Ətraflı axtarış
Baxanların
12315
İnternetə qoyma tarixi: 2011/04/16
Sualın xülasəsi
Allah kimdir və onu isbat etmək üçün hansı dəlillərdən istifadə etmək olar?
Sual
Allah kimdir və onu isbat etmək üçün hansı dəlillərdən istifadə etmək olar?
Qısa cavab

Allah- Taala, mütləq kamal və varlıqdır ki, heç bir nöqsan və çatışmazlıq onda yoxdur. Bərabəri olmayan bir varlıqdır ki, hər işi görməyə hər an və zaman qadir, eşidən və şahiddir. İradə və ixtiyar sahibidir hər bir varlığın xaliqi (yaradıcısı) və diridir, hər xeyir iş və yaxşılığın mənbəyidir, bütün varlığı sevir və onlara qarşı mehribandır. Allah kəlməsinin mənası, ən sadə və ümumi mənadan ibarətdir ki, bütün insanlar, Allahı inkar edən insanlar da onu dərk edirlər. baxmayaraq ki, Allahın əsl və həqiqətini insanların dərk etməsi mümkün deyildir, amma bir çox yollarla Allahın varlığını dərk etmək mümkündür. Allahı tanımağın yolları ümumi olaraq aşağıdakı qismlərə ayırmaq mümkündür:

1.             Ağıl yolu (varlığı isbat edən dəlillər)

2.             Təcrübə yolu (qanun dəlilləri).

3.             Ürək yolu (fitrət dəlilləri).

Ən asan və rahat yol fitrət yoludur (qəlbdən Allaha iman gətirmək) ki, insan öz daxilinə müraciət etməklə öz rəbbini tanımaq üçün ağılın dərk etdiyi dəlillər və təcrübə ilə əldə edilən dəlillərə ehtiyac duyulmur. Qəlbin vasitəsiylə bu qülləni fəth edir.

Ətreaflı cavab

Sualın cavabının daha yaxşı sualını bilmək üçün, bir neçə nöqtəyə diqqət yetirək:

1.              Allah kəlməsinin mənası, hər bir insanı və Allahı inkar edən insanların fikirlərində təsvir olunan mənalardan biridir. Çünki bütün insanlar bilirlər, yəni varlıq ki, hər bir şeyi yaratmış, hər bir işə qadir, hər bir şeyə agah, görən, eşidən diri və sairdir. Baxmayaraq ki, Allahı qəbul etmirlər.

2.              Baxmayaraq ki, Allah kəlməsinin mənası ən ümumi mənalardan biridir, amma Allahın əsli və həqiqəti insanlar üçün dərk edilməzdir, çünki Allahın zatı sonsuzdur. Elm yəni dərk edilən varlığı bilmək, insanın zatı və xüsusiyyəti məhdudiyyət daxilində olduğu üçün, Allahın zatı və həqiqətini dərk etməsi mümkün deyildir. " لا یحیطون به علما" [1]"Allahı (dərk etmək üçün) əhatə edən elmə yiyələnməzlər" mümkündür ki, Quranı- kərim Allahı müərrifi etdiyi zaman Fəni (ehtiyacsız), Əlim, Həkim, Səmi (eşidən), Bəsir (görən) li, Kəbir (böyük), Rəhman, Rəhim, Xaliq (yaradan, (Fatir və bunun kimi sifətlərlə vəsfləndirir.[2]

İnsan təbiətdə olan əşyalarla rabitə yaratmaqdan əlavə bunu dərk edir ki, Allah Taalanın zatı və həqiqəti, başqa varlıqlar kimi deyildir." لیس کمثله شی "[3]

3.              Baxmayaraq ki, Allah Taalanın zatını və həqiqətini tamamiylə dərk etmək mümkün deyildir, amma bir çox yollarla Allah Taalanın varlığını dərk etmək mümkündür ki, ümumi bir çərçivədə:

