Ətraflı axtarış
Baxanların
9426
İnternetə qoyma tarixi: 2008/06/05
Sualın xülasəsi
bir şeyin pak və ya nəcis olması haqqında vasvaslıq xəstəliyindən necə qurtarmaq olar?
Sual
bir şeyin pak və ya nəcis olması haqqında vasvaslıq xəstəliyindən necə qurtarmaq olar?
Qısa cavab
Sualın cavabınıdan əvvəl bir neçə məsələni bilmək lazımdır:
1.Allah-Taala buyurur: Dində sizdən ötrü heç bir çətinlik qərar vermədim. İslam Peyğəmbəri (s) tanınmış bir hədisdə buyurur: Mən birbaşa şəriətlə, asan, zəhmətsiz və nuraniyyətlə seçilmişəm. Əgər kimsə belə başa düşür ki, paklıq məsələsindən özünü çətinliyə və ifrat-təfritliyə salmaqla, həyatın gözəlliyindən məhrum etsin, yəqinliklə bilməlidir ki, həyatın bu mənada  çətinliyi və əziyyəti heç vaxt İslam dininin göstərişlərilə uyğun gəlmir.
2.İslamın hökmləri cəmiyyətdə sadə insanların vəziyyətinə uyğun olaraq, yollanıb. Yəni, sadə insanların nəzərində nəcis suyun rütubəti pak yerə yetişərsə artıq o yer nəcis olur. Əqli yolla diqqətlə bu işin ardınca düşməyə ehtiyac yoxdur.
3.Vasvaslar özlərinə vacib etdikləri bəzi işlərlə əslində, harama düşürlər; böyük günahlarla məsələn, israf, dində xurafat, qohum-əqrəbalarla və müsəlmanlarla əlaqələrin kəsilməsi, onları fasid işlərdə töhmət vurması və sair..
4.Vasvas şəxs öz şəkklərinə diqqət etməli deyil, əgər etina etsə haram iş görmüş olur. Həmçinin hər bir əməli bir dəfədən artıq yerinə yetirməli deiyil.Əgər bir dəfədən artıq etsə, harama düşmüş olur.
5.Nəcis olmasına yəqinliymiz olmayan hər bir şey pak hökmündədəir. Bu mövzuda ehtimala əməl etmək lazım deyil. Məsələn, o şeylər ki, bəzən nəcis olur bəzən də pak. O cümlədən, təharətxananın döşməsi bəzən kürr sui ilə yuyulur paklaşır və bəzən də az su ilə yuyulur. Bu fasildə döşəmənin pak ya nəcis olmasında şəkk etsək, əgər nəcis olmasına qəti yəqinliyimiz olmasa, bina buna qoyulur ki, döşəmə pakdır. Bununla da, döşəmədən çəkinməkdən ötrü heç bir vəzifəmiz yoxdur.
 
Ətreaflı cavab
Möhtərəm istifadəçi! Sizin şəri cəhətdən müşküllə üzləşdiyiniz sualınıza cavab verməkdən ötrü əvvəlcə ümumi olaraq, bəzi şəri məsələləri diqqətinizə çatdırırıq sonra isə əsas sualı cavablandırırıq:
1.Quranın müxtəlif ayələrində belə bir mövzuya rast gəlirik " O,... dində sizin üçün heç bir çətinlik yeri qoyma"[1] İslam Peyğəmbəri (s) tanınmış bir hədisdə buyurur: Mən birbaşa şəriətlə, asan, zəhmətsiz və nuraniyyətlə seçilmişəm.[2] Bütün bu rəvayət və ayələrdən həmçinin fəqihlərin ona əsaslandağı və o əsasda verdiyi fətva da daxil olmaqla belə bir əsas məsələ ələ gəlir ki, əgər bizim dindən dərkimiz bizi gündəlik həyatımızda çətinliyə və məqşəqqətə salarsa qəti olaraq bilməliyik ki, bizim bu əməlimiz və dərkimiz İslam Peyğəmbərinin (s) gətirdiyi İslamla uyuğun deyil. Əgər kimsə belə başa düşür ki, paklıq məsələsindən özünü çətinliyə və ifrat-təfritliyə salmaqla, həyatın gözəlliyindən məhrum etsin, yəqinliklə bilməlidir ki, həyatın bu mənada  çətinliyi və əziyyəti heç vaxt İslam dininin göstərişlərilə uyğun gəlmir. Hətta, paklığın hökmü dəyişməsə də mükəlləf özünü bu mövzuda hər zaman nə qədər əziyyət və çətinliyə salsa da, çətinliyə tərəf sövq edən hökm ləğv olunur.[3]
