Ətraflı axtarış
Baxanların
9635
İnternetə qoyma tarixi: 2012/04/19
Sualın xülasəsi
Bədgüman olmağın amilləri nədir? Onun müalicə yolları nədir?
Sual
Bədgüman olmağın amilləri nədir? Onun müalicə yolları nədir?
Qısa cavab

Din təlimlərində başqalarını çirkin güman edən şəxsə “bədgüman” deyilir. İslam mənbələrində bu məsələ barəsində gələnləri araşdırırıq:

Bədgümanlıq – başqaları barəsində sui-zən, pis xəyallar etmək və mənfi fikirləşməkdir. Başqa sözlə desək, bədgümanlıq budur ki, insan başqalarının sözü və rəftarı barəsində pis fikirlər və yaramaz xəyallara malik olsun, onlardan təsirlənsin və o puç xəyalları gerçəklik kimi təsəvvür etsin. Bədgümanlıq aşağıdakı hallarda ola bilər: Allaha qarşı bədgümanlıq, camaata qarşı bədgümanlıq və insanın özünə qarşı bədgüman olması.

Əvvəldəki iki qisim rəzalət sifətlərindən və böyük günahlardan sayılır və islam dinində məzəmmət olunmuşdur.

Bədgümanlığa səbəb olan şeylər bunlardır: töhmət məqamında qərarlaşmaq, pis və şər insanlarla oturub-durmaq.

Bədgüman edən insan da isə, onun amilləri batindəki sarsıntılar, zəiflik, tələskənlikdir.

Ətreaflı cavab

İslam nəzərindən insanların düşüncə tərzi ictimai xeyirxahlıq, qarşılıqlı mehr-məhəbbət, hüsn-zən və s. əsaslarda qurulmalıdır. Yəni müsəlman şəxs gərək öz qəlbini və niyyətini dini bacı-qardaşlarına qarşı gözəlləşdirsin, onlara qarşı xeyirxahlıq, öyüd-nəsihət, dostluq və səadət fikrində olsun, onların əleyhinə hiylə və məkr işlətməkdən çəkinsin.

Sualda irəli çəkilən şey dini təlimlərdə “bədgümanlıq” kimi təbir olunur ki, bu məsələni bir neçə hissədə araşdırırıq:

1. Bədgümanlığın mənası

Lüğətdə bədgümanlıq başqaları barəsində sui-zən etmək, pis və yaramaz fikirlərdə olmaqdır. Başqa sözlə, bədgümanlıq odur ki, insan başqalarının rəftar və danışıqları barəsində yersiz fikirlərə, yanlış xəyallara yol versin və bu şeylər onda təsir qoysun, habelə bu kimi xəyalları gerçəklik hesab etsin. Misal üçün, bir nəfərin qadınla söhbət etdiyini görür və dərhal fikirləşir ki, onların arasında qanunsuz əlaqə vardır, onların söhbətləri aşiqanədir. Əməldə də həmin şəxsin pis əxlaqlı bir insan olduğunu qətiləşdirir və öz nəzərində artıq onu  etibarsız adam hesab edir. Belə vəziyyətə bədgümanlıq və başqaları barəsində belə fikirləşən şəxsə bədxah, bədgüman deyilir.

2. Bədgümanlığın növləri

a) Allah barəsində bədgümanlıq etmək

Allaha qarşı bədgümanlıq ilahi rəhmətdən və Onun geniş mərhəmətindən ümidsizlik və məyusluq halətidir və bu, çox böyük günahlardan biri hesab olunur. Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) buyurur: “Böyük günahların ən böyüyü Allaha qarşı bədgüman olmaqdır.”[1]

