Ətraflı axtarış
Baxanların
17305
İnternetə qoyma tarixi: 2010/11/10
Sualın xülasəsi
Niyə Quranda peyğəmbərlərin günah etmələrini çatdıran ayələr var, amma onların məsumluğunu çatdıran ayələr yoxdur?
Sual
Niyə Quranda peyğəmbərlərin günah etmələrini çatdıran ayələr var, amma onların məsumluğunu çatdıran ayələr yoxdur?
Qısa cavab

Bu suala cavab verməmişdən qabaq, bir neçə şeyi qeyd etmək lazımdır:

1.             Sualın mövzusu müəyyən olduğuna görə, ismətin məna, qism və dəlilləri və sair. Qeyd olunmuşdur.

2.              Peyğəmbərlərin məsumluğu barəsində olan fikir və ixtilaflar, burada araşdırılmamışdır.

3.              Peyğəmbərlərin məsumluğunu və ya məsum olmamalarını çatdıran bütün ayələr, qeyd olunmuşdur.

Yuxarıdakı məsələləri nəzərə alaraq, peyğəmbərlərin məsum olmalarına aid olan, iki hissədə araşdırılır: Birinci hissə, ismət ayələri. İkinci hissə, iddiaya əsasən, peyğəmbərlərin məsum olmalarını çatdıran ayələrdir.

Birinci hissə: İsmət ayələri; Qurani kərimdə peyğəmbərlər və imamların ismətinə dəlalət edən çoxlu ayələr mövcuddur.

Bəqərə surəsinin 124- cü ayəsində deyilir ki, Allahın əhd və əmanəti (peyğəmbərlik və imamlıq məqamı), hətta ömrünün bir anını zülümdə keçirən ki, onun açıq nümunələri küfr, şirk, böyük səhvlər və günah və ya zülüm yaradan şeylərlə keçirən zalım insana şamil olmaz. Sünni təfsirçilərindən olan Fəxr Razi öz təfsir kitabında deyir. "Bu ayə, imam və peyğəmbərin günah edə bilmələrinə dəlalət edir."[i]

Ona görə də, qeyd olunan ayə, peyğəmbərlərin ismətinin lazımlığına dəlalət edir. Fərq etmir ismət peyğəmbərlikdən qabaq ya peyğəmbərlikdən sonra olsun.[ii]

Həmçinin həşr surəsinin yeddinci ayəsində buyurur: "Onun göndərdiyi sizə nə versə onu alın icra edin və hansı şeydən sizi çəkindirsə, çəkinin. "Təfsirçilərin çoxunun dediyinə görə, bu ayə ümumidir və peyğəmbərlik məqamının bütün əmirlərindən itaət etməyə şamildir.[iii] Tamamilə məlumdur ki, əgər onlar günah və səhvdən və sair məsum olmasalar, bu itaətlərin yaxşılıqla sona çatmağına heç bir zəmanət yoxdur.[iv]

İkinci hissə: Quran ayələrindən eləsi var ki, Peyğəmbərlərin günah ya səhvinə dəlalət etsin? Bəzi ayələrin zahir elədir ki, elə- bil peyğəmbərlər (xüsusilə onların bir neçə nəfəri) o qədər günah və səhv ediblər ki, ya əvvəlcədən özləri bağışlanmaq istəyiblər və ya Allahın qınama və danlamasından sonra, ilahi əfvə şamil olublar. Amma həqiqət budur ki, elmi fərziyyə və teorilərə səthi baxış doğru olmadığı və onlar barəsində qeyri mütəxəssis olan düşüncə problemləri olduğu kimi, Quranın ayələrinin təfsir və araşdırması da, özünə uyğun və dəqiq vasitə, şərait və üslublara ehtiyaclıdır.

Baxmayaraq ki, az fürsəttə, ayələrin hamısını geniş və dəqiq formada araşdırmaq olmaz, amma ayələrin istifadə və tərcüməsində fayda olacaq bəzi ümumi şeylərə və cavablara işarə edirik. Ümidvarıq ki, Qurani kərimə hər müraciət edən, o məsələlərə riayət etməklə, onlarla və tərcümə və ayənin nə çatdırmaq istədiyi Quran ayələrini anlamaqda, bunların arasında xüsusi bağlılıq, yaratsın.[v] Bəzi ayələrdə, bəzi peyğəmbərlərin itaətsizlik və günah etmələrindən (xüsusilə həzrət Adəm (ə) söz getmişdir.

Belə yerlərin cavabında deməliyik:

1)- Əmr və nəhylər, həmişə özünün həqiqi mənasında işlənməyib və bəzi yerlərdə insanlara adət etmələri və ya təklif kimi (şəxsi mənfəətlərə yetişmək üçün) istifadə olunubdur.

Belə yerlərdə, heç bir vəzifə və əməl vacib deyil. Deməli göstərişlərə tam riayət etməməklə, özündən yuxarının (ciddi və həqiqi) əmirlərindən itaətsizlik baş verməyibdir və vacib və lazımı vəzifə qarşısında günah və müxalifətçilik yerinə yetirilməmişdir. Bu məsələni aşağıdakı yerlərdə istifadə etmək olar: Əraf, 27, Taha 115- 117- 119- 121

2)- Bəzi işləri yerinə yetirmək, baxmayaraq ki, təklikdə günah sayılmır, amma insanların məqam, şəxsiyyət və mərifətinə diqqət etməklə, xo.şoşagəlməz bir əməl olacaq. Ola bilsin həmin işləri digər şəxs edərsə, adi bir iş hətta üstün bir əməl də sayıla bilər. Digər tərəfdən, "məsiyət" kəlməsinin də geniş bir mənası var və təkcə vacibləri tərk etmək və ya haramları yerinə yetirmək barəsində işlənmir. Hətta əgər bir şəxs müstənəb bir işi də tərk etsə, günah etmişdir.[vi] (tərk ovla)

Yuxarıdakı ayələrdən başqa, bu həqiqətə işarə edən ayələr bunlardır: Qəsəs surəsi, ayə 25, Şüəra surəsi, ayə 39- 82 Fəth surəsi, ayə 2.