A.            Ağıl yolu, imkan və vacib olması dəlili.

B.            Hiss və təcrübə və yaxud qayda- qanun dəlili.[4]

C.            Ürək yolu və yaxud fitrət istidlalı; cismlərə bölmək olar.[5]

4.              Allah- Taalanın vücudunu (varlığını) dərk etmək üçün ən rahat yol, fitrət və yaxud ürək yoludur. Yəni insan öz ruhunun dərinliklərində, Allaha mərifət, eşq və bağlılığı hiss edir. Həmişə insanın qəlbində nurlu və möhkəm cazibəli bir nöqtə vardır ki, təbiət aləmindən kənar varlıqla rabitə yolu və Allaha doğru ən yaxın yol hesab olunur.[6]

5.              Baxmayaraq Allaha inam, bağlılıq və tövhid bütün insanların qəlbində vardır, amma xurafatdan qaynaqlanan əxlaq və ənənələr, səhv tərbiyələr, çirkin təlqinlər, qəflət və təkəbbür xüsusilədə sağlamlıq dövründə və nemətin çox olduğu zamanda onun üzərini pərdə alır, amma hadisələr bir tarix kimi hər tərəfdən öz əhatəsinə aldıqda və çətinliklərin burulqanlarında insanın gözü önündə aşkar olur.

İnsan bu zaman bütün gördüklərindən əlinin üzüldüyünü görüb hər bir yerdən ümüdünü kəsir, bu vaxtdır ki, bütün pərdələr kənara çəkilir ürəkdə olan o nurlu nöqtə aşkar olur və bütün şirklə dolu olan fikirləri qəlbindən çəkilir; və bu hadisələr kürtəsindən hər bir naqis insan kamil çıxır[7] və insan axtiyarsız olaraq təbiət aləmindən başqa bir aləmə üz çevirir.

Bunun üçün də Quranda bu mövzuda olan ayələri ki, Allahı tanımaq insan fitrətində olan nemətdir işarə edən ayələrə nəzər salırıq.[8]

İslamın böyük rəhbərləri də, Allahı tanımaqda çətinlik çəkən insanlara yol göstərmək üçün bu ayələrdən istifadə edirlər. nümunə üçün bu tarixi qismətə diqqət edin: Allahı tanımaqda çətinlik çəkən bir kişi ki, şübhə içində qərq olmuşdu İmam Adiq (ə)- ın yanına gəlib dedi:

"Ey Peyğəmbər övladı, mənə yol göstər ki, Allah kimdir? Vəsvəsə edənlər məni heyran etmişlər,

İmam buyurdu: Ey Allahın bəndəsi! İndiyə kimi gəmiyə minmisən?

Dedi bəli.

Buyurdu: Olubdur ki, üzməyi bacarmadığın zaman, və o gəminin nicat vermək üçün heç bir gəmi olmadıqda, gəmi sınsın?

Dedi bəli.

Buyurdu: O zaman ürəyindən keçdi ki, hansısa bir varlıq səni oradan qurtara bilər?

Dedi bəli.

İmam Sadiq (ə) buyurdu: O Allahdır ki, nicat verməyə qadirdir ki, heç bir köməkçi və nicat verən olmayan yerdə .

Nəticə alırıq ki, hər insan öz ürək və fitrət yoluyla Allahın qadir, alim, xaliq (yaradan) həyy (diri) və mehriban varlığını dərk etməyə malikdir. Beləliklə əgər Allahın varlığından qəflətdirsə, onu inkar edə bilməz. Həyatında bir hadisə baş verməmişdir ki, hər bir yerdən əlini üzsün və onu Allahın varlığını dərk etməyə məcbur etməsin.[9]

6.              Bəzi vaxtlar insan, Allahın sifətlərinə diqqət edib fikirləşdikdə və Allahın vücudu və sifətləriylə rabitə yaradan varlıqlar insanı İlahi qüdrət hikmət və elmə doğru yol göstərir. Bu yol təbiət aləmin müşahidə və təcrübə mütaliəsiylə payidar olur, təcrübə yolu deyildir. Bu yolun bir çox üstün məqamları olduğu üçün Quran buna təcrübə yolu məxsus diqqət yetirib və bir çox ayələrdə, insanları özləri haqqında olan varlıqlarda düşünməyə və təbiətdə ilahi nişanələri dərk etməyə çağırır. Bir çox İslam tədqiqatçıları, təbiət aləminin bir xüsusiyyət və aləmdəki qayda- qanundan bəhrələnərək, Allahın varlığını isbat etmək üçün bir neçə dəlillər gətirmişlər ki, qayda- qanun dəlili olaraq adlandırılmışdır.

