Ətraflı axtarış
Baxanların
8167
İnternetə qoyma tarixi: 2010/06/03
Sualın xülasəsi
Quranda kişilərin qadınlara nisbət üstünlüyünün açıqlanması, qadınların təhqir olunmasına və kişilərin fəxrlənməsinə səbəb olmur?
Sual
Bəqərə surəsinin 227- ci ayəsində buyurur: Qadınların ərlərinin boynunda şəri hüquqları var ərlərin qadınlara qarşı olduğu kimi, lakin kişilərin qadınlara üstünlüyü vardır. Bu ayə qadınların təhqir olması və kişilərin fəxrlənməsi üçün səbəb olmayacaq?
Qısa cavab

Qurani- kərimin bir sıra ayələrində kişilərin qadınlara nisbət üstünlük məsələsi bəyan olubdur. Bu mövzunun açıqlanması kişiləri bütün sahələrdə üstün bilmək mənasına deyil. Bir çox alimlərin və təfsirçilərin nəzərinə əsasən kişilərin qadınlara nisbət üstünlüyünün səbəbi kişilərin bir sıra xüsusiyyətlərə sahib olmasıdır ki, onların vasitəsiylə ailəni idarə etmək vəzifəsinə məşğul olsun. həqiqətdə bu stünlük kişilərin bir vəzifəsidir ki, ədalətlə onu yerinə yetirməlidirlər, nəin ki, hər tərəfli bir imtiyaz ki, ona görə fəxr edib və qadınların hüquqlarını heçə saysınlar.

Ətreaflı cavab

İnsanların bir digərinə üstünlük mövzusu müxtəlif münasibətlərdə və şəkillərdə Qurani- kərimdə gəlibdir ki, o cümlədən aşağıdakı yerlərə işarə etmək olar:

  1. İnsanların sair məxluqata nisbət üstünlüyü:

"Yəqinən Adəm övladlarına kəramət verdik və quruda və dəryada (İxtiyarlarında qoyduğumuz miniklərə) mindirdik və onlara pakizə nemətlərdən ruzi bəxş etdik və onları öz yaratdığımızlardan bir çoxuna kamil üstünlük verdik".[1]

  1. İnsanların birinin digərinə üstünlüyü:

"Allah ruzi baxımından birinizi digərinizdən üstün etmişdir.[2]

  1. Bir qövmün digər qövmə üstünlüyü:

"Ey İsrail övladı! Sizə bəxş etdiyim nemətimi və həqiqətən də sizi bütün aləmlərə (başqa insanlara) üstün tutduğumu yadınıza salın.[3]

  1. Peyğəmbərlərin birinin digərinə üstünlüyü:

"Bu elçilərin bəzisini digərindən üstün etdik.

Allah bunlardan bəzisi ilə danışmış, bəzisinin isə dərəcələrini yüksəltmişdir. Məryəm oğlu İsaya açıq möcüzələr verdik və onu müqəddəs ruhla qüvvətləndirdik".[4]

  1. Kişinin qadına nisbət üstünlüyü:

"Kişilər qadınlar üzərində ixtiyar sahibləridirlər (onların hamisidirlər) bu, Allahın onlardan birini digərinə üstün etməsi və (kişilərin) öz mallarından (qadınlar üçün) sərf etməsinə görədir".[5]

  1. Möminlərin birinin digərinə üstünlüyü:

"Hər kəs üçün etdiyi əməllərə görə dərəcələr (müxtəlif mükafatlar və cəzalar) vardır. Rəbbin onların nə etdiklərindən qafil deyildir".[6]

Deyilənlərə əsasən heç bir şəkk və şübhə yoxdur ki, Allah öz hikmətli iradəsi əsasında bəzi şəxslərə bir sıra xüsusiyyətlərdə digərlərinə nisbət üstünlük veribdir. Amma bilmək lazımdır ki, Allahın bəzi şəxslərə verdiyi üstünlüklərin bəzən maddi cəhəti var məsələn insanların ruzidə digər məxluqata üstünlüyü.

Bəzən mənəvi cəhəti vardır; məsələn: Peyğəmbərlərin hidayət neməti sair insanlara nisbət. Bəzən bu dərəcələrdən məqsəd dünyada üstünlük və bəzəndə axirətdə üstünlük olur.

