Ətraflı axtarış
Baxanların
9767
İnternetə qoyma tarixi: 2011/04/14
Sualın xülasəsi
İslamdan qeyri dinlərin vasitəsi ilə mənəvi kamala çatmaq olarmı? Tövhidə çatmaq necə, mümkündürmü?
Sual
İslamdan qeyri dinlərin vasitəsi ilə mənəvi kamala çatmaq olarmı? Tövhidə çatmaq necə, mümkündürmü?
Qısa cavab

Hazırda dünyada mövcud olan dinlərin bəzilərində həqiqətlərin müəyyən bir qismi müşahidə olunsa da, lakin əsl  tövhiddən ibarət olan kamil həqiqət yalnız islamın sayəsində müşahidə oluna bilər. Müddəamızın isbatına dair ən ümdə dəlil bu dinlərin mətnində əql ilə ziddiyyətli olan mətləblərin, təhrifin varlığı, mötəbər sənədin olmamağı; bunun müqabilində isə Quranın təhrif olunmaması, mötəbər tarix və sənədə malik olması İslamın hərtərəfli bir din olmasını, onun təlimlərinin sağlam əql və məntiq ilə tam uyğun gəldiyini göstərir.

Ətreaflı cavab

Cavabın aydın olması üçün müəyyən məqamları qeyd etmək lazımdır. Hazırkı dünyada mövcud olan dinlərin çatışmaz, nöqsanlı və natamam olmasının, bunun müqabilində də İslamın haqq və üstün bir din olmasının dəlillərini araşdırmaq lazımdır:

a) İslamdan qeyri dinlərin nöqsanlı, natamam və çatışmaz olmasının dəlilləri

Dünyada mövcud olan digər dinlərin çatışmazlıq dəlillərini bəyan etməzdən öncə iki məsələni xatırladırıq:

Birincisi: Bizim məqsədimiz hazırda mövcud olan (ilahi) dinlərin hamısının bütünlükdə batil olması və onlarda heç bir haqq söz olmaması deyildir; əksinə məqsədimiz budur ki, bugünkü dinlərdə elə mətləblər vardır ki, sağlam əql və məntiq tərəfindən qəbul oluna bilməz və bu dinlər həqiqətin simasını tam şəkildə bəyan etməkdə yetərli deyildir.

İkincisi: Biz bu qısa məqalədə dünyanın iki mühüm dini olan məsihilik və yəhudilik dinində mövcud olan çatışmaz və nöqsanlı cəhətlərin cüzi bir qismini araşdırırıq. (Nəticədə qəbul və etibar baxımından bu iki dindən daha aşağı səviyyədə olan sair dinlərin etibar və dəyəri məlum olacaqdır.)

Hazırkı məsihi dininin həqiqətin kamil göstəricisi olmamasının dəlili aşağıdakılardır:

1. İncilin özü mütəvatir və onun sənədi qəti deyildir.

Həzrət İsa (əleyhis-salam) Bəni-israildən və dili ibri idi. O Həzrət nübüvvət iddiasını Beytul-müqəddəsdən başlamışdı. Oranın ibri dilli əhalisinin əksəriyyəti ona iman gətirmədi. Yalnız az bir qrup iman gətirmişdi ki, onların da barəsində bizim məlumatımız yoxdur. Amma Beytul-müqəddəs əhalisinin Yunan dilində danışan bir qrupu Kiçik Asiyadakı şəhərlərə dağılışaraq camaatı həzrət İsa (əleyhis-salam)-ın dininə dəvət etməyə başladılar və Yunan dilində çoxlu kitablar yazdılar. Həmin kitablarda müəyyən mətləbləri yerləşdirərək Yunan və Roma əhalisinə dedilər: “İsa filan-filan şeyləri demişdir.” İsa peyğəmbərin özünü görən, onun əməl və sözlərini müşahidə edən və onun dilini bilənlər də Fələstində idilər. Onlar həzrət İsanın peyğəmbərliyini qəbul etmədilər və Yunan dilində yazılan hekayələri saxta hesab etdilər. Bu kitabı və onu hekayələrini qəbul edənlər ucqar yerlərdə yaşayanlar idi. onlar nə Beytul-müqəddəs şəhərini görmüş, nə İsanı müşahidə etmiş, nə də onun dilini bilirdilər. Əgər İncildə yazılan əhvalatlar yalan da olsaydı, nə yazıçılar belə şeyləri yazmağa bir maneə görürdülər, nə də dinləyicilərin onu təkzib etməyə bir yolları var idi.

