Ətraflı axtarış
Baxanların
7946
İnternetə qoyma tarixi: 2011/07/28
Sualın xülasəsi
Hal-hazırdakı və keçmişdəki mərcəyi-təqlidlərin baş yarmaq barəsindəki fətvalarını bəyan edin.
Sual
1. Baş yarmağın mənası nədir? Baş yarmaq həcamət etmək sayılırmı?
2. Əzadarlıq mərasimlərində bədənə xəsarət vurmaq, o cümlədən, baş yarmaq, başı sındırmaq, üzü yaralamaq və s. böyük alimlər (hətta qədim alimlər, o cümlədən Ayətullah Hairi, Əraki, Əbul-Həsən İsfahani, Şeyx Ənsari) tərəfindən qəbul olunurmu? Bu hadisələr əvvəlki zamanların tələbinə aid deyildimi? Lütfən, bütün alimlərin bu barədəki nəzərini bəyan edin.
3. Hazırkı dövrdə düşmənlər bu mövzudan sui-istifadə edərək zəhərli təbliğatlar aparırlarmı və İslama zərbə vururmu?
4. Ayətullah Seyid Əbul-Həsən İsfahani (r) müəyyən bir dövrdə hamının baş yarmasını vacib etmişdimi?
Qısa cavab

İmam Hüseyn (əleyhis-salam)-a əzadarlıq məsum imamlar (əleyhimus-salam) və din rəhbərləri tərəfindən həmişə təkid edilmiş, bu mərasim tarix boyu davam etmişdir. Bəzi şəhərlərdə, məntəqələrdə və ölkələrdə İmam Hüseyn (əleyhis-salam)-a və onun vəfalı səhabələrinə əzadarlıq üslublarından biri də baş yarmaqdan ibarətdir. Bu üslubu o dövrün mərcəyi-təqdildəri bədənə zərər vurmamaq şərti ilə caiz bilirdilər. Lakin xüsusi üslub olan baş yarmaq barəsində heç bir rəvayət gəlməmişdir ki, onu müstəhəb əməl olmasına dair hökm olunsun.

Amma hal-hazırda bu mərasim İslam düşmənləri tərəfindən sui-istifadələrə məruz qalır. Belə ki, onlar bu mərasimi hay-küylə təbliğ etməklə İslam və şiəlik məzhəbi əleyhinə zəhərli təbliğatlar aparılar. Hətta bu mərasim məzhəbin süstləşməsinə səbəb olur. Buna görə də hazırkı dövrdə vəliyyi-fəqih və əksər mərcəyi-təqlidlər bu mərasimin caiz olmamasına dair hökm vermişlər.

Ətreaflı cavab

İmam Hüseyn (əleyhis-salam)-a əzadarlıq tarix boyu məsumların (əleyhimus-salam) və din rəhbərlərinin təkid etdiyi məsələlərdəndir. O həzrət məzlumcasına şəhadətə çatdığından sonra bu mərasim tarix boyu daim cərəyan etmiş, Aşura mədəniyyətinin həmişə canlı qalmasına, camaatın İslam və Quranla yaxından tanış olmasına səbəb olmuşdur. İmam Xomeyni (r) buyurur: “Hal-hazırda 1400 ildir ki, (Aşura mədəniyyəti) bu minbərlərlə, bu rövzəxanlarla, bu müsibətlərlə və sinə vurmaqla bizi (dinimizi) hifz etmişdir.”[1]

