Ətraflı axtarış
Baxanların
12482
İnternetə qoyma tarixi: 2010/11/10
Sualın xülasəsi
Əgər ölən şəxsin gözü və qulağı ölümdən sonra açılırsa, nə üçün öz ölümündən sonrakı hadisələr barəsində başqalarından soruşur?
Sual
Əgər insanın gözü və qulağı ölümündən sonra (bərzəx aləmində) açılırsa, onda nə üçün onlar dirilər və ya təzə ölən insanlar barəsində başqalarından (bərzəxdəki ölülərdən) soruşurlar?
Qısa cavab

Ölümdən sonra bərzəx gözünün (bəsirətin) açılması ümumi bir məsələdir. Yəni bütün insanlar ölüm zamanı ruhun çıxarılmasına vəkil olan mələkləri öz əməllərinə mütənasib olan bir şəkildə müşahidə edir, onların arasında söhbət olur, onların səslərini eşidir, ölümdən sonra onların əməlləri öz gözləri önündə təcəssüm edir, məhdud surətdə və bərzəx həyatına mütənasib olaraq onlara təqdim olunur. İnsan ölməklə mələyin vücudunu, ölümdən sonrakı həyatı, həmçinin peyğəmbərlərin və övliyaların verdiyi vədələrdən bəzilərini bərzəx gözü ilə müşahidə edib onların barəsində tam yəqinə çatır.

Lakin ailə, qohum-əqrəba, dostlar barəsində məlumat əldə etməyin və dünyaya əhatəli olmağın ümumiyyəti yoxdur. Onun geniş və ya məhdud olması şəxsin əməllərinin mizan və meyarına bağlıdır. Belə ki, dünyadan təzə getdikdən sonra dünya əhlinin barəsində söz-söhbətlər, hal-əhval soruşmaq ölülərin hamısı üçün hasil olmur. Əksinə, islam rəvayətlərinə əsasən, bu məsələ ölülərin hamısına yox, behişt bərzəxinin əhalisinə məxsusdur. Lakin Allahın övliyaları bundan da yüksək məqamlarda olmaqla başqalarından (bir şey) soruşmağa ehtiyaclı deyildirlər!

Buna görə də çoxlu məxfi işlər və sirlər vardır ki, hətta bərzəxdə də aşkar olmur; bu kimi işlər insanın qiyamət səhnəsinə daxil olduğu zaman zahir olur. O gün “sirlərin aşkar olduğu gündür” və bütün sirlər əyani şəkildə müşahidə olunacaqdır.

Ətreaflı cavab

İnsanın müxtəlif seyr və təkvin (təbii) mərhələləri vardır: müəyyən bir mərhələdə cansız əşyadır, sonra bitki və ya heyvan mərhələsini ötüb keçir, daha sonra nütfə şəklində ana bətnində qərarlaşır. Bədəni lazımi həddə çatan zaman ona ilahi ruh üfürülür və insani həyata malik olur. İnsan rüşeym dövranını keçirdikdən sonra başqa bir mərhələyə çatır dünya həyatına qədəm qoyur (dünya – “yaxın” və ya “alçaq” həyat mənasınadır). Qısa və ya nisbətən uzun müddətdən sonra bərzəx adlı digər bir həyata (dünya ilə qiyamət arasındakı fasilədir) nəql olunur. Onun dünya ilə olan münasibəti dünyanın ana bətni ilə olan münasibəti kimidir və tam şəkildə təsəvvür edilə bilməz. Ondan sonra da (dünya-bərzəx ömrünün tamam olması ilə) bütün insanlar – birlikdə və kütləvi şəkildə  – “məhşər” və “qiyamət” adlı digər bir həyata nəql olunacaqlar.

Qiyamətin bərzəxlə olan münasibəti də bərzəxin dünya ilə olan münasibəti kimidir. Qiyamətdə və bərzəx aləmində insan üçün elə işlər aşkar olur ki, məhdud dünya həyatında hasara salınmış insan üçün hətta təsəvvür belə oluna bilməz. Necə ki, dünya işləri və onda baş verən şeylər ana bətnində olan rüşeym üçün təsəvvür olunmazdır.