Buna əsasən, qayda- qanun dəlilini aydın bir nümunə olaraq, Allahı dərk etmək üçün təcrübə yolu adlandıraq.

Quran və rəvayətlərdə nişanələri tanımaq

Qurani- kərimdə bir çox ayələrə işarə etmək olar ki, təbiətdəki müxtəlif varlıqlara işarə edir və o nişanələri, Allahın olmasını isbat edən dəlillər kimi bildirir. İnsanları isə bu nişanələrdə düşünməyə çağırır. Allahı təbiətdəki nişanələr vasitəsiylə tanımaq ki, ən açıq nümunələrdəndir, bəzi vaxtlar "nişanələri tanımaq" kimi adlandırılmışdır.[10]

Bir çox ayələr, insanı təbiətdəki naşanələr barəsində fikirləşməyə dəvət edir, varlığın hər bir qayda- qanunu və insan vücudundakı nizam- intizam hər biri bir dəlildir ki, insanı məbdə olan Allaha doğru yönəldir:

"Həqiqətən yerin və göylərin yaranmasında və gecəylə gündüzün bir- birinin arxasınca gəlməsi ağıl sahibləri üçün (kifayət edici) nişanələrdir."[11] "Hər üzü iman sahibləri üçün nişanələrdir, hətta siz özünüz; bəs bunları görmürsünüzmü:[12]

Qurani- kərimdə bir çox ayələrdə bu nişanələrə işarə edərək onu Allahın varlığını isbat edən nişanə kimi tanıtdırmışdır. Bu cür ayələr o qədər çoxdur ki, onları qeyd etmək üçün daha çox macal istəyir.[13]

Din rəhbərləri də Quranın yolunu seçərək, "İlahi nişanələri) tanımağa təkid etmişlər. Nümunə üçün İmam Sadiq (ə) öz əshablarından olan bir şəxsə buyurduğu hədisdə oxuyuruq:

Ey Mufəzzəl! Allahın varlığını isbat edən birinci dəlil, bu aləmin yaranması və yaradılışın hər bir kiçik hissələrində qayda- qanunun olmasıdır. Bunun üçün də əgər təbiətdə baş verən işlərdə, dərindən və gözəl fikirləşsən, hər an onu bir saray kimi görərsən ki, Allah bəndələrinin bütün ehtiyacı olan hər bir şey onda toplanmışdır. Göy ev damı kimi ucalmış, yer isə xalça kimi açılmışdır; ulduzlar çıraq kimi düzülmüş, gövhərlər xəzinələr kimi gizlədilmiş və hər bir şey öz layiqincə öz yerində qərar tutmuşdur. İnsan da o şəxs kimidir ki, bu evi ona vermişdirlər və onda olan hər bir şeyi də onun ixtiyarına vermişlər. hər növ bitki onun ehtiyaclarını aradan qaldırmaq üçün hazırlanmışdır. Bütün bunlar buna dəlalət edir ki, bu dünya dəqiq ölçüdə, hikmət, nəzm və bir- biriylə münasib olaraq yaradılmışdır. Onu yaradan birdir, o varlıq bağışlayan və ondakı hər bir şeyi nizamlayandır.[14]

7.              Ağıl yolu.

Bu yolda, Allahın varlığın dərk etmək, tamamiylə ağılın sabit etdiyi yollar və qanunların əvvəldən kömək etməsiylə əldə olur.[15]

Allahın varlığını isbat edən fəlsəfi dəlillər, insan ağlında Allahı isbat edən aydın nümunələrdən biridir. Bu yol, yuxarıda işarə olunan iki yolla müqayisə etdikdə, bir çox xüsusiyyətlərə malikdir ki, aşağıda onlara işarə edirik.

