Ətraflı axtarış
Baxanların
4642
İnternetə qoyma tarixi: 2013/02/14
Sualın xülasəsi
Mələkut mələkləri ilə cəbərut mələkləri arasında fərq nədədir?
Sual
Mələkut mələkləri ilə cəbərut mələkləri arasında fərq nədədir?
Qısa cavab
Mələklərin mələkut və cəbərut dəstəsinə bölünməsi mövzusunda bir neçə məsələni nəzərə almaq lazımdır:
1.Məlaik sözünün əsli ərəbcədən mələk sözündən olub iqtidar və bir şeyə tam əhatə tapmasına deiyilir. Həmçinin, mələkut və cəbərut sözü sözün mübaliğə mənasındadır. Mələkut, mülk sözünün mübaliğə mənasını çatdırır.[1] Cəbərut isə cəbr sözünün mübaliğə şəkili və mənasıdır.
2.Hikmət əhlinin nəzərində əslində mələklər varlıq aləmində nizam qüvvələridir. Başqa sözlə desək, hikmət sahibləri varlıq aləmində nizam əhlindən mələklər kimi yad edirlər.[2]
3.Mələklərin məqam və varlıqları fərqlidir. Ona görə də onların məmuriyyətləri də bir-biri ilə fərqlidir. Mirdamaddan öz kitabının son səhifəsində yazır: “Mələklərin məqam və şənləri vardır. Hətta, onlardan bəzilərinin lətif cismləri də vardır.” Bəzi hikmət əhli Mirdamadın sözünü nəql etdikdən sonra yazırlar: “Mirin bu sözü haqdır. Ona görə ki. mələklər aləmlərin qüvvələridir. Bu qüvvələrin mərtəbələri vardır.  Ən yüksək səviyyəli yüksək qüvvlərdən tutumş, ən aşağı təbiət qüvvələrinə qədər seyr olunur.” [3] bəzi hikmət sahiblərinin qeyd etdikləri ən maraqlı məsələ budur ki, mələklərin məqam və mənzilətlərinin müxtəlif olmalarına əsasən, onların məsum olmaları da bir-birindən fərqlidir. Nəticədə, yer üzündəki mələklərin yerə aid olmaları və maddi aləmlə daha bağlı olduqlarına görə onlarda günah təsəvvür etmək olar. Amma, ən yüksək aləmdə yəni, cəbərut və mələkut aləmində olan mələklərdə heç bir günah təsəvvür etmək olmaz.[4]
4.İrfan əhli və fəlsəfə aləmində varlıq aləminin müxtəlif mərtəbələri olması haqqında heç bir ixtilaf yoxdur. Sonda belə nəticəyə gəlinir ki, bütün bu məqam və mərtəbələrin adlandırılmasının hər biri hər hansı fəlsəfi və irfanı məqama əsaslanır. Məsələn, hikmət sahiblərindən biri bu haqda yazır: “Maddə və mücərrəd varlıq aləminin çoxlu adları vardır. Hikmət sahiblərinin dilində bu aləmlər ən çox mücərrəd və həyula, əql və təbiət, yaranış və yaradılış adları ilə tanınır.  İşraq əhlinin nəzərində bu aləmlər, nür və zülmət aləmi və ya cəbərut və nasut aləmi ilə adlanır. İrfan terminində isə ən çox Qurandan götürülən adlarla məslən, qeyb və şühud aləmi, ruh və cism aləmi, əmr və xəlq aləmi adlanır.[5]
5. Nəzəri irfan aləmində ən çox tanınmış terminlərdən biri beş Həzrət terminidir.[6]  Beş həzrətən məqsədləri bunlardır: 1) Birinci və ikincini təyin etmək ünvanı ilə Birinci Həzrət; 2) Əql aləmi ikinci həzrət; 3) Misal aləmi üçüncü Həzrət; 4) maddə aləmi dördüncü Həzrət; 5) İnsan, beşinci Həzrət.[7] Bu beşlik Həzrət bəzən başqa adlarla da tanınır. Məsələn, belə deyilir ki. ümumi beşlik Həzrət bunlardır: Lahut, Cəbərut, Nasut, Mələkut, kamil insan hesab olan varlıq aləmi.[8]
Əgər bu iki dəstə adları bir-birinə tətbiq etsək, onda belə alınır: Lahut- həmin birinci və ikincini təyin edən aləm, yəni, əhədiyyət (birlik) və vahidiyyət (yeganəlik); Cəbərut, əql aləmidir; mələkut, misal aləmi və Nasut, həmin maddə aləmidir.
6.Nəticə budur ki, Cəbərut mələkləri həmin əql aləminin mələkləri və əql aləmindədirlər. Mələkut mələkləri isə vücud məqamları misal aləmində qərar tutubdur. Beləliklə, Cəbərut mələkləri, mələkut mələklərindən üstün məqamdadırlar.
