Ətraflı axtarış
Baxanların
8238
İnternetə qoyma tarixi: 2012/03/14
Sualın xülasəsi
Bəzi ayələrdə insanların fani olması, bəzilərində isə ruhun əbədi və diri qalması deyilir. Bunların hansı düzdür?
Sual
Quranda deyilən كُلُّ مَنْ عَلَيْها فانٍ “onda olan hər bir şey fanidir” ayəsinə əsasən insanlar fanidirlər. Bəzi ayələrdə də deyilir ki, insanın bir yönü ruhdur ki, öldükdən sonra öz həyatını davam etdirir. Sual budur: İnsan fanidirmi və nə vaxtsa məhv olacaqdırmı, yoxsa əbədi həyata malikdir?
Qısa cavab

İnsan öləndən sonra ruhunun əbədi qalmasına dəlalət edən ayələr olduqca çoxdur və onların məzmun və dəlalətində heç bir münaqişəyə yer yoxdur. Onlardan biri olan “Ali-İmran” surəsinin 169-cu ayəsində deyilir: “Onlar (şəhidlər) Pərvərdigarlarının yanında ruzi yeyirlər.” Əlbəttə, bir çox əqli və nəqli dəlillər də bu ayələri dəstəkləyir, yəni mücərrəd varlıqlar, o cümlədən ruhlar yox ola bilməzlər. Ruhun əbədiyyətinə dəlalət edən möhkəm dəlillərə istinad edərək insanların məhv olub aradan getməsinə dəlalət edən ayələri başqa cür bəyan və izah etmək lazımdır ki, bu ayələrlə təzadda olmasın. Müfəssirlər buyurmuşlar ki, varlıqların həlak və məhv olmasına dəlalət edən ayələr onların küllü şəkildə və birdəfəlik məhv olması mənasına deyildir; əksinə, bu mənayadır ki, onların zahiri forması aradan gedir, amma onları təşkil edən hissələr və möhtəvası həmişəlik qalır. Bunun misalı zəlzələ nəticəsində uçub dağılan bir evə bənzəyir; onu zahirdə məhv olmuş hesab etmək olar, amma onu təşkil edən xammal və hissələr həmişəlik qalır, sadəcə onların zahiri forması və şəkli dəyişir. Aləm də zahiri forma baxımından məhv olur, amma bu, onun bütün varlıqlarının, o cümlədən ruhun məhv olması mənasına deyildir. Ruhlar Allahın bəqası (qalmağı) ilə davam edirlər.

Ətreaflı cavab

Bu suala cavab vermək üçün əvvəlcə gərək ruhu ayrıca şəkildə tədqiq edək. Quranın müxtəlif yerlərində “ruh” kəlməsi müxtəlif formalarda olmaqla 21 dəfə gəlmişdir. Əlbəttə onların müxtəlif mənaları nəzərdə tutulur. Burada mühüm əhəmiyyət kəsb edən və müfəssəl şəkildə bəhs aparılmalı şey budur: görəsən, insan öldükdə onun ruhu əbədi qalırmı, yoxsa ruh da cisim kimi ölüb aradan gedir?![1]

Mühüm Quran maariflərindən biri ölümdən sonra ruhun əbədi qalması və ölümün həyatın sonu olmamasıdır. Ölüm – daha üstün olan digər bir aləmə açılan bir bacadır.[2]

Quranın bəzi ayələri ölümdən sonra ruhun əbədi qalmasına aşkar şəkildə dəlalət edir. Burada həmin ayələrdən bəzilərini qeyd edirik:

1. Şəhidlərin diri olmasına dəlalət edən ayə: “(Ey Peyğəmbər!) Allah yolunda qətlə yetirilənlərin ölü olmasını əsla güman etmə; əksinə, onlar diridirlər və Pərvərdigarlarının yanında ruzidən bəhrələnirlər...”[3]

Quran ayələrində ölümdən sonra şəhidlər üçün qeyd olunan bu həyat ictimai bir həyat deyildir (yəni onların cəmiyyətin maddi işlərində təsirləri yoxdur), çünki onlar insanların qəlbində özünə yer açmış və bu yolla cəmiyyətdə çoxlu mənəvi təsirlər qoyurlar. عِنْدَ رَبِّهِمْ يُرْزَقُون Ayədəki “Rəblərinin yanında ruzi yeyirlər” kimi ifadələrdən məlum olur ki, bu, onların ölümdən sonrakı ruhi həyatlarıdır və orqanizmlərinin ölməsi ilə ruhları ölmür.[4]

