Ətraflı axtarış
Baxanların
6661
İnternetə qoyma tarixi: 2012/04/19
Sualın xülasəsi
“Səkinə” ilə vəqarın arasında nə kimi fərq vardır? Bunların hər biri barəsində gələn ayə və rəvayətləri bilmək istərdim.
Sual
“Səkinə” ilə vəqarın arasında nə kimi fərq vardır? Bunların hər biri barəsində gələn ayə və rəvayətləri bilmək istərdim.
Qısa cavab

Əhli-beyt (əleyhimus-salam) rəvayətlərinin çoxunda bu iki kəlmə birlikdə işlənmişdir. Onlar eyni mənalı – sinonim olsalar da, lüğət alimləri bu iki kəlmə arasında belə fərq qoymuşlar: vəqar fiziki bədənlə əlaqədar aramlıq, “səkinə” isə qəlb və ruhla əlaqədar aramlıqdır.

Ətreaflı cavab

Ərəb dilində “vəqar” və “səkinə” kəlmələri aramlıq və sükunət mənasına gəlmişdir. Amma vəqar kəlməsi və zahiri və bədənlə əlaqədar aramlığa, “səkinə” isə batini və qərblə əlaqədar aramlıqda işlədilir.

 

Vəqarın mənası və ərəb dilində işlənmə yerləri

“Lisanul-ərəb” kitabında vəqarın mənası barəsində deyilir.

اَلْوَقْرُ: ثِقَلٌ فِي اْلاُذُنِ، بِالْفَتْحِ، وَ قِيلَ: هُوَ أَنْ يَذْهَبَ السَّمْعُ كُلُّهُ، وَ الثِّقَلُ أَخَفُّ مِنْ ذَلِكَ

“Vəqr” (vəqar) qulaqda ağırlıq mənasınadır. Deyilmişdir ki, eşitmə qüvvəsinin tam aradan getməsi mənasınadır. Amma “siqəl” (ağırlıq) o yerdə deyilir ki, eşitmə qabiliyyətindən bir qədər qalmış olsun. “Viqr” isə ağır bir şeyi çiyinə və ya başa qoyub aparmaq mənasınadır: “Caə yəhmilu viqrəhu” – yəni başına qoyduğu yüklə gəldi.[1]

Buna əsasən, aramlıq mənasına işlənən vəqar kəlməsi ona görə belə işlənir ki, sanki, insana təsir qoyan ağırlıq səbəbi ilə onu aram və sükunətli etmişdir.

“Lisanul-ərəb” kitabında deyilir: اَلْوَقَارُ: اَلْحِلْمُ وَ الرَّزَانَةُ “Vəqar helm (dözümlü olmaq, tez əsəbi olmamaq) və mətanət mənasına gəlmişdir.”[2]

Bu məna da dediyimiz ağır yükün təsirlərindəndir.

“Səkinə”nin mənası və onun ərəb lüğətində işlənmə yerləri:

“Əttəhqiqu fi kəlimatil-Quranil-Kərim” kitabında deyilir: “Sükun – hərəkətin antonimidir, sabitlik və qərarlaşma mənasınadır. Bu kəlmə həm maddi, həm də ruhi sabitlik mənasına gəlmişdir. Batini qərarlaşmaya “tümə’ninə” deyilir ki, bu da təşviş və iztirabın aradan qalxması mənasınadır.[3]

Həmin kitabın müəllifi “səkinə” kəlməsinin barəsində deyir: “Fəilə” vəznində olan “səkinə” sükunət kəlməsindən alınmışdır və sabit və qərarlaşan şeyə deyilir. Quranda “səkinə” dedikdə məqsəd Allah tərəfindən “raihə”nin nazil olmasıdır ki, bu da aramlıq və sükunətin nazil olaraq iztirab və təşvişin tamamilə qəlbdən çıxmasına səbəb olur.[4]

Quran və rəvayətlərdə “vəqar” və “səkinə” kəlmələrinin işləndiyi yerlər və onun mənası:

Quranda “vəqar” kəlməsi bir yerdə, o kökdən alınan başqa kəlmələr isə səkkiz yerdə işlənmişdir.[5]

“Səkinə” kəlməsi və bu kökdən alınan kəlmələr 65 dəfə işlənmişdir ki, onun bəziləri bizim bəhsimizlə əlaqəli deyildir. Amma “səkinə”[6], “səkinətəhu”[7] “əssəkinə”[8] insanın daxili və ruhi aramlığı mənasınadır.

