Ətraflı axtarış
Baxanların
17444
İnternetə qoyma tarixi: 2011/10/03
Sualın xülasəsi
İslam və imanın şərtləri nədir?
Sual
Bilirəm ki, islama gələn hər bir şəxsin Allaha, Peyğəmbərə və mələklərə etiqadı olmalı, islamın beş əsas bünövrəsi barəsində məlumatı olmalıdır. O bilməlidir ki, bir müsəlman kimi Allahın tələb etdiklərini tanımalı və yerinə yetirməlidir. Bunu bilə- bilə namaz qılmasa, müsəlman hesab edilirmi? Həmçinin mən bir yerdə oxumuşam ki, dünyada 1.2 milyard müsəlman mövcuddur. Amma onlardan bəzilərinin müsəlman olmadığını düşünürəm. Çünki bunların əksəriyyəti əməllərinə görə müsəlman deyirlər. Yəni islam əməllərini yerinə yetirmirlər, Nadan və cahil olaraq qalmaq istəyirlər. Mənə deyə bilərsinizmi bunlar müsəlman hesab olunurlar?
Qısa cavab

İman və islam müəyyən dərəcələrə malikdir.. Birinci dərəcə islamdır. Şəhadəteyni yəni, “ La İlahə İlləllah və əşhədu ənnə Məhəmmədən Rəsulullah”

«اشهد أن لا اله الا الله" و اشهد أنّ محمداً رسول الله»

deyən hər bir insan müsəlman hesab olunur və islam əhkamı ona aid edilir. Bədəni pak və övladları da pak hesab edilirlər. Müsəlman qadınla nigahı, müsəlmanla müamiləsi düzgün, malı, canı və namusu hörmətə layiq hesab edilir. Və s. Əlbəttə vaciblərə əməl etmək, məsələn, namaz, oruc, xüms, zəkat, həcc, qeybə - mələklərin, məad, cənnət və cəhənnəmin varlığına- iman, peyğəmbərləri İlahi xəbərlərin gətiricisi kimi təsdiq etmək də vacibdir və bu imanın sonrakı mərhələləri hesab edilir.

Vaciblərin yerinə yetirilməsindən əlavə, haramlardan çəkinmək də imanın yüksəlməsinə səbəb olur. Quran, Peyğəmbər (s) və Məsum İmamların (ə) göstərişlərinə əsasən on iki imamların vilayətinə etiqad olmasa insanın Allah yanında qəbul edilən kamal dərəcəsinə çatması mümkün deyil və qəbul edilməzdir.

Məlum məsələdir ki, mömin şəxs dildə mömin daxilində müşrik və münafiq olmamalıdır. Çünki zahiri əməllərininsana heç bir faydası yoxdur. Əksinə bu Allahın qəzəbinə səbəb olur. Kamillik və sadəti onun üçün əlçatmaz edir.

Bütün bunlara baxmayaraq şəhadəteyni deyən hər bir kəs müsəlman hesab olunur. Lakin mövqelərinə görə ən aşağı mərhələdədirlər. İslamın vaciblərinə əməl etməmək müsəlmançılıqdan kənarlaşmağa səbəb olmur.

Ətreaflı cavab

İslam sözünün lüğətdə mənası təslim və əmrə tabe olmaqdır. İstilahi cəhətdən İslam, Həzrət Məhəmməd (s) vasitəsilə Allah tərəfindən, axırıncı İlahi şəriət kimi əbədi olaraq ( Axirətə qədər) bəşəriyyət üçün göndərilən bir dindir.

Bu dini digər dinlərdən fərqləndirən ən mühüm xüsusiyyəti Allahın birliyinə, Peyğəmbərin sonuncu olmasına etiqadın olmasıdır. İslami etiqad və imanın dərəcələri vardır ki, bunlar aşağıdakılardır:

Birinci dərəcə tovhid və nübuvvətin təsdiqi ilə müəyyənləşir. Pak “La İlahə İlləllah” لا اله الا الله cümləsi islam dininin zinətidir, tohidin dərəcələrini özündə birləşdirir . Peyğəmbərin risalətinin qəbul edilməsi, onun sonuncu Peyğəmbər (s), dininin sonuncu din olmasını təsdiq etmək digər yol və metodların rədd edilməsi deməkdir.