2.İslam göstərişləri o zamanın ərəblərinin dili ili açıqlanıb. Elə bir cəmiyyət ki, əksəriyyəti yazıb-oxumağı bilmir və çoxunun məsələlərdə əqdi diqqəti olmurdu. Belə olaun surətdə diqqət etmək lazımdır ki, o zamankıərəb cəmiyyəti bu göstərişləri necə dərk edir və necə əməl edirdi. Şübhəsiz ki. İslamın bu növ göstərişləri o zamankı dinləyici ərəb cəmiyyətinin içərisində əksəriyyəti savadsız və yazıb oxumağı bilməyənlərlə savadlı insanlar arasından çox fərq vardı. Hər iki sinfin şəri məsələdə olan diqqət və əqli dəqiqliyi fərq edirdi. Hər bir kimyaçı öz elmi əsasında bilir ki, havada hər an nə qədər zərrələr və tozlar dövr edir və şübhəsiz ki bu zərrələr və tozları insanların üst-başına oturacaqlar. Belə olan halda, İslam hökm verər ki, nəcis suyun ətrafında olan hər bir cism nəcisdir? Söz yox ki, cavab mənfidir. Amma, biz əqli dəqiqliklə bilirik ki, o nəcis suyun ətrafından qalxan nəcis zərrələrdən hansısa əşyanın üzərindən oturub. Bu misalı nəzərə alaraq deyə bilərik ki, keçmiş zamanın bütün adi insanları və hətta indi müasir dövrümüzdəki insanlar hökm verirlər ki, belə halda ətrafda olan əşyalar nəcis deyildir. Amma əslində, bu tozlar əşyalar üzərində vardır lakin, biz ona əqli diqqətlə baxmırıq, adi gözlə baxırıq. Şəriət hökm verəndə həmin adi və əksər insanların nəzəri əsasında hökm verir və insanları çətinliyə salmır. Yəni, əgər hər hansı bir əşya insanların hamısının gözündə nəcis hesab olunduğu kimi hesab olunsa, o şey nəcisdir, amma əqli diqqətlə araşdırmağa ehtiyac yoxdur və o halda əşya nəcis sayılmır.[4]
3. Vasvaslar özlərinə vacib etdikləri bəzi işlərlə əslində, harama düşürlər; böyük günahlarla məsələn, israf, dində xurafat, qohum-əqrəbalarla və müsəlmanlarla əlaqələrin kəsilməsi, onları fasid işlərdə töhmət vurması və sair..Əgər fərz etsək ki, vasvasın öz işinə gətirdiyi dəlil məntiqi və düzdür amma, nəticəsi böyük günahlara səbəb olduğuna görə şübhəsiz ki, məsələnin çox mühümlüyünü nəzərə alaraq, bu fikri kənara qoymaq lazımdır. Yəni, əgər hər hansı bir əşya üzərində iki hökmün, zahiri paklığın və həmişə vaxtın və suyun israfa getməsini müqayisə etdikdə, əşyanın pak hökmünü kənara qoymaqla bu iki mühüm nemətin israf olunmasının qarşısını almaq daha mühümdür. Yaxud, hansısa fiqhi hökmün icrası şəxsin müsəlman cəmiyyətindən ayrılmasına səbəb olacaqsa, şəriyət belə şəxsin cəmiyyətdən ayrılmasına razı olmadığına görə şübhəsiz fiqhi hökm məsləhtə görə kərana qoyulur. Çünki, paklığa əməl etmək şəri fiqhidə əsas üsul köklərindən sayılmır. Belə bir müqayisə bütün şəri fiqhi hökmlərdə icra olunur.
