Ətraflı axtarış
Baxanların
11264
İnternetə qoyma tarixi: 2011/10/20
Sualın xülasəsi
Nə üçün həzrət Əli (əleyhis-salam) Fatimeyi-Zəhra (əleyha salam)-a qarşı törədilən hörmətsizlik və ihanət qarşısında sükut etdi?
Sual
Şiələr deyirlər ki, Muhəmməd (səlləllahu əleyhi və alih)-in canının parası olan Fatimeyi-Zəhra Əbu Bəkrin xilafəti dövründə hörmətsizliyə məruz qaldı, onun qabırğasını sındırdılar və evini yandırmaq istədilər. Ona elə güclü zərbə vurdular ki, nəticədə bətnindəki (və əvvəlcədən adı Möhsün qoyulmuş) övladı siqt olundu! Sual budur ki, bu hadisələrin baş verdiyi zaman Əli harada idi?! O şücaətli bir pəhləvan olduğu halda nə üçün Fatimənin intiqamını almadı?!
Qısa cavab

Həzrət Zəhra (əleyha salam)-ın zülmə məruz qalması, ona qarşı hörmətsizlik edilməsi ilə həzrət Əli (əleyhis-salam)-ın hər bir o səhnədə misilsiz və şücaətli bir pəhləvan olması arasında heç bir ziddiyyət və təzad yoxdur. Çünki belə məqamda Əli (əleyhis-salam) ya qılınc çəkib özünün və Əhli-beytin hüquqlarının tapdalanmasının qarşısında ciddi mövqe seçməli, ya da sükut edərək qüdrəti və imkanı çatan qədər digər yönlərdən islamı gücləndirməli idi. Müxalifət bayrağının qaldırılması müsəlmanlar arasında təfriqənin yayılması mənasına olduğuna görə, bu iş yenicə qurulmuş islam cəmiyyətinin zəiflədilməsinə səbəb olardı, nəticədə xaricdən romalıların, daxildən isə inadkar mürtədlərin və nübüvvət iddiaçılarının təhlükəsi daha artıq şiddətlənərdi. Həzrət Əli (əleyhis-salam) Peyğəmbər (səlləllahu əleyhi və alih)-in zəhmətlərinin hədərə getməməsi, şəhidlərin qanının tapdalanmaması üçün və islamın qorunması uğrunda hətta özünün, həyat yoldaşının və övladlarının fəda olmasına razı oldu.

Ətreaflı cavab

Peyğəmbər (səlləllahu əleyhi və alih)-in yaxın adamlarından bir qrupu Səqifədə çıxarılan qərara etiraz olaraq Əli (əleyhis-salam)-ın evində bir yerə yığışmışdırlar. Onlar Əbu Bəkrlə beyət etmək istəmirdilər. Ömər, Əbu Bəkrin tərəfindən fərman almışdı ki, bu şəxslərdən, xüsusilə Əli (əleyhis-salam)-dan beyət alsın. Tarixi mənbələrdə qeyd olunanlara əsasən, Əbu Bəkrin və Ömərin qərarının icrasında çox ağır və kədərli hadisələr baş verdi, onlar barəsində dəqiq və ətraflı məlumat almaq üçün mötəbər mənbələrə müraciət edə bilərsiniz.[1]

Sünnü mənbələrində də qeyd olunan müxtəlif mötəbər tarixi nəqllərə diqqət yetirməklə məlum olur ki, bu hadisənin baş verməsi qəti bir məsələ imiş.[2]

Amma Əli (əleyhis-salam)-ın bu qədər şücaətli bir pəhləvan olması ilə belə faciəli əməllərin qarşında nə üçün sükut edərək qılınc çəkməməsinə gəldikdə isə, demək lazımdır ki:

Əli (əleyhis-salam) iki yol ayrıcında qərar tutmuşdu: ya özünün həqiqi, vəfadar köməkçiləri və hazırkı hökuməti qanuni bir hökumət hesab etməyən şəxslərlə birlikdə qiyam edərək güc işlətməli, qəsb olunmuş xilafəti və hökuməti onlardan geri almalı idi, ya da yaranan hazırkı vəziyyətə dözməli, müsəlmanların çətinliklərini imkanı çatan qədər həll etməli və öz vəzifəsini əncam vermək barədə tədbir görməli idi.

