Ətraflı axtarış
Baxanların
6575
İnternetə qoyma tarixi: 2012/01/18
Sualın xülasəsi
Ayə və rəvayətlərə diqqət yetirməklə buyurun görək, imamların şən və fəziləti üstündür, yoxsa Quranın?
Sual
Ayə və rəvayətlərə diqqət yetirməklə buyurun görək, imamların şən və fəziləti üstündür, yoxsa Quranın?
Qısa cavab

Peyğəmbər (səlləllahu əleyhi və alih)-in buyurduğu müxtəlif rəvayətlərdə, o cümlədən “Səqəleyn” hədisində İtrət (Əhli-beyt) Quranın bərabəri kimi bəyan edilir. Bu hədisin bəzi nəqllərində olduğu kimi, Quran “böyük siql”, İtrət isə “kiçik siql” kimi təqdim olunur.

İtrətin nə üçün “kiçik siql” və Quranın “böyük siql” adlandırılmasına gəldikdə isə, demək lazımdır: Quran Allahın kəlamıdır və onun etibarı zatidir, yəni başqası tərəfindən təsdiqlənməyə ehtiyacı yoxdur. Amma başqalarının sözünə Quran kimi zatən mötəbər olan bir mənbə tərəfindən etibar verilib təsdiq olunmalıdır. Yəni isbat məqamında İtrətin etibarı məhz Quranın etibarı səbəbi ilədir. Belə ki, Quran Peyğəmbər (səlləllahu əleyhi və alih)-in sözünə etibar verərək buyurur: “Rəsulun əmr etdiyi şeyləri əxz edin, sizi çəkindirdiyi şeylərdən çəkinin!”

Quran bu sözlə Peyğəmbərin sözünə etibar verir və o həzrət də buyurur:

اِنِّى تَارِکٌ فیِکمُ ُالثَّقَلَیْنِ کِتَابَ اللهِ وَ عِتْرَتِى

“Həqiqətən mən sizin aranızda iki (ağır və dəyərli) əmanət qoyub gedirəm: Allahın kitabı və İtrətim.” Deməli, İtrət də eynilə Quran kimi mötəbər sayılır. Bu fərqlə ki, Peyğəmbərin sözü Quran tərəfindən təsdiqləndiyinə görə etibarlı sayılır. Buna görə də Quran “böyük siql”, İtrət isə “kiçik siql” adlandırılmışdır. Bu təbir Quranla İtrətin hər ikisinin həqiqətinin eyni səviyyədə olması ilə müxalif deyildir.

Ətreaflı cavab

Müqəddimə olaraq qeyd etmək lazımdır ki, müxtəlif rəvayətlərdə İtrət Allahın Kitabının şəriki, onun tayı-bərabəri kimi təqdim olunur. Peyğəmbər (səlləllahu əleyhi və alih) bu barədə buyurur:

إِنِّی قَدْ تَرَکْتُ فِیکُمُ الثَّقَلَیْنِ کِتَابَ اللهِ وَ أَهْلَ بَیْتِی فَنَحْنُ أَهْلُ بَیْتِهِ

“Həqiqətən mən sizin aranızda iki əmanət qoyuram: Allahın kitabı və Əhl-beytimi.” İmam (əleyhis-salam) buyurur ki, “Biz də onun Əhl-beytiyik.”[1]

Ziyarətlərin birində İmam Hüseyn (əleyhis-salam)-a xitabən deyirik:

اَلسَّلاَمُ عَلَیْکَ یاَ اَمِینَ الرَّحْمَانِ، اَلسَّلاَمُ عَلَیْکَ یَا شَرِیکَ الْقُرْآنِ، اَلسَّلاَمُ عَلَیْکَ یاَ عَمُودَ الدِّینِ...

