Ətraflı axtarış
Baxanların
8601
İnternetə qoyma tarixi: 2011/09/11
Sualın xülasəsi
İslam nəzərindən təzim səcdəsi etmək olarmı?
Sual
Yusif (ə)- ın qardaşları ona səcdə etdikləri kimi, həzrət Məhəmməd (s)- in şəriətində Əhli- beyt (ə) məktəbinə əsasən təzim səcdəsi etməyə icazə verilibmi?
Qısa cavab

İslam və Əhli- beyt məktəbi nəzərindən səcdə ibadətin kamil və gözəl formasıdır ki, uca Allaha məxsusdur və Allahdan qeyrisinə qadağandır. Amma həzrət Yusifə edilən səcdə, ibadət səcdəsi deyildi, əksinə əslində Allaha ibadət idi. Biz Kəbəyə tərəf namaz qılıb və ona tərəf səcdə edirik, ama heç vaxt bu səcdə və namaz Kəbə evi üçün olmayıb, əksinə Kəbə evi yalnız ona diqqət etməklə Allaha ibadət etdiyimiz bir əlamətdir.

Ətreaflı cavab

İslam və Əhli- beyt məktəbi nəzərindən tövhid əsasların ən üstün və dəyərlisi və küfr və iman arasındakı sərhəddir. Tövhidin qarşı tərəfi Allaha olan şirkdir ki, Qurani- məcid ona böyük zülm[1] və bağışlanmaz günah[2] deyilmişdir.

Tövhidin dörd əsas qismi var ki, aşağıdakılardan ibarətdir:

  1. Zatda tövhid.

  2. Sifətlərdə tövhid.

  3. Fellərdə tövhid.

  4. İbadətdə tövhid.

İbadətdə tövhid; yəni yalnız Allaha ibadət etmək lazımdır və ondan qeyrisinin bəndəçiliyinə ləyaqəti yoxdur. Çünki ibadət o şəxs üçün olmalıdır ki, mütləq kamal və kamali- mütləqdir. O şəxsin ki, heç kəsə ehtiyaclı deyil və bütün nemətləri başığlayan və bütün varlıqları yaradandır. Bu sifətlər onun pak zatından başqasında cəm olmaz.

İbadətdən əsas hədəf, o mütləq kamalın yaxınlığına yol tapmaq və sonsuz varlıq və onun kamal və camal difətinin nurunun canın daxilində işıqlanmasıdır ki, onun nəticəsi hava- həvəslərdən uzaqlaşması və nəfsin saflaşmasına üz tutmaqdır.

Bu hədəf yalnız mütləq kamal olan Allaha ibadət etməklə mümkündür.[3]

İbadətin geniş bir mənası var. Əbd lüğətdə o insana deyilir ki, bütün vücudu ilə öz mövla və sahibinə tabedir. İradəsi onun iradəsinə tabe və istəyi onun istəyinə tabedir. Onun qarşısında malik bir şey deyil və onun itaətində heç vaxt süstlük etməz.

Başqa zözlə, bəndəçilik məbud qarşısında xuzunun ən son dərəcəsini izhar etməkdir.

Ona görə də, yalnız o şəxs məbud ola bilər ki, nemət və əzizləməyi son həddə edibdir. O Allahdan başqa heç bir şəxs deyil.

Buna əsasən, bəndəçilik bir insan təkamülünün son həddi, onun Allaha yaxınlığı və onun pak zatı qarşısında təslim olmağın son həddidir.[4]

İbadət Qurani- məciddə insanın və varlıq aləminin bütün məxluqlarının yaranmasının əsas səbəbi sayılmışdır. Quran bu barədə buyurur: "Bütün cin və insanları yalnız mənə ibadət etsinlər deyə yaratdım".[5]

Bu səbəbdən ibadət onun zatına məxsusdur. Allah varlıqlardan heç birinə ondan qeyrisinə ibadət etməyə icazə verməyibdir. Çünki, Allahdan qeyrisinə ibadət və pərəstiş etmək şirkin ən böyük mənasıdır. Şirk də böyük və zülm bağışlanmaz bir günahdır.

