Ətraflı axtarış
Baxanların
6276
İnternetə qoyma tarixi: 2011/07/28
Sualın xülasəsi
“İslamı zamana əsasən təqdim edək” dedikdə məqsəd nədir? Lütfən bir misalla bəyan edin.
Sual
“İslamı zamana uyğun olaraq təqdim edək” dedikdə məqsəd nədir? Lütfən onu misalla bəyan edin.
Qısa cavab

Keçmişdə İslam alimləri müxtəlif məsələləri zaman və məkanın ehtiyaclarına uyğun olaraq irəli çəkirdilər və onların dövründə islamın sistematik bir nizam və quruluş ünvanı ilə irəli çəkilməsinə ehtiyac duyulmurdu. Amma hal-hazırda bu bəhslər irəli çəkilir. Ustad Mütəhhəri (r), Şəhid Sədr (r) və s. böyük alimlər bu mühüm məsələni irəli çəkmişlər.

Bizim inancımıza görə ustad Hadəvi Tehraninin “Yeni təfəkkür” nəzəriyyəsi ən yaxşı və kamil nəzəriyyədir ki, Quranın müxtəlif yönlərinə, hədislərə və islamın qədim mirasına dərindən diqqət yetirməklə dinin bütün yönlərində hərtərəfli və yetərli tərifini təqdim etmişdir.

Bildiyimiz kimi, İslam xatəm dinidir, onun hökmləri, qanunları və göstərişləri əbədidir, əvvəldə olduğu kimi həmişəlik və sabit olmalıdır. Digər tərəfdən də, zaman öz-özündə dəyişilir və hər gün yeni-yeni vəziyyətlər, əvvəlki şəraitlərlə tamamilə fərqli olan şəraitlər qarşıya çıxır. Onda necə mümkün ola bilər ki, öz zatında sabit və dəyişilməyən bir şey zatən dəyişkən bir şeylə uyğun gəlmiş olsun?! Demək lazımdır ki, bu məsələnin bütün yönlərini elmi şəkildə araşdıran hərtərəfli nəzəriyyə “İslamda yeni təfəkkür nəzəriyyəsi”dir.

Bu nəzəriyyədə deyilir ki, zaman və məkan barəsində dəqiq məlumatlar əldə etməklə və dində təqdim olunan hədəf və əsaslara uyğun olaraq cəmiyyətin və dünyanın bütün sahələrindəki ehtiyaclarına uyğun olaraq tətbiqi tərif vermək, yəni dinin bütün dünya sahələrinə şamil olmasını nəticə almaq, eləcə də fəlsəfəyə, məktəbə və İslam quruluşuna nail olmaq olar. Əlbəttə, kəlam cəhətindən fəlsəfəni əldə etmək, İslami quruluşa və məktəbə nail olmaq fiqhi metodlarla və təhlili üslublarla (bizim fəqihlərimiz bunu bəyan etməyi öhdəsinə almışlar) gündəlik tələbatlara cavab vermək məqamına gələ bilər. Elmlər onların irəli çəkilməsində faydalıdır və yəqin şəkildə onun inkişafı daha dəqiq və yaxşı planlarla təsirli olar. Bu məsələ təkcə fəqihlərin öhdəsinə deyil, fəqihlərlə bəşər elmləri alimlərinin arasında müştərək olan bir məsələdir