Misal üçün, Matta incilində deyilir ki, “Həzrət Məsih doğulan zaman şərqdən bir neçə məcus gəlib “Təzə dünyaya gələn yəhudi padşahı haradadır? Biz onun ulduzunu şərq tərəfdə görmüşük!” – deyə soruşdular. Uşağı onlara göstərmədilər. Gözlənilmədən həmin ulduzu asimanda hərəkət edən halda gördülər. O, həzrət İsanın dayandığı evin üzərinə gəldi. Bundan sonra bildilər ki, İsanın evi həmin evdir.”

Qəti şəkildə saxta olan belə hekayələri incildə yazır və rüsvayçılıqdan da qorxmurdular. Çünki onları Beytul-müqəddəs əhalisi üçün və ibri dilində yazmamışdılar; onu qəribələr üçün yazmışdılar və qəribələr üçün saxta sözləri çox demək olar. Hər kəsin təvəllüdü ilə bir ulduzun əmələ gəlib onun başı üzərində hərəkət etməsinə biz qəti şəkildə inanmırıq və heç bir münəccim də buna inanmır. Nə məcuslar, nə də onlardan qeyriləri belə bir əqidəyə malik deyildirlər.

Həmçinin qədim məsihilər həzrət İsanın öldürülməsi barəsində ixtilaf etmişdilər. Bəzi incillərdə qeyd olunur ki, ümumiyyətlə o həzrət öldürülməmişdir. Əgər hər hansı bir şəhərdə yaşayan məşhur bir şəxs qətlə yetirilsə, camaatın tərəfindən diqqət mərkəzində olduğundan, heç vaxt gizli qalmaz. Xüsusilə, onun dara çəkilməsi məsələsi. Amma incilin yazıçıları qəribələr üçün və məhz onların dilində yazmışdılar. Qəribələr də Beytul-müqəddəsdə deyildilər ki, onun öldürülüb-öldürülməməsi barədə həqiqətdən agah olsunlar. İncilin yazıçıları tam azad şəkildə məsləhət bildiyi və istədikləri şeyləri yazır və heç nədən qorxu hissi keçirmirdilər. Məsihi alimləri bu kimi ixtilafları aradan qaldırmaq üçün həzrət İsadan 300 il sonra məşvərət məclisi təşkil edərək belə rəy verdilər ki, mövcud incillərin arasından mətləbi (nisbətən) səhih olan dördü seçilsin. Yerdə qalanlar isə batil hesab edildi. O həzrətin öldürülməsi rədd olunan incillər də yazıldı və qeyri-rəsmi formaya düşdü.[1]

2. Məsihi dininin nöqsanlı və çatışmaz olmasının ikinci dəlili hazırkı incil kitablarında çoxlu təzadlı halların olması və təhrifin varlığıdır. Əlavə məlumat almaq üçün mərhum Əllamə Şəraninin “Səadət yolu” kitabına[2], mərhum Fazil Hindinin “Əzhərul-Həqq” kitabına, Şəhid Haşimi Nejadın “Quran və digər səmavi kitablar” kitabına müraciət edə bilərsiniz.

3. Üçüncü dəlil məsihi etiqadlarından bəzilərinin əql və məntiq əsasları ilə uyğun gəlməməsidir.

Məsələn, onlar inanırlar ki, Oğul Ata insan şəklində təcəssüm etmiş, bəşəriyyətin günahını öz öhdəsinə almışdır. Onun xaçın əzab-əziyyətinə dözməsi bəndələrin günahlarının kəffarəsidir. Yuhənna incilində də deyilir: “Allah dünyaya çox məhəbbət etdiyinə görə onu Özünün yeganə oğluna verdi ki, hər kəs ona iman gətirsə, həlak olmasın (ölməsin); əksinə əbədi həyata malik olsun. Çünki Allah Öz oğlunu dünyada mühakimə yürütmək üçün yox, buna görə göndərdi ki, onun vasitəsi ilə dünyadakılar nicat tapsınlar.”[3]

Yəhudi dini barəsində də çoxlu iradlı məsələlər vardır. Çünki əvvəla, Tövratın üç nüsxəsi vardır:

1. Birincisi ibrani nüsxəsidir ki, yəhudilərin və protestant alimlərinin nəzərində mötəbərdir.

2. Samiri nüsxəsi. O, samirilərin nəzərində mötəbər sayılır (Bəni-İsraildən digər bir qrup və tayfanın adıdır);

3. Yunan nüsxəsi. Bu nüsxə protestantdan qeyri məsihi alimləri üçün mötəbər sayılır.

Samirilərin nüsxəsi yalnız Musanın beş kitabına, eləcə də Yuşənin və davərlərin (hakimlərin) kitabına şamildir Əhd-ətiqin digər kitablarını mötəbər hesab etmirlər. Həzrəti Adəmlə Həzrəti Nuhun tufanına qədər olan zaman fasiləsi birinci nüsxədə 1656 il, ikinci nüsxədə 1307 il və üçüncü nüsxədə 1362 qeyd olunmuşdur. Deməli, bu üç nüsxəsinin hamısını səhih hesab etmək olmaz; əksinə onun yalnız biri mötəbər və səhih ola bilər. halbuki hansının səhih olması məlum deyildir.[4]

