Ətraflı axtarış
Baxanların
11911
İnternetə qoyma tarixi: 2012/03/14
Sualın xülasəsi
Qurani-kərimin qissələri və əhvalatları tarixi gerçəklik əsasında bəyan olunmuşdur, yoxsa gerçəkliyi olmayan təmsillər və simvolik məqsədlər daşıyır?
Sual
Salam. Quranda qeyd olunan məkanlar və əhvalatlar, o cümlədən, behişt, cəhənnəm, Lut qovmünün hadisəsi və s. hamısı istisnasız olaraq əyani gerçəklikdir, yoxsa bəzən simvolik məqsəd daşıyır? Xahiş edirik ki, bu barədə izah verəsiniz. Əvvəlcədən təşəkkür edirik.
Qısa cavab

Qurandakı əhvalatlar və qissələr haqq əsasındadır, sadiq və doğru hadisələrdir, onda gerçəkliyin əksinə olan heç bir şey yoxdur. Buna görə də Quran qissələrinin (mətləbi başa düşmək üçün) “xəyali və simvolik əfsanəyə və s.” bölgüsünün heç bir düzgün izahı yoxdur. Çünki Quranda bəyan olunan tarixi hadisələrin hamısı tamamilə haqq və gerçəklikdir, hətta əgər o hadisələr termində “tarixi məsələ” hesab olunmasa da. Çünki Quran nə tarix kitabıdır, nə də bütün tarixi hadisələri qələmə almaq məqsədi güdür. O, hadisələri bəyan edən zaman yalnız öz hədəflərinə uyğun olan bəzi yönlərini, hisslərini bəyan edir.

Əlbəttə, demək lazımdır ki, məsəl qalibində və xüsusi şəxsə deyil, külli ünvana malik olan hadisələrdə təmsil yönü vardır. Çünki belə hallarda onun təmsil olması aşkar şəkildə bəyan olunur: Aşağıdakı ayələr kimi:

كَمَثَلِ الْعَنكَبُوتِ اتَّخَذَتْ بَيْتاً

“Onların məsəli özünə (çox zəif bir) ev tikən hörümçək kimidir.”

كَمَثَلِ الَّذِي يَنْعِقُ بِمَا لاَ يَسْمَعُ إِلاَّ دُعَاء وَنِدَاء

“(Sənin kafirləri (haqqa dəvət etməyinin) məsəli səs-küydən başqa bir şey eşitməyən heyvanı səsləyən (və təhlükədən uzaqlaşdırmaq istəyən) şəxsin (çobanın) məsəli kimidir. (Lakin onlar səs-küydən başqa bir şey eşitmirlər.)”

Bu hadisələrin minlərlə oxşar nümunələrə tətbiq oluna bilməsi inkar olunmaz bir məsələdir. Lakin gerçək və əyani hadisələr qalibində irəli sürülənlər simvolik təmsil hesab oluna bilməz.

Ətreaflı cavab

İndiyə qədər “Qurani-kərimdə müxtəlif hadisələr və əhvalatlar tarixi gerçəkliklər əsasında bəyan olunurmu, yoxsa xüsusi bəyan üslublarına və təbirin zərurətlərinə uyğun olaraq bəzən gerçəklikdən ayrı düşür və gerçəkliyi olmayan sadəcə simvolik təmsillərdən istifadə edilir?” kimi məsələ barəsində çox dəyərli tədqiqatlar aparılmış, çoxlu nəzəriyyələr irəli sürülmüşdür.[1] Burada onların hamısını müfəssəl şəkildə araşdırmağa macal olmadığına görə bu məqalədə xülasə şəkildə deyirik: Quran Allahın kəlamı və mütləq şəkildə haqdır, onda heç bir batilə yer yoxdur. Quranın ayrı-ayrı kəlmələri də ilahi maarifi bəyan etmək məqsədi daşıyır, ümumxalq kütlələrinin dərk və düşüncə səviyyəsində nazil olmuşdur. Allahın kəlamı bəşər kəlamı ilə zati fərqlərə malikdir. İnsanlar bəzən yüksək maarifləri bəyan etmək məcburiyyətində qalanda haqqı gerçəkliyi olmayan xəyali işlərlə qarışdırır, öz düzgün mətləblərini kinayəli və rəmz şəkilində olan əhvalatlar şəkilində təlqin edirlər. Səbəbi də insanda tam bəyan üçün mövcud olan zati məhdudiyyətlərdir. Allah-taala sonsuz varlıq və mütləq haqq olduğundan, Onun kəlamı da mütləq haqdır və onda batilə, gerçək olmayan  şeylərə, hətta əhvalat qalibində olsa belə, yol yoxdur.