İnsan (müəyyən bir günah etdiyi təqdirdə) ilahi əzabdan qorxmalı, bununla eyni zamanda Allahın rəhmətindən (və tövbə edəcəyi təqdirdə) bağışlanacağından məyus olmamalıdır. O öz vəzifələrinə əməl etməli, xalis niyyətə malik olmalı, günahlarından qorxmalı və bununla eyni zamanda Allah-taalanın əfv və mərhəmətinə də ümidvar olmalıdır. İmam Riza (əleyhis-salam) buyurur: “Allah barəsində gümanını yaxşılat. Çünki Allah-taala buyurur: “Mən mömin bəndəmin Mənə qarşı gümanına baxıram: əgər Mənə qarşı yaxşı gümanda olsa, ona yaxşılıq edərəm, əgər pis gümanda olsa, onunla öz gümanına əsasən rəftar edərəm.”[2]

b) Camaata qarşı bədgüman olmaq

Camaata qarşı bədgüman olmaq budur ki, başqaları həqiqi mənada pis iş görmədikləri halda insan onlara qarşı pis güman və xəyalda olsun, həmin fikirlərə qapılaraq əks-reaksiya da göstərsin. Bədgümanlığın bu növü birinci qisimdə olduğu kimi (Allaha qarşı bədgüman olmaq), çirkin və rəzalət sifətlərdən, günahlardan hesab olunur. Həzrət Əli (əleyhis-salam) buyurur: “Yaxşı insana qarşı bədgümanlıq ən pis günah və ən çirkin zülmdür.”[3]

v) İnsanın özünə qarşı bədgüman olması

Yəni insan daim özünü Allah və Onun bəndələrinin hüquqlarına qarşı müqəssir hesab etsin. Birinci və ikinci qisimdə olanların əksinə olaraq bədgümanlığın bu növü günah deyil, üstəlik xalis möminlərin bariz xüsusiyyətləri və yüksək məziyyətlərindən biridir. Çünki bu halət Allaha ibadət və itaət yolunda daha artıq çalışmağa səbəb olur, insanı qəflətdən və qürur hissindən qoruyub saxlayır. İmam Əli (əleyhis-salam) buyurur: “Ey Allah bəndələri! Bilin ki, mömin şəxs yalnız o zaman sübhü axşama və axşamı sübhə çatdırır ki, öz nəfsi barəsində bədgüman olsun, daim onun eyiblərini axtarsın və ondan daha artıq fəaliyyəti təvəqqe etsin.”[4]

3. İslamda bədgümanlıq məzəmmət olunur

Bədgümanlıq çox təhlükəli əxlaqi xəstəliklərdən biridir. Qəlbinin səhifəsini bədgümanlıq toz-torpağı örtən şəxs başqalarını qəlb güzgüsündə gözəl görmür, o, gerçəklikləri dərk etməkdən acizdir. İslam dini öz tabeçilərini bu çirkin sifətdən qorxudaraq çəkindirmişdir. Qurani-kərim bu barədə buyurur: “Ey iman gətirənlər! Gümanların çoxundan çəkinin! Çünki gümanların bəzisi günahdır.”[5]

Başqa bir ayədə buyurulur: “Elmin olmayan şeylərə (zənn və güman əsasında) tabe olma (reaksiya göstərmə). Çünki qulaq, göz və qəlbin hamısından sual olunacaqdır.”[6]

Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) buyurur: “Həqiqətən Allah qana (cana) və mala təcavüz etməyi haram saymış, müsəlmana qarşı bədgüman etməyə icazə verməmişdir.”[7]

Əli (əleyhis-salam) buyurur: “Bir-birinizə qarşı bədgümanlıqdan uzaq olun! Çünki böyük Allah onu qadağan etmişdir.”[8]

Həzrət başqa bir yerdə buyurur: “Xəyanət etməyən bir kəsə qarşı bədgüman olmaq (ruhi) mərtəbənin alçaq olmasından irəli gəlir.”[9]

