Ətraflı axtarış
Baxanların
3372
İnternetə qoyma tarixi: 2012/01/08
Sualın xülasəsi
Rəvayət vardır ki, Allah- Taala Fatimənin paklığına xatir onun övladlarını cəhənnəmə aparmaz. Xahiş edirik onu təhlil edin.
Sual
Bu hədisin sənəd cəhətindən hansı vəziyyətdə olduğunu buyurasız. Rəsuli əkrəm (s) buyurdu: Allah Taala Fatimənin (s.ə.) paklığına xatir onun övladlarının cəhənnəmə aparmaz? (Biharul- ənvar, cild 43, səh 20, 231, 232).
Qısa cavab

Bu rəvayət şiə və Əhli- sünnə kitablarında vardır və onu nəql edən ravilərin və mənbələrin çoxluğu ona etimad etməyə dəlildir.

Amma bu qeyri- müəyyənlik həmişə olubdur ki, bu hədisin genişliyi və əhatə dairəsi hara kimidir? Başqa rəvayətlərə əsasən bu nəticəyə gəlmək olar ki, ancaq həzrət Zəhranın (s.ə.) vasitəsiz övladları o həzrətin nəcibliyinə, şərəfinə xatir günahdan hifz olunar və nəticədə cəhənnəmdən azad olarlar. Amma vasitə ilə olan övladları (nəvə- nəticələri) baxmayaraq ki, üstünlüklərdən faydalanarlar, lakin cəzaların qarşılığında kamil şəkildə hifz olunmazlar.

Ətreaflı cavab

Biharul- ənvarda bu məzmunda (mənada) bir rəvayət vardır:

«بِإِسْنَادِ التَّمِیمِیِّ عَنِ الرِّضَا عَنْ آبَائِهِ ع قَالَ قَالَ النَّبِیُّ ص إِنَّ فَاطِمَةَ أَحْصَنَتْ فَرْجَهَا فَحَرَّمَ اللَّهُ ذُرِّیَّتَهَا عَلَى النَّار»[1]

Peyğəmbər (s) buyurdu: Allah- Taala Fatimənin (s.ə.) nəcibliyi hörmətinə cəhənnəm atəşini onun övladlarına haram etdi.

Bu rəvayət "uyuni əxbarir- Rza (ə) " kitabında da həmin məzmunla yad edilibdir.[2]

Şiə və əhli- sünnədən çoxlu ravilərə və mənbələr bu hədisi nəql edib və onunla əlaqədar nəzəriyyələr və suallar ediblər[3] ki, bu da bir növ bu rəvayətin əslinin qəti şəkildə baş verməsi nişanəsidir.

Onuncu əsrdə Əhli- sünnə müəlliflərindən biri bu rəvayəti bəyan edəndən sonra elan edir ki, düzgün nəticə budur ki, bu rəvayətin sənədi nisbətən yaxşıdır. Necə ki, başqa kitablarda geniş şəkildə bəyan etmişəm, onun saxta olmaq nəzəriyyəsi düzgün deyil.[4]

Amma bu rəvayətlə bağlı o şey ki, bəhs və söz- söhbət yeri olub budur ki, bu rəvayətin əhatə dairəsi hara kimidir? Görəsən onun ancaq məxsus şəxslərdə məhdudluğunu qəbul edək, yoxsa o həzrətin (s. ə.) bütün nəvə- nəticələri onun misdaqındadırlar?

Şiə rəvayətlərindən ələ gələn budur ki, güya seyyidlərdən bəzisi bu hədisi Allah- Taala tərəfindən yaşıl işıq kimi dəyərləndirirlər. Onların səhvlərinin hamısı bu baxışda bağışlanıb və heç bir cəza onlara verilməyəcək.

