bir sıra müsəlmanlar da müxtəlif vəziyyətlərdə Allahı yaddan çıxarırlar. Lakin, bəzən bu unutqanlıq daimi olur, bu, çox təhlükəli və şiddətli axirət əzabına bais olan bir xəstəlikdir. Belə ki, Allah Quranda buyurur:” Allah onların qəlblərinə və qulaqlarına möhür vurmuşdur və onların gözlərində pərdə vardır. Onlara böyük bir əzab veriləcəkdir.”[6]

Bəzən də müvəqqəti olur. Belə halda ilkin halətə qayıtmaq, Allahı yada salmaq hissinin yenidən dirilmısi və nicat tapmaq yolu mövcuddur. Bu barədə Quranda deyilir: “Şübhəsiz, təqvalı olanlara Şeytandan bir vəsvəsə yetişsə, (ya qəlblərdə dolanan bir Şeytan onların fikirlərinə zərər-ziyan yetirsə, dərhal) (Allahı yadlarına salaraq) özlərinə gələr və onda gözüaçıq olarlar”.[7]

Allahı yaddan çıxarmağın səbəbləri:

1-      Şeytan Allahı yaddan çıxarmağın əsas səbəblərindən biridir. Bu barədə Quranda belə qeyd edilir: “Şeytan onlara hakim olub Allahı yad etməyi onlara unutdurmuşdur. Onlar Şeytanın firqəsidirlər. Agah ol ki, Şeytan firqəsi həmin ziyankarlardır”.[8]

Şeytanın bütün səyi bundan ibarətdir ki, Allaharayıcılıq sərmayəsini insanın əlindən alsın. Kim bu sərmayəni itirsə, özünü unutmuşdur.

2-      Dünyaya bağlılıq Allahı unutmağın əsas amillərindən biri sayılır. Çünki dünya öz çazibədarlığı və zər-zibası ilə insanların qəlbini ovsunlayıb, özünə vurğun edir. Elə buna görə də Həzrət Əli (ə) buyurur: “Allahın yanında olanlara dünyadan qırılmaqdan başqa bir yolla çatmaq olmaz”.[9]

3-     Günah və itaətsizlik Allahla insanın arasında asılmış bir pərdə kimidir. İnsanın Allahı və öz yaradılış mənşəyini unutmasına və qəflətə düçar olmasına səbəb olur. Bir kişi İmam Rıza (ə)-dan soruşur: Niyə görə Allah pərdə arxasındadır? İmam Rıza (ə) cavabında buyurur: İnsanların mürkətib olduğu çoxlu günahlara görə.[10]

Bütün bunlara rəğmən biz həmışə öz qəlbimizdə və cəmiyyətin arasında Allahın zikirini və yadını diri saxlamalıyıq. Allahın Quranda buyurduğu kimi – O kəslər ki, ayaq üstə, oturduqları halda və böyürləri üstə (yatdıqları halda) Allahı yadlarına salır”[11] – Allahı yada salmaq hər bir şəkildə mümkün və müyəssərdür. Daha lazım deyildir ki, xüsusi bir şəkildə olsun. Bununla yanaşı, dinimizdə Allahı yada salmaq üçün bir sira metot və vasitələr də tanıdılmışdır. Onların bir necəsini sadalayırıq:

1-     Namaz. Quranda buyurulur: “Namazı Məni anmaq üçün qıl!”[12]

2-     Quranla ünsiyyət və əlaqə. Allah Quranda buyurur: “Sənə oxuduğumuz bu (hekayət), (sənin peyğəmbərliyinin doğruluğuna dəlalət edən) nişanə və ayələrdən, həmçinin bu yada salan və hikmətli kitabdandır”.[13]

