Ətraflı axtarış
Baxanların
10863
İnternetə qoyma tarixi: 2011/07/28
Sualın xülasəsi
“Əhd” duası kimi bəzi duaları təyin olunmuş miqdardan az və ya çox oxumağın xüsusi təsiri olacaqdırmı?
Sual
Əgər insan “Əhd” duasını və yaxud sayı təyin olunan başqa bir duanı oxuyan zaman 40-cı gündən əvvəl və ya sonra ölsə, vəziyyəti necə olacaqdır? “Əhd” duasını 40 gündən artıq oxumağın xüsusi təsiri vardırmı?
Qısa cavab

Hər bir yaxşı əməl iki yöndən təşkil olunmuşdur: birincisi, felin (əməlin) əslinin gözəl olması, ikincisi isə failin (iş görənin) gözəl olması (yəni düzgün və səhih şəkildə əncam verməsi). Allah dərgahında o əməl qəbul olunur ki, həm düzgün və bəyənilən bir iş olsun, həm də ilahi məqsədlə və niyyətlə, Allahın razılığını qazanmaq üçün baş yerinə yetirilmiş olsun. İslam rəvayətlərində felin (əməlin) niyyətinə daha çox təkid olunmuş və o “bir növ əməlin ruhu və məğzi” kimi qeyd edilmişdir. Çox hallarda mömin bir insan müəyyən bir əməli niyyət edir, amma onu yerinə yetirə bilmir. Məsum imamlardan (əleyhimus-salam) nəql olunan rəvayətlərə uyğun olaraq əgər onu yerinə yetirmək əzmində sadiq niyyətli və qətiyyətli olsa, Allah-taala o əməlin savabını həmin şəxsə verir. “Əhd” duası barəsində də,  əgər insan onu xalis niyyətlə oxumağı qərara alıbsa, bu halda onu qurtarmazdan qabaq ölsə, Allah-taala o duanın savablarını həmin şəxsə verəcəkdir. Bu kimi müstəhəb duaların daha çox oxunması əcr və savabın artmasına səbəb olur.

Ətreaflı cavab

Müqəddəs İslam şəriətində hər bir əməl və işin iki yönü vardır ki, o əməlin qəbul olunması həmin yönlərə riayət edilməsinə bağlıdır: Əvvəla, gərək əməlin özü düzgün və bəyənilən olsun. Misal üçün, başqalarına ehsan etmək, dua etmək və sair. İkincisi, gərək bu bəyənilən və sağlam əməl düzgün niyyət və məqsədlə yerinə yetirilsin. Misal üçün, əgər insan müəyyən bir duanı oxuyursa, yalnız Allahın razılığını qazanmaq üçün oxusun; əgər bir kəsə kömək edirsə, yalnız Allahın fərmanını icra etmək və razılığını qazanmaq məqsədi ilə görsün, nəinki başqalarının tərifinə qapılmaqla bu işi görsün. Birincisinə “felin hüsnü”, ikincisinə isə “failin hüsnü” və bəzən “niyyətin hüsnü” də deyilir. Ümumiyyətlə, İslamda niyyət və əməllərin qəbul olunmasında onun roluna dair çoxlu təkid edilmişdir. Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurdu: “Əməllər niyyətə bağlıdır.”[1]

Məsum imamlardan (əleyhimus-salam) da bu barədə çoxlu rəvayət nəql olunmuşdur və onlarda niyyətin əməlin əslində olan rolu bəyan edilir. İmam Sadiq (əleyhis-salam) Peyğəmbər (səlləllahu əleyhi və alih)-in belə buyurduğunu nəql edir: “Möminin niyyəti onun əməlindən daha yaxşıdır.”[2] Mərhum Əllamə Məclisi bu rəvayətin izahında imam Baqir (əleyhis-salam)-dan başqa bir rəvayət nəql edərək yazır: “Səbəbi budur ki, mömin çoxlu xeyir işləri görməyi qərara alır, amma onların hamısını yerinə yetirməyə müvəffəq olmur.”[3]

Yəni yaxşı və xeyir əməllər əncam verməklə əlaqədar möminin niyyətinin hüdudları əməlin hüdudlarından genişdir. Çox hallarda müəyyən bir xeyir işi görmək istəyir, yaxud misal, üçün “Əhd” duasını qırx gün müddətində oxumağı nəzərdə tutur,[4] yaxud fəqirlərə müəyyən miqdarda mal hədiyyə etmək istəyir, halbuki öz ölümünün vaxtından xəbərdar deyildir və hal-hazırda da infaq etmək üçün pulu yoxdur. Amma əgər öz niyyətində sadiq olsa, Allah-taala həmin əcr və savabı əməl etmədiyi halda ona verəcəkdir. Çünki Allah-taala genişlik bağışlayan və kərimdir.

