Ətraflı axtarış
Baxanların
10958
İnternetə qoyma tarixi: 2012/01/19
Sualın xülasəsi
Əhli-beyt (əleyhimus-salam)-ın düşmənlərinə lənət göndərməyin savabı xüsusunda məsum imamlardan rəvayət nəql olunmuşdurmu?
Sual
Əhli-beyt (əleyhimus-salam)-ın düşmənlərinə lənət göndərməyin savabı ilə əlaqədar məsum imamlardan gələn rəvayəti deyə bilərsinizmi?
Qısa cavab

Şiənin rəvayət məcmuələrində Əhli-beyt (əleyhimus-salam)-ın düşmənlərini lənətləmək və qarğış etməyin savabı ilə əlaqədar çoxlu rəvayət mövcuddur. İmam Riza (əleyhis-salam) Rəyyan ibni Şəbibə buyurdu: “Əgər Hüseyn (əleyhis-salam)-ın şəhid olan köməkçilərinin savabına nail olmaq və Peyğəmbər (səlləllahu əleyhi və alih) üçün düzəldilmiş otaqlarda sakin olmaq istəyirsənsə... hər vaxt Hüseyni xatırlasan, onun qatillərinə lənət göndər!”

Həmçinin Davud ibni Kəsir Rəqqi deyir ki, imam Sadiq (əleyhis-salam)-ın hüzurunda idim. O həzrət su istədi, ona su gətirdilər. İçdikdən sonra gözləri yaşla doldu və ağladı. Sonra buyurdu: “Ey Davud! Allah Hüseynin qatillərinə lənət etsin!”

“Kamiluz-ziyarət” kitabında “Su içərkən İmam Hüseyn (əleyhis-salam)-ı yad edən və onun qatillərinə lənət göndərən kəsin savabı” adlı bir bölmə mövcuddur.

Ətreaflı cavab

Şiənin rəvayət mənbələrində Əhli-beyt (əleyhimus-salam)-ın düşmənlərinə lənət göndərmək və onları qarğışlamaq barəsində çoxlu rəvayət mövcuddur. Burada iki nümunəni bəyan edirik:

1. Rəyyan ibni Şəbib deyir ki, Məhərrəm ayının birinci günü imam Riza (əleyhis-salam)-ın hüzuruna getdim. Həzrət mənə buyurdu: – Ey Şəbibin oğlu, oruc tutmuşsanmı?

Dedim: – Xeyr.

Həzrət buyurdu: – Bu gün elə bir gündür ki, Zəkəriyya peyğəmbər Pərvərdigarın dərgahında dua edərək demişdi: “Pərvərdigara! Öz tərəfindən mənə pak bir övlad əta et, çünki Sən duaları eşidənsən (qəbul edənsən)!” Allah da onun duasını qəbul etdi və mələklərə göstəriş verdi ki, mehrabda dayandığı halda Zəkəriyyanı çağırıb belə desinlər: “Allah sənə Yəhya adlı bir oğlanı müjdə verir.” Hər kəs bu gündə oruc tutsa və sonra Allah dərgahında dua etsə, Allah-taala onun duasını müstəcab edər. Necə ki, Zəkəriyyanın duasını müstəcab etmişdi.

Sonra buyurdu: – Ey Şəbibin oğlu! Həqiqətən Məhərrəm elə bir aydır ki, cahiliyyət dövrünün insanları keçmişdə malik olduğu ehtirama görə bu ayda zülm, müharibə və döyüşü haram hesab edirdilər. Bu ümmət nə bu ayın ehtiramını saxladılar, nə də Peyğəmbərin hörmətinə riayət etdilər. Ümmət bu ayda onun övladlarını öldürdülər, qadınlarını əsir tutdular, mal-dövlətlərini qarət etdilər. Allah heç vaxt onların bu günahını bağışlamaz. Ey Şəbinin oğlu! Əgər bir şey üçün ağlamaq istəsən, Hüseynə ağla, çünki onun başını qoçun başı kimi kəsdilər və xanədanından yer üzündə misli və tayı-bərabəri olmayan 18 nəfəri onunla birlikdə şəhid etdilər. Yeddi asiman və yeddi yer onun qətlində ağladı. Dörd min mələk ona kömək etmək üçün yer üzünə gəldilər, amma çatanda gördülər ki, qətlə yetirilib. Onlar o həzrətin qəbri üzərində qəmli və toz-torpağa bulaşmış halda Qaim İmamın zühuruna qədər gözləyirlər. Onların şüarları “Ya ləsaratil-Hüseyn” (Hüseynin intiqamı!) kəlməsindən ibarətdir. Ey Şəbibin oğlu! Atam öz atasından, o da babasından belə nəql edirdi: “Cəddim Hüseyn qətlə yetirilən zaman asimandan qan və qırmızı torpaq yağdı.”