Biz inanırıq ki, Qurani-kərimin müxtəlif hadisələr və əhvalatlar barədə işlətdiyi təbirlər bu səmavi kitabın keçmişdə baş vermiş həqiqi xəbərlərin və hadisələrin bəyanında tam mənada gerçəkliyə əməl etməsinin göstəricisidir:

لَقَدْ كَانَ فِي قَصَصِهِمْ عِبْرَةٌ لِّأُوْلِي الاَلْبَابِ مَا كَانَ حَدِيثاً يُفْتَرَى وَ لَـكِن تَصْدِيقَ الَّذِي بَيْنَ يَدَيْهِ وَ تَفْصِيلَ كُلَّ شَيْء وَ هُدًى وَرَحْمَةً لِّقَوْم يُؤْمِنُونَ

“Şübhəsiz, onların əhvalatlarında əql sahibləri üçün ibrətlər vardır. O, yalandan yazılmış bir söz deyildir, əksinə əvvəlki asimani kitabları təsdiq edən, hər bir şeyi bəyan edən və iman gətirənlər üçün yol göstərən və rəhmətdir.”[2]

Digər bir ayə:

وَ كُـلّاً نَّقُصُّ عَلَيْكَ مِنْ أَنبَاء الرُّسُلِ مَا نُثَبِّتُ بِهِ فُؤَادَكَ وَجَاءكَ فِي هَـذِهِ الْحَقُّ وَ مَوْعِظَةٌ وَ ذِكْرَى لِلْمُؤْمِنِينَ

“Hekayət etdiyimiz peyğəmbərlərin əhvalatlarının hamısının vasitəsilə sənin qəlbini möhkəmləndiririk. Bunlarda sənin üçün haqq-həqiqət gəlmişdir və möminlər üçün xatırlatma və öyüd-nəsihətdir.”[3]

Qurani-kərim bu ayələrdə hamısı haqq olan müəyyən əhvalatları əql sahibləri və haqq axtaranlar üçün ibrət qərar verir ki, gerçəkliyi olmayan şeylərlə əsla uyğunluğu yoxdur.

Bu ayələrə diqqət yetirməklə ayıdın olur ki, Quran əhvalatlarının hamısı, o cümlədən, həzrət Adəmin xilqəti və s. bəzi hallarda təmsil və əhvalat qalibində bəyan olunsa da, tam mənada həqiqət növündəndir. Çünki Quran mütləq haqq olan Allah tərəfindən gəlmiş olan hidayət kitabıdır. Bəndələrin hidayəti üçün saxta əhvalatların zikr olunmasına əsla yer yoxdur və ümumiyyətlə, mütəal Allahın bu kimi işlərə heç bir ehtiyacı yoxdur. Əlbəttə, gerçək əhvalat söyləmək mətləbin başa salınması və düz yola hidayət olunması yollarından biridir. Böyük alimlərimiz də öz məqsədlərini bəyan etmək üçün baş verən əhvalatlardan ən yaxşı şəkildə istifadə edirlər. Bəşər əhvalatlarında xəyali şeylərin eybi yoxdur, amma Quran tarix və əhvalat (qissə) kitabı deyildir. Onda haqdan başqa heç bir şey yoxdur, haqqın gerçəkliyi olmayan, saxta xəyali və şeylərlə bəyan edilməsi düzgün deyildir. Çünki belə olan halda artıq haqq olmayacaqdır.

Ümumiyyətlə, ilahi peyğəmbərlərin haqqa dəvətinin xüsusiyyətlərindən biri təbliğ işində xoşagəlməz yollardan istifadə etməkdən uzaq olmalarıdır. Əks halda, bu məsələ dinləyicilərin etimadını aradan apara bilər. Buna görə də sair peyğəmbərlər kimi, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alih)-in Allahın sözünü camaata çatdırmaq üçün əfsanə, yaxud gerçəkliyi olmayan sair əhvalatlar düzəltməyə ehtiyacı yox idi ki, “Quran hekayələri gerçəkliyi olmayan şeylərdir” deyə iddia edək.

