Ətraflı axtarış
Baxanların
7318
İnternetə qoyma tarixi: 2012/03/14
Sualın xülasəsi
Nə üçün bəzi şiə alimləri və ariflər maddi imkanlara, halal ruzilərə malik olmaqla eyni zamanda Allahın halal buyurduğu münasib əyləncə, halal ləzzət və sair nemətlərdən istifadə etmirlər?
Sual
"قُلْ مَنْ حَرَّمَ زينَةَ اللَّهِ الَّتي‏ أَخْرَجَ لِعِبادِهِ وَ الطَّيباتِ مِنَ الرِّزْقِ قُلْ هِي لِلَّذينَ آمَنُوا فِي الْحَياةِ الدُّنْيا خالِصَةً يوْمَ الْقِيامَةِ كَذلِكَ نُفَصِّلُ الْآياتِ لِقَوْمٍ يعْلَمُون “De: kim Allahın Öz bəndələri üçün yaratdığı zinətləri və onlara verdiyi pak-pakizə ruziləri haram etmişdir?! De: Bu zinətlər və nemətlər dünya həyatında imanlı olanlar üçün yaradılmışdır və qiyamət günü yalnız bunlara aiddir. Beləcə, ayələri bilən camaat üçün ətraflı şəkildə bəyan edirik” ayəsinə diqqət yetirməklə, nə üçün bəzi şiə arifləri və alimləri öz ixtiyarlarında ən halal maddi imkanlar və halal ruzi olmaqla heç vaxt halal əyləncələrə, ləzzətlərə və halal nemətlərə üz gətirmirlər? Başqa sözlə, nə üçün onlar ən az imkanlarla qənaətlənirlər?! Belə ki, bu böyük şəxsiyyətlərdən bir çoxu nə mərcəyi-təqlid idilər, nə də hamıya nümunə; əksinə, tanımaz arif və alim olsalar da, nə üçün Allahın verdiyi halal ləzzətlərdən istifadə etməmişlər? Cavabınıza görə təşəkkür edirik.
Qısa cavab

Allah-taalanın məxluqlara verdiyi nemət və ləzzətlər maddi şeylərdə həsr olunmur; əksinə bu nemətlər mənəviyyata da şamildir və mənəvi nemətlər daha artıq ləzzətə malikdir. Təqva sahibləri, ariflər və zahidlər Allahın mənəvi nemətlərindən, batini zinət və ləzzətlərindən daha artıq bəhrələnirlər. Onlar maddi imkanlardan mümkün olan ən aşağı həddə istifadə etməklə, mənəviyyatdan bəhrələnməklə çox yüksək irfani məqamlara çatmış, elm və təqva mərhələlərində yüksək dərəcələrə nail olmuşlar. Dini təlimlərdə “dünya nemətləri möminlər üçün yaradılmışdır” deyilməklə eyni zamanda, həm də elə həmin təlimlərdə deyilir: “Bilin ki, dünya həyatı oyun-oyuncaqdan, baş qatmaq vasitəsindən və aldadıcı matahdan başqa bir şey deyildir.”

Ariflərin imamı, təqvalıların rəhbəri həzrət Əli (əleyhimus-salam) zahidlərin vəsfində buyurur: “Möminlərin və zahidlərin dünyadakı istəkləri çox azdır.” Buna əsasən, insanın Allah barəsindəki mərifəti və agahlığı nə qədər artıq olarsa, dünya ləzzətləri onun üçün bir o qədər sadə görünəcəkdir. Görkəmli alimlər belə sadə həyat tərzini zahidləri imamları həzrət Əli (əleyhis-salam)-dan irs aparmışlar. Bütün dünya nemətləri və  maddi  imkanlar o həzrətin ixtiyarında olsa da iki köhnə libasla, iki arpa çörəyi ilə qənaətlənirdi. Aydındır ki, hətta kiçik bir cəmiyyətdə olan həyat mühitində belə, camaat bu alimləri özlərinə bir örnək və nümunə kimi tanıyırlar ki, bu rəftar sözlərinin nüfuzlu olmasında daha çox təsirli ola bilər.