İlahi rəhbərlər qüdrət və məqamı özləri üçün hədəf hesab etmir, əksinə ali-ilahi hədəfləri öz mövqeyinin qorunmasından daha yüksək bir məqam hesab edirlər. Əli (əleyhis-salam) da islam cəmiyyətinin ictimai-siyasi vəziyyətini araşdırıb dəyərləndirməklə bu qənaətə çatdı ki, əgər öz haqqını almağa və Fatimə (əleyha salam)-a rəva görülən zülm və haqsızlıq qarşısında müqavimətə israr etsə, elə bir vəziyyət yaranacaq ki, Peyğəmbər (səlləllahu əleyhi və alih)-in 23 illik zəhmətləri, şəhidlərin pak qanları hədərə gedəcəkdir. Buna görə də mövcud şəraiti qəbul etməyə üstünlük verdi və bu yolla islam dinini müdafiə etməyə başladı.[3]

Əgər Həzrət Əli (əleyhis-salam) özünün şücaət və pəhləvanlığını nümayiş etdirərək silah götürüb qiyam etsəydi və hakim quruluşla mübarizəyə qalxsaydı, şübhəsiz, özlərini xəlifə hesab edənlər sakit oturmayacaqdılar. Nəticədə İslam cəmiyyətində daxili müharibə başlanacaq, xoşagəlməz hadisələr baş verəcəkdi. Misal üçün:

1. Əli (əleyhis-salam) Peyğəmbər (səlləllahu əleyhi və alih)-lə bağlanan əhd-peymanlarında sabit qalan və Əli (əleyhis-salam)-ı cani-dildən sevənlərin çoxunu əldən verəcəkdi;

2. İslam ümməti arasında kəskin təfriqə yaracaq, səhabələrdən bir çoxu, habelə islam düşmənləri qarşısında böyük qüdrət sayılan insanlar aradan gedib tələf olacaq, yaxud ittihadın aradan getməsi ilə islam cəmiyyəti zəifləyəcəkdi;

3. Peyğəmbər (səlləllahu əleyhi və alih)-in şərif ömrünün axır illərində müsəlman olan şəxslərin çoxu o həzrətin vəfatından sonra mürtəd olaraq islam hökumətinin müqabilində ciddi əks mövqe seçmişdilər. Belə bir böhranlı şəraitdə həzrət Əli (əleyhis-salam) müxalifət bayrağı qaldırsaydı, islam cəmiyyəti ciddi təhlükələrlə qarşılaşacaqdı;

4. Müsəyləmə, Səccah və s. nübüvvət iddiaçılarının təhlükəsinin nəzərdən qaçılmaq olmazdı. İxtilaf yaranacağı surətdə onların islamın köksünə sağalmaz, bərpaedilməz zərbələr vurmaları gözlənilirdi;

5. Münasib fürsətdə islam ölkəsinin sərhədlərinə və mərkəzinə hücum edərək islam cəmiyyətini məhv etmək fikrində olan romalılarının təhlükəsi də mövcud idi. Belə bir vəziyyətdə əgər Əli (əleyhis-salam) qiyam etsəydi, şübhəsiz, müsəlmanların cəbhəsində zəiflik yaranar və islam müxalifləri öz hədəflərinə daha tez nail ola bilərdilər.

Qeyd olunanlar elə amillərin xülasəsi idi ki, imam Əli (əleyhis-salam) bunlara görə səbir etməyi qiyam etməkdən irəli keçirtdi və özünün bu ağıllı tədbiri ilə islam cəmiyyətini böyük təhlükələrdən xilas etdi. O həzrətin bu qərarı islamın əslinin qorunub saxlanmasından, müsəlmanların ittihadından və öz vəzifəsini əncam verməkdən başqa bir şey deyildi.[4]

İmam Əli (əleyhis-salam)-ın qəm-qüssə və kədərlə donu olan bəyanlarında özünün sükut səbəbini bəyan etmiş və “Şiqşiqiyyə” xütbəsində buyurmuşdur:[5]

“Mən fikirləşirdim ki, görəsən tək-tənha ayağa qalxıb qiyam edim (özümün və camaatın haqqını alım), yoxsa yaranan zülməti, irticaçı mühitə səbir edim?! Elə bir mühit ki, qocaları (daha da) qocaldıb əldən salar, cavanları qocaldar və imanlı insanları həyatlarının sonuna qədər əzab-əziyyətə salardı. Axırda gördüm ki, səbir etmək əqlə daha yaxındır, buna görə də səbri özümə peşə etdim. Lakin mən gözlərində tikan, boğazında sümük qalan bir şəxsə oxşayıram. Öz gözümlə görürdüm ki, mirasımı qarət edirlər...”[6]