Mərhum Əllamə Təbabətai Quran hekayələrini simvolik hekayə hesab edənləri tənqid edir, həzrət İbrahimin əmisi Azərin hadisəsi ilə əlaqədar deyir: “Bəzi tədqiqatçılar güman edirlər ki, “keçmiş dövrlərlə əlaqədar Qurani-Kərimdə qeyd edilən əhvalatların çoxunda əhvalatın əsil ünsürləri, o cümlədən zaman, məkan, təbii, ictimai və siyasi şərait zikr edilmir. Səbəbi də budur ki, Quran əhvalatları söyləməkdə elə bir yol seçmişdir ki, öz hədəfinə daha tez və yaxşı şəkildə nail olsun. Amma bu zaman düzü əyridən seçmək məqamında deyildir. Buna görə də öz məqsədinə çatmaq (yəni insanları səadətə hidayət etmək) üçün adi camaat, yaxud əhli-kitab arasında mövcud olan əhvalatlardan istifadə etməsi mümkündür – hətta onların düzlüyünə xatircəm olmasa da, yaxud xəyalı olsalar da belə.” Bu söz tamamilə səhvdir. Çünki Quran tarix kitabı, yaxud təxəyyül əsasında yazılan bir kitab deyil, əksinə elə bir kitabdır ki, onda batilin nüfuzuna əsla yer yoxdur, batil şeylər ona heç bir  yoldan daxil ola bilməz. Elə bir Allahın sözüdür ki, haqdan başqa söz demir, haqqa çatmaq üçün batildən kömək almır. Necə təsəvvür oluna bilər ki, məqsəd mütləq haqq olsun, amma eyni halda müəyyən yollarla batil ona nüfuz etmiş olsun?!”[4]

Ustad şəhid Mütəhhəri (rəhmətullahi əleyh) də “təbliğ vasitələrinin qanuni olmasının zərurəti” barəsindəki bəhslərdə “Quran əhvalatlarının gerçək olmaması və Quranda gələn  bəzi əhvalatların tarixdə tapılmaması” ilə əlaqədar puç təsəvvürə işarə edərək yazır: “Məgər dünyada baş verən bütün hadisələr tarix kitablarında mövcuddurmu?!” O alim daha sonra Quranda əhvalatların qeyd edilməsində əsas məqsədin tarix nəql etmək deyil, öyüd-nəsihət məqsədi daşıdığını deyən və buna görə də  həmin hadisələrin gerçək olmasının zərurətinin lazım olmadığını deyənləri tənqid edərək buyurur: “Qeyri-mümkün bir məslədir ki, peyğəmbərlər nübüvvət məntiqində bir həqiqət üçün (nəuzu billah) baş verməyən bir hadisəni və ya bir yalanı – hətta təmsil qalibində olsa belə – bəyan etmiş olsunlar!”[5]

Quranın dəlil-sübut və bürhanlarının möhkəm olmasına, habelə bəşərin əql və fitrəti ilə uyğun olmasına görə onda heç bir batilə yer yoxdur:

لَا يَأْتِيهِ الْبَاطِلُ مِن بَيْنِ يَدَيْهِ وَلَا مِنْ خَلْفِهِ

“Batil (puç və yalan şeylər) ona nə öndən, nə də arxadan (heç bir tərəfdən) yol tapa bilməz!”[6]

Düşmənlər İslam Peyğəmbəri (səlləllahu əleyhi və alih)-ə “onun tutduğu yol təxəyyül və şer əsasında olan qondarmalardır!” deyə töhmət vururdular. Mütəal Allah bu böhtanın müqabilində o həzrətin şair olmadığını təkidlə bəyan edərək buyurur:

وَ مَا عَلَّمْنَاهُ الشِّعْرَ وَ مَا يَنبَغِي لَهُ

“Biz ona şer öyrətmədik və şer ona yaraşan iş deyildir.”[7]

