Ətraflı axtarış
Baxanların
13127
İnternetə qoyma tarixi: 2011/06/28
Sualın xülasəsi
Hicabın fəlsəfəsi nədir? Niyə görə İslam qadınlara məhdudiyyət qoyur?
Sual
Hicabın fəlsəfəsi nədir? İslamda deyilir ki, kişi və qadın bərabər yaradılmışdır. Bəs niyə İslam təkcə qadınlara məhdudiyyət qoyur? Əgər kişi və qadın arasında fərq yoxdursa, onda kişilərin də hicabı olmalıdır.
Qısa cavab

Qadın və kişi bəzi aspektdən; vahid zat və gövhərdən yaradılışda, təhsil almaq, qələm və söz azadlığı və s. kimi ictimai hüquqlardan yararlanmada bərabərdirlər.

Lakin fiziki və ruhi cəhətdən bir-biri ilə çox sayda fərqləri vardır və bu fərqliliklər ictimaiyyətdə hicabı qorumaq və ona riayət etmək kimi hökmlərin özünəməxsus qanuna malik olmasına səbəb olur. Qadın gözəllik təcəssümü, kişi isə eşq simvoludur. Təbii ki, kişiyə deyil, qadına özünü nümayiş etdirməməsi deyilməldir.

Əlbəttə belə də deyil ki, örtünmək sırf qadınlara məxsusdur və kişilərin hicaba əsla ehtiyacı yoxdur.

Ətreaflı cavab

Cavabın aydın olması üçün bir neçə nöqtəyə diqqət yetirmək zəruridir:

1.   Qadın və kişi bəzi aspektdən; vahid zat və gövhərdən yaradılışda[1], ailə qurmaq, təlim və tərbiyə, hüquq haqqı, fikir azadlığı, söz və qələm azadlığı və s. kimi ictimai hüquqlardan yararlanmada bərabərdirlər.

2.   Qadın və kişi bir çox aspektdən bərabər olmaları ilə yanaşı bir çox cəhətlərdən də fərqlidirlər.

Əllamə Təbatəbai bu mövzu haqqında belə deyir: "Qadın kişi ilə müştərək cəhətlərə malik olmaqla yanaşı, bəzi cəhətlərdən onunla fərqlidir. Çünki qadının beyin, qəlb, damar, əsəb sistemi, boy və çəki kimi quruluş xüsusiyyətləri (Anatomiyada izah edildiyi kimi) kişidəki xüsusiyyətlərdən geridədir. Bu da kişinin möhkəm və cüssəli cisiminin müqabilində qadının zərif və lətif cismə malik olmasına, habelə dostluq, qəlb kövrəkliyi, gözəlliyə aludəlik, bəzənməyə meyllilik kimi incə hisslərin qadında və idealistliyin kişidə qabarıq olmasına səbəb olur. Beləliklə, qadın həyatı "sentimental", kişi həyatı isə "idealist" həyatdır."[2]

3.   Örtük əsil mənada qadınlara məxsus deyil və bir həddə qədər kişilərə də lazımdır.[3]

4.   Bizim nəzərimizcə qadın örtüyün fəlsəfəsi bir neçə məqama qayıdır. Onlardan bəziləri ruhi, bəziləri ailəvi və bəziləri də ictimaidir yönlüdür.

a.   Ruhi yöndən hicab cəmiyyətin psixoloji sağlamlığına kömək edir.

b.   Ailəvi yöndən hicab ailə üzvləri arasında əlaqələrin möhkəmlənməsinə və ər-arvad münasibətlərinin tam səmimiliyinə səbəb olur.

c.   İctimai yöndən isə hicab iş qüvvəsinin haqqının hifzinə və ictimai fəaliyyətin qorunmasına səbəbdir.

Başqa sözlə desək, İslam cinsi ləzzət növlərinin (gözlə, toxunmaqla və s. kimi) ailə mühiti və qanuni nigah çərçivəsinə sığmasını, ictimaiyyətin isə sırf iş və fəaliyyət üçün olmasını istəyir. İndiki dövrdə iş və fəaliyyəti cinsi ləzzətlər ilə qarışdıran Qərb sisteminin əksinə olaraq İslam bu iki mühitin tam şəkildə bir-birindən ayrı olmasını istəyir.[4]

5.   Deyilənlərdən əlavə qadınların artıq və tam örtünməsinin zərurətinə sübut onlardakı xas xüsusiyyətlərin mövcudluğudur. Çünki qadın gözəllik təcəssümü, kişi isə eşq simvoludur. Təbii ki, kişiyə deyil, qadına özünü nümayiş etdirməməsi deyilməldir. Kişilərə (qadınlar kimi) örtünmə əmri verilmədiyi halda onlar praktiki surətdə qadınlardan daha örtülü formada evdən çıxırlar. Çünki kişi özünü göstərməyə meylli qadından fərqli olaraq, özünü nümayişə yox, baxmaq və göz gəzdirməyə meyllidir.

Kişinin göz gəzdirməyə meylliliyi qadını daha çox özünü göstərməyə sövq edir və bu cəhətdən "təbrəc" (bəzənmək) qadının xüsusiyyətlərindəndir.[5]

Qadının daha çox örtünməsi onun kişi qarşısında dəyərinin artmasına səbəb olması sonuncu nöqtədir.

