Please Wait
36869
Əgər sizin bu sualı verməkdə məqsədiniz, pişiyin tükünün fiqh nəzərindən hansı hökmü olmasıdırsa, onda deməliyik ki, heyvanların arasında, yalnız quruda yaşayan it və donuz nəcisdirlər.[1] Ona görə də, diri pişik və onun tükü pakdır. Bəli onun fərləsi[2] nəcisdir və bu hökm pişiyə məxsus deyil, əksinə əti haram olan və atıcı qanı olan heyvanların hamısının fəzlələri nəcisdir.[3] Pişik də o heyvanların biridir. Əlbəttə, ölü pişik murdardan sayıldığına görə, onun ruha malik bədən üzvləri nəcisdir. Pişiyin tükünün ruhu olmadığına görə, nəcis deyil.[4]
Amma namaza münasibətdə, demək lazımdır ki, namaz qılanın paltarı, əti haram olan heyvanın əczasından olmamalıdır. Məlumdur ki, pişik əti haram olan heyvanlardandır. Mərcələrin çoxu buyurublar: Hətta o heyvanın bir tükü namaz qılanın üstündə olsa, onun namazı batildir.[5]
Yalnız Ayətullahul- üzma Sistani buyurubdur ki, namaz qılanın bədən və paltarı o heyvanın sidir, nəcis, tər və tüklərinə bulaşmamalıdır. Amma əgər heyvanın bir tükü məsələn onun paltarında olsa, heç bir zərəri yoxdur. Həmçinin əgər onlardan bir hissəsini məsələn qutuya qoyub və özü ilə daşısa da bu hökm ona şamil olur.[6]
Əti haram olan heyvanın rütubəti barəsində bütün təqlid mərcələri buyurublar: Pişik kimi əti haram olan heyvanın ağız suyu, ya burun suyu ya digər bir rütubəti, namaz qılanın bədən ya paltarında olsa, əgər yaş olsa, namaz batil və quruyub və onun eyni aradan getmiş olsa, namaz düzgündür.[7]
Amma sağlamlıq və həkimlik nəzərindən, bəzən deyirlər ki, pişik ya pişiyin tükü qadınların ya qızların sonsuzluğuna səbəb olur. Bu məsələ bizim təxəssüsümüzdən xaricdir və biz onu həkimlərin öhdəsinə qoyuruq.[8]
[1] - Mərcələrin izahlı hökümləri, cild 1, məsələ 105, səh 75.
[2] - Sidik və nəcis.
[3] - Mərcələrin izahlı hökümləri, cild 1, məsələ 84, səh 68.
[4] - Həmin, məsələ 88- 89, səh 70.
[5] - Həmin, məsələ 824, səh 460.
[6] - Həmin, məsələ 824, səh 460.
[7] - Həmin, məsələ 825, səh 460.
[8] - Həkimlər deyirlər: Pişik bədənində Toksuplasma (Toxoplasma) adlı bir virus və əngəl vardır ki, bir çox xəstəliklərin kökü sayılır.