4. Bədgümanlığın amilləri

İnsanın bədgümanlıq etməsinə səbəb olan amillər aşağıdakılardır:

a) Bədgüman insanın xüsusi zəifliyə və ruhi sarsıntıya düçar olması onu başqaları barəsində pis gümanlar etməyə vadar edir. Əli (əleyhis-salam) bu barədə buyurur: “Şər insan başqaları barəsində xeyir fikrində deyildir. Çünki onları da öz təbiəti ilə müqayisə edir.”[10]

b) İmansızlıq və ya imanın zəif olması bədgümanlığın digər amilidir. Əli (əleyhis-salam) buyurur: “Bədgüman insanın dini yoxdur.”[11] Başqa bir hədisdə isə buyurur: “İman bədgümanlıqla bir yerə yığışmaq.”[12]

v) Batinin alçaq təbiətli olması, gözəl əxlaqdan və insani səciyyələrdən uzaq olmaq sui-zənnin digər bir səbəbidir. İmam Əli (əleyhis-salam) buyurur: “Xəyanət etməyən bir şəxsə qarşı bədgüman etmək alçaqlıqdır.”[13]

Camaatın qarşı tərəfə (bədgüman insanın sui-zənn etdiyi şəxsə) qarşı sui-zən etməsinin səbəbləri aşağıdakılardır:

a) Töhmət məqamında qərarlaşmaq. Bəzən insan özünü elə yerlərdə qərar verir ki, camaat onun barəsində bədgüman etməsinə səbəb olur. Elə işlər görür ki, hər kəs onu görsə onun barəsində pis fikirləşər. Bu işə də islam nəzərindən icazə verilmir. Çünki belə olan halda insan öz ixtiyarı və iradəsi ilə başqalarının onun barəsində bədgüman etməsinə şərait yaradır və onun müqəddimələrini hazırlayır. Əli (əleyhis-salam) buyurur: “Hər kəs pis və nalayiq yerlərə daxil olsa, müttəhim olunar. Özünü töhmətə məruz qoyan şəxs onun barəsində bədgüman edənləri məzəmmət etməsin.”[14]

Rəvayət olunmuşdur ki, bir gün Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih) öz həyat yoldaşı Səfiyyə (Hüyy ibni Əxtəbin qızı) söhbət edirdi. Bu zaman ənsardan olan bir kişi oradan keçirdi. Peyğəmbər onu çağırıb buyurdu: “Ey filankəs! Bu qadın arvadım Səfiyyədir! (Yəni gərək qəlbindən pis fikir keçməsin).”

O kişi dedi: “Ey Allahın Rəsulu! Məgər biz sənin barəndə yaxşılıqdan başqa bir şey fikirləşə bilərikmi?!”

Həzrət buyurdu: “Şeytan qan kimi insanın bütün bədənində cərəyan edir və mən də (onun) sənə daxil olacağından (yəni mənə qarşı sui-zənn edəcəyindən) qorxdum.”[15]

b) Pis və şər adamlarla oturub-durmaq. Adətən, şər və əxlaqsız adamlar saleh və düz insanlara qarşı sakit dayanmır, onlardan eyib tapmağa çalışır, onlarda kiçik bir zəiflik və nöqsanlı hal görən kimi onu şişirdir, zəiflik tapa bilmədikdə isə özündən bir eyib düzəldirlər. Belə adamlarla oturub-durmaq insanın layiqli adamlara qarşı bədbin olmasına səbəb olur, onların rəftar və təfəkkürlərini tam əksinə təfsir və təhlil edir, onların gözəl işlərini çirkin qələmə verir. Əli (əleyhis-salam) buyurur: “Pis adamlarla oturub-durmaq yaxşı insanlara qarşı bədgümanlığa səbəb olur.”[16]

5. Bədgümanlığın ziyanları

Bədgümanlıq insanın fərdi və ictimai həyatında xoşagəlməz təsirlər qoyur ki, aşağıda onların bəzilərini qeyd edirik:

a) Fərdi təsirlər

1. İnsanın camaatdan qaçması:

İctimai həyat insanlar arasında ülfət, ünsiyyət və qarşılıqlı etimad əsasında bərqərar olmuşdur. Əgər insanlar bir-birinə qarşı bədgüman etsələr, qarşılıqlı etimad aradan gedər, səmimiyyət və ünsiyyət qarşılıqlı nifrətə çevrilər, hamı bir-birindən qaçar. Bədgüman şəxs başqalarından qaçır və yalqız qalır. Əli (əleyhis-salam) buyurur: “Hər kəs gümanını yaxşılaşdırmasa, hamıdan qorxar.”[17]