2. Bəzi ayələr də Ali-Fironun ölümdən sonra və qiyamətdən əvvəl əzaba düçar olmalarına dəlalət edir. Bu ayələr də yuxarıdakı ayələr kimi ölümdən sonra ruhların həyatına dəlalət edir. Bu fərqlə ki, əvvəlki ayələr şəhidlər kimi saleh insanların ilahi və mənəvi nemətlərdən bəhrələnməsinə, bu ayələr isə fironçular kimi kafirlərin ağır ilahi əzaba düçar olmasını bəyan edir: “Onların əzabı hər səhər-axşam onlara təqdim edilən cəhənnəm odudur. Qiyamət günü başlanan zaman (Allah-taala buyurar:) Ali-Fironu ən ağır əzablara daxil edin!”[5]

Ölümdən sonra da həyatın olmasını, özü də qiyamətdən qabaq olmasını aşkar şəkildə göstərən bu ayə ruhun ölümdən sonrakı həyatına dəlildir. [6]

3. Ölümdən sonra həyatın varlığına dəlalət edən üçüncü qisim ayələr Nuh qövmünün öldükdən sonra cəhənnəm oduna daxil olmalarını göstərən ayələrdir: “(Bəli, axırda) hamılıqla günahlarına görə qərq və cəhənnəm oduna daxil oldular, Allahdan başqa özləri üçün heç bir köməkçi tapmadılar!”[7] Bu ayədə “cəhənnəm oduna daxil oldular” deyə keçmiş zaman felindən istifadə edilməsi göstərir ki, onların oda daxil olması hələ qiyamətin baş vermədiyi keçmiş dövrdə baş vermişdir.[8]

Ölümdən sonra ruhun diri qalması islam alimləri və filosofları tərəfindən də təsdiq olunur. Onlar ruhun əbədi qalmasını özlərinin danılmaz etiqad prinsiplərindən biri hesab edirlər. Hazırkı dövrdə də islam alimləri bu dəlillərdən qaynaqlanan görüşlərə əsasən materialist dünyagörüşü qarşısında möhkəm dayanaraq ölümü yeni bir həyatın başlanğıcı hesab edirlər. Əlbəttə, ölümdən sonra ruhun həyatda olmasına etiqadın mənası qiyamət günündə ruhun təklikdə və bədənsiz məhşur olması və cismin ölüm ilə həmişəlik məhv olub aradan getməsi deyildir. Əksinə, biz inanırıq ki, qiyamət günü Allahın iradə və istəyi ilə maddi bədənlər də diriləcək, ruh həmin bədənlə məhşur olacaq və öz əməllərinin nəticəsini görəcəkdir.[9]

İndi isə insanların fani olmasına dəlalət edən ayələr və onların nəyə dəlalət etməsini aşağıda qeyd edirik:

a) İnsanların fani olmasına aşkar şəkildə dəlalət edən ayələrdən biri “Ər-Rəhman” surəsinin 26-cı ayəsidir: كُلُّ مَنْ عَلَيْها فانٍ “Onda olan hər bir şey fanidir” Bu ayə insanların fani və məhv olmasına dəlalət edir. Amma ayənin dəlalətində qeyd olunmalı müxtəlif məsələlər vardır. Allah-taala Öz nemətlərini insanlara sadalamaq məqamında bu ayəni nazil etdiyinə görə müfəssirlərin bəzisi inanırlar ki, bu fəna “mütləq fəna” mənasına yox, əksinə əbədiyyət aləminə bir keçid mənasınadır və əbədi aləmə nail olmağın şərti ondan ötüb keçməkdir. Dünya özünün bütün nemətləri ilə mömin üçün bir zindandır, bu dünyadan xaric olmaq (ölüm) isə bu darısqal və qaranlıq zindandan azad olmaqdır.”[10]

b) İnsanın fani olmasına dəlalət edən ayələrdən biri də “Qəsəs” surəsinin 88-ci ayəsidir: “Allahdan başqa heç bir məbudu çağırma! Çünki Ondan başqa heç bir məbud yoxdur və Onun pak zatından başqa hər bir şey fanidir.” Bu ayə bütün varlıqların fani və məhv olmasına tam aşkar şəkildə dəlalət edir. Onun ümumiliyi əvvəlki ayədən də çoxdur və həm yerdə, həm də asimanlarda olan varlıqlara aiddir. Amma əvvəlki ayə yalnız yer üzündə olan varlıqlara şamil idi.

