Ətraflı axtarış
Baxanların
5507
İnternetə qoyma tarixi: 2012/04/17
Sualın xülasəsi
Ruhlar aləmində zaman var?
Sual
Ruhlar aləmində zaman var?
Qısa cavab

Zaman əqli bir məfhumdur ki, maddiyyatın varlığından ələ gəlir necə ki, mücərrədatın varlığından subat məfhumu ələ gəlir. Ruhda mücərrədlərdən biridir və mücərrədlər aləmində zaman yoxdur. Çünki zaman təbiət aləminin xüsusiyyatlarındandır. Əlbəttə ruhlar (mücərrədat) aləmində "zaman" kəlməsinin əvəzində ki, maddi varlıqlar üçün zərfdir "dəhr" kəlməsi var ki, mücərrədlər üçün zərfdir.

Ətreaflı cavab

Təqribən bütün İslam filosofların nəzəri budur ki, zaman miqdar növü və birləşmiş kəmiyyətdir ki, onun xüsusiyyatı ötəri olmaq və bir yerdə qərar tapmaqdır. Hərəkətin[1] vasitəsiylə cismlərə ariz olur.[2]

Əlbəttə Sədrul- Mütəllihin qədəmdəkilərin zaman üçün dediyi iki xüsusiyyatı icmali şəkildə qəbul edib və onlar ibarətdirlər:

Bir: Zaman qismləri bir işdir və kəmiyyatdandır.

İki: Zamanın hərəkətlə ayrılmaz əlaqəsi vardır. Molla Sədra ondan qabaqkı filosoflar deyən iki xüsusiyyatlarla müxalifət etdi:

Bir. Qabaqkı filosoflar zamanı və hərəkəti xarici ərazilərdən sayırdılar və o maddi vücudun təhlil ərəzlərindən saydı ki, təkcə zehni təhlildə ayrılırlar.

İki. Zxamanla bir doğan hərəkəti ki, filosoflar hərəkətin ərəzi məqulələrdə məxsusən fələkin fırlanma hərəkəti bilirdilər, hərəkəti cisimlərin cövhəri bilmək və bu vəsiləylə zamanı onların zatı mənbələrindən tanıtdırdı. Buna əsasən onun nəzərində zamanın həqiqəti ibarətdir: Ötəri və davacıl sahə ki, hər cisim öz zatında davamcıl ötəri olmayan uzunluq, enlik və qalınlıqdan əlavə ona malikdir.

O zamanı əqli bir məfhum bilir ki, maddiyyatın varlığından ələ gəlir necə ki, sobat məfhumu mücərrədlərin varlığından ələ gəlir.[3]

Fəlsəfəçilərin terminində "dəhr" maddiyyat üçün zaman məfhumu olduğu kimi mücərrədlər üçün dəhr məfhumu istifadə olunur. [4]

Hər halda diqqət etmək lazımdır ki, birincisi: Zaman cəhətdən təxirə salmaq və tezləşdirmək zamanla bağlı olan işlərə məxsusdur. O varlıq ki, zaman üfüqündən daha ucadır heç bir varlıqla zaman nisbəti olmayacaq və keçmiş, indiki zaman və gələcək ona nisbət bərabər olacaq. Zaman zərfində pərakəndə olan varlıqlar ona nisbət cəm və birləşmiş şəkildə olacaq.[5]

İkincisi: Məkanı və zamanı olmaq habelə dəyişən və hərəkət, təbiət aləminin və maddənin tələb etdiyi nöqsanlardan və məhdudiyyətlərdəndir. Bir halda ki, mücərrədlər aləmi təbiət aləmindən yuxarıdadır və kamalat aləmidir. Bu cəhətdən bu məhdudiyyətlərə sahib deyil çünki axdarışçılar bir bölgədə ümumi varlıq aləmlərini üç aləmə bölüblər:

Bir. Əql aləmi ki, həm zat həmdə fel məqamında maddə və maddənin əsərlərindən boşdur.

İki. Misal aləmi ki, maddədən boşdur amma onun bəzi əsərlərindən varıdır: Şəkl, sahə, vəziyyət və qeyriləri.

Üç. Maddə və təbiət aləmi.[6] Bu bölgüyə əsasən üçüncü aləmdə yəni təbiət və maddə aləmində olan varlıqlar bir mənalı olaraq maddəyə bağlıdırlar. Bu aləmin xüsusiyyatlarından odur ki, hərəkət, dəyişiklik, zaman və məkan onu bütövlüklə tutubdur. Bu aləmin əksinə olaraq digər iki aləm maddədən daha uca və daha şərafətlidirlər. Buna əsasən ruhlar aləmində ki, mücərrədlər aləmidir zaman yoxdur bəlkə "dəhr" kəlməsi mücərrədlər üçün zərfdir maddiyyat üçün zərf olan zamanın müqabilindədir.