2. İbadətlərin məhv olub puça çıxması

Başqalarına qarşı bədgüman olmaq, pis fikirlərə qarşı reaksiya göstərmək insanın ibadətlərini puça çıxarır, günah yükünü ona ərməğan gətirir. Əli (əleyhis-salam) buyurur: “Bəd güman etməkdən uzaq ol! Çünki bəd güman ibadəti korlayır və günahı böyüdür.”[18]

Yəni insan başqalarına qarşı bədgüman etdiyi zaman onların barəsində düzgün olmayan mühakimə yürüdür, onların barəsində yaramaz sözlər danışaraq eyiblərini axtarır və özünü başqalarından üstün hesab edir.  Nəticədə bu yaramaz sözlər, qeybət və özünü üstün görməsi bir tərəfdən ibadətlərinin puça çıxmasına səbəb olur, digər tərəfdən də bu çirkin əməllər və rəzil sifətlər bədgümanlıq günahının yanında qərarlaşaraq sahibinin günahını ağırlaşdırır.

3. Həlak olmaq

Bədgümanlıq çox təhlükəli ruhi xəstəliklərdən biridir. Bədbin şəxs daim ruhi əzab keçirir, onun qəlbinin səhifəsi puç xəyallar və yanlış fikirlərlə örtülmüşdür. Buna görə də zamanın keçməsi ilə öz ruhi sağlamlığını əldən verir, sui-zəndən irəli gələn məyusluq səbəbi ilə özünü həlak edir. İmam Əli (əleyhis-salam) buyurur: “Bədgümanlıq sahibini həlak edir, ondan uzaqlaşanlar qurtuluşa çıxar.”[19]

b) İctimai təsirlər

1. İnsanlar arasında qarşılıqlı etimadın aradan getməsi

Bədgümanlıq cəmiyyətə hakim olan məcmu etimad ruhunu aradan aparır, ictimai təhlükəsizliyi xətərə salır. Belə ki, heç kəs başqasına etibar etmir, insanlar bir-birinə xəyanətçi gözü ilə nəzər salaraq bir-birindən qaçırlar. Əmirəl-möminin Əli (əleyhis-salam) buyurur: “Camaatın ən pisi o kəsdir ki, bədgümanlığına görə camaata etimad etmir, bir kəs də onun əməlinin pis olduğuna görə ona etimad etmir.”[20]

2. İşlərin xarab olması və başqalarının şər işlərə təşviqi

Bədgümanlığın mənfi təsirlərindən biri yaxşı işlərin puça çıxmasıdır. Çünki bədgümanlıq etimadsızlıq yaradır, etimadsızlıq da başqalarında mənfi hislər oyadır və işlərin eşq-məhəbbət üzündən yerinə yetirilməsi əvəzinə, etimadı cəlb etmək üçün süni rəftarlara, yaxud işdə problem yaratmağa, işlərin görülməsini mürəkkəbləşdirməyə vadar edir. Başqa sözlə desək, bədgümanlıq xisləti düz və etimad olunan insanları düzgün olmayan yollardan istifadə etməyə vadar edir. Əli (əleyhis-salam) bu barədə buyurur: “Bədgümanlıq işləri puça çıxarır və insanı pisliklərə tərəf çəkir.”[21]

3. Dostluq əlaqələrinin gərginləşməsi

Dostlara qarşı bədgümanlıq onların arasındakı əlaqələrin gərginləşməsinə səbəb olur, dostluq və səmimiyyəti məhv edir. Əli (əleyhis-salam) buyurur: “Bədgümanlıq hər kəsin qəlbinə qələbə çalsa, onunla dostu arasında artıq səfa-səmimiyyətə yer qalmır.”[22]