Din rəhbərlərinin ciddi təkidləri və tövsiyələri bu mərasimin əslinin – əzadarlıq məclislərinin bərqərar edilməsidir. Hətta imamların özü də İmam Hüseyn (əleyhis-salam)-a əzadarlıq bərqərar olunması yolunda ciddi cəhdlə çalışırdılar.[2] Amma onun necə təşkil olunması ilə əlaqədar rəvayətlərdə xüsusi şəkildə tövsiyə olunmamışdır. Əksinə, bütün üslublar İslamın müqəddəs şəriətinin nurani göstərişləri ilə müxalif olmayıncaya, əzadarlara bərpaolunmaz zərər və ziyan vurulmayıncaya, eləcə də İslamın və şiə məzhəbinin süstləşməsinə səbəb olmayıncaya qədər İslam və məsum imamların tərəfindən dəstəklənir. İmam Sadiq (əleyhis-salam) Əbu Harundan istəmişdi ki, o həzrət üçün imam Hüseyn (əleyhis-salam)-ın əzadarlığında mərsiyə oxusun. Həzrət buyurdu: “İmam Hüseyn (əleyhis-salam)-ın qəbrinin yanında özünüz necə mərsiyə oxuyursunuzsa, burada da həmin cür əzadarlıq et və mərsiyə oxu!”[3] Sonrakı dövrlərdə də əzadarlıq dəstələri təşkil edilərək matəm və əzadarlıq mərasimləri müəyyən qədər dəyişikliyə məruz qaldı.

Müxtəlif müsəlman ölkələrinin millət və xalqlarının adət-ənənələrinə və müxtəlif zamanların tələbinə uyğun olaraq İmam Hüseyn (əleyhis-salam)-a əzadarlıq üslubları fərqlənir. Bu işin şəri nəzərdən ayə və rəvayətlərə istinadı yoxdur, əksinə camaat arasında bir üslub olmuşdur və sırf şəkildə şiələrin Seyyiduş-şuhəda imam Hüseyn (əleyhis-salam)-a eşq və məhəbbətlərindən qaynaqlanır və hər bir millətin ürfümə uyğun olaraq keçirilir.

İraq, Pakistan, Hindistan və s. ölkələrdə əzadarların tərəfindən əncam verilən bu üslublardan biri də baş yarmaqdır. (Deyilmişdir ki, bu növ əzadarlığın mahiyyət və məfhumu İmam Hüseyn (əleyhis-salam) və din yolunda canından keçməyə hazırlıq izhar etməkdən ibarətdir).

Baş yarmağın caiz olub-olmaması məsələsi qədim dövrlərdən mərcəyi-təqlidlərin və alimlərin arasında ixtilaflı olmuşdur. Fəqihlərdən bir qismi onun caiz olmasına, bir qismi isə caiz olmamasına dair fətva verirdilər. Bu məsələnin hökmünü ilk dəfə mərhum Ayətullah əl-uzma Nainidən soruşdular. Onun fətvası onunla müasir olan və sonrakı mərcəyi-təqlidlərin fətvasında əsas mehvər sayıldı.

O cənab baş yarmaq barəsində heç bir ayə və rəvayət olmadığına işarə etdikdən sonra buyurmuşdu: “Əgər zərərdən qorxu törənməzsə, caizdir.” Ondan sonra onlarla mərcəyi-təqlid yeni bir fətva vermədən onun fətvasını qəbul etmişdilər. Bu qrupun müqabilində (baş yarmaq, bədəndən qan çıxarmaq qeyri-müsəlmanlara xoşagəlməz təsir qoyduğuna, şiəlik əleyhinə zəhərli təbliğatlar aparıb bədbinik yaratdıqlarına görə) alimlərdən bəziləri, o cümlədən Ayətullah Seyid Əbul-Həsən İsfahani onun haramlığına dair fətva vermişdir.[4]

Əlbəttə, keçmişdə bu işin caiz olmasını deyən fəqihlər də bədənə ciddi zərər vurduğu surətdə onu caiz hesab etmirdilər. Amma hal-hazırda bu növ əzadarlıq üslubunun İslam şüarları olmasına dair aşkar dəlil olmadığından, hətta onun müstəhəb olduğuna dair belə fətva vermək mümkün olmadığından,[5] İslam düşmənlərinin zəhərli təbliğatlarına səbəb olmuşdur. Belə ki, onlar bu mərasimi kütləvi informasiya vasitələrində efirə buraxaraq çox acınacaqlı nəticələr alırlar. Bu da dinləyicilərin və tamaşaçıların nəzərində İslamın və şiə məzhəbinin süstləşməsinə səbəb olur. Buna görə də imam Xomeyni (r) bu barədə verilən suala belə cavab vermişdir: “Hazırkı dövrdə baş yarmayın.”[6]

