Ətraflı axtarış
Baxanların
5891
İnternetə qoyma tarixi: 2011/02/14
Sualın xülasəsi
İranda yaşayan məzhəbi azlıqlar, Quranın hansı ayələrinə əsasən hicab geyiminə riayət etməlidirlər?
Sual
İranda yaşayan məzhəbi azlıqlar, Quranın hansı ayələrinə əsasən hicab geyiminə riayət etməlidirlər?
Qısa cavab

Hicabın müsəlmanlar üçün nə kimi əhəmiyyət kəsb etməsi və onun vacibliyi mümkündür bir çox insanlar üçün düşündürücü olsun. Həmçinin məzhəbi azlıqların hansı hökmə əsasən buna riayət etməsi də sual doğurucu məsələlərdəndir.

Bu suala ümumi cavab vermək üçün bir neçə məsələni açıqlamaq lazımdır:

1.     Qurani kərimə istinad edərək çəkinmədən deyə bilərik ki, hicab qadın üçün məhrumiyyət deyil, əksinə qadın üçün paklıq və iffət amilidir. Bundan əlavə hicab qadın üçün namus və pakizəlik rəmzidir.

2.     Hicab, İslam dini və şəriət qanunlarına əsasən vacib olmaqla yanaşı, həm də Allah tərəfindən bütün dinlər üçün göndərilmiş hədiyyə və əmanətdir. Bununla bərabər hicab əmrində ağır və qiymətli faydalar gizlənmişdir.

3.     İslam cəmiyyətində hicabın bütün faydalarını bilmək və onun qaydalarına layiqincə əmr etmək islam hökuməti üçün çox təsirlidir.

4.     Milli və məzhəbi azlıqlar bütün ölkələrdə yaşadıqları məmləkətin qayda- qanunlarına əməl etməyə borcludurlar. O cümlədən də İranda yaşayan milli və məzhəbi azlıqlar, İran İslam respublikasının bütün qanunlarına əməl etməli və hicab məsələsində də diqqətli olmalıdırlar. Çünki, hicaba riayət etmək, İslam dövlətinin sağlam ruhunu qorumaq deməkdir.

5.     Məzhəbi azlıqlarında (Xristian, Yəhudi, Zərdüşt) həmçinin öz dinlərinin qanunlarına əsasən hicaba riayət etmək ümdə vəzifələridir.

Ətreaflı cavab

Hicab insanın pak fitrətinin dərinliyindən gələn bir gözəl insanlıq qiyafəsidir ki, dünyanı əmniyyətlə dolduraraq, ruhi aramlıq verər və hər bir ailəyə izzət, inam və ləyaqət bəxş edər.

Bu şəri hökm Allahın əmri ilə qadınlara vacib olmaqla yanaşı, hər hansı bir İslam və insan cəmiyyəti üçün ilahi hədiyyə hesab olunur.

Qərb ölkələrində də Allahın bu hikməti əmrinə tərəf qadınların rəğbətinin günbə- gün artması, həmçinin hicablı qadınların sayının çoxalması, onların yarı çılpaq və hicabsız gəzməkdən yorulduqlarından xəbər verir. Artıq onlar başa düşürlər ki, çılpaq gəzmək qadının azadlığı deyil, əksinə hicabdır ki, qadına azdalıq hürriyyət

Və pakizəlik bağışlayır.

Hicabın mühüm olan faydaları və əsərləri

Hicabın ümumilikdə olan ictimai təsiri və faydaları aşağıdakı kimidir.

1.     Hər bir fərddə ruhi aramlığın bərpa olunmasının əsas şərtlərindən biri də qadınların ictimaiyyətə öz hicablarına doğru- düzgün riayət etmələri ilə əlaqədardır. Əgər ictimaiyyətdə qadınlar hicab məsələlərinə diqqət yetirməsələr və öz cinsindən olmayan, qarşı tərəflə münasibətdə islam qayda- qanunlarına riayət etməsələr, ozaman hər iki tərəfdə cinsi həvəslər oyanar və ictimaiyyəti fitnə- fəsad buruyər. belə olan zaman insanların bir- birinə etibarı azalar və onların ruhi sağlamlığı aradan gedər.