"Nəhcul-bəlağə"nin başqa yerində belə qeyd olunur: Səqifə günlərində Əli (əleyhis-salam)-ın yaxın qohumlarından biri həzrətin fəzilətlərini sadalayaraq ondan uzaqlaşdıqlarına görə camaatı tənqid atəşinə tutdu, həzrət onun cavabında buyurdu: “Dinin sağlam qalması (ixtilafdan və ikitirəlikdən uzaq olması) bizim üçün hər bir şeydən daha yaxşıdır.”[7]

Bu kəlam göstərir ki, Əli (əleyhis-salam)-ı sükuta vadar edən məsələ baş verən hadisələrdən daha dəyərli bir məsələ imiş – o da yenicə qurulmuş islam cəmiyyətinin sütunlarının qorunub saxlanması idi. Belə ki, həzrət Əli (əleyhis-salam) hətta özünü, həyat yoldaşını və övladlarını belə bu yolda fəda etmişdi.

Əli (əleyhis-salam)-ın sükutunun səbəbini bəyan edən daha aydın bəyanlar "Nəhcul-bəlağə”də gələn aşağıdakı ifadədir:

“Məni nigaran edib təəccübə salan şey yalnız camaatın hər tərəfdən filankəsə hücum edib onunla beyət etməsi idi. Mən əlimi geri çəkdim, axırda gördüm ki, bir qrup öz dinlərində qalmadı və islamdan üz çevirdilər, camaatı Muhəmmədin dinini məhv etməyə çağırdılar. Qorxdum ki, əgər islama və müsəlmanlara kömək etməsəm, onda dağıdıcı (və bərpa olunmaz) bir xəsarət görərəm. Belə ki, onun müsibəti mənim xilafətdən məhrum olmağımdan; və sizin bir neçə günlük ilğım kimi gizlənən, bir yerə yığılmamış dağılışan bulud kimi olan hökumətinizə səbir etməkdən daha ağırdır. Mən də belə bir iğtişaş və qovğa arasında ayağa qalxdım, nəhayət sizin cəmiyyətiniz batil oldu, özünüz də məhv oldunuz, din isə öz yerində sabit qaldı.”[8]



[1] “Tarix”, Təbəri, 3-cü cild, səh. 202, “Dairətul-məarif” çapı. Təbərinin ifadəsi belədir:

اَتَی عُمَرُ بْنُ الْخَطَّابِ مَنْزِلَ عَلِیٍّ (ع) فَقَالَ: لَاُحْرِقَنَّ عَلَیْکُمَ اَوْ لَتَخْرُجُنَّ اِلَی الْبَیْعَةِ

“Ömər ibni Xəttab Əlinin mənzilinə gəlib dedi: “Beyətə gəlməsəniz mütləq evi (siz qarışıq) yandıracağam.”

İbni Əbil-Hədid də "Nəhcul-bəlağə"yə yazdığı şərhində (2-ci cild, səh. 56) bu cümləni Cövhərinin “Səqifə” kitabından nəql etmişdir; “Əl-imamətu vəs-siyasət”, 2-ci cild, səh. 12; "Nəhcul-bəlağə"nin şərhi, İbni Əbil-Hədid, 1-ci cild, səh. 134; “Əlamun-nisa”, 3-cü cild, səh. 1205; İbnu Əbdi Rəbbih Andulusinin (495-ci hicri ilində vəfat etmişdir) ifadəsi belədir:

بَعَثَ اِلَیْهِمْ اَبُو بَکْرٍ عُمَرَ بْنَ الْخَطَّابِ لِیُخْرِجَهُمْ مِنْ بَیْتِ فَاطِمَةَ وَ قَالَ لَهُ اِنْ اَبَوْا فَقَاتِلْهُمْ. فَاَقْبَلَ بِقَبَسٍ مِنَ النَّارِ عَلَی اَنْ یَضْرِمَ عَلَیْهِمُ الدَّارَ. فَلَقِیَتْهُ فَاطِمَةُ فَقَالَتْ‏ یَابْنَ الْخَطَّابِ اَجِئْتَ لِتُحْرِقَ دَارَنَا؟! قَالَ:نَعَمْ اَوْ تَدْخُلُوا فِیمَا دَخَلَتْ فِیهِ الْاُمَّةُ

“Əbu Bəkr, Ömər ibni Xəttabı göndərdi ki, onları Fatimənin evindən çıxartsın. Özü də ona dedi: “Əgər imtina etsələr, onlarla vuruş!” Ömər od parçası gətirib evi yandırmaq istədi, amma (qapının ağzında) Fatimə ilə qarşılaşdı. Fatimə dedi: “Ey Xəttabın oğlu! Evimizi yandırmağa gəlmişsən!?” Dedi: “Bəli! (Ya evi yandıracağam) ya da gərək ümmətin daxil olduğu məsələyə (Əbu Bəkrlə beyətə) daxil olasınız!”