3-     Yerlər və göylər (Allahın nişanələri) barəsində təfəkkür. Quranda buyurulur: «...göylərin və yerin yaradılışının sirləri barəsində fikirləşir (və qəlbləri və ya həm qəlb, həm də dilləri ilə deyir)lər: «Ey Rəbbimiz, bunu (bu əzəmətli aləmi) boş yerə yaratmamısan! Sən (faydasız və puç işlərdən) paksan (və bütün bunlar mütləq ali məqsəd, yəni ağıl sahibləri üçün vəzifələr müəyyənləşdirmək və dünyada savab və əzaba layiq olmaq və onların axirətdə gerçəkləşməsi üçündür). Odur ki, bizi odun əzabından qoru».[14]

4-     Allahın sifətlərini diqqət mərkəzində saxlamaq. Quranda buyurulur: “Şərq və qərb Allaha məxsusdur. Odur ki, (bütün dua və ibadətlərdə) hansı tərəfə üz tutsanız Allahın üzü (səmti) oradır. Şübhəsiz Allah (vücud, qüdrət və rəhmət baxımından) geniş və biləndir”.[15] Allah hər yerdədir, demək hər hansı tərəfə üz tutsanız Allah oradadır. Sözün qısası: Özünə yiyə dur ki, hörmətsizlik etməyəsən.

Allahı anmaq və zikr etməyin insan həyatında çoxlu təsir və faydaları vardır. Onların bəziləri aşağıdakılardan ibarətdir:

1-      Uca Allahın göstərişlərinə itaət etməyi zəruri sanmaq.

2-      Haqqı qəbul, həqiqəti təsdiq etmək və Allahın zəif bəndələri qarşısında təvazökarlı olmaq.

3-      İbadət eşqi.

4-      Daxali aramlıq və əminliyə qovuşmaq.

5-     Allahın bəndəyə olan məhəbbətini cəlb etmək və...

Ümid edirik ki, hamı bu faydalardan bəhrələnəcəkdir.



[1] -Həşr surəsi, ayə 19; Tövbə surəsi, ayə 67, Yasin surəsi, ayə 78.

"وَ لا تَکُونُوا کَالَّذینَ نَسُوا اللَّهَ فَأَنْساهُمْ أَنْفُسَهُمْ أُولئِکَ هُمُ الْفاسِقُونَ

[2] - Casiyə surəsi, ayə 24.

وَ قالُوا ما هِیَ إِلاَّ حَیاتُنَا الدُّنْیا نَمُوتُ وَ نَحْیا وَ ما یُهْلِکُنا إِلاَّ الدَّهْرُ وَ ما لَهُمْ بِذلِکَ مِنْ عِلْمٍ إِنْ هُمْ إِلاَّ یَظُنُّونَ"

[3] -Səcdə surəsi, ayə 24.

[4] -Casiyə surəsi, ayə 34.

[5] - “Təfsiri-numunə”, c. 23, s. 541.

[6] - Bəqərə surəsi, ayə 7.

خَتَمَ اللَّهُ عَلى‏ قُلُوبِهِمْ وَ عَلى‏ سَمْعِهِمْ وَ عَلى‏ أَبْصارِهِمْ غِشاوَةٌ وَ لَهُمْ عَذابٌ عَظیمٌ"

[7] - Əraf surəsi, ayə 201; Ali-İmran surəsi, ayə 135.

الَّذینَ اتَّقَوْا إِذا مَسَّهُمْ طائِفٌ مِنَ الشَّیْطانِ تَذَکَّرُوا فَإِذا هُمْ مُبْصِرُونَ".

[8] - Mücadilə surəsi, ayə 19.

اسْتَحْوَذَ عَلَیْهِمُ الشَّیْطانُ فَأَنْساهُمْ ذِکْرَ اللَّهِ أُولئِکَ حِزْبُ الشَّیْطانِ أَلا إِنَّ حِزْبَ الشَّیْطانِ هُمُ الْخاسِرُون".

[9] - “Nəhcül-bəlağə”, xütbə 193.

" وَ لَا یُنَالُ مَا عِنْدَهُ إِلَّا بِتَرْکِهَا".

[10] - Şeyx Səduq, “Ət-tövhid”, Cameül-müdərrisin Nəşriyyatı, Qum, 1978, s.252.