2.     Qadınların ictimaiyyətdə hicaba düzgün riayət etmələri ailə qanunlarının sağlamlığına və möhkəmlənməsinə səbəb olar. Hicabın ən mügüm faydalarından biri də budur ki, əgər ictimai mühit fəsad dolu olmasa, o zaman ailələrdə ərlə- arvad arasında olan etibar daha da güclü olar və cinsi istəklər şəri münasibətlərlə (ər- arvad) aradan qaldırırlar. Bununda əsas faydası bütün ailələrdə səfa və səmimiyyətin qorunması deməkdir.

Amma bunun əksi olarsa ailələrdə səmimiyyət aradan gedər və boşanmalar çoxalar.[1]

Bu gün olduqca aydın şəkildə hamıya məlumdur ki, Qərb ölkələrində baş verən fitnə fəsadın və boşanmaların əsas səbəbi hicabın ictimaiyyətdə özünə mühüm yer tutmamasıdır. Qərb aləmi hicab ağacının meyvəsindən olduqca az bir miqdarda qidalandıqları üçün əsil ailə şirinliyindən məhrumdurlar.

Amma hicab ictimaiyyətdə əxlaq nöqteyi nəzərindən hakim rol oynayarsa, ictimaiyyətdə olan insanlar şeytanın zəhərli oxundan amanda qalarlar.

3.     Hicab insanın ictimaiyyətdə inkişaf etməsi üçün böyük əhəmiyyət kəsb edir. Çünki bizim nəzərimizdə hicab qadın üçün nəinki məhdudiyyət hesab olunur, əksinə qadına izzət və pakizəlik bəxş edir. Bundan əlavə bütün bəşəriyyət öz hidayət yolunda daha da geniş surətdə inkişaf edir və əsil hədəfinə yaxınlaşa bilir. əks halda isə insanlar günaha düşməklə yanaşı əsil hədəflərini unudaraq ilahi rəhmətdən uzaq düşürlər.

Hicab hökmü islam dininin digər hökümləri kimi insanın kamala çatması üçün Allah tərəfindən qadınlar üçün vacib buyurulmuşdur.

Allah- Taalanın bu əmrinə əsasən "qadın bir güldür ki, onun təravəti və ətirli, həmçinin naməhrəm nəzərindən amanda qalması üçün hicab qoruğunda saxlanılmalıdır. Qadın qiyməti olmayan bahalı bir qaşdır ki, onu oğrulardan qorumaq üçün gərək hicab sandığında gizlətsinlər." Qadının hicabsızlığı və zinətlərinin qorunması ölkədə olan cavanların əxlaq dəyərlərini itirməsi ilə nəticələnir, həmçinin onları təkamül yolundan saxlayır.

Əlbəttə hicabın faydaları və ictimai əsərləri haqqında hər nə qədər danışsaq (mövzunun genişliyini nəzərəalsaq) neçə cild kitab yazmaq olar. Amma biz burada bu qədərlə kifayətlənirik.

Yuxarıdakı mətləbləri nəzərə alaraq belə nəticə alırıq ki, hicab Allahın əmrinə əsasən hamı üçün vacib buyrulduğu üçün, hər hansı bir İslam cəmiyyətində yaşayan fərdə vacib edilmişdir. Həmçinin bu fərdin müsəlman və ya qeyri müsəlman olmasında isə heç bir fərq qoyulmamışdır.