Quran heç vaxt gerçəkliyi olmayan, təmsil yönlü xəyali məsələləri gerçəklik kimi qələmə vermir. Əgər baş vermiş hər hansı bir gerçəkliyi bəyan etmək istəsə, “qissə” (əhvalat) ünvanından istifadə edir. Bu kitabda bəyan edilən əhvalatlar saxta şeylər deyil, əksinə keçmiş dövrlərdə qəti şəkildə baş vermiş gerçəkliklərdən ibarətdir. Qurani-kərim onları nəql etməklə camaatın başını qatmaq məqsədi güdmür; əksinə camaatın haqqa hidayəti, ruhların və nəfslərin rəzalətlərdən saflaşdırılması, mənəvi təlim-tərbiyə istiqamətində olan haqq nəticələri əhatə edir. Buna görə də Mütəal Allah Quran qissələrini ən gözəl haqq qissələr hesab edərək buyurur:

وَاتْلُ عَلَيْهِمْ نَبَأَ ابْنَيْ آدَمَ بِالْحَقِّ

“Adəmin iki oğlunun hadisəsini haqq olaraq onlara bəyan et!”[8]

Əlbəttə, demək olar ki, Quranın xüsusi bir şəxsə nəzər yetirmədən külli ünvanla  və zərbül-məsəl qalibində irəli çəkdiyi şeylər təmsil yönü daşıyır. Çünki belə hallarda onların təmsil yönlü olmasını aşkar şəkildə buyurur. Misal üçün:

كَمَثَلِ الْعَنكَبُوتِ اتَّخَذَتْ بَيْتاً

“Onların məsəli özünə (çox zəif bir) ev tikən hörümçək kimidir.” [9]

كَمَثَلِ الَّذِي يَنْعِقُ بِمَا لاَ يَسْمَعُ إِلاَّ دُعَاء وَنِدَاء

“(Sənin kafirləri (haqqa dəvət etməyinin) məsəli səs-küydən başqa bir şey eşitməyən heyvanı səsləyən (və təhlükədən uzaqlaşdırmaq istəyən) şəxsin (çobanın) məsəli kimidir. (Lakin onlar səs-küydən başqa bir şey eşitmirlər.)”[10]

Bu kimi məsəllərin minlərlə oxşar nümunələrə uyğun gəlməsi inkar olunmur, lakin gerçəklikdə baş vermiş hadisələrin bəyanında istifadə olunan qaliblər təmsil, yaxud simvol ola bilməz.[11]

Bildiyimiz kimi, təmsil iki cürdür: həqiqi və qeyri-həqiqi. Həqiqi təmsil keçmiş dövrlərdə baş vermiş olan hadisələrdir və danışan şəxs öz məqsədini dinləyiciyə başa salmaq üçün o tarixi hadisələrdən istifadə edir. Amma bəzi hallarda dinləyicinin zehnində müəyyən bir şey barədə təsəvvür yaratmaq üçün gerçəkliyi olmayan məsəllərdən istifadə edilir. Quranın qissələri keçmişdə baş verən real hadisələri bəyan edir, bunlar ibrət dərsi almaq ünvanı ilə və misal qalibində bəyan olunur. Buna görə də Allah-taala Öz Rəsuluna buyurur:

وَ اضْرِبْ لَهُمْ مَثَلاً رَجُلَيْنِ...

“Ey Peyğəmbər! Onlar üçün məsəl çək...[12]

Əlbəttə, Allah-taala təbii gerçəkliklər barədə məsəl çəkməkdən heç vaxt çəkinməz:

إِنَّ اللَّهَ لا يَسْتَحْيي‏ أَنْ يَضْرِبَ مَثَلاً ما بَعُوضَةً فَما فَوْقَها...

“Həqiqətən Allah (Quranda) ağcaqanadı və ya ondan böyüyünü misal gətirməkdən çəkinməz...”[13]

Buna əsasən, Quranın məsəl və qissə ünvanı ilə dediyi şeylər çox yüksək və ağır həqiqətləri bəyan etmək üçündür; hamının başa düşə bilməsi üçün onu çox sadə qalibdə bəyan edir. Quran heç vaxt xəyali və əfsanəvi təmsilləri gerçək məsəl kimi qələmə vermir. Əgər baş vermiş olan hər hansı bir gerçəkliyi bəyan etmək istəsə, “qissə” ünvanı ilə bəyan edir . Misal üçün:

نَحْنُ نَقُصُّ عَلَيْكَ نَبَأَهُمْ بِالْحَق‏...

