Ətraflı axtarış
Baxanların
7625
İnternetə qoyma tarixi: 2012/03/11
Sualın xülasəsi
Aya mümkündür bir başa deyək ya imam Rza (ə) hacətimizi ver? Və ya deyək filan imamın abrına xatir hacətimizi ver?
Sual
Salam deyirəm siz əzizlərə mən həqiqətən dərk edə bilmədim ki, təvəssül barəsində necə açıqlama verdiniz. Aya mümkündür bir başa deyək, ya İmam Rza (ə) filan hacətimizi ver? Və yaxud mümkündür öz hacətimizi bir başa Əhli- beytdən istəyək? Allah Taala deyir məndən istəyim. Aya doğrudur ki, deyək ya İmam Rza (ə) şəfa ver və ya hacətimizi ver?!
Qısa cavab

1. Şübhəsiz ki, Allahdan başqa heç bir kəs bir başa və vasitəsiz heç bir işə gücü çatmaz və qüdrəti yoxdur və əgər buna malik olsa belə Allahın iradəsi və icazəsi çərçivəsindədir.

2. Din rəhbərləri və alimlərini öz hacətlərimiz üçün vasitəçi qərar verməliyik, nəin ki, öz hacətlərinizi bir başa onlardan istəyək. Bəzi vaxtlar müşahidə olunur şəxs öz hacətini bir başa İmamlardan istəyir, əlbəttə məqsəd o deyil ki, bir başa və Allahın icazəsi olmadan onların hacətini versin, bəlkə o bilir ki, hacət üçün vasitədir.

3. Əlbəttə İlahi bəndələrin bəzilərinin, Rəbbinin qarşısında həqiqi bəndəlik etməsini nəzərə aldıqda, Allah yanında daha çox ehtirama sahibdirlər, əgər bir kəs hər bir dəlil üzündən özü üçün Allah yanında hörmət görürsə və yaxud ehtiramı olan bir şəxsə nisbətdə özünü aşağı məqamda görürsə və... eybi yoxdur onu vasitə qərar versin ki, o Allahdan istəsin, və ya onun ehtiram və abırından Allah yanında olan məqamından hacəti üçün istifadə etsin.

Ətreaflı cavab
  1. Şübhəsiz ki, Allahdan başqa heç bir kəs bir başa və vasitəsiz heç bir işə gücü çatmaz və qüdrəti yetməz; və əgər buna malikdirsə Allahın iradə və icazəsi çərçivəsindədir.
  2. Din rəhbərləri və alimlərini öz hacətlərimiz üçün vasitəçi qərar verməliyik, nəin ki, öz hacətlərinizi bir başa onlardan istəyək. Bəzi vaxtlar müşahidə olunur şəxs öz hacətini bir başa İmamlardan istəyir, əlbəttə məqsəd o deyil ki, bir başa və Allahın icazəsi olmadan onların hacətini versin, bəlkə o bilir ki, hacət üçün vasitədirlər.

Bu mövzunun daha çox məlum olması üçün Qurandan bir nümunə gətiririk və sonra onu təhlil edəcəyik.

Allah Taala Quranda buyurur: Onu (İnsanı) İsrail övladları üçün rəsul və Peyğəmbər seçdik, o halda ki, deyir: Mən Allah tərəfindən olan əlamət və nişanələrlə sizə doğru gəlmişəm, mən sizin üçün torpaqdan quşa oxşar düzəldəcəyəm və ona üfürəcəyəm, sonra Allahın izniylə (və ya qüdrətiylə) quş olacaqdır. Anadan gəlmə koru və pis xəstələrini (bu xəstəlikdən) nicat verəcəyəm. Ölüləri Allahın izniylə dirildəcəyəm və sizin yediklərinizdən və evlərinizdə topladıqlarınızdan sizə xəbər verərəm, həqiqətən (o beş möcüzədə) Peyğəmbərliyin doğru və düzgün olması üçün) nişanələr vardır əgər iman əgli və (Allaha qovuşmaq) insanlarısınızsa".[1]

Bu ayə əsasında əgər diqqət etsək, həzrət İsa Allahın izniylə anadan gəlmə koru və pisi xəstəliyini şəfa verirdi. Əgər bir kəs o həzrətə desəydi: Ey Allahın Peyğəmbəri mənim xəstəmə şəfa ver, aya bu iş Allaha şərik qoşmaqdırmı? Bunu nəzərə almaqla ki, həzrət İsa Allahın izniylə ölüləri dirildirdi. Əgər bir kəs ona desəydi: Ey Allahın Peyğəmbəri mənim ölən kəsimi dirilt, aya bu şirkdir?

Şübhəsiz ki, bu istək şirk deyil və töhid məsələsiylə də heç bir müxalifəti yoxdur.