Ətreaflı cavab

Sualda istinad edilən ayənin məfhumunu düzgün başa düşmək üçün bir neçə məsələyə diqqət yetirmək zəruridir:

1. Bildiyimiz kimi, “hər hansı bir iş və ya şey halaldır” dedikdə məqsəd budur ki, həmin iş müqəddəs şəriət sahibi tərəfindən qadağan olunmamışdır. Bu halal şey ya yeməklərdən, ya içməlilərdən, ya da əncam verilməli işlərdəndir. Halal olmaq bu mənaya deyildir ki, şəriətdə qadağa qoyulmadığı üçün onu yerinə yetirmək mütləq vacib olsun.

2. Allah-taalanın xəlq etdiyi halal nemətlərdən bəhrələnməyin müxtəlif mərhələləri vardır. Allahın halal buyurduğu şeylərdən biri, insanı ruhi asayişinə və fiziki aramlığına səbəb olan gecə istirahətidir.[1] Amma gecə yarısı şirin yuxudan oyanaq Allah-taala ilə minacat etmək çoxları üçün hər bir  halal nemətdən daha artıq ruhi aramlıq bağışlayır.

3. Allahın halal etdiyi nemətlər və ləzzətlər yalnız maddi şeylərdə həsr olunmur, əksinə mənəviyyata da şamil olur. Mənəvi nemətlər bir çox maddi ləzzətlərdən daha artıq ruhi ləzzət bəxş edir. Ariflər və zahidlər əsas etibarı ilə Allahın buyurduğu mənəvi zinət və ləzzətlərdən bəhrələnirlər. Görkəmli və pəhrizkar insanlardan çoxu halal maddi imkanlardan ən aşağı səviyyədə istifadə etməklə və bunun müqabilində mənəviyyatdan bəhrələnməklə çox yüksək irfani məqamlara, elm və təqva dərəcələrinə nail olmuşlar.

4. Bildiyimiz kimi, Quran təlimlərinə yalnız birtərəfli baxılmamalı və təkcə bir ayə  əsasında mühakimə yürüdülməməlidir. Əksinə وَ الْقُرْآنُ يُفَسِّرُ بَعْضُهُ بَعْضًا “Quranın bəzisi bəzisini təfsiri edir”[2] hədisinə diqqət yetirməklə digər ayələri də, eləcə də onun şəni-nüzulu ilə əlaqədar mövcud olan digər rəvayətləri də araşdırmaq və məhz bundan sonra mühakimə yürütmək lazımdır.

5. Dini təlimlərdə “dünya nemətləri mömin üçün yaradılmışdır” deyə buyurulsa da, elə həmin təlimlərdə deyir ki, möminlər gərək dünyanın maddi nemətlərindən əz az səviyyəyə kifayətlənsinlər. Quranda buyurulur: “Bilin ki, dünya həyatı oyun-oyuncaq, (baş qatmaq üçün) məşğuliyyət, (puç) şan-şöhrət axtarmaq, (yersiz) öyünmək, (zavala uğrayan) mal-dövlət və övladla müsabiqədən başqa bir şey deyildir. Eynilə məhsulu əkinçiləri təəccübə salan, sonradan quruyan yağışa bənzəyir... (Hər bir halda) dünya həyatı aldadıcı matahdan başqa bir şey deyildir.”[3]

6. Ariflərin imamı Əli (əleyhis-salam) zahidlərin vəsfində belə buyurur: فَالْمُتَّقِينَ ... وَ حَاجَاتُهُمْ خَفِيفَةٌ  “(Həqiqi) möminlərin və zahidlərin dünyadakı istəkləri çox azdır.”[4] İnsanın Allaha mərifət və agahlığı nə qədər çox olsa, dünya ləzzətləri onun üçün bir o qədər mənasız olacaqdır, bunun müqabilində mənəvi işlər onun üçün daha ləzzətləri və dəyərli olacaqdır. Görkəmli insanlar mənəvi ləzzətlərə elə qərq olurlar ki, sanki, behişti görür və onun nemətlərindən bəhrələnirlər.[5] Buna görə də ötəri maddi nemətlərə və onların ləzzətlərinə əsla diqqət yetirmirlər.