3)- "Zəlalət" kəlməsi lüğətdə, doğru yolu buraxmaq mənasınadır. Amma geniş mənası var. belə ki, yalnız "haq yoldan azmaq mənasında deyil, hətta təhlükəsi az və çətinliyi az yola düşməkdə də işlənir.

Şüəra surəsinin 20- ci ayəsi və zuha surəsinin 6- 8- ci ayələri, qeyd olunan məsələlərə uyğun təfsir və araşdırıla bilərlər.

4)- Bəzi vaxtlarda, insan digərləri ilə söhbət edəndə (məxsusən dəlil gətirmək, müdafiə etmək və qane etmək istərkən) özünə bəzi şeyləri nisbət veririk ki, onların həqiqi mənasını iradə etmir və yalnız qarşı tərəflə yumşaqlıq etmək cəhətindəndir. Bu ayələri: Şüəra surəsi, ayə 20, Qəsəs surəsi, ayə 15, Ənam surəsi, ayə 78 bu cəhətdən araşdırmaq olar.

5)- Zahirdə peyğəmbərlər (ə)- ə şiddətli xitab və danlaq işlədilən bəzi ayələrdə, bu atalar sözü qəbilindəndir "qızım sənə deyirəm, gəlinim sən eşit". Əslində həqiqi xitab olunanlar, ümumi camaatdır. Bu məsələ onlarda riayət olunan ayələr bunlardan ibarətdir: Ənam, surəsi ayə 69, Hud surəsi, ayə 94, Bəqərə surəsi, ayə 147, Ali- imran, ayə 60, Hud surəsi, ayə 17, Səcdə surəsi, ayə 23

6)- Bir nəfəri üstün və digərini təhqir etməyin yollarından biri, kinayə dilindən istifadə etməkdir ki, fəth surəsinin 2- ci ayəsi belədir. Belə ki, müşriklərin yanında, heç kəs, peyğəmbər kimi günahkar deyildi. Peyğəmbər (s)- in fəth və qələbəsi ilə, müşriklərin ona nisbət verdiyi günahlara göz yumuldu və peyğəmbərlərin günahkar olmasından əl götürdülər.

7)- İlahi ayələrin bəzisində, o zaman ki, peyğəmbərlər özlərinə ya digərlərinə bir şeyi nisbət veriblər, onu şərt cümləsi formasında və "əgər" kəlməsilə deyiblər. belə sözlər, o xəbərlərin məzmununun baş verməsinə dəlalət etmirlər. Məsələn: Ənbiya surəsinin 62- 63- cü ayələri.

8)- Fironun adamının həzrət Musa (ə)- nın əli ilə öldürülməsi qisas xarakteri daşıyır və həmin kişinin vasitəsilə öldürülən çoxlu körpələrin qarşılığında idi.

9)- Əmirəl möminin, Əli (ə), peyğəmbərlərin səhvlərinin Quranda qeyd olunmasının səbəbini bunda bilir ki, Allah onları xatırladır ki, hamı bilsin, peyğəmbərlər də ilahi sifət və kamilliklərə (mütləq, sonsuz və kamil formada) malik olmayıblar və heç kəs onların ilahilik fikrində olmasın



[i] - Fəxr Razi, təfsiri kəbir, cild 10, səh 193

[ii] - Ruhul- bəyan təfsiri, cild 1, səh 338

[iii] - M. E. Qurani kərimin tərcümələri, yətullah Məkarik Şirazi, Xürrəmşahi, nümunə, Nur, Əl- mizan, Bəyani Quran təfsirləri.

[iv] - Peyğəmbərlərin isməti barəsində olan ayələrdən daha çox məlumat almaq üçün, aşağıdakılara müraciət edin: Nisa surəsi, 65, Əhzab surəsi, ayə 21- 33, Ənam surəsi, ayə 90, Nəcm surəsi, ayə 4- 4, yasin surəsi, ayə 62, Sad surəsi, ayə 45- 47- 82- 83 Cin surəsi, ayə 26- 28, Zümər surəsi, ayə 37, Qeyd olunan ayələrdən məlumat əldə etmək üçün, Əl- mizan, nümunə, Nur, Bəyani Quran, və sair kimi təfsirlərə müraciət olunsun.

[v] - Hər iradın həlli açıqlanandan sonra, o hələrə aid olan ayələr açıqlanacaq. Ona görə də, hər bir həll edən, ümumi bir qayda kimidir ki, müxtəlif ayələr barəsində açıqlanan iradları həll edir.

[vi] - Nurus- səqəleyn təfsiri, cild 3, səh 404, hədis 165, İmam Baqir (ə)- in hədisi Müfrədati rağib, "əsa" maddəsi.

Ətreaflı cavab

Cavab verməmişdən qabaq, bir neçə məsələyə diqqət etmək zəruri olacaq:

1.               Qeyd olunan sual, ilahi peyğəmbərlərin məsum olub və məsum olmamalarına aid olduğuna görə, ismətin mənası, qisimləri və dəlilləri (əqli və nəqli dəlilləri) və sair kimi mövzuları açıqlamaq. Baxmayaraq ki ayələri araşdırmaq və onlardan istifadə etməkdə çox faydalıdırlar.

2.               Peyğəmbərlər (ə)- in isməti barəsində olan fikir və ixtiyarları, araşdırmırıq.

3.               İlahi peyğəmbərlərin isməti barəsində olan və ya onların (iddiaya əsasən) ismətsizliyinə dəlalət edən bütün ayələri qeyd etməmişik.

Ona görə, sualın cavabı iki hissədə açıqlanır: İsmət ayələri. Peyğəmbərlərin ismətsizliyinə dəlalət edən ayələrin araşdırılması.

Birinci hissə: İsmət ayələri: İsmətə dəlalət edən ayələrin olmaması iddiasına baxmayaraq, ilahi peyğəmbərlərdə ismətin lazımlığını açıqlayan çoxlu ayələr var. Aşağıda onların bəzisinə işarə edirik:

1.