Növbəti dərəcə və imanın sonrakı pilləsi bütün təlim və əmrlərə, Peyğəmbərin (s) söylədiklərinə heç bir iradsız tabe olmaqla başlayır və yüksəlir.

Buna görə də Allahın təkliyinə və Həzrət Məhəmməd (s) sonuncu peyğəmbər olmasına şəhadət verən kəs digər din və məktəblərdən ayrılıb müsəlman olur. Müsəlman əhkamı, məsələn, onunla evlilik, onunla müamiləyə icazə, özünün və övladlarının bədəninin paklılığı məsələsi ona da aid olur. [1] Onun canı və malı hamı üçün möhtərəmdir. Bunların qorunması islam hakimi və islam cəmiyyəti tərəfindən həyata keçirilir. Bu imanın ən aşağı dərəcəsidir. Bu dərəcədə olan insanlara küfr və şirk söyləmək olmaz. Bununla yanaşı bəzi firqələr məsələn Xəvariclilər fasiq müsəlman və kafir hesab olunurlar, onların qanı halal hesab edilir. Mötəzilə bu qrupu nə mömin hesab edir, nə də kafir. Möhürə səcdə etməyi, Məsum İmamların (ə) qəbrlərini öpməyii və s şirk hesab edən vahabilər, onlar kimi düşünməyən müsəlmanları müşrik hesab edirlər. On iki İmam şiə məzhəbinin ( Cəfəri) əqidəsinə görəiman və əməllərin Allah dərgahında qəbul olunmasının əsas şərti 12 imamı peyğəmbərdən sonra vəli və vəsi kimi qəbul etməkdir. Onlar bu məsələdə Qurana və hədislərə əsaslanırlar. Buna görə də vəhyin mühafizədarı əhli- beytin arxasınca getmək, onlara itaət etmək kamil və dəqiq iman nişanəsidir və İmamların (ə) əmrlərindən çıxmaq həqiqətdə Peyğəmbər (s) və Allahıən əmrlərindən çıxmaq deməkdir. Quranda qeyd edildiyi kimi iman dərəcəsi islamdan sonra gəlir və imanın birinci dərəcəsi islamdan üstündür. İman müxtəlif dərəcələrə malikdir ki, Qurani- Kərim imanın əsaslarını beş yerə ayırır: ----“Allaha (1), Qiyamət gününə (2), Mələklərə (3), kitaba (4), Peyğəmbərlərə (5) iman gətirmək ən yaxşısıdır. “ [2]

Küfr, şirk və nifaq cəhənnəmdə yanmağa, islamdan və imandan çıxmağa səbəb olur. [3] Buna görə müsəlmançılığın ən aşağı pilləsinə imana malik olmaq üçün bunlara riayət etmək lazımdır:

1.             Tovhidi hərtərəfli qəbul etmək

2.             Risalətə və islam peyğəmbərinin sonuncu peyğəmbər olduğuna inanmaq

3.             Onun bütün əmrlərinə və qadağalarına, həmçinin vilayətinə boyun əymək.

4.             Ölümdən sonrakı həyata, Quran, Rəsuləllah (s) və Vəlinin (ə) söylədiklərini xırdalıqları ilə qəbul etmək

Amma nəzərinizə çatdırım ki, həqiqi imanın şərti şəri qaydalara əməl etməkdən ibarətdir. İslamın Allahın və Peyğəmbərin (s) əmrlərini yerinə yetirmədən qəbul edilməsi, onun üçün xeyirli hidayət və həqiqi səadət olmayacaqdır. Elə bu səbəbdən Quran pak həyata sahib olmağın iman və saleh əməli yerinə yetirməklə mümkün olduğunu buyurur. [4]

