Ətraflı axtarış
Baxanların
6710
İnternetə qoyma tarixi: 2011/10/03
Sualın xülasəsi
Bizim niyə yalnız on iki imamımız olmalıdır? Qeybdə olan imamın zamanında necə nicat tapa bilərik?
Sual
Bizim niyə yalnız on iki imamımız olmalı və uzun illər yalnız qalmalıyıq. Mənim fikrimcə bizim bu əsrdə imamın olmasına çox ihtiyacımız var. mən bizim bir İmamımız olmasını lakin qeybdə olmasını bilirəm. Onda necə xilas ola bilərik?
Qısa cavab

İlahi bir məqam və mənsəb olduğuna görə, İmamı və İmamların sayını təyin etmək Allahın əlindədir. Bizim bundan xəbərdar olmağımızın yeganı yolu, Peyğəmbər (s)- in dediyi sözlərdir. Peyğəmbər (s) müxtəlif yerlərdə İmamların kimliyini və sayını bəyan etmişdir. O cümlədən sünnilərin böyük alimlərinin nəql etdiyi rəvayətdir ki, Peyğəmbər (s) buyurdu: On iki canişin gəlməyincə islamın işi sona çatmaz. [1]

Həmçinin şiə və sünni nəql ediblər ki, Peyğəmbər (s) Əmirəl- möminin Əli (ə)- mı Qədiri- xumda imamət məqamına təyin etdiyi zamman və ikmal ayəsi [2] nazil olandan sonra, birinci və ikinci xəlifələr yerlərindən qalxıb, Peyğəmbərdən bu vilayət və vəsiliyin ondan sonra Əliyə məxsus olduğunu soruşdular. O həzrət buyurdu: Əliyə və qiyamət gününədək olan vəsilərimə məxsusdur. Soruşdular: Sizin vəsiləriniz kimlərdir? Buyurdu: Əli mənim qardaşım, vəzirim, varisim, vəsiyyim və xəlifəmdir. Ümmətimdə və məndən sonra hər möminin ixtiyar sahibidir. Övladım Həsən və ondan sonra övladım Hüseyn və ondan sonra bir- birindən sonra gələn Hüseynin övladlarından doqquz nəfərdir. [3]

Nəticə budur ki, İmamların on iki nəfər olmasına əsas sübut, şiə və sünnilərin İslam Peyğəmbəri (s) dən nəql etdikləri çoxlu rəvayətlərdir. Amma bu hökmün fəlsəfəsi barəsində deməliyik: İslam məsələlərinin çoxunun fəlsəfə və səbəbi bizə qaranlıq və bir növ təəbbüdidir. Namazın rəkətlərinin sayı, ya qadın və kişinin namazlarını ucadan və ya yavaş qılmaları kimi.

Bu sual da o məsələlər qəbilindəndir ki, onu qəbul etmək təəbbüdidir və onu təyin etmək Allahın əlində olub və bu müqəddəs nurların zahiri yaranışlarından qabaq vəhy vasitəsiylə Peyğəmbərə deyilmiş və o həzrət müxtəlif yerlərdə elan etmişdir. Amma hər halda İslamın əmrləri hikmətinin aydın olub və hikmətinin aydın olmamasından asılı olmayaraq, icrası lazımdır. Çünki, mütləq həkimdən sadir olub və pis həkimdən gəlməmişdir. Nəticədə gələn əmrlərin hamısı insanların təkamül və inkişafına görədir və icra olmamalıdır.

Amma sualın ikinci hissəsi ki, niyə illərcə yalqız qalmalıyıq? Qeybdə olan İmam necə xilaskar olacaq?