7. Görkəmli alimlər bu kimi sadə həyat tərzini zahidlərin imamı Əli (əleyhis-salam)-dan irs aparmışlar. O həzrət də maddi nemətlərdən ən aşağı səviyyəli istifadə etməklə kifayətlənirdi:

أَلَا وَ إِنَّ إِمَامَكُمْ قَدِ اكْتَفَى مِنْ دُنْيَاهُ بِطِمْرَيْهِ وَ مِنْ طَعْمِهِ بِقُرْصَيْهِ أَلَا وَ إِنَّكُمْ لَا تَقْدِرُونَ عَلَى ذَلِكَ وَ لَكِنْ أَعِينُونِي بِوَرَعٍ وَ اجْتِهَادٍ وَ عِفَّةٍ وَ سَدَادٍ

“Agah olun! Sizin imamınız dünyadan iki köhnə paltara və iki (arpa) çörəyi ilə qənaətlənmişdir. Bilin ki, sizin bu işə qüdrətiniz çatmaz, lakin təqvada, ciddi-cəhdlə səy etməkdə, iffətli və möhkəm olmaqda mənə kömək edin.”[6]

İmam Əli (əleyhis-salam) buyurur: “Allah-taala adil rəhbərlərə vacib etmişdir ki, öz həyatlarını cəmiyyət arasında olan ən zəif insanların həyatı ilə həmahəng etsinlər, nəticədə fəqirlər və yoxsullar fəqirliyə dözə bilsinlər.”[7]

8. Aydındır ki, öz həyat şəraitləri hətta kiçik cəmiyyətlərdə belə, camaat üçün ülgü qərar verilən  belə təqvalı alimlərin sözləri daha çox təsirli ola bilər. Tarix boyu da belə olmuşdur.

 


[1] “Fürqan”  surəsi, ayə: 47: وَ هُوَ الَّذي جَعَلَ لَكُمُ اللَّيْلَ لِباساً وَ النَّوْمَ سُباتاً “O həmin Allahdır ki, gecəni sizin üçün paltar və yuxunu (ruhunuz üçün) aramlıq vasitəsi qərar verdi”

[2] Məclisi, Məhəmməd Baqir, “Biharul-ənvar”, 29-cu cild, səh. 352, “Vəfa” müəssisəsi, Beyrut, 1409-cu qəməri il

[3] “Hədid”  surəsi, ayə:  20

[4] “Nəhcul-bəlağə”, “mütəqqilər” xütbəsi  

[5]  Yenə orada

[6] “Nəhcul-bəlağə”, 45-ci məktub (İmam (əleyhis-salam)-ın Osman ibni Hüneyfə məktubu)

[7]  “Nəhcul-bəlağə”, səh. 324, kəlmə 209: إِنَّ اللَّهَ تَعَالَى فَرَضَ عَلَى أَئِمَّةِ الْعَدْلِ أَنْ يُقَدِّرُوا أَنْفُسَهُمْ بِضَعَفَةِ النَّاسِ كَيْلَا يَتَبَيَّغَ بِالْفَقِيرِ فَقْرُهُ

