Baxanların
3111
İnternetə qoyma tarixi: 2014/10/02
Sualın xülasəsi
İmam Həsən Müctəba (əleyhissalam) kim olub və hansı fəzilətləri olub?
Sual
İmam Həsən (əleyhissalam) hansı ildə dünyaya gəlib? O Həzrətlə Müaviyə arasında sülh hansı ildə baş verib? İmamın (əleyhissalam) hansı həyat yoldaşının vasitəsi ilə Müaviyə hiləgərcəsinə O Həzrəti zəhərləmişdir? O həzrətin imamət müddəti nə qədər olub? O Həzrətin ən məşhur fəzilətli səfətləri hansılardır?
Qısa cavab
İmam Həsən (əleyhissalam) , Əli ibn Əbi Talibin oğlu olub, mübarək Ramazan ayının ortasında, hicrətin üçüncü ilində Mədinə şəhərində dünyaya göz açmışdır. 37 yaşında O Həzrətlə İmam Əlinin canişini kimi ikinci İmam olaraq beyət olunmuşdur. İmam Həsənin (əleyhissalam)  imamət müddəti on il, altı ay üç gün çəkmişdir. İmamətə çatdıqdan sonra xüsusi şəraitə düçar olduğuna görə hicrətin 41-ci ilində Müaviyə ilə sülh əhdi yazır və Mədinəyə qayıdır və on il Mədinədə qalır. Nəhayət, Müaviyənin hiləgərcəsinə planı nəticəsində həyat yoldaşı, Əşəs Kəndinin qızı Cədənin vasitəsi ilə zəhərlənir və şəhadətə çatır. Bəqi qəbrstanlığında böyük anası (ata nənəsi)  Fatimə binti Əsədin  qəbrinin yanında dəfn olunur.
Dost və düşmənlərin etirafına görə əxlaq və fəzilət cəhətdən kamil insan kimi tanınmışdır. O Həzrətin İslam Peyğəmbərinə (səlləllahu ələyhi və alihi və səlləm) yaxınlığı (nəvəsi), İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) tarixdə İmama (əleyhissalam)  xüsusi məhəbbət və əlaqəsi, İslam Peyğəmbərinə (səlləllahu ələyhi və alihi və səlləm) ən çox oxşaması, Quranda Təthir ayəsinin nümunələrindən biri olması, Mübahilə hadisəsində İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) ilə birgə olması, ən çox səxavət və ehsan sahibi olması, çoxlu ibadət etməsi, qardaşı İmam Hüseyn (əleyhissalam)  ilə birlikdə İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) hədisində Cənnət cavanlarının ağası kimi tanınması və s. İmam Həsənin (əleyhissalam)  müsəlmanlar arasında ən tanınmış və məlum fəzilətlərindən idi.
 
Ətreaflı cavab
İmam Həsən (əleyhissalam)  Əli ibn Əbi Talibin övladı və Behişt cavanlarının sərvəridir.[i]  Şiə[ii] və sünnü[iii] ravilərinin məşhur nəzərlərinə görə İmam Həsən (əleyhissalam)  mübarək ramazan ayının ortasında gecə, hicrətin üçüncü ilində Mədinə şəhərində dünyaya göz açmışdır. Əlbəttə, bəzi zəif rəvayətlərə görə İmam (əleyhissalam)  şəban ayında dünyaya gəlmişdir.[iv] Ola bilsin bu tarix, İmam Hüseynin (əleyhissalam)  doğum tarixi ilə səhv düşmüş olsun.