Ey Şəbibin oğlu! Əgər Hüseyn üçün ağlasan və göz yaşların yanaqlarından axsa, Allah-taala sənin hər bir günahını bağışlayar – istər böyük olsun, istərsə kiçik; istər az olsun, istərsə də çox. Ey Şəbibin oğlu! Əgər Allahın görüşünə heç bir günahın olmayan halda getmək istəyirsənsə, Hüseynin ziyarətinə get. Ey Şəbibin oğlu! Əgər behiştdə hazırlanan otaqlarda Peyğəmbər (səlləllahu əleyhi və alih)-lə birlikdə məskunlaşmaq istəyirsənsə, Hüseynin qatillərinə lənət göndər. Ey Şəbibin oğlu! Əgər Hüseynin şəhid olan köməkçilərinin savabına nail olmaq istəyirsənsə, hər vaxt onu xatırlayanda de: “Kaş, onlarla birlikdə olaydım və böyük feyzə çataydım!” Ey Şəbibin oğlu! Əgər behiştin yüksək dərəcələrində bizimlə birlikdə olmaq istəyirsənsə, bizim qəm günümüzdə qəm-qüssəli ol, bizim şad olduğumuz vaxt şad ol və bizim vilayətimizdən heç vaxt ayrılma! Çünki əgər insan bir daşı sevsə, Allah Qiyamət günü onu həmin daşla məhşur edər (dirildər).[1]

 

2.

حَدَّثَنِی مُحَمَّدُ بْنُ جَعْفَرٍ الرَّزَّازُ الْکُوفِیُّ عَنْ مُحَمَّدِ بْنِ الْحُسَیْنِ عَنِ الْخَشَّابِ عَنْ عَلِیِّ بْنِ حَسَّانَ عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ کَثِیرٍ عَنْ دَاوُدَ الرَّقِّیِّ: قَالَ کُنْتُ عِنْدَ أَبِی عَبْدِ اللَّهِ (ع) إِذَا اسْتَسْقَى الْمَاءَ فَلَمَّا شَرِبَهُ رَأَیْتُهُ قَدِ اسْتَعْبَرَ وَ اغْرَوْرَقَتْ عَیْنَاهُ بِدُمُوعِهِ ثُمَّ قَالَ لِی یَا دَاوُدُ لَعَنَ اللَّهُ قَاتِلَ الْحُسَیْنِ ع فَمَا مِنْ عَبْدٍ شَرِبَ الْمَاءَ فَذَکَرَ الْحُسَیْنَ ع وَ لَعَنَ قَاتِلَهُ إِلَّا کَتَبَ اللَّهُ لَهُ مِائَةَ أَلْفِ حَسَنَةٍ وَ حَطَّ عَنْهُ مِائَةَ أَلْفِ سَیِّئَةٍ وَ رَفَعَ لَهُ مِائَةَ أَلْفِ دَرَجَةٍ وَ کَأَنَّمَا أَعْتَقَ مِائَةَ أَلْفِ نَسَمَةٍ...

Davud ibni Kəsir Rəqqi deyir: İmam Sadiq (əleyhis-salam)-ın hüzurunda idim. O həzrət su istədi, su gətirdilər. Suyu içdikdən sonra gözləri yaşla doldu və ağladı. Sonra buyurdu:  “Ey Davud! Allah Hüseynin qatilinə lənət etsin! Su içəndə onu yad edən və onun qatilinə lənət göndərən elə bir bəndə yoxdur ki, Allah-taala onun üçün yüz min həsənə (savab) yazmasın, yüz min günahını bağışlamasın və onun dərəcəsini yüz min dərəcə yuxarı aparmasın. Belə bir şəxs yüz min qul azad etmiş kimidir və qiyamət günü üzü parlayan halda məhşərə gələr.”[2]

Qeyd edək ki, “Kamiluz-ziyarat” kitabında “Su içərkən İmam Hüseyn (əleyhis-salam)-ı yad edən və onun qatillərinə lənət göndərən kəsin savabı” adlı bir bölmə də vardır.[3]



