Ətraflı axtarış
Baxanların
3246
İnternetə qoyma tarixi: 2012/02/15
Sualın xülasəsi
İmtina edilmişə hakimin vilayəti qaydasının mənası nədir?
Sual
İmtina edilmişə hakimin vilayəti qaydasının mənası nədir?
Qısa cavab

Qaydanın qısa və açıq tərifi budur ki, müsəlmanların hakimi, bir nəfər öhdəsinə olan hüquqları (ümumi mənada) ödəməkdən imtina edən zaman, hakim onu öhdəsində olan haqqı yerinə yetirməyə məcbur edir.

Fiqhi əsərlərə qısa və səthi baxışda, insana bu nəticəni qəbul etdirir ki, imtina edilmişə hakimin vilayəti, möcüzə qaydası olaraq (qəbul olunmuş qayda) bütün fəqihlərin yanında olub və irada yer yoxdur. Baxmayaraq ki, bəzi mənalarda ixtilaflar nəzərə çarpır.

Ətreaflı cavab

Qaydanın açıqlanması izahı

Hakimin vilayəti, fiqhi əsərlərdə gözə çarpan ən qədim və ən köklü məsələlərdəndir. İslam qanunlarının təbiəti və onun böyük vəzifəsi, digər çoxlu dəlillər kənarında, bu məsələnin fiqhdə əsas mövzu olaraq istinad olunmasına səbəb olubdur.

Fiqhi əsərlərə qısa və səthi baxışda, insana bu nəticəni qəbul etdirir ki, imtina edilmişə hakimin vilayəti, möcüzə qaydası olaraq (qəbul olunmuş qayda) bütün fəqihlərin yanında olub və irada yer yoxdur. Baxmayaraq ki, bəzi mənalarda ixtilaflar nəzərə çarpır.

Qaydanın qısa və açıq tərifi budur ki, müsəlmanların hakimi, bir nəfər öhdəsində olan hüquqları (ümumi mənada) ödəməkdən imtina edən zaman, hakim onu öhdəsində olan haqqı yerinə yetirməyə məcbur edir.[1]

Hakim kimdir?

Hər hakimin belə bir ixtiyarı varmı və təkcə müsəlman olub və müsəlmanlara hökmranlıq etməklə, belə ixtiyar sahibi ola bilərmi? Ya məqsəd İslamın bütün hökmləri və ibadət və müamilə məsələlərini bilən və onun əsaslarına alim olan şəxslərdir?

"Fiqh qaydaları" kitabında, rəvayətlərdən və fəqihlərin dəlilindən hakimin mənasını nisbətən geniş araşdırdıqdan sonra, belə yazır: "Xülasə budur ki, fiqhdə hakim kəlməsinin digər istifadə yerlərinə diqqət etdikdə, belə nəzərə gəlir ki, burada bu kəlmədən fəqihlərin məqsədi belədir: "Camius- şərait fəqih ki, hökm və məhkəmə vəzifəsindən əlavə, nəzarət vəsifəsi onun ümumi mənasında və geniş idarə səlahiyyətinə də malikdir."[2]

Bu rəvayətin dəlilləri

A). Ümumi dəlil (əqli dəlil və ağıl sahiblərinin əsası): Camaatın ictimai nəzm- intizamı qorumaq və ədaləti bərpa etmək, bəşər övladının hamısının şüarı və arzusudur. Ona görə də, ağıl belə bir ədalətin qurulmasına hökm edir. Digər tərəfdən, qanun və qanuni vəzifələrə əməl, bütün ictimai əlaqələrin əsası kimi qəbul olunan cəmiyyətdə, gərək qanun pozanlarla münasib davranılmalıdır ki, qanun qoyan və səlahiyyətli insanlar tərəfindən təyin olunan sərhədləri onların aşması, ümumi nəzm- intizamda qarışıqlıq yaratmayıb və digərlərini də qanunpozmağa həvəsləndirməsin. Həmin sadə hüquqi dəlil, müzakirə onunan qaydanın tapılmasında ən mühüm əsasdır. Ona görə də, fəqihlərin çoxu, bu qaydaya istinad etmək üçün, sübut və dəlil gətirməyə heç bir ehtiyac görməyib və imtina olunmuşa hakimin vilayəti qaydasına qəbul olunmuş və sarsılmaz bir qanun kimi baxıblar. Belə bir nəticənin sirri, hökmün vəziyyəti və onun əqli aydın söykənəcəyinin olmasıdır. Və yaxud, vilayət- fəqih dəlilləri kafi və bu mövzuya ehtiyacsız bilirdilər.[3]