"«واذا ابتلى ابراهیم ربُّه بکلمات فاتمهن. قال انى جاعلک للناس اماماً. قال: و من ذریتى. قال: لاینال عهدى الظالمین» "

"O zaman ki, İbrahimi Allahı kəlmələrlə imtahan etdi və o, onların hamısını yerinə yetirdi (Allah ona) buyurdu: Mən səni camaata rəhbər qərar verdim. (İbrahim) soruşdu: Mənim nəslimdən (necə)? Buyurdu: Mənim əhdim zalımlara yetişməz,"[1]

Ayədə olan dərs və məsələlərə göz yumaraq, bu məsələyə işarə etmək lazımdır ki, həzrət İbrahimin üzləşdiyi mühüm imtahanlar və onların hamısının öhdəsindən yaxşıca gəlməsi müqabilində, Allah mühüm mükafat olan "imamət" məqamını ona bağışladı. O həzrətin, bu məqamı nəslindən bir dəstəsinə bağəşlanmasını istəməsi müqabilində, buyurdu: Zalimlər bu məqama yetişməyəcək. Tamamilə aydındır. Zülm edən halda olan şəxs və ya öz ömrünün bir hissəsini (baxmayaraq ki, keçmişdə) səhv və batil və sair yolda keçirən şəxs, zalimin mənalarındandır. Ona görə də, Fəxr Razi yuxarıdakı ayənin təfsirində, açıqlayır ki, hər bir peyğəmbər də imamdır. Əgər imam fasiq və günahkar ola bilməzsə, peyğəmbər heç vaxt günahkar ola bilməz. Sonra deyir: İstəyir ayədə gələn "əhdi" kəlməsindən məqsəd peyğəmbərlik olsun, istərsə də, imamlıq. Hər iki təqdirdə, zalimlərdən heç biri peyğəmbərlik və imamlıq məqamına yetişə bilməz və peyğəmbərlər məsum olmalıdır.[2]

Əlbəttə onun sözlərində naqislik hiss olur. O hər bir peyğəmbərləri imam bilir, halbuki imamlıq peyğəmbərlikdən yuxarı dərəcisidir və sair ki bu barədə bəhs etməyə ayrı vaxt lazımdır. Amma onun açıqca etirafı, ayənin peyğəmbərlərin və imamların ismətinin lazımlığına dəlalət etməsi barəsində, istəyir ismət peyğəmbərliyə yetişəndən sonra, istərsə də peyğəmbərlikdən qabaq.[3]

2.

«و ما آتاکم الرسول فخذوه و ما نهاکم عند فانتهوا و اتقوا اللَّه ان اللَّه شدید العقاب»

"Allahın rəsulunun sizin üçün gətirdiyi şeyləri alın (icra edin) və nəhy etdiyi şeydən çəkinin. Allahla (müxalifət) etməkdən çəkinin ki, Allahın əzabı şiddətlidir.[4]

Bu ayəyə diqqət etmək bunu göstərir ki, "ma atakumur- Rəsul" dan məqsəd peyğəmbər (s)- in bütün əmirləridir. Çünki onun qarşı tərəfi, onun nəhləridir. (və ma nəhakum əhli fəntəhu) Ona görə də, təfsirçilərin çoxu deyiblər ki, ayənin mənası ümumidir.[5]

Bu ayəyə əsasən, peyğəmbər (s)- in əmr və nəhylərinin qarşısında mütləq təslim olmaq lazımdır. Mütləq və heç bir şərtsiz təslim və itaət, yalnız məsum qarşısında mümkündür. Çünki səhv ya günah edərkən nəinki təslim olmamaq lazımdır, əksinə nəhy və xəbərdarlıq etmək lazımdır.

3.

"«من یطع الرسول فقد اطاع اللَّه و من تولى فما ارسلناک علیهم حفیظاً»"

"Peyğəmbərə itaət edən şəxs, Allaha itaət etmişdir və bunu qəbul etməyinin qarşısında, sən məsul deyilsən".[6]

Bu ayənin mənası, qabaqkı ayənin mənasına oxşayır. Qeyd etmək lazımdır ki, Fəxr Razi öz təfsirində bu ayəni, islam peyğəmbəri (s)- nin bütün əmr, nəhy, onun Allah tərəfindən olan xəbərləri və onun işlərində ismətin ən güclü dəlillərindən bilir.[7]

Peyğəmbərlərin isməri barəsindəki, peyğəmbərlərin və imamların ismətinin keyfiyyətini və digər cəhətlərini açıqlayan, başqa ayələr də var ki, onları ayrıca qeyd etmək və araşdırmaqdan çəkindik, yalnız surələrin adına və onların ayələrinə işarə edirik.

4.               Nisa surəsi, ayə 65. 5. Əhzab surəsi, ayə 21- 32 6. Ənam surəsi, ayə 90. 7. Nəcm surəsi, ayə 3- 4. 8. Zümər surəsi, ayə 37. 9. Yasin surəsi, ayə 62. 10. ad surəsi, ayə 45- 47- 72- 73. 11.Cin surəsi, ayə 26- 28.

Nəticə peyğəmbərlərin ismətinin əqli dəlilləri (ki burada onları qeyd etmədik) Quran ayələri və məsum imamlar (ə)- ın rəvayətlərinə əsasən, ilahi peyğəmbərlər, ismətin ən yuxarı dərəcəsindəndirlər.

İkinci hissə: Peyğəmbərlərin ismətsizliyinə (iddiaya əsasən) dəlalət edən ayələr. Necə ki, birinci hissədə sual açıqlandı. Quran kərimin ayələrində bəzi cümlələr var ki, bu ayələrin ilahi peyğəmbərlərin xəta və günahının olmasına dəlalət etməsi güman edilir. Ayələrdən başa düşülən (bir dəstənin gümanı ilə) bəzi günah və xətalar bunlardan ibarətdir: "Adəm (ə)- in itaətsizliyi" [8] ya "Adəmin unutqanlığı və əhd peymanında möhkəm olmaması"[9] ya "Həzrət Nuh (ə)- ın Allahdan bağışlanmaq istəməsi"[10] ya "həzrət İbrahim (ə)- in bütlərin sındırılması əhvalatında bu işi böyük bütə nisbət verməsində yalan danışması"[11] və ya "həzrət İbrahim (ə) sağlam olan zaman özünü xəstə göstərməsi, çünki istəmirdi bayram mərasimi üçün, büt pərəstlərlə çölə çıxsın"[12] və sair.