  1. Bəzi İlahi insanların Allah əmrlərini daha layiqincə yerinə yetirmələrini nəzərə aldıqda, Allah yolunda daha çox ehtiram və abrıya malikdirlər, əgər bir şəxs hər hansı bir dəlilə əsasən[2] özü üçün bir ehtiram görürsə və ya o şəxsə nisbət özünü hissi aşağı bir məqamda görürsə və..., eybi yoxdur onu vasitə qərar versin ki, hacətini Allahdan istəsin və ya onun ehtiram və abrısına xatir öz hacətini Allahdan diləsin. Allah Taala Quranda buyurur: Yəqubun övladları dedilər: Ey bizim atamız (Allahdan) günahlarımızın bağışlanmasını dilə ki, həqiqətən biz günahkarıq Yəqub dedi: ezliklə Rəbbimdən günahlarımızın bağışlanmasını istəyəcəyəm. Əlbəttə o bağışlayan və mehribandır.[3]

Əgər diqqət etsək, görürük Yəqubun övladları Allahı mehriban bildirlər, amma bununla belə bir başa öz istəklərini Allahdan istəməyib bəlkə atalarını vasitə qərar verdilər. Aya bu iş şirkdir və töhidlə heç bir müxalifəti yoxdur?!

O cümlədən Allah Taala İsrail övladlarından nəql edir ki, dedilər: "Ey Musa! Heç bir halda hazır deyilik bir növ yeməklə kifayətlənək! Öz Rəbbindən istə ki, yer üzündə bitən göyərtilərdən və xiyar və sarımsaq və mərci və soğan bizim üçün hazır etsin."[4]

Allah Taala İsrail övladlarını Peyğəmbəri vasitə qərar verib və bir başa Allahdan öz istəklərini istəmədikləri üçün məzəmmət etməmişdir.

Amma o yerdə ki, Allah Taala buyurur: Sitayiş Allaha məxsusdur, bəli şübhəsiz ki, bu cürdür, amma bu məsələ bizim habelə rabitəsi yoxdur; çünki dua və bağışlanmaq istəməyin sitayiş etməklə rabitəsi yoxdur. Bundan əlavə Allah Taala Quranda yenə buyurur: Bir başa məndən istəyin, bəlkə bir yerdə buyurur: Məni çağırın, birinci: Eybi yoxdur ki, abırlı və hörmətli şəxs vasitəsiylə Allahı çağıraq və nəzərdə tutulan şəxsi vasitə qərar verək ki, bu özü hörmətli şəxsləri böyük cilvələndirməkdir. İkinci: Əlbəttə əgər hiss edirsiniz vasitə olmadan Allahla rabitə yarada bilərsiniz, heç kəs demir bu halda da bir şəxsi vasitə qərar verin.

 


[1] - Ali- İmran, surəsi, ayə 49.

«أَنِّي أَخْلُقُ لَكُمْ مِنَ الطِّينِ كَهَيْئَةِ الطَّيْرِ فَأَنْفُخُ فيهِ فَيَكُونُ طَيْراً بِإِذْنِ اللَّهِ وَ أُبْرِئُ الْأَكْمَهَ وَ الْأَبْرَصَ وَ أُحْيِ الْمَوْتى‏ بِإِذْنِ اللَّهِ وَ أُنَبِّئُكُمْ بِما تَأْكُلُونَ وَ ما تَدَّخِرُونَ في‏ بُيُوتِكُمْ إِنَّ في‏ ذلِكَ لَآيَةً لَكُمْ إِنْ كُنْتُمْ مُؤْمِنين»

[2] - O günahlarla ki, həyata keçirmişdir və ya təvazökarlıq üzündən və...

[3] - Yusif surəsi, ayə 97 və 98.

«قالُوا يا أَبانَا اسْتَغْفِرْ لَنا ذُنُوبَنا إِنَّا كُنَّا خاطِئينَ قالَ سَوْفَ أَسْتَغْفِرُ لَكُمْ رَبِّي إِنَّهُ هُوَ الْغَفُورُ الرَّحيمُ»

[4] - Bəqərə surəsi, ayə 61.