İbadətin ən kamil və gözəl formalarından biri, səcdədir.[6] Çümki, səcdə məbud qarşısında xuzu və xuzunu son dərəcə izhar etməkdir.

İslam nəzərindən Allaha səcdə ən mühüm ibadət ya ən mühüm ibadətlərdəndir. Necə ki, rəvayətlərdə gəlibdir, insan səcdə halında, digər hallardan Allaha daha yaxındır. Böyük rəhbərlərimizin xüsusilə Peyğəmbər (s) və Əhli- beyt (ə)- ın uzun səcdələri varları idi.[7]

Ona görə də, İslam əsasları nəzərindən səcdə Allahdan qeyrisinə olmaz. Bizim rəvayət kitablarımızda "ədəmu cəvazis- sucud liğeyrullah" adlı bir başlıq var və Peyğəmbər (s) və şiənin məsum İmamları (ə)- dan Allahdan qeyrisinə səcdənin haram olması barəsində rəvayətlər nəql olubdur.[8]

Həzrət Yusif (ə)- a səcdə.

Quranda Allahdan qeyrisinə edilən iki səcdədən danışılır. Biri mələklərin həzrət Adəm (ə)- a səcdəsi[9], digəri isə həzrət Yusif (ə)- ın ata- anası və qardaşlarının o həzrətə etdiyi səcdədir. Hər iki səcdə bir növdən olduğuna görə, burada yalnız həzrət Yusif (ə)- a edilən səcdənin iradına cavab veririk. Adəmə edilən səcdənin hökmü də məlum olacaq.

Quran buyurur: "Öz ata- anasını taxta oturtdu. Onların hamısı ona görə səcdəyə düşdülər. O dedi: Ata! Bu qabaqcadan gördüyüm yuxunun təbiridir."[10]

Bu barədə bir neçə ehtimal verilibdir:

  1. Təfsirçilərin bəzisi deyiblər: İki cür səcdəmiz var. Biri bəndəçilik və ibadət səcdəsidir ki, Allaha məxsusdur. Günəş, bütlər, ulduzlar və bunların qeyrisinin pərəstişi qarsındadır ki, müşriklər edirdilər. O biri isə təzim və ehtiram səcdəsidir ki, padşah, sultan, Peyğəmbər və digər böyüklərə münasibətdə edilir və bu İlahi əmr və nəhyə tabedir. İslam şəriətində təkidli qadağan olubdur ki, bu növ səcdə haramdır, amma şirk deyil.

Allah- Taala bu növ səcdəni həzrət Adəm barəsində vacib edib və Allahın ibadəti ilə eynidir. Ona görə də, şeytan müxalifət etdiyinə görə qovuldu. Amma İbrahim və bəni- israil Peyğəmbərlərinin şəriətində icazəli, hətta təriflənmişdir. Bu iddiaya sübut Peyğəmbər (s)- in hədisidir ki, buyurur: Əgər səcdə Allahdan qeyrisinə icazəli olmasaydı, qadınların ərlərinə səcdə etməsini deyərdim. Bu cümlənin məbası bu deyil ki, qadınlar öz ərlərinə pərəstiş etsinlər, əksinə bu formada (səcdə ilə) öz ərlərinə təzim və ehtiram etsinlər.[11]

  1. Ayənin məzmunu budur ki, həzrət Yusif (ə)- ın əmri ilə onlara çoxlu hörmət edildi və xüsusi sarayda səltənət taxtında oturdular. Elə ki, Yusif (ə) daxil oldu, onun gözəl simasından saçan İlahi nur onları heyran etdi və özlərindən çıxartdı, o həddə qədər ki, özlərindən asılı olmayaraq, ixtiyarsız torpağa düşdülər.

Amma bu səcdə ibadət üçün deyildi. Ona görə ki, səcdə ibadət və pərəstiş mənasında Allaha məxsusdur.

Heç kəs üçün heç bir məzhəbdə Allahdan qeyrisinə pərəstiş etmək icazəli deyil. Bütün Peyğəmbərlərin ona dəvət etdiyi ibadət tövhidi ki, tövhid məsələsinin mühüm hissəsidir, mənası budur.