Ətreaflı cavab

Bəlkə də bu məsələnin qoyuluşu belədir: İslam sonuncu dindir, onun hökmləri və göstərişləri əbədidir və gərək ilk əvvəldə olduğu kimi həmişə qalsın. Başqa sözlə desək, din dəyişməz bir məsələdir, lakin zaman öz-özünə dəyişilir və aradan gedir, zamanın təbiəti dəyişikliyi tələb edir. Zamanın dəyişməsi hər gün əvvəlki şəraitlərlə tamamilə fərqli olan yeni-yeni şəraitlər xəlq edir. Buna əsasən, necə mümkündür ki, öz zatında dəyişməz və sabit olan bir şey zatında dəyişən və səyyal olan bir şeylə uyğunluq təşkil etsin?! Bu məsələnin həll edilməsi üçün çoxlu cavablar vermişlər. Bizim nəzərimizə görə ustad Hadəvi Tehraninin “İslamda modern təfəkkür nəzəriyyəsi” ən yaxşı və əhatəli nəzəriyyə ola bilər. Bu kitabda məsələnin bütün yönləri elmi şəkildə araşdırılmışdır. Modern təfəkkürün inancı budur ki, dinin bizim üçün tərif etdiyi hədəflər və əsaslara uyğun olaraq, eləcə də zaman və məkan barədə dəqiq məlumat əldə etməklə cəmiyyətin və dünyanın bütün sahələrdəki ehtiyaclarına uyğun olaraq bütün sahələrdəki çıxış yolunu təqdim etmək olar. Bu nəzəriyyəyə əsasən, cəmiyyətin müxtəlif yönlərindəki və hövzələrindəki islam təlimlərinin hamısı bir-biri ilə tamamilə həmahəng olan vahid bir sistemdən ibarətdir.

Buna əsasən biz islami dünyagörüş əsasında, eləcə də dinin cəmiyyətin hər bölməsində nəzərdə tutduğu hədəflərə uyğun olaraq dindən daha münasib və elmi çıxış yolları təqdim edə bilərik.[1]

Misal üçün, Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-in 5-ci hicrin ilində Mədinədə tətbiq etdiyi iqtisadiyyat bizim 1420-ci hicri-qəməri ilində İranda icra etdiyimiz iqtisadiyyatla (əlbəttə, əgər düzgün kəşf etsək və kəşf və istinbatda xətaya yol verməsək) gərək fəlsəfə, məktəb və sistemdə bir olsunlar. Amma əyani olaraq xarici aləmdə bir-biri ilə fərqli ola bilərlər. Çünki o zamanın şəraiti bizim zamanın şəraiti ilə fərqlidir.

Hal-hazırda müxtəlif məsələlərin hökmündə baş verən bir çox xətalar bu məfhumların arasında fərq qoymamaqdan irəli gəlir. Misal üçün, bir zamanlar məhkəmə prosesində ədliyyəni ixtisara saldılar. Onlar güman edirdilər ki, islamın əvvəllərində mövcud olmayan ədliyyənin ixtisara salınması ilə məhkəmə islami olur. Amma görəsən, ədliyyə həqiqi mənada islamın məhkəmə prosesinin ünsürlərinə aiddir, yoxsa bu yolda istifadə edilən ünsürlərdən biridir? Bəlkə də o dövrdə belə bir vasitənin varlığına zərurət duyulmurdu, amma hazırkı şəraitdə ona ehtiyac duyulur. Belə halların düzgün olub-olmamasını təyin etmək üçün islamın bütün yönlərdəki hədəf və sistemindən səhih nəticə almaq lazımdır. Məhz bu tədqiqat sayəsində məlum olar ki, hansı şeylər sabit olmalıdır, hansı şeylər isə zamanın tələbinə uyğun olaraq özünə müxtəlif forma ala bilər.

Sonuncu din xüsusi zaman və məkan şəraiti üçün gəlməmişdir, onun təşkiledici təbiəti sabit və dünya səviyyəli olmasını tələb edir, buna baxmayaraq xüsusi bir şəraitdə gerçəkləşib özünə forma aldığı üçün onda bəzi müvəqqəti ünsürlər yaranır. Bu heç vaxt həmin xüsusi şəraitdə və dairədə dünya səviyyəli və sabit ünsürlərin olmaması mənasına deyildir.