Künyəsi Əbu Məhəmməddir.[v] Bəziləri bu künyəni İslam Peyğəmbərinə (səlləllahu ələyhi və alihi və səlləm) və İmam Hüseynə (əleyhissalam)  nisbət verirlər.[vi]  Doğluşunun yeddinci günü Həzrət Fatimə (salamullahi ələyha), Həzrət Cəbrailin behiştdən gətirdiyi parçaya büküldüyü halda atası İmamı (əleyhissalam)  İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) yanına gətirir və İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) Onun adını Həsən qoyur.[vii]
O Həzrətin ləqəbləri bunlardır: Seyyid, Zəkiy, Müctəba və Təqi[viii] İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) vəfatı zamanı İmam Həsənin (əleyhissalam)   yeddi yaş neçə ayı və ya səkkiz yaşı olardı. Həzrət Əlidən (əleyhissalam)  sonra imamət O Həzrətə yetişəndə 37 yaşı olub.[ix]
Şeyx Mufid özünün Əl-İrşad kitabında yazır:İmam həsənlə (əleyhissalam)  imamət beyəti hicrətin qırxıncı ilində mübarək ramazan ayının cümə günü 21-də olub."[x]  Onun xilafət müddəti altı ay üç gün çəkir və hicrətin 41-ci ilində Müaviyə ilə O Həzrətin arasında sülh imzalanır[xi] və bundan sonra İmam Həsən (əleyhissalam)  Mədinəyə qayıdır və ömrünün sonuna qədər yəni, on il orda yaşayır.[xii]
İmam Həsənin (əleyhissalam)  şəhadətin tarixi haqqında dəqiq məlumat yoxdur və tarixçilər arasında bu haqda ixtilaf var. Rəbiəl əvvəl ayının beşi,[xiii] və ya səfər ayının 28-i hicrətin əllinci ili[xiv] ən məşhur nəzərdir.
İmam Həsən (əleyhissalam)  öz həyat yoldaşı, Əşəs ibn Kəndinin qızı Cədənin əli ilə zəhərlənir və şəhadətə çatır.[xv] Bu hadisə, Müaviyənin Cədəni oğlu yezidə alacığı vədəsi və hiyləsi ilə baş tutur. Sonra həyat yoldaşının verdiyi zəhərlə İmam Həsən (əleyhissalam)  haqqa qovuşur. İmam Hüseyn (əleyhissalam)  qüsl və kəfən mərasimlərini yerinə yetirdikdən sonra nənəsi Fatimə bint Əsədin yanında Bəqi qəbristanlığında torpağa tapşırır.[xvi]
İmam həsənin (əleyhissalam)  fəzilət üstünlükləri;
Tarixçilər İmam həsən Müctəba (əleyhissalam)  haqqında çoxlu fəzilət və üstünlüklər nəql etmişlər. Onlardan bəzilərini qeyd edirik:
1.İmam Həsənin (əleyhissalam)  adının Allah tərəfindən verilməsi;
Cabr ibn Əbullah nəql edir: Həzrət Zəhra (salamullahi ələyha) İmam Həsəni (əleyhissalam)  dünyaya gətirdikdən sonra İmam Əliya (əleyhissalam)  dedi: "Ona ad seç!" Hazrət buyurud: " Mən bu övladıma ad qoymaqda Peyğəmbərdən (səlləllahu ələyhi və alihi və səlləm) qabağa düşmərəm." Uşağın qundağını İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) hüzurana gətirir və dedilər: "Ya Rəsuləllah! Buna ad qoyun. İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) buyurdu: "Bu ad qoymada Allah-taaladan qabağa düşmərəm." Sonra Allah-Taala həzrət Cəbrayilə vəhy edir ki, Məhəmmədin (səlləllahu ələyhi və alihi və səlləm) övladı dünyaya gəlib. Ona tərəf get və Ona tərbik de. Ona denən Əli Sənə nisbət Harunun Musaya nisbəti kimidir. Bəs, Onun övladının adını Harunun övladının adın qoy. Cəbraiyil (əleyhissalam)  İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) hüzuruna nazil olur və buyurur: Allah –Taala buyurdu: "Fatimənin övladının adını Harunun oğlunun adını qoy." İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) buyurud: " Harnun övladının adı olub? " Cəbraiyl cavab verir:  Şübbər. İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) soruşur: "Bizim dilimiz ərəbdir." Cəbrayil cavabında buyurdu: "Onun adını Həsən qoyun." Peyğəmbər (səlləllahu ələyhi və alihi və səlləm) onun adını Həsən qoyur.[xvii]