Ona görə də, bu sualın verilməsi yaxşıdır ki, belə ayələrlə peyğəmbərlərin məsum olmasını demək olarmı? Quranın bəzi ayələrinin peyğəmbərlərin məsumluğuna dəlalət etməsini qəbul etməklə, demək olar ki, ayələr arasında ziddiyyət və paradeks var?

Bu suallara cavab vermək və həmçinin daha çox müzakirə və araşdırılan ayələrin bəzisini qısaca araşdırmaq, ayələri və ilahi peyğəmbərlərin hər birinin adını tənzimləməklə davam etdirəcəyik.[13]

Birinci dəstə: Peyğəmbərlərə itaətsizlik, şeytanın hiylə və fitnəsinə və əhd- peymanı unutmaqlığa düçar olmağı verən ayələrin araşdırılması.

Nümunə 1. Bu surələr: Əraf surəsi, ayə 27, Taha surəsi, ayə 115- 117- 119- 121

Peyğəmbərlərin adı: Həzrət Adəm (ə)

Yuxarıdakı ayələr barəsində verilən təfsir və açıqlamaların hamısından, üç təfsir və cavaba işarə etmək olar.

a.              Adəmin (ə) nəhyi, imtahan nəhyi olubdur. Buna diqqət etsək ki, Allah Adəm (ə)- i bunun üçün yaratdı ki, onun yerdə höccət və xəlifəsi olsun, nəinki behiştdə sakinləşmək və əbədi qalmaq üçün behişt əməl yeri deyil, əksinə imtahan dünyasıdır. Adəmin günahı behiştdə idi, yerdə deyildi.

Yerə göndərilən zaman, ilahi xəlifə və höccət oldu, ismət məqamına yetişdi və sair. İmam Rza (ə)- dan bir hədisdə bu məsələyə işarə olubdur.[14]

Nəticədə, Allahın behiştdəki əmr və nəhyləri yalnız Adəm (ə)- i vacib və haram sahəsində gələcəkdəki məsələlərlə tanış etmək üçün olubdur. Adəm (ə) yalnız bir imtahan üçün olan əmrlə müxalifətçilik edibdir, nəinki bir qəti vacib əmrlə.

b). Adəm (ə)- ın nəhyi, irşadi nəhy idi. Peyğəmbərlərə, o cümlədən Adəm (ə)- ə olan əmr və nəhylər, irşadidir. Necə ki, həkim öz xəstəsinə müəyyən yeməkləri yeməyi əmr və ya müəyyən şeylərdən öz istifadə etməyi qadağan edir. Belə əmr və nəhylərdə, xəstənin itaətsizliyi, yalnız onun özünə aid məsləhətlərin əldən çıxmasına səbəb olacaq, nəinki həkimə qarşı çıxmağa və ona müxalifətçiliyə. Buna əsasən, baxmayayaraq ki, həzrət Adəm (ə) barəsində itaətsizlik kəlməsini işlətmək mümkündür amma, yəqinliklə deyirik, ilahinin vacib əmrindən itaətsizlik baş verməmişdir.

Bu məsələyə sübut və dəlil bunlardan ibarətdir: Mübarək "Taha" surəsinin 117 ta 119- cu ayələrində buyurur: "Adəmə dedik: bu şeytan, sənin və sənin həyat yoldaşının düşmənidir. Sizi behiştdən (tezliklə) çölə çıxarmasın ki, bu halda zəhmətə düşəcəksən. Sən behiştdə ac olmayacaq, çılpaq olmayacaq, susuz olmayacaq və günəşin istiliyi sənə əziyyət verməyəcəkdir."

Buna əsasən, əgər Adəm (ə) irşadi nəhylə müxalifətçilik etməsəydi, daha çox müddət behiştdə qalacaqdı. Qabaqkı ayələrdən sonra gələn "qəvayit" kəlməsinin mənalarından biri, insanı məqsədinə yetişməkdən saxlamaq və nemətlərdən məhrum olmaqdır.

c). Həzrət Adəm (ə)- in itaətsizliyi, tərki ovla idi. Bu cavab və təfsirin çoxlu tərəfdarı var. bu təfsir bu yerə aid deyil, əksinə peyğəmbərlərə günah nisbəti verilən bütün yerlərdə həll edici və yozumludur. Günah və itaətsizlik, iki cürdür:

mütləq və nisbi. Mütləq günahdan məqsəd, o günahdır ki, hər kimdən baş versə, günah və itaətsizlik sayılır və onda heç bir istisna yoxdur. Məsələn, haram mal yemək, zülm, zina və yalan. Nisbi günahdan məqsəd o günahdır ki, insanların məqam, şəxsiyyət, elmi və mövqeyinə diqqət etməklə, bəyənilməyən bir əməl sayılır. Ola bilsin bu əməlin digərlərindən baş verməsi, nəinki eyb olmasın, əksinə üstünlük də sayılır.[15] (Həsənatul- əbrar səyyiatul müqərrəbin).