Qadının özü ilə kişi arasında pərdə saxlaması məxvi vasitələrdən biridir. Qadın məqam və cəmiyyətdə tutduğu yerin kişi müqabilində qorunması üçün ondan istifadə etmişdir. İslam qadını bu vasitədən istifadəyə sövq edir. İslam qadının daha mətinli, vüqarlı və iffətli hərəkət etməsinə və özünü kişilərə nümayiş etdirməməsinə təkid etmişdirsə, bu onun ehtiramının artmasından ötrüdür. Həmçinin hamının asanlıqla əldə etdiyi dəyərsiz bir mala çevrilməsin.[6]

Başqa sözlə desək, İslamın təyin etdiyi həddə qadının örtülü olması onun böyüklük və ehtiramının artmasına səbəbdir. Çünki, onu əxlaqsız fərdlərin təcavüzündən amanda saxlayır. Deməli, hicab məhdudiyyət deyil, bəlkə toxunulmazlıqdır. Həm qadını, həm də cəmiyyəti günaha batmaqdan amanda saxlayır.

Ətraflı məlumat üçün:

1.           Ayətullah Əhməd Mühsini Qorqani, "Dər nab dər sədəfi-hicab" İslam elmləri nəşriyyatı

2.           Məhəmmədi İştihardi, Məhəmməd, "Hicab bəyangəri-şəxsiyyət", ilk çap, "Müavinəti-mübarizə" nəşri ilə "Məfasidi-İctimaiyi-NACA" nəşri

3.           Rəzzaqi, Əhməd, "Fəsad amilləri və hicabsızlıq və onlarla mübarizə yolları", Dördüncü çap, "Sazmani-təbliğati-İslami" nəşriyyatı. 1371 şəmsi tarixlə.

4.           Şücai, Məhəmməd, "Dürr və sədəf", Üçüncü çap, nəşr: 1378 hicri-şəmsi

5.           Mütəhhəri, Mürtəza, "Hicab məsələsi", "Sədra" nəşriyyatı

6.           Qiraəti, Möhsin, "İslamda qadın örtüyü", doqquzuncu çap, "Nasir" nəşri. 1370 h.ş.

7.           Cəvadi, Amuli, "Qadın cəlal və camal güzgüsündə", ikinci çap, "Fərhəngi-rəca" nəşri. 1370 h.ş.

8.           Fəttahizadə, Fəthiyyə, "Hicab, Quran və sünnə baxımından", İkinci çap, "Dəftəri-təbliğati-İslami" nəşri, 1376 h.ş.



[1] - "Nisa", 1

«"یا ایها الناس اتقوا ربکم الذی خلقکم من نفس واحدة و خلق منها زوجها و بث منهما رجالا کثیرا و نساء و اتقوا الله الذی تسالون به و الارحام ان الله کان علیکم رقیبا".»

[2] - "Əl-Mizan" tərcüməsi, cild.2, səh. 416

[3] - Məsələn övrəti örtmək vacibdir. Bədənin başqa yerlərini isə naməhrəmin görməsinə, fitnə və fəsada səbəb olarsa örtmək vacibdir. Məgər baş və üz kimi adətən açıq olan yerlər. "Yeni məsələlər", cild 7, səh. 228

[4] - Mürtəza Mütəhhəri, "Məcmuəye-asar", cild. 19, səh. 432

[5] - Mürtəza Mütəhhəri, "Məcmuəye-asar", cild. 19, Hicab məsələsi, övrətin örtülməsi