4.Bütün bu qanunlara baxmayaraq bəziləri müəyyən şəri əməllərdə həddən artıq vaxt sərf edir və vasvaslığa mübtəla olurlar. Fəqihlər belə şəxslərdən ötrü xüsusi hökmlər təyin etmişlər. Bəzən vasvaslar üçün başqalarının ona əməl etməlirinə baxmayaraq fərqli hökmlər verilir. Adətən, vasvaslığ məsələsi o şəxslərin qarşısına çıxır ki, onlar öz şəri məsələlərinə əməl etmək niyyətindədirlər. Bu sahədə də heç bir batini vasvaslığa diqqət etmədən, zahiri şəri hökmlər əməl etmək lazımdır. Bununla da özlərinin Allaha xalis itaətlərini yeriə yetirsinlər. Bütün bunlardan mühüm İmam Xumeyninin buyurduğu belə bir hökmdür ki "Vasvas öz şəkkinə etina etməli deyil və əgər etina etsə haram iş görmüş olur. Həmçinin, hər bir əməli bir dəfədən artıq yerinə yetirməli deyildir. Əgər ikinci dəfə yerinə yetirsə haramdır. "[5]   Bu hökm nişan verir ki, vasvaın öz şəxsi nəzərinə əməl etməsi təkcə ilahi göstərişlərə əməl etməmək yox, bəlkə də böyük günaha səbəb olur və bu da insanın əzaba düçar olmasına səbəb olacaq. Başqa bir hökmdə elmi hövzənin ən tanınmış kitabı, Ürvətül-vüsqanın müəllifi mərhum Seyyid Kazim Yəzdi bu kitabda  yazır: "Vasvasın elminin heç bir qiyməti yoxdur."[6]   Bu ifadə o mənadıdır ki, vasvas şəxs oz elminə əməl etməli deyil. Əgər bir şeyin nəcis olmasına yəqinlik hasil etsə, bu yəqinlik o şeyin nəcis olmasına dəlalət etmir. Yəni, əgər libas olsa, onunla namaz qılmaq və yeməli şey olsa hətta, onu yeyə də bilər. Bu hökm bütün fiqhi məsələlərdə icra olunur. ( bu hökm haqqında ikinci bölmədə daha çox izah verəcəyik)
Şəri təkliflərini yerinə yetirməkdə vavaslığa mübtəla olmuş şəxslər bilməlidirlər ki, yuxarıdakı qeyd olunmuş mətləbə əsasən, demək olar ki, Allahın göstərişlərini yerinə yetirməkdə tutduqları yol çox səhv bir yoldur və  belə bir yolda Allahın razılığı yoxdur.
Amma indi sizin paklığa çıxarmaq istədiyiniz əşyalar haqqında olan məsələnizin hökmləri haqqında bir neçə məsələni qeyd etmək istərdik:
1.Əşyanın nəcis olması;
A) bir şeyin nəcisli bir şeylə toxunması nəticəsində qəti olaraq, nəcis olmasından məqsəd budur ki, insanın zehnində o iki əşyanın tuxunmaması barədə heç bir ehtimal olmamalıdır. [7]
B) Bizim nəzərimizdə bir şeyin nəcis olmasını belə təsəvvür etmək lazımdır ki, bir şeyin nəcisə toxunması, ya nəcisin onə sirayət etməsi və ya nəcsin rütubətinin o şeyə dəyməsi yuz faiz yəqinliklə olmalıdır. Belə ki dəqiq cismin digər bir cismə dəyməsi kimi görməliyik. Həva və həvəs üzündən yox.[8]
C) Rütubətli olan nəcisdən nəcis  keçmir. Əgər nəcis olan yerdə su olsa o zaman nəcis başqa əşayaya keçir.[9]  Əlbəttə, bu halda da o şərtlə nəcis başqa yerə keçir ki, nəcis olan yer başqa yerlərdən çökəkdə olsun. Yəni, əgər su pak yerlərdən nəcis olan tərəfə hərəkət etsə, suyun pak olan qismətləri öz paklığında qalır. Hətta, hər nə qədər ehtimal versək də, pak suyun nəcis olan çökəkliyə sarı axmasında suyun yuxarı qismətinə heç bir nəcis nüfuz etmir.[10]
D) Bəzi şeyləri bəzən pak, bəzən də təmiz olduğunu bildiyimiz halda məsələn, ümumi təharətxanaların döşəməsinin bəzən kürr suyu ilə yuyulduğuna görə pak, bəzən də nəcis olmasını bilirik. Nə qədər ki, belə yerlərin gözümüzün önünüdə yüz faiz nəcis olduğunu görməyib və qəti olaraq yəqinliyimiz olmasa, pak hökmündədir. Bu halda ondan çkinməyə heç bir dəlilmiz yoxdur.