İndi görək zahirdə bir-birini inkar edən və aralarında uyğunluq olmayan bu iki qəziyyə necə qəbul oluna və Quranda hər ikisi necə irəli çəkilə bilər?

Biz müsəlmanlar Quranı ilahi vəhy hesab edir, Allah-taalanı ziddiyyətli sözlər bəyan etməkdən pak-pakizə bilirik. İndi gərək bu ayələrin həqiqi məqsədinin nə olduğunu başa düşək ki, ayələr arasındakı zahiri təzad aradan qalxsın.

Bir çox müfəssirlərin nəzərinə əsasən insanların fani və həlak olmasına dəlalət edən ayələr məhdud dəlalətə malikdir və yalnız dünya işlərinə, maddi varlıqların məhv olmasına dəlalət edir. İzahı yuxarıda qeyd olunan “Ər-Rəhman” surəsinin 26-cı ayəsində olduğu kimi. Bu kimi ayələr insanı başa salmaq istəyir ki, bu maddi işlərin hamısı istisnasız olaraq aradan gedəcəkdir, bunlara ürək bağlamaq ötəri və fani şeylərə ürək bağlamaqdır.

Amma görəsən ruhun əbədi qalması ilə ziddiyyətli olan digər ayələri nə etməliyik? Bu sual behişt və cəhənnəm barəsində də irəli gəlir, yəni bu dünyanın axırında behişt və cəhənnəm də məhv olub aradan gedəcəkdirmi? Yoxsa varlıqların həlak olmasına dəlalət edən ayələrin bu məfhumlarla ziddiyyəti yoxdur?

Müfəssirlər varlıqların “mütləq faniliyi”nə dəlalət edən və zahirdə ruh kimi qeyri-maddi varlıqlara da şamil olan bu ayələri digər mənaya izah etmişlər ki, fənanın onlara dəlalətini aradan götürsünlər, nəticədə ruhu bu ayələrin dəlalət hüdudlarından xaric etsinlər. Bu məsələ ruhun əbədi qalmasına dəlalət edən digər möhkəm əqli və nəqli dəlilin, ayələrin şahidliyi ilə baş verir. Çünki ruh Allahın bəqası ilə baqidir, Allah həmişə baqi qaldığından, ruh da əbədi qalacaqdır. Buna görə də əzəli olmayan, ruhu və bədəni Allahın məxluqu olan bir insan əbədi olacaq və fani olmayacaqdır.

Müfəssirlərin bəziləri insanın həlak olmasına dəlalət edən ayələrlə əlaqədar müxtəlif mənalar qeyd etmişlər ki, ruh, behişt və cəhənnəmin əbədiliyi barədəki bu əqidə ilə zidd deyildir. Onlar deyirlər ki, çox hallarda həlak, fani və məhv olmaqda məqsəd varlıq sisteminin təşkiledici ünsürlərinin aradan getməsi yox, onun sisteminin bir-birinə dəyməsidir. Məsələn, əgər bir bina zəlzələ nəticəsində uçub dağılsa “həlak olmaq” və “fani olmaq” mənaları ona aid edilir, halbuki onun təşkil edici maddələri mövcuddur və sadəcə onun quruluşu və forması dağılıb aradan gedir. Bildiyimiz kimi, bu dünyanın axırında Günəşin və Ayın işığı aradan gedəcək, dağlar dağılacaq və hər bir canlı varlıq öləcəkdir. Onların həlak olmasının mənası da bundan ibarətdir.

Digər tərəfdən, həlak və fani olmaq bu maddi dünya və onda olan şeylərə aiddir, amma behişt və cəhənnəm – istər onları bu dünyanın batinində hesab edək, istərsə də bu dünyanın xaricində olub ona əhatəli olan bir aləm hesab edək – bu maddi dünyanın bir hissəsi deyildir ki, onların sistemlərinin məhv və fani olması hökmünə şamil olsun. Onlar tamamilə başqa bir dünyaya və axirət aləminə aiddir, bu dünyaya yox.”[11]

Bu məsələ ruh barəsində də doğrudur. Çünki ruh da bu maddi aləmdən yüksəkdədir və onu maddi dünyanın bir hissəsi hesab etmək olmaz. Deməli, maddi dünyanın məhvi ilə o məhv ola bilməz.