Başqa sözlə desək, hər bir zamanda həm dəyişkən, həm də sabit ünsürlərdən təşkil olunmuş bir məcmuə vardır. Ünsürlərin bəzisi bütün şəraitlərə uyğunlaşdıra bilir, heç bir xüsusi şərait də onlara təsir qoya bilmir. Bəziləri isə belə deyildir. Misal üçün, İslam hökmlərinin başında məsum bir şəxsin və ya (onun naib olan) fəqihin olması sabit bir prinspdir, amma məsum və ya onun tərəfindən olan fəqihin hökuməti hansı şəkildə idarə etməsinə gəldikdə isə, bu, xüsusi zaman şəraitlərinə tabedir.

Misal üçün, həzrət Əli (əleyhis-salam)-ın hökuməti dövründə qüvvələr bir-birindən ayrı deyildi; qanunvericilik, icraçılıq və məhkəmə orqanları bir-birinin içində idi. Çox hallarda bir nəfər vali olaraq bir yerə göndərilirdi, həmin şəxs orada qanunçuluğun əsasını qoyur, icra edir və məhkəmə işlərinə baxırdı, yəni bu işlərin hamısını eyni zamanda öhdəsinə alırdı. Əlbəttə, həzrətin elə qaziləri də var idi ki, yalnız qaziliklə məşğul idilər. Amma Əli (əleyhis-salam)-ın hökumətinin daxilində İranın İslam qanununun çərçivəsində nəzərdə tutulduğu kimi qüvvələr bir-birindən ayrı deyildi.

İran İslam Respublikasının Əsas Qanununda da müəyyən bölmələr sabit dini ünsürlərlə əlaqədardır və heç bir ictimai, siyasi, mədəni məsələlərlə və şəraitlərlə əlaqəsi yoxdur. Bəzi hissələr də İran İslam respublikasının xüsusi şəraitlərinə – yəni zaman və məkan şəraitinə tabedir. İşlərin başında bir fəqihin olması sabit ünsürlərdəndir, amma hazırkı şəraitdə vəliyyi-fəqih üçün nəzərdə tutulan hökumətin quruluşu isə, dəyişkən ünsürlərdəndir. Əsas Qanunda prezident camaatın birbaşa rəyi ilə seçilir, onun hökmü rəhbərin tərəfindən təsdiqlənir. Amma məhkəmə rəisi birbaşa rəhbərin tərəfindən təyin olunur. Bu iki ünsürün seçilmə üslubu sabit deyildir. Əgər bunu əksi fərz olunsaydı və qanun prezidentin seçilməsini rəhbərin xüsusi vəzifələrindən biri hesab etsəydi, məhkəmə qüvvəsinin rəisinin də seçilməsini camaata həvalə etsəydi, şəri cəhətdən heç bir fərq olmazdı. Amma məsləhətləri nəzərə aldıqda bunlar fərqlənir. Məsləhət tələb edir ki, icra hakimiyyətinin rəisi (prezident) camaat tərəfindən seçilsin, məhkəmə qüvvəsinin rəisi isə rəhbər tərəfindən. O tərəfdən, camaatın himayəsi icra mərhələsində özünə məxsus rol oynayır, onların siyasi səhnədə daha artıq hazır olmaq hissi ilə prezidentə birbaşa rəyləri müsbət və cəmiyyətin xeyrinə olan bir iş kimi cilvələnir. Bu tərəfdən isə, məhkəmə sisteminin müstəqil olması və onun rəhbər tərəfindən təyin edilməsi istiqlaliyyətin qorunmasında təsirlidir və müsbət bir iş, həm də cəmiyyətin mənafeyinədir. Məclis nümayəndələrinin (deputatların) camaat tərəfindən, Məclis rəhbərinin isə nümayəndələrin tərəfindən seçilməsi bu qəbildəndir. Bunların hamısı yaşadığımız xüsusi şərtlər səbəbi ilədir. Mümkündür ki, başqa şəraitlərdə daha artıq təsirli olan forma bizi hədəflərimizə daha tez yaxınlaşdırsın.