1.             Ağılın dərk edəcəyi bir çox dəlillər vardır ki, həmişə fəlsəfənin qarışıq dəlilləriylə bağlılığı vardır ki, Allahın varlığını isbat etsin. Amma bu bəhslər fəlsəfə bəhslərindən anlayışı olmayan insanlar üçün o qədər də faydalı deyildir.[16]

2.             Ağıl yolunun üstün dəyərlərindən biri də bundan ibarətdir ki, elmin rol oynadığı məqamlarda ondan bəhrələnir və dialoq, münazirə olduğu yerlərdə isə Allahın varlığını öz zəif dəlilləriylə inkar edən şəxslər susdurulur. Bu yolla o şəxslər ki, yalnız öz ağıllarından bəhrələnib Allahı inkar edirlər, kifayət edici cavab verilir.

3.             Allahı tanımaq sorağında olan ağıl yolu, insan imanının inkişafında təsiri vardır" çünki hər zaman insan düşüncəsi həqiqəti qəbul edir, və insanın ürəyi də buna bağlılıqda daha möhkəmləşir. Bundan əlavə ağılın möhkəm dəlilləri əsasında imana zərbə vuran şübhələr susdurulur.[17]

Ağılın bu cür xüsusi rol oynamamasına diqqət yetirdikdə, bir baxışdan insan fikrinin fitri olaraq həmişə axtarışda olması və insanın ağıl vasitəsiylə ən böyük və fəlsəfə elmlərinə doğru yönəlməsi başqa bir tərəfdən, müsəlman alimlərinin Allahı tanımaq üçün tədqiqatlarında böyük bir məqama çatdırmışdır. Onlardan bir hissəsi keçmiş alimlərin, Allahın vücudunu isbat edən dəlillərini bir daha tamamlayır. Allahın varlığın tamamıyla isbat edən dəlillərdən biri, imkan və Allahın olmasının vacib olması qanundur. Bu qanun bir neçə hissəyə bölünmüşdür ki, onlardan birinə işarə etməklə kifayətlənirik. İmkan və vacib qanunun xülasəsini bu cür açıqlamaq olar: Məlum olduğu kimi dünyada bir çox varlıqlar vardır. Əgər bu varlıqların olması lazımdırsa bizim olmamızda (ki, Allahın vücudunun olmasına bağlıdır) sabit olur. Amma əgər, onun vücudu mümkündürsə (istər olsun və yaxud olmasın) onun illətə möhtac olmasına nəzər saldıqda və silsilə və dövrdən uzaq olduqda, bir varlığa ehtiyacı vardır ki, o varlıq başqa bir varlığa ehtiyacı yoxdur; və bu cür varlıq həmin Allahdır.

Diqqət: Sizin sual qaranlıq olduğu üçün, onu Allahın varlığından olan sual kimi qəbul etmək olardı və yaxud Allahın sifət və xüsusiyyətlərindən, bu cavabda isə daha çox Allahın varlığını isbat etmək üçün səy edilmişdir. Allahın sifətlərini daha açıq şəkildə öyrənmək istəyirsinizsə, bizə məktub yazın.



[1] - Taha surəsi, ayə 110.

[2] - Nümunə təfsiri, cild 14, səh 161.

[3] - Şura surəsi, ayə 11.

[4] - Bu yolu təcrübə yolu adlandırdıqda, hər növ ağıl dərk edən dəlillərdən kənar olması deyildir, bəklə bu həqiqəti bildirir ki, onun əsas müqəddimələrindən biri də təbiəti müşahidə etmək rtəcrübəsidir.

[5] - Məarife İslami, cild 1, səh 41.

[6] - Nümunə təfsiri, cild 16, səh 341- 342.

[7] - Həmin, səh 418- 422- 423.