Bu iki xüsusiyyətdən birinə sahib olan- yəni ya iman gətirib əməli yoxdur, ya da əməli salehdir, imanı yoxdur-insan yalnız bir qanadın ümidinə qalan və bir daha uçmağa qadir olmayan toyuğa bənzəyir ki, heç vaxt səadət və kamal zirvəsinə qalxa bilməz. Lakin o üslubunu dəyişib imanını saleh əməllə, saleh əməlini isə islamın ali qanunlarına riayət edməklə süstləyərsə, yalnız bu yolla Allaha yaxınlaşıb cənnətə daxil ola bilər. İnsanın islama, imana, Allaha və Peyğəmbərə mərifəti nə qədər çox artsa, (s) əməllərini saf niyyətlə şəri qanunlar üzrə nə qədər çox tənzimləsə iman dərəcəsi də bir o qədər çox atrar.

Burada bir neçə nöqtəyə diqqət etmək lazımdır: 1. İmanla saleh əməl arasında qarşılıqlı əlaqə mövcutdur. İman nə qədər güclü olarsa, saleh əməlin keyfiyyəti və kəmiyyəti, günahlardan çəkinməyi də bir o qədər çox olar. Insan hər nə qədər saleh əməl yerinə yetirsə, küfrdən uzaq olsa, iman onun qəlbinə daha çox nüfuz edər. Bundan sonra insan həqiqi səadətin son mərhələsinə çatıb insaniyyət aləmində daha da gözəlləşir. Əksinə, günah və günahın yerinə yetirilməsində israrlılıq tədricən imanın qəlbdən çıxmasına səbəb olur. Günahın zəif iman göstəricisidir.

2. Digər peyğəmbərlərin və onların kitablarının təsdiqi, onların şəriətinə əməl etməyi vacib etmir. Çünki, onların bəzilərinin şəriəti yalnız öz qövmləri üçün olmuş, bəziləri də növbəti şəriətin və kitabın gəlməsi ilə qüvvədən düşmüşdür. Yəni onlara əməl etmə müddəti bitmişdir. Deməli onların Allahın Peyğəmbəri olmalarını təsdiq etmək onların məqamlarına və zəhmətlərinə hörmət etməkdir, onların şəriətlərinə əməl etmək demək deyildir.

3. Müsəlmanı qeyri- müsəlmandan fərqləndirən xüsusiyyət müəyyən yaş həddinə çatdıqda Fruddini öyrənib ona əməl etməyinin vacib olmasıdır. Digər tərəfdən ona əməl edilməməsi, zəruriliyini inkar etməsə də behiştdə aşağı dərəcəyə enməsinə səbəb olur. Əgər ömrünün sonuna qədər bu əməlinə israr edərsə və özünü düzəltməzsə, əbədi əzaba düçar olacaqdır.

4. İman mütləq olmalıdır. Çünki iman ayrı- seçkilik yaratmır. Əgər bir kəs həqiqətən müsəlman və mömindirsə, “mən dinin bir hissəsini qəbul edib əhkamın yalnız müəyyən bir hissəsinə əməl edəcəyəm” deyə bilməz. Çünki, Quran baxımından belə hərəkətlər nəfsinə tabe olub öz istədiklərinə əməl etməkdir və küfr hesab edilir. Bu Allaha, peyğəmbərlərə və qiyamət gününə iman demək deyildir. [5]

5. İman və saleh əməlin müəyyən güclü və zəif mərtəbələri vardır. Bütün saleh möminlər bir dərəcədə deyirlər və onların Allah dərgahında və cənnətdə dərəcələri eyni deyildir. Deməli imanı gücləndirmək, saleh əməllərin sayını və keyfiyyətini artırmaq, haqq elmi öyrənməyə daha çox səy göstərmək lazımdır ki, daha yüksək mərtəbələrə çıxmaq mümkün olsun. [6]

5. İslamın etiqadi qaydalarının hər hansı birinin, vaciblərinin, haramlılığı zəruri olan şeylərin inkarı islamdan xaric olmağa səbəb olur və o mürtəd hesab edilir.