2. İmam Həsən (əleyhissalam)  Behişt cavanlarının sərvəri;
Cabir ibn Əbdullah İslam Peyğəmbərindən (səlləllahu ələyhi və alihi və səlləm) nəql edir: "Hər kəs Behişt cavanlarının sərvərini (ağasını) görmək istəsə, Həsən ibn Əlinin çöhrəsinə baxsın."[xviii]
3. İmam Həsənin (əleyhissalam)  heybət və əzəməti İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) heybət və əzəmətinə oxşarlığı;
İbn Əli Rafei atasından, nənəsi Zeynət Əbi Rafeinin qızının dilindən nəql edir: Həzrət Fatimə iki övladı İmam Həsən (əleyhissalam)  və İmam Hüseyn (əleyhissalam)  ilə birlikdə atası İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) hüzuruna gəlir və ...buyurur: "Bu iki övladın Sənin varislərindir. Onlara bir şey xatirə öyrət." İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) onlar haqqında buyurur: "Həsəndə mənim heybət və əzəmətim var amma, Hüseyndə mənim səxavat və bəxşiş və şücaətim var."Bu rəvayətin təsdiqi başqa bir rəvayətdir ki, Məhəmməd ibn İshaqdan nəql olunur: Heç kəs Həsən ibn Əlidən başqa şərafətdə İslam Peyğəmbərinə (səlləllahu ələyhi və alihi və səlləm) oxşarı yoxdur. O nəql edir, mən Məkkə yolunda özüm şahid oldum ki, İmam Həsən (əleyhissalam)  mərkəbindən yerə düşdü və piyada yol getməyə başladı. Bu anda Həzrətin yanında olanların hamısı mərkəblərindən yera düşdülər və piyada yol getməyə başladılar. Hətta, Səid ibn Əbi Vəqqas da O Həzrətin yanında piyada yol getməyə başlayır.[xix]
4. İmam Həsən Müctəba (əleyhissalam)  insanlardan İslam Peyğəmbərinə (səlləllahu ələyhi və alihi və səlləm) ən oxşarı;
Ənəs İbn Malikdən nəql olunur: Cəmiyyət içində Həsən ibn Əlidən çox İslam Peyğəmbərinə (səlləllahu ələyhi və alihi və səlləm) oxşar kimsə yox idi.[xx]
5. İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) ən şiddətli məhəbbəti İmam Həsənə (əleyhissalam)  izhar olub;
Usamət ibn Zeyd nəql edir:gecələrin birində hacətim olduğuna görə İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) qapısını döyüdüm. O Həzrət evdən çölə çıxdı. Ehtiyacımı dedim və O Həzrət rəva etdi.Bu halda Peyğəmərin (səlləllahu ələyhi və alihi və səlləm) bir şeylə özünü bükdüyünü gördüm və o şeyin adını bilmədiyimə göra o şey haqda Həzrətdən soruşdum: Ya Rəsuləllah! Bu nə libasdır belə geymisiniz? Həzrət libasını kənar etdi və Həsən və Hüseynin Peyğəmbərin (səlləllahu ələyhi və alihi və səlləm) qucağında olduğun gördüm. Sonra İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) buyurdu: "Mənim bu iki övladım qızımın uşaqlarıdır. İlahi! Mən onları çox sevirəm, onları sevənləri Sən də sev!"[xxi]