[8] - Ənkəbut surəsi, ayə 65- 30, Rum surəsi, ayə 12- 22- və 23, Yunus surəsi, ayə 67, İsra surəsi, ayə 8- Zümər surəsi, ayə 49, kimi ayələr.

[9] - Biharul- ənvar, cild 3, səh 41.

[10] - Bunu qeyd etmək lazımdır ki, (nişanələrini tanımaq) Qurani kərimin ayələrindən götürülmüşdür, bu mövzuda bir çox nəzəriyyələr vardır: Bir çox tədqiqatçılar onu müqəddimə olaraq ağılın dərk etdiyi dəlillər kimi (qayda qanun dəlillərində deyildiyi kimi) Allahın varlığına, elm və hikmətini isbat etməsini qəbul edirlər; amma başqa bir tərəfdən təfsir əsasında, Quran ayələri ki, insanları təbiətdəki varlıqlar barəsində fikirləşib- düşünməyə təkid edir, bu ayələr bir başa insan fitrətində insanın öz rəbbini tanımasını bildirir. Üçüncü nəzəriyyə budur ki, bəhs edilən ayələr müşriklərlə cədəl olduğu zamana dəlalət edən ayələrdir; onlar ki, səhv olaraq öz yalançı büt və məbudlarını öz gündəlik işlərində kömək yeri bilirlər və Allahın tək olmağını düzgün şəkildə qəbul etmirdilər. (Bax: Əl- mizan, Əllamə Təba- təbai, cild 18, səh 154; Amuzeşe əqaid, Misbah Yəzdi, cild 2, səh 68 və Təbyine bərahine isbate xuda, Cavadi Amuli, səh 43)

[11] - Ali- imran, surəsi, ayə 190.

«ان فی خلق السماوات والارض و اختلاف اللیل والنهار لآیات لاولی الالباب»

[12] - (Ziyarət 20 və 21 və bax: Bəqərə surəsi, ayə 162, Casiyə surəsi, ayə 3- 6, Yunus surəsi ayə 100- 101. İbrahim surəsi, ayə 10)

«و فی الارض آیات للموقنین. و فی انفسکم، افلا تبصرون»

[13] - Varlıqların nişanə olmasını xüsusiylə bildirən ayələr, ümumi olaraq bir neçə dəstəyə bölünür. İnsan həyatına işarə edən ayələr ibarətdirlər;

1. İnsan yaradılışının ümumi qayda- qanunu: Casiyə surəsi, ayə 4- və Rum surəsi, ayə 20.

2. Ana bətnində spermanın həyata bağlanması: Ali- imran surəsi, ayə 6; İnfitar, surəsi, ayə 6- 7; Təğabun surəsi,ayə 3; Fatir surəsi, ayə 64; Həşr surəsi, ayə 24; Nuh surəsi, ayə 13- 14;

3. Anlamaq məqamı: Nəhl surəsi, ayə 78;

4. Rənglərin və dəlillərin fərqli olması qanunu: Rum surəsi, ayə 22; Fatir surəsi ayə 27- 28;

5. Ruzi qanunu: Ğafir surəsi, ayə 64; İsra surəsi, ayə 70; Casiyə surəsi ayə 5- 20; Fatir surəsi, ayə 3; Rum surəsi, ayə 4; Səba surəsi, ayə 24; Yunus surəsi, ayə 31; Nəml surəsi, ayə 64; Mülk surəsi, ayə 21; Ənfal surəsi, ayə 26; Bəqərə surəsi, ayə 22- 172; İbrahim surəsi, ayə 22 və Ziyarət surəsi ayə 58.

6. Yuxu qanunu: Rum surəsi, ayə 23; Nəml surəsi, ayə 86; Furqan surəsi, ayə 47; Nəbə surəsi, ayə 9 və Zümər surəsi, ayə 42.