Amma Quranın bir sıra ayələrində ki, kişilərin üstünlüyü bəyan olub alimlər arasında müxtəlif nəzərlərin açıqlanmasına səbəb olubdur. Təfsirçilərdən bəzisi zahiri açıqlamalarla bütün sahələrdə kişilərə üstünlük bağışlamağa çalışıblar.[7] Habelə bir dəstə qərbin təfəkkürü və bəşər hüquqları məsələsinin təsiri altında bu mövzuya məşğul olublar. Onlar çalışıblar kişilərin üstünlüyünü bir cür bəyan etsinlər ki, qərb cəmiyyətinə hakim olan hüquq qaydalarına uyğun olsun. bu arada üçüncü bir fikir var ki, bitərəf bu mövzuyla məşğul olublar.

O cümlədən kişilərin üstünlüyündən söz açan ayələrdən biri Bəqərə surəsinin 227- ci ayəsidir. Bu ayədə "dərəcə" kəlməsi var ki, üstünlüyü çatdırır.

Təfsirçilər bu ayənin təfsirində və "dərəcədən" məqsəddə bir sıra nəzərlər açıqlayıblar. O cümlədən bu nəzərlərin mühümmü olaraq iki nəzərə işarə etmək olar.

Bir dəstə "dərəcədən" məqsədi kişinin təlaq ixtiyarı və izdivaca qayıdaraq hüququ biliblər.[8]

Habelə bəziləri deyiblər ayədə "dərəcədən" məqsəd kişilərin başçılıq və müdiriyyət hququduq ki, Nisa surəsinin 34- cü ayəsində ona işarə olubdur.[9]

Buna əsasən bu ayənin və digər ayələrin zahirindən ələ gəlir ki, kişilər qadınlara nisbət bir çox imtiyazlara sahibdirlər. Ona görə bəziləri üçün bu sual qarşıya gəlir ki, bu üstünlük ədalətlə necə uyğun gəlir?

Qadınla kişinin ruhi və cismi qüvvələri arasındakı olan ixtilaflara diqqət edərkən bu sualın cavabı aydın olur.

Qadın cinsi kişinin vəzifələriylə fərqli vəzifələri yerinə yetirmək üçün yaradılıbdır buna görə fərqli hissiyyatları vardır.

Yaradılış qanunu həssas analıq və güclü nəsllər yetişdirmək vəzifəsini onun öhdəsinə qoyubdur, buna görə hisslərin çox payın ona veribdir. Bir halda kı ağır və kobud ictimai vəzifələr bu qanuna əsasən kişi cinsinin öhdəsinə qoyulubdur. Əgər istəsək ədaləti icra edək dözüm və müqavimət tələb edən ictimai vəzifələri kişilərin öhdəsinə qoymaq lazımdır. Hissiyyat və incəlik tələb edən vəzifələri qadınların üzərinə qoymaq lazımdır. Buna görə ayənin ailənin müdürlüyü kişinin öhdəsinə müavinliyi isə qadının öhdəsinə qoyulubdur. Hər halda bu qadınların ruhi və fiziki hazırlıqlara uyğun olan ictimai vəzifələri öhdələrinə almaqda mane deyil.

Analıq vəzifəsinin kənarında digər həssas vəzifələri də yerinə yetirsinlər.

Habelə bu fərq buna mane olmayacaq ki, qadınlardan bir dəstəsi mənəvi məqamlarda bilikdə və təqvada bir çox kişilərdən öndə olsunlar.

Allahın hikməti və təbiri tələb edir ki, cəmiyyətdə hər kəs ruhi və fiziki hazırlığıyla uyğun olan vəzifələrlə məşğul olsun. Allahın hikməti tələb edir ki, qadınların öhdəsində olan vəzifələrin qarşısında möhkəm hüquqlar qurulsun ki, vəzifə ilə hüquq arasında bərabərçilik olsun.[10]

Əlavə etmək lazımdır ki, keyfiyyət cəhətdən üstünlük Allahın nemətlərindən biridir. Xalq təbəqəsinin biri digərinə hamiliyi bəşər məsləhətlərindən biridir. Çünki hami təbəqə qüvvəsinə görə aşağı təbəqənin işlərini tədbir edib onun yaşayışını təmin edir.[11]

Bunu nəzərə alaraq ki, bir nəfər kişi ya qadın ailənin müdürlüyünü öhdəsinə almalıdır, əgər təsəvvür etsək bu üstünlük kişilərin yerinə qadınlara verilib, yenə bu sual olacaqdır. Çünki bəzi xüsusiyyətlərdə qadınla kişinin arasında olan fərq və kişinin üstünlüyü Allahın hikmətli işlərindən və ailə işlərinin idarə olmasının tələbidir. Əlbəttə qadın və kişinin hər biri sahib olduqları xüsusiyyətlərə əsasən ailədə müəyyən vəzifələrə sahibdirlər. Və müəyyən hüquqlardan bəhrələnirlər.