Hiss (duyğu) üzvləri hüdudlarında hasara salınan, vəhy və əql qanadları ilə təbiətin fövqündəki aləmə uça bilməyən, peyğəmbərlər və ilahi övliyalar kimi doğruçu, sadiq şəxslərin verdiyi xəbərlərə inanmayan adamlar ölümdən sonra bərzəxdəki və qiyamətdəki həyata inanıb qəbul edə bilmirlər. Halbuki, istər-istəməz ölməlidirlər və ölümdən qaçmaq üçün heç bir çıxış yolu yoxdur: onlar da sair insanlar kimi ölümdən sonra olan bu iki mərhələni mütləq keçməlidirlər. Çünki, ölüm Allahın (bütün canlı varlıqlar üçün) qərar verdiyi müqəddəratdan biridir və yerdə yaşayan hər bir canlı varlıq gec-tez onunla qarşılaşacaqdır. Heç bir insan, hətta Allah dərgahında ən sevimli olan bir şəxs belə, bu işdən müstəsna deyildir. Mütəal Allah təkidlə Peyğəmbər (səlləllahu əleyhi və alih)-ə buyurur: “Biz səndən əvvəl heç bir bəşər üçün (dünya həyatında) əbədiliyi qərar verməmişik. Əgər sən (Peyğəmbər) ölsən, onlar əbədi qalacaqlarmı?! Hər bir nəfs (canlı) ölüm şərbətini içəcəkdir (təcrübədən keçirəcəkdir). Biz sizi çətinliklər və xeyirlərlə imtahan edəcəyik və (nəticədə) Bizim tərəfimizə doğru qaytarılacaqsınız.”[1]

Öz şühud vasitələri ilə, yaxud peyğəmbərlərin (əleyhimus-salam) xəbərinə etimad əsasında ölüm və ondan sonrakı həyata yəqini olan, özünü o mərhələ üçün hazırlayan, o diyara səfər üçün münasib olan yol ehtiyatı götürərək iman və saleh əməl əldə edən insanın bu mərhələlərdə heç bir qorxusu yoxdur. Əksinə, ona daha artıq meylli, rəğbətlidir. O bilir ki, ölümlə bu dünyanın məşəqqətli, dar həyatından sırf rahatlığa və asayiş məkanına nəql olunacaqdır. Necə ki, ananın dar bətnindən bu geniş dünyaya nəql olunmuşdur. Amma bu məsələyə ciddi yanaşmayan, yalnız ölüm zamanı və ondan sonra bu kimi işlərə yəqin edən şəxs ölüm üçün vəkil olan mələklərin və bu mələklərin onunla necə rəftar etmələrini, özünün dünya bağlılıqlarından ayrıldığını bütün vücudu ilə görən bir şəxs anlayacaqdır ki, hələ də həyata malikdir, amma bundan əvvəlki dövranla tamamilə fərqlidir. Görəcəkdir ki, cəsədi öz qohum-əqrəbasının arasında buraxılmışdır, onlar – əgər müsəlman və dindar olsalar – ona qüsl verib kəfənə bükür, dəfn mərasimində iştirak edir və axırda çox dar və ürək sıxan bir çalaya – qəbirə qoyurlar. Heç kəs onun dad-fəryadına, yalvarışlarına diqqət yetirmir, qayğısına qalmır; çünki onlar dünyadadırlar və bu şəxsin başına gələn hadisələrdən tamamilə xəbərsizdilər. Necə ki, o özünün dünya həyatında olarkən ölülərin dünyasından xəbərsiz idi. O, dəfn mərasiminə gələnləri görüb, tanıyır və çalışır ki, onlarla əlaqə yaratsın. Amma onlar başa düşmür, onu quru və cansız bir cəsəddən başqa bir şey hesab etmirlər. Belə ki, əgər dəfn etməsələr, üfunətli iyi hamıya əziyyət verər! O, qəbirdə tək-tənha, yalqız qalır, Nəkir və Münkər adlı iki mələk onun yanına gəlib, sorğu-suala tuturlar. Əgər günah və çirkin əməllər görmüş olsa, onun üçün cəhənnəmə doğru bir qapı açılır və ona əzab verilməsi başlanır. O, özünün cəhənnəmdəki yerini görməklə, cəhənnəmin hərarət və əzabını hiss etməklə əzab-əziyyət çəkir. Bu səhnə qiyamətə qədər davam edir, nəhayət qiyamətdə həmin yerə daxil olur. Əgər mömin şəxsdirsə, qəbirdə yalqız qaldığı zaman  Nəkir və Münkərin sual-cavabından sonra behiştdəki məqamına doğru bir qapı açılır, qiyamətə qədər asayişdə, rahatlıqda olur və nəhayət qiyamət günü o yerinə daxil olur. Beləliklə, qəbir və bərzəx ya behişt nemətlərinə doğru açılan bir qapı, yaxud cəhənnəm atəşinə doğru açılan bir bacadır.