İman və islamın fərqlərini araşdıraraq belə nəticəyə gəldik ki, islamın dərəcələri olduğu kimi imanın da müxtəlif dərəcələri vardır. Bütün bu müsəlman cəmiyyəti ( 1.2 milyard) şəhadəteyni izhar etdikləri üçün müsəlmandırlar, islam hökmləri onlara aid edilir. Onların əhkama, Allahın əmrlərinə əməl etməmələri onların islamdan xaric olmalarına səbəb olmur.

Daha ətraflı məlumat almaq üçün aşağıdakı adreslərə müraciət edə bilərsiz:

1.             “Aşinayi ba mominine vaqei”, sual 14927.(   14709)

2.             “Təzadde rəftare müsəlmanan ba etiqadate dini”, sual 13955 (13764).

3.             “Quran və mənaye islam və müsəlmanan”, sual 14322 (14104).



[1] - Əlbəttə insanın bədəninin pak olması barəsində islam alimlərinin müxtəlif fikirləri vardır. Bunun üçün onların kitablarına müraciət etmək lazımdır.

[2] - Bəqərə suarəsi, ayə 177 və 285. Nisa surəsi, ayə 136.

[3] - Nisa suarəsi, ayə 140 və 145.

[4]   - Nəhl suarəsi, ayə 97. Bəqərə surəsi, ayə 103. Nisa surəsi, ayə 57 və 122.

[5] - Bəqərə surəsi, 85. Nisa surəsi, ayə 150 və 151.

[6] - 888 sualından götürülmüşdür. (Ebtidayitərin etiqadade müsəlman).