Qadın və kişinin vəzifələri və hüquqları mövzusunda artıq məlumat üçün bu saytda olan göstəriciyə müraciət edin.

Amma bu ki, Allah tərəfindən kişilərə üstünlük bağışlanması, fəxrlənməyə və su istifadəyə nəticədə qadınların hüquqlarının tapdalanmasına səbəb olsun; demək lazımdır ki, Allah insanları öz nemətlərindən bəhrələnməkdə onların bu nümətlərdən su istifadə etmək imkanın kənara qoyaraq bütün insanları ümumi şəkildə öz nemətlərindən bəhrələndiribdir.[12] Əlbəttə qeyd etmək lazımdır ki, insanın əməlləri Allah nemətlərinin çoxalmasında və davamçı olmasında habelə nemətlərdən məhrum olmaqda təsirsiz deyil.[13]

Kişilərin deyilən cəhətlərdə üstünlüyü onların axirətdə üstünlüyünə səbəb olmur. Yəni insanların birinin digərinə nisbət çox maldan, artıq hüquqdan çoxlu cismi qüvvədən bəhrələnməsi, onların Allah yanında uca məqama sahib olması mənasına deyil. Quran nəzərindən həqiqi üstünlüyə səbəb olan şey təqva və saleh əməldir.[14] Buna görədir ki, Allah həmişə insanları digərləriylə davranışda təkəbbürdən,[15] özünü bəyənməkdən və digərlərini məsxərə etməkdən çəkindirir.[16]

Başqa söz budur ki, Allah kişilərə qadınlara nisbət üstünlük verəndə və xüsusiyyətə görə məsuliyyət tapşıranda onları öz başına buraxmayıb, bəlkə təkrar olaraq kişilərə ailədə qadınlarla necə davranmağı tapşırıb və onlara hüquqların örgədir. Onlara qadınların hüquqlarına nisbət diqqətli olmağı tapşırıb ki, onun əsasında ədalərli, əxlaqlı və hər cür mənəmlikdən uzaq olan fəza yaransın.

Qurani kərim bu barədə; yəni qadınla kişinin hüquqları əsasında necə davranışı haqqında neçə qanuna işarə edib:

  1. Ədalət əsasında rəftar etmək: İslamda əsl qanun qoymaq ədalət üzərində qurulubdur.[17] İslam dini bütün sahələrdə hökumət işlərində yaxud ictimai işlərdə, insanları ədalətə riayət etməyə çağırıbdır.[18] Kişinin ailədə müdürlüyü də geniş cəmiyyətdə hakimiyyətin kiçik miqyasda olan bir hissəsidir və həmin əsasda qurulubdur.

Yəni kişi ailədə müxtəlif cəhətlərdə nəzm intizamı yaratmaqdan əlavə, ədaləti də icra etməlidir. Həqiqətdə kişinin hökumətçilik haqqı var amma təhəkküm (zorakılıq) haqqı yoxdur. İslamda hökumətçilik yəni ədalət əsasında işləri idarə etmək, təhəkküm yəni zorakılıq etmək. İslam kişiyə zorakılıq haqqı verməyibdir. Bəlkə hökumətçilik hüququnu ona tapşırıbdır ki, vəzifədən artıq bir şey deyil. Ailənin işlərini o vəzifənin əsasında icra etsin. O ailənin rəisidir yəni haqqı var ailə işlərində əmr etsin və çəkindirsin. Amma zorakılıq haqqı yoxdur, yəni haqqı yoxdur ailənin məsləhətinin ziddinə rəftar etsin.[19]

Buna əsasən kişinin başçılığına ədalət əsasında və Allah razılığıyla icazə verilir. Bir çox ayələrdə cahiliyyət adətlərinə əsasən qadınlara qarşı zülmdən və onların hüquqlarını tapdalamaqdan çəkindirilibdir.[20]