Ölümdən sonra hər bir insanın bəsirət (bərzəx) gözü açılır, ölümdən sonrakı həyatı, onun tələblərini, nəticələrini əyani olaraq görür, artıq onun üçün inkarçılığa heç bir yol qalmır. Dünyada gördüyü əməllər gözləri önündə təcəssüm edir, bu da onun narahatlıq və ya xoşhallığına səbəb olur. Dünyanın vəfasızlığı, onunla əlaqədar işlərin faydasız olması, o cümlədən şan-şöhrət, ad-san, peşə, sənət, pul, mal-dövlət, məqam onun gözləri qarşısına gətirilir, həsrətdən başqa heç bir şey qalmır. Əgər fasiq (günahkar) və kafir olsa, həsrətlə “nə üçün iman gətirmədim və belə bir günün fikrində olmadım?!” deyə peşmançılıq hissi keçirir.  Əgər əməli-saleh, mömin olarsa, “nə üçün bundan artıq səy göstərmədim, bundan çox yol ehtiyatı hazırlamadım ki, məqamım daha da yüksək olsun və övliyalar ilə birlikdə olum?!” - deyə həsrət çəkər.

Əlbəttə, bərzəx gözünün açılması ayrı-ayrı fərdlər üçün müxtəlif olsa da, amma ümumidir. Misal üçün, dünyaya bağlılığı şiddətli olan bir insanın ölümə, can verməyə, dünya və onunla əlaqədar işləri tərk etməyə yəqinliyi uzun çəkir. Bu barədə orta səviyyəli olanlar sanki ağır bir yuxuya getmiş olurlar; heç bir yuxu görmürlər ki, öz yuxusu ilə əzaba düçar olsunlar, yaxud nemətlərdən bəhrələnib şad olsunlar. Belə şəxslər can verməyin ilk mərhələlərini arxada qoyub qəbirə daxil olduqdan sonra bərzəx həyatında hər hansı xüsusi dərkə malik olmayacaqdır.

Amma tam və kamil imanla dünyadan gedən, dünyada öz ruhlarını gücləndirən və özlərini axirət səfəri üçün hazırlayan insanlar isə, ona yəqinlikləri olduğuna görə o dünyada da sair mömin ruhlarla əlaqə yarada, dünyadakı dostlarının əhvalını soruşa bilər; o, sair möminlərin ruhlarını görməklə sevinib xoşhal ola bilər, dirilər üçün dua edə bilər. Deməli, bir-biri ilə görüşüb başqalarının halını soruşmaq o kəslərə aiddir ki, yüksək iman dərəcələrinə çatmış və çoxlu saleh əməllər görmüş olsunlar.

İmam Sadiq (əleyhis-salam) buyurur: “İnsan qəbirə və bərzəxə daxil olan zaman bərzəx əhli onun görüşünə gəlir. Onu bir qədər aram qoyurlar ki, özünə gəlsin. Çünki, böyük və qorxunc bir hadisəni, sual-cavab, qəbir sıxıntısı və s. kimi üzücü mərhələləri arxada qoymuşdur. Sonra ona yaxınlaşır və dostları, köməkçiləri barəsində sual edirlər. Əgər “dünyadadır” - deyə, cavab versə, ümidvar olurlar ki, ölümdən sonra onlara qovuşacaq. Yox, əgər desə ki, əvvəllər dünyadan gedib, bu zaman bərzəxdəkilər deyərlər: “Süqut etdi!” Yəni Allahın əzabına düçar oldu; əks halda bizim yanımıza gəlməli idi.”[2]