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Üzün gözəlliyi üçün zikr varmı?
    30829 Əməli əxlaq 2012/07/18
    İslam nəzərindən gözəllik, maddi və mənəvi gözəlliyə bölünür. Üzün mənəvi gözəlliyi, namaz kimi mənəvi işlərlə əldə olunur. Amma üzün zahiri və maddi gözəlliyi, təbii formada maddi əməllər vasitəsi ilə əldə olunur. Mənəvi gözəllik rəvayətlər nəzərindən: Mənəvi gözəllikdə müxtəlif zikr və əməllər təsirlidir. Məsələn rəvayətlərin birində ...
  • Nə üçün şəhadət zamanı bir kişinin şəhadəti iki qadının şəhadətiylə bərabər olur?
    7420 Əhkam və hüquq fəlsəfəsi 2011/04/16
    Əhkam və qanunlar ki, Allah tərəfindən insanlar üçün qoyulmuşdur, təbiət aləmi, dünya varlığının həqiqətləri və insan vücudunun təməliylə müvafiqdir. O cür ki, kişiylə qadın vücud və ruhunun varlığında fərq vardır, bu iki varlığın vəzifə, təklif və əhkamları da bir- birindən fərqlidir. təkliflərdən biri də qazinin yanında şəhadət verməkdir ki, həqiqətlə ...
  • qaş vurmaq və xal vurmağın dəstəməz, qüsl və həcc kimi əməllrin yerinə yetirilməsində iradı varmı?
    5454 Nizamlar hüquq və əhkam 2015/05/27
    Mərcəyi təqlid müctehidlərin əksəriyyəti xal vurmaq haqqında buyurublar:Əgər xal vurmaq yalnız rəng olsa və ya dərinin altında olsa və dərinin üzərində olub, suyun dəriyə yetişməsinin qarşısını almasa, onunla dstəmaz almaq və qüsl etməyin iradı yoxdur.[1] Amma əgər qeyd edilmiş mane dərinin üstündə və yağlı ...
  • Ayağın üstünə məsh çəkmək üçün söykənəcəyə söykənmək şərtdirmi?
    6255 Nizamlar hüquq və əhkam 2011/06/27
    Başa və ayağa məsh çəkmək, söykənəcəyə söykənmək ya söykənməmək şərt olunmayıbdır. Əksinə meyar budur ki, baş və ayaq hərəkətsiz saxlanılıb və onların üstünə əl şəkilməlidir. Ayağın söykənəcəyə söykənməsinin deyilməsi, onun hərəkətsiz qalması üçündür. Həzrət İmam Xumeyni (rh) bu barədə buyurubdur: "Başa və ayağın üstünə məsh çəkəndə əli onların üstünə ...
  • Şirk nədir?
    14865 Qədim kəlam 2011/05/05
    "Şirk" lüğətdə nisbət (pay) qərar vermək və Quran terminində isə şirkdən məqsəd, şərik, oxşar və Allah- Taalaya onun kimi başqa bir varlığı qərar verməkdir və bunun qarşılığında isə "Hənəfiyyət"- dir. "Hənif" yəni bərabərliyə meyilli olmaq, odur ki, tövhid yolunun davamçıları şirkdən üz çevirərək, əsl mənbəyə üz tutmuşdurlar və bunlara hənif ...
  • Кәрамәт нәдир? Кәрамәт јолунда неҹа аддым атмаг олар? Кәрим инсанларын Аллаһ јолунда мәгамлары неҹәдир?
    8170 Nəzəri əxlaq 2010/04/15
    Кәрамәт һәр ҹүр чиркин сифәтләрдән узаг олмаг мәнасындадыр. Әзәмәтли руһ саһибинә вә чиркин сифәтләрдән узаг олана кәрим дејирләр. Кәрамәт, дәјанәт, зилләт вә харлыг кәлмәләринин мүгабилиндә гәрар тутур вә кәрамәтин јүксәк зирвәләрини фәтһ етмәк үчүн тәгва вә пәһризкарлыг силаһы илә силаһланмаг лазымдыр. Тәгва, ...
  • Allaha görmək mümkündürmü? Necə ?
    6821 Qədim kəlam 2011/04/16
    Əql və şəriətin hökmünə əsasən Allah-taala nə dünyada, nə də axirətdə zahiri gözlərlə görünə bilməz, lakin qəlb gözü ilə görünə, yəni hiss oluna bilər. Qəlblər öz vücud tutumlarına uyğun olaraq batini, şuhud yolu ilə, həm də batinin – ruhun (nəfsin) lətifləşdirilməsindən, saflaşdırılmasından sonra, şəri riyazət və ibadətlərin ...
  • Ümumiyyətlə mələklər İmamların nurundan yaranıblar və aya onların vəzifəsi İmam Hüseynə ağlamaqdır?
    7625 Qədim kəlam 2011/12/25
    1.             Mələklərin nurdan xəlq olması hədislərdə nəql olunub və şiə və əhli sünnə mənbələrində şəkk olunmayan bir hökmdür. Bəzi şiə rəvayətlərində mövcudatın məxsusən mələklərin Peyğəmbərin (s), İmamların (ə) nuru və başqa nurlardan xəlq olunmasına işarə olunubdur. Həmçinin əhli sünnə mənbələri arasında rəvayətlər vardır ki, birinci xəlifənin və... Peyğəmbərin ...
  • Tin surəsinin təfsirində (Furat təfsiri)belə bir hədis gəlmişdirki əncirdən tindən məqsəd Həsən zeytundan isə məqsəd Hüseyn əleyhissəlamdır. Bu barədə olan hədis mötəbərdirmi?
    8136 Təfsir 2012/02/08
    Qurani kərim zahiri mənalarına malik olmaqdan əlavə, mümkündür çoxlu batini mənaları da olsun. Nümunə üçün Allahın tin surəsinin əvvəllərində and içdiyi tin və zeytunun zahiri mənası ola bilsin həmin incil və zeytun olsun ki, bütün camaatın diqqət mərkəzində olanlar olsun. Yəni İncil və Zeytun ...
  • Xeyir əməllə həsənə və salehlin fərqləri nədir?
    7939 Əməli əxlaq 2011/05/17
    Xeyir, həsənə, saleh kəlmələri lüğət baxımından fərqli mənalara malik olsa da, xarici nümunə və işlədilmə baxımından aralarında heç bir fərq yoxdur. ...

Ən çox baxılanlar

  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    166434 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    165402 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    120436 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    114919 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    113088 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    95114 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    56432 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    55317 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    47163 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    46417 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...