“Əqdul-fərid”, 4-cü cild, səh. 260; “Tarix”, Əbil-Fida, 1-ci cild, səh. 156; “Əlamun-nisa”, 3-cü cild, səh. 1207, “İsbatul-vəsiyyət”, Məsudi, səh. 124. Oradakı ibarə belədir:

فَهَجَمُوا عَلَیْهِ وَاَحْرَقُوا بَابَهُ وَ اسْتَخْرَجَهُ مِنْهُ کُرْهًا وَ ضَغَطُوا سَیِّدَةَ النِّسَاءِ بِالْبَابِ حَتَّی اَسْقَطَتْ مُحْسِنًا

“Onlar hücum edib evin qapısına od vurdular, (beyətə) ikrahlı olduğu halda onu (Əlini) evdən çıxartdılar, aləm qadınlarının seyyidəsini (Fatiməni) qapı ilə divar arasında doyub sıxdılar, nəticədə Möhsün adlı uşağı (bətnindən) siqt olundu.”

“Möhnətu Fatimə”, səh. 60; “Miləl və nihəl”, 2-ci cild, səh. 95; “Təlxisuş-Şafi”, 3-cü cild, səh. 76; “Furuği vilayət” (“Vilayət günəşi”), səh. 186

[2] Əlavə məlumat üçün bax: 1. Seyid Cavad Hüseyni Təbatəbai, “Şəhadət əfsanəsinə cavab”; 2. “Dini suallara cavab” saytı; “Bəlağ” saytı

[3] Məhdi Pişvayi, “Sireyi pişvayan”, səh. 65

[4] Yenə orada, səh. 71

[5] "Nəhcul-bəlağə", 3-cu xütbə

[6] "Nəhcul-bəlağə", Sübhi Saleh, 3-cü xütbə – “Şiqşiqiyyə” xütbəsi

[7] "Nəhcul-bəlağə”nin şərhi, 6-cı cild, səh. 23-45

[8] "Nəhcul-bəlağə", Şəhidinin tərcüməsi, səh. 347; Əli (əleyhis-salam)-ın Misir əhalisinə məktubu. 62-ci nömrə