Cavabında deməliyik ki, Allah heç vaxt yer və bəndələrini höccətsiz qoymaz. Bu məsələni bu barədə gələn rəvayətlərdən də anlamaq olar. [4] Nəticədə tənhalığın mənası yoxdur. Hər zamanda Allahın höccətlərinin xüsusiyyətlərindən feyzin (fayda və bolluq) nazil olması vasitəsidirlər. bu məsələni Peyğəmbərdən olan rəvayətdə açıqca anlamaq olar ki, o həzrət bu suala oxşar sualın cavabında buyurdular: Onun feyzi (həzrət Məhdi (ə)) qeybət əsrində olan bəndlərə, bulud arxasından günəşin işıq və istilik verməsi kimidir. Bu gözəl təmsildən çox şey istifadə etmək olar. O cümlədən: Günəşin bulud arxasında gizlənməyinin onun işıqlıq və istiliyinin yerdən alınmasına səbəb olmadığı kimi, imamın gözlərdən qeybdə olması da, bəndələrin onun feyz və hidayətlərindən məhrum olmalarına səbəb olmur. Ona görə də tarix boyu saysız insanlar onun feyzlərindən faydalanıblar ki, öz yerində qeyd olubdur. Bu məsələ o cənabın şeyx Mufidə yazdığı məktubdan da ələ gəlir ki, buyurdu. Biz sizin işlərinizi yerinə yetirməkdə səhlənkarlıq etmirik və sizi yaddan çıxarmırıq. Əgər belə olmasaydı, bəla və təhlükə tufanlarında aradan gedərdiniz. [5] Əslində o həzrətin yaşaması camaatı özlərini islah edib və zühura hazırlamaq üçün onların ümidvarlığı cəhətində mühüm bir səbəbdir.

Amma düşünülməli məsələ budur ki, günəşin işığından maneələri aradan aparıb və özümüzü onun saçmasının qarşısında qərar verdiyimiz zaman daha yaxşı faydalana bilərik. Nəticədə bu böyük günəş ola- ola (hərçənd qeybət buludunun arxasında olsa da, tənhalıq və naümidliyin mənası yoxdur.

İmam Zaman (ə)- ın vücudunun faydaları barəsində daha çox məlumat əldə etmək üçün, bu suallara; 10751 (sayt: 10674) , 13908 (sayt: 13719) , və 12155 (sayt: 13081) müraciət edin .



[1]   - Bu rəvayət müxtəlif kitablarda o cümlədən səhihi- Müslim, cild 9, səh 333 və 337, Sünəni ibn Davud, cild 11, səh 351 və 352, Müsnədi Əhməd, cild 42, səh 309, Müsnəfi ibn Əbi Şeybə, cild 7, səh 492.

« حَدَّثَنَا قُتَیْبَةُ بْنُ سَعِیدٍ حَدَّثَنَا جَرِیرٌ عَنْ حُصَیْنٍ عَنْ جَابِرِ بْنِ سَمُرَةَ قَالَ سَمِعْتُ النَّبِیَّ صَلَّى اللَّهُ عَلَیْهِ وَسَلَّمَ یَقُولُ ح و حَدَّثَنَا رِفَاعَةُ بْنُ الْهَیْثَمِ الْوَاسِطِیُّ وَاللَّفْظُ لَهُ حَدَّثَنَا خَالِدٌ یَعْنِی ابْنَ عَبْدِ اللَّهِ الطَّحَّانَ عَنْ حُصَیْنٍ عَنْ جَابِرِ بْنِ سَمُرَةَ قَالَ دَخَلْتُ مَعَ أَبِی عَلَى النَّبِیِّ صَلَّى اللَّهُ عَلَیْهِ وَسَلَّمَ فَسَمِعْتُهُ یَقُولُ إِنَّ هَذَا الْأَمْرَ لَا یَنْقَضِی حَتَّى یَمْضِیَ فِیهِمْ اثْنَا عَشَرَ خَلِیفَةً قَالَ ثُمَّ تَکَلَّمَ بِکَلَامٍ خَفِیَ عَلَیَّ قَالَ فَقُلْتُ لِأَبِی مَا قَالَ قَالَ کُلُّهُمْ مِنْ قُرَیْشٍ. »

[2]   - Maidə, 3.

[3]   - Qayətul- məram, bab 58, hədis 4, Digər bir hədisdə də nisa surəsinin 1- ci ayəsinin təfsirində özündən sonrakı vəsilərin adlarını bir- bir qeyd ediblər. Qayətul- məram, cild 10, səh 267, İsbatul- huda, cild 8, səh 133, Bihar, cild 36, səh 260, 298.

[4]   - Kafi, cild 1, səh 178.

« الْحُسَیْنُ بْنُ مُحَمَّدٍ عَنْ مُعَلَّى بْنِ مُحَمَّدٍ عَنْ بَعْضِ أَصْحَابِنَا عَنْ أَبِی عَلِیِّ بْنِ رَاشِدٍ قَالَ قَالَ أَبُو الْحَسَنِ ع إِنَّ الْأَرْضَ لَا تَخْلُو مِنْ حُجَّةٍ وَ أَنَا وَ اللَّهِ ذَلِکَ الْحُجَّةُ . »

[5]   - Bihar, cild 53, səh 774.