“Kafi” kitabında İshaq ibni Əmmardan nəql olunur ki, Əbil-Həsəni Əvvəl (İmam Kazim) (əleyhis-salam)-dan soruşdum: “Dünyadan gedən bir insan öz ailəsinin görüşünə gəlir, ya yox?” Həzrət buyurdu: “Bəli!” Sonra soruşdum: “Nə vaxtlar gəlir?” Həzrət buyurdu: “Allah yanında malik olduğu məqam və mənzilətə görə həftədə, ayda, yaxud ildə bir dəfə...”[3]

Həmin kitabda İmam Sadiq (əleyhis-salam)-dan belə nəql olunur: “Elə bir mömin və ya kafir yoxdur ki, günorta zamanı öz ailəsinin yanına gəlməsin. Mömin öz ailəsini saleh əməllər görən halda müşahidə etsə, Allaha həmd-səna deyir. Kafir öz ailəsinin yanına gəlib onların yaxşı əməl gördüyünü müşahidə etdikdə, həsrət çəkib təəssüflənir.”[4]

Bu kimi insanlardan da yüksəkdə ilahi övliyalardır: onların ruhları ölümdən və maddi cismi tərk etdikdən sonra daha güclü olur və daha geniş fəaliyyətlər edir. Onlar üçün dünyəvi maneələr, o cümlədən, təqiyyə, irtica və s. aradan qaldırılmış olur. Möminlər ölən zaman belə övliyalar onların yanına gəlir, ölüm anlarını onlar üçün yüngülləşdirir, qəbirdə onunla munis olur, qəbir vəhşətindən və yalqızlıq əzabından xilas edirlər. İlkin mərhələləri keçdikdən sonra onu sair dostlarına qovuşdururlar. Buna görə də bu qrupun dirilər barəsində sair ruhlardan soruşmağa ehtiyacı yoxdur. Çünki, bu böyük şəxsiyyətli insanlar bütün dünya və bərzəx aləminə əhatəlidirlər; xalis möminlərin halından, xüsusilə onlarla əlaqədə olan, onlara  xidmət və təvəssül edən insanlardan qafil deyillər ki, onların vəziyyəti barəsində soruşmağa ehtiyac duysunlar.

Nəticə: bərzəx gözünün (bəsirətin) açılmasının ümumi olmasına baxmayaraq, bu, ayrı-ayrı insanlar barəsində müxtəlif şəkillərdə büruz edir. O, bütün insanlar barəsində eyni səviyyədə deyildir. Mədəni-maarif və etiqad baxımından müstəzəf olanlar – uşaqlar və bu kimi insanlar barəsində çox zəifdir. İlahi övliyalar və inadkar kafirlər barəsində daha güclü və yüksək səviyyədə baş verir: möminlər nemətlərin, kafirlər isə bərzəx əzabının zirvəsindədirlər. Sairlər üçün də onların məqam, əməl, rəftar, əxlaq və etiqadlarına mütənasib olaraq gerçəkləşir. Dirilərin vəziyyətindən xəbərdar olmaq hamıya deyil, yalnız bəzi möminlərə aiddir. Başqa sözlə desək, bərzəx və qiyamətdə ölümdən sonrakı vəziyyətlər insanın dünyadakı batini etiqad, əxlaq, əməl və rəftarlarının təcəllisindən başqa bir şey deyildir. Əgər dünyada imana, saleh əmələ, sinə genişliyinə malik olmuşsa, bərzəxdə və qiyamətdə də belədir; əgər dünyada dargörüşlü, inadkar, yırtıcılıq və heyvani xislətlərə sahib olmuşsa, o dünyada da bunlar onun üçün cilvələnərək ona əzab verəcək, həsrət çəkməsinə səbəb olacaqdır. Çünki, dünya axirət üçün əkin sahəsinə bənzəyir: burada öz zahir və batinini necə bəzəmiş olsa, orada həmin xislətlər onun üçün büruz edəcəkdir.