Bir zamanda sabit və dəyişkən ünsürlərin varlığı prinsipi bizim fiqhimizdə də “ilahi qanunlar və vilai qanunlar” ünvanı ilə bəyan olunur. “İlahi qanunlar və hökmlər” dedikdə fəqihlərin məqsədi sabit hökmlər, “vilayi qanunlar və hökmlər” dedikdə isə məqsədləri dəyişkən ünsürlər və hökmlərdir. Şəhid Mütəhhərinin (r) işarə etdiyi kimi, dində sabit və dəyişkənlik bəhsi insanşünaslığa da qayıdır. İnsanın bir sabit, bir də dəyişkən yönü vardır. Sabit hökmlər onun sabit yönünə, dəyişkən hökmlər isə onun dəyişkən yönünə aiddir. Başqa sözlə desək, İslamda modern təfəkkür nəzəriyyəsi insanşünaslığın bu prinsipinə əsasən bərqərar olunmuşdur.

Şəri qanunlar və hökmlər

“İslamda modern təfəkkür nəzəriyyəsi”ndə qərara alınan məcmuə ilə yanaşı İslamda bir sıra hökmlər və qanunlar da vardır ki, həqiqətdə həmin məfhumların əyani olaraq həyata keçməsindən ibarətdir. Başqa sözlə desək, sistem və quruluş xarici yöndə qanun əsasında reallaşıb həyata keçir. Qanun cəmiyyətdə məktəb, sistem və quruluşa eyniyyət bağışlayır, onu həyata keçirir. Cəmiyyətdə əyani olaraq həyata keçmək istəyən bir şey hökmə və qanuna çevrilir. İslam qanunları fəlsəfə, ideologiya və sistem əsasında formalaşmışdır. Məsələn, İslam dini malikiyyəti qəbul etdiyi zaman onun əsasında müəyyən qanunlar və hökmləri də qəbul edir; yaxud İslam dini varlılarla fəqirlər arasında ağlasığan fasilə olmasını istəyirsə, bunun təsirləri hökmdə zahir olur, həmin hədəfin ardınca zəkat, xüms və müxtəlif maddi vergilərin verilməsi qanun və hökm ünvanı ilə zahir olur. Yaxud İslam dini iqtisadi azadlığı qəbul edən zaman bir sıra hüquqi nəticələr də yaranır. Fiqhi kitablarda irəli çəkilən müqavilələrin hamısı hüquqda azadlıq və iradə əsasındadır. Bu müqavilələrin hamısı və onların nəticələri İslam iqtisadiyyat sistemində formalaşır.

Bu qanunların hər biri təklikdə cüzi olsalar da, əslində bir-biri ilə vəhdət təşkil edir və tam əlaqəlidir. Yəni mümkündür ilkin baxışda onların bəziləri digərinə əlaqəsiz nəzərə gəlsin. Amma bu qanunları verən şəxs onların arasındakı əlaqəyə də diqqət yetirmişdir. Əgər qanunlara və hökmlərə bu nəzərlə baxsaq, yəni onları bir-biri ilə sıx əlaqəli olan məcmuə şəklində nəzərə alsaq, onların arasında olan uyğunsuzluqları kəşf edə, nəqllərdəki mövcud səhvləri ayırd edə bilərik.

Məktəb və quruluş sabit olduğundan bu ikisindən irəli gələn qanunlar da sabitdir. Amma tətbiq vasitələri dəyişkən olduğundan, bu vasitələrdən irəli gələn hökm  və qanunlar da dəyişiləcəkdir. Başqa sözlə desək, quruluşların hər biri özü ilə eyni zamanda müəyyən hökmlər və qanunları icad edir. Sistemlərin hökmləri və qanunları xüsusi bir şəraitlə əlaqəli olmadığına görə sabit və dünya səviyyəlidir, amma hökmlər və qanunlar xüsusi şəraitlə əlaqədar olduğundan dəyişkən olacaqdır.