Başqa bir rəvayətdə bərra ibn Azəbdən nəql olunur: Mən Həsənin (əleyhissalam)  İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) qucağında olduğunu gördüm. Bu halda Həzrət buyurdu: "İlahi! Mən Onu çox sevirəm, Sən də onu sev!"[xxii]
6.İmam Həsənin (əleyhissalam)  zöhj və ibadəti;
İmam Həsən Müctəbə (əleyhissalam)  zəmanəsinin ən abidi, ən zahidi və ən fəzilətlisi olub. Həccə azim olarkən, piyada yol gedərmiş bəzən də ayaqyalın yol gedərmiş. İmam Həsən (əleyhissalam)  ölümü yada salarkən ağlayır və qəbr və Qiymət haqqında danışarkən gözələri yaşla dolarmış."[xxiii]
7. Allah yolunda ehsan və bəxşiş;
İmam Həsən Müctəba (əleyhissalam)  səxavət və bəxşiş əhli olub el arasında da bu adla tanınmışdır. Bu haqda rəvayətlərdə çox nəql olunub. Biharul-Ənvar kitabının müəllifi Əllamə Məclisi Hilyətül-övliya kitabından belə nəql edir:İmam həsən Müctəba (əleyhissalam)  həyatında iki dəfə bütün mal-dövlətini fəqirlər arasında bölüşdürür." [xxiv]
8.Fəqirlərə münasibətdə təvazökarlıq və məhəbbət;
İbn Şəhr Aşub, Əhməd Müəddəbin Əl-Funun və İbn Məhdinin Nəzhətul-əbsar kitabında belə nəql edir: İmam Həsən Müctəba (əleyhissalam)  bir gün küçədən keçərkən bir dəstə fəqirin süfrə açıb yeməklə məşğul olduğunu görür. Onların süfrəsində quru çörəkdən başqa bir şey olmur. Fəqirlər İmam Həsəni (əleyhissalam)  gördükdə onu quru çörək olan süfrələrinə yeməyə dəfət edirlər. O Həzrət fəqirlərin dəvətini qəbul edir və atından enərək, onlarla bir süfrədə çörək yeməyə başlayır. İmamın (əleyhissalam)  bərəkətindən süfrəyə elə bərəkət gəlir ki, hamı doyunca quru çörəkdən yeyə bilir və doyur. Sonda İmam Həsən (əleyhissalam)  fəqirləri öz evinə dəvət edir və onlara lazımınca ehsan verir.[xxv]
Buna oxşar rəvayətlər və onlarla Quran ayəsi İmam Həsən Müctəba (əleyhissalam)  haqqında vardır. Biz bu qədəri ilə kifayətlənirik. İmam Həsən Müctəbanın (əleyhissalam)  şəxsiyyəti və fəziləti haqqında o kifayət edər ki, O Həzrət İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm)  Əhli-Beytindən sayılır. O kəslərdən ki, Allah-Taala Quranda onlardan çirkinliyi yox etmiş və pak və məsum qərar vermişdir.[xxvi] İmam (əleyhissalam)  O kəslrədəndir ki, Nəcran xaçpərəstləri ilə  Mübahilə (and içmə) hadisəsində İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) yanında Onun da hüzuru olmuşdur.
 

[i] Şexy Tusi, Məhəmməd ibn Həsən, Təhzibul-əhkam, c.6; səh.39; Tehran, Darul-kutubul islamiyyə nəşriyyatı, dördüncü çap, 1365 şəmsi ili
[ii] Şeyx Müfid, Məhəmməd ibn Məhəmməd, Əl-İrşad fi mərifəti höcəcilləh əlal ibad, c.2; səh.5; Qum, Şeyx Müfidin yubileyi, birinci çap,1413 h.qəməri; Təbərsi, Fəzl ibn Həsən, Əlamul-vəra bi ələmul-huda, c.1; səh.402; Qum, Müəssiseyi Alul-Beyt (əleyhissalam) , birinci çap, 1417 h.qəməri; Ali Yasin, Şeyx Razi, Sülh Həsən (ələyhissalam), səh.25; Beyrut, Ələmi nəşriyyatı, birinci çap, 1412 h.qəməri
[iii] İbn Həcər Əsqəlani, Əhməd ibn Əli, Əl-İsabə fi təmyizil-səhabə, c.2; səh.60; Beyrut, darul-kutubul elmiyyə nəşriyyatı, birinci çap, 1415h.qəməri; İbn Səd Katib Vaqidi, Məhəmməd ibn Səd, Ət-Təbəqətul-kubra, c.10; səh.226, Beyrut, Darul-kutubul elmiyyə nəşriyyatı, birinci çap, 1418 h.qəməri; Sibt ibn Cözi, Təzkirətül xəvas min ümməti fi zikri xəsaisu əimmə, səh.176; Qum, Mənşurati Şərif Rəzi nəşriyyatı, birinci çap, 1418 h. qəməri