Bu iki izahla məlum olur ki, əgər paklığa çox da diqqət etməyən bir şəxslə yaşyırıqsa, yaxud ümumi məkanlarda hazır oluruqsa, başqalarının bizim istifadədə olan yerlərə nəcisli şəkildə ayaq  qoymalarına və ya oranın nəcasətə batmasına yəqinliyimiz yoxdursa, həmin yerlər pak hökmündədir. Çünki, hər hansı bir müəyyən pak yerin nəcis  olmasını isbat etmək çox çətindir. Yenə də əgər həqiqətdən xəbərmiz vardısa, onda ehtimal verə bilərdik ki, bizim ətrafımızın tamamilə nəcis olmaq ehtimalı var. Amma, bu yəqinlik əgər bizdə yoxdursa, Allah taala hər şey bizə pak qərar vermişdir. Belə ki, belə yerlərin nəcis olmasını düşünmək üçün bizə heç bir dəlil və məsuliyyət verməmişdir. Ancaq, dəqiqliklə hər hansı bir yerin nəcis olmasını biliriksə, o yerə nisbətdə bizim məsuliyyətimiz vardır.
h) Nəcis suyun bir şeyin başqasına keçməsi, ordan da digər bir əşyaya sirayət etməsi və bu minvalla zəncirvari təkrar olmada ayətullah Xamneyi buyurur: "dördüncü vasitədən sonra nəcis başqa əşayaya keçmir. Yəni, üçüncü vasitə dördüncü vasitə ilə birləşdikdən sonra dördüncü əşya nəcis olmur."[11] Həmçinin, İmam Xumeyni (rəh.) yazır: əgər nəcisli şeyin bir bindən digərinə keçməsində vasitələr çoxalsa, nəcis intiqal olmur."[12] Digər fəqihlərin isə nəzəri budur ki, əgər çətinlik və məşəqqətə səbəb olsa, çox vasitə ilə intiqal tapan nəcislərdə nəcis hökmü aradan gedir.[13] Bu hökmlə məlum olur ki, əgər qışda bütün xiyabanlar qarla ortülü olsa heç bir nigarançılıq yoxdur. Çünki, bizim fikr etdiyimiz nəcisli əşya əsl nəcisdən çox-çox uzaqdır və bir neçə vasitə ilə bizə çatıb. Bəziə alimlərin nəzərinə görə bu halda ümumiyətlə, nəcis intiqal olmur və bəzi fəqihlərə görə isə məşəqqət gətirdiyinə görə nəcis intiqal tapmır.  Özünüz də sualınızda qeyd etdiyiniz kimi o şəratidə paklığa riayət etmək çox çətin və bəlkə də qeyri-mümkündür. Beləliklə, heç bir şəkk yoxdur ki, ən çox ehtiyat edən alimlərində də fətvalarına əsasən yenə nə vasitələr çox olan zaman əşyalara artıq nəcis keçmir.
2.Nəcis əşyaların paka çıxarılması;
İslam alimləri yazırlar ki, bir şeyin pak olmasında vasvaslığa düçar olan hər kəs, başqalarının həmin şeyin pak olmasına yəqin etmələri qədərlə kifayətlənməlidir. Hətta əgər özü o şeyin pak olmasına yəqinliyi ələ gətirə bilməsə, başqasının yəqinliyinə ilə kifayətlənə bilər.[14] Bu hökmün mənası odur ki, əgər vasvas şəxs nəcisli bir paltarı yarım dəqiqə (30 saniyə) müddətində yuyulub pak olmasına şəkk edirsə, adi insanların bu müddətdə hər hansı bir nəcisli paltarı yumasını nəzərə alaraq, o zmana müddətində paltarın pak olmasına yəqinlik etməlidir və ondan artıq libası yuyun altında saxlamalı deyil. Həmçinin, ayətullah Xumenyinin fətvasını də nəzərə alsaq, vasvaslıq üzündən nəcisli paltarı həddən artıq suyun altında saxlamaq lazımsız olmadığından əlavə, haramdır.