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Нәјә ҝөрә Гуранын бәзи ајәләри илаһи пејғәмбәрләрин исмәти илә фәрглидир? Изаһ един?
    9619 Qədim kəlam 2010/06/22
    Јухарыдакы суалын ҹвабыны белә вермәк олар:1.“Исмәт” (ҝүнаһсызлыг) мәсум шәхсин хүсуси бир нәфси һаләтидир ки, инсанын ҝүнаһдан вә чиркин әмәлләрдән үз дөндәрмәсинә сәбәб олур вә инсанын ихтијарыны әлиндән алмадан, јахуд, ону мәҹбур етмәдән ону һәр ҹүр хәта вә ...
  • Məhəmməd ibni Hənəfiyyənin rəvayətində deyilən “hüczə” kəlməsinin mənası nədir?
    7246 Hədis elmləri 2012/02/13
    Rəvayətlərdə “hüczə” kəlməsindən məqsəd dünyada bizimlə Allah, Peyğəmbər və imamlar (əleyhimus-salam) arasında qərar verilən sarılma vasitəsi və səbəbidir. O səbəblər din, gözəl əxlaq, saleh əməllərdən ibarətdir. Əgər insanlar islam dininə tabe olsalar, gözəl əxlaqa yiyələnsələr və yaxşı işlər görsələr, bu əməllər axirətdə ilahi ...
  • Digərlərinə nahaq təkfir (küfrdə təqsirləndirmə) və lənətin təsiri və şərii hökmü nədir?
    6265 Əməli əxlaq 2012/02/15
    Bizim dini təlimlərdə, digərlərinə nahaq təkfir nisbəti və lənətləməkdən çəkindirməkdən əlavə, İslam dini heç kəsə belə bir icazəni verməyibdir. Din rəhbərlərimizdən də rəvayətlərimiz var ki, deyir: Əgər bir şəxs, lənətə layiq olmayan şəxsi lənətləsə, bu lənət, lənət edən insanın özünə qayıdır. ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    49203 İzdivac xütbəsi 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Mən hal-hazırda Səudiyyə Ərəbistanında yaşayıram. Burada şiələr kimi namaz qılmaq barədə təhlükə hiss edirəm. Namaz vaxtı əllərimi bir-birinin üstünə qoya bilərəmmi?
    9842 Təqiyyə 2012/04/09
    Ayətullah əl-uzma Sistaninin (müddə ziluhul-ali) dəftərxanası: Əgər təqiyyə bunu tələb edirsə, o cür qıla bilərsiniz. Ayətullah əl-uzma Məkarim Şirazinin (müddə ziluhul-ali) dəftərxanası: Əgər bəzi islam firqələri kimi əli bağlı namaz qılsa, hətta ədəb üzündən əlləri bir-birinin üstünə, yaxud sinəsinə qoysa, onlara ...
  • Nə üçün biz Allahın sifətləri barədə elmli ola-ola günah edirik?
    7055 گناه 2012/07/22
    Allah-taalanın bizim əməllərimiz barədə elmli, bizi cəzalandırmağa qadir və Öz işlərində hikmət sahibi olması barədə agahlığımız bizi itaətə vadar etmir. Necə ki, şeytan Allah-taalanın sifətlərini bilirdi, amma bununla belə Onun əmrlərinə qarşı üsyankarlıq etdi. Allahın sifətləri barədə elm və agahlıq etiqad və imanla yanaşı olan ...
  • Nə üçün ideanın bəzi cisimlərini kənar etmək olmaz?
    7225 Təzə kəlam 2011/05/30
    İdeanın lüğətdə mənası, əqidə tanımaq deməkdir. Amma əqidənin özünə və düşüncə tərzinə də deyilir. Amma termində bəzi vaxtlar ümumi olaraq əməl və nəzəriyyə düşüncələrinə şamil olmasında istifadə olunur və bəzi yerlərdə isə xüsusi olaraq dünya görüşü qarşısında istifadə olunur. İkinci surətdə, ideya silsiləvari bir nəzəriyyəyə şamil olur ki, ...
  • Möminun surəsinin 101- ci ayəsi ilə saffat surəsinin 27 və 50- ci ayələrinin ziddiyyətini necə həll edirsiniz?
    6907 معاد و قیامت 2012/07/16
    Quran ayələrində ümumi şəkildə və sualda qeyd olunan ayələrdə xüsusi şəkildə, heç bir ziddiyyət yoxdur. Çünki, "o gündə heç kəs digərindən kömək və sual xahişi etməz" buyuran ayələr, qiyamətin ilk mərhələlərinə işarə edir. Bu o günün qorxu və heyranlığının çox olması səbəbindəndir. Həmin qorxu və heyranlığın çoxluğu ...
  • İşdə inzibatçılığı ictimai adətlərlə – “təarüflə” necə cəm etmək olar?
    6723 رفتار اجتماعی در حکومت اسلامی 2012/06/23
    “İnzibat” kəlməsi “yaxşı əncam vermək”, “möhkəmlətmək”, “dəqiqlik” və “hifz etmək” mənasına olan “zəbt” kökündəndir.[1] Şəri cəhətdən işə ona şəriət hökmlərindən hər biri: vacib, müstəhəb, mübah, məkruh və haram aid edilə bilər. İş inzibatı da – ona iltizamlı olmağın mənşəyini nəzərə almaqla – ...
  • Sübh azanının axırına qədər, obaşdan yemək olarmı?
    11150 Nizamlar hüquq və əhkam 2012/03/11
    Həzrət Ayətullah əl- uzma Xamneyi (muddə- zilluhul- ali)- nin dəftəri: Hər bir halda, əgər insan sübh azanının vaxtının olmasına yəqini olsa ya əmin olsa, obaşdan yeyə bilməz. Əks halda iradı yoxdur. Həzrət Ayətullah əl- uzma Sistani (muddə- zilluhul- ali)- nin dəftəri:

Ən çox baxılanlar

  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    168591 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    166491 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    121888 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    115836 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    114989 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    96484 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    60632 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    56518 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    49203 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    47276 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...