Ətraflı axtarış
Baxanların
3741
İnternetə qoyma tarixi: 2014/02/09
Sualın xülasəsi
Niyə dəstəmaz ayəsində “mərafiq (dirsəklər)” kəliməsi cəm halında, ancaq “kəbeyn (Ayağın üzərində yerləşən hər iki bənd,çıxıntı)” kəliməsi ikili cəm halında gəlibdir?
Sual
Niyə dəstəmaz ayəsində “mərafiq (dirsəklər)” kəliməsi cəm halında, ancaq “kəbeyn (Ayağın üzərində yerləşən hər iki bənd,çıxıntı)” kəliməsi ikili cəm halında gəlibdir?
Qısa cavab
Dəstəmazın necə alənmasının keyfiyyətini bəyan edən dəstəmaz ayəsi olan Maidə sürəsinin 6-cı ayəsində Allah taala buyurur: Ey iman gətirənlər! Namaza durduğunuz zaman üzünüzü və dirsəklərə qədər qollarınızı yuyun! Başınızı və hər iki bəndə (oynağa) qədər ayaqlarınızı məsh edin!...[1]
Ayədə gələn kəlimələrin mənası
“Mərafiq”  dirsəklər mənasını verir və məfasil vəznindədir. Məfəl və ya mifəl vəznində olan ”Mirfəq” sözünün cəmidir.Mirfəq isə dirsək mənasındadır.[2]
Kəbeyn sözü “Kəb” sözünün ikili cəmidir. Kəbn sözü üçün 3 məna zikr ediblər:
  1. Ayağın bəndi və üst çıxıntısı
  2. Baldır və ayaq pəncəsinin birləşdiyi yerdə yerləşən sümük
  3. Topuq[3]
“Kəbeyn (Ayağın üzərində yerləşən  hər iki bənd,çıxıntı) ” kəlməsinin ikili cəm halında gəlməsinin səbəbi
Dəstəmaza ayəsində gələn bu təbirin səbəbi barəsində sünni və şiə alimləri arasında ixtilaf mövcuddur:
Sünni alimlərinin nəzəri
Sünni alimlərinin nəzərinə görə, kəb sözü yuxarıda qeyd olunan üçüncü mənada (topuq) gəlibdir və hər bir ayaqda iki topuq olduğundan dolayı ayədə kəbeyn təbiri işlənmişdir. Başqa sözlə, kəbeyn təbirindən məqsəd, dəstəmaz alan şəxsin bir ayağı nəzərdə tutulub. Çünki hər bir ayaqda iki topuq mövcuddur. Ancaq, ”mərafiq” kəliməsi isə bütün dəstəmaz alanlar nəzərdə tutularaq cəm halında gəlmişdir.[4]
Şiə alimlərinin nəzəri
Şiə alimləri isə, kəb kəliməsinin üçüncü mənasını (topuq) qəbul etməsələr də, yerdə qalan digər iki məna üzərində ixtilaf etmişlər. Bəziləri birinci mənanı  və bəziləri də ikinci mənanı seçiblər. Ancaq, hər iki halda, mərafiq kəlməsi bütün dəstəmaz alanlar nəzərdə tutularaq cəm halında işlənibdir. Ancaq kəbeyn kəliməsinin ikili cəm halında olması hər iki ayaqda olan kəbə (ayağın bəndi və üst çıxıntısı və ya baldır və ayaq pəncəsinin birləşdiyi yerdə yerləşən sümük) görədir. Həqiqətdə, hər ayaqda bir kəb mövcuddur və ayədə kəbeyn kəliməsinin gəlməsi bunu bildirir ki, hər  iki ayaqda yerləşən və toplam iki ədəd olan  (hər ayaqda bir ədəd) çıxıntıya qədər məsh edin.[5]
Ola bilsin ki, şiə alimlərinin bu nəzərinə belə bir irad tutulsun ki, əgər hər iki ayaqda bir kəb vasa bəs niyə kəb kəliməsi mərafiq kəliməsi kimi cəm halında gəlməyibdir? Yəni, hər bir qolda bir ədəd dirsək olmasına baxmayaraq, mərafiq kəliməsi bütün insanları özündə ehtiva edir. Bəs,kəb kəliməsi də cəm halında gəlməliydi.