Amma, müasir dövrümüzdə paltaryuyan maşınlarla nəcis paltarların yuyulmsı haqqında onu qeyd etmək lazımdır ki, bu maşınlar iki qismə bölünür: bir qism maşınlar lülə ilə kürr suyuna birləşik halda paltarı yumaqla məşğul olur, digər növü isə kürr suyundan ayrıldıqdan sonra patarı fırladıb yumaqla məşğuldur. Mərce təqlidlərin birinci maşınlar haqqında nəzərləri budur ki,kürr suyu lülə vasitəsi ilə maşında olan paltarlara birbaşa yetişirsə, bütün paltar və maşının özü pakdır. Amma, ikinci növ maşınlar haqqında ayətullah Behcəti ehtiyat etməyi hökm edir.[15] Bəziləri məsələn, ayətullah Məkarim Şirazi fətva verir ki, ümumi olaraq, paltayuyan maşın istər birdəfəlik kürr suya birləşmi olsun və fasiləsiz olaraq, maşına su versin istərsə də, palatrı təklikdə yuduqdan sonra kürr su ilə suya çəkmiş olsun, hər iki halda paltar pakdır.[16]  Ona görə də ayətullah Behcətinin müqəllidləri maşınla paltar yumaq mövzusunda ayətullah Məkarim Şiraziyə müraciət edə bilərlər.[17]
Əşyaların pak olnuması mövzusunda bir məsələyə diqqət etmək lazımdır ki, alimlərin fətvasına əsasən, hər kəs əlində olan şeyin pak olmasını iddia edirsə o şey pak hökmündədir.[18]  Bu hökmdən məlum olur ki, əgər çox hökmlərə riyayət etməyən insan da əlində olan bir şeyin pak olmasını iddia etsə o şey pak sayılır. Yenə də alimlər yazırlar: əgər müsəlman bir şəxs hər hansı bir nəcisi suya çəksə, hətta onun düzgün və ya səhv yuduğunu bilməsəkdə də o şey pak hökmündədir.[19]  Bütün bu hökmlərdən sonra hansı əsasla başqalarının pak etdiyi əşyalar haqqında axtarış aparaq və soruşaq ki, o əşyanı düzgün suya çəkmisən ya yox?
Bütün bu mətləbdən məlum olur ki, hər kəs alimlərin vasitəsi ilə bizə çatan İslam göstərişlərinə əməl edənlər heç vaxt vasvaslıq müşkülnə mübtəla olmazlır. İlk olaraq vasvaslığa səbəb olan şey İslam hökmlərindən xəbərsizlikdir. Bura qədər vasvaslıq haqqında İslamın hökmləri məlum olduqdan sonra, bu mövzudə iki mühüm təklif edirik:
Əvvla, Ən mühüm və əsas çıxış yolllarından biri budur ki, vasvaslığa mübtəla olmuş şəxs şəkkidə olduğu mövzularda heç vaxt həddən artıq diqqət etməməli və özünü zəhmətə salıb əməlləri təkrarlamalı və tam aramlıqla əməlinin düzgün yerinə yetirdiyi niyyətlə əməli sona vurmalıdır. Çünki, vasvaslığın kökü kəsilməsə öz-özlüyündə getdikckə şiddətlənir. Ona görə də hər zaman hər hansı nəcis paltarın pak olmasına yəqinlik hasil etdiniz, ikinci dəfə bu yəqinliyi daha tez və əvvəlkindən də asan, çətinliyi kənara qoyun. Beləliklə, yavaş-yavaş vasvaslıq hisslərinin əleyhinə hərəkət etmək lazımdır. Məsələn, əgər həyat yoldaşınızın bacısının əli yaş halında sizinlə salam göürüşməsi sizi narahat edir və vasvaslığa salırsa, birdən naçar vəziyyətdə onunla görüşsəniz və əlinizi yumamış həmin rütubətlə namaz qıla bilsəniz əslində, bu sizin vasvaslıqla mübarizənin ən ilk və mühüm pilləsidir. Həmin vəziyyətlə özünüzü nəzarətə alın və hətta əgər əlinizi suya çəkmək imkanınız olsa belə, bu işdən çəkinin və möhkəm dayanın. Bununla da vasvaslıq haləti bir qədər geri çəklimiş olacaq. Əlbəttə, bu hallar çox yavaş-yavaş qabağa getməlidir. Məsələn, həmin qeyd etdiymiz halət ən azı iyirmi dəfə təkrarlanmalıdır və öz-özlüyünüzdə sizin üçün sabit olmalıdır ki, artıq birdə belə hiss sizi narahat etməyəcək. Bu tərtiblə sizin vasvaslıq hissiniz azalacaq və geri çəkilməyə başlayaçaq. Məsələn, əgər əvvəllər həmişə ayaqyolnun döşəməsinin həmişə nəcis olmasını düşünürdünzsə, bu vəziyyəti bir iki ay davat etdirdikdən sonra artıq öz vasvaslığınıza bir miqdar şəkk edəcəksiz və vasvaslığınızın kökləri sınmağa başlayacaq. İndi əvvəlki əməliyyatı təzə hisslərinizlə təkrarlayın və irəli gedin. Diqqətli olun ki, mübarizə yolunuzu ora kimi qabağa aparın ki, artıq müvəffəqiyyət əldə edəsiniz. Bu mənada ki, hansısa bir nöqtədə adi halda yəqinliyə çatsın ki bu əşya pak və ya nəcisdir.  Əgər müaəffəq olmasa, öz şəkkinə etina etməsin.