Buna əsasən, nə Allah Peyğəmbəri olan Yusif ona səcdə və ibadət edilməsinə icazə verərdi, nə də Yəqub kimi böyük bir Peyğəmbər belə bir iş görərdi nə də Quran layiqli ya ən azı icazəli bir əməl kimi ondan danışardı.

Deməli qeyd olunan səcdə, Allaha şükr səcdəsi idi.

O Allah ki, bütün bu böyük əzəməti Yusifə verdi və Yəqubun ailəsinin çətinlik və problemlərini aradan qaldırdı. Belə olduqda səcdə eyni halda ki, Allah üçün idi, çünki Yusifin əzəmətinə görə yerinə yetirilibdir, onun üçün əzəmət və ehtiram da sayılırdı.

Bu nəzərdən "ləhu" zəmiri ki, Yusifə qayıdır, bu məna ilə yaxşıca uyğunlaşacaq.

Təfsiri- nümunə sahibi deyir: Bu məna nəzərə daha yaxın gəlir. Xüsusi ilə İmamlar (ə)- dan nəql olunan çoxlu rəvayətlərdə oxuyuruq: Onların səcdələri ibadət olaraq Allah üçün idi.

Hədislərin bəzisində oxuyuruq: Yusifin qardaşlarının səcdəsi Allaha ibadət və Yusifə salam və hörmət idi.

Adəmin əhvalatında olduğu kimi, səcdə böyük Allah üçün idi ki, belə bir gözəl varlıq yaradıbdır. Bu səcdə Allaha ibadət olmaqla yanaşı, Adəmin məqamına hörmətə sübutdur. Bu ona oxşayır ki, bir şəxs çox mühüm və layiqli bir iş yerinə yetirsin, biz ona görə Allaha belə bir bəndə yaratdığı üçün səcdə edək ki, həm Allaha səcdədir, həm də bu şəxs üçün hörmət.[12]

  1. Səcdədən məqsəd onun geniş mənasi; yəni xuzu və təvazödür. Çünki, səcdə həmişə məşhur mənasında işlənmir, əksinə bəzən hər cür təvazö mənasında da işlənmişdir. Ona görə də, təfsirçilərin bəzisi deyiblər ki, o dövrdəki məşhur olan salam və təvazö əyilmək və təzim olubdur. Yuxarıdakı ayədəki səcdələrdən məqsəd budur. Amma mənası yerə düşmək, olan "xərru" cümləsinə diqqət etməklə belə məlum olur ki, onların səcdələri baş əymək və əyilmək mənasında olmayıb.[13]

  2. Böyük təfsirçilərdən bəzisi deyiblər: İbadət bəndənin özünü bəndəçilik dərəcəsinə gətirməsi, əməldə də öz bəndəlik və ibadətini isbat etməsi və həmişə bəndəlikdə sabit qalmasını istəməsindən ibarətdir.

Buna əsasən, ibadət olan bir iş elə bir iş olmalıdır ki, mövlanın mövlalıq yaxud bəndənin bəndəçiliyini izhar etmək üçün səlahiyyəti olmalıdır. Səcdə və rükn etmək, ya mövlanın ayağına durmaq, ya onun arxasında yol getmək və... kimi. Bu səlahiyyət nə qədər daha çox olsa, ibadət daha çox və bəndəçilik daha çox məlum olar. Mövlanın mövlalıq əzəmətinə və bəndəçiliyin zəlilliyinə əməllərdən daha çox və aydın dəlalət edən, səcdədir. Çünki, səcdədə bəndə torpağa düşür və üzünü torpağa qoyur. Amma səcdə zati ibadət deyil, əksinə ibadət qəsdi etmək lazımdır. Deməli əgər səcdədə bir mane təsəvvür olunsa, şərii ya əqli qadağa cəhətdən olacaqdır. Şəriət və əqldə qadağan olunan budur ki, insan özünün Allahdan qeyrisinə etdiyi səcdəsi ilə, həmin qeyr üçün rububiyyəti isbat etmək istəsin. Amma səcdədən məqsədi yalnız salam ya hörmət olsa və onun üçün rububiyyət qail olmasa, əksinə təkcə məqsədi bir növ salam və hörmət olsa, belə olduqda bu səcdənin haram olmasına nə şəri dəlil var, nə də əqli dəlil.