Bu irada belə cavab verilmişdir ki, ayədə kəbeyn təbirinin işlənməsinin özü buna dəlildir ki, kəb kəliməsində məqsəd topuq deyildir. Çünki, nəzərə alsaq ki, insanın hər iki ayağında toplam dörd topuq var və ondan əvvəl də mərafiq cəm şəkilində gəlib, gərək kəb kəliməsi də kəab (kəb kəliməsinin cəmi) şəklində olardı. Ancaq, kəbeyn kəliməsinin gəlməsi və cəm halından ikili cəm halına keçməyin özü bu şübhəni aradan aparmaq üçündür.[6]
Başqa sözlə desək, kəbeyn təbirindən məqsəd dəstəmaz alan şəxsin hər iki ayağı nəzərdə tutulur. Buda aydındır ki,hər iki ayaqda toplam iki kəb mövcuddur. Buna görə də, bu mübarək ayədə kəbeyn təbiri işlənmişdir.[7]
Əhli sünnətin qəbul etdiyi nəzərə olan iradlar
Əhli sünnətin qəbul etdiyi nəzərdə bir sıra irad mövcuddur və biz bunlardan bir neçəsini burada qeyd edəcəyik:
  1. Qeyd etdiyimiz kimi, əhli sünnətin qəbul etdiyi nəzərə görə hər bir insanda dörd ədəd kəb (topuq mənasında) vardır. Buna görə də, ayədə kəab –kəb sözünün cəmi- kəlməsi gəlməsinin  heç bir iradı yoxdur. Çünki,bu həm həqiqətlə və həm də öncəki kəlimə ilə  (cəm halında gələn mərafiq kəliməsi ilə) uyğunluq təşkil edir .Yəni, ayədə  kəab (kəb sözünün cəmi) kəliməsi cəm halında gəlməsinin heç bir maneəsi yox idi.Ancaq,bu kəlimə ikili cəm şəkilində gəlibdir.[8]
  2. Əgər bu ayədə məqsəd,dəstəmaz alan şəxsin iki ayağından biri olsa,ciddi bir iradla üzləşəcəyik.O da budur k,ayənin dəstəmaz almağın necəliyini bəyan etmək məqamında olmasına baxmayaraq,yalnız bir ayağa işarə olunacaqdı.Belə olduğu təqdirdə,bu nəticəyə gəlmək olar ki, bir ayağa məsh çəkmək kifayət edir və nəinki kifayət edir,hətta bir ayaqdan artığına məsh çəkmək caiz deyildir.Ancaq,əhli sünnətin fətvasına əsasən, hər iki ayağı yumaq vacibdir.
  3. Başqa bir irad bundan ibarətdir ki,əgər bu nəzəri qəbul etsək,o zaman məsh çəkilərkən hansı topuqda sona çatması məsələsi anlaşılmaz olaraq qalacaqdır.[9] Bu mənada ki,əgər ayənin məqsədi ayağın kənarında yerləşən hər iki topuq olsa,belə bir irad yaranacaq ki,görəsən hansı topuğa doğru məsh çəkilməlidir? (və ya yuyulmalıdır.) və məshin və ya yumağın sonu hansı topuqdur?sağdakı ya soldakı topuq?Bütün bunlara əsasən,ikinci nəzər  (şiələrin qəbul etdiyi nəzər) doğru nəzər olaraq qəbul edilməlidir.
 
 

[1] Maidə 6,  «يا أَيُّهَا الَّذينَ آمَنُوا إِذا قُمْتُمْ إِلَى الصَّلاةِ فَاغْسِلُوا وُجُوهَكُمْ وَ أَيْدِيَكُمْ إِلَى الْمَرافِقِ وَ امْسَحُوا بِرُؤُسِكُمْ وَ أَرْجُلَكُمْ إِلَى الْكَعْبَيْن ....».
[2] Safi,Mahmud ibn Əbdul Rəhim,əlcudul fi erabil quran,cild 6, səh 286, darur-rəşid,əl-iman müəssisəsi,dəməşaq,beyrut,dördüncü çap,1418 qəməri.
[3] Məkarim Şirazi,Nasir, Nümunə təfsiri, cild 4,səh 288,Darul kutubul İslamiyyə,ehran,birinci çap,1374 şəmsi,bax: Bəstani,Fuad Əfram,Mehyar, Rza, ərəb-fars əbcəs lüğəti,səh 730,İslami,Tehran,ikinci ççap,1375 şəmsi,əlcudul fi erabil quran,cild 6, səh 286.