[iv] İbn Həcər Əsqəlani bu nəzəri belə nəql edir:"və deyilir ki şəban ayında"; Əl-İsabətu fi təmyizi-səhabə, c.2; səh.60
[v] Şeyx Müfid, Məhəmməd ibn Məhəmməd, Əl-İrşad fi mərifəti höcəcilləh əlal ibad, c.2; səh.5;
[vi]  Əmin Amili, Seyyid Möhsin, Əyanuş-şiyə, c.1; səh.567; Beyrut, Darut-Təaruf nəşriyyatı, 1403 h.qəməri
[vii] Şeyx Müfid, Məhəmməd ibn Məhəmməd, Əl-İrşad fi mərifəti höcəcilləh əlal ibad, c.2; səh.5;
[viii] İbn Şəhraşub Mazandarani, Mənaqib Ali Əbi Talib (əleyhissalam) , c.4; səh.29; Qum, İntişarat Əllamə, birinci çap, 1379 h. qəməri
[ix] Təbərsi, Fəzl ibn Həsən, Əlamul-vəra bi ələmul-huda, c.1; səh.402;
[x]  Əl-İrşad fi mərifəti hücəcüllah əlal-ibad, c.2; səh.402
[xi] Əlamul-vəra bi ələmul-huda, c.1; səh.414
[xii] Əlamul-vəra bi ələmul-huda, c.1; səh.403
[xiii] Ət-Təbəqətul-kubra, c.10; səh.354; Şirvani, Cəmaləddin, Əl-İthaf bihubbil əşraf, səh.115; qum, Darul kitab nəşriyyatı, birinci çap, 1421 h. Qəməri ili
[xiv] Təbərsi, Fəzl ibn Həsən, Təcul-məvalid, səh. 82; Beyrut, Darul-qari nəşriyyatı, birinci çap, 1422 h.qəməri; Təbəri Amili Səğir, Məhəmməd ibn Cərir, Dəlailul-imamət, səh.159; Qum, besən nəşriyyatı, birinci çap, 1413 h.qəməri ili; Mühəddis Ərbili, Kəşfil-ğümmə fi mərifətil əimmə, c.1; səh.486; Qum, Mənşurati-rəzi nəşriyyatı, birinci çap, 1412 h.qəməri, Əyanüş-şiə, c.1; səh.576.
[xv]  İmam Hüseyn (əleyhissalam) və Cədə; Sual: 4733
[xvi]  Əlamul-vəra bi ələmul-huda, c.1; səh.414;
[xvii] Əlamul-vəra bi ələmul-huda, c.1; səh.411;
[xviii] Əlamul-vəra bi ələmul-huda, c.1; səh.411;
[xix]  Əlamul-vəra bi ələmul-huda, c.1; səh.412
[xx] Məclisi, Məhəmməd baqir, Biharul-Ənvar, c.43; səh.338; Beyrut, Daru əhyau turas ərəbi nəşriyyatı, ikinci çap, 1403  h.qəməri,
[xxi]  Mənaqib Ali Əbi Talib (əlyehissalam), c.3; səh.382; Termizi Məhəmməd ibn İsa, Sünən Termizi; c.5; səh.656-657; Misir, Şirkəti məktəbəti və mətbəti Mustafa Əl-Bani Hələbi, ikinci çap, 1395; h qəməri
[xxii] Quşeyri Nişaburi, Müslim ibn Həccac, Əl-Müsnəd Əs-Səhih əl-müxtəsər bi nəqlil ədli ila Rəsulullah (səlləllahu ələyhi və alihi və səlləm) (Səhih Müslüm), c.4; səh.1883; Beyrut, Daru ehyau turas ərəbi nəşriyyatı, Bi Ta
[xxiii] Şeyx Səduq, Məhəmməd ibn Əli, Əl-Əmali, səh.178; Tehran, Kitabçı nəşriyyatı, altıncı çap, 1376 h.qəməri
[xxiv] Biharul-Ənvar, c.43; səh.339;
[xxv]  Mənaqib Ali Əbi Talib (əlyehissalam), c.4; səh.23
[xxvi]  Bu mövzuda, bu kitaba müraciət edə bilərsiz: Firuzabadi, Seyyid Mürtəza, Fəzailul-xəmsə min sihahis-sittə,Tehran, İslamiyyə nəşriyyatı, ikinci çap, 1392 h.qəməri ili
Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • İmam Sadiq (əleyhis-salam)-a nisbət verilən وَلَدَنِی اَبُوبَکْرٍ مَرَّتَیْنِ (Mən iki yolla Əbu Bəkrin nəvəsiyəm) hədisi səhihdirmi? Əgər səhihdirsə, məsumlar barəsində deyilən “əslabuş-şamixə” və “ərhamul-mütəhhərə” ilə necə uyğun gələ bilər?