[1] Şeyx Səduq (rəhmətullah əleyh), “Əmalı”, səh. 129 və 130, “Ə’ləmi” nəşriyyatı, Beyrut, 5-ci çap, 1400-cü hicri qəməri ili:

حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَلِیٍّ مَاجِیلَوَیْهِ رَحِمَهُ اللَّهُ قَالَ حَدَّثَنَا عَلِیُّ بْنُ إِبْرَاهِیمَ عَنْ أَبِیهِ عَنِ الرَّیَّانِ بْنِ شَبِیبٍ قَالَ دَخَلْتُ عَلَى الرِّضَا ع فِی أَوَّلِ یَوْمٍ مِنَ الْمُحَرَّمِ- فَقَالَ لِی یَا ابْنَ شَبِیبٍ أَصَائِمٌ أَنْتَ فَقُلْتُ لَا فَقَالَ إِنَّ هَذَا الْیَوْمَ هُوَ الْیَوْمُ الَّذِی دَعَا فِیهِ زَکَرِیَّا ع رَبَّهُ عَزَّ وَ جَلَّ فَقَالَ رَبِّ هَبْ لِی مِنْ لَدُنْکَ ذُرِّیَّةً طَیِّبَةً إِنَّکَ سَمِیعُ الدُّعاءِ فَاسْتَجَابَ اللَّهُ لَهُ وَ أَمَرَ الْمَلَائِکَةَ فَنَادَتْ زَکَرِیَّا وَ هُوَ قائِمٌ یُصَلِّی فِی الْمِحْرابِ أَنَّ اللَّهَ یُبَشِّرُکَ بِیَحْیى‏ فَمَنْ صَامَ هَذَا الْیَوْمَ ثُمَّ دَعَا اللَّهَ عَزَّ وَ جَلَّ اسْتَجَابَ اللَّهُ لَهُ کَمَا اسْتَجَابَ لِزَکَرِیَّا ع ثُمَّ قَالَ یَا ابْنَ شَبِیبٍ إِنَّ الْمُحَرَّمَ هُوَ الشَّهْرُ الَّذِی کَانَ أَهْلُ الْجَاهِلِیَّةِ فِیمَا مَضَى یُحَرِّمُونَ فِیهِ الظُّلْمَ وَ الْقِتَالَ لِحُرْمَتِهِ فَمَا عَرَفَتْ هَذِهِ الْأُمَّةُ حُرْمَةَ شَهْرِهَا وَ لَا حُرْمَةَ نَبِیِّهَا ص لَقَدْ قَتَلُوا فِی هَذَا الشَّهْرِ ذُرِّیَّتَهُ وَ سَبَوْا نِسَاءَهُ وَ انْتَهَبُوا ثَقَلَهُ فَلَا غَفَرَ اللَّهُ لَهُمْ ذَلِکَ أَبَداً یَا ابْنَ شَبِیبٍ إِنْ کُنْتَ بَاکِیاً لِشَیْ‏ءٍ فَابْکِ لِلْحُسَیْنِ بْنِ عَلِیِّ بْنِ أَبِی طَالِبٍ ع فَإِنَّهُ ذُبِحَ کَمَا یُذْبَحُ الْکَبْشُ وَ قُتِلَ مَعَهُ مِنْ أَهْلِ بَیْتِهِ ثَمَانِیَةَ عَشَرَ رَجُلًا مَا لَهُمْ فِی الْأَرْضِ شَبِیهُونَ وَ لَقَدْ بَکَتِ السَّمَاوَاتُ السَّبْعُ وَ الْأَرَضُونَ لِقَتْلِهِ وَ لَقَدْ نَزَلَ إِلَى الْأَرْضِ مِنَ الْمَلَائِکَةِ أَرْبَعَةُ آلَافٍ لِنَصْرِهِ فَوَجَدُوهُ قَدْ قُتِلَ فَهُمْ عِنْدَ قَبْرِهِ شُعْثٌ غُبْرٌ إِلَى أَنْ یَقُومَ الْقَائِمُ فَیَکُونُونَ مِنْ أَنْصَارِهِ وَ شِعَارُهُمْ یَا لَثَارَاتِ الْحُسَیْنِ یَا ابْنَ شَبِیبٍ لَقَدْ حَدَّثَنِی أَبِی عَنْ أَبِیهِ عَنْ جَدِّهِ ع أَنَّهُ لَمَّا قُتِلَ الْحُسَیْنُ جَدِّی ص مَطَرَتِ السَّمَاءُ دَماً وَ تُرَاباً أَحْمَرَ یَا ابْنَ شَبِیبٍ إِنْ بَکَیْتَ عَلَى الْحُسَیْنِ ع حَتَّى تَصِیرَ دُمُوعُکَ عَلَى خَدَّیْکَ غَفَرَ اللَّهُ لَکَ کُلَّ ذَنْبٍ أَذْنَبْتَهُ صَغِیراً کَانَ أَوْ کَبِیراً قَلِیلًا کَانَ أَوْ کَثِیراً یَا ابْنَ شَبِیبٍ إِنْ سَرَّکَ أَنْ تَلْقَى اللَّهَ عَزَّ وَ جَلَّ وَ لَا ذَنْبَ عَلَیْکَ فَزُرِ الْحُسَیْنَ ع یَا ابْنَ شَبِیبٍ إِنْ سَرَّکَ أَنْ تَسْکُنَ الْغُرَفَ الْمَبْنِیَّةَ فِی الْجَنَّةِ مَعَ النَّبِیِّ وَ آلِهِ ص فَالْعَنْ قَتَلَةَ الْحُسَیْنِ یَا ابْنَ شَبِیبٍ إِنْ سَرَّکَ أَنْ تَکُونَ لَکَ مِنَ الثَّوَابِ مِثْلَ مَا لِمَنِ اسْتُشْهِدَ مَعَ الْحُسَیْنِ ع فَقُلْ مَتَى مَا ذَکَرْتَهُ یا لَیْتَنِی کُنْتُ مَعَهُمْ فَأَفُوزَ فَوْزاً عَظِیماً یَا ابْنَ شَبِیبٍ إِنْ سَرَّکَ أَنْ تَکُونَ مَعَنَا فِی الدَّرَجَاتِ الْعُلَى مِنَ الْجِنَانِ فَاحْزَنْ لِحُزْنِنَا وَ افْرَحْ لِفَرَحِنَا وَ عَلَیْکَ بِوَلَایَتِنَا فَلَوْ أَنَّ رَجُلًا تَوَلَّى حَجَراً لَحَشَرَهُ اللَّهُ مَعَهُ یَوْمَ الْقِیَامَة