“Salam olsun sənə, ey Rəhman Allahın əmanətdar şəxsi! Salam olsun sənə, ey Quranın şəriki! Salam olsun sənə, ey dinin sütunu...”[2]

Bu kimi hədislərin zahiri mənasına əsasən bu ikisi (İtrət və Quran) əslində vahid bir həqiqətdən ibarətdir, heç birinin digərinə üstünlüyü yoxdur. Halbuki, bəzi rəvayətlərdə Quran “böyük siql”, İtrət isə “kiçik siql” kimi qeyd olunur. Aşağıdakı rəvayətdə olduğu kimi:

إِنِّی قَدْ تَرَکْتُ فِیکُمُ الثَّقَلَیْنِ مَا إِنْ تَمَسَّکْتُمْ بِهِمَا لَنْ تَضِلُّوا بَعْدِی وَ أَحَدُهُمَا أَکْبَرُ مِنَ الْآخَرِ کِتَابُ اللَّهِ حَبْلٌ مَمْدُودٌ مِنَ السَّمَاءِ إِلَى الْأَرْضِ وَ عِتْرَتِی أَهْلُ بَیْتِی أَلَا وَ إِنَّهُمَا لَنْ یَفْتَرِقَا حَتَّى یَرِدَا عَلَیَّ الْحَوْضَ

“Həqiqətən mən sizin aranızda iki ağır əmanət qoyuram ki, onlara sarıldığınız vaxta qədər məndən sonra heç vaxt yolunuzu azmayacaqsınız. Onların biri digərindən böyükdür: Allahın kitabı asimandan yerə doğru çəkilmiş bir ipdir, digəri isə Əhli-beytim olan İtrətimdir. Agah olun, bu ikisi “Kövsər” hovuzunda gəlib mənə qovuşana qədər bir-birindən ayırmazlar.”[3]

İmam Əli (əleyhis-salam) buyurur: “Sizin aranızda öyük siql”ə, yəni Qurana əməl etmədimmi və “kiçik siql”i sizin aranızda qoymadımmı?!”[4]

Hamının zehnində yaranan “bu təbirlər Quranın İtrətdən üstün olmasına dəlil deyildirmi? Bu kimi rəvayətlər Quranla İtrətin bir-birinə bərabər olması ilə ziddiyyətli deyildirmi?” kimi suallarla əlaqədar bəzi böyük alimlər demişlər: “İmam natiq Quran və (samit – sükut edən) Quranın zahirindən üstün olsa da, belə üstünlük sadəcə olaraq camaatın ixtiyarında olan zahiri Qurandan üstünlükdür. Amma imam həqiqi Quranın və ilahi kəlamın qarşısında boyun əyir, onun müəllimi və yayanıdır. Yəni Quran ilahi kəlam olduğundan, Əhli-beytdən irəlidir.

Başqa sözlə desək, iki şeyə Quran deyilir: birincisi camaatın əlindəki çap olunmuş Quran nüsxəsi, digəri isə Cəbrəilin vasitəsi ilə Peyğəmbərə nazil olan, həmin zahiri çap nüsxələrindən hekayət edən ilahi vəhydir. Bu ikincisi də həmin “böyük siql”dir ki, onun əbədi qalaraq əməl edilməsinin müqabilində imamlar öz canlarını qurban etmişlər və onun bəzi nüsxələrinin qalması ilə də qalar. Əhl-beyt isə, “kiçik siql”dir. Quranın bütün nüsxələrə aid edilə bilən birinci mənasını Əhl-beytin məqamı ilə müqayisə etmək olmaz. Əksinə, imam “Natiq Quran”dır, kağız üzərində  çap olunan bu nüsxə isə samit (sükut edən) Qurandır. Əgər imamın canını qorumaq və onun göstərişlərinə əməl etməklə Quranın çap olunmuş kitab şəkilindəki nüsxələrinin hansı birini qorumağı istəsək, qəti olaraq imamın qorunmasını irəli salmalı, onun göstərişlərinə əməl etməyi Quranın yazılı nüsxələrindən irəli keçirməliyik. Quranın ehtiramına riayət etmək bəhanəsi ilə imamın fərmanından imtina etmək olmaz. Amma təəssüflər olsun ki, bu məsələ Siffeyn müharibəsində baş vermişdi.[5]