Qeyd etmək lazımdır ki, "məsiyyət" kəlməsi, yalnız vacibləri tərk etməyə şamil deyil. Müstəhəbləri tərk etməkdə də islami rəvayətlərdə işlənmişdir. O cümlədən mötəbər bir hadisədə, imam Baqir (ə) buyurur: Nəvafili yəvmiyyə (gündəlik müstəhəb namazlar) müstəhəbdir və vacib deyil. Vacibi namazı tərk edən şəxs kafidir, amma nafilələri tərk edən şəxs kafir deyil məsiyyət (günah) edib."[16]

Əlbəttə lüğət cəhətindən də, "isyan" (itaətsizlik) itaət dairəsindən hər cür çıxmağa mənasındadır, istər vacibi əmrdə ya da müstəhəbbi əmrdə olsun.[17]

Nəticə budur ki, peyğəmbərlər haqqında gözə çarpan isyan, ism (günah) və zənb) pis işin nəticəsi) kəlmələrinin hamısı, tərk ovla (ən yaxşını tərk etmək) mənasınadır.[18]

Nümunə 2. Qəsəs Surəsi, ayə 15

Peyğəmbərlərin adı: Həzrəti Musa (ə)

Cavab: Həzrət Musa (ə) Fironun tərəfdarlarından (qibti) birinin, bəni israildən birinə (sibti) olan zülmünü müşahidə edəndən və ona qarşı etdiyi əməldən sonra, buyurdu: "Haza min əməliş- şeytan)". Bu iş şeytanın əməlindən idi. Mühüm məsələ budur ki, bu cümlə, qibti ilə sibtinin dava və mübahisəsinin əsasına işarə edir. Yəni, siz iki nəfərin hədəfsiz və kor- koranə olan mübahisəsiz, şeytanı bir işdir.[19]

İkinci dəstə: Peyğəmbərlərə zəlalət (yolundan azma) nisbəti verən ayələr.

Nümunə 1. Şüəra 20.

Peyğəmbərin adı: Həzrəti Musa (ə)

Cavab:

a). Şərif ayədəki "zallin" kəlməsinin lüğət cəhətdən tanımağa ehtiyacımız var.

1. Bu kəlmə "zəlal" maddəsindəndir ki, əslində doğru yolu tərk etmək mənasındadır. Geniş mənası yalnız haq dindən çıxmaq" mənasında deyil. Ona görə də, həzrət Musa (digər peyğəmbərlər də, digər yerlərdə) kimi bir şəxs barəsində, bu kəlmə "tərki ovla" (daha yaxşını tərk etmək" mənasındadır. Həzrət Fironun adamını öldürməklə, öz canını təhlükəyə atdı və sağ qalmaq yolunu buraxıb, problemi yola qədəm qoydu. Ona görə də, o hadisədən sonra Misirdə qala bilmədi. Çöllərə düşdü, ta Şüeybin xidmətinə yetişdi. Onun yanında tərbiyələndi və peyğəmbərlik məsuliyyətini qəbul etməyə hazır oldu[20] [21]

2. Ayədəki "zəlalət" kəlməsi, o həzrətin mübahisə əhvalatına düçar olmasını taleyindən xəbərdar olmaqdan uzaq düşmək mənasınadır. (xəbərdar olmamaq). Başqa sözlə: Mən bilmirdim ki, o zərbə o kişinin ölümünə səbəb olar. Bu qətl, səhvən öldürmək mənasındadır, qəsdən öldürmək mənasında deyil.[22] Nəticədə, bu işin aqibətindən xəbərsiz idim.[23]

b). O biri cavab budur ki, "və ənə minəz- zallin" cümləsi, Firon tərəfdarı ilə eynilik üzündən deyilib. Bu mənaya ki, fərz edək ki, mən o zaman yolumdan azmışdım, amma indi Allah məni hidayət edib və güclü dəlillərlə sizə tərəf göndərmişdir.[24] Bu cavabı həmin surənin 19 və 21- ci ayələri də təsdiqləyir. Ona görə ki, birinci ayədə, Firon gücü cəhətdən elə söhbət edirdi ki, həzrət Musa- ya xitab edərək ərz edir: "və əntə minəl kafirin". İkinci ayədə, həzrət buyurur: İndi nə deyirsən? Hər halda "fə vəhəbə li rəbbi hökmən və cəələvi minəl mürsəlin." Indi peyğəmbərbərəm və o zaman sənin fikrincə yolundan azmış idim.

Nümunə 2. Zuha surəsi, ayə 6- 8

Peyğəmbərin adı: Həzrət əziz Allah rəsulu (s).

Burda "Zall" kəlməsindən məqsəd "öz cəmiyyət və tayfasının içində şəxsiyyət baxımından itməkdir." Necə ki, imam Əli ibn Musa (ə)- dan olan hədisdə oxuyuruq ki, buyurdu:

"«و وجدک ضالّاً؛ أى لایعرفون فضلک فهداهم الیک»"

"Allah, sənin fəzilət məqamını bilməyən bir tayfanın arasında tanınmaz və itmiş gördü və o, onları sənə tərəf hidayət etdi."[25]

Üçüncü dəstə: Peyğəmbərlər üçün unutqanlığı isbat edən ayələr.

Nümunə 1. Ənam surəsi, ayə 68

Peyğəmbərin adı: Həzrət Məhəmməd (s).

Cavab: baxmayaraq ki, zahirdə bu ayədə söz əziz peyğəmbər (s) barəsindədir, amma həqiqətdə, onun ardıcıllarıdır ki, əgər unutqanlığa düçar olsalar və kafirlərin müqəddəs şeylərə qarşı olan şəxslərə və günah məclislərində iştirak etsələr, məsələni anlayan kimi, oranı tərk etməli və oradan çıxmalıdırlar. Çünki sonrakı ayədə gəlib: "əgər təqvalı şəxslər (unutqanlıq ya məcburiyyət və ya onlar hidayət etmək üzündən) onlarla otursalar, onların günah və hesablarından bir şey onların boyuna gəlməz. Amma (bu birlikdə oturmaqlıq gərək) kafirlərə xəbərdarlıq üçün (Allaha, peyğəmbərliyə və məada) olmalıdır. O da bu ümidlə ki, bəlkə pərhizkar oldular."[26]

Nəticə: Söz təqvalı şəxslər və ümumi müsəlmanlar haqqındadır nəinki peyğəmbər (s) barəsində. Əslində bu cür cümlələr, məşhur atalar sözü kimidir ki, deyir: "Qızım sənə deyirəm ki, gəlnim sən eşit".[27]

Dördüncü dəstə: Günah etməyi və bağışlanmaq diləməyi isbat edən ayələr.