Məsum İmamlar (ə) bu baxışla (nəzəriyyə ilə) mübarizə edib və elan ediblər ki, belə bir rəvayət gərək Əhli beytə nisbət verilənlərdən bəzisinin sui- istifadəsinə səbəb olmaya. Bu rəvayətlərdən bəzisinə işarə olunur:

  1. Həsən ibn Musa rəvayət edir ki, Xorasanda səkkizinci İmamın hüzurunda idim. İmamın məclisdə olan qardaşı Zeyd ibn Musa bir dəstəni öz ətrafında cəmetmişdi və fəxrlə onlara deyirdi ki, biz kimik və kimik!

Bu sözləri, başqa bir dəstə ilə söhbət edən İmam Rza (ə) eşitdi və qardaşı tərəfə üz döndərərək buyurdu: Cəhənnəm atəşi Fatimə (s.ə.) övladlarına onun nəcibliyi etiramına haramdır rəvayəti səni məğrur edib?! Allaha and olsun ki, bu rəvayətin dairəsi imam Həsən, İmam Hüseyn (ə) və Həzrətin (s. ə.) vasitəsiz başqa övladlarını əhatə edir. Ədalətlidir ki, (atam) Musa ibn Cəfər (ə) Allah- Taalanın əmrini yerinə yetirə, gündüzləri oruc ola və gecələri ibadətlə keçirə və sən günah edəsən, əmrə tabe olmayasan, o vaxt hər ikiniz qiyamət günündə eyni olasınız?! Belə olan halda sən Allah- Taalanın yanında ondan əzizsən! (Çünki, sən günahla bir dərəcəyə yetişmiş olursan ki, o itaətlə ona əl tapır).

(Bizim cəddimiz) İmam Səccad (ə) bu barədə buyururdu ki, seyyidlərin yaxşı əməl sahibləri başalarından fərqli olaraq ikiqat savab apararlar və onların pis əməl sahibləri də ikiqat cəzalandırılacaqlar![5]

Bu rəvayətin oxşarı başqa mənbələrdə, başqa ibarətlərlə müşahidə olunur.[6]

  1. Həmmad ibn Osman rəvayət edir ki, Fatimənin (s.ə.) övladlarının atəşdən nicat tapmasına aid nəbəvi rəvayəyin təfsiri barədə altıncı İmamdan (ə) sual etdim. Buyurdu ki, bu rəvayətdən məqsəd, o həzrətin (s.ə.) vasitəsiz övladları, yəni Hüseyn (ə), Zeynəb və Ummu Gülsümdür.[7]

  2. Bir nəfər İmam Sadiqə (ə) dedi ki, bu hədis, Fatimənin (s.ə.) övladları olan bütün seyyidlər üçün əmannamə deyilmi? İmam (ə) buyurdu: Nadansan? Həqiqətən bu rəvayətdən məqsəd təkcə Həsən və Hüseyndir ki, məsum Əhli- beytdən bir parçadırlar. Amma onlardan başqasının barəsində bunu bilmək lazımdır ki, əgər bir şəxsin pis işi və rəftarı onun məqamın aşağı gətirə, onu pərhizkarlara nisbət vermək onu ucaltmayacaq.[8]

Əlbəttə başqa rəvayətlərdə vardır ki, deyilənlərin əksini onlardan ələ gətirmək olar.[9] Amma Qurani və İslami meyarlar və üsullara diqqət etməklə baxmayaraq ki, məxsus dəstənin daha çox üstünlüklərə malik olduğunu bilmək olar, lakin onların pis işi yerinə yetirməkdə mütləq əməl azadlığı və hər cür cəzadan kamil hifz olunmaları, dini təlimlərlə müvafiq deyil. Və Zəhranın (s.ə.) vasitəsiz övladlarının nicat tapması, onlara, analarının nəcibliyinə xatir əta olunmuş bəsirətdən baş verən savabdır. Bunun arxasınca, bu alicənablar öz ixtiyarları ilə günahın dövrəsinə getməyiblər.

 



[1] - Məclisi, Məhəmməd Baqir, Biharul- ənvar, cild 43, səh 20, Müəssisətul- vəfa, Beyrut, 1404 h.q.