B). Xüsusi dəlil: "Əl- hakimu vəliyyul- məmtəni" cümləsi bu formada heç bir rəvayətdə gəlməyibdir. Amma onun məzmununu bəzi rəvayətlərdə görmək olar.

1. Sələmə ibn Kəhilin rəvayəti:

Sələmə ibni Kəhil rəvayət edibdir ki, Əli (ə) Şureyhə buyurdu: İmkanları və mali gücləri olduqları halda camaatın borclarını verməkdə səhlənkarlıq edən şəxslərə nəzarət et. Mallarını və əmlaklarını satmaqla, camaatın haqlarını onlardan al. Çünki mən Allah Rəsulundan eşitmişəm ki, buyurardı: İmkanlı şəxs tərəfindən səhlənkarlıq, malını istəyən müsəlmana zülmdür.[4]

Bəziləri "səhli" kəlməsini zəif mənasında bilsələr də, amma onun mətninə diqqət etdikdə, rəvayət qəbul olunubdur.[5]

2. Hüzeyfənin rəvayəti:

İmam Sadiq (ə)- dan rəvayət olubdur ki, buyurdu: Peyğəmbər (s)- in zamanında buğda tapılmadı müsəlmanlar həzrətin yanına gəlib və dedilər: Ey Allahın Rəsulu buğda tapılmır. Filan kəsdən başqa, heç yerdə yoxdur. Ona əmr edin, satsın. Peyğəmbər (s) həmin şəxsə üzünü tutub buyurdu: Müsəlmanlar xəbər verirlər ki, buğda tapılmır və yalnız səndə buğda var. Hamısını satışa çıxar və necə istəsən sat və anbarda yığıb saxlama.[6]

Əlbəttə yuxarıdakı mətndə imtina mərhələsindən danışılmayıb ki, hələ növbə vilayətə əməl etməyə, yəni Peyğəmbər tərəfindən bir başa satışa çatsın. Amma rəvayətdə işarə olunana oxşar bir vəziyyətdə, yeyinti sahibinin onu satmaqdan imtina etməsi, təbii bir işdir. Bu məsələ, müsəlmanların Peyğəmbərə müraciət etməsi və satmaq əmrini verməsini istəmələrindən də, istifadə oluna bilər.[7]

3. Əbu- Bəsirin rəvayəti:

İmam Saqir (ə) buyrubdur: Hər kəs öz həyat yoldaşının libas və yeməyini təmin etməkdən imtina etsə, İmamın onları ayırmağa haqqı var. Bu rəvayəti, istər nəfəqəsi təmin etməyə aciz olan barəsində bilək və istərsə də, ondan imtina edən barəsində, bunda zühur edir ki, o həyat yoldaşını boşamaqdan imtina edir.[8]

4. İcma:

Bəzi böyük şəxslərin kəlamında, bu qayda barəsində, icmanın olması iddia olubdur.[9] Bu icma, qaydanın adının özündə də olmasa, ən azı onun mənalarına çoxlu formada iddia olubdur.[10]

Qeyd olunan məsələlərə diqqət etməklə, qaydanın mənası və onun dəlilləri aydın olur. Amma deyildiyi kimi, bu qaydanın fiqhdə çoxlu tətbiqləri var ki, onların hər biri üçün, ayrıca geniş müzakirələr gəlibdir.



[1] - Şəhidii Təbrizi, Fəttah, Hidayətul- talib ila əsraril- məkasib, cild 3, səh 605, İttilaat çapı, Təbriz, 1375 hicri qəməri.