İkincisi, Tövratda elə məsələlər vardır ki, sağlam insan əqli onu qəbul edə bilməz. Misal üçün, tövratda Allah yol gedən, avaz (mahnı) oxuyan, yalan danışan, camaatı aladan bir insan kimi təqdim olunur. Çünki (guya) Adəmə demişdi ki, əgər yaxşılıq-pislik ağacından yesən, öləcəksən, lakin Adəm və Həvva onun meyvəsindən yedilər, amma ölmədilər, sadəcə yaxşı ilə pislərə agah oldular.[5] Yaxud Allahın həzrət Yəqubla “güləşməsini” qeyd etmək olar ki, tövratda gəlmişdir.[6]

b) İslamın üstün və haqq olmasının dəlilləri

1. İslam dininin möcüzəsinin canlı və əbədi olması. Bu dinin əsl möcüzəsi Qurandır. O, kitab, məntiq və elm növündəndir. Amma keçmiş peyğəmbərlərin (əleyhimus-salam) möcüzəsinə gəldikdə isə, hiss olunan işlər qəbilindən idi. Ona görə də Quran həmişə canlıdır  və özünə arxalanır, həzrəti Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih)-in hazır olub olmamasına bağlı deyildir. Buna görə də İslam dininin möcüzəsi əbədidir.

Quran bütün bəşəriyyəti mübarizəyə çağırmaq, mübariz tələb etməklə (buna təhəddi deyilir) eyni zamanda özünün həyat və əbədiliyini anbaan elan etmişdir: “Əgər Bizim Öz bəndəmizə nazil etdiyimizdə şəkk-şübhəniz olsa, onun kimi bir surə gətirin!” [7]

2. Quranın təhrif olunmaması. Yəni onda heç bir dəyişiklik icad edilməmişdir.

Allah-taala “Biz Özümüz də onu (Quranı) qoruyub hifz edəcəyik”[8] deyə buyurmaqdan əlavə, Peyğəmbərin özü də onun dəqiq şəkildə qorunub saxlanmasına xüsusi maraq göstərirdi. Belə ki, əvvəla, vəhy katiblərindən bir dəstəsinə göstəriş vermişdi ki, ayə və surələri kağız üzərində yazsınlar. İkincisi, öz səhabə və köməkçilərini Quranın hifz olunmasına ciddi təşviq edirdi. Buna görə də o Həzrətin dövründə çoxları Quranı əzbərləmişdi. Üçüncüsü, o Həzrət camaatı Quran qiraətinə təşviq edir, rəğbətləndirir və  buyururdu ki, Quranın kəlmələri hərəkə və təcvid baxımından dəqiq oxunmalıdır, nəinki mütaliə edərək məfhumunu əldə etmiş olsunlar.[9] Bu kimi amillər Quranın hər növ təhrifdən amanda qalmasına səbəb olmuşdur.

3. İslamın haqq olmasını isbat etməyin üçüncü yolu Peyğəmbər (səlləllahu əleyhi və alih)-in xatəmiyyət məsələsinə diqqət yetirməklə aydın olur. Çünki İslam dininin mətinləri[10] təkid edir ki, İslam Peyğəmbəri ilahi peyğəmbərlərin sonuncusudur və ondan sonra heç bir peyğəmbər gəlməyəcəkdir.

Bütün bəşər cəmiyyətlərində bir sahibkarın və ya müdirin son göstərişi əməlin əsas meyarı qərar tutulur və icrası vacib sayılır. Yeni göstəriş gələn zaman əvvəlki göstərişlər öz-özünə ləğv olub qüvvədən düşür.

Digər dinlərin mənbə və mətnlərində onların peyğəmbərlərinin son ilahi peyğəmbər olması qeyd olunmur; əksinə onların hamısı İslam Peyğəmbərinin zühurunu müəyyən şəkildə öz ardıcıllarına müjdə vermiş,[11] bununla da öz dinlərinin müvəqqəti olmasını bəyan etmişlər.