Bəziləri inanırlar ki, Quran Allahın kəlamı olduğuna görə “böyük siql”dir və bütün peyğəmbərlər və övliyalar buna görə məbus olmuşlar ki, Allahın sözünü, əmr və fərmanını insanlara çatdırsınlar, onun əməli hökmlərini icra etsinlər. Təbiidir ki, bu, Allahın böyük höccəti olacaqdır. Bəzi rəvayətlərdə “Səqəleyn”in yanaşı olan iki barmağa oxşadılmasında məqsəd budur ki, onların arasında heç vaxt ayrılıq düşməz.[6]

Bəziləri deyirlər ki, Quran İtrətsiz, İtrət də Quransız insanı yekun məqsədə – həqiqi səadətə və xoşbəxtliyə çatdıra bilməz. Quran və İtrət bir ünvanın iki təbiridir və həqiqətdə iki şəkildə təcəlli etmiş olan vahid bir həqiqəti çatdırır. Quran və İtrət hər ikisi Allahın vəhyi və sözüdür ki, gecə-gündüz camaatla danışır. Yəni İtrət təməssül etmiş (aşkar olunmuş) Qurandır. Quranın sözləri höccət və mötəbər olduğu kimi,[7] İtrətin də sözləri höccət və mötəbərdir,[8] hər ikisi “urvətul-vusqa”, “sirati müstəqim” və hər ikisi haqqın mehvəridir.

Başqa sözlə, bu təbir Quranın İtrətdən üstün olmasını çatdırmaq məqamında deyildir. Çünki Quran və İtrət hər ikisi ilahi maarifin mənbəyi olaraq eyni səviyyəli xüsusiyyətlərdən bəhrələnmişdir. Üstəlik, Quranı “böyük siql” adlandırılan təbir İtrətdən nəql olunan rəvayətlərin etibar və sənədi barəsindədir. Quran Allahın kəlamı olduğuna görə onun etibarı zatidir, başqasının dəstəkləməsinə və təsdiqləməsinə ehtiyac duymur. Amma başqalarının sözünün etibarı zatən etibarlı olan bir mənbə tərəfindən dəstəklənməyə ehtiyac duyulur, o da Qurandır. Yəni isbat məqamında İtrətin sözlərinin etibarı Quranın etibarına istinad verilir. Çünki Quran

مَا آتَیکُمُ الرَّسُولُ فَخُذُوهُ وَ مَا نَهَیکُمْ عَنْهُ فَانْتَهُوا

“Rəsulumuzun gətirdiyi (əmr etdiyi) şeyləri alıb əxz edin, çəkindirdiyi şeylərdən də çəkinin!”[9] deyə buyuraraq Peyğəmbər (səlləllahu əleyhi və alih)-in sözünə etibar verir, Peyğəmbər də buyurur:

اِنِّى تَارِکٌ فِیکُمُ الثَّقَلَیْنِ کِتَابَ اللهِ وَ عِتْرَتِى

“Həqiqətən mən sizin aranızda iki əmanət qoyuram: Allahın kitabını və İtrətimı.” Bu iki müqəddimədən belə nəticə alınır ki, İtrət Quranın bərabəri kimi mötəbərdir. Bu fərqlə ki, Peyğəmbərin sözü Quranın təsdiqləməsi ilə etibar qazanır. Buna görə də Quran “böyük siql”, İtrət isə “kiçik siql” kimi ünvan olunur. Lakin bu təbirlər Quranla İtrətin fəzilət baxımından eyni səviyyədə olması ilə təzadlı deyildir.[10]

Amma bu zəmində mövcud olan rəvayətləri düzgün başa düşmək üçün bir neçə məsələyə diqqət yetirmək lazımdır:

1. Şübhəsiz, Quranın və Əhli-beytin həqiqəti Allah yanındadır və bir növ ittihaddan bəhrələnmişlər. Bu həqiqət Peyğəmbərin vücudunda əmanət qoyulmuş, zahirdə fərqli görünən iki qalibdə təcəlli etmişdir. Onlardan biri Quran, digəri isə Əhli-beyt ünvanı ilə təbir edilir və hər ikisi də “Peyğəmbərin özündən sonra yadigar qoyduğu şey” ünvanı ilə deyilir. Bəzi rəvayətlərdə qeyd olunur ki, Peyğəmbər “Səqəleyn”i təqdim edərkən buyurdu:

أَنَّهُمَا لَنْ یَفْتَرِقَا حَتَّى یَرِدَا عَلَیَّ الْحَوْضَ کَإِصْبَعَیَّ هَاتَیْنِ وَ جَمَعَ بَیْنَ سَبَّابَتَیْهِ وَ لَا أَقُولُ کَهَاتَیْنِ وَ جَمَعَ بَیْنَ سَبَّابَتِهِ وَ الْوُسْطَى فَتَفْضُلُ هَذِهِ عَلَى هَذِهِ

“(Allah mənə xəbər vermişdir ki,) o ikisi hovuzda mənə qovuşana qədər bir-birindən ayrılmazlar. Bunlar mənim bu iki barmağım kimidir (hər iki əlinin şəhadət barmağını bir-birinə yapışdırdı). Mən demirəm ki, bu iki barmağım kimidir (şəhadət barmağı ilə orta barmağını göstərdi), çünki bu ikisi bir birindən fərqlidir.”[11]

2. Bəzi rəvayətlərdə birinci məsələyəyə işarə olunması mümkün olsa da, Quranın “böyük siql” olmasına işarə edən digər rəvayətlərdə elə şahidlər vardır ki, bu Quranla İtrətin (Kamil insanın) vilayətinin həqiqətini bir-biri ilə müqayisə etmək məqamında olmadığını göstərir.[12] Həmçinin, o rəvayət Əhli-beytin ünsür vücudu ilə Quranın yazılı vücudu (Quranın həqiqət və məfhumlarını hekayət edən və kağız üzərində yazılan Quran) və ləfzi vücudu (qiraət olan Quran) arasında müqayisə aparmaq istəməmişdir. Çünki bu ikisindən birinin digərinə üstünlüyü yoxdur. Bundan əlavə, rəvayət Peyğəmbər (səlləllahu əleyhi və alih)-in özündən sonra yadigar qoyub getdiyi şeyləri bəyan etmək istəyir ki, onlar həmin vaxt Peyğəmbərin hüzurunda idilər. Şübhəsiz, Quranla vilayətin həqiqəti, eləcə də Quranın ləfzi (şifahi) vücudu ilə Əhli-beytin ünsür vücudu bir mənada “o həzrətin qoyub getdiyi tərəkə” hesab olunur. Amma Peyğəmbərin bu ikisini bir yerdə bəyan etməklə məqsədinin belə dəqiq məna olduğu uzaq ehtimaldır. Əksinə, Peyğəmbər aşağıdakı məsələlərə işarə etmək məqsədində idi:

a) Ləfzi Quranın hekayət etdiyi və Əhli-beyt tərəfindən təfsir olunan Quran təlimlərindən ayrı düşməyin;

b) Əhli-beytin təlimlərindən ayrı düşməyin.

Bu müqayisədə də Quranın sözü Əhli-beytin sözü ilə bir rütbədə qərar verilmişdir. Hər ikisi vahid bir natiqdən baş verən sözlər kimidir.[13] Amma Əhli-beytin sözü Quranın vasitəsi ilə etibarlı olduğuna görə “kiçik siql” hesab olunur. Yəni isbat məqamında Quran məsumları təqdim edir və onların sözlərinə höcciyyət bağışlayır. Digər tərəfdən də məsumların kəlmələri üçün istinad qərar verir. Buna görə də Quranı “böyük siql” hesab etmək olar.