Dindar camaatın zehnlərinin dinin zahirləri ilə ünsiyyətdən əldə etdikləri dini zövqləri, bu əməli ümumiyyətlə Allaha məxsus etmələrini tələb edir. Və Allahdan qeyrisi üçün hərçənd salam və hörmət üçün də olsa, torpağa düşməsinlər. bu zövq inkar olunmazdır. Amma belə də deyil ki, Allaha ixlası izhar etmək üçün etdiyimiz hər bir əməli Allahdan qeyrisini üçün edə bilmərik.[14]

Yəqub, qardaşları və analarının səcdələri Allah üçün idi. Amma Yusif Kəbə kimi qiblə olubdur. Ona görə də ərəb cümlələrində bəzən deyilir: "Fulan kəs qibləyə tərəf namaz qıldı".

Biz Allaha ibadət edir, Kəbəni özümüzə qiblə tutur və namaz və ibadətlərimizi ona tərəf yerinə yetiririk.

Deməli Kəbə qarşısında səcdə etməklə Allaha ibadət olunur nəin ki, Kəbə. Məlum olur ki, Allahın nişanəsi nişanə olması cəhətdən özündən müstəqilliyi yoxdur. Əgər səcdə də olunsa yalnız nişanə sahibi yəni Allah ibadət olubdur.[15]

Qeyd olunanlara diqqət etməklə məlum olur ki, İslamda Allaha əhd olunmuş səcdələrdən başqa, digər bir səcdə hətta təzim və hörmət üçün yoxdur.

Belə ki, rəvayətlərin bəzisində gəlib ki, Peyğəmbərin səhabələrindən bəzisi, o həzrətə səcdə etmələrini istədilər. O həzrət cavablarında buyurdu:

« لَا بَلِ اسْجُدُوا لِلهِ »[16]

"Yox, əksinə yalnız Allaha səcdə edin".

Aşağıda sizin nəzərinizi təqlid mərcələrinin fətvalarına cəlb edirik:

Həzrət Ayətullah Xamineyinin dəftəri:

Allahdan qeyrisinə səcdə etmək haramdır. İmamlar (ə)- ın qəbri qarşısında alınlarını yerə qoyan avam camaatın bəzisi, əgər Allahın şükrü üçün olsa iradı yoxdur. Əks halda haramdır.

Həzrət Ayətullah Fazil Lənkəraninin dəftəri:

Allahdan qeyrisinin qarşısında səcdə və təzim etmək olmaz. Yəqub və övladlarının səcdəsi də Allah üçün şükr səcdəsi olubdur. Bu barədə mərhum Seyid Yəzdinin orvətul- vüsqasına müraciət edin.

Həzrət Ayətullah Sistaninin dəftəri:

Allahdan qeyrisinə səcdə etmək olmaz. Həzrət Yusif (ə) barəsində Əllamə Təbatəbai (rəh)- ın (əl- mizan)- ı kimi mötəbər təfsirlərə baxa bilərsiz.

Həzrət Ayətullah Məkarim Şirazinin dəftəri:

Alimlər və təfsirçilər arasında məşhur nəzər budur ki,onlar Allahın Yusifə verdiyi əzəmətə görə, Allah üçün səcdə etdilər ki, bir növ şükr səcdəsidir.

 



[1] - Loğman surəsi, ayə 13

«"وَ إِذْ قالَ لُقْمانُ لاِبْنِهِ وَ هُوَ یَعِظُهُ یا بُنَیَّ لا تُشْرِکْ بِاللَّهِ إِنَّ الشِّرْکَ لَظُلْمٌ عَظیمٌ". »

[2] - Nisa surəsi, ayə 48.

«"إِنَّ اللَّهَ لا یَغْفِرُ أَنْ یُشْرَکَ به وَ یَغْفِرُ ما دُونَ ذلِکَ لِمَنْ یَشاءُ".»

[3] - Təfsiri nümunə, cild 27, səh 447.

[4] - Təfsiri- nümunə, cild 22, səh 387.

[5] - Zariyat surəsi, ayə 56.

