Please Wait
7650
Sizin işarə etdikləriniz insanın ruhi gücünün nəticələrindəndir ki, bəzən dinin əmrlərinə əməl etmək və şərii nəfsi saxlamaq nəticəsində yaranır. Yəni insan Allaha yaxınlaşmaqla, Allahın "ismi- əzəminə" sahib olur və təkvini vilayətə əl tapır. Onun nəticəsində elə bir güc əldə edir ki, kainat maddəsində dəyişiklik edə bilər və maddi dünyanın bütün varlıqları onun güclü ruhu qarşısında təslim olacaqlar. Bəzən də insan belə bir gücü cinləri itaətə gətirmə və şeytani və ... güclərdən istifadə etməklə, əldə edir.
Əlbəttə bu məsələyə də diqqət etmək lazımdır ki, bu güclərin bəzisinə əl tapmaq qeyri şərii nəfsi saxlamalarla mümkün deyil və ya əgər mümkün də olsa, Allah tərəfindən haram edilmiş fəsadların nəticəsinə görədir.
Hər halda o yerlərdə ki, insan Allaha yaxınlaşmaqla belə bir gücü əldə etsə, insanlığın uca dərəcələrinə və ruhun yüksək qüdrətinə yiyələnməkdən əlavə, insana bu gücü verir ki, Allah bəyənən pak hədəflərə yetişmək ehtiyaclılara kömək üçün, ən qısa zamandan və ən aşağı şəraitlərdən ən çox istifadə edə bilsin.