3. Kətbi və ya ləfzi (yazılı) Quran ilə Əhli-beytin arasında müqayisə baş verən zaman – dini təlimlər əsasında və yəqin olaraq – məsumların Quranın ləfzi (şifahi) və ya kətbi (yazılı) vücudundan üstün olmasında şəkk-şübhə yoxdur. Bu hesabla “böyük siql” hesab olunurlar. Çünki onlar ləfzi (şifahi) və ya kətbi (yazılı) Quranda gizlənmiş olan həqiqətləri şərh etməlidirlər. Belə ki, əgər onlar olmasaydı, Quranın həqiqətləri camaata çatmazdı. Bu da Əli (əleyhis-salam)-ın Siffeyndə nizəyə vurulan Quranlarla necə rəftar etməsini sirrini göstərir.[14]



[1] Səffar, Məhəmməd ibni Həsən ibni Fərrux, “Bəsairud-dərəcat”, səh. 414 (bir cildlik), Ayətullah Mər’əşi Nəcəfinin kitabxanasının nəşriyyatı, Qum, 1404-cü hicri qəməri ili.

[2] İbni Tavus, “İqbalul-ə’mal”, Cavad Qəyyumi İsfahaninin tədqiqi ilə, 3-cü cild, səh. 341, Qum, “Ə’lamul-İslami” nəşriyyatı, Məhərrəm, 1416-cı il

[3] Məclisi, Məhəmməd Baqir, "Biharul-ənvar", 23-cü cild, səh. 106, “Vəfa” müəssisəsi, Beyrut, 1404-cü hicri-qəməri il. Başqa bir rəvayətdə imam Sadiq (əleyhis-salam) buyurur: “Peyğəmbər özünün son xütbəsində Qurana və Ali-Muhəmmədə iqtida etməyə dair fərman verərək buyurdu:

إِنِّی تَارِکٌ فِیکُمُ الثَّقَلَیْنِ الثَّقَلَ الْأَکْبَرَ وَ الثَّقَلَ الْأَصْغَرَ فَأَمَّا الْأَکْبَرُ فَکِتَابُ رَبِّی وَ أَمَّا الْأَصْغَرُ فَعِتْرَتِی أَهْلُ بَیْتِی فَاحْفَظُونِی فِیهِمَا فَلَنْ تَضِلُّوا مَا تَمَسَّکْتُمْ بِهِمَا

“Həqiqətən mən sizin aranızda iki ağır əmanət qoyuram ki, biri böyük, digəri isə kiçik siqldir. Böyük siql Rəbbimin kitabı, kiçik siql isə Əhli-beytim olan İtrətimdir. O ikisi barəsində mənim tövsiyələrimə əməl edin! Bu ikisinə sarıldığınız vaxta qədər heç vaxt yolunuzu azmazsınız.” Əyyaşi, Əbu Nəsir Məhəmməd ibni Məsud, “Təfsiri Əyyaşi”, 1-ci cild, səh. 5, Seyid Haşim Rəsuli Məhəllatinin tədqiqi ilə, “Elmiyyə” çapxanası, Tehran, 1380-ci hicri qəməri; Təbərsi, “Əl-ehticac əla əhlil-licac”, 1-ci cild, səh. 60, 1-ci çap, “Mürtəza” nəşriyyatı, Məşhəd, 1403-cü il; Şeyx Müfid, “Əmali”, səh. 135 (1 cildlik çap), “Beynəlxalq Şeyx Müfid konfransı”nın nəşriyyatı, Qum, 1413-cü hicri qəməri il; Nömani, Məhəmməd ibni İbrahim, “Əl-ğeybət”, səh 43 (1 cildlik çap), “Səduq” çapxanası, Tehran, 1397-ci hicri qəməri ili; Məclisi, "Biharul-ənvar", 74-cü cild, səh. 277

[4] "Nəhcul-bəlağə", 87-ci xütbə səh. 120:

أَنَا أَلَمْ أَعْمَلْ فِیکُمْ بِالثَّقَلِ الْأَکْبَرِ وَ أَتْرُکْ فِیکُمُ الثَّقَلَ الْأَصْغَرَ...