Lüğət alimlərinin “səkinə” və “vəqar” barəsində dediyi mənalar bu ayələrdə mövcud olan şahidlərdən götürülmüşdür. Nümunə üçün, “Fəth” surəsinin 4-cü ayəsində deyilir:

هُوَ الَّذي أَنْزَلَ السَّكينَةَ في‏ قُلُوبِ الْمُؤْمِنينَ لِيَزْدادُوا إيماناً مَعَ إيمانِهِمْ

“O (həmin Allahdır) ki, aramlığı möminlərin qəlblərinə nazil etdi ki, imanların üzərinə iman artsın.” Bu cümlədəki “qəlblər” kəlməsinin şahidliyi ilə səkinə kəlməsindən məqsəd ruhi aramlıqdır. “Nuh” surəsinin 13-cü ayəsində oxuyuruq:

مَا لَكُمْ لا تَرْجُونَ لِلَّهِ وَقَاراً

“Nə üçün siz Allahın əzəmət və vəqarına ümid bəsləmirsiniz?!” Təfsirçilər bu ayədəki “vəqar” kəlməsini ağırlıq və əzəmət kimi məna etmişlər.

Bir çox rəvayətlərdə “vəqar” və “səkinə” kəlmələri sinonim şəklində və bir yerdə işlənmiş, bəzi rəvayətlərdə isə “səkinə”nin xüsusi mənası – “iman” nəzərdə tutulmuşdur.[9]

Bu rəvayətlərdən məlumat əldə etmək üçün “Camiul-əhadis” proqramlarında “səkinə” və “vəqar” kəlmələrini birlikdə axtara bilərsiniz

 


[1] İbni Mənzur, Məhəmməd ibni Mükrəm, “Lisanul-ərəb”, 5-ci cild, səh. 289, “Darus-sadir”, Livan, 1414-cü qəməri il

[2] Yenə orada

[3] Müstəfəvi, Həsən, “Əttəhqiq fi kəlimatil-Quranil-Kərim”, 5-ci cild, səh. 163, “Kitab tərcümə və nəşri” qurumu, Tehran, 1360-cı şəmsi il

[4] Yenə orada, ayə: 165

[5] “Ənam” surəsi, ayə: 25, “İsra” surəsi, ayə: 36, “Kəhf” surəsi, ayə: 57, “Loğman” surəsi, ayə: 7, “Fussilət” surəsi, ayə: 5 və 44, “Fəth” surəsi, ayə: 9, “Zariyat” surəsi, ayə: 2, “Nuh” surəsi, ayə: 13

[6] “Bəqərə” surəsi, ayə: 248

[7] “Tövbə” surəsi, ayə: 26, 40, “Fəth” surəsi, ayə: 26

[8] “Fəth” surəsi, ayə: 4 və 18

[9] Kuleyni, Məhəmməd ibni Yəqub, “Əl-kafi”, 2 cild, səh. 15, hədis , 1, 1365-ci şəmsi il