Ətreaflı cavab
Бу суалын изаһлы ҹавабы јохдур.
Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Osmanlı və Hindistanda olan İslam nəzəriyyəsində olan fərq nədir?
    4006 Fiqh tarixi
    Hind və Osmanlı hakimiyyətində olan İslamı müqayisə etmək üçün bu iki ölkədə olan məzhəblər ki, hakim olmuşdurlar, Məlumat əldə edilsin. Osmanlı hakimiyyətində olan fiqhi məzhəb (7- ci əsrdə kimi) hənəfi məzhəbi olmuşdur ki, sünnü məzhəbində olan dörd məzhəbdən biridir. Əlbəttə Osmanlılar əqidə cəhətindən Əşəri ...
  • Нәјә ҝөрә Ислам һөкумәти фәгиһләрин васитәси илә идарә олунмалыдыр?
    3441 نقش اندیشمندان دینی
    Ислам дини бүтүн динләрин сонунҹусу олуб, хүсуси ганунлары, әһкамлары, ҝөстәришләри вә әбәдијјәт ҹәһәти вардыр. Илк ҝүндән бүтүн мүшкүлләрин ҹавабыны вердији кими, тарих боју гаршыја чыхан суаллара да ҹаваблар вермәлидир. Башга тәрәфдән, һәр ҝүн дүнјада елә мүшкүл, шәраит вә суаллар гаршыја чыхыр ки, әввәлкиләрдән чох фәргләнир.
  • İslam nəzərində naməhrəm kişiylə qadının görüşməsinin hökmü nədir?
    6000 Nizamlar hüquq və əhkam
    Bu nöqtə məlumdur ki, naməhrəmlə üzləşdikdə elə rəftar olunmalıdır ki, fəsada yol verilməsin və yaxud fəsad qorxusu yaranmasın.[1] Amma naməhrəm kişi və qadının bədənlərinin bir- birinə dəyməsi və yaxud onlar bir- biriylə görüşməməsi, o cür ki, sualda işarə olunmuşdur, demək lazımdır ki: Bütün ...
  • Keçən illərdəki yaddan çıxmış (cinslərin) malların xumsunu necə hesablamaq olar?
    3032 Xumsun hesablanması və onun ödənmə qaydası
    Ümumi olaraq o şəxs ki, mükəlləf olduğu vaxtdan və ya bir neçə il öz malının xumsunu verməmişdir, əgər bilməsə nə qədər xums öhdəsində vardır, hakimi şər (camee şəriət) müctəhid və ya onun vəkili musalihə etməli və müctəhid onun xumsunu təqribi təyin edir; onu verməklə malını təmizləyir.
  • Bəhaiyyət və onların tarixi barəsində izah verin?
    3917 Qədim kəlam
    Bəhaiyyət firqəsinin yaradanı, Mirzə Hüseyn Əli Nuridir. Əli Məhəmməd babın zühurundan sonra, Molla Hüseyn Bəşrəviyyənin təbliği nəticəsində babi oldu və onun iddialarına iman gətirdi. Babın ölümündən və babın yerinə seçilən qardaşı "Sübhi əzəl"ə itaətsizlikdən sonra, iddia etdi ki, o babın zühur vədəsi verdiyi şəxsdir. (mən yəzhərəhullah). Belə iddialar hər gün ...
  • Nəzirlə əhdin nə fərqi nədir?
    3773 بیشتر بدانیم
    Nəzr, əhd və and içmək, ona əməl edilməsi (hər biri üçün qərar verilən şərtləri nəzərə almaqla) lazım olan, Allahla bağlanmış bir əhd və peymandır. Ona görə də, bu cəhətdən bir- birinə oxşayırlar. Aşağıda əvvəlcə hər birinin tərifi, sonra fərqləri açıqlanacaq. "Fiqh terminində" nəzir; ...
  • Hər kəs Hüseyni ibni Əlini Allahın Peyğəmbərinin nəvəsini ziyarət etsə, sanki ərşdə Allahı ziyarət eymişdir? İfasdəsinin mənası nədir?
    5606 Qədim kəlam
    Həzrət Hüseyn ibni Əli (ə) (şiələrin üçüncü imamı), Allah yolunda gördüyü müsibətlər, fədəkarlıqlar, əməllər, bəxşişlər, xüsusiyyətlər və hədəflərə görə Allah Taalanın yanında çox böyük məqama malikdir. Allah ona çox böyük mükafat varibdir ki, onlardan biri bu dünyada izzət və əzəmətdir. Buna xatir bütün camaat o həzrətin (ə) pak məzarının ziyarətinə ...
  • Bir neçə mətləb Buxarinin həyatından açıqlayın.
    3723 تاريخ بزرگان