“Biz onların qissələrini (hadisələrini) haqq olaraq sənə bəyan edir, xatırladırıq.”[14]

Nəticə

Hadisələrin və qissələrin bölməsində Quranın  bəyanı – istər bəyan üslubu, istərsə də möhtəva baxımından – haqq və doğruçuluq əsasındadır. Buna görə də onda heç bir əfsanəvi, xəyali və həqiqətin əksinə olan bir məsələ yoxdur. Məhz buna görə də Quran qissələrinin xəyali hadisələr, yaxud simvolik şeylər kimi təsnif olunmasının heç bir əsası yoxdur. Qeyd olunan dəlillərə əsasən Qurani-kərimdə bəyan olunan keçmiş hadisələrin hamısı gerçəkliyə malikdir və haqdır – hətta əgər o hadisələr termində “tarixi hadisə” hesab olunmasa da. Çünki Quran nə tarix kitabıdır, nə də hadisələri tarixi şəkildə bəyan etmək məqsədi güdür. Hadisələri bəyan edən zaman öz hədəflərinə uyğun olaraq onun yalnız bəzi yönlərini bəyan edir.

 


[1] Məsələn, “Quran dilinin təhlili və onun başa düşülmə yolları”, Məhəmməd Baqir Səidi Rövşən; “Din və Quranın dili”, Əbul-Fəzl Sacidi və s.

[2] “Yusif” surəsi, ayə: 111

[3] “Hud” surəsi, ayə: 120

[4] Bax: Təbatəbai, Seyid Məhəmməd Hüseyn, “Əl-mizan”, 7-ci cild, səh. 165-166, “Camieyi müdərrisin”in çapı, Qum

[5] Mütəhhəri, Mürtəza, “Məcmueyi asar” (əsərlərinin külliyyatı), 16-cı cild, səh. 99-100, Tehran, “Sədra” nəşriyyatı, 1378-ci şəmsi il

[6] “Fussilət” surəsi, ayə: 43

[7] “Yasin” surəsi, ayə: 69

[8] “Maidə” surəsi, ayə: 27, Cavadi Amuli, Əbdullah, “Quranın mövzu təfsiri”, 1-ci cild, səh. 297-301, “İsra” nəşriyyat mərkəzi, Qum, 1378-ci il

[9] “Ənkəbut” surəsi, ayə: 41

[10] “Bəqərə” surəsi, ayə: 171

[12] “Kəhf” surəsi, ayə: 13

[13] “Bəqərə” surəsi, ayə: 26

[14] “Kəhf” surəsi, ayə: 13; “Quranın mövzu əsasında təfsiri”, 1-ci cild, səh. 299-300