Əlbəttə, bu ayələr üçün digər yozum və izahlar da vardır. Bəziləri bu cür həlak olmanı “ədəmi zati” (zati yoxluq) hesab etmişlər. Yəni bütün maddi və qeyri-maddi varlıqlar zatən mə’dum (yoxluq) olmuş, yalnız Allahın vasitəsi ilə vücud və həyat kəsb etmişlər. Bu həyat ruh kimi qeyri-maddi varlıqların hamısında da əbədi qalacaqdır. Çünki mücərrəd varlıqlar heç bir ədəmi (yoxluğu) qəbul edə bilmirlər. Ruhlar da Allah-taaladan nəşət tapdıqlarına və Onun bəqası ilə baqi qaldıqlarına görə fani olaraq yoxluğa çevrilə bilməzlər.

 


[1] Bu barədə əlavə məlumat üçün bax: “Ölümdən sonra ruhun taleyi”, sual 7803 (sayt: 8062)

[2] Sübhani, Cəfər, “Quran nəzərindən ruhun ilkinliyi”, səh. 60 “Ümid” nəşriyyatı, Qum, 1358-ci hicri qəməri il; həmçinin bax: “Ölüm və insan varlığının sonu”, sual 5268 (sayt 5766)

[3] “Ali-imran”, surəsi, ayə: 169

[4] Təbatəbai, Məhəmməd Hüseyn, “Əl-mizan fi təfsiril-Quran”, 4-cü cild, səh. 61, “İslami nəşriyyat”ın dəftərxanası, Qum, 1417-ci hicri qəməri ili; Fəxrəddin Razı, Əbu Əbdillah, Məhəmməd ibni Ömər, “Məfatihul-ğeyb”, 21-ci cild, səh. 395, “Daru ehyait-turasil-ərəbi”, Beyrut, 1420-ci hicri qəməri il.

[5] “Ğafir” surəsi, ayə: 46

[6] Məkarim Şirazi, “Təfsiri-nümunə”, 20-ci cild, səh. 11, "Darul-kutubil-islamiyyə", Tehran, 1374-cü il; “Məfatihul-ğeyb”, 21-ci cild, səh. 395

[7] “Nuh” surəsi, ayə: 26

[8] “Quran nəzərindən ruhun ilkinliyi”, səh. 68

[9] “Cismani məad”, sual 6234 (sayt 6492); “Cismani məadda bədənin məhşur olması”, sual 6335 (sayt 6502)