4. İslam dininin hərtərəfli olması

İslam dini müxtəlif fərdi, ictimai, ruhi, maddi və mənəvi yönlərdə insanın həyatı üçün bir çox təlimlər və göstərişlər vermişdir. İslam dininin hərtərəfli və təlimlərinin ən üstün olmasını daha yaxşı dərk etmək üçün bu müqəddəs din ilə sair dinlərin mətn və mənbələrini müqayisə etmək kifayətdir. Belə olan halda İslam təlimlərinin hərtərəfli olması, etiqad, tövhid, Allahın sifətləri, fərdi və ictimai əxlaq, hüquq, iqtisadiyyat, siyasət, hakimiyyət və s. sahələrdə üstün və hərtərəfli olmasını aşkar görmək olar.

5. Hazırda dünyada mövcud olan dinlər arasında mötəbər və canlı tarixə malik olan yeganə din İslam dinidir. Belə ki, tarixçilər hətta  Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-in uşaqlıq dövrünün incəliklərini belə qələmə almışlar. Halbuki, sair dinlər tarixi cəhətdən mötəbər sənədə malik deyildir. Həmin cəhətə görə də bəzi qərb mütəfəkkirləri hətta həzrət İsa (əleyhis-salam)-ın varlığında belə, şəkk etmişlər. Əgər həzrət İsanın və sair peyğəmbərlərinin adı müsəlmanların ilahi kitabı olan Quranda gəlməsəydi, bəlkə də məsihi və yəhudi dini, eləcə də onların peyğəmbərləri bəşər cəmiyyətində bu qədər rəsmi şəkildə tanınıb irəli çəkilmədi.[12]



