Ətraflı axtarış
Baxanların
13868
İnternetə qoyma tarixi: 2013/02/03
Sualın xülasəsi
Ər- rəhman surəsinin 33 cü ayəsində fövqəladə güc və sultandan məqsəd nədir? Bir haldaki, hazırda bəşər aya və başqa planetlərə gedir?
Sual
Ey cin və insan tayfası! Əgər göylərin və yerin ətrafından (çevrəsindən) kənara çıxa bilərsinizsə, çıxın. Siz (oradan) ancaq (qüdrət və) qüvvətlə (Allahın sizə bəxş etdiyi elmin qüdrətilə) çıxa bilərsiniz! (Yaxud siz oradan qüdrət və qüvvət vasitəsilə çıxa bilərsiniz ki, bu da sizdə yoxdur!) errahman 33. bu ayede meqsed nedir? bugun kosmosa aya getmek mumkun oldugu halda bu ayeden meqsed nedir?
Qısa cavab
"Ey cin və insan tayfası! Əgər göylərin və yerin ətrafından (çevrəsindən) kənara çıxa bilərsinizsə, çıxın. Siz (oradan) ancaq (qüdrət və) qüvvətlə (Allahın sizə bəxş etdiyi elmin qüdrətilə) çıxa bilərsiniz!"
«یَا مَعْشَرَ الجِْنّ‏ِ وَ الْانسِ إِنِ اسْتَطَعْتُمْ أَن تَنفُذُواْ مِنْ أَقْطَارِ السَّمَاوَاتِ وَ الْأَرْضِ فَانفُذُواْ  لَا تَنفُذُونَ إِلَّا بِسُلْطَان» [1]
ayəsi barəsində təfsirlər müxtəlifdir. Onlar aşağıdakılardan ibarətdir:
  1. Ümumiyyətlə bu ayədən anlaşılır ki, burada müraciət məhşər gününə aid olan müraciətlərdəndir. Və təcizi (acizlik) müraciətidir. Yəni, Allah taala qeyd etmək istəyir ki, "Siz qiyamət günü nicat tapmaq üçün hər cür işdə aciz və gücsüzsüz". "İqtar" sözü ilə qüdrət, bacarıq və nüfuz dedikdə isə məhşər sərhədlərindən qaçmaq nəzərdə tutulur.[2] Bu təfsirə əsasən bu ayənin mənası belədir: "Ey cin və insan tayfası! Əgər qiyamətin hesab- kitabından qaça bilsənizsə, bu siz və bu göylərin və yerin ətrafından. Lakin hansı tərəfə qaçarsınızsa- qaçın Allahın mülkünə qaçmış olacaqsınız və nüfuz etməyə qadir olmayacaqsınız. Yalnız qüdrətlə ki, siz ona sahib deyilsiniz."[3]
  2. Bu ayə qiyamətə aiddir. Burada "sultan" dedikdə qüdrət nəzərdə tutulmur. Bəlkə bürhan və dəlildir. Çünki İlahi sənəd dedikdə həmçinin iman, saleh əməl, təqva, şəfaət, İlahi bağışlama nəzərdə tutulur. Deməli bu ayənin mənası belə olacaqdır: "Ey cin və insan tayfası! Siz qiyamət günü İlahinin qüdrət dairəsindən kənara çıxıb, özünüzü xilas edib, bir yerə pənah apara bilməzsiniz! Məgər ki, İlahinin sənədinə sahib olasız və Ondan icazə hökmü ala biləsiniz ki, cənnətə daxil olasınız."[4]
  3. Bu ayə bu dünyaya və ölümə aiddir. "Sultan"- ın mənası da mülkdür. Deməli ayənin mənası belə olacaüdır: "Ey cin və insan tayfası! Siz ölümün caynağından qaça bilməzsiniz! Hara getsəniz Mənim mülküm və Mənim qüdrətim çərçivəsindədir."[5]
  4. Qurani kərim bəşəriyyəti bir böyük mədəniyyətə doğru çağırmaq istəyir. Buna görə "ya məşər" sözündən istifadə edərək müraciət edir. Burada "işrət" və "təaşur" "toplaşmaq" mənasındadır ki, insanlar müəyyən bağlar vasitəsilə bir- birləri ilə əlaqə yaradırlar. Daha da geniş mənaya, cəmiyyət içərisində "ictimai tərəfdaşlıq (yardım)" mənasını daşıyır. Bununla da Qurani- kərim insanlar üçün mühüm düşüncəni bəyan edir ki, bu da üfüqlərə yol tapmaq, praktik və elmi həqiqətləri əldə etmək kimi böyük mədəniyyət müvəffəqiyyətləri kəşf etmək mümükün deyil, məgər ki, bir- birilə yardım və tərəftaşlıqla qüdrət və düçüncələr qrup şəklində səy və təlaş edərlərsə, təkamülü dərk etməyi əldə edir və bir- birlərinin iradələrini qidalandırırlar. Buna görə də bu ayədə yalnız "insan"-a müraciət etməmiş "insan" və "cin"-ə birlikdə müraciət etmişdir. [6]
Deməli, əgər dördüncü təfsiri nəzərdə tutsaq bu ayə bəşəriyyətin göylərin sirrlərini elmi və praktiki inkişafı ilə ziddiyyət təşkil etməməsi ilə yanaşı, bunu əvvəlcədən söyləmiş və mümkün hesab etmişdir. Amma digər baxışlara əsasən qeyd etmək olar ki, bugünki bəşəriyyətin kəşf etdiyi və səfər etdiyi hər bir şey İlahinin minlərlə okanında bir damcıya bənzəyir. Və bunu İlahi elminin müqabilində heçdir. Həqiqətən də bəşəriyyət göylərin həqiqi sirrlərinə nüfuz etməyə qüdrəti yoxdur. Və bu az miqdar elmi kəşflər və səfərlər ayədə qeyd edilən "nüfuz edə və əldə edə bilməz" fikri ilə ziddiyyət təşkil edə bilməz. Çünki həqiqətən də bəşəriyyətin bu əldə etdiyi kəşflər İlahi elmi müqabilində heçdir. Və ayə də bunu bizlərə bəyan etmək istəyir.