[4] Bax: Şukani,Muhəmməd ibn Əli,Fəthul qədir,cild 2,səh 22Darul kəlamut-teyyib,Dəməşq,Beyrut,birinci çap, 1414 qəməri,Şeyx Mufid,Muhəmməd ibn Muhəmməd ibn Noman,əl-məqnəə,səh 44-45,Şeyx Mufidin min illiyinə həsr olunmuş konfrans,Qum,birinci çap,1413 qəməri
[5] Həmin mənbə,İbn Zohre Hələbi,Həmzə ibn ƏliĞəniyyətul nuzu ila əməliyyil usul vəl furuu,səh 58,imam Sadiq (ə) müəssisəsi, birinci çap,1417 qəməri.Bundan əlavə,lüğət kitabı olan Qamusu Quran kitabında bu mövzuya oxşar bir mətləb zikr olunubdur.Kitabın müəllifi yazır: “Kəbeyn kəliməsinin ikili cəmdə gəlməsi,hər iki ayaqda iki kəb olmasına işarədir.Qollar barəsində isə “əl mərafiq”  kəliməsinin cəm şəklində gəlməsində ümumi insanlar nəzərdə tutulur. Əks təqdirdə,məlumdur ki,hər bir şəxsin iki dirsəyi vardır.Əgər “iləl-kəb” deyilsəydi, burada məqsədin hər iki ayaqda olan iki topuq olduğu ehtimalı daha çox olardı.Bax: Qərəşi, Seyyid Əli Əkbər, Qamusu Quran,cild 6, səh, 113,Darul kutubil islamiyyə,Tehran,altıncı çap,1371 şəmsi. ”
[6] Corcani,Seyyid Əmir əbul Fəth Huseyni,Şahi təfsiri,cild 1,səh,31,novid,Tehran,birinci çap,1404 qəməri. Müəllif yazır : Ayədə kəbeyn gəlməsini özü buna dəlildir ki,burada məqsəd kəbe zənbub (topuq) deyil.Necəki,əhli sünnət iddia edir.Həqiqətdə kəbeyn,ayağın bəndidir.Necəki bəziləri belə deyirlər.Çünki,əgər kəbeyndən məqsəd zənbubeyn (iki topuq) olsaydı, gərək kəbeyn kəliməsi cəm halında gələrdi, nəinki ikili cəm halında.Çünki hər bir insanda dörd ədəd topuq vardır.Mirfəq kəliməsinin də cəm halında gəlməsi başqa bir ehtimala səbəb olmur.Çünki hər bir şəxsdə iki dirsək vardır.Bu səbəbdən də,mirfəq kəliməsinin cəm halında gəlməsində məqsəd bütün mükəlləflər nəzərdə tutulur.Əgər kəb kəliməsi də cəm halında gəlsəydi, artıq bunu da bütün mükəlləflərə aid etməyə ehtiyac qalmırdı.Çünki,cəm hər bir fərdə şamil olur.Bəs,kəb kəliməsinin ikili cəmdə gəlməsi buna dəlildir ki,hər bir mükəlləfin iki ədəd kəbi vardır,biri sağ ayaqda,digəri sol ayaqda.
[7] Seyyid Mürtəza,Əli ibn Huseyn,əl-İntisar fi infiradatil imamiyyə,səh,116,İslami nəşriyyarın ofisi,Qum,birinci çap,1415 qəməri.
[8] Cavadi Amuli,Abdullah,Təsnim təfsiri,Mühəqqiq,Şəfii,Huseyn,Fərahani,Muhəmməd,cild 22,səh 96,İsra,Aqum,1389 şəmsi.
[9] Bu iradın əslini Təsnim təfsirində görmək olar.Bax: Təsnim təfsiri,cild 22,səh 96.
Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Üzüyün sağ ələ taxıması zəruridirmi?
    17667 Nizamlar hüquq və əhkam 2011/08/09
     Peyğəmbər (s) və imamların (ə) sünnələrindən biri də ələ üzük taxmaqdır. Rəvayətlərimizdə onun növü, quruluşu və şəkli haqda məlumat verilmişdir. Əlavə olaraq üzüyün sağ ələ taxılması rəvayətlərdə tövsiyə olunmuşdur. İslam dininin üzük taxmaq barədə bəyan etdiyi bütün hökmlər müstəhəb hökmlərdir. Yalnız kişilərin qızıl ...
  • İmam Əli (əleyhis-salam) Əbu Bəkr, Ömər və Osmanla beyət etmişdimi? Nə üçün?
    15118 Qədim kəlam 2011/11/24
    Əvvəla, İmam Əli (əleyhis-salam)-ın özü, köməkçilərindən bir dəstəsi, eləcə də Peyğəmbər (səlləllahu əleyhi və alih) səhabələrindən bir qrupu əvvəldə Əbu Bəkrlə beyət etməmişdilər. Sonradan beyət etmələri də yalnız islamın hifz olunması, islam hökumətinin mənafeyinin qorunması məqsədi ilə baş vermişdi. İkincisi, bütün problem qılınc və şücaətlə həll olunmur, hər yerdə ...
  • İslam Peyğəmbərindən (səlləllahu ələyhi və alihi və səlləm) qadınla arxadan cinsi əlaqədə olmağın nəhy olunmasına baxmayaraq necə olur ki, fəqihlər bu işə icazə hökmü veriblər?