 

[1] Əl-Xuri Şərtuni Lobnani, Səid, Əqrəbul-məvarid, Mülk kəlməsi, Həsənzadə Amuli, Mümədül-Hüməm, Şərh Füsusil-hikəm, səh.364; Vizarət İrşad, Tehran, birinci çap, 1378 şəmsi ili
[2]  Daha çox məlumat almaq üçün mələklərin vücudlarının məqamları sualına müraciət edin.sual 1853
[3] Həsənzadə Amili, Həsən, Min bir kəlmə, c.6; səh.342; Bustan kitab, Qum, üçüncü çap, 1381 şəmsi ili
[4] Həsənzadə Amili, Həsən, Min bir kəlmə, c.6; səh.342; Bustan kitab, Qum, üçüncü çap, 1381 şəmsi ili
[5] Həsənzadə Amili, Həsən, Nususul-hikəm bər Fususul-hikəm,səh.328; Rəca, Tehran, ikinci çap, 1375 şəmsi ili
[6] Daha çox məlumat almaqdan ötrü  “Beş həzrətlər və varlığın məqamı mövzsunda 13064-cü suala müraciət edin.
[7] Yəzdan Pənah, Yədullah, Nəzəri irfanın üsul və kökləri, səh.571-572; İmam Xumenyi (r) adına elmi-təhqiqat mərkəzi; birinci çap, Qum, 1388 şəmsi ili
[8] , Həsənzadə Amuli, Mümədül-Hüməm, Şərh Füsusil-hikəm, səh.671; Vizarət İrşad, Tehran, birinci çap, 1378 şəmsi ili
Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Nəzirlə əhdin nə fərqi nədir?
    3260 بیشتر بدانیم 2013/01/08
    Nəzr, əhd və and içmək, ona əməl edilməsi (hər biri üçün qərar verilən şərtləri nəzərə almaqla) lazım olan, Allahla bağlanmış bir əhd və peymandır. Ona görə də, bu cəhətdən bir- birinə oxşayırlar. Aşağıda əvvəlcə hər birinin tərifi, sonra fərqləri açıqlanacaq. "Fiqh terminində" nəzir; ...
  • Zəlalət yaradan kitablar və onun hökmü nədir?
    2633 Azdırıcı kitabların saxlanması 2012/04/09
    “Zallə” (zəlalət yaradan) kəlməsi “zəlal” və “zəlalət” kökündən alınmışdır və hidayətin antonimidir. Termində isə “qəti və danılmaz olan haqqın əksi” mənasınadır, istər islam dininin etiqad prinsiplərinin, istər şiə məzhəbinin, istərsə də şiənin qəti əqidələrindəki məsələlərin əksinə olsun. Bu şərtlə ki, o məsələlərin haqq olması qəti olsun. Buna ...
  • Həzrət Məryəm (s) üçün “aləm qadınlarının ağası (seyyidəsi)” deyilmişdir. Məgər bunun Həzrət Zəhra (s) üçün işlədiləməsinin eybi yoxdur?
    3347 Qədim kəlam 2012/04/17
    “Aləm qadınlarının seyyidəsi (başçısı)” cümləsi müstəqil şəkildə Quranda qeyd olunmamışdır. Bu cümlə Al İmran surəsinin 42- cü ayəsindən götürülmüşdür. Allah təala həzrət Məryəmə (s) müraciət edir: «و اصطفاک علی نساء العالمین» “Allah təala səni aləm qadınlarının arasından seçdi”. Bu ayədə məqsəd, Allah təalanın ...
  • İmam Sadiq (əleyhis-salam)-ın əhli-sünnətdən ustadları var idimi?
    3453 تاريخ کلام 2012/02/18
    1. Yuxarıda dediyiniz şəkildə qeyd olunan mətləb ümumiyyətlə düzgün deyildir. Çünki məsum imamlar (əleyhimus-salam) bütün elmlərə sahib idilər[1] və hədis kimi elmləri başqalarından öyrənməyə ehtiyacları yox idi. Əksinə, əhli-sünnət alimlərindən və məzhəb rəhbərlərindən bəziləri birbaşa və ya müəyyən vasitələrlə onların şagirdi olmuşlar, o cümlədən, ...
  • Quran və rəvayətdə ixtiyari ölüm
    4828 موت اختیاری 2012/09/01
    Demək olar ki, "ixtiyari ölüm"- ün termini İslam irfanında istifadə olunmuşdur və Peyğəmbərin (s) buyurduğu bu cümlə)- sin " موتوا قبل ان تموتوا"[i] (ölümdən əvvəl ölüm) götürülmüşdür. Bu cümlədə "ölüm" kəlməsindən məqsəd ixtiyari olan iş nəzərdə tutulur. Və ikinci "ölüm" sözündən məqsəd isə ...
  • Əgər cənabət qüslu zamanı insandan hava çıxsa, qüslu sona çatdırmalıdır yoxsa, təzədən qüsl almalıdır?