2. Məruf (yaxşılıq) qanununa riayət etmək: Qurani- kərim müxtəlif ayələrdə və müxtəlif münasibətlərdə məruf məsələni yada salıb və hər bir qadın və kişinin bu qanuna riayət etməyə dəvət edibdir. Qurani kərimdə məruf qanunuyla əlaqədar ayələrin axtarışında olarkən bir sıra ayələrlə üzləşirik ki, onlarda qadınla kişinin həyatın müxtəlif sahələrində necə davranması barədə söhbət olubdur. O cümlədən evlənmək, boşanmaq[21] davranış[22] məhriyyə[23] süd vermək[24] və sair kimi iqtisadi hüquqlarını ödəmək, habelə kişilərə yaxşı davranmaq və zülm etməmək tapşırılıbdır. Bunlara əsasən kişi bu çərçivədən xaric öz nəzərləri əsasında qadınla davrana bilməz (məruf) kəlməsi hər hansı işdir ki, camaat onu tanısınlar və inkar etməsinlər. Çünki Allah qadınlarla davranmağı (məruf) qeydiylə qeydləndiribdir, hökmən o qadınlarla davranmağa əmr olunmaq mənasınadır ki, onlarda müsəlmanlar arasında mərufda (yaxşılığa) əmr olublar.[25]

Əlbəttə məruf kəlməsinin mənası ədalətçilikdən və qanunçuluqdan daha genişdir. Ədalətin və qanunu hüquqlara şamil olur. Habelə əxlaqi və dəyərli işləridə əhatə edir. Yəni Allah ailənin rəhbərçiliyini kişiyə tapşırmaqla, ədalətli davranmaqdan əlavə, əxlaqi və dəyərli rəftarları da tövsiyə edir.

Buna əsasən qadınlarla məruf əsasında davranmaq, ədalətli və insafla rəftar etməkdir.[26]

Digər sözlə desək Allahın fərmanına uyğun olaraq qadınların hüquqlarını gözləyərək yaşamaq.

3. Məhəbbət və rəhmət qanunu: Kişinin hakimiyyəti hər cür zorakarlıqdan uzaq olaraq məhəbbət və rəhmət əsasında olmalıdır. Quran bu barədə buyurur: "Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda sevgi və mərhəmət yaratmasında onun qüdrət əlamətlərindəndir. Həqiqətən bunda düşünün bir qövm üçün əlbəttə ibrətlər vardır"[27]. Kişinin mərhəmət əsasında olan gözəl əxlaqı və bəyənilən rəftarı yoldaşının təsirlənməsində ən əsas amildir. Deyilənlərə əsasən qadir Allah hər bir qadın və kişiyə bir sıra bacarıqlar veribdir və bunların əsasında qadınla kişinin qarşılıqlı vəzifələrini və hüquqlarını müəyyən edibdir.

Allah öz hikmətinə əsasən kişilərə çox bacarıq və qüdrət veribdir, bu üstünlüyün əvəzində ailə məsuliyyətini ona tapşırıbdır. Əgər diqqətlə nəzər salsaq görəcəyik ki, bu üstünlük kişi üçün vəzifə yaradıbdır ki, onun vasitəsiylə ailəyə rəhbərlik edə bilsin. Nə bir üstünlük ki, onunla məhkum etsin və fəxrlənsin.

Qadın və kişi vəzifələrə və hüquqları mövzusunda artıq məlumat üçün

"Qadınların kişilər qarşısında itaətçilik, sual 1674 (sayt: 2310)" və "Quran və kişilərin qadınlara üstünlüyü, sual 12481 (sayt: az12241" göstəricilərinə ki, bu saytdadır müraciət edin.

 


[1] - İsra surəsi, ayə 70.

[2] - Nəhl surəsi, 71.

[3] - Bəqərə surəsi, ayə 47.

[4] - Bəqərə surəsi, ayə 253.

[5] - Nisa surəsi, 34.

[6] - Ənam surəsi, 132.

[7] - İbni Kəsir Dəmeşqi, İsmail ibni Ömər, Təfsiril- Quranil- əzim, cild 1, səh 45, Mənşurat Muhəmməd Əli Beyzun, Darul- kutubul- elmiyyə, Beyrut, birinci çap, 1419 hicri qəməri.