Allah- Taala Qurani kərimin Nur surəsinin 31- ci ayəsində buyurur:

«وَ قُل لِّلْمُؤْمِنَتِ یَغْضضنَ مِنْ أَبْصرِهِنَّ وَ یحْفَظنَ فُرُوجَهُنَّ وَ لا یُبْدِینَ زِینَتَهُنَّ إِلا مَا ظهَرَ مِنْهَا وَ لْیَضرِبْنَ بخُمُرِهِنَّ عَلى جُیُوبهِنَّ وَ لا یُبْدِینَ زِینَتَهُنَّ إِلا لِبُعُولَتِهِنَّ أَوْ ءَابَائهِنَّ أَوْ ءَابَاءِ بُعُولَتِهِنَّ أَوْ أَبْنَائهِنَّ أَوْ أَبْنَاءِ بُعُولَتِهِنَّ أَوْ إِخْوَنِهِنَّ أَوْ بَنى إِخْوَنِهِنَّ أَوْ بَنى أَخَوَتِهِنَّ أَوْ نِسائهِنَّ أَوْ مَا مَلَکَت أَیْمَنُهُنَّ أَوِ التَّبِعِینَ غَیرِ أُولى الارْبَةِ مِنَ الرِّجَالِ أَوِ الطفْلِ الَّذِینَ لَمْ یَظهَرُوا عَلى عَوْرَتِ النِّساءِ وَ لا یَضرِبْنَ بِأَرْجُلِهِنَّ لِیُعْلَمَ مَا یخْفِینَ مِن زِینَتِهِنَّ وَ تُوبُوا إِلى اللَّهِ جَمِیعاً أَیُّهَ الْمُؤْمِنُونَ لَعَلَّکمْ تُفْلِحُونَ»

"(Ey Peyğəmbər!) mömin qadınlara de ki, gözlərini haram buyrulmuş şeylərdən çəksinlər, (əl və üz istisna olmaqla) zinət yerlərini naməhrəmdən gizlətsinlər, baş örtüklərini sinələrinə çəksinlər".[2]

Ayənin sonunda naməhrəmin nəzərini özünə cəlb etmək kimi işlər qadağan olaraq buyrulur: "Qadınlar yol gedən zaman ayaqlarını yerə bərk vurmasınlar ki, ayaqlarında olan zinət əşyalarının səsi eşidilsin!" Deməli İslam dini qanunları, bütün günah amilərinin qarşısını alır və insanları ondan çəkinməyi tövsiyə edir. O cümlədən cinsi oyanışlara səbəb olan, şəkillər, filmlər, qəzetlər, povest və roman kimi sair amillər islam dini tərəfindən qətiyyətlə bəyənilmir və onlardan istifadə qadağan edilir. Çünki, bu qəbildən olan fəsad amilləri ictimaiyyətdə olan gənc oğlan və qızları ardınca sürükləyərək onların iffətini aradan aparır və cəmiyyəti fasiq və günahkar birölkəyə çevirir.[3]

Aydındır ki, İslam cəmiyyətində belə məsələlərə yol verməməklə, hicaba riayət etməməklə (istər müsəlman olsun və ya qeyrisi) heç kəs sağlam bir fəzaya zəmanət verə bilməz. təbii ki, belə məsələlər ictimaiyyətdə olan sağlam ailə qanunlarını sirkələyir və onları aradan aparır. Sizin bu sualınız buna bənzəyir ki, bir nəfər sual edir: "Nə üçün İslam dövlətində yaşayan milli və məzhəbi azlıqlar şərab içmirlər?"

Bunun cavabında isə deyirik: "İslam dini fərdi azadlıqları, ictimaiyyətin mənafeinə xatir məhdudlaşmışdır." Bizim nəzərimizə əsasən açıq- aşkar güman etmək özü böyük bir günahdır. Məsələn: Oruc tutmaq bir günah sayıldığı halda insanların arasında bunu bildirərkən yeyib içmək ikinci bir günahdır, çünki, belə işlərin ictimaiyyətdə mənfi təsirləri vardır. Elə bu səbəbdən müqəddəs islam dini "pis işdən çəkindirmək və yaxşı əmələ dəvət" etmək qanununu fərdi əməl olaraq bütün müsəlmanlara vacib etmişdir.