عن الرضا(ع): قال الرجل فلم احتجب فقال أبو الحسن ع إن الاحتجاب عن الخلق لکثرة ذنوبهم.

[11] - Ali-İmran surəsi, ayə 191.

"الَّذینَ یَذْکُرُونَ اللَّهَ قِیاماً وَ قُعُوداً وَ عَلى‏ جُنُوبِهِمْ" .

[12] - Taha surəsi, ayə 14.

"أَقِمِ الصَّلاةَ لِذِکْری".  

[13] - Ali-İmran surəsi, ayə 58.

"ذلِکَ نَتْلُوهُ عَلَیْکَ مِنَ الْآیاتِ وَ الذِّکْرِ الْحَکیمِ".

[14] - Ali-imran surəsi, ayə 191.

یَتَفَکَّرُونَ فی‏ خَلْقِ السَّماواتِ وَ الْأَرْضِ رَبَّنا ما خَلَقْتَ هذا باطِلاً سُبْحانَکَ فَقِنا عَذابَ النَّارِ".

[15] -Bəqərə surəsi, ayə 115.

وَ لِلَّهِ الْمَشْرِقُ وَ الْمَغْرِبُ فَأَیْنَما تُوَلُّوا فَثَمَّ وَجْهُ اللَّهِ إِنَّ اللَّهَ واسِعٌ عَلیمٌ".