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • İran İslam respublikasını hansı təhlükələr təhdid edir?
    6180 Nizamlar (Qurluşlar) 2011/11/24
    Hər hansı bir varlığı təhdid edən təhlükələri tanımaq üçün ilk növbədə onu icad edən səbəbi (illəti-muvcidə), daha sonra isə onun qalıb davam etməsinə səbəb olan amilləri (illəti-mubqiyə) tanımaq lazımdır ki, o varlığın həyatına zəmanət verilmiş olsun. Çünki hər bir varlığa yönələn ...
  • Əgər behişt nemətləri yorucu və bezdirici deyilsə, onda behişt əhli bir ləzzətdən necə əl çəkərək başqası ilə məşğul olurlar?
    6591 Qədim kəlam 2012/06/23
    Belə nəzərə çarpır ki, bu sualın mənşəyi bir növ bu dünyanın xüsusiyyətlərini axirət məsələləri ilə müqayisə etmək və dünyanın nöqsan, eyib, xəstəlik, ölüm, süstlük, xoşagəlməz hadisələr və s. xüsusiyyətlərini meyar qərar verməkdir, halbuki Quran və rəvayətlərə əsasən axirət aləminin xüsusiyyətləri bu dünya ilə uyğun gəlmir.
  • Nə üçün bildirçinin yeyilməsi halaldır?
    10356 پرندگان 2012/05/19
    Şahin kimi yırtıcı olan və caynaqlara sahib quşalar və həmçinin uçan zaman qanadlarını düz tutmaq hərəkət edirtməkdən az olan hər quşun əti haramdır. Həmçinin bütün növ qarğalar, hətta sağsağan ətinin yeyilməsi ehtiyate vacibə əsasən haramdır. Amma qanadlarının hərəkəti düz saxlamasından çox olan hər bir quşun ...
  • İmam Həsən Müctəba (əleyhissalam) kim olub və hansı fəzilətləri olub?
    12606 امام حسن مجتبی ع 2015/05/27
    İmam Həsən (əleyhissalam) , Əli ibn Əbi Talibin oğlu olub, mübarək Ramazan ayının ortasında, hicrətin üçüncü ilində Mədinə şəhərində dünyaya göz açmışdır. 37 yaşında O Həzrətlə İmam Əlinin canişini kimi ikinci İmam olaraq beyət olunmuşdur. İmam Həsənin (əleyhissalam) imamət müddəti on il, altı ay üç gün çəkmişdir. ...
  • Bir neçə mətləb Buxarinin həyatından açıqlayın.
    8288 تاريخ بزرگان 2011/05/05
    Əbu Əbdullah, Məhəmməd ibni İsmayıl ibni Muğəyrə ibni Bərdəziyyə, Cofi əl- Buxari, Əhli sünnətin tanınmış hədis alimlərindəndir. O hicrət ilinin 194- cü ilində Buxara şəhərinin kəndlərindən olan "Xərtəng" kəndində dünyaya gəlmiş və həmin uşaqlıq dövründə, atasını itirmişdir. Güclü yaddaşa malik olmuş və uşaqlıq dövründən hədisləri toplayıb saxlamağa səy etmişdir.
  • Nə üçün Quran ayə-ayə nazil olmuşdur? Hansı surələr bir dəfəyə və bir yerdə Peyğəmbər (səlləllahu əleyhi və alih)-ə nazil olmuşdur?
    14331 Quran elmləri 2011/11/24
    Quran iki cür: bir dəfəyə və tədrici (ayə-ayə və surə-surə) nazil olmuşdur. Tədrici nazil olma səbəbi ilə əlaqədar müxtəlif dəlillər qeyd olunmuşdur. O cümlədən: 1. Bu iş Peyğəmbər (səlləllahu əleyhi və alih)-in qəlbini ...
  • Şiə məzhəbinin əsas firqələrinin sayını neçədir?
    14351 Qədim kəlam 2011/09/10
    "Şiə" kəlməsi lüğətdə "davamçı" və "yavər" mənasını daşıyır, habelə "bir əqidə və dinə malik olmaq" mənasında da işlədilmişdir. Müsəlmanların arasında geniş yayılmış dini terminalogiyada isə bu kəlmə Həzrət Əli (ə)-ın ardıcılları barəsinə işlədilmiş və onlarla xüsusi bir bağlılıq kəsb etmişdir. Həzrət Əli (ə)-ın ardıcılları barəsində də aşağıdakı müxtəlif mənalarda işlədilmışdir: Həzrət Əli (ə)-ı ...
  • Nə üçün bəzi jele və kisellər haran və ya haladırlar?
    12375 Nizamlar hüquq və əhkam 2011/05/31
    Kiselin müxtəlif növü vardır ki, onların bəziləri halal və bəziləri isə haramdır. Bunun səbəbləri isə onun tərkibidir. Əgər jelenin və kiselin tərkib hissəsi bitkilərdən və bəzi kimyəvi maddələrdən hazırlanıbsa, onun xarici və daxili pak olmaqla yanaşı yeyilməsi və istifadəsi halaldır. Bundan əlavə kiselin və jelenin tərkibinə əti halal olan heyvanın ...
  • Aya zahirdə olan bərabərlik və xüsusiyyətlər misal üçün bədən və yaş cəhətindən dostluqda şərtdir?
    7555 Əməli əxlaq 2012/04/18
    İslamda dost tapmaq üçün ilk mərhələdə lazım və mühüm olan, onun zahiri və madi xüsusiyyətləri deyil, bəlkə mənəvi xüsusiyyətləri daha çox əhəmiyyət daşıyır; baxmayaraq ki, bəzi maddi və zahiri xüsusiyyətlərinə də rəvayət etmək lazımdır; misal üçün o şəxslə dostluq etmə ki, insanı cəmiyyətdə bəzi töhmətlərlə qarşı- qarşıya ...
  • Öhdəsində xüms olan şəxs hal- hazırda onların xümsünü verməyə imkanı yoxdur. Bu şəxs nə etməlidir?
    6615 Xumsun hesablanması və onun ödənmə qaydası 2013/02/03
    Ümumiyyətlə xüms ili çatmış şəxs malının xümsünü vermədən öz malındaan istifadə edə bilməz. Əgər xümsü verməzdən əvvəl həmin maldan istifadə edərsə həmin miqdar xümsə zamindir. Və əgər xümsü bir dəfəyə ödəyə bilmirsə öz məhəlləsində və yaxud tanıdığı yerin təqlid etdiyi qanuni mərcə təqlidin nümayəndəsindən bu barədə şəriətin ...

Ən çox baxılanlar

  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    168782 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    166612 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    122025 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    115921 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    115152 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    96603 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    60931 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    56644 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    49378 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    47379 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...