7. Geyim qanunu: Əraf surəsi, ayə 26 və Nəml surəsi, ayə 14 və 81.

8. Məkan qanunu: Nəhl surəsi, ayə 80.

9. Nikah qanunu: Rum surəsi, ayə 21; Şura surəsi, ayə 11; Fatir surəsi, ayə 1; Nəcm surəsi, ayə 45; Qiyamət surəsi, ayə 39; Nəhl surəsi ayə 72; Ləyl surəsi, ayə 3; Nəbə surəsi, ayə 8 və Əraf surəsi, ayə 189.

[14] - Bax: Nəhcül- bəlağə, xütbə 186: Əl- tövhid, Şeyx Səduq, İkinci bab, hədis 2 və Biharul- ənvar, Əllamə Məclisi, cild 3, səh 61- 82, 130- 152.

[15] - Bunu ağıl yolu adlandırmaq bu mənaya deyildir ki, yalnız ağıldan istifadə olunur, bəlkə onun üçün deyilir ki, ağılın dərk etdiyi müqəddimələr kifayət edir.

[16] - Bu məna ağıl yolunu "ümumi" olmaqla üst- üstə düşmür; çünki burada ümumi mənadan məqsəd, nisbət olaraq nəzərdə tutulmuşdur və "məxsus" mənanın qarşılığındadır. Bu mənadakı ağıl yolu yalnız bir şəxsə məxsus deyildir, bəlkə bir çox insanlar bundan bəhrələnə bilərlər.

[17] - Ağıl yolu yalnız o şəxslər üçün faydalıdır ki, Allah Taalanın öz canları və ruhlarıyla dərk edə bilmirlər.

Mövləvinin şerindən istifadə olunduğu kimi:

Görən gözün varsa kor gəlmə

Yox əgər yuxudursa, mənə əsa ol.

O dəlil əsasını

kor olduğunda irəli uzat.