[10] “Təfsiri-nümunə”, 23-cü cild, səh. 135

[11] Yenə orada, 16-cı cild, səh. 193

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Нәјә ҝөрә Гуранын бәзи ајәләри илаһи пејғәмбәрләрин исмәти илә фәрглидир? Изаһ един?
    9619 Qədim kəlam 2010/06/22
    Јухарыдакы суалын ҹвабыны белә вермәк олар:1.“Исмәт” (ҝүнаһсызлыг) мәсум шәхсин хүсуси бир нәфси һаләтидир ки, инсанын ҝүнаһдан вә чиркин әмәлләрдән үз дөндәрмәсинә сәбәб олур вә инсанын ихтијарыны әлиндән алмадан, јахуд, ону мәҹбур етмәдән ону һәр ҹүр хәта вә ...
  • Məhəmməd ibni Hənəfiyyənin rəvayətində deyilən “hüczə” kəlməsinin mənası nədir?
    7246 Hədis elmləri 2012/02/13
    Rəvayətlərdə “hüczə” kəlməsindən məqsəd dünyada bizimlə Allah, Peyğəmbər və imamlar (əleyhimus-salam) arasında qərar verilən sarılma vasitəsi və səbəbidir. O səbəblər din, gözəl əxlaq, saleh əməllərdən ibarətdir. Əgər insanlar islam dininə tabe olsalar, gözəl əxlaqa yiyələnsələr və yaxşı işlər görsələr, bu əməllər axirətdə ilahi ...
  • Digərlərinə nahaq təkfir (küfrdə təqsirləndirmə) və lənətin təsiri və şərii hökmü nədir?
    6265 Əməli əxlaq 2012/02/15
    Bizim dini təlimlərdə, digərlərinə nahaq təkfir nisbəti və lənətləməkdən çəkindirməkdən əlavə, İslam dini heç kəsə belə bir icazəni verməyibdir. Din rəhbərlərimizdən də rəvayətlərimiz var ki, deyir: Əgər bir şəxs, lənətə layiq olmayan şəxsi lənətləsə, bu lənət, lənət edən insanın özünə qayıdır. ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    49203 İzdivac xütbəsi 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Mən hal-hazırda Səudiyyə Ərəbistanında yaşayıram. Burada şiələr kimi namaz qılmaq barədə təhlükə hiss edirəm. Namaz vaxtı əllərimi bir-birinin üstünə qoya bilərəmmi?
    9842 Təqiyyə 2012/04/09
    Ayətullah əl-uzma Sistaninin (müddə ziluhul-ali) dəftərxanası: Əgər təqiyyə bunu tələb edirsə, o cür qıla bilərsiniz. Ayətullah əl-uzma Məkarim Şirazinin (müddə ziluhul-ali) dəftərxanası: Əgər bəzi islam firqələri kimi əli bağlı namaz qılsa, hətta ədəb üzündən əlləri bir-birinin üstünə, yaxud sinəsinə qoysa, onlara ...
  • Nə üçün biz Allahın sifətləri barədə elmli ola-ola günah edirik?
    7055 گناه 2012/07/22
    Allah-taalanın bizim əməllərimiz barədə elmli, bizi cəzalandırmağa qadir və Öz işlərində hikmət sahibi olması barədə agahlığımız bizi itaətə vadar etmir. Necə ki, şeytan Allah-taalanın sifətlərini bilirdi, amma bununla belə Onun əmrlərinə qarşı üsyankarlıq etdi. Allahın sifətləri barədə elm və agahlıq etiqad və imanla yanaşı olan ...
  • Nə üçün ideanın bəzi cisimlərini kənar etmək olmaz?
    7225 Təzə kəlam 2011/05/30
    İdeanın lüğətdə mənası, əqidə tanımaq deməkdir. Amma əqidənin özünə və düşüncə tərzinə də deyilir. Amma termində bəzi vaxtlar ümumi olaraq əməl və nəzəriyyə düşüncələrinə şamil olmasında istifadə olunur və bəzi yerlərdə isə xüsusi olaraq dünya görüşü qarşısında istifadə olunur. İkinci surətdə, ideya silsiləvari bir nəzəriyyəyə şamil olur ki, ...
  • Möminun surəsinin 101- ci ayəsi ilə saffat surəsinin 27 və 50- ci ayələrinin ziddiyyətini necə həll edirsiniz?
    6907 معاد و قیامت 2012/07/16
    Quran ayələrində ümumi şəkildə və sualda qeyd olunan ayələrdə xüsusi şəkildə, heç bir ziddiyyət yoxdur. Çünki, "o gündə heç kəs digərindən kömək və sual xahişi etməz" buyuran ayələr, qiyamətin ilk mərhələlərinə işarə edir. Bu o günün qorxu və heyranlığının çox olması səbəbindəndir. Həmin qorxu və heyranlığın çoxluğu ...
  • İşdə inzibatçılığı ictimai adətlərlə – “təarüflə” necə cəm etmək olar?
    6723 رفتار اجتماعی در حکومت اسلامی 2012/06/23
    “İnzibat” kəlməsi “yaxşı əncam vermək”, “möhkəmlətmək”, “dəqiqlik” və “hifz etmək” mənasına olan “zəbt” kökündəndir.[1] Şəri cəhətdən işə ona şəriət hökmlərindən hər biri: vacib, müstəhəb, mübah, məkruh və haram aid edilə bilər. İş inzibatı da – ona iltizamlı olmağın mənşəyini nəzərə almaqla – ...
  • Sübh azanının axırına qədər, obaşdan yemək olarmı?
    11150 Nizamlar hüquq və əhkam 2012/03/11
    Həzrət Ayətullah əl- uzma Xamneyi (muddə- zilluhul- ali)- nin dəftəri: Hər bir halda, əgər insan sübh azanının vaxtının olmasına yəqini olsa ya əmin olsa, obaşdan yeyə bilməz. Əks halda iradı yoxdur. Həzrət Ayətullah əl- uzma Sistani (muddə- zilluhul- ali)- nin dəftəri:

Ən çox baxılanlar

  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    168591 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    166491 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    121888 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    115836 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    114989 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    96484 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    60632 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    56518 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    49203 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    47276 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...