[2] İbni Quləveyh Qummi, “Kamiluz-ziyarat”, səh. 107, 34-cü bab, “Su içərkən İmam Hüseyn (əleyhis-salam)-ı yad edən və onun qatillərinə lənət göndərən kəsin savabı”, Nəcəf, “Mürtəzəvi” nəşriyyatı, birinci çap, 1356-cı il

[3] Yenə orada

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Əgər bir müsəlman araşdırma edəndən sonra məsihi dininə iman gətirsə, fitri mürtəd və edam olunmalıdırmı?
    12477 Əhkam və hüquq fəlsəfəsi 2011/09/11
    İslam dini hamını İlahi tövhidi qəbul etməyə dəvət etsə də, amma bu hamını onu qəbul etməyə məcbur etmək mənasında deyil. Çünki iman və etiqad məcburiyyət və zoru qəbul etmir. Əlbəttə bu iş dinin əsası ilə müxalifətçilik fəzasına şərait yaratmaq mənasına deyil. Çünki İslamın əsası tövhid və şirki inkar etməyə möhkəmlənibdir. ...
  • İmam Hüseyn (ə) aşura günü onun üçün gətirilən suyu rədd etmişdirmi?
    8167 Qədim kəlam 2011/05/05
    Bu sualın cavabı üçün aşağıdakı qeydlərə diqqət yetirmək lazımdır: 1). İmamların və Peyğəmbərlərin insanlardan fərqli gücə malik olmasına baxmayaraq onların vəzifəsi adi insanlar kimi rəftar etməkdir. Onlar ictimai və məişət məsələlərində demək olar ki, heç bir qeybi köməkdən istifadə etməmişdirlər. Əgər İlahi qeyblərin möməklikləri ilə ...
  • Xəcalətin kökü nədir?
    10044 Nəzəri əxlaq 2012/06/13
    "Xəcalət" "utancaqlıq" mənasındadır. Utancaqlıq yəni, özünə həddən artıq diqqət və digərləri ilə qarşılaşmaqdan qorxmaq. Utancaqlıq həya ilə eyni mənada deyil. Həya özünü saxlamağa qüdrətin olmasıdır ki, iradə üzündən olan və dəyərli bir işdir. Ayə və rəvayətlərdə ona yaxşı qiymət verilir. Amma utancaqlıq tamamilə iradə ...
  • Xal qoymaq haramdır?
    6481 Nizamlar hüquq və əhkam 2012/02/09
    Həzrət Ayətullah Məhdi Hadəvi Tehraninin (damət bərəkatuh) cavabı belədir: Əgər bədən üçün zərəri olmaya, onun şəkilləri qəbahətli (eyibli) olmaya və xal qoyan şəxsin şəxsiyyətinin süstlüyünə səbəb olmaya, maneəsi yoxdur. Bu sualın ətraflı cavabı yoxdur. ...
  • Əfqanıstan və Pakistan ölkələrində fəaliyyətdə olan firqə və məzhəblər hansılardır?
    7571 تاريخ کلام 2012/06/23
    1. Əfqanıstan ölkəsində çoxlu firqələr, məzhəblər və sufi təriqəti mövcuddur. Onların fəaliyyətdə olan ən ümdə qisimləri aşağıdakılardır: a) Fiqhi firqələr: hənəfi, şiə, hənbəli (sələfiyyə); b) Kəlami firqələr: Şiə və maturidiyyə; v) Sufi təriqətləri: qadiriyyə, nəqşbəndiyyə, çeştiyyə. Əfqanıstanda fəaliyyətdə olan ...
  • Нәфс вә ја руһ да јухуја мүбтәла олурму?
    7804 Qədim kəlam 2010/06/13
    Кечмишдән бу вахта гәдәр инсан үчүн ән мүһүм вә ихтилафлы бәһсләрдән бири руһ вә онун һәгигәти һаггындадыр. Јухарыдакы суал да һәмин мөвзудан мәншәләнир ки, инсанын һәгигәти һәмин мадди вә заһири тәрәфидир, јохса, онун заһиринин архасында диҝәр бир варлыг да вар ки, онда артыг ...
  • Şivən və matəm ilə əlaqədar Peyğəmbər (səlləllahu əleyhi və alih) və Əhli-beytin rəvayətləri mötəbərdir, yoxsa şiə alimlərinin nəzəri?
    7546 Qədim kəlam 2011/10/20
    Bu mövzu barəsində bir neçə məsələyə diqqət yetirmək lazımdır: 1. Bu barədə rəvayət olunanların hamısına etimad etmək olmaz;2. Hökmlərin dəyişməsində zaman ...
  • Hədis elmində Şazz və müəllil hədis hansı məna da işlədilir?
    8057 Hədis elmləri 2015/05/30
    Şazz hədis: O rəvayətə deyilir ki, bir sənədi olsun, amma rəvayəti nəql edənlərin hamısı siqə (inanlmış və dürüst) insanlar olsun. Lakin mətn baxımından məşhurun nəql etdiyi rəvayətlə müxalif olsun. Şazz rəvayətə Nadir rəvayətdə deyilir[1]. Fiqh elmində Şazz adı çox vaxtı o ...
  • Qərb ökələrinin İslam Peyğəmbərinə əhanət etməsində məqsəd nədir?
    7479 Siyasət fəlsəfəsi 2011/04/16
    Sualın cavabını açıqlamaq üçün bir neçə nöqtəyə işarə edirik: 1.             Tarixdə bu cür əhanətlər: Peyğəmbərə (ə) və İslam Peyğəmbərinə (s) əhanət olunması təzə bir məsələ deyil, bəlkə çox keçmiş zamanlarda bu hadisənin olduğunu tarix bizlərə xəbər ...
  • Oğurluq günahını necə bərpa edə bilərik?
    12195 Nizamlar hüquq və əhkam 2011/11/24
    Allah-taalanın lütf və mərhəmətinin sizə şamil olduğuna görə təbrik edirəm! Çünki siz bu işin qəbahətli olduğunu başa düşüb tövbə ilə bu yaramaz işi bərpa etmək fikrinə düşmüşsünüz. Tövbə etməklə bu günahın bərpa olunması üçün ona deməyiniz lazım və vacib deyil. Siz onu öz işinizdən agah etməyin; özünüzlə ...

Ən çox baxılanlar

  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    167106 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    165590 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    120656 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    115252 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    113738 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    95475 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    56936 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    55492 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    47447 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    46628 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...