Nümunə 1. Şüəra surəsi, ayə 82

Peyğəmbərin adı həzrəti Obrahim (ə)

Cavab: "xətiəti" kəlməsindən məqsəd, tərki ovladır. Əlbəttə, baxmayaraq ki, "xətiə" xəta maddəsindən götürülüb və əslində insandan baş verən səhvlər mənasınadır, amma yavaş- yavaş mənası genişləndi və bilərəkdən və bilərəkdən olmayan hər günaha, tərki ovliya və sair deyildi. Belə ki, çox vaxt bilmədən baş verən səhvlərə deyilir.[28] Ona görə də, həzrət İbrahim (ə) barəsində olan tərki ovla, insanı hər cürə Allahdan qafil edən halətlərin hamısını aiddir. Məsələn, yeyib- içmək və sair kimi yaşayış işləri ilə məşğul olmaq. Çünki bunlar da, Allahdan bir az da olsa qəflət səbəb olur və ilahi övliyalar belə bir vəziyyət günahdan az hesab etmirlər. (həsənatul- əbrar səyyiatul- müqərrəbin).[29]

Beşinci dəstə: Peyğəmbərlərə danlaq və qəzəbi çatdıran ayələr.

Nümunə 1. Tövbə surəsi, ayə 43

Peyğəmbərin adı: Həzrət Məhəmməd (s)

Cavab: Bu ayədə, əvvəlcə bağışlanmaqdan söz gedir (Allah səni bağışladı), sonra isə danlayır: Niyə görə düz danışanları tanımamışdan və yalan danışanları tanımamışdan qabaq, onlara icazə verdin? "Söz müharibədə iştirak etməyə icazə verməmək barəsindədir ki, o həzrət, münafiqlərdən bir dəstəsinə icazə vermişdir.

Əgər ayənin (əvvəli və axırı) və digər cümlələrin məzmununa diqqət olmasa, həzrətə nisbət verilən "əfv" və "itab" kəlməsi, münafiqlərin işinin çirkinliyini açıqlamaq üçündür. Belə ki, bəzən insan, davada vasitəçilik etmək istəyən şəxsə xitab və onu danlayır ki, niyə onun əlini tutdun və şillə vurmasına imkan vermədin ta camaatın hamısı bu daş ürəkli adamı tanısınlar və rüsvay olsun? Aydındır ki, xeyirxah dosta olan bu danlaq, o birisinin rəhimsizlik və alçaqlığını göstərir.[30]

Həzrət imam Rza (ə) bu ayənin təfsirində buyurub: Bu ayə ərəbin məşhur atalar sözü qəbilindəndir ki, deyir: "Sənə deyirəm, amma qonşu sən eşit"! Allah da, bu ayədə öz peyğəmbərinə üz tutub, amma məqsədi ümmətdir.[31]

Altıncı dəstə: Peyğəmbərlərdə şək və şübhənin olmasını çatdıran ayələr.

Nümunə 1- dən 5- dək surələr: Yunus surəsi 94, Bəqərə surəsi, ayə 147, Ali –imran surəsi, ayə 60, Hud surəsi, ayə 17. Səcdə surəsi, ayə 23

Peyğəmbərlərin adı: Hamısı (M. E. Hud surəsi 17) xüsusilə əziz peyğəmbər (s)

Cavab: baxmayaraq ki, bu ayələrin zahiri deyir: "Əgər Quranda və vəhydə şəkkin var, şəkk edənlərdən olma," amma;

a). Onların heç birində, açıqca və əminliklə peyğəmbərlərdə gəlibdir: "Əgər sənə tərəf nazil etdiyimizdə şəkkin var, onda" Nəticədə, "Əgər" kəlməsi ki bir növ bağlılıq və yəqinsizlikdir, danışılıb. Necə ki, insan özünə çox yaxın olan dostuna deyir, çünki onu daha da əmin etmək istəyir, amma onun şəkk və şübhəsini təsdiqləmir. Deyir: Əgər şəkk edirsənsə, sənin üçün dəlil gətirim". Aydındır ki, bu cümlələr, onda şəkk və şebhənin olmasını göstərməkdən daha çox, danışanın möhkəm iradəsini, qısa danışmaqlığını və onun izaha hazır olmasını (ehtiyac olan zaman) göstərir.

b). Belə yerlərdə, baxmayaraq ki, söz peyğəmbər barəsindədir, amma, məqsəd, möminlər və ümumi camaatdır. (Qızım sənə deyirəm ki, gəlinim sən eşit).

Yeddinci dəstə: Peyğəmbərlərin günahlarının bağışlanması vədəsini verən ayələr.

b). İmam Rza (ə)- dan olan bir hədisdə belə gəlib ki, o həzrət, bu ayənin ismətə necə uyun olması barəsində Məmunun sualının cavabı barəsində, buyurdu: Məkkə müşriklərinin yanında, heç kəsin günahı peyğəmbərin günahından böyük deyildi. Onlar üç yüz bütə pərəstiş etdiklərinə görə, peyğəmbər (s) onları tövhidə dəvət edən zaman, onlara çox ağır gəldi və təəccüblə dedilər: O bizim bütün Allahlarımızı bir Allahla əvəz etmək istəyirmi? Necədə təəccüblü bir şeydir? Amma Allah Məkkəni, peyğəmbəri üçün fəth edən zaman, ona buyurdu: "Ey Məhəmməd! Biz sənin üçün açkar bir fəth hazırladıq ta, müşrik ərəblərin yanında, tövhidə dəvət etdiyinə görə olan keçmiş və gələcək günahlarını bağəışlasın. Çünki, müşriklərin bəzisi iman gətiriblər, bəzisi də Məkkədən çıxıb gediblər. Qalanlar da tövhidi inkar edə bilməzdilər, o da o zaman ki, camaatı tövhidə çağırırdın." Ona görə də müşriklərin həzrətə nisbət verdiyi günahlar, bu fəth və qələbə ilə, göz yumulu və onu günahkar saymaqdan əl çəkdilər.[32]

Səkkizinci dəstə: Peyğəmbərləri zahirdə yalançı sayıb və yalanların növünü də açıqlayan ayələr.