    Əbu Əbdullah, Məhəmməd ibni İsmayıl ibni Muğəyrə ibni Bərdəziyyə, Cofi əl- Buxari, Əhli sünnətin tanınmış hədis alimlərindəndir. O hicrət ilinin 194- cü ilində Buxara şəhərinin kəndlərindən olan "Xərtəng" kəndində dünyaya gəlmiş və həmin uşaqlıq dövründə, atasını itirmişdir. Güclü yaddaşa malik olmuş və uşaqlıq dövründən hədisləri toplayıb saxlamağa səy etmişdir.
  • إِيَّاكَ نَعْبُدُ وَ إِيَّاكَ نَسْتَعينُ “İyyakə nə’budu və iyyakə nəstəin” ayəsinin təfsiri nədir?
    4606 Təfsir
    Ayənin tərcüməsi: “(Pərvərdigara!) Yalnız Sənə pərəstiş edir və yalnız Səndən kömək istəyirik.”[1] Allaha ibadət etmək bəndənin Onun qarşısında “məmluk” (Onun mülkiyyəti) olmasını,[2] Ondan kömək və yardım istəməsini göstərir.[3] “Nəstəin” kəlməsinin kökü olan “ovn” mütləq şəkildə nüsrət ...
  • Həcdə qurbanlıq etməyin fəlsəfəsi nədir?
    3455 Nizamlar hüquq və əhkam
    İslamın bütün qanunları və göstərişləri məxluqatın xeyrinə çox dəqiq hikmətlər əsasındadır. O cümlədən İslamın hökmlərindən və qanunlarından biri budur ki, hacılara vacibdir qurban bayramı günündə mina adlı yerdə qurbanlıq etsin. Həcdə qurbanlıq etməyin hikmətlərindən bəzilər bunlardan ibarətdir: Hacıların nəfsani istəklərini qurbanlıq etməyə və əmmarə nəfsi ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    113170 Nizamlar hüquq və əhkam
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    86217 Əməli əxlaq
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    65121 Nizamlar hüquq və əhkam
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    48558 Nizamlar hüquq və əhkam
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    36921 Nizamlar hüquq və əhkam
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    35771 Hədis elmləri
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Niyə duaların çoxu yağış yağan zaman qəbul olur?
    24667 Əxlaq fəlsəfəsi
    Dua oxunması tövsiyə olunan vaxtlardan biri yağış yağan zamandır; Quran ayələri və rəvayətərdən istifadə etməklə sübut etmək olar ki, yağış, Allahın rəhmət nişanəsidir. İndiki Allahın rəhmət qapısı açılıb, duanın qəbul olması üçün daha çox ümidli olmaq lazımdır. ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    23986 Nizamlar hüquq və əhkam
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • islam sözünün mənası Ali- imran surəsinin 19- cu ayəsinə əsasən nədir?
    23900 Təzə kəlam
    İslam sözü lüğətdə "Allahın" müqabilində kamil surətdə təslim olmaq" deməkdir. Yəni heç bir qeyd və şərt olmadan ilahi qanunlara tabe olmaq. Din deyəndə isə "bəşəriyyətin bütün hallarda (ictimai və fərdi) ilahi qanunlara əsaslanması və Allahla insanların rabitəsi" başa düşülür. Bu səbəbdəndə bütün əsrlərdə peyğəmbərləri qəbul etmək onların gətirdiyi dinə (qeyd- ...
  • Dünyanın ilk yaranmasını təşkil edən maddə nədir, Quran və hədislərin bu mövzuda nəzəri nədir?
    21915 Qədim kəlam
    Təbiət şünas alimlərinin bu mövzuda olan dəqiq nəzəriyyələri budur ki, varlığın ilk maddəsini təşkil edən ünsürlar bunu isbat edir ki, əslində fəzada dağılmış "sedyom"- ların təşkil olmasıyla yaranmışdır. Bu maddə uzun zamanlardan təqribiylə 13 milyard il şiddətli partlayış nəticəsində, hissələr və qismətlərə bölünmüşdür, günəş, ulduzlar, göy (səma) yer və...özlərinə məxsus ...