[2] - Şeyx Səduq, Uyuni əxbarir- Rza (ə), cild 2, səh 63, hədis 264, Cavan nəşriyyatı, Tehran, 1378 h. q.

[3] - İbn Şərh Aşub, Mənaqibu ali əbi Talib, cild 3, səh 325, Əllamə nəşriyyatı, Qum, 1379. H.q. Meqrizi, Təqiyud- din, Əmtaul- əsma, cild 4, səh 169, Beyrut, Darul- kutubil- elmiyyə, 1420, h.q.

[4] - Salehi Şami, Subulul- huda vər- rəşad fi sirəti Xəyril- ibad, cild 11, səh 50, Darul- kutubil- elmiyyə, Beyrut, 1414 h.q.

[5] - Şeyx Səduq, Uyuni- əxbarir- Rza (ə), cild 2, səh 232, hədis 1.

[6] - Erbəli, Əli ibn İsa, Kəşful- ğümmə, cild 2, səh 310, Məktəbətu bəni Haşimi, Təbriz, 1381, h.q.

[7] - Şeyx Səduq, Məaniyul- əxbar, səh 106, hədis 3, Cameeye Müdərrisin nəşriyyatı, Qum, 1361, h. ş. (Bu kitabın əvvəlki rəvayəti də həmin mövzu ilə əlaqəli idi).

[8] - İbn Əbil- Hədid, Nəhcül- bəlağənin şərhi, cild 18, səh 252, Ayətullah Mərəşinin kitabxanası, Qum, 1404, h.q.

[9] - Ravəndi, Qutbud- din, Əl- xəraic vəl- cəraih, cild 1, səh 281, İmam Məhdi (ə.c.) üəssisəsi, Qum, 1409, h. q.

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    109940 Nizamlar hüquq və əhkam
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    83625 Əməli əxlaq
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    61796 Nizamlar hüquq və əhkam
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    45184 Nizamlar hüquq və əhkam
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    34313 Hədis elmləri
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    30922 Nizamlar hüquq və əhkam
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Niyə duaların çoxu yağış yağan zaman qəbul olur?
    23626 Əxlaq fəlsəfəsi
    Dua oxunması tövsiyə olunan vaxtlardan biri yağış yağan zamandır; Quran ayələri və rəvayətərdən istifadə etməklə sübut etmək olar ki, yağış, Allahın rəhmət nişanəsidir. İndiki Allahın rəhmət qapısı açılıb, duanın qəbul olması üçün daha çox ümidli olmaq lazımdır. ...
  • islam sözünün mənası Ali- imran surəsinin 19- cu ayəsinə əsasən nədir?
    23342 Təzə kəlam
    İslam sözü lüğətdə "Allahın" müqabilində kamil surətdə təslim olmaq" deməkdir. Yəni heç bir qeyd və şərt olmadan ilahi qanunlara tabe olmaq. Din deyəndə isə "bəşəriyyətin bütün hallarda (ictimai və fərdi) ilahi qanunlara əsaslanması və Allahla insanların rabitəsi" başa düşülür. Bu səbəbdəndə bütün əsrlərdə peyğəmbərləri qəbul etmək onların gətirdiyi dinə (qeyd- ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    22732 Nizamlar hüquq və əhkam
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • Dünyanın ilk yaranmasını təşkil edən maddə nədir, Quran və hədislərin bu mövzuda nəzəri nədir?
    21341 Qədim kəlam
    Təbiət şünas alimlərinin bu mövzuda olan dəqiq nəzəriyyələri budur ki, varlığın ilk maddəsini təşkil edən ünsürlar bunu isbat edir ki, əslində fəzada dağılmış "sedyom"- ların təşkil olmasıyla yaranmışdır. Bu maddə uzun zamanlardan təqribiylə 13 milyard il şiddətli partlayış nəticəsində, hissələr və qismətlərə bölünmüşdür, günəş, ulduzlar, göy (səma) yer və...özlərinə məxsus ...