« "وَ ما خَلَقْتُ الْجِنَّ وَ الْإِنْسَ إِلَّا لِیَعْبُدُونِ".»

[6] - Hərçənd hər səcdə ibadət deyil. Yəni belə deyil ki, səcdə zatən ibadət olsun və yalnız ibadət adı ona verilə bilsin. Baxın: Əl- mizanın tərcüməsi, cild 1, səh 190.

[7] - Məkarim Şirazi, Şiə cavab verir. Çap üçüncü, 1385, səh 143.

[8] - Vəsailüş- şiə, Alul- beyt (ə) müəssisəsi, Qum, 1409 hicri qəməri, cild 6, səh 385.

[9] - Baxın: Nəcmi, Haşimzadə Hərisi, Quran məsələlərinin bəyanı, səh 620.

[10] - Yusif, surəsi, 100.

«"وَ رَفَعَ أَبَوَیْهِ عَلَى الْعَرْشِ وَ خَرُّوا لَهُ سُجَّداً وَ قالَ یا أَبَتِ هذا تَأْوِیلُ رُءْیایَ". »

[11] - Teyyib seyid Əbdül- Hüseyn, Ətyəbul- bəyan fi təfsiril Quran, cild 7, səh 280.

[12] - Təfsiri- nümunə, cild 10, səh 82.

[13] - Təfsiri- nümunə, cild 10, səh 82.

[14] - Əl- mizanın tərcüməsi, cild 1, səh 189 və 190.

[15] - Əl- mizanın təfsiri və fəxr Razi təfsiri bəhs olunan ayə, Əl- mizanın tərcüməsi, cild 11, səh 339.

[16] - Müstədrəkül- vəsail, Alul- beyt (ə) müəssisəsi, Qum, 1408- hicri qəməri, cild 4, səh 480.