[5] Ayətullah Təbrizinin (rəhmətullahi əleyh) “Siratun-nəcat fi əcvibətil-istiftaat” kitabındakı təliqəsi, 2-ci cild, səh. 566 və 567, Qum, “Darul-e’tisam” nəşriyyatı, 1417-ci hicri qəməri ili; “İntizari Mov’ud” məcəlləsi, 19-cu nömrə, “Quranda Məhdəviyyət”

[6] “Sübhani, Cəfər, “Böyük və kiçik siqldən məqsəd”

[7]

مَا یَنْطِقُ عَنِ الْهَوَى اِنْ هُوَ اِلاَّ وَحْىٌ یُوحَى

“O (Peyğəmbər) həvayi-nəfs üzündən danışmır; onun dedikləri ilahi vəhydən başqa bir şey deyildir.” “Nəcm surəsi, ayə: 4

[8] Quran haqqın mehvəridir və onda batilə yer yoxdur:

لاَ یَاْتِیهِ الْبَاطِلُ مِنْ بَیْنِ یَدَیْهِ وَ لاَ مِنْ خَلْفِهِ

“Fussilət” surəsi, ayə: 43. İtərt də haqqın mehvərdir, onların danışıq, əməl, rəftar və mövqe seçməsində heç bir batilə yer yoxdur:

عَلِیٌّ مَعَ الْحَقِّ وَ الْحَقُّ مَعَ عَلِیٍّ یَدُورُ مَعَهُ حَیْثُ مَا دَار

“Əli haqq ilə, haqq da Əli ilədir, o (Əli) hər tərəfə dövr etsə, haqq da onunla dövr edər.” Məclisi, Məhəmməd Baqir, "Biharul-ənvar", 28-ci cild, səh. 369

الْحَقُّ مَعَ عَلِیٍّ وَ عَلِیٌّ مَعَ الْحَقِّ ، لَا یَفْتَرِقَانِ حَتَّى یَرِدَا عَلَیَّ الْحَوْضَ

“Haqq Əli ilə, Əli də haqq ilədir, onlar hovuzda mənə qovuşana qədər heç vaxt bir-birindən ayrılmazlar.” Yenə orada, 29-cu cild, səh. 17. Həmçinin bax: Əllamə Əmini, Əbdül-Hüseyn, “Əl-ğədir fil-Kitabi vəs-sünnəti vəl-ədəb”, 3-cü cild, səh. 177, 1-ci çap, “Əl-ğədir lidirasətil-islamiyyə” mərkəzi, Qum, 1416-cı hicri qəməri il.

[9] “Həşr” surəsi, ayə: 7

[10] Əhmədi, Həbibullah, “İmam Əli (əleyhis-salam) – həyat örnəyi”, səh 73, “Fatimə” nəşriyyatı, Qum, 1-ci çap, 1378-ci hicri şəmsi ili

[11] "Biharul-ənvar", 23-cü cild, səh. 130

[12] Kamil insan və onun həqiqətindən agah olmaq üçün bax: Tərxan, Qasim, “Mehr mah”, 1-ci çap, “Çilçıraq” nəşriyyatı, 1389-cu şəmsi il.

[13] Biz inanırıq ki, məsumların (əleyhimus-salam) Allah-taalanın Qurandakı ciddi kəlamının məqsədinə, dini həqiqətlərə dair elm və bilikləri birbaşa Allahın Öz nahiyəsindən və heç bir kəlmə vasitə olmadan hasil olur. Yəni onların elmi lədünni elmdir. Bu cəhətdən məsumların sünnəti və Quran ayələrinin hər ikisi vahid bir natiqin kəlamı hesab olunur və dini düzgün başa düşmək üçün onlara istinad etmək olar.