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Bizə qarşı pislik edən yaxınlarla ged- gəlimiz necə olsun?
    6879 Əməli əxlaq 2011/10/06
    Yaxın qohum əqraba ilə ged- gəlin mənası ehsan və lütf ilə əlaqə saxlamaq deməkdir. Hamıya qarşı bir şəri vəzifədir və uzun ömürlük, yaxşı əxlaq, ruzinin çoxalması kimi bir çox yaxşı faydaları və əsərləri vardır. Bütün yaxınlarla (qadın kişi, təqvalı təqvasız, müsəlman kafir, zalim saleh) ged- gəl və əlaqə olmalıdır. Həzrəti ...
  • Nəcis paltarlar, iki hissəli yarı ovtomatik paltaryuyan maşınlar vasitəsi ilə pak olurlarmı?
    9309 Nizamlar hüquq və əhkam 2011/06/27
    Əgər nəcasətin eyni aradan gedəndən sonra, ker su paltarın hər yerinə yetişib və qurudanın fırlanması nəticəsində onun suyu xaric olsa, paltar pak olar.[1] Aşağıda mərcələrin dəftərlərinin cavabını qeyd edirik. Həzrət Ayətullah Xamineinin dəftəri: Əgər nəcasətin eyni gedəndən sonra, boruya birləşən su paltaryuyan ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    94696 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Cövhər və ərəzin arasında fərq varmı?
    8264 İslam fəlsəfəsi 2011/06/21
    Cövhər lehsikologiya nəzərindən gövhər (ərəbləşmiş kəlmə) kəlməsinin tərcüməsidir.Ərəz, peyda olma, üz vermə, ərz etmək və ... mənasındadır.[1]Filosoflar cövhərin tərifində belə deyiblər:«الجوهر ماهیة اذ وجدت فی الخارج وجدت لا فی موضوع مستغن عنها»"Əl- cövhəru mahiyyətun iza vucudət fil- xaric ...
  • Bədr döyüşündə Peyğəmbər (s) kömək edən mələklər, Ühüd döyüşündə qənimət əldə etməyə gedən əsgərlərin qarşısına nə ücün almadılar; Nə ücün imam Həsən və imam Hüseynin (ə) köməyinə getmədilər?
    13603 Qədim kəlam 2012/09/01
    Bədr döyüşü, Müsəlmanların ilk müharibə təcrübələridir ki, tarixdə baş vermişdir. Əlbətdə islam yeni bir din və bir dəstəbüt pərəst və müşrüklərlə qarşı- qarşıya durmuşdu. Onlar islamın məhv olmasından başqa hec bir istəkləri yox idi. Odur ki, müsəlmanların Allah tərəfindən mələklər vasitəsiyləhimayət olunması zəruri idi. Biz inanırıq ki, ...
  • Əhdə əməl etməməyin kəffarəsi nədir?
    7797 Nizamlar hüquq və əhkam 2011/05/30
    Əgər bir şıxs (təqlid mərcələrinin izahlı hökümlər risalələrində əhd üçün olan şərtlərlə)[1] Alahla əhd bağlasa və ona əməl etməsə (işi etmək ya onu tərk etməyə əhd etməsi arasında fərq yoxdur) kəffarə verməlidir. Yəni altımış fəqiri doyurmalı, ya iki ay oruc tutmalı,[2] ya da bir ...
  • Məadın əqli və fitri dəlilləri nədir?
    9138 Qədim kəlam 2010/10/13
    Sualın cavabı, fəlsəfədə olan üç məktəbin nəzəriyyəsini yəni Məşşa, işraq və hikməti mütəaliyə və həmçinin kəlami və irfani nəzəriyyəni açıqlamaqla, daha aydın olacaq. Alimlərin əsərlərində bu bəhsin tutumu, imkan, sübut, isbat və məadın cismani, ruhani ya hər iki formada necə baş verə biləcəyi bəhslərin hamısına şamildir. Bu ...
  • Dünyada xeyir və şər, gözəllik və çirkinlik olmasına rəğmən Allahın mehriban olmasını neçə isbat etmək olar?
    26583 Qədim kəlam 2011/09/10
    Allah insanı mümkün olan ən yaxşı halda yaratmış, onun həm bu dünyadakı, həm də o biri dünyadakı ehtiyaclarını, tamamilə, təmin etmişdir. Daha doğrusu, bütün varlıqları insan və ona xidmət etmək üçün yaratmışdır. Bunun özü Allahın insana qarşı nə qədər mehriban olduğunu göstərən ən güclü arqumentdir. Habelə O, başqa varlıqlara qarşı ...
  • Bütün əməlləri xalis niyyətlə necə yerinə yetirmək olar?
    7679 Əməli əxlaq 2011/07/28
    İxlas – işlərin yerinə yetirilməsində və bəndəlikdə başqasının razılığını yox, yalnız Allah-taalanın razılığını əldə etmək, layiqli bəndəlik məqsədində olmaq mənasınadır. Deməli, əvvəlcə ixlasın maneələrini, yəni riyakarlıq, dünyaya ürək bağlamaq, şeytani vəsvəsələri aradan qaldırmaq lazımdır, bundan sonra imanın gücləndirilməsi, Allah-taalanın müqəddəs ...
  • Eramızdan uzun illər qabaq mağaralarda yaşayan insanlarda Adəmin (ə) nəslindən idilərmi?
    7965 Təfsir 2011/05/09
    Adəm (ə) övladının dağlarda və mağaralarda yaşamasını Qurani- kərim də təsdiqləyir. Amma bunu da qeyd edək ki, Adəmdən (ə) öncə insanların yaşaması və mağaraları özlərinə məskən seçmələri inkarolunmazdır. Hətta mağaralardan tapılmış tarixi əsərlərdə onların hansı zamana aid olmalarını da demək olar. Bundan əlavə Adəmin (ə) yaşamaq tarixi çox uzun min ...

Ən çox baxılanlar

  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    165718 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    165191 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    120226 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    114561 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    112278 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    94696 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    55831 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    55166 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    46859 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    46232 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...