[6] - Bax: Yenə orada, az dəyişikliklə

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Динин сијасәтлә ујғунлуғу вармы?
    8122 Təzə kəlam 2009/11/10
    Илаһи тәрәфиндән ҝөндәрилән дин дүнјанын сонуна гәдәр бәшәријјәтә сәадәт јолуну зәманәт верир. Бу о демәкдир ки, онун ҹәмијјәтин әсасыны тәшкил едән дөвләт вә гурулуша биҝанә јанашмасы гејри-мүмкүндүр. Имам Рза (ә) ислами дөвләтин зәрурилији һагда бујурур: “Биз тарихдә елә бир күтлә вә ја милләт ...
  • Mən səkkiz ildir ki, evliyəm və indiyədək xüms ödəməmişəm, xahiş edirəm mənə yol göstərin.
    6823 Xumsun hesablanması və onun ödənmə qaydası 2012/04/18
    Həzrət Ayətullah uzma Sistaninin dəftəri: İlk iş günü onun il başıdı. Hər il bu gün qalan şeylərin xümsünü ödəməldir. İstər nağd pul olsun istərsə də gündəlik təlabat malları. Məsələn: qalan ərzaq, həmçinin bir il ərzində istifadə edilməyən ev əşyaları və paltarlar və s. Əgər keçmiş ...
  • Quran və rəvayətdə ixtiyari ölüm
    9185 موت اختیاری 2012/09/01
    Demək olar ki, "ixtiyari ölüm"- ün termini İslam irfanında istifadə olunmuşdur və Peyğəmbərin (s) buyurduğu bu cümlə)- sin " موتوا قبل ان تموتوا"[i] (ölümdən əvvəl ölüm) götürülmüşdür. Bu cümlədə "ölüm" kəlməsindən məqsəd ixtiyari olan iş nəzərdə tutulur. Və ikinci "ölüm" sözündən məqsəd isə ...
  • Məlun Yezidin göstərişi ilə ordu Kəbə Evini yandırdığı zaman nə üçün onlara əzab nazil olmadı?
    11473 تاريخ کلام 2012/02/13
    Yezid (lənətullah əleyh) özünün qısa müddətli hakimiyyəti dövründə üç ağır cinayət törətmiş və çirkin əmələ batmışdı. Birincisi, imam Hüseyn (əleyhis-salam)-ı qətlə yetirmək, ikincisi “Hirrə” hadisəsində Mədinə əhalisini kütləvi qırmaq, üçüncüsü isə Kəbə Evini yandırmaq. Bu kimi zalım və mənfur adamların dünyada da ilahi əzaba düçar olduqlarını görürük. ...
  • Nə üçün İranda oğrunun cəza hökmü (əlinin kəsilməsi) icra olunmur?
    10407 Əhkam və hüquq fəlsəfəsi 2012/01/18
    Sualda işarə edildiyi kimi, Quran ayəsi və rəvayətlərə əsasən, lazımi şərtlər mövcud olanda oğrunun əllərinin kəsilməsi vacib olur. Amma İmam Zaman (əleyhis-salam)-ın qeybdə olduğu dövrdə bu hökmün icrası ilə əlaqədar fəqihlərin və İslam alimlərinin sözlərini üç qismə bölmək olar:1. Bəzi fəqihlər, o cümlədən Əllamə Hilli (rəhmətullahi əleyh) qeybət dövründə ...
  • Şeyx Səduqun etiqadına görə dini rəhbərlərin qəbrlərinin kənarında Həcc mərasinmi yerinə yetirmək, Məkkədə Həcci yerinə yetirməkdən üstündürmü?
    5500 بیشتر بدانیم 2015/05/21
    Şeyx Səduq özünün Savabul-əmal və iqabul əmal kitabında "Həcc və Ümrənin savabı" haqqında xüsusi bir fəsl açmış və bu mövzuda çoxlu rəvayətlər nəql etmişdir. Həmin kitabın başqa bir fəslində, "Həcci tərk edən şəxsin cəzası" adlı başqa bir ünvan da açımş və həmin rəvayətlərin birində belə bir rəvayət ...
  • Ömər Əbu- Hüreyrəni saxta hədis düzəltməsinə görə cəzalandırıbdırmı?
    15288 Hədis nəql edənlər 2011/09/18
    Buxari, Müslim, Zəhəbi, İmam Əbu Cəfər İskafi, Müttəqi Hindi və digərləri nəql ediblər ki, ikinci xəlifə Əbu- Hüreyrəni Peyğəmbər (s)- ə nisbət verdiyi çoxlu əsassız rəvayətlərə görə şallaqladı və ona öz hökumətinin sonuna kimi rəvayət nəql etməyi qadağan etdi.Ömərin Əbu- Hüreyrəni pis gümanda olmasının səbəbləri aşağıdakılardan biri ola bilər:
  • Динин мүхтәлиф сәтһ вә мәрһәләләри һансылардыр?
    12423 Din fəlsəfəsi 2009/06/15
    Динин әсас мәрһәләләри бунлардан ибарәтдир:а) Өз-өзүнәоландин: Илаһибиргүввәвәирадәиләинсанын
  • Aya bu nəzəriyyə doğrudur ki, Kafi kitabında səhih hədislər azdır?
    8468 Hədis nəql edənlər 2012/01/08
    Kuleyni hədisi təyin etmək üçün gətirdiyi nümunələrin açıqlaması o hədislər barəsindədir ki, bir- birinin əksinə olunsun; nəin ki, bütün düzgün hədisləri təyin etmək üçün bu üç yoldan və qanundan istifadə olunsun yəni Quranla müvafiq, sünni məzhəbinin əksi və ixtiyarı olsun; bəlkə nişanələr bunlardan daha çoxdur. Kuleynidən sonra ...
  • Təşbeh qəbilindən İsanı “Allahın oğlu” hesab etmək olarmı?
    6631 Qədim kəlam 2012/04/10
    “İbnullah” (Allahın oğlu) kəlməsi həqiqi mənada olan “ata-oğul” mənasından başqa heç bir digər mənanı çatdırmır. “Allahın əli”, “Allahın xəlili” və s. ifadələrin öz həqiqi mənalarında Allah üçün işlədilməsi qeyri-mümkündür və mütəal Allaha övlad aid edilməsi Onun bəsit və mütləq (qeyri-məhdud) olan vücudu ilə ziddiyyətlidir. Digər tərəfdən, əgər ...

Ən çox baxılanlar

  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    168582 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    166485 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    121878 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    115836 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    114979 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    96479 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    60619 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    56515 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    49192 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    47271 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...