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Təsadüfi suallar

  • Kişilər üçün sırğadan istifadə etmək caizdirmi?
    11444 Nizamlar hüquq və əhkam 2011/11/24
    Kişilərin bəzək əşyalarından istifadəsinin caiz olmasında islamın ümumi və külli qanunu iki şeydən ibarətdir:1. Qızıl növündən olmasın; Çünki qızıldan hazırlanan bəzək əşyasından istifadə etmək kişi üçün hər bir halda  – istər zinət üçün olsun, istərsə də olmasın, haramdır.
  • Peyğəmbər (s) tərəfindən söylənən “Almanı ac yeyin ki, mədəni təmizləyəndir” hədisi düzgündürmü?
    6829 Hədis elmləri 2012/04/17
    Alma qida xüsusiyyətlərindən əlavə tibbi cəhətdən xüsusi xüsusiyyətlərə malik meyvədir. Qədim və yeni tibb işçiləri onun barəsində çoxlu sayda faydalar qeyd etmişlər. Alma barəsində həkimlər tərəfindən qeyd edilən xüsusiyyətlərdən əlavə, Məsumlar da müxtəlif rəvayətlər bəyan etmişlər. Bu rəvayətlərdən bir də Peyğəmbərdən (s) nəql olunan rəvayətdir:
  • Azan niyə ərəb dilində deyilməlidir?
    7279 Əhkam və hüquq fəlsəfəsi 2011/05/10
    Ərəb dilində azan demək üçün olan ən əsas sübut budur ki, azan ibadət və Peyğəmbər (s)- in sünnələridir. İbadətlər toqifidirlər, yəni, onları yerinə yetirmək Allahın müəyyən etdiyi formada olmalıdır. Bundan əlavə ibadət əsrlər boyu, azalıb və çoxalmadan həmişəlik qalmalı, onun dərin mənası sonrakı nəsillərə ötürülməli və tarix boyu dəyişilməməlidir. İndi ...
  • Bizim iqtisadiyyatımız hansı əsasda dövr edir: sərmayə, istehsal, dəllallıq?
    5905 Nizamlar (Qurluşlar) 2012/06/23
    İslamda iqtisadiyyatın müstəqil və müstəsna mahiyyəti vardır. Onun meyar və dəyərləri Quran, sünnət, icma və əqldən əldə olunur. İslami iqtisadiyyatın müxtəlif əsasları vardır ki, onların ən mühümləri aşağıdakılardan ibarətdir: normal halda olmaq, ədalət, istehsal, sərmayənin və sərvətin dövriyyəyə buraxılması. Bunların arasında ədalət islam iqtisadiyyatında mühüm bir prinsip ...
  • Дини сијасәтдән ајыран секулјаризм тәфәккүрү неҹә јараныб?
    7630 Təzə kəlam 2009/11/10
    Гәрбдә интибаһ дөврүндән сонра христиан-килсә һакимијјәтинин јени јаранан елми-фикри ҹәрәјанларла чарпышдығы дөвр нәһајәт, динин сијасәтлә ајры олдуғу тәфәккүрү мејдана чыхартды. “Секулјаризм” фикри гәрб тәфәккүр дүнјасына мәнсубдур. Бунун да әсаслы сәбәбләри вардыр. Һәр һалда илаһи идејалары ашыламајан, ади ...
  • Шәриәтлә елм зиддијјәт тәшкил едирми?
    6385 Təzə kəlam 2009/11/10
    Хејр. Һәгигәтдә шәриәт, бир нөв, елмләрдән сәмәрәләнир. Белә ки, онун күлли-сабит үсуллары илә мүхтәлиф елми саһәләрдәки кәшфләрин сајәсиндә һәр һансы јени вә дәјишән һадисәләр ганун чәрчивәсинә алыныр. ...
  • Dünyada bu qədər zülm və haqsızlığın varlığı ilə nə üçün İmam Zaman (əleyhis-salam) zühur etmir?
    5975 Qədim kəlam 2011/10/22
    Bir neçə məsələyə diqqət yetirmək sualın cavablandırılmasında sizə kömək edə bilər:1. Rəvayətlərdə çox gözə dəyən məsələ budur:یَمْلَأُ الْاَرْضَ قِسْطًا وَ عَدْلًا کَمَا مُلِئَتْ ظُلْمًا وَ جَوْرًا
  • Namaz qurtardıqdan sonra əlləri möhürə çəkib sonra əli üzə sürtmək müstəhəb sayılır?
    5325 بیشتر بدانیم 2013/12/16
    Müstəhəbdir insan namazdan sonra namazın təqibin yəni zikr, dua və quran oxusun.[1] Bu təqiblərdən biri də odur ki, rəvayətlərdə ona sifariş olunmuşdur, səcdə yerinə əl çəkib (o əşyalar ki, onların üzərinə səcdə etmək düzgündür) sonra üzünə çəksin, əlbətdə o cür ki rəvayətlərdə onlara işarə olunmuşdur: Rəvayətlərdən ...
  • Əgər bir şəxs təhqiq etmədən öz mərcəi təqlidini seçmişdirsə, indi onun vəzifəsi nədir?
    6084 Nizamlar hüquq və əhkam 2011/04/14
    İnsan ilk addımda lazımdır ki, şəriət hökümləri kitabındakı, müctəhidin təyin edilməsi üçün müəyyən hökümlər əsasında,[1] təhqiq edib ələm müctəhidi tanısın. Ələm müctəhidi təyin etdikdən sonra ondan təqlid etməlidir. Bunun üçün də əgər təqlid şəriət qanunları əsasında olmazsa düzgün deyildir.[2] Başqa sözlə desək, əgər bu yollarla ...
  • Nə üçün Allah- Taala bütün insanları müsəlman yaratmayıb?
    6722 Qədim kəlam 2011/05/05
    Allah- Taala insanı Allahpərəst, Allah tanıyan və zəkalı yaratmışdır. Həmçinin doğru yola yönəlməsi üçün Peyğəmbərlər göndərmişdir. Deməli, Allah Taala heç kəsi kafir, yəhudi, xristian yaratmamışdır. İnsan özü öz ixtiyarından sui istifadə edərək yolunu azır və müxtəlif adlara şamil olur. Peyğəmbərimiz (s) buyurmuşdur: "Hər bir insan pak sifətlə Allahpərəst yaradılır. ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    162894 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    155002 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    117781 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    109724 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    98873 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    91330 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53362 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    45287 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    43741 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    42907 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...