6. Bədgümanlıqla mübarizə yolları

Bədgümanlığı aradan qaldırmaq üçün müxtəlif yollar vardır. O cümlədən:

a) Nəfsin islah olunması

Bədgümanlıq adətən, günaha aludə olan, şər və alçaq təbiətli insanlardan baş verir. Yəni pozğun və aludə insanlar başqalarını da özləri ilə müqayisə edir, özlərindəki rəzalət xislətlərinin inikasını onlarda görürlər. Buna görə də hamını özü kimi təsəvvür və öz xislətlərinə sahib olduğunu güman edib fikirləşir ki, hamı onun kimdir. Bədgüman şəxs bu vəziyyətlə mübarizə aparmaq üçün hər şeydən əvvəl, özündəki eyibləri islah etməlidir ki, başqalarını özü ilə müqayisə etsə, bədgümanlığa düçar olmasın. Digər tərəfdən, gərək başqalarını özü kimi fərz etməsin. Çünki onların daha yüksək və ali ruhiyyəyə malik olması mümkündür. Buna görə də layiq deyildir ki, özünün pis xislətlərini meyar qərar versin və öz din qardaşlarına qarşı pis xəyallar etsin. Deməli, sui-zən ilə mübarizənin birinci yolu insanın öz nəfsini islah edib rəzalətlərdən paklamasıdır. Əli (əleyhis-salam) buyurur: “Xoş olsun o kəsin halına ki, özündəki çirkinliyi və pisliyi (barəsində fikirləşmək) onu, camaatın çirkinlikləri (eyibləri)  barədə fikirləşməkdən saxlayır.”[23]

b) Müsəlmanın işlərinin düzgün olmasına hökm etmək

Müsəlman şəxslər barəsində külli qayda budur ki, zahiri düzgün olan müsəlman şəxsin pis fikri yoxdur, çirkin işlər görmür, azğınlığa getmir, islamı qəbul etdiyinə görə rəzalətlərin çoxundan və çirkin işlərdən pakdır. Buna görə də müsəlmanların bir-birində müşahidə etdikləri işləri mümkün qədər və ağlabatan şəkildə izah oluncaya qədər düzgün olduğunu əsas götürməli, bir-birinin əməl və sözlərini pisliyə yozmaqdan çəkinməlidirlər. Bu da bədgümanlıqla mübarizənin digər bir yoludur.

Əli (əleyhis-salam) buyurur: “Özünün (din) qardaşının işlərini ən yaxşı şəkildə təsəvvür et – izah yolu sənin üzünə bağlanıncaya qədər. Din qardaşının ağzından çıxan söz barəsində heç vaxt pis güman etmə ki, həmin söz üçün yaxşı təfsir tapasan.”[24]

v) Tələm-tələsik mühakimədən uzaq olmaq

Bədgümanlıqla mübarizə yollarından biri budur ki, insan müsəlman qardaşları barəsində bir şey eşidən kimi dərhal mühakimə yürütməsin və ona inanmasın. Bu xəbərin doğru və ya səhv olduğunu gözləsin, qəti şəkildə təsdiq olunandan sonra ona inansın. Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih) buyurur: “Hər vaxt pis güman etsən (o məsələni qəti hesab etmə və tez) mühakimə yürütmə!”[25]

Həzrət Əli (əleyhis-salam) buyurur: “Ey insanlar! Hər kəs özünün (din) qardaşını tanıyıb dində möhkəm və sabit, danışıqda və əməldə düz yolda olduğunu bilsə, gərək camaatın onun barəsindəki pis sözlərinə qulaq asmasın...”[26]

v) Bədgümanlığın ziyanların barəsində fikirləşmək

Bədgümanlıq ilə mübarizə yollarından biri də onun yaratdığı fərdi və ictimai zərərlər barəsində fikirləşməkdir.

7. Bədgümanlığa icazə verilən yerlər

Sual: bədgümanlıq həmişə məzəmmət olunurmu?

Bir kəsin zehnində belə bir sual yarana bilər: Görəsən bədgümanlıq hər bir yerdə və hər kəsə qarşı çirkindirmi, yoxsa müxtəlif insanlara və zaman şəraitlərinə bağlıdır?