İmam Sadiq (əleyhis-salam) buyurur: “Fəqir bəndə deyir ki, Pərvərdigara, mənə mal-dövlət əta et ki, fəqirlərə ehsan və infaq edim. Allah-taala onun niyyətinin sadiq olduğunu bilir və buyurur ki, “düz deyir” və həmin əcr və savabı ona verir. Çünki Allah-taala genişlik bağışlayan və kərimdir.”[5]

Qəti olaraq deyə bilərik ki, əgər insan belə duaları əncam vermək məqsədində olsa, hətta heç bir şey əncam vermədən, yaxud onun bir qismini əncam verdikdən sonra ölsə, yaxud müəyyən  bir işi (nəzərdə tutub) həqiqətdə əncam verə bilməsə, Allah həmin əməlin əcr və savabını ona verir. Şübhəsiz, bu kimi duaların çox oxunması gözəl və bəyəniləndir, insanın daha artıq savab qazanmasına səbəb olur. Baxmayaraq ki, bu kimi işlərin göstəriş verildiyi şəkildə yerinə yetirilməsi daha münasib və yaxşıdır.

Oxunması çox tövsiyə olunan dolğun mənalı dualardan biri də imam Zaman (əleyhis-salam)-la əhd-peymandan ibarət olan “Əhd” duasıdır. İmam Sadiq (əleyhis-salam)-dan nəql olunmuşdur ki, hər kəs ardıcıl olaraq 40 gün sübh çağı bu duanı oxusa, imam Zaman (əleyhis-salam)-ın köməkçilərindən olar. Əgər zühurdan qabaq ölsə, Allah-taala (zühur zamanı) onu qəbirdən dirildəcək ki, o həzrətin hüzurunda olsun. Bu dua da həmin qaydadan müstəsna deyildir və yuxarıdakı hədislərə uyğun olaraq 40 gün müddətində onu oxumağı qəsd etmiş olsa, lakin müəyyən səbəblərə görə oxumağa və ya 40 günə çatdırmağa müvəffəq olmasa, Allah-taala həmin duanın əcr və savabını ona verəcəkdir.



[1] “Səhihi Buxari”, bəd’ul-vəhy” kitabı

[2] “Üsuli kafi”, 3-cü cild, Müstəfəvinin tərcüməsi, səh. 133

[3] Yenə orada

[4] “Məfatihul-cinan”, “Əhd” duası; “Biharul-ənvar”, 53-cü cild, səh. 96-95, 91-ci cild, səh. 41-42