“Belə isə, ey iman gətirənlər! İlahi təqvaya sahib olun və görün ki, öz sabahınız üçün əvvəlcədən nə göndərmişsiniz və (nəfsin mühasibə olunmasında yersiz bəhanələrdən çəkinib) təqvalı olun. Çünki, Allah gördüyünüz işlərdən agahdır. O kəslərdən olmayın ki, Allahı unutdular və Allah da (insaniyyət kəramətini onların) yadlarından çıxartdı. Onlar həqiqi mənada fasiqdirlər. Cəhənnəm səhabələri ilə behişt səhabələri bir deyildirlər, yalnız behişt səhabələri nicat əhlidir.”[5]

Buna görə də çoxlu məxfi işlər və sirlər, hətta ölümdən sonra və bərzəx aləmində də aydın (aşkar) olmur; insan böyük qiyamət səhnəsinə varid olanda hamısı aşkarlaşır. “Elə bir gün ki, bütün sirlər aşkar olar.” [6]

 

Əlavə məlumat üçün mənbələr:

1. Əsədi, Əli Məhəmməd, “Ölümdən sonrakı həyat”

2. Cavadi Amuli, Əbdüllah, “Quranda peyğəmbərlərin davranışı”, 7-ci cild, səh. 52-57

3. Cavadi Amuli, Əbdüllah, “Quranda insanın surət və sirəsi”, 14-cü cild, səh.  57-66, 214-230

4. Hüseyni Tehrani, Məhəmməd Hüseyn, “Məadşünaslıq”, 1-2-ci cild, səh. 139-245; Şübbər, Əbdüllah, “Həqqul-yəqin”, 2-ci cild

6. Təbatəbai, Məhəmməd Hüseyn, “Ölümdən sonrakı həyat”, səh. 20 və 42; Feyz Kaşani, “Həqqul-yəqin”



[1] “Ənbiya” surəsi, 34-35

[2] Əllamə Məclisi, "Biharul-ənvar", 6-cı cild, səh. 249-250,  269; Feyz Kaşani, “Elmul-yəqin”, 2-ci cild, səh. 871

[3] “Həqqlul-yəqin”, Seyid Əbdüllah Şübbər, 2-ci cild, səh. 67; Əllamə Təbatəbai, “Ölümdən sonrakı həyat”