Cavabda deyirik: Rəvayətlərdən məlum olur ki, bəzi hallarda bədgümanlığa icazə verilir, hətta bəzi vaxtlarda vacib də olur. Onların bəzilərini qeyd edirik:

a) Fəsadın qələbə çaldığı dövrdə

Camaatın əksəriyyəti fəsada və əxlaqsızlığa düşdüyü bir mühitdə hamıya qarşı xoş güman etmək məntiqi və düz iş deyildir. Bu iş insanın aldanmasına və zərərə düşməsinə səbəb ola bilər. Əli (əleyhis-salam) buyurur: “Əgər fəsad və pozğunluq ruzigara və onun əhlinə qələbə çalsa, bu zaman bir nəfər başqasına xoşbin olsa, aldanmış və nadanlıq etmiş olar.”[27]

Rəvayətdə deyilir ki, imam Sadiq (əleyhis-salam)-ın oğlu İsmail şərabxor bir kəsə müəyyən qədər pul vermək istəyirdi ki, onun üçün ticarət etsin. Bu barədə atası ilə məşvərət etdikdə həzrət buyurdu: “Oğlum! Bu kişinin şərab içdiyini eşitməmişsənmi?!” Dedi: “Camaat belə deyir.” Həzrət buyurdu: “Bu işi görmə! (Pulunu ona vermə!)”

İsmail atasının sözünə baxmadı və pullarını o kişiyə verdi. O kişi də ticarət məqsədi ilə Yəmənə yola düşdü. Səfərdən qayıdanda İsmailə nəinki qazancı, hətta pulların özünü belə qaytarmadı.[28]

Belə mühitlərdə insan ehtiyat yönünə aid olanlardan başqasına reaksiya göstərməməlidir. Yəni lazım olan ehtiyata riayət etməkdən əlavə, ayrı-ayrı insanlara qarşı etimadsızlıq və bədgümanlığa səbəb olan əməlləri zahir etməkdən çəkinməli, belə hallarda ayıq olmalı və lazımi ehtiyatlara riayət etməlidir ki, heç vaxt aldanmasın.

b) Düşmənlə sülh etdikdən sonra

Düşmənlə sülh və atəşkəs bərqərar edildikdən sonra onlara xoşbin olmaq sadəlövhlük və xamlıq əlamətidir. Müsəlmanlar həmişə ayıq olmalı və düşmənə aldanmamalıdırlar. Çünki onların sülhü müsəlmanları qafil etmək və onları ələ keçirmək üçün yeni bir hiylə ola bilər. Əli (əleyhis-salam) buyurur: “Barışıqdan sonra düşməndən çox ehtiyatlı ol! Çünki çox vaxt düşmən özünü yaxınlaşdırır ki, sənə qəfildən hücum etsin. Belə isə, işində möhkəm, ehtiyatlı ol və bu kimi hallarda xoşgümanlığı müttəhim hesab et.”[29]

Qeyd olunmalıdır ki, ilkin qaydaya əsasən aşkarda günah işlər törədən fasiq və günahkar insana qarşı da xoş güman etmək olmaz. Çünki  tam cürətlə və heç nədən qorxub çəkinmədən Allahla müxalifət edən şəxsə etimad etmək də xamlıq əlamətidir.[30]

Əlavə məlumat üçün bax: “İnsan və bədbinlik”, sual 5311 (sayt: 5484)

 


[1] Payəndə, Əbul-Qasim, “Nəhcul-fəsahə”, səh. 236, “Dünyayi daniş” nəşriyyatı, Tehran, 1382-ci şəmsi il.

[2] Səduq, Məhəmməd ibni Əli, “Üyunu əxbarir-Riza (əleyhis-salam)”, 2-ci cild, səh. 20, “Cahan” nəşriyyatı, 1378-ci qəməri il.

[3] Amədi, Əbdül-Vahid, “Ğürərül-hikəm və dürərül-kiləm”, səh. 263, “Dəftəri-təbliğat” nəşriyyatı, Qum, 1366-cı şəmsi il.