[5] “Üsuli kafi”, 3-cü cild, Müstfəvinin tərcüməsi, səh. 133

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Bu doğrdur ki, insanın dörd ruhu var?
    6790 انسان شناسی 2015/05/27
    Ruh kəlməsinin irfan, fəlsəfə və əxlaq mövzusunda müxtəlif mənalarda istifadəsi var; irfan baxımından ariflər bu etiqaddadırlar ki, insan dörd məqamdan yəni, ruh, qəlb, xəyal və təbiət məqamlarından bəhrələnir. Əxlaq baxımından əxlaq alimləri bu nəzərdədirlər ki, insan müxtəlif qüvvələrdən təşkil olunmuş məcundur. Onların arasında dörd əsas qüvvə yəni, ...
  • Rəvayət vardır ki, Allah- Taala Fatimənin paklığına xatir onun övladlarını cəhənnəmə aparmaz. Xahiş edirik onu təhlil edin.
    5115 Hədis elmləri 2012/01/08
    Bu rəvayət şiə və Əhli- sünnə kitablarında vardır və onu nəql edən ravilərin və mənbələrin çoxluğu ona etimad etməyə dəlildir.Amma bu qeyri- müəyyənlik həmişə olubdur ki, bu hədisin genişliyi və əhatə dairəsi hara kimidir? Başqa rəvayətlərə əsasən bu nəticəyə gəlmək olar ki, ancaq həzrət Zəhranın (s.ə.) vasitəsiz övladları o ...
  • Ramazan hansı mənayadır və onun həqiqəti nədir?
    6781 Nəzəri irfan 2012/04/10
    “Ramazan” lüğətdə şiddətli hərarətə, habelə günəşin hərarətinin çox olduğuna görə daşın qızıb hərarətli olmasına deyilir. Həm də deyilmişdir ki, “səhradan şəhərə qayıtmaq” mənasına olan “hərr” kökündən alınmışdır. Termində isə Ramazan qəməri tarixinin 9-cu ayı, islamda orucluq ayı və Quranın nazil olma ayıdır. İmam Səccad (əleyhis-salam) Ramazan ayının ...
  • Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih) Məhdi (əleyhis-salam)-ın qiyam və qeybdə olmasını bəyan etmişdirmi?
    5736 Qədim kəlam 2011/09/12
    İslamın əvvəllərində həzrət Məhdi (əleyhis-salam)-ın vücudunun əsli müsəlmanlar arasında danılmaz bir məsələ idi və bir kəs o həzrətin vücudunun əslində əsla şəkk-şübhə etmirdi. Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) də Məhdinin vücudunun əslini, onun xüsusiyyətlərini, tövhid hakimiyyətini təşkil edib haqq-ədaləti yayması və zülmün, haqsızlığın kökünü kəsməsi, islam dinini ...
  • Beş kimsənənin (ə) adları Töratda və İncildə gəlibdir?
    10654 Qədim kəlam 2011/12/25
    Bəzi hədislərə əsasən pənctəni ali əbanın yəni Əziz Peyğəmbər (s), İmam Əli (ə), həzrəti Zəhra (ə), İmam Həsəni ÇMüctəba (ə), və İmam Hüseyn (ə) adları İncildə və Tövratda zikr olubdur o cümlədən İmam Rza (ə) Casilqlə (kimsənənin böyüklərindən) və Rəsulul- calutla (yəhudilərin rəhbəri) münazirələrində bu məsələyə işarələr ...
  • İnsanın öz həyat yoldaşı, övladları və sair insanlarla yaxşı rəftarda olması onların tərəfindən sui-istifadəyə səbəb olmur?
    5120 خوش رفتاری 2012/06/23
    Əvvəla, müqəddəs islam dini bütün insanlarla, o cümlədən həyat yoldaşı, övlad, şagird və s. gözəl əxlaq və rəftarın tərəfdarıdır. Buna görə də Quran ayələrində və məsumların (əleyhimus-salam) rəvayətlərində gözəl əxlaqa və bəyənilən rəftara çoxlu tövsiyələr edilmişdir. İkincisi: Əhli-beyt (əleyhimus-salam)-ın göstərişlərinə diqqət yetirməklə insani rəftarın əsli ...
  • Əsir namazının ilk vaxtı nə zamandır?
    17429 Nizamlar hüquq və əhkam 2011/03/06
    Əsir namazının ən fəzilətli vaxtı (ilk vaxtı) zöhr namazının xüsusi vaxtından sonra başlayır. ...
  • İmam Əli (ə)- in nəzərində İslam cəmiyyətində olan hər bir fərdin ən mühüm hüququ nədən ibarətdir?
    2372 روایات و دعاهای برجای مانده 2019/10/09
  • Нәјә ҝөрә Ислам һөкумәти фәгиһләрин васитәси илә идарә олунмалыдыр?
    5111 نقش اندیشمندان دینی 2012/05/20
    Ислам дини бүтүн динләрин сонунҹусу олуб, хүсуси ганунлары, әһкамлары, ҝөстәришләри вә әбәдијјәт ҹәһәти вардыр. Илк ҝүндән бүтүн мүшкүлләрин ҹавабыны вердији кими, тарих боју гаршыја чыхан суаллара да ҹаваблар вермәлидир. Башга тәрәфдән, һәр ҝүн дүнјада елә мүшкүл, шәраит вә суаллар гаршыја чыхыр ки, әввәлкиләрдән чох фәргләнир.
  • İmam Hüseyn (ə)- ın Dəməşqdə üç ya dörd yaşında dünyadan gedən Rüqəyyə ya Səkinə adlı qızı olubmu?
    10526 تاريخ بزرگان 2011/12/25
    Tarixçilərin çoxu kitablarında imam Hüseyn (ə)- ın Rüqəyyə, Fatimeyi- Suğra və ya digər adda azyaşlı qızının olmasına ad çəksələr də, amma kitabların bəzisində bu balaca qızın həyatı və şam xarabalığında onun qəmli əhvalatı bəyan olubdur. Bizim tarixi və rəvayi mənbələrdə bu məsələyə sübutlar da var. Biz nümunə olaraq onların ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    152728 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    126950 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    106098 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    99645 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    82822 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    68949 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    49264 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    37244 Nizamlar hüquq və əhkam 2011/08/09
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    36642 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Niyə duaların çoxu yağış yağan zaman qəbul olur?
    35603 Əxlaq fəlsəfəsi 2012/03/11
    Dua oxunması tövsiyə olunan vaxtlardan biri yağış yağan zamandır; Quran ayələri və rəvayətərdən istifadə etməklə sübut etmək olar ki, yağış, Allahın rəhmət nişanəsidir. İndiki Allahın rəhmət qapısı açılıb, duanın qəbul olması üçün daha çox ümidli olmaq lazımdır. ...