Son məsələ

Qeyd olunduğu kimi İslam iki sabit (dünya səviyyəli) ünsürdən və zonal – dəyişkən ünsürdən təşkil olunmuşdur.  Dünya səviyyəli ünsürləri əldə edərək kəlam üslubu ilə fəlsəfəyə nail olmaq, eləcə də islami quruluşu və məktəbi əldə etmək fiqhi surətdə və təhlil yönü ilə əldə olunur.[2] Belə ki, bizim fəqihlərimiz onu öhdəsinə alaraq bəyan etmişlər. Amma tətbiq və icra vasitələri gündəlik olmağı tələb edir ki, elmlər onların layihələşdirilməsində rol oynayır və şübhəsiz, onun irəliləməsi vasitələrin daha yaxşı olmasında təsirlidir. Bu məsələ də təkcə fəqihlərin öhdəsinə deyil; fəqihlərlə digər bəşər elmlərindəki alimlərin öhdəsinə olan müştərək bir vəzifədir.



[1] Əlavə məlumat üçün bax: 1-Görünüş: “Modern dünyada dinin fəaliyyətləri”, sual 765; 2-Mütəhhəri, Mürtəza, “İslam və zamanın tələbləri”; 3-“İslamda modern təfəkkür nəzəriyyəsi”

[2] “İctihadın kəlam əsasları”, səh. 383-405; “İslamın iqtisadi sistemi”, Ustad Hadəvi, səh 21-44