 

[1]-  Ər- Rəhman surəsi, ayə 33.
[2]-  Təba təbai, Seyyid Muhəmməd Hüseyn, Əl- mizan fi təfsiril Quran", cild 19, səh 106. Dəftəre entişarate İslami, Qum, beşinci çap, 1417 h.q.
[3] - Qumi, Əli bin İbrahim, Təfsiril Qumi, təhqiqatçı Musəvi Cəzairi, cild 2, səh 345, darul kitab, Qum, üçüncü çap, 1404 h.q. Əl- Mizan fi təfsiril Quran, cild 19, səh 106- 107.  Məkarim Şirazi, təfsire nümunə, cild 23, səh 148- 149. Darul kitabil İslamiyyə, Tehran, birinci çap, 1374 h.ş.
[4] - Təyyib, Seyyid əbdül Hüseyn, Ətəyyibil bəyan fi təfsiril Quran, cild 12, səh 380- 381, Entişarate İslam, Tehran, birinci çap, 1378 h.ş.
[5] - Təbərsi, Fazil bin Həsən, Məcməil bəyan fi təfsiril Quran, müqəddimə: Bəlaği, muhəmməd Cavad, cild 9. Səh 310, Nasir Xosro nəşriyyatı, Tehran, 1372 h.ş.
[6]-  Bax: Müdərrisi, Seyyid Muhəmməd Təqi, təfsire hidayət, tərcüməçilər qrupu, cild 14, səh 330- 333, Məşhəd, birinci çap, 1377 h.ş. Banəvi İsfəhani, Seyyid Nüsrət Əmin, məxzənil ürfan dər təfsire Quran, cild 12, səh 28, müsəlman qadınlar hərəkatı, Tehran, 1361, h.ş.
Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Heyz quslunun fəlsəfəsi nədir?
    8089 Əhkam və hüquq fəlsəfəsi 2012/04/17
    İslamın bütün hökm və qanunları, camaatın maddi və mənəvi məsləhət və mənfəətlərini qorumaq üçün, və heç bir başqa hədəfin burada rolu yoxdur. Allah bu hökmlərlə, həm mənəvi paklıq həm də cismi paklğın camaat üçün yaranmasını istəyir. Əslində quslun, o cümlədən heyz quslunun hikməti, zahiri və ...
  • Peyğəmbər Əbu Ləhəbə sileyi-rəhim edirdimi?
    8465 Məsumların (Əleyhimussəlam) sirəsi 2012/02/13
    Sileyi-rəhim – yəni qohumluq əlaqələrinin bərqərar olunmasına səbəb olan hər bir əməli görmək. İslam nəzərindən bu iş elə yüksək əhəmiyyət daşıyır ki, bu əlaqələri hətta kafir qohumlarla da kəsmək qadağan edilir. Əlbəttə, əgər kafir qohum-əqrəbalar haqq qarşısında inadkarlıq etsələr, islama zərbə vurmaq məqamına gəlsələr, bu halda onlarla sileyi-rəhim etməyə icazə ...
  • Hermonotik nədir və onunla nisbiliyin arasında nə kimi əlaqə vardır?
    5487 Təzə kəlam 2012/09/24
    Hermonotik kəlməsi iki termində işlənir: a) Ümumi termin: Ümumi termində bu kəlmə mətnin təfsiri barəsində aparılan hər növ tədqiqata şamil olur. Buna görə də hermonotik bu zəmində bütün mərhələlərə şamil olur, hətta üsul elmindəki “kəlmə” bəhsi də hermonotik bəhslərdən hesab olunur. b) Xüsusi ...