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Təsadüfi suallar

  • Rizvan behiştinə sahib olmaq, onlar üçün mələyin şəfaət etməsi ilə necə uyğundur?
    6250 Təfsir 2010/10/03
    Allah iman və saleh əməl sahiblərindən razıdır, amma çünki iman və saleh əməllər qüdrət və zəif mərtəbəsindən fərqlidir, Allahında razılğı onlar üçün fərqlidir.Behiştin ən uca mərtəbəsi behişti rizvandır. Onun sahibləri, yəni Peyğəmbərlər, övsiya övliya və Allah dərgahında yaxşı olanlardır. Bu dəstənin şəfaətə ehtiyacı yoxdur və bunlar ...
  • Mühasibəçi əql ilə qəlbin (və iman və eşqin) fərqini izah edin.
    10413 Nəzəri irfan 2010/11/10
    İnsanın batinində iki böyük və əzəmətli qüvvə – əql və eşq qoyulmuşdur ki, bunların hər biri insanın həyatında mühüm rol ifa edir. Əql nurlu bir çıraq kimi həyatın enişli-yoxuşlu yollarında işıq saçır. Əql qərizə (instinkt) qəbilindən deyildir; o, insanın daxilində mövcud olan meylləri tənzimləmək, mötədil vəziyyətə salmaq ...
  • Sualın xülasəsi: İmamlar (ə) və alimlər baxımından namazın ilk vaxtında qılınmasının savabını bəyan edin.
    6090 Hədis elmləri 2012/04/18
    Namzın ilkin vaxtında qılınmasının çoxlu sayda savab və təsirləri bəyan edilmişdir. Məsələn: Namzın savabının iki qat olması, İlahi məhəbbətini qazanmaq və s... Alimlər də bu mövzuya diqqət etməklə insanları namzın ilkin vaxtında qılınmasına çağırmışlar. Bunu Allaha yaxınlaşma və seyri sluk üçün ən mühüm əsaslardan hesab ...
  • Allahın vücudunun sonsuz olması digər varlıqların mövcudluğu ilə ziddiyyətli deyildirmi?
    7328 İslam fəlsəfəsi 2012/06/23
    Allah-taalanın sonsuz olmasının mənası budur ki, Onun müqəddəs zatı hər bir cəhətdən sonsuzdur, bütün sonlara malikdir, fərz olunan hər bir cəhətdə qeyri-məhduddur. Elə bir yer yoxdur ki, Allah orada hazır olmasın. Elə bir zaman yoxdur ki, onda mövcud olmasın, elə bir kamal yoxdur ki, Allah ona malik ...
  • Nəsnasın keyfiyyəti və varlığı necədir?
    5493 Hədis elmləri 2015/05/04
    Nəsnas müxtəlif formalarda təsvir olunub. Bəzi rəvayətlərə əsasən həzrəti Adəmin (ə) yaradılışından öncə olublar. Əlbəttə digər rəvayətlərə əsasən insanlardan bir dəstəsi mənəvi saflıqdan uzaq olmağa, heyvani hisslərinin güclü olmasına və bir çox günahları törətdiklərinə görə nəsnasın nümunələrindən hesab ediliblər. ...
  • Öhdəsində xüms olan şəxs hal- hazırda onların xümsünü verməyə imkanı yoxdur. Bu şəxs nə etməlidir?
    5315 Xumsun hesablanması və onun ödənmə qaydası 2013/02/03
    Ümumiyyətlə xüms ili çatmış şəxs malının xümsünü vermədən öz malındaan istifadə edə bilməz. Əgər xümsü verməzdən əvvəl həmin maldan istifadə edərsə həmin miqdar xümsə zamindir. Və əgər xümsü bir dəfəyə ödəyə bilmirsə öz məhəlləsində və yaxud tanıdığı yerin təqlid etdiyi qanuni mərcə təqlidin nümayəndəsindən bu barədə şəriətin ...
  • İslam və şiəlik nəzərindən ixtiyar və azadlığın hüdudları nədir?
    6618 Qədim kəlam 2011/04/16
    Azadlığın müxtəlif mənaları vardır və bu mənalara diqqət yetirməklə onun hüdudları bir-birindən fərqlənir: 1. Vücud baxımından istiqlaliyyət mənasına olan azadlıq.Bu, mütləq vücuda – mutəal Allahın müqəddəs zatına məxsusdur ki, Onda heç bir məhdudiyyət yoxdur.2. İxtiyar mənasına olan azadlıq.
  • Necə demək olar ki, Quranın təfsirində əql səhvə düşə bilməz?
    5178 Təfsir 2011/10/24
    ƏgərinsanQuranayələrinintəfsirindəözəqlindəninsaflaistifadəetsəvəəvvəlcədənözününqeyri-səhihfikirlərinikənara
  • Ali- İmran surəsinin 144- cü ayəsi əziz Peyğəmbərin (s) şəhadətinə dəlalət edir?
    5860 Təfsir 2012/02/07
    Qeyd olunan ayənin şəni nuzuluna diqqət edərkən sualdakı uhud döyüşündə o şayə ki, müsəlmanlar arasında bu məzmunla ki, Peyğəmbər öldürülübdür- yayıldı. Müsəlanlardan bir çoxu döyüş meydanından çıxdılar, bir cürə ki, hətta bəziləri bu fikirdə idilər ki, Peyğəmbərin ğldürülməyi ilə İslam dinindən dönsünlər və bütpərəstlərin böyüklərindən Əman istəsinlər. Bu vaxtda şərafətli ...
  • Peyğəmbərin besəti və meracı bir gündə (rəcəbin 27-də) baş vermişdirmi?
    8216 تاريخ بزرگان 2012/04/10
    Cavabı bəyan etmək üçün Peyğəmbərin besəti və meracı ilə əlaqədar məsələni təfsir kitablarından araşdırırıq. 1. Besətin tarixi ilə əlaqədar müsəlman alimləri arasında iki nəzəriyyə vardır: Birincisi şiələrin nəzəriyyəsidir. Onlar rəcəb ayının 27-ci gününü Peyğəmbər (səlləllahu əleyhi və alih)-in besət günü hesab edirlər. İkinci nəzər isə ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    162902 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    155033 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    117790 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    109743 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    98927 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    91342 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53371 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    45317 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    43752 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    42917 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...