[4] Yenə orada, səh. 90

[5] “Hucurat” surəsi, ayə: 12

[6] “İsra” surəsi, ayə: 36

[7] Məclisi, Məhəmməd Baqir, “Biharul-ənvar”, 72-ci cild, səh. 201, “Vəfa” müəssisəsi, Beyrut, 1404-cü qəməri il

[8] Yenə orada, səh. 174, hədis 4

[9] “Ğürərul-hikəm”, səh. 263

[10] Yenə orada, səh. 105

[11] Yenə orada, səh. 264

[12] Yenə orada

[13] Yenə orada, səh. 263

[14] “Biharul-ənvar”, 75-ci cild, səh. 93

[15] Nəraqi, Molla Məhdi, “Camius-səadat”, 1-ci cild, səh. 319

[16] “Biharul-ənvar”, 71-ci cild, səh. 191

[17] “Ğurərul-hikəm”, səh. 254

[18] Yenə orada, səh. 263.

[19] Yenə orada

[20] Yenə orada

[21] Yenə orada

[22] Yenə orada, səh. 264

[23] “Nəhcul-bəlağə”, səh. 256, “Darul-hicrət” nəşriyyatı, Qum

[24] “Biharul-ənvar”, 72 cild, səh.196, “Vəfa” müəssisəsi, Beyrut

[25] Yenə orada, 72-ci cild, səh. 155

[26] Yenə orada, 72-ci cild, səh. 197

[27] Yenə orada,

[28] Kuleyni, Məhəmməd ibni Yəqub, “Əl-kafi”, 5-ci cild, səh. 299, “Darul-kutubil-islamiyyə”, Tehran, 1365-ci şəmsi il

[29] “Biharul-ənvar”, 33-cü cild, səh.610

[30] “Zəmzəmi əxlaq” CD-si, “İslam elmləri tədqiqat kompüter (nur) mərkəzi”, azacıq dəyişiklik və redaktə ilə