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Nə üçün bəzi məclislərdə imam Hüseyn (əleyhis-salam)-ın məzlumluğu təsvir olunur?
    7338 Dahilərin sirəsi 2012/04/19
    Qeyd olunmalıdır ki, imam Hüseyn (əleyhis-salam)-ın şəhadətindən əvvəl və sonra varid olan müsibətlər öz-özlüyündə o həzrətdən məzlum bir çöhrənin təqdim olunmasına səbəb olur. İmam Hüseyn (əleyhis-salam) barəsində işlənən “məzlum” kəlməsinin təhlilindən belə nəticə alırıq ki, o həzrət üçün təsvir olunan məzlumiyyət “zəif və zülmü qəbul edən bir ...
  • Əllahus- səməddə, əs- səməd kəlməsi hansı mənadadır?
    12291 Təfsir 2012/02/15
    Lüğət kitabları, rəvayətlər təfsirçilərin kəlamlsrında "səməd" kəlməsi üçün, çoxlu mənalar qeyd olubdur. Ona görə də bu qısa məqalədə bir neçə nümunə hər üç dəstədən (lüğət, rəvayət və təfsir) açıqlayır.A). Rağib müfrədatda deyir: Səməd ağa və böyük ...
  • Əgər bir kəsə həcc vacib olarsa və getmək zamanı olduqda xəstədir. Bu həcci ümrəyə çevirmək və bir neçə nəfərlə getmək olarmı?
    5537 Nizamlar hüquq və əhkam 2012/04/18
    Hər bir aqil və həddi bulluğa çatmış şəxsə həccin vacib olması üçün müstəti[1] olmalıdır. Bu şərt ödənildikdə həcconun üçün vacib olur. Yəni, həccin başlanğıc şərtləri ödənilməlidir ki, həcc vacib olsun. [2] Məsələn: Əgər həccə getmək üçün növbəyə yazılma imkanı vardırsa, ilk ...
  • Hər bir insanın ekizinin (həmyaşıdının) olması düzgündürmü?
    6838 Hədis elmləri 2012/01/08
    İnsanların ekizinin olması barədə bir neçə rəvayət vardır.Rəvayətlərdə gəlibdir ki, Allah- Taala İblisə buyurdu: Oxşarını sənə vermədən heç bir adama övlad vermərəm. Hər bir adamın Şeytani oxşarı vardır.[1]Başqa bir rəvayətdə gəlibdir ki, Peyğəmbər (s) ...
  • Rizq (ruzi) barəsində nə kimi rəvayətlər vardır? Halal ruzini hansı yollarla əldə etmək olar? Ruzinin artması üçün hansı dualar vardır?
    18578 Əməli əxlaq 2012/04/09
    Ruzini maddi nümunələrdə həsr edən adi camaatın təsəvvürünün əksinə olaraq, rəvayətlərdə ruzi kəlməsi geniş mənalara malikdir və Allahın verdiyi bütün nemətlərə şamildir – istər maddi nemətlər olsun, istərsə də mənəvi. Bununla belə, maddi ruzilər barəsində də bir çox rəvayətlər vardır ki, ətraflı cavabda onların bir neçəsi qeyd ...
  • İmam camaat namazın rükətlərinin sayında səhv edərlən, məmumların vəzifəsi nədir?
    6827 Nizamlar hüquq və əhkam 2011/05/05
    Əgər imam camaat namazın rükətlərinin sayında şəkk etsə, ya namazı səhv qılsa və məmun namazın rükətlərinin sayında yəqini olsa, bunu imam camaata anlada və onu rükətlərin sayı və vəzifəsindən xəbərdar edə bilər.[1] Amma bu xəbərdarlıq elə formada olmalıdır ki, namazın batil olmasına səbəb olmamalıdır. Məsələn, əllə işarə, Allahu ...
  • Имам Заманла (әҹ) әлагә вә рабитә јаратмаг олармы?
    7530 Nizamlar hüquq və əhkam 2010/11/22
    Үмумијјәтлә, бир-бирини танымајан ики нәфәр арасында әлагә вә рабитә өз-өзлүјүндә мүмкүн дејилдир. Әксинә, ики тәрәфдән һәр биринин гаршы тәрәфә елми вә билији олдуғундан сонра бир-биринә әлагә вә мәһәббәт јарандыгдан сонра бу бағлылығын гурулмасы мүмкүндүр. Јәни, ики тәрәфин бир-биринә гаршы олан мәһәббәт вә еһтирамы ...
  • Əli (ə) hansı xütbədə, özündən qabaq üç xəlifənin xilafətə (xəlifəliyə) yetişməsi keyfiyyətini izah edir?
    9809 Hədis elmləri 2012/01/09
    Əli (ə) Nəhcül- bəlağənin üçüncü xütbəsində özündən qabaq üç xəlifənin xilafətə yetişməsi keyfiyyəti barədə söz açır və o həzrətin (ə) (xütbənin sonunda) buyurduqlarından istifadə etməklə bu xütbə, "şiqşiqiyyə" adı ilə tanınıbdır.Şiqşiqiyyə xütbəsi, xilafət barəsində imam Əlinin (ə) şikayətlərinə, onun (xilafətin) əldən getməsi qarşılğında İmamın (ə) səbrinə və sonda camaatın ...
  • Səcdəyə getdiyimiz zaman hansı üzv əvvəl yerə dəyməlidir?
    6394 Nizamlar hüquq və əhkam 2012/02/09
    Səcdə namazın vacib hissələrindəndir və vacib və müstəhəm şərait və hissələrə malikdir; o yerlər ki, səcdədə müstəhəb hesab olur, odur ki, kişi səcdəyə getdiyi zaman ilk növbədə əllərini, qadın isə əvvəl dizlərini yerə qoymalıdır.[1]
  • Qadınların məscidlərdə iştirak etməsi barəsində İslamın nəzəri nədir?
    7703 Məsumların (Əleyhimussəlam) sirəsi 2012/02/18
    Birinci rəvayətdə məqsəd budur ki, məscid namaz qılmaq və sair ibadətlər üçün ən yaxşı yer olsa da, qadınlar üçün ən yaxşı məscid onların evidir. Çünki belə olan halda naməhrəmlərlə qaynayıb-qarışmazlar. Bu rəvayət qadınların məscidlərdə iştirakını haram hesab etmir. İkinci rəvayətdə buyurulur ki, onlar məsciddə iştirak etmək istədikləri zaman mane olmayın. ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    164865 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    164487 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    119919 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    113999 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    111208 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    94274 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54940 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    54761 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    46365 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    45958 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...