Nümunə 1. Ənbiya surəsi, ayə 62- 63

Peyğəmbərin adı: Həzrət İbrahim (ə).

Cavab: O həzrət açıqca buyurmadı ki, böyük büt bu işi edib, əksinə onu şərt budaq cümləsi formasında buyurdu: Bu cümlənin izahı imam Sadiq (ə)- dən olan bir rəvayətdə məlum olur. O həzrət buyurdu: "Nə böyük büt bu işi görüb və nə də İbrahim yalan danışıb. Ona görə ki, İbrahim onlara dedi: Onlardan sual edin ki, əgər danışsalar, onda onların böyükü bu işi görüb, əgər bir söz deməsələr, onların böyükü bu işi görməmişdir. Nəticədə nə onlar danışdılar və nə də İbrahim yalan dedi."[33]

Doqquzuncu dəstə: Peyğəmbəri qatil bilən ayələr.

Nümunə 1. Şüəra surəsi, ayə 14

Peyğəmbərin adı: Həzrət Musa (ə).

Cavab: baxmayaraq ki, həzrət Musa (ə) iki nəfərin mübahisəsinə daxil olmaqla, (Firon tərəfdarı və bəni İsrailli) yumruq zərbəsi ilə, Fironun tərəfdarını öldürdü, amma:

a). Bu qətl bilərəkdən deyildi. Həzrət istədi bir cürə zalimi qırağa çəksin, amma birdən- birə onun yumruğunun təsirindən, o kişi qətlə yetişdi.

b). Diqqət etmək lazımdır ki, bu qətl, bir nöz Fironluların bəni İsraillilərə etdikləri cinayət və qətillərin qisası idi. Uranın buyurduğuna əsasən, Firon qan içən tayfası, bütün oğlan uşaqlarını öldürürdülər. Quran cümləsi ilə "Mufsidun fil- ərz" idilər. Ona görə də, ən azı, bu Fironlu zalimin qətlinin icazəli olması tamamilə qəbul olunandır.[34]

Onuncu dəstə: Peyğəmbərlərə şirk nisbəti verən ayələr.

Nümunə 1. Ənam surəsi, ayə 76- 77

Peyğəmbərin adı: Həzrət İbrahim (ə)

Cavab: Baxmayaraq ki, o həzrət ulduza, aya, günəşə və səmaya işarə edərək, onları "haza rəbbi" deməklə rəbbikə vəsf etdi, amma:

Qabaqkı və sonrakı ayələrə diqqət edəndə aydın olur ki, bu sözlər əqidəni bildirmək üçün olmayıb, əksinə danışıq və istidlal üzündən olmuşdur. O həzrət bu dəstələrin hər birinin qarşısında dayananda, onların nəzərini bir fərziyyə kimi qəbul etdi, sonra isə onların hər birinin gözdən itməsi və məhv olması ilə, onların batil olmalarının lazımlığına dəlil gətirdi. Əslində bu özü müxalifətlərin nəzərlərini batil etmək üçün istifadə olunan ən yaxşı yollardan biridir ki, onların təəssüb hissi də qıcıqlanmır. Məxsusən sonrakı ayədə buyurur: "Ey camaat! Mən sizin Allaha qərar verdiyimiz şəriklərdən uzağam."[35]

On birinci dəstə: Peyğəmbərlərin Allahdan deyil, camaatdan qorxmasına dəlalət edən ayələr.

Nümunə 1. Əhzab surəsi, ayə 37

Peyğəmbərin adı: Həzrət Məhəmməd (s)

Cavab: Quranın cümlələrinin açıqca deməsinə baxmayaraq (bir az düşünməklə), imam Səccad (ə)- dan bir rəvayət nəql edirik. Bu hədisi qeyri şiə məşhur təfsir alimi (Qortəbi) nəql edir ki, Peyğəmbər (s)- ə vəhy oldu ki, Zeyd, arvadı Zeynəbi başlayacaq. Həzrət də insani hissləri qorumaq və dihər hikmətlərə görə onunla evlənəcək.[36] Ona görə də, o zaman ki, Zeyd peyğəmbər (s)- in yanına gəldi və Zeynəbin əxlaqından və onun itaətsizliyindən şikayət etdi və bildirdi ki. onu boşamaq istəyir. Peyğəmbər (s) ona nəsihət etdi və buyurdu: Bu sözü demə və arvadını saxla. Amma eyni halda, həzrətin yəqini varidiki, axırda bir- birindən ayrılalacaqlar və ilahi vəhyə əsasən, peyğəmbər (s)- in bibisi qızı olan Zeynəblə, evlənəcək. Bu məlumatların hamısı, Quranın buyurduğuna əsasən, həzrətin ürəyində gizlətdiyi şeylər idi. Amma digər tərəfdən də onu boşamağa əmr etmək istəmirdi. Çünki qorxurdu ki, camaat onun üçün bəhanə yaratsınlar ki, əvvəlcə qulu olmuş, sonra isə övladlığa qəbul etdiyi Zeydin boşanmış arvadı ilə evlənib digər tərəfdən də Zeydi onu boşamağa həvəsləndirmişdir.

Bu, o həzrətin o qadınla evlənməsi zamanı yarana biləcək şayələrin bəzisi idi. Amma Allah bu məsələyə görə, öz peyğəmbərini danladı ki, niyə mübah və icazəli olan bir şey üçün (oğulluğa götürülmüşün boşanmış arvadı ilə evlənmə) camaatdan qorxursan? Allah öz peyğəmbərinə bildirdi ki, hər bir halda, indan qorxması daha yaxşıdır.

Diqqət etmək lazımdır ki, Qortəbi əlavə edir: Bizim alimlərimiz deyirlər, bu hədis, bu ayənin təfsirində deyilən ən yaxşı nəzər və sözdür. Görkəmli alimlər, təfsirçilər və araşdıranların hamısı onu qəbul ediblər. O həddə qədər ki, "Termizi" (böyük hədis alimi) "Nəvadirul- vusulda" bu hədisə işarə edərkən, belə deyir: Əli ibnil Hüseyn həzrət imam Səccad (ə) bu sözü, elm xəzinəsindən gətirib. Bu ləl- cəvahirətdən olan bir gövhərdir və dürlərdən olan bir qiymətli dür.[37]

Quranda peyğəmbərlər haqqında ikili cümlələrin zikr olunmasının hikmət və fəlsəfəsi:

Ola bilsin sual olsun: Düzdür ki, isyan və günahın geniş mənası var və müstəhəbləri tərk etmək tərki övliya da şamil olur, amma Allahın Quran ayələrində, özünün əziz peyğəmbərləri barəsində belə cümlələri dəfələrlə işlətməsinin hikməti nədir?

Bu maraqlı sualın cavabı, daha maraqlı bir hədisdə gəlibdir. Müsəlman olmayan bir kişi (zındıq) həzrət Əmirəl möminin Əli (ə)- dən soruşur: Allah öz peyğəmbərlərinin səhvlərini aşkara niyə deyib, "və əsa Adəmu rəbbəhu fəğəva" ayəsi kimi? Həzrət buyurdu: Peyğəmbərlərin səhvlərini və Allahın kitabında zikr etdiyi digər şeylər, uca Allahın zahiri qüdrəti və hikmət dəlillərindən ən aydınıdır. Çünki bilirdi ki, peyğəmbərlərin möcüzə və dəlilləri, ümmətlərin ürəyində elə böyük cilvələnir ki, bəziləri onların Allah olmasına inanırlar. Məsihlərin Məryəm oğlu İsa (ə) barəsində dedikləri kimi... Ona görə də, Allah bu səhvləri sayır ta hamı bilsin ki, onlar ilahi sifət və kamilliyin hamısına sonsuz və kamil formada sahib deyildirlər. heç kəs onların ilahi olmasını fikirləşməsin.[38]


[1] - Bəqərə surəsi, ayə 124, M. E. Bəyani Quran təfsiri, cild 7, səh 82- 83

[2] - M. E. Fəxri Razi, təfsiri kəbir, cild 10, səh 193

[3] - Ruhul- bəyan.təfsiri, cild 1, səh 338

[4] - Həşr surəsi, ayə 7

[5] - Məsələn: Mərhum Təbərisi məcməul- bəyanda, Əbul- fətih razi ruhul- cinanda, Qortəbi öz təfsirində, Fəxr Razi, kəbir təfsirində bə sair.

[6] - Nisa surəsi, ayə 80

[7] - Fəxri razi, kəbir təfsiri, cild 10, səh 193

[8] - Taha surəsi, ayə 121

[9] - Taha surəsi, ayə 115

[10] - Hud surəsi, ayə 47

[11] - Ənbiya surəsi, 62- 63

[12] - Saffat surəsi, ayə 89

[13] - Əlbəttə, cavabı xülasə vermək və oxucuda araşdırma həvəsi yaratmaq üçün, ayələr və onların tərcümələri qeyd olunmamışdır. Ona görə də, daha çox istifadə üçün, Ayətullah Məkarim Şirazinin ya Məhəmməd Məhdi Fuladvəndin Quran tərcümələrinə müraciət olunsun.

[14] - M. E. Əllamə Məclisi, Biharil- ənvar, cild 11, səh 72

[15] - Deməli, əgər də tərki övla günahda işlənirsə, məqsəd nisbi günahdır, nəinki mütləq günah tərki övlada, tərk olunan əməl ola, bilsin məkruh, ya mübah və hətta müstəhəb də ola bilər.

[16] - Nurus- səlkəqeyn təfsiri, cild 3, səh 404, hədis 165

[17] - Rağib İsfəhani, Müfrədat, "əsa" maddəsi.

[18] - Pəyami Quran, cild 7, səh 107- 108

[19] - Pəyami uran təfsiri, cild 7, səh 124

[20] - Pəyami Quran təfsiri, cild 7, səh 125

[21] - Seyid Mürtəza, tənzihul- ənbiya, səh 69

[22] - Seyid Mürtəza, tənzihul- ənbiya, səh 69

[23]-- Ustad Misbah Yəzdi, Amuzeşe əqaid, cild 1- 2, səh 256, Seyid Murtəza, tənzihul- ənbiya, səh 69

[24] - Amuzeşe əqaid, cild 2, səh 256

[25] - Məcməul- bəyan, cild 10, səh 506, Nurus- sələqeyn, cild 5, səh 596

[26] - Ənam surəsi, ayə 69

[27] - Pəyami Quran təfsiri, cild 7, səh 159

[28] - Pəyami Quran təfsiri, cild 7, səh 115- 116

[29] - tərki övla barəsində, birinci dəstə ayələrdə söhbət olundu.

[30] - Pəyami Quran, cild 7, səh 152

[31] - Təfsiri burhan, cild 2, səh 130, hədis 1, Pəyami Qurandan nəql ilə

[32] - Pəyami Quran, cild 7, səh 149, Nurus- səqəleyn, cild 5, səh 56, hədis 18

[33] - Nurus- səqəleyn, cild 3, səh 434, hədis 84, Biharul- ənvar, cild 11, səh 76, hədis 4, ismətul- ənbiya, (ə) babı

[34] - Pəyami Quran, cild 7, səh 123

[35] - Pəyami Quran, cild 7, səh 187

[36] - Zeyd, peyğəmbər (s)- in oğulluğu idi.

[37] - Təfsiri Qortəbi, cild 8, səh 5272, bəhs etdiyimiz ayələr barəsində.

[38] - Nurus- sələqeyn təfsiri, cild 3, səh 404, hədis 143

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    162865 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    154901 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    117737 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    109671 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    98760 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    91284 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53336 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    45180 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    43702 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    42862 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...