Əlavə məlumat üçün bax: Tərxan, Qasim, “İmam Hüseyn (əleyhis-salam)-ın şəxsiyyət və qiyamı”, səh. 150, 1-ci çap, “Çilçıraq” nəşriyyatı, 1388-ci hicri şəmsi

[14] Müaviyə tərəfindən Quranlar nizəyə vurulan zaman həzrət Əli (əleyhis-salam) buyurmuşdu:

إِنَّهُمْ لَمْ یُرِیدُوا الْقُرْآنَ فَاتَّقُوا اللَّهَ وَ امْضُوا عَلَى بَصَائِرِکُمْ إِنْ لَمْ تَفْعَلُوا تَفَرَّقَتْ بِکُمُ السُّبُلُ وَ نَدَمْتُمْ حَیْثُ لَا تَنْفَعُکُمُ النَّدَامَه

“Onlar Quranı istəmirlər! Allahdan qorxun və gözlərinizi açın! Əgər agah olmasınız, pərakəndə vəziyyətə düşərək yolunuzu itirər və sonra peşman olarsınız. Amma peşmançılığın sizə heç bir faydası olmaz.” Deyləmi, Şeyx Həsən, “İrşadul-qulub iləs-səvab”, 2-ci cild, səh. 225, “Şərif Rəzi” nəşriyyatı, Qum, 1412-ci hicri-qəməri il, birinci çap.