  • Qızım bir il bundan qabaq evləndiyi ərindən ayrıldı. Bu haqda əri ya onun ailəsi tərəfindən heç bir təklif verimədi və boşanmaqdan da danışmadılar? Qızımın başqa bir şəxslə evlənməsi haramdırmı?
    4471 Nizamlar hüquq və əhkam 2012/03/11
    Həzrət Ayətullah əl- uzma Sistaninin (muddə- zilluhul- ali) dəftəri: Əri ilə əlaqə yaratmaq üçüç Həzrət Ayətullahın vəkillərindən birinə müraciət edin. Əgər yaşamaq istəmirsə və boşamırsa da, onu boşamaq üçün, vəkil bizə məlumat versin. Həzrət Ayətullah əl- uzma Məkarim Şirazinin (muddə- zilluhul- ali) dəftəri:
  • Allahın bəzi bəndələrini unutması anlamı nə mənadadir?
    5978 Təfsir 2011/09/04
    Allah-Taala Qurani-kərimdə dörd dəfə bəndələrin unutqanlığını özünə nisbət vermişdir. Beləki, bir ayədə deyilir: "Bugün onları unudacağıq necə ki, onlar belə bir günün gəlişini unutmuşdular". Bu və bu kimi ayələr Allahın axirətdə (hətta dünyada) bəzilərini unutmasının göstəricisidir. Sözügedən mənada unutqanlıq nə deməkdir? İslam mənbələrində mövcud əqli və vəhyani arqumentlər unutqanlığı (məxluqun ...
  • varlığın vəhdəti və mövcudun vəhdəti nə deməkdir? Ərəfə duasının sonunda deyilən duanın mühüm sənədi nədir?
    7110 وحدت وجود 2014/05/22
    Varlığın və mövcudun vəhdəti nəzəriyyəsi məhşur ariflərin nəzəriyyəsinə qayıdır. Bu mənada ki, Allah-taalanın pak zaatından, xarici aləmdə zühur etmiş pak adlarından, sifət və felindən baş həqiqət yoxdur. Digər varlıqların da həqiqəti yalnız, Allah-taalanın sifət və fellərinin zahir olunmasından başqa bir şey deyillər. Amma, varlığın vəhdəti və mövcudun ...
  • İslamda faizsiz borc verməyin və borc almağın qaydaları nədir?
    8731 Qərzulhəsənə və riba 2012/03/14
    Dini təlimlərimizdə mömin qardaşlara borc verməyin xüsusi qayda-qanunların və şərtləri vardır ki, onların bəzilərini qeyd edirik: 1. Borc vermək ixlsala yanaşı olsun; 2. Tam razılıq üzündən və ürəkdən verilmiş olsun; 3. Borc halal maldan verilsin; 4. Borc verilən zaman ...
  • Deyin görək din insan üçündür yoxsa insan din üçün?
    6398 Təzə kəlam 2011/01/02
    Baxmayaraq ki, din bir növ insanın fitrətini açıqlayır; yəni insanla din bir dəmir pulun iki tərəfi və yaxud iki üzü kimi sayılır. Nəticə almaq üçün hansı biri o biri üçündür, təyin etmək asan deyil. Amma insanın dünyadakı bütün maarif, elm və işləri özünə ixtisas verməsi bunu açıqlayır ki, din bir ...
  • İslam nəzərində naməhrəm kişiylə qadının görüşməsinin hökmü nədir?
    10225 Nizamlar hüquq və əhkam 2011/04/13
    Bu nöqtə məlumdur ki, naməhrəmlə üzləşdikdə elə rəftar olunmalıdır ki, fəsada yol verilməsin və yaxud fəsad qorxusu yaranmasın.[1] Amma naməhrəm kişi və qadının bədənlərinin bir- birinə dəyməsi və yaxud onlar bir- biriylə görüşməməsi, o cür ki, sualda işarə olunmuşdur, demək lazımdır ki: Bütün ...
  • Maliki, yaxud hənəfi məzhəbinin nə kimi iradı vardır?
    9161 Qədim kəlam 2011/09/12
    Əvvəldə aydınlaşdırmaq lazımdır ki, görəsən sizin şiəliyə olan maraq və məhəbbətiniz sadəcə zahiri bir məhəbbətdir, yoxsa möhkəm əqli dəlil üzündən olan məhəbbət? Əgər məhəbbətiniz əqli dəlil-sübut üzündən olsa, digər məzhəb və firqələrin çatışmaz və mənfi cəhətləri sizin üçün öz-özünə aydın olacaqdır. Şiəliyin sair islam məzhəblərindən üstünlüyü və onlardan fərqi bu ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    154726 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    130752 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    109820 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    101049 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    84658 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    72141 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    50122 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    37934 Nizamlar hüquq və əhkam 2011/08/09
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    37579 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    36396 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".