Bu misala diqqət edək: "Fərz edək ki, gəmi ilə bir plkədən başqa bir ölkəyə səfər edirik. Gəmi dənizin ortasına yetişən zaman sərnişinlərdən biri əlinə dəmir alətlər alaraq gəmini deşməyə başlayır. Təbiidir ki, o işinə bir az da davam etsə gəmi süquta uğrayacaq və hamı suda qərq olacaqdır. Bu yerdə kimsə deyə bilər ki, "ona mane olmayın!" o azaddır!? "Əlbəttə ki, xeyir.

Bu zaman heç kəsdən kömək gözləmədən onun işinə mane olacaq və onu bu işdən çəkindirəcəksən. Yəni onun fərdi azadlığı insanların mənafeinə görə məhdudlaşmaqdır. Bu məhdudlaşma sərnişinlərin nicat tapmasına və sahilə xətərsiz yetişmələrinə səbəb olacaqdır. Allah- Taala Quranı kərimdə buyurur: "Siz ən yaxşı ümmətsiniz ki, insanların xeyrinə yaradıldınız. (onlara) yaxşı iş görməyə əmr edir pis əməlləri qadağan edir və Allaha inanırsınız.(Ali- imran surəsi, ayə 103)

Bu müqəddəs ayədə Allah- Taala insanlara yaxşıliğı öyrətməyi və pislikdən çəkindirməyi müsəlmanlığın başqalarından (Yəhudi, Xristian) üstün olmasını çatdırır. Yəni müsəlmanlar Allaha inanmaqla yanaşı həm də onun bəndələrini doğru yola gönəldirlər. bu surənin başqa bir ayəsində isə buyurur: "Siz müsəlmanlardan bəziləri gərək xalqı xeyrə və səlaha dəvət edələr. xalqı yaxşı işlər görməyə əmr edib pis işdən çəkindirsinlər." (Ali imran surəsi, ayə 104)

Allah Taala bu ayədə bir dəstə müsəlmanların və xüsusən dövlət dairələrində işləyənlərin öhdəsində bunu xüsusi bir vəzifə olaraq təyin etmişdir.[4]

Amma bu o demək deyil ki, bu vəzifə yalnız müsəlmanların öhdəsində qoyulmuşdur. Təbii ki, keçmiş ümmətlərin də öhdəsində bu və bu kimi bir sıra məsələlər olmuşdur. Allah Taala bu barədə buyurur: "Kitab əhlinin elələri də vardır ki, gecə yarısı Allahın ayətlərinin tilavətinə, namaza və haqqa itaətə məşğuldurlar. Allaha və qiyamət gününə iman gətirirlər və yaxşı işlərə əmr edib pis işlərdənçəkindirirlər. yaxşı işlər görməyə tələsərlər onlar özləri də əməli salehdirlər." (Ali imran surəsi, ayə 113- 114

Deməli bütün hökumət dairələrində məsul olan şəxslərin şəri vəzifələrindən biri də budur ki, onlar heç vaxt ictimaiyyətdə əxlaqi zəiflədən amillərə yol verməməlidirlər. əksinə onların şəri və insanlıq vəzifələrindəndir ki, əxlaq məsələlərini daim gündəmdə saxlasınlar və onu bacardıqları qədər çiçəkləndirməklə insanlıq dəyərlərini ucaltsınlar.[5]

Bundan əlavə Quranın ayələrinə və peyğəmbərin sünnətinə əsasən milli və məzhəbi azlıqların sağlamlıqları və ictimai asayişləri qorunması islam hakimiyyətinin vəzifəsi olduğu kimi, onlarında vəzifələri islam qanunlarına hörmət etmək və tabe olmaqdır.