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Peyğəmbərin besəti və meracı bir gündə (rəcəbin 27-də) baş vermişdirmi?
    8924 تاريخ بزرگان 2012/04/10
    Cavabı bəyan etmək üçün Peyğəmbərin besəti və meracı ilə əlaqədar məsələni təfsir kitablarından araşdırırıq. 1. Besətin tarixi ilə əlaqədar müsəlman alimləri arasında iki nəzəriyyə vardır: Birincisi şiələrin nəzəriyyəsidir. Onlar rəcəb ayının 27-ci gününü Peyğəmbər (səlləllahu əleyhi və alih)-in besət günü hesab edirlər. İkinci nəzər isə ...
  • Türbət suyunu əldə etmək üçün, su, yağış suyu olmalıdırmı? Ona dua da oxunmalıdır yoxsa lazım deyil? Xahiş edirəm tam izah verin.
    8842 Nizamlar hüquq və əhkam 2011/10/02
    Türbət suyunu hazırlamaq üçün, pak və gigiyena suyu kifayətdir.[1] Hərçənd, fərat suyu[2] zəmzəm suyu[3], yaxud neysan ayında[4] olan yağış suyu kimi bəzi suların daha çoxImtiyazları var. yağış suyu da çox vaxt saf və təmiz olduğuna görə, bəlkə adi sulardan daha yaxşı ...
  • Günahdan paklanmanın hansı yolları vardır?
    8738 Əməli əxlaq 2011/06/14
    İnsanın günahlarının bağışlanması yolları çox olmasına baxmayaraq biz onların bəzilərini aşağıda qeyd edirik: 1). Tövbə və Allaha tərəf qayıdış (bəzi şərtlərlə) 2). Günahların bağışlanmasına səbəb olan ən gözəl savabları əldə etmək, yəni yaxşı əməllərə qədəm qoymaq. 3). Kiçik günahların ...
  • İbn Ərəbinin İmam Zaman (ə.c) barəsində baxışı nədən ibarətdir?
    11923 تاريخ بزرگان 2011/09/04
    Mühyəddin İbn Ərəbinin əsərlərini mütaliə etdikdə onun İmam Zaman (ə.c) barəsindəki inancı üzə çıxır. O, "Fütuhati-məkkiyyə" kitabının Həzrət Məhdinin axırzamandakı silahdaş və yavərlərnə həsr etdiyi 366-cı babında belə qeyd edir: “Allahın diri, sağ bir xəlifəsi vardır, o, üzə çıxar. Onun zühuru dünya zülm və sitəmlə ...
  • Pişnamazı tanımadığımız halda camaat namazının hökmü nədir?
    9218 Nizamlar hüquq və əhkam 2012/06/23
    Pişnamazın şərtlərindən biri ədalətli olmaqdır.[1] Pişnamazın bu ədaləti aşkar olunub isbat edilməlidir.[2] Ədalət batində Allahdan bir növ qorxu hissidir ki, insanın böyük günah iş görməsinin və ya kiçik günahları təkrar etməsinin qarşısını alır. Əgər bir şəxslə oturub-dursaq və ondan ...
  • Niyə dəstəmaz ayəsində “mərafiq (dirsəklər)” kəliməsi cəm halında, ancaq “kəbeyn (Ayağın üzərində yerləşən hər iki bənd,çıxıntı)” kəliməsi ikili cəm halında gəlibdir?
    5734 Təfsir 2019/05/05
    Dəstəmazın necə alənmasının keyfiyyətini bəyan edən dəstəmaz ayəsi olan Maidə sürəsinin 6-cı ayəsində Allah taala buyurur: Ey iman gətirənlər! Namaza durduğunuz zaman üzünüzü və dirsəklərə qədər qollarınızı yuyun! Başınızı və hər iki bəndə (oynağa) qədər ayaqlarınızı məsh edin!...[1] Ayədə gələn kəlimələrin mənası “Mərafiq” dirsəklər ...
  • İrfan elmində xət və nöqtə və s.... hansı mənadadır və “ənə nöqtətu təhtül-ba” (Mən ba hərfinin altındakı nöqtəyəm”- rəvayətinin mənası nədi?
    10843 Nəzəri irfan 2014/05/22
    İrafan elmində qeyb aləmindən bəzi həqiqətləri çatdırmaqdan ötrü ədədlər, hərflər və şəkillərin özünəməxsus ilahi rəmzləri vardır. Nöqtədən məqsəd, allah-Taalanın həqiqi vəhdətidir və bu həqiqi vəhdətin şəkli insan qəlbinin dərinlkilərindən qərar tutmuşdur. Ona görə də kamil insan, varlıq aləminin mərkəzi kimi tanıtdırılmışdır. Allah-taalanın yer üzündə həqiqi vəhdətindəki xəlifəsidir. Əmirəl-mömininin (əleyhissalam) ...
  • Xahiş edirik Şeyx Tusinin siyasi nəzəriyyəsini açıqlayasınız.
    6395 Nizamlar (Qurluşlar) 2011/10/04
    Hər bir dövr və əsrdə özünə məxsus suallar yaranırdı ki, elm sahiblərini vadar edir ki, onlara cavab versinlər və bunlardan biri də şeyx Tusidir ki, bu işin öhdəsindən gəlmişdir. Şeyx Tusinin ümumi olaraq siyasi nəzəriyyəsinin əslini, aşağıdakı mərhələlərdə xülasə etmək olar:
  • Lütfən qadının hicabının necəliyi barəsində hədis yazın.
    8634 Nizamlar hüquq və əhkam 2011/04/13
    Nur surəsinin 31- ci ayəsi başqa olmaqla çox sayda hədis və ayələr qadının hicabı barəsində söhbət açmışdır.həmçinin Nur surəsinin 31- ci ayəsində buyurulur: "Mömin qadınlara de ki, gözlərini haram buyrulmuş şeylərdən çəkindirsinlər, namuslarını qorusunlar; öz- özlüyündə görünən (əl- az) istisna olmaqla, zinətlərini göstərməsinlər baş örtüklərini yaxalarına çəksinlər; zinətlərini ərlərindən başqasına ...
  • Təşəhhüd və salam halında hansı əməllər müstəbdir?
    9362 Təşəhhüd və salam 2015/04/19
    Namazın salam və təşəhhüdündə müstəhəb sayılan əməllər aşağıdakılardır: Təvərrük halında oturmaq, Yəni namaz qılan adam sol budu üstə otursun, və sağ ayağının üstünü sol ayağının üzərinə qoysun. Təşəhhüddən sonra desin: “Əlhəmdulillah” ya da desin “Bismillah və billah vəlhəmdu lillahı və xəyrul əsmai ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    164891 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    164578 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    119934 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    114047 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    111311 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    94296 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54955 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    54848 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    46401 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    45974 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...