[4] Yenə orada

[5] “Həşr”, surəsi, 17-20

[6] “Tariq” surəsi, 9

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Нәјә ҝөрә Гуранын бәзи ајәләри илаһи пејғәмбәрләрин исмәти илә фәрглидир? Изаһ един?
    9619 Qədim kəlam 2010/06/22
    Јухарыдакы суалын ҹвабыны белә вермәк олар:1.“Исмәт” (ҝүнаһсызлыг) мәсум шәхсин хүсуси бир нәфси һаләтидир ки, инсанын ҝүнаһдан вә чиркин әмәлләрдән үз дөндәрмәсинә сәбәб олур вә инсанын ихтијарыны әлиндән алмадан, јахуд, ону мәҹбур етмәдән ону һәр ҹүр хәта вә ...
  • Məhəmməd ibni Hənəfiyyənin rəvayətində deyilən “hüczə” kəlməsinin mənası nədir?
    7246 Hədis elmləri 2012/02/13
    Rəvayətlərdə “hüczə” kəlməsindən məqsəd dünyada bizimlə Allah, Peyğəmbər və imamlar (əleyhimus-salam) arasında qərar verilən sarılma vasitəsi və səbəbidir. O səbəblər din, gözəl əxlaq, saleh əməllərdən ibarətdir. Əgər insanlar islam dininə tabe olsalar, gözəl əxlaqa yiyələnsələr və yaxşı işlər görsələr, bu əməllər axirətdə ilahi ...
  • Digərlərinə nahaq təkfir (küfrdə təqsirləndirmə) və lənətin təsiri və şərii hökmü nədir?
    6265 Əməli əxlaq 2012/02/15
    Bizim dini təlimlərdə, digərlərinə nahaq təkfir nisbəti və lənətləməkdən çəkindirməkdən əlavə, İslam dini heç kəsə belə bir icazəni verməyibdir. Din rəhbərlərimizdən də rəvayətlərimiz var ki, deyir: Əgər bir şəxs, lənətə layiq olmayan şəxsi lənətləsə, bu lənət, lənət edən insanın özünə qayıdır. ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    49203 İzdivac xütbəsi 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Mən hal-hazırda Səudiyyə Ərəbistanında yaşayıram. Burada şiələr kimi namaz qılmaq barədə təhlükə hiss edirəm. Namaz vaxtı əllərimi bir-birinin üstünə qoya bilərəmmi?
    9842 Təqiyyə 2012/04/09
    Ayətullah əl-uzma Sistaninin (müddə ziluhul-ali) dəftərxanası: Əgər təqiyyə bunu tələb edirsə, o cür qıla bilərsiniz. Ayətullah əl-uzma Məkarim Şirazinin (müddə ziluhul-ali) dəftərxanası: Əgər bəzi islam firqələri kimi əli bağlı namaz qılsa, hətta ədəb üzündən əlləri bir-birinin üstünə, yaxud sinəsinə qoysa, onlara ...
  • Nə üçün biz Allahın sifətləri barədə elmli ola-ola günah edirik?
    7055 گناه 2012/07/22
    Allah-taalanın bizim əməllərimiz barədə elmli, bizi cəzalandırmağa qadir və Öz işlərində hikmət sahibi olması barədə agahlığımız bizi itaətə vadar etmir. Necə ki, şeytan Allah-taalanın sifətlərini bilirdi, amma bununla belə Onun əmrlərinə qarşı üsyankarlıq etdi. Allahın sifətləri barədə elm və agahlıq etiqad və imanla yanaşı olan ...
  • Nə üçün ideanın bəzi cisimlərini kənar etmək olmaz?
    7225 Təzə kəlam 2011/05/30
    İdeanın lüğətdə mənası, əqidə tanımaq deməkdir. Amma əqidənin özünə və düşüncə tərzinə də deyilir. Amma termində bəzi vaxtlar ümumi olaraq əməl və nəzəriyyə düşüncələrinə şamil olmasında istifadə olunur və bəzi yerlərdə isə xüsusi olaraq dünya görüşü qarşısında istifadə olunur. İkinci surətdə, ideya silsiləvari bir nəzəriyyəyə şamil olur ki, ...
  • Möminun surəsinin 101- ci ayəsi ilə saffat surəsinin 27 və 50- ci ayələrinin ziddiyyətini necə həll edirsiniz?
    6907 معاد و قیامت 2012/07/16
    Quran ayələrində ümumi şəkildə və sualda qeyd olunan ayələrdə xüsusi şəkildə, heç bir ziddiyyət yoxdur. Çünki, "o gündə heç kəs digərindən kömək və sual xahişi etməz" buyuran ayələr, qiyamətin ilk mərhələlərinə işarə edir. Bu o günün qorxu və heyranlığının çox olması səbəbindəndir. Həmin qorxu və heyranlığın çoxluğu ...
  • İşdə inzibatçılığı ictimai adətlərlə – “təarüflə” necə cəm etmək olar?
    6723 رفتار اجتماعی در حکومت اسلامی 2012/06/23
    “İnzibat” kəlməsi “yaxşı əncam vermək”, “möhkəmlətmək”, “dəqiqlik” və “hifz etmək” mənasına olan “zəbt” kökündəndir.[1] Şəri cəhətdən işə ona şəriət hökmlərindən hər biri: vacib, müstəhəb, mübah, məkruh və haram aid edilə bilər. İş inzibatı da – ona iltizamlı olmağın mənşəyini nəzərə almaqla – ...
  • Sübh azanının axırına qədər, obaşdan yemək olarmı?
    11150 Nizamlar hüquq və əhkam 2012/03/11
    Həzrət Ayətullah əl- uzma Xamneyi (muddə- zilluhul- ali)- nin dəftəri: Hər bir halda, əgər insan sübh azanının vaxtının olmasına yəqini olsa ya əmin olsa, obaşdan yeyə bilməz. Əks halda iradı yoxdur. Həzrət Ayətullah əl- uzma Sistani (muddə- zilluhul- ali)- nin dəftəri:

Ən çox baxılanlar

  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    168591 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    166491 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    121888 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    115836 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    114989 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    96484 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    60632 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    56518 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    49203 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    47276 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...