    16335 Nizamlar hüquq və əhkam 2015/06/29
    Bu mövzuda bizə gəlib çatan rəvayətlər iki qismə bölünür. Birinci: Bir dəstə rəvayətlərdən belə bir əməlin icazəsi olması nəzərə gəlir. İkinci: Bir dəstə rəvayətlərdə isə belə bir əməlin icazəsi olmamasından əlavə haramlığı da məlum olur. Həmçinin, belə bir şəxs lənətlənmişdir. Beləliklə, bu iki dəstə rəvayətlər arasında bir ...
  • İmamın məsum olması niyə zəruridir və imamın məsum olması necə məlum olur?
    6967 Qədim kəlam 2011/02/14
    Şiə əhli- sünnənin əksinə olaraq, bu dikirdədir ki, imam bütün işlərdə (vəhy məsələsindən başqa) Peyğəmbərlə eyni və ona uyğun olmalıdır. Buna əsasən, Peyğəmbərlə eyni və uyğun olmalıdır. Buna əsasən, Peyğəmbər kimi səhv və günahdan məsum olmalıdır. Necə ki, islam Peyğəmbəri (s) və digər ilahi Peyğəmbərlər belə olublar. Amma əhli- ...
  • Hansı baxışlar haram və günah sayılır?
    15175 Nizamlar hüquq və əhkam 2011/10/13
    Allah Qurani kərimdə naməhrəmə baxmaq barəsində buyurur: «قل للمؤمنین یغضوا من ابصارهم»[1]Mömin kişilərə de ki, gözlərini haram edilmiş şeylərdən çevirsinlər." «و ...
  • Şeytanın hədəf və proqramları nədir?
    7471 Qədim kəlam 2011/02/14
    1. İnsanları düz yoldan çıxarmaq. 2. İnsanları bidət və xuafatlı əməllərə dəvət etmək. 3. İnsanları Allahın yaranışında dəyişiklik etməyə məcbur etmək. Bunlar Quranda şeytana nisbət verilən hədəf və proqramlardır. ...
  • Əhli-Beytə (əleyhimus salam)sədəqənin haram olmasının fəlsəfəsi nədir? Bu haqda hədis varmı?
    4933 Zəkat və sədəqələr 2014/05/18
    Quran və hədis təliməlirində sədəqənin özünəməxsus mərtəbələri vardır. Sədəqə o mövzulardandır ki, İslam dini ona çox böyük əhəmiyyət vermiş və müxtəlif münasibətlərdə və müxtəlif bəhanələrlə sədəqə verməyi sifariş etmiş, əhəmiyyətini açıqlamışlar. Amma, hədsilərdə İslam Peyğəmbərinə (səlləllahu ələyhi və alihi və səlləm) və Onun pak Əhli-Beytinə (əleyhimus salam)sədəqənin ...
  • Rəcət nədir? Hansı insanlara şamildir? Və nə vaxt baş verəcək?
    14511 Qədim kəlam 2011/02/14
    Rəcət imamiyyə şiəsinin etiqad bəslədiklərindən biridir. Rəcət ölümdən sonra və axirətdən qabaq dünyaya qayıtmaq mənasındadır. Rəcət imam Zaman (ə. c. ) zühur etdikdən bir az sonra və həzrətin şəhadəti və qiyamətin bərpa olmasından qabaq baş verəcək. Rəcət hamıya aid deyil. Rəcət yalnız xalis möminə və tam müşrikə aiddir.
  • Qızıl kişiyə niyə haramdır?
    19913 Əhkam və hüquq fəlsəfəsi 2011/06/12
    Kişinin qızıldan istifadə etməsi üçün, elmi nəzərdən dağıdıcı nəticələr qeyd olubdur ki, əsəb sisteminin qıcıqlanması[1], leykositin (ağ qan cisimciyi)[2] həddən artıq çoxalmasını buna misal vurmaq olar.Amma bu məsələyə diqqət etmək lazımdır ki, elm insanın sağlamlığını öhdəsinə alıbdır, ...
  • Bir adam necə yuxu yozmaq qüdrətin ələ gətirə bilər?
    8620 Hədis elmləri 2012/01/11
    Röya ya yuxu görmək bir işdir ki, hamı üçün həyat boyu baş verir. Ama onun keyfiyyeti hələ alimlər üçün belə aydın olmamışdır. Qurani kərim Həzrəti Yusifdən yad edərkən buyururu ki, həm doğru yuxu gördü[1] və həmdə Allah yuxu yozmaq elmin ona öyrətdi.[2] Yusif zindanda ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    155033 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    131628 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    110592 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    101298 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    84945 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    72759 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    50227 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    38024 Nizamlar hüquq və əhkam 2011/08/09
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    37834 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    36589 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".