[8] - Nəcəfi Xumeyni, Məhəmməd Cavad, Tifsiri asan, cild 2, səh 62, İntişarat İslami, Tehran, birinci çap, 1398 hicri qəməri.

[9] - Hicazi Muhəmməd Mahmud, Əttəfsirul- Vazeh, cild 1, səh 144, Darul- cilul- cədid, Beyrut, onuncu çap, 1413 hicri qəməri.

[10] - Məkarim Şirazi, Nasir, Təfsir Nümunə, cild 2, səh 158, Darul- kutubul- İslami, Tehran, birinci çap, 1374 hicri şəmsi.

[11] - Musəvi Həmədani, Seyyid Muhəmməd Baqir, Əl- mizanın tərcüməsi, cild 12, səh 42, Dəftəri intişarat İslami, camee müdərrisin hoze elmiyye Qum, birinci çap, 1374 hicri şəmsi.

[12] - İsra surəsi, ayə 20.

[13] - İbrahim surəsi, ayə 7.

[14] - Hücurat surəsi, ayə 13.

[15] - İsra surəsi, ayə 37.

[16] - Hücurat surəsi, ayə 11.

[17] - Nisa surəsi, ayə 135.

[18] - Əraf surəsi, ayə 29.

[19] - Mütəhhəri, Murtəza, Əsərlər toplusu, cild 21, səh 117.

[20] - Nisa surəsi, ayə 19.

[21] - Bəqərə surəsi, ayə 231.

[22] - Nisa surəsi, ayə 19.

[23] - Bəqərə surəsi, ayə 236.

[24] - Bəqərə surəsi, ayə 233.

[25] - Təba- təbayi, Muhəmməd Hüseyn, Təfsirul- Mizan, Musəvi Həmədani, Seyyid Muhəmməd Baqir, cild 4, səh 405, Dəftəre intişarate İslami, hoze elmiyyeye Qum, beşinci çap, 1374 hicri şəmsi.

[26] - Feyz Kaşani, Molla Möhsin, Təfsir Safi, cild 1, səh 434, Əsədr nəşriyyatı, Tehran, ikinci çap, 1415 hicri qəməri.

[27] - Rum surəsi, ayə 21.

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    113185 Nizamlar hüquq və əhkam
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    86234 Əməli əxlaq
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    65137 Nizamlar hüquq və əhkam
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    48580 Nizamlar hüquq və əhkam
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    36954 Nizamlar hüquq və əhkam
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    35780 Hədis elmləri
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Niyə duaların çoxu yağış yağan zaman qəbul olur?
    24668 Əxlaq fəlsəfəsi
    Dua oxunması tövsiyə olunan vaxtlardan biri yağış yağan zamandır; Quran ayələri və rəvayətərdən istifadə etməklə sübut etmək olar ki, yağış, Allahın rəhmət nişanəsidir. İndiki Allahın rəhmət qapısı açılıb, duanın qəbul olması üçün daha çox ümidli olmaq lazımdır. ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    23991 Nizamlar hüquq və əhkam
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • islam sözünün mənası Ali- imran surəsinin 19- cu ayəsinə əsasən nədir?
    23902 Təzə kəlam
    İslam sözü lüğətdə "Allahın" müqabilində kamil surətdə təslim olmaq" deməkdir. Yəni heç bir qeyd və şərt olmadan ilahi qanunlara tabe olmaq. Din deyəndə isə "bəşəriyyətin bütün hallarda (ictimai və fərdi) ilahi qanunlara əsaslanması və Allahla insanların rabitəsi" başa düşülür. Bu səbəbdəndə bütün əsrlərdə peyğəmbərləri qəbul etmək onların gətirdiyi dinə (qeyd- ...
  • Dünyanın ilk yaranmasını təşkil edən maddə nədir, Quran və hədislərin bu mövzuda nəzəri nədir?
    21916 Qədim kəlam
    Təbiət şünas alimlərinin bu mövzuda olan dəqiq nəzəriyyələri budur ki, varlığın ilk maddəsini təşkil edən ünsürlar bunu isbat edir ki, əslində fəzada dağılmış "sedyom"- ların təşkil olmasıyla yaranmışdır. Bu maddə uzun zamanlardan təqribiylə 13 milyard il şiddətli partlayış nəticəsində, hissələr və qismətlərə bölünmüşdür, günəş, ulduzlar, göy (səma) yer və...özlərinə məxsus ...