    2962 Qədim kəlam 2012/01/18
    On iki imam şiəsinin etiqadlarından biri də budur ki, məsum imam hər növ ruhi-mənəvi aludəlik, çirkinlik və günahdan uzaq olmalıdır. Sualda irəli çəkilən məsələ bu etiqada heç bir zərər yetirmir. Çünki “əslabuş-şamixə və ərhamul-mütəhhərə” dedikdə məqsəd bu deyildir ki, bu şərt bütün nəsəb silsiləsinin hamısında (hətta əsil olmayın nəsəblərdə belə) ...
  • Allah təala həzrət Mehdini (ə.c) qeybət dövründə hifz edə bildiyi halda, nə üçün bu belə olmadı ki, o görünsün və hər bir təhlükədən qorunsun.
    4171 Qədim kəlam 2011/10/30
    Ən mühüm məsələlərdən biri Peyğəmbər (s) və İmamlar (ə) dəfələrlə camaatı xəbərdar etmişdilər ki, zülm və sitəm quruluşun məhv edilməsi xilasedici Mehdinin (ə.c) əlindədir. Elə bu səbəbdən İmam Zamanın (ə.c) varlığı iki qrup insanların diqqətində olmuşdur. Birinci qrup məzlum və zülmə məruz qalanlardır ki, zülmə qarşı və ümid niyyəti ilə ...
  • Buda dini, ilahi din olubdurmu?
    4238 Qədim kəlam 2010/12/05
    Bəziləri deyirlər: Buda ilahi peyğəmbərdir və onun dininin ilk əsasları vəhydən qaynaqlanır. Baxmayaraq ki, sonradan böyük təhrifə düçar oldu. Bu nəzəriyyə iki dəlilə əsasən qəbul oluna bilər. 1)- Qədimi buddizmin təlimlərinə diqqət etmək: Tarixin ona verdiyi təsir, peyğəmbərə məxsusu bir təsirdir. O yanmış Buda, camaatın nicat, ...
  • Bədgüman olmağın amilləri nədir? Onun müalicə yolları nədir?
    4710 Əməli əxlaq 2012/04/19
    Din təlimlərində başqalarını çirkin güman edən şəxsə “bədgüman” deyilir. İslam mənbələrində bu məsələ barəsində gələnləri araşdırırıq: Bədgümanlıq – başqaları barəsində sui-zən, pis xəyallar etmək və mənfi fikirləşməkdir. Başqa sözlə desək, bədgümanlıq budur ki, insan başqalarının sözü və rəftarı barəsində pis fikirlər və yaramaz xəyallara malik ...
  • Шәриәтлә елм зиддијјәт тәшкил едирми?
    2821 Təzə kəlam 2009/11/10
    Хејр. Һәгигәтдә шәриәт, бир нөв, елмләрдән сәмәрәләнир. Белә ки, онун күлли