[1] Şərani, Əbul-Həsən, “Səadət yolu”, səh. 187-188, 197-221

[2] Yenə orada

[3] İncil, Yuhənna, 3, 16-17

[4] “Səadət yolu”, səh. 206 və 207

[5] Tövrat, “Sifri peydayiş”, 2-ci və 3-cü bablar

[6] Yenə orada, 21-ci bab, ayə 24

[7] “Bəqərə” surəsi, ayə: 23

[8] “Hicir” surəsi, ayə: 9

[9] “Səadət yolu”, səh. 22, 24, 25, 215

[10] “Əhzab” surəsi, ayə: 40, “Səhihi Buxari”, 4-cü cild, səh. 250

[11] “Səadət yolu”, səh. 226-241, Yuhənna incili, 21, 41

[12] “Məcmueyi asar”, 16-cı cild, səh. 44

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Müslim ibn Əqilin qızlarının adı nə idi?
    12706 تاريخ بزرگان 2011/05/31
    Cənab Müslim ibn Əqilin həyatı barəsində olan kitabların hamısını araşdırarkən, bu nəticə ələ gəlir ki, cənab Müslimin Atikə və Həmidə adında iki qızı olubdur. Atikə Kərbəla hadisəsində Aşura günü düşmən xeymələrə hücum edərkən şəhid olur. Amma Həmidə Kərbəla əsirləri karvanında olub və cənab Müslimin nəsli yalnız onun vasitəsi ilə davam ...
  • "Əssəlamu ələl- Hüseyn və əla Əli ibnil Hüseyn və..." «اَلسَّلامُ عَلَى الْحُسَیْنِ وَ عَلى عَلِىِّ بْنِ الْحُسَیْنِ و ...» salamında Əli ibnil Hüseyn kimdir?
    18257 تاريخ بزرگان 2011/06/28
    Baxmayaraq ki, ziyarətnamə, təvəssül duası, pak İmamlara salavat və İmam Zeynəl- abidin və Əli Əkbər (ə)- dan qalan rəcəznamələrdən Əli ibnil Hüseynin o iki həzrətin müştərək adı olması istifadə olur, amma Aşura ziyarətinin zaman və məkan məsələsi ki, Aşura günü, Kərbəla məkanı və o gün öldürülənlərə işarə edir. Və həmçinin ...
  • Qurani- Kərimin hansı surəsində peyğəmbərin gecə namazı qılmasına hökm edilmişdir?
    8276 Təfsir 2011/10/31
    Peyğəmbərə gecə namazının əmr edilməsi Quranın bir neçə yerində bəyan edilmişdir. O cümlədən Allah Quranın Muzəmmil surəsində peyğəmbərə buyurur: “Gecəni qısa bir hissədən savayı ayaqa qalx.[1] Baxmayaraq ki, bu surədə müraciət olunan peyğəmbərdir (s), amma surənin davamından anlaşılır ki, möminlər də peyğəmbərin (s) bu proqramında birlikdə olmuşlar. İndi ...
  • Һәр бир мүсәлманын илк әввәлдә билмәли олдуғу етигады нәдир?
    7748 Qədim kəlam 2010/09/29
    Һәр бир инсан кәлмеји-шәһадәтини јәни, “Әшһәду ән ла илаһә илләллаһ вә әшһәду әннә Мәһәммәдән рәсулуллаһ” (шәһадәт верирәм ки, Аллаһдан башга танры јохдур вә Мәһәммәд Аллаһын елчисидир) – демәклә мүсәлман олур вә бүтүн Ислам ганунлары онун үчүн тәтбиг олунур. Бәдәни пак вә һимајәсиндә олан һәдди булуға чатмајан ...
  • Əhli- sünnənin baxışını nəzərə alaraq, şiə fiqhinin nəzərindən səfərdə namazı şikəstə qılmaq rüsxətdir yoxsa vacib?
    12497 Nizamlar hüquq və əhkam 2012/07/16
    Yəqini olan məzələ budur ki, beş namaz əvvəlcə iki rəkət formasında qanuniləşibdir. Həmçinin heç bir şəkk yoxdur ki, həzərdə (vətəndə) olan namaza iki rükət əlavə olubdur. İndi müzakirə mövzusu budur ki, səfərdə olan namaza da iki rükət əlavə olub ya yox? Şiənin fəqihləri İmamlar (ə)- ...
  • Bizə salam verərək “əssəlamu əleykum” deyən qeyri-müsəlman şəxsə cavabımız necə olmalıdır?
    7788 Nizamlar hüquq və əhkam 2012/04/09
    Dini təlimlərdə təkid olunan məsələlərdən biri də möminlərin bir-birinə salam verməsidir. Bu məsələ ilə əlaqədar bir neçə istisna halı vardır ki, onun nümunələrindən biri də qeyri-müsəlmana salam verməkdir. Fiqhi kitablarda qeyri-müsəlmana salam vermək məkruh (bəyənilməz iş) sayılır və buyurulur: “Kafirin salamının cavabında gərək qısa şəkildə (təkcə “əleykə” ...
  • Quran nəzərindən seçilmiş xalqın xüsusiyyətləri nədir?
    8112 Təfsir 2012/09/24
    Quranda “seçilmiş xalq” və onun xüsusiyyətləri ilə əlaqədar nazil olan ayələri araşdırarkən aşağıdakı məsələlər əldə olunur: 1. Qurani-kərim peyğəmbərlərin ümmətindən heç birini bütün cəhətlərdən ideal olan bir xalq (qövm və ümmət) kimi təqdim etməmiş, əksinə onların ümmətlərinin əksəriyyətini məzəmmət etmişdir. 2. Qurani-kərim yalnız ...
  • Doğru və aldadıcı sübhdən məqsəd nədir?
    6733 Nizamlar hüquq və əhkam 2015/04/16
    Doğru və aldadıcı fəcr və ya sübhdən məqsəd fiqhdə və astronomiyada işlədilən terminlərdir. Onlardan məqsəd gecə və gündüzdə müəyyən vaxtları bildirməkdir. Yalançı yaxud aldadıcı sübh məşriq səmtində ağartı və işıqlanmanın əmələ gəlməsinə deyirlər. Bu vaxtda sübh namazın qılmaq olmaz. Doğru və ya sadiq fəcr və sübh çağı ...
  • Ümumiyyətlə tato haramdır?
    15938 Nizamlar hüquq və əhkam 2015/05/04
    Həzrəti Ayətullah ul üzma Sistaninin ofisi (Allah onun ömrün uzun etsin) Özü- özlüyündə caizdir, icazə verilir. Həzrəti Ayətullah ul üzma Məkarim Şirazinin ofisi (Allah onun ömrün uzun etsin) Əgər bədən üçün xüsusi bir zərəri yoxdursa və əxlaqa zidd şəkillər onda olmasa icazə verilir. Hər halda dəstəmaz və ...
  • Nə üçün həzrət Məhəmmədin (s) dörd qadından çox arvad almasına icazəsi var idi?
    15385 Məsumların (Əleyhimussəlam) sirəsi 2011/06/21
    Peyğəmbərin (s) qadınlareının çox olması mövzusu daim insanlar üçün sual amili olmuşdur.Biz bu məqalədə gərək bəzi məsələlərə toxunmaqla müxatəbin zehnini bu kimi suallardan təmizləyək:1). Birincisi: "Dörd qadından artıq arvad almaq mövzusu haram olmazdan öncə Peyğəmbərimiz bu qadınla ailə qurmuşdu.2). Peyğəmbərimizin bu ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    164804 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    164285 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    119876 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    113911 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    111044 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    94210 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54915 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    54575 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    46296 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    45900 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...