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Qurani-kərimin qissələri və əhvalatları tarixi gerçəklik əsasında bəyan olunmuşdur, yoxsa gerçəkliyi olmayan təmsillər və simvolik məqsədlər daşıyır?
    12607 Quran elmləri 2012/03/14
    Qurandakı əhvalatlar və qissələr haqq əsasındadır, sadiq və doğru hadisələrdir, onda gerçəkliyin əksinə olan heç bir şey yoxdur. Buna görə də Quran qissələrinin (mətləbi başa düşmək üçün) “xəyali və simvolik əfsanəyə və s.” bölgüsünün heç bir düzgün izahı yoxdur. Çünki Quranda bəyan olunan tarixi hadisələrin hamısı tamamilə ...
  • Беһишт вә ҹәһәннәмдә дә өлүм вармы?
    7199 Qədim kəlam 2012/05/20
    Гуран ајәләри, рәвајәтләр вә әгли дәлилләрин һамысы јекдилликлә она дәлаләт едир ки, инсан Беһиштә вә ја ҹәһәннәмә ҝетдикдән сонра бир даһа өлүм ҝөрмәјәҹәк. Гурани-Кәрим бир тәрәфдән Гијамәти Әбәди ҝүн адландырыр, диҝәр тәрәфдән исә Беһишт әһлини һәмишәлик галанлар кими вәсф едир. Рәвајәтләрдә ҝәлиб ки, беһиштликләрә вә ҹәһәннәмликләрә хитаб ...
  • Hermonotik nədir və onunla nisbiliyin arasında nə kimi əlaqə vardır?
    7478 Təzə kəlam 2012/09/24
    Hermonotik kəlməsi iki termində işlənir: a) Ümumi termin: Ümumi termində bu kəlmə mətnin təfsiri barəsində aparılan hər növ tədqiqata şamil olur. Buna görə də hermonotik bu zəmində bütün mərhələlərə şamil olur, hətta üsul elmindəki “kəlmə” bəhsi də hermonotik bəhslərdən hesab olunur. b) Xüsusi ...
  • Bir müsəlman ailədə doğulan övlad ilk növbədə müsəlmandır, yoxsa adi insan?
    6727 Qədim kəlam 2012/01/18
    İnsanın insaniyyəti onun zati bir xisləti olduğuna görə bu cəhətdən insaniyyət ondan ayrıla bilməz. Amma müsəlman olmaq insanın zati xüsusiyyəti deyil, arizidir. Yəni ola bilər ki, bir insan müsəlman olmasın. Hal-hazırda qeyri-müsəlman insanların hamısını misal çəkmək olar. Buna görə də dünyaya gələn insan ilk növbədə və zatən insandır, amma həddi-buluğa ...
  • Нәфс вә ја руһ да јухуја мүбтәла олурму?
    8245 Qədim kəlam 2010/06/13
    Кечмишдән бу вахта гәдәр инсан үчүн ән мүһүм вә ихтилафлы бәһсләрдән бири руһ вә онун һәгигәти һаггындадыр. Јухарыдакы суал да һәмин мөвзудан мәншәләнир ки, инсанын һәгигәти һәмин мадди вә заһири тәрәфидир, јохса, онун заһиринин архасында диҝәр бир варлыг да вар ки, онда артыг ...
  • Бәда, Лөвһ-мәһфуз, Китаби-мубин (ашкар китаб), Лөвһи мәһв вә исбатын мәнасы нәдир?
    8126 Qədim kəlam 2010/03/11
    Бәда, лүғәтдә ҝизлиндән сонра ашкар олан мәнада ишләнир. Гурани-Кәримдә дә һәмин мәнада ишләнмишдир. “Вə (o зaмaн) Аллaһдaн oнлaрa ҝүмaн eтмəдиклəри ҝөрүнəҹəкдир.” [i] Алимләр арасында јарадылыш аләминдә “бәда” сөзү, шәриәтдәки нәсх мәнасына бәнзәр бир мәна вә рәјин ...
  • Allah təalanın məkrinin mənası nədir?
    10615 Təfsir 2012/09/01
    Ərəb lüğətində “məkr” kimisə məqsədindən yayındırmaqdır. (istər məqsədi pis yaxud yaxşı olsun). Bu mənaya əsasən məkr hər yerdə pis deyil. Bu mənanın Allaha aid edilməsi ziyanverici planların məhv edilməsi mənasındadır. Bu fasidlər barəsində işlədildikdə isə islah proqramlarının önünü kəsmək mənasında işlədilir. Bu ayənin məqsədi “Məsihin” ...
  • Yaşları ötmüş şəxslər üçün elmiyyə hövzələrində dini təhsil almaq necə mümkündür?
    8620 Nizamlar hüquq və əhkam 2011/07/28
    Elm öyrənmək heç bir yaşda və zamanda gec deyildir. Atalar demişkən, “balığı hər vaxt sudan tutsan, təzədir.” Peyğəmbər (səlləllahu əleyhi və alih) bu barədə buyurur: “Elm əldə etmək hər bir müsəlmana vacibdir. Agah olun! Allah-taala elm axtaranları sevir.”
  • Namaz qılmayan şəxslər qətiyyətlə cəhənnəm əhlidirlərmi? Hətta əgər çoxlu yaxşı işlər görsələr də?
    13730 Qədim kəlam 2012/04/17
    Bizim dini təlimlərə əsasən, dini əməllər arasında namaz ilk ibadət əməli sayılır. İnsanın namazı qəbul olsa, digər ibadət əməlləri də qəbul olar. Digər tərəfdən, Quran ayələrinin buyurduğuna əsasən, kiçik miqdarda yaxşı əməl edən hər kəs, onun savabını alacaq. Məlumdur ki, bu ayələrə əsasən, ölçü tərəzisində əgər xeyir ...
  • İslam nəzərindən süni mayalanmanın hökmü nədir?
    20239 Nizamlar hüquq və əhkam 2011/09/18
    Süni mayalanma xüsusilə insanın süni mayalanması yeni məsələlərdən biridir, ona görə də onun hökmü ayə və rəvayətlərdə açıqlanmayıbdır. Amma şiənin fəqih alimləri ayə və rəvayətlərdə ictihad üslubundan istifadə etməklə bu barədə nəzərlərini bildiriblər. Hazırda bu barədə şiə fəqihləri arasında neçə nəzər var:1.

Ən çox baxılanlar

  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    168964 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    166749 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    122173 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    116018 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    115355 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    96760 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    61213 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    56748 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    49534 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    47490 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...