Baxanların
10382
İnternetə qoyma tarixi: 2011/08/09
Sualın xülasəsi
Üzüyün sağ ələ taxıması zəruridirmi?
Sual
Bir şəxs mənə üzüyü sağ ələ taxmağın daha yaxşı olduğunu bildirdi. Lakin Amerika mədəniyyətinə görə üzük sol ələ taxılır və bu da evliliyin əlamətidir. Mən də buna əsasən üzüyü sol əlimə taxıram. Sözügedən mövzuda vəzifəm nədir?
Qısa cavab

 Peyğəmbər (s) və imamların (ə) sünnələrindən biri də ələ üzük taxmaqdır. Rəvayətlərimizdə onun növü, quruluşu və şəkli haqda məlumat verilmişdir. Əlavə olaraq üzüyün sağ ələ taxılması rəvayətlərdə tövsiyə olunmuşdur. İslam dininin üzük taxmaq barədə bəyan etdiyi bütün hökmlər müstəhəb hökmlərdir. Yalnız kişilərin qızıl (və ya qızıl cinsindən olan metallar) taxması qəti surətdə qadağan olunmuşdur. Beləliklə adət-ənənəyə görə nişan üzüyünü sol ələ taxmaq lazımlıdırsa, şəri cəhətdən bu əməlin eybi yoxdur və nişan, toy üzüyünü sol ələ taxmaqda ixtiyar sahibidirlər.

Ətreaflı cavab

Ələ üzük taxmaq, Peyğəmbər (s) və imamların (ə) daim diqqətdə saxladıqları bəyənilmiş sünnələrdəndir. Bir çox rəvayət və hədislərdə üzüyün qaşı, metalı, üz quruluşu və onu taxmağın keyfiyyəti haqda məlumat verilmişdir. Misal üçün, əqiq qaşlı üzüyün bərəkətin çoxalmasına, bəlalardan amanda qalmağa səbəb olduğu bildirilmişdir və onun metalının gümüş olması sifariş olunmuşdur.[1] Onun üz quruluşu haqda "Allah əl-Məlik" (Allah padşahdır)[2] və ya "Muhəmmədun nəbiyyəllah və Əliyyən vəliyyullah"[3] kimi ali və uca zikrlər tövsiyə edilmişdir. Habelə üzüyü sağ əl taxmaq həddsiz tövsiyə edilməklə yanaşı şiənin əlamətlərindən biri sayılmışdır. İmam Musa Kazimdən (ə) nəql olunan hədisdə gəlmişdir: "... Həzrət Əli (ə) sağ əlinə üzük taxardı, çünki Allahın Rəsulundan (s) sonra "Əshabi yəmin"in imamı idi... və bu bizim şiələrimizin nişanəsidir."[4] Yəni, üzüyü sağ ələ taxmaq bir növ Peyğəmbər (s) və Əmir əl-möminin Əlini (ə) təmsil etməkdir. Bu tərtiblə ki, Peyğəmbər (s) və həzrət Əli (ə) "Əshabi-yəmin"in imamlarıdırlar və onların üzüyünü sağ ələ taxmaq məlum məqamın göstəricisidir. Şiələr birlik və imamlarının sünnəsinə əməl etmək naminə sağ ələ üzük taxırlar.

Əlbəttə diqqət edilməlidir ki, sağ ələ üzük taxmaq məqamında deyilən bütün tövsiyə və dəyərlər bu əməlin müstəhəbliyini çatdırır. Yəni, bu əməl zəruri deyil. Rəvayətlərin bəzisində yuxarıda qeyd edilənlərdən əlavəyə icazə verilmişdir. Məsələn, İmam Sadiqdən (ə) nəql olunan rəvayətə əsasən Peyğəmbərin (s) üzüyü qaşsız qeyd edilmişdir. O, həzrət (ə) buyurur: "Peyğəmbərin (s) üzüyü gümüş və qaşsız idi".[1] Üzüyün hansı əldə olması barədə isə İmam Musa Kazimdən (ə) soruşulduqda həzrət buyurdu: "İstəsən sağ əldə, istəsən sol əldə".[2] Deməli, adət-ənənə nişan üzüyünün sol əldə olmasını tələb edirsə eybi yoxdur. Lakin daha yaxşı olar ki, şiəlik nişanəsi kimi, digər savablardan bəhrələnmək xatirinə sağ əlimizə də əqiq qaşlı üzük taxaq.

Əlbəttə nəzərdən qaçırmamaq lazımdır ki, qızıl və qızıl tipli üzüklərin taxılması kişilər üçün haramdır.[3]



3 Yenə orada, səh. 77

4 Yenə orada, səh. 79

5"Tozih əl-məsaili-mərace", c.1, səh. 482



[1] "Vəsail əş-şiə", c.5, səh. 91

[2] Yenə orada, səh. 93

6 Yenə orada, səh. 91

7 Yenə orada, səh. 82

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    103931 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    79107 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    56986 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    39226 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    30293 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • islam sözünün mənası Ali- imran surəsinin 19- cu ayəsinə əsasən nədir?
    22120 Təzə kəlam 2010/12/07
    İslam sözü lüğətdə "Allahın" müqabilində kamil surətdə təslim olmaq" deməkdir. Yəni heç bir qeyd və şərt olmadan ilahi qanunlara tabe olmaq. Din deyəndə isə "bəşəriyyətin bütün hallarda (ictimai və fərdi) ilahi qanunlara əsaslanması və Allahla insanların rabitəsi" başa düşülür. Bu səbəbdəndə bütün əsrlərdə peyğəmbərləri qəbul etmək onların gətirdiyi dinə (qeyd- ...
  • Niyə duaların çoxu yağış yağan zaman qəbul olur?
    21510 Əxlaq fəlsəfəsi 2012/03/11
    Dua oxunması tövsiyə olunan vaxtlardan biri yağış yağan zamandır; Quran ayələri və rəvayətərdən istifadə etməklə sübut etmək olar ki, yağış, Allahın rəhmət nişanəsidir. İndiki Allahın rəhmət qapısı açılıb, duanın qəbul olması üçün daha çox ümidli olmaq lazımdır. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    20768 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    20016 Nizamlar hüquq və əhkam 2011/08/09
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • Dünyanın ilk yaranmasını təşkil edən maddə nədir, Quran və hədislərin bu mövzuda nəzəri nədir?
    19873 Qədim kəlam 2011/02/15
    Təbiət şünas alimlərinin bu mövzuda olan dəqiq nəzəriyyələri budur ki, varlığın ilk maddəsini təşkil edən ünsürlar bunu isbat edir ki, əslində fəzada dağılmış "sedyom"- ların təşkil olmasıyla yaranmışdır. Bu maddə uzun zamanlardan təqribiylə 13 milyard il şiddətli partlayış nəticəsində, hissələr və qismətlərə bölünmüşdür, günəş, ulduzlar, göy (səma) yer və...özlərinə məxsus ...