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • İmamlarımız öz şəhidliklərinə qeybdən olan elmin əsasında yəqinlikləri olduğu halda nə üçün unun qarşısını almayıblar?
    10263 Qədim kəlam 2011/05/05
    Bu sualın cavabını daha aydın şəkildə başa düşmək üçün aşağıdakı qeydlərə diqqət yetirmək zəruridir.1.             Əvvəla imamların dünyada olan bütün həqiqətlərə qeyb elminin (qeyri maddi elm, Allah tərəfindən bəxş olunan elm) köməyi ilə xəbərdar olub və olmamaları geniş bir ...
  • Aşura ziyarətnmasınin sənəd və mətnini izah ediniz?
    9497 Hədis elmləri 2011/12/25
    Bu ziyarətnamənin əsas mənbəsi iki mötəbər Cəfər bin Muhəmməd bin Qoləviyyə Quminin (348 h.q ili) müəllifi olduğu “Kamilul ziyarat” və Şeyx Tusinin (385- 460 h.q) yazdığı “Misbahul mutəhəccid” kitablarıdır. Bəzi mənbələrə əsasən İbn Qoləviyyənin sənədi mötəbərdir. Amma misbahul mutəhəccid kitabında qeyd edilən rəvayətin sənədinə gəldikdə qeyd etmək ...
  • Xumsu müctehidin icazəsi olmadan seyyidlərə vermək olarmı?
    7397 Nizamlar hüquq və əhkam 2011/05/31
    Xumsun lüğətdəki mənası beşdə bir deməkdir. Amma fiqh terminində isə "İllik gəlirin artıq qalanının beşdə bir hissəsinə deyilir". Xums anlamı İslam dininin vacib buyurduğu əməllərdən biridir. Həmçinin bu əməl Quranda cihad hökümləri ilə birgə qeyd edilmişdir. Bunun özünə aid fəlsəfəsi vardır ki, onların bəzisini aşağıda qeyd edirik.
  • Nə üçün Qurani-kərimdə Allah-taala üçün bəzən tək, bəzən isə cəm əvəzliyindən istifadə olunur?
    10559 Təfsir 2011/05/17
     Allah-taala yeganədir və hər vaxt Öz işlərindən xəbər verdiyi zaman tək halda olan əvəzlik və kəlmədən istifadə etməlidir. Buna görə də Allah Quranda Özünü çox hallarda belə təbirlə bəyan edir. Amma ərəb dilində, hətta bəzən qeyri-ərəb dilində də danışan şəxs müxtəlif səbəblər üzündən tək ...
  • Bilal evlənmişdimi? Əgər cavab müsbətdirsə, onun övladları da var idimi?
    5834 Fiqh tarixi 2011/10/20
    Tarix kitablarında Bilalın evlənməsi ilə əlaqədar müəyyən məqamlar qeyd olunmuşdur. Misal üçün, yazmışlar ki, Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-in təklifi və israrı ilə Bəni-Kənanədən olan bir qadınla,[1] bəzi mənbələrə görə isə, Bəni-Zöhrədən olan bir ...
  • Ülul əzm Peyğəmbərlər və onların kitabları hansılardır? Nə üçün ulul əzm adlandırılmışdırlar və nə üçün Zərdoşt və Davud (ə) ulul əzm deyildirlər?
    13968 Təfsir 2011/04/16
    Ülul əzm kəlməsi əhqaf surəsinin 35- ci ayəsində gəlmişdir. Əzm hökm və şəriət mənasındadır. Ulul əzm yəni o peyğəmbərlər ki, yeni şəriət və müstəqil dinə sahibdirlər. rəvayətlərdə ulul əzm Peyğəmbərlər üçün bir neçə şərait qeyd olunmuşdur: 1.             Dünyəvi olaraq dəvətə şamil olsun. ...
  • İslamın və İmam Xomeyninin (rəhmətullah) istirahət və zarafat haqqınıda nəzəri nədir?
    8104 Nizamlar hüquq və əhkam 2012/04/16
    İslam baxımından insanın yarnmasından əsl hədər onun kamala yetməsidir. Bütün digər varlıqlar da bu böyük hədəfin həyata keçməyin yolunda yaranmışdır. Çünki, insan bütün yaranmışların ən şərəflisidir. Quranda oxuyuruq: "Mən cinləri və insanları yalnız, Mənə ibadət etmək üçün yaratdım!"[i] Təfsirçilərin açıqlamalarına əsasən, ayədə ibadətdən məqsəd ...
  • Əgər bir şey nəcis olarsa və biz də ona əl vursaq, nəcis oluruqmu?
    6578 Nizamlar hüquq və əhkam 2011/09/12
    Əgər pak bir şey nəcis (murdar) bir şeyə dəysə və hər ikisi, yaxud biri, digərinə sirayət edəcək dərəcədə rütubətli olsa, pak şey də nəcis olur. Onu pak etmək üçün nəcasətin eynini (maddəsini) aradan qaldırdıqdan sonra əgər nəcis şey bovl olsa onu kürr, cari, yaxud qəlil suda bir dəfə yumaq kifayətdir. ...
  • İmam Əli (ə) ölünü dirildə bilər?
    8281 Təfsir 2012/09/01
    Bu ki, bir şəxs müstəqil şəkildə Allaha ehtiyacı olmadan, belə bir iş etməsi Allahın əfali tohidlə (yaradılışda tohid) ziddiyyət vardır. Çünki ölüm və həyat təkcə Allahın əlindədir. Amma əgər bir şəxs Allahın icazəsiylə belə bir iş etsə, bu iş mümkün olacaq. Bunun əqli ...
  • Ислам вә бир прогармын зәрурилији.
    6062 Təzə kəlam 2009/11/10
    Бу вахта гәдәр дин алимләри вә фәгиһләр дүнјанын һәр бир саһәсинә аидијјаты олан ислам маарифи адлы бир хәзинәдән онун јалныз, ҹүзи һиссәләрин бәјаны илә мәшғул олмушлар. Ислама бу бахыш, бу вахта гәдәр сәбәб олуб ки ислам һаггындакы мүбһисәләр үмуми вә низамнамә шәкилиндә ҝетмәсин. Һәмчинин, исламын ҝөзәл ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    162768 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    154445 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    117601 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    109486 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    98116 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    91127 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53244 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    44703 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    43581 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    42706 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...