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Təsadüfi suallar

  • Haram yeməyi meyl etməyin hökmü nədir?
    7391 Nizamlar hüquq və əhkam 2011/10/13
    Əgər bir şəxs yemək yedikdən sonra, bilsə ki, yediyi yemək haram yeməkdir və ehtimal verməmişdir ki, haramdır bəlkə halal olmasının nişanələrini hiss etmişdir, misal üçün bir müsəlmandan almışdır ki, günah iş görməmişdir. Amma əgər yemək barəsində şəkk edibdirsə misal üçün müsəlman olmayan bir şəxsdən almışdır, belə bir halda təhqiq etməli ...
  • Nə üçün ölü müctəhidə təqlid etmək caiz deyildir?
    6606 Əhkam və hüquq fəlsəfəsi 2011/05/17
    Ölü müctəhidə təqlid etməyi caiz bilməyən fəqihlər bir çox dəlillərə istinad etmişlər. Həmin dəlillərdən agah olmaq üçün gərək fiqhi kitablara müraciət olunsun. Amma bu sual digər şəkildə də irəli çəkilə bilər. O da bundan ibarətdir ki, bu qrup müctəhidin nəzərindən belə bir hökmün faydası və həqiqətdə onun ...
  • Məsum kəlməsinin xarici mənası nədir?
    9540 Qədim kəlam 2012/06/13
    İsmət daxili bir qüvvə və nəfsani bir xüsusiyyətdir ki, ona sahib olanı günah etməyi düşünməkdən (o ki, qala günah etməyə) saxlayır. Elmi termində, səhv, unutqanlıq və günahdan qorunmaq mənasındadır. Ümumi bir bölümdə ismət iki növdür: 1. Ümumi məsumluq və günahdan qorunma.
  • Qəməri il neçə gündən ibarətdir? Qəməri illərinin günlərinin sayı bir-biri ilə fərqlidirmi? Fərqli olan hallarda nə etmək lazımdır?
    6955 Nizamlar hüquq və əhkam 2011/11/24
    Qəməri aylarının hamısının günləri bir-biri ilə bərabər və dəqiq şəkildə 29 gün, 12 saat, 44 dəqiqə və 3 saniyədən, yaxud 29,53059028 gündən ibarətdir. Hicri qəməri illərinin hamısının günlərinin sayı bir-biri ilə bərabərdir və 12 ay və ya 354,3670834 günə bərabərdir. Münəccimlər hər ayın günlərini kəsirsiz (tam) ədədlə bəyan etməlidirlər. Onlar ...
  • Allahın sevimlisi olağın yolları.
    8400 Əməli əxlaq 2010/09/27
    Allaha dostluq, iki formada təsəvvür olunur:1. bəndələrin Allahla dostluğu və allahın sevimli olmaları.2. Allahın bəndələrlə dostluğu və onun sevimlisi olmaları. Bizim sualımız ikinci formaya aiddir. Əlbəttə varlıq aləminin bütün mövcudları allahın əsəri və məxlüqları olduqlarına görə, onun sevimlisidirlər. Amma ...
  • Bəsirət gözü ilə Allahı görmək qəlbi şühuddurmu?
    12942 Əməli irfan 2012/09/01
    İmam Əlinin (ə) hədisində Allahın bəsirət gözü ilə görülməsi bəyan edilmişdir. Allahın görülməsi kəlam elmində bəhs edilir. Buna görə burada düzgün fikir bəsirətlə görmə qəlbi təcəlli və adi gözlə görmədən fərqlənir ki, bu Allah barəsində imkansızdır. Amma bəsirət gözü ilə görmə yaxud da həmin Ləqallah baş verə ...
  • Aya mən edə bilərəm İslami bank qayda qanunlarını icra etməyən bankdan səham alım?
    4866 Nizamlar hüquq və əhkam 2011/11/12
    Sizin sualınızın araşdırmasında əziz mərcəyi təqlidlərin dəftərlərindən aşağıdakı cavablar alınmışdır: Həzrəti ayətullah- ul- üzma Xameyi (Allah izzətin artırsın)Edə bilmərsiniz. Həzrəti ayətullah- ul- üzma Məkarim şirazi (Allah izzətin artırsın)İcazə verilmir Həzrəti ayətullah- ul- üzma Safi Gülpayqani (Allah izzətin artırsın)Riba (sələm) ilə gəliri olan müəssisələrdən səham ...
  • Din və mədəniyyətin əlaqəsi necədir?
    13174 Təzə kəlam 2011/02/14
    Din və mədəniyyətin əlaqəsini açıqlamaq, din və mədəniyyətin hədəf, təsir və mahiyyətini dəqiq tanıyarkən mümkündür. Bir dəstə din və mədəniyyət arasındakı bütün əlaqələri inkar ediblər. amma bu baxış düzgün deyil. Əlbəttə bu məsələ aydındır ki, mədəniyyətlərin bəzisi təkamülə yetişmək olan səmavi dinlərin uca hədəflərinə qarşı olduqlarına görə, dinlə uyğun ...
  • "Əssəlamu ələl- Hüseyn və əla Əli ibnil Hüseyn və..." «اَلسَّلامُ عَلَى الْحُسَیْنِ وَ عَلى عَلِىِّ بْنِ الْحُسَیْنِ و ...» salamında Əli ibnil Hüseyn kimdir?
    16034 تاريخ بزرگان 2011/06/28
    Baxmayaraq ki, ziyarətnamə, təvəssül duası, pak İmamlara salavat və İmam Zeynəl- abidin və Əli Əkbər (ə)- dan qalan rəcəznamələrdən Əli ibnil Hüseynin o iki həzrətin müştərək adı olması istifadə olur, amma Aşura ziyarətinin zaman və məkan məsələsi ki, Aşura günü, Kərbəla məkanı və o gün öldürülənlərə işarə edir. Və həmçinin ...
  • Quranda, yeddi səmadan məqsəd nədir?
    7218 Təfsir 2012/06/13
    Elmi cəhətdən səma və planetlər barəsində bir çox məlumtların əldə olunmasını nəzərə alsaq, Quranda yeddi səma barəsində dəqiq bir nəzər vermək olmaz. Bu mövzuda bir çox nəzəriyyələr vardır. Bunu da yaddan çıxarmamalıyıq ki, Quran insanların tərbiyə və mənəvi hidayəti üçündür. Quranın yeddi səma və yeddin yerin ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    162861 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    154890 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    117732 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    109664 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    98750 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    91281 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53332 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    45161 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    43695 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    42857 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...