İkinci: vasvas şəxslərin başqa vasvaslarla görüşməsinə şərait yaratmamaq. Çükni, belə görüşlər onların hərəkətlərinin özləri üçün adi görünməsinə səbəb olur və bu da vasvaslığın müalicəsinin çətinləşməsi ilə nəticələnir. Hər bir vasvasa vacibdir ki, ciddi şəkildə başqa vasvaslarla əlaqədə olmaqdan çəkinsinlər. Əgər naçarlıq üzəndən ən qısa müddətdə görüşü qurtarsınlar.
Sonda yenə də qeyd edirik ki, qeyd etdiyimiz kimi vasvaslıq müşkülü günbəgün artdığına görə bu yazılarımız sizi qane etməsə, gözləmdən ən yaxındakı müşavir, nevroloq və psixlolqa müraciət etmənizi məsləhət görürük. Heç vaxt vasvaslıqla barışmayın çünki, zaman keçdikcə onun ən pis və acı nəticələrini müşahidə edəcəksiniz.
 

[1]  Həcc surəsi 78
[2] Əllamə Məclisi, Biharul-Ənvar, c.30; səh.548; Müəssiseyi Ə-Vəfa, Beyrut, 1404 h.qəməri ili
[3] Hər hansı hökmün çətinliyə və əziyyətə salmasının fiqhi və şəri dəlillərlə isbat olunması mövzusunu bu ünvanda mütaliə edə bilərsiz: İmam Xumeyni, Kitab Təharət, c.3; səh.417; Müəssiseyi İsmaliyyan, 1410 h.qəməri ili; Seyyid Möhsin Həkim, Müstəmsəkül-ürvə, c.4; səh.412, 422; Məktəbətül-seyyidul Mərəşi, 1404 h.qəmərə
[4]  Bu mövzudra araşdırma Fiqh üsulu elminin kəlmələrin dəlil sayılması mövzusunda aparılır.
[5]  İmam Xumeyninin şəri suallara cavabından; Dini suallara cavab sayıtının önünüdə; www.porsojoo.com/fa/node/71741
[6] Yəzdi, Seyyid Məhəmməd Kazim, Ürvətul-vusqa, c.1;səh.74; Müəssiseyi ələmi, Beyrut, ikinci çap, 1409 h.qəməri ili
[7] Məracelərin Tovzihul məsailinə müracət edin və "nəcisin sabit olması və əşyaların nəcasəti mövzusuna baxın.
[8]  Həmin mənbə;
[9] Həmin mənbə;
[10]  Məracelərin Tovzihul məsaili, аз су мәсәләси;
[11] Ayətullah Xamnei, Seyyid Əli, Əcvibətil-istiftaat, c.1; səh.85; sual-259; Darun-nəbə linəşr və tozih nəşriyyatı, birinci çap, 1415 h.qəməri
[12] İmam Xumeyni, Təhrir Vəsilə, c.1; səh.123; Darul kutubul elmiyyə nəşriyyatı, İsmaliyyan, Qum, 1409 h.qəməri
[13] Behcət, Məhəmməd Təqi, Vəsilətun-nicat, c.1; səh.155; İntişarat Şəfəq, Qum, ikinci çap, 1381 günəş ili
[14] Tozihül məsail, başqa müctehidlərlə bir yerdə, c.1; səh.134; Müəssiseyi nəşriyyat islami, Cameyi müdərrisinə tabe, Qum, səkkizinci çap, 1424 h.qəməri,
[15] www.bahjat.org/index.php?option=com_content&task=view&id=1105&ltemid=45
[16] Tozihil məsail digər maərace ilə birlikdə, c.2; səh.səh.926
[17]  Daha çox məlumat üçün müraciət edin; Məhmudi, Seyyid Möhsin, Mərace nəzərində bir neçə təzə məsələ; c.4; səh.145; İntişarat Sahibəz-Zaman (əc); ikinci çap, 1384 şəmsi ili,
[18] Həmin mənbə; c.1; səh.133-134
[19]  Һәмин мәнбә;
Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    162893 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    154996 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    117779 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    109724 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    98865 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    91324 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53362 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    45284 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    43740 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    42907 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...