    2733 Qüslün keyfiyyəti və əhkamı 2014/05/22
    Mərhum ayətulllah Xumeyni (rəh.) buyurur: Əgər qüsl arasında insandan kiçik hədəs baş verərsə[1], məslən bol edərsə, qüslu batil etməz.[2] Amma diqqət etmək lazımdır ki, bu qüsldan sonra dəstəmazın şərt olduğu əməlləri yerinə yetirmək istəyən şəxs dəstamaz almalıdır. Amma, ehtiyat budur ki, ...
  • İnsanlarda təfavüt və ixtilafların fəlsəfəsi, o cümlədən çirkinlik və gözəlik, hidayət və zəlalət və s. nədir?
    5588 Qədim kəlam 2011/03/06
    Ədalətin müxtəlif mənaları vardır, o cümlədən: mürəkkəb hissələrdən təşkil olunmuş bir məcmuənin hissələrinin tənzimli, müvazinətli olması, ayrı-ayrı insanların hüququna riayət etmək, haqq sahibinin haqqını özünə vermək, vücud ifazə (əta) eləməkdə ləyaqəti riayət etmək, bərabərlik, hər növ ayrı-seçkiliyin inkar edilməsi. Amma suala münasib olan məna bərabərlik və hər ...
  • Həzrət Adəmin övladları, kimlə evləndilər?
    9913 Quran elmləri 2011/05/31
    Həzrət Adəmin (ə) övladlarının evlənməsi barəsində, İslam alimləri arasında iki nəzəriyyə vardır: 1.             O zamanlar bacıyla qardaşın evlənməsinin haram olması Allah tərəfindən qərar verilməmişdi; çünki bəşər nəslinin qalması üçün başqa bir yol yox idi, bunun üçün də onlar bir- biriylə evləndilər.
  • "Həqiqət məcazın körpüsüdür" sözündən məqsəd nədir?" Məcazi eşq" barəsində islamın nəzərini buyurun.
    4845 Əməli irfan 2010/11/08
    1- İslam alimlərinin fikrincə, aləmdə yalnız bir həqiqi eşq var. O, Alllaha olan eşqdir. Digər eşqlər isə yalançı, ya qeyri həqiqi ya məcazi eşqlərdir və hətta Allahdan qeyrisində eşq sözünü işlətmək, doğru deyil. Çünki onlar eşq deyil, meyldirlər. Onların xüsusiyyətləri budur ki, insan qədər ki, onlara sahib ...
  • Aya Malik Əştərin əcdadvə övladları tək Allahçı və vilayətçi idilər?
    4591 تاريخ بزرگان 2011/12/25
    Etibarlı tarix kitablarında Malik Əştərin əcdadını tək Allaha pərəstiş etməsi barəsində ki, "Nəx" və "Məzhəc" tayfalarından və Yəmən torpqalarında olmuşdur, heç bir şey qeyd olunmamışdır. Tarixdə yalnız buna işarə olunmuşdur ki, Yəməndən ilk İslama üz gətirən tayfalardan olmuşdurlar. Malik Əştərin iki övladı olmuşdur; İbrahim və İshaq adlarında, İshaq, ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    102296 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    77914 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    56251 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    37915 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    29467 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • islam sözünün mənası Ali- imran surəsinin 19- cu ayəsinə əsasən nədir?
    21873 Təzə kəlam 2010/12/07
    İslam sözü lüğətdə "Allahın" müqabilində kamil surətdə təslim olmaq" deməkdir. Yəni heç bir qeyd və şərt olmadan ilahi qanunlara tabe olmaq. Din deyəndə isə "bəşəriyyətin bütün hallarda (ictimai və fərdi) ilahi qanunlara əsaslanması və Allahla insanların rabitəsi" başa düşülür. Bu səbəbdəndə bütün əsrlərdə peyğəmbərləri qəbul etmək onların gətirdiyi dinə (qeyd- ...
  • Niyə duaların çoxu yağış yağan zaman qəbul olur?
    21039 Əxlaq fəlsəfəsi 2012/03/11
    Dua oxunması tövsiyə olunan vaxtlardan biri yağış yağan zamandır; Quran ayələri və rəvayətərdən istifadə etməklə sübut etmək olar ki, yağış, Allahın rəhmət nişanəsidir. İndiki Allahın rəhmət qapısı açılıb, duanın qəbul olması üçün daha çox ümidli olmaq lazımdır. ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    19573 Nizamlar hüquq və əhkam 2011/08/09
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • Dünyanın ilk yaranmasını təşkil edən maddə nədir, Quran və hədislərin bu mövzuda nəzəri nədir?
    19549 Qədim kəlam 2011/02/15
    Təbiət şünas alimlərinin bu mövzuda olan dəqiq nəzəriyyələri budur ki, varlığın ilk maddəsini təşkil edən ünsürlar bunu isbat edir ki, əslində fəzada dağılmış "sedyom"- ların təşkil olmasıyla yaranmışdır. Bu maddə uzun zamanlardan təqribiylə 13 milyard il şiddətli partlayış nəticəsində, hissələr və qismətlərə bölünmüşdür, günəş, ulduzlar, göy (səma) yer və...özlərinə məxsus ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    19060 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...

Əlaqəlilər