[2] - Mühəqqiq Damad, seyid Mustəfa, Fiqh qaydaları, cild 3 səh 213, İslam elmləri nəşr mərkəzi, Tehran, 1406 hicri qəməri.

[3] - Baxıb: İsfəhani, Məhəmməd Hüseyn, Əl- məkasib kitabının əlavələri, cild 2, səh 399, Ənvarul- huda, Qum, Yeni çap, 1418 hicri qəməri.

[4] - Kuleyni, Məhəmməd bin Yəqub, Kafi, cild 7, səh 412, Darul- kutubul- İslamiyyə, Tehran, 1407 hicri qəməri.

[5] - Fiqh qaydaları cild 3, səh 205.

[6] - Kafi, cild 5, səh 164.

[7] - Fiqh qaydaları, culd 3, səh 206.

[8] - Səduq, Məhəmməd bin Əli, Mənla yəhzuruhul- fəqih, cild 3, səh 441, İslami nəşrlər dəftəri, Qum, 1413 hicri qəməri.

[9] - Nəcəfi- Məhəmməd Həsən, Cəvahirul- kəlam, cild 22, səh 485, Daru- ihyai ət- turasil- ərəbi, Beyrut, Bita.

[10] - Mərhum şeyx Məhəmməd Hüseyn Qərəvi İsfəhani bu barədə deyir: "Hakimin vilayəti bu yerlərin (mənalar) çoxunda icmaidir. Səhabələrin (alimlər) sözlərində qəbul olunmuş qanun kimi, açıqlanıb, beləki, onu isbat etməyə ehtiyac olmadan, istinad olunur. Baxın: Əl- məkasib kitabının əlavələri, cild 2, səh 399, yeni çap.

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    113282 Nizamlar hüquq və əhkam
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    86323 Əməli əxlaq
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    65231 Nizamlar hüquq və əhkam
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    48693 Nizamlar hüquq və əhkam
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    37178 Nizamlar hüquq və əhkam
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    35848 Hədis elmləri
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Niyə duaların çoxu yağış yağan zaman qəbul olur?
    24686 Əxlaq fəlsəfəsi
    Dua oxunması tövsiyə olunan vaxtlardan biri yağış yağan zamandır; Quran ayələri və rəvayətərdən istifadə etməklə sübut etmək olar ki, yağış, Allahın rəhmət nişanəsidir. İndiki Allahın rəhmət qapısı açılıb, duanın qəbul olması üçün daha çox ümidli olmaq lazımdır. ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    24025 Nizamlar hüquq və əhkam
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • islam sözünün mənası Ali- imran surəsinin 19- cu ayəsinə əsasən nədir?
    23921 Təzə kəlam
    İslam sözü lüğətdə "Allahın" müqabilində kamil surətdə təslim olmaq" deməkdir. Yəni heç bir qeyd və şərt olmadan ilahi qanunlara tabe olmaq. Din deyəndə isə "bəşəriyyətin bütün hallarda (ictimai və fərdi) ilahi qanunlara əsaslanması və Allahla insanların rabitəsi" başa düşülür. Bu səbəbdəndə bütün əsrlərdə peyğəmbərləri qəbul etmək onların gətirdiyi dinə (qeyd- ...
  • Dünyanın ilk yaranmasını təşkil edən maddə nədir, Quran və hədislərin bu mövzuda nəzəri nədir?
    21931 Qədim kəlam
    Təbiət şünas alimlərinin bu mövzuda olan dəqiq nəzəriyyələri budur ki, varlığın ilk maddəsini təşkil edən ünsürlar bunu isbat edir ki, əslində fəzada dağılmış "sedyom"- ların təşkil olmasıyla yaranmışdır. Bu maddə uzun zamanlardan təqribiylə 13 milyard il şiddətli partlayış nəticəsində, hissələr və qismətlərə bölünmüşdür, günəş, ulduzlar, göy (səma) yer və...özlərinə məxsus ...