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Təsadüfi suallar

  • Zürarənin şəxsiyyəti və mövqeyi İmamların yanında necə idi?
    6681 تاريخ بزرگان 2012/02/15
    Zürarə İmamların yanında böyük mövqe və dərəcəsi olan səhabələrdəndir. O icma- əshabından biri yayılır ki, İmamlar (ə) -ın əshabı onun düz danışmağını hamısı qəbul edir. Onun pislənməsində rəvayətlər olsa da, amma rəvayətləri bir yerə cəm edib və son nəticəni alanda, onun İmamlar (ə)- ın əshabının ən böyüklərindən biri ...
  • İmamların vəziyyət və dərəcə baxımından Peyğəmbərlə (s) eyni və oxşar olması barəsində olan hədis düzgündürmü? (Əl- kafi, cild 1, səh 280)
    5390 Qədim kəlam 2011/10/11
    On dörd Məsum (ə) ən yüksək insani və ruhani kamal dərəcələrində olmalarına baxmayaraq həzrət Rəsulullah (s) onların ən kamil və ən yüksək dərəcəyə malik olanıdır. O xüsusi imtiyaz və xüsusiyyətlərə malikdir ki, heç bir İmam buna sahib deyildir. Belə ki, bu hədis barəsində sualın cavabında İmam Sadiqdən (ə) buyurmuşdur: “İmamlar ...
  • Нәјә ҝөрә исламда мүртәд шәхси едам едирләр? Мәҝәр бу инсанын азадлығына зидд иш дејил?
    9193 Nizamlar hüquq və əhkam 2010/03/11
    Мүртәдлик диндән хариҹ олмағы изһар етмәјә дејилир. Чох вахт бу иш диҝәрләринин дә диндән чыхармасына сәбәб олур. Мүртәдин һөкмү диндән чыхана аид олур, лакин нә гәдәр ки, шәхс бу әгидәни изһар етмәјиб ону ҹәзаландырмазлар. Беләликлә, мүртәдин ҹәзасы онун шәхси әгидәсинә ҝөрә јох, иҹтимаи ...
  • Bir qadının qanun çərçivəsində ərinin qarşısında olan vəzifəsini açıqlayın və deyin ki, kişi hansı işlərdə qadını məğlub edə bilər.
    17469 Nizamlar hüquq və əhkam 2011/06/27
    Möhkəm bir ailə həyatı davamlı və minnətsiz məhəbbətdən, dostluqdan, geniş təşəkkürdən, bir- birlərinə səmimi rəftardan və bir- birlərinin hüququna riayət etməkdən ibarətdir. Müqəddəs İslam dini ailələri kiçik bir ictimaiyyət sayaraq onların möhkəm və davamlı olması üçün hər iki tərəf üçün müəyyən qanunlar nəzərdə tutulmuşdur. Çünki, Allah Taala bütün hüquqlar üçün ...
  • Bəzi vacib və ya müstəhəb əməlləri yerinə yetirməyə ciddiyyətli olmaq namazın əvəzini verə bilərmi?
    6019 Nizamlar hüquq və əhkam 2012/07/22
    Suala cavab verməzdən əvvəl bir məsələni izah etmək zəruridir: İslamın hökmləri və göstərişləri məsləhət və məfsədə əsasında olsa da, bəşərin əqli təklikdə şəriət hökmlərinin bütün faydalarını, eləcə də onların tərk edilməsinin bütün zərərlərini dərk edə bilməz; bu barədə Allahın vəhyinə və məsumların (əleyhimus-salam) sözlərinə tabe olmaq lazımdır. ...
  • Nə üçün Allah- Taala Quranda özü barəsində olan şəxs əvəzliklərini kişi cinsində qeyd etmişdir?
    6821 Quran 2011/04/16
    Qurani kərim ərəb dilində nazil olduğu üçün onun bütün ayələri ərəb dili qramatikasında yazılmışdır. Allah Taalanın Qurani kərimdə özü barəsində olan ayələri kişi cinsində gətirməsi də məhz ərəb dili qramatikasının tələblərindəndir. Ərəb dili qramatikası bütün dil və qramatikalardan fərqli olduğu üçün geniş izaha ehtiyacı vardır. Amma biz burada qısa surətdə ...
  • Нәјә ҝөрә намазы вә диҝәр ибадәтләри әрәбҹә охумајылыг?
    6912 Əhkam və hüquq fəlsəfəsi 2010/09/29
    Ислам вәһдәт вә бирлик дини олуб бүтүн мүсәлманлары бир ҹәбһәдә гәрар вермәк истәјир. Белә бир ҹәмијјәтин ваһид бир дили олмалыдыр, чүнки, бир-бириндән фәргләнән дилләр васитәси илә әсл вәһдәт мүмкүн дејилдир. Әксәр дилшүнасларын играрына әсасән, дүнјада ән ҝениш вә дәрин мәналары өзүндә ҹәмләшдирән әрәб дилини Исламда бејнәлхалг ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    43759 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Bəzi övliyaların, keçmişdə, indi və gələcəkdə olanlardan xəbərdar olmasından məqsəd nədir?
    9615 Qədim kəlam 2011/01/15
    İnsanın məlumatı müxtəlif yollardan insan üçün, yaranır. Bu yollardan biri, qeyblə əlaqədir ki, bunun özünün müxtəlif formaları var. və insanın əqli və ruhi böyüklüyünə və onun Allahın feyz mənbəyinə bağlılığına uyğun olaraq, fərqlənir və geniş və dar olur.İnsanlar adətən özlərini elm təhsilinin adi və təbii yolları çərçivəsində ...
  • İran islam respublikasının Əsas Qanunu necə yazılmışdır?
    7847 Nizamlar (Qurluşlar) 2012/06/23
    İran islam respublikasının Əsas Qanunu İran xalqının milli və dini əhd-peymanıdır. İran xalqının və hökumətinin hüquq və vəzifələrinin mahiyyəti barəsində olan bu qanun islamın nurani şəriəti əsasında tənzim olunmuşdur. İran islam respublikası dini-demokratik bir quruluş olduğuna görə onun Əsas Qanunu əhalinin iştirakı və islamın nurani ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    162905 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    155044 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    117796 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    109750 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    98942 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    91347 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53374 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    45323 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    43759 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    42921 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...