Əlbəttə ruhun mücərrəd olmağında şübhə yoxdur[7] və bir çox sübutlar onun üçün bəyan olubdur.[8]

Münasibdir ki, bu dəlillərdən birinə nümunə olaraq işarə edək: Hər insanın vücudunda iki cür dərk etmə var: Cüzi və ümumi: Cüzi beşdənəlik hisslər (görmək, eşitmək, iyləmək, dadmaq və toxunmaq) vasitəsilə dərk olur. Habelə hamısı bədənin xaricində yerləşir. Bəşərin digər dərk etməsi ancaq zehində yerləşir. Onların yeri insanın əqli və ruhudur: Elmlərin külliyatı və aksiyama kimi: Hər külli cüzidən daha böyükdür. Əlbəttə zehn hafizə və əql insanda ruhun sahələrindəndirlər. Ruh külliyatı, qaydaları və aksiyaları əhatə edir amma bu külliyat xaricdə yoxdur bəlkə insanın ruhuna ariz, buna əsasən onların ariz olunmuşlarıda maddi ola bilməz. Buna əsasən zərf və məzruf, hal və məhəl arasında münasibət var və problem qarşıya gəlməyəcək.[9]

Mərhum Xacə Nəsurəddin Tusi həmin arqumenti ruhun mücərrədliyi üçün qısa və şirin olaraq bu cür bəyan edir: "Ruh maddədən boş olan gövhərdir: Çünki o (külliyat) maddədən boşdur".[10]

Nəticə budur ki, ruhun mücərrədliyini və mücərrəd aləminin şərafətli və uca olmasını sübut etməklə habelə bunu ki, zaman təbiət aləminə məxsus olan xüsusiyyatlardandır və təbiət aləmi aləmlərin ən aşağısında dayanır. Aydın oldu ki, zaman maddə və təbiət aləmində istifadə olunur və ruhlar aləmində ki, maddədən və maddənin xüsusiyyatlarından da boşdur, zaman yoxdur.

 


[1] - Hərəkət: Onun üçün sadə bir tərif var ki, tədrici dəyişiklikdən ibarətdir. Hərəkət üçün başqa təriflərdə olub şeyin tədricən qüvvə halından fel halına xaric olması o təriflərdən biridir. Muhəmməd Təqi, Misbah, Amuzeşi fəlsəfə, səh 266 Sazimani təbliğat, ikinci çap, Tehran 1366.

[2] - Muhəmməd Təqi, Misbah Amuzeşi, cild 23, səh 148

[3] - Həmin, səh 149.

[4] - Bu iki kəlmə bəzən "məta" qarşısında və nisbət məfhumuna sahib olaraq işlənir. Bu cəhətdəndir ki, deyirlər sobatatın nisbəti dəhrin dəyişiklikləriylədir.

[5] - Həmin, səh 149.

[6] - Aştyani, Mirza Əhməd, Təraiful- hekəm, cild 1, səh 22 Səduq kitabxanası nəşriyyatı, üçüncü çap, Tehran, 1362 hicri şəmsi.

[7] - Quran ayələrinin mənası budur ki, insana üfürülən ruh mələkut aləmindən tanıtdırılır və Allahın özünə nisbət verilir. Bu göstərir ki, ruh maddiyyatdan uca dərəcədədir. Maddənin xüsusiyyatlarından biri ki, zamandır ruhlar aləmiylə uyğun deyil ki. N. K: Möminun, 12- 14, Səcdə 7- 9.

"وَ لَقَدْ خَلَقْنَا الْإِنْسانَ مِنْ سُلالَه مِنْ طِينٍ ثُمَّ جَعَلْناهُ نُطْفَه فِي قَرارٍ مَكِينٍ ثُمَّ خَلَقْنَا النُّطْفَه عَلَقَه فَخَلَقْنَا الْعَلَقَه مُضْغَه فَخَلَقْنَا الْمُضْغَه عِظاماً فَكَسَوْنَا الْعِظامَ لَحْماً ثُمَّ أَنْشَأْناهُ خَلْقاً آخَرَ فَتَبارَكَ اللَّهُ أَحْسَنُ الْخالِقِينَ Mərifət, Muhəmmət Hdi, Ülumi Quran, cild 1, səh 27- 31 Əttəmhid nəşriyyatı, Qum 1378.

[8] - Nümunə olaraq Əllamə Həsənzadə ruhun mücərrədliyi üçün yetmişdən artıq dəlil bəyan edir. Həsən Həsənzadə, Amuli, kəşful- murada təliqə, Əlməqsədus- sani, səh 278 İslam nəşri müəssisəsi, 1417 hicri qəməri.

[9] - Hüseyni Cəbəli, Seyyid Əbul- qasim, səh 84, came müdərrisin nəşriyyatı, Qum, 1387 hicri şəmsi.

[10] - Əllamə Hilli, şərhi Təcridul- etiqadat, ikinci hissə, beşinci məqsəd, səh 185.

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    150623 Nizamlar hüquq və əhkam
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    122059 Əməli əxlaq
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    103299 Nizamlar hüquq və əhkam
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    97862 Nizamlar hüquq və əhkam
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    80808 Nizamlar hüquq və əhkam
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    64779 Nizamlar hüquq və əhkam
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    48012 Hədis elmləri
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    36275 Nizamlar hüquq və əhkam
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    35510 Nizamlar hüquq və əhkam
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Niyə duaların çoxu yağış yağan zaman qəbul olur?
    35118 Əxlaq fəlsəfəsi
    Dua oxunması tövsiyə olunan vaxtlardan biri yağış yağan zamandır; Quran ayələri və rəvayətərdən istifadə etməklə sübut etmək olar ki, yağış, Allahın rəhmət nişanəsidir. İndiki Allahın rəhmət qapısı açılıb, duanın qəbul olması üçün daha çox ümidli olmaq lazımdır. ...