Həmçinin heç bir islam hakiminin icazəsi yoxdur ki, milli azlıqlarla elə müqavilə imzalasın ki, İslam qanunlarına zidd olsun. Hər iki tərəfdən bağlanan dostluq və ya "zimmi" müqaviləsi islam qanunları çərçivəsində olmalıdır.[6]

"Cavahir" kitabının sahibi bu barədə belə yazır: Heç bir milli və məzhəbi azlığın İslam qanunları çərçivəsindən kənara çıxmaq haqqı yoxdur. Onların vəzifəsi İslam hakimi ilə bağladığı müqavilə çərçivəsində fəaliyyət göstərməkdir".[7]

Əlbəttə bu elə bir qanun deyil ki, yalnız islam dinində icra olunsun. Hər bir milli və məzhəbi azlığın vəzifəsidir ki, yaşadığı ölkənin "olar və olmaz" qanunlarına rəayət etsin.

Əgər hicab məsələsinə də bu prizmadan baxsaq, (hicabın qədim tarixə malik olması hamıya məlumdur. Hətta Xristian, Yəhudi və Zərdüşt dinlərində hicab məsələsi İslamda olduğundan da ciddi tutulur və ona əməl olunur).[8]

Milli və mənəvi azlıqların bu məsələdə islam qanunlarına tabe olmaları vacibdir. Bundan əlavə onlar buna əməl etməklə öz dinlərinə də əməl etmiş olurlar.

Bütün bu mətləblərdən sonra mövzumuzun axırına bu cümlələri də əlavə etmək istərdik ki:" o şəxslər ki, milli və mənəvi azlıqların hicaba rəayət etməsinə mühüm iradlardan sayırlar, bəs niyə özləri bu məsələlərə riayət etmirlər? Nə üçün qərb ölkələrində milli və mızhəbi azlıqlar öz imkanlarından olduğu kimi istifadə edə bilmirlər? Nə üçün hicablı qadınlar ictimai və mədəni mərkəzlərdən uzaqlaşdırılır və onlara xor baxılır? Axı "demokratiya şuarı qərb ölkələrinin giriş tablosu"dur.

Əlavə mütaliələr üçün aşağıdakı ünvanlara müraciət edə bilərsiniz.

  1. Hicabın fəlsəfəsi, Mürtəza Mütəhərri

  2. Hicab qadının şəxsiyyətini tanıtdırır hicab bəyangire şəxsiyyəti zən- Məhdi İştihardi

  3. Hicab mədəniyyəti- Fərhənge hicab- Cəfər Şeyxül islami

  4. Hicabın keşikçiləri- pasdarane hicab- Məhəmməd Məhdi Tac Ləngərudi.



[1] - Qulam Əli Həddad Adil, Soyunmaq mədəniyyəti və mədəniyyət soyunmağı, səh. 69- 70

[2] - Nur surəsi, ayə 31

[3] - Numunə təfsiri cild 13, səh 455

[4] - Quran pəyami, Məkarim Şirazi, cild 10, səh 254- 256

[5] - Həmin, səh. 455

[6] - Azlıqların hüququ, Abbas əli Əmid Zəncani

[7] - Məhəmməd Hüseyn Nəcəfi, Cəvahirul kəlam, cild 21, Cihad kitabı, səh 268- 269,

arul kitabi, İslami nəşriyyatı.

[8] - İlahi dinlərdə hicab, Əli Muhəmmədi Aşinayi, ustad Şəhid Mütəhərri,

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    146555 Nizamlar hüquq və əhkam
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    117455 Əməli əxlaq
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    99632 Nizamlar hüquq və əhkam
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    95252 Nizamlar hüquq və əhkam
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    77730 Nizamlar hüquq və əhkam
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    59118 Nizamlar hüquq və əhkam
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    47106 Hədis elmləri
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    34986 Nizamlar hüquq və əhkam
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • Niyə duaların çoxu yağış yağan zaman qəbul olur?
    34077 Əxlaq fəlsəfəsi
    Dua oxunması tövsiyə olunan vaxtlardan biri yağış yağan zamandır; Quran ayələri və rəvayətərdən istifadə etməklə sübut etmək olar ki, yağış, Allahın rəhmət nişanəsidir. İndiki Allahın rəhmət qapısı açılıb, duanın qəbul olması üçün daha çox ümidli olmaq lazımdır. ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    34033 Nizamlar hüquq və əhkam
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...