Həmçinin, qərb dövlətlərinin bu mərasim barəsindəki azdırıcı və zəhərli təbliğatlarına diqqət yetirməklə mərcəyi-təqlidlərdən Ayətullah Xamenei, Fazil Lənkəranı, Məkarim Şirazi, Nuri Həmədani (həfəzəhumuhullah) və Təbrizi (rəhmətullah) hazırkı zamanda bu mərasimi caiz hesab etməmişlər.[7]

Əlbəttə, hazırkı mərcəyi-təqlidlərdən bəziləri də onun caiz olmasına dair fətva vermişdir. Çünki onlar belə əməlləri və üslubları məzhəbin süstləşməsinə və bədnam olmasına bir səbəb bilmirlər.

Axırda bunu qeyd edirik ki, həcamət şərən müstəhəb bir əməldir, onun xüsusi qayda-qanunları vardır.[8] Əgər doğrudan da tibbi baxımından baş yarmaqda həcamətin xüsusiyyəti olması sübuta yetərsə, yenə də baş yarmağın caiz olmasına dair fətva vermək olmaz. Çünki düşmənlərin sui-istifadələri və məzhəbi süstləşdirmələri bu kimi izahlarla aradan getmir.



[1] Mühəddisi, Cavad, “Aşura mədəniyyəti”, səh. 339

[2] Məqtəlul-İmam Hüseyn (əleyhis-salam)”, Müqərrəm, səh. 367; “Suallar və cavablar” 13-cü cild, səh. 169-170

[3] “Aşura mədəniyyəti”, səh. 341

[4] “Aşura mədəniyyəti”, səh. 215

[5] Fəzlullah, Seyyid Məhəmməd Hüseyn, “İslamın Aşuraya nəzəri”, səh. 44

[6] “Aşura mədəniyyəti”, səh. 387

[7] “Alimlər və mərcəyi-təqlidlərin nəzərindən yeni məsələlər”, 4-cü cild, səh. 202; “Tovzihul-məsail” (İmam Xomeyninin risaləsinin haşiyələri), 2-ci cild, səh. 1026; Ayətullah Xameneidən istifta, sual 146: “Gizli şəkildə baş yarmaq halaldırmı, yoxsa cənabınızın bu şərif fətvası ümumidir?” Cavab: “Baş yarmaq camaatın nəzərində hüzn, qəm-qüssəyə səbəb olan təzahürlərdən biri deyil və imamların (əleyhimus-salam) dövründə, habelə onlardan sonrakı dövrlərdə bunun misli görünməmişdir, eləcə də məsum (əleyhis-salam)-dan onun barəsində ümumi və ya xüsusi şəkildə bir təsdiq gəlməmişdir, bununla belə hazırkı dövrdə şiə məzhəbinin süstləşməsinə və bədnam olmasına səbəb olur, buna görə də heç bir halda caiz deyildir.” “Suallar və cavablar”, nömrə 13, səh. 33; “Aşura mədəniyyəti”, səh. 198; “Movzuətul-ətəbatil-müqəddəsə”, 8-ci cild, səh. 378; İmam Xomeyninin baş yarmaq, şəbeh çıxartmaq, rövzəxanlıq və əzadarlıq barəsindəki nəzəri: “Mövcud şəraitdə baş yarmayın. Şəbeh oxumaq da əgər haram işlərə gətirib çıxarmasa və məzhəbin süstləşməsinə səbəb olmasa eybi yoxdur. Baxmayaraq ki, rövzəxanlıq daha yaxşıdır, məzlumların ağası imam Hüseyn (əleyhis-salam) üçün əzadarlıq etmək ən yaxşı qurubatdandır (insanın Allaha dərgahına yaxınlaşmasına səbəb olan ən yaxşı əməllərdəndir).

[8] Qummi, Şeyx Abbas, “Səfinətul-Bihar”, 1-ci cild, “həcəmə” maddəsi “

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    163011 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    155391 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    117902 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    109934 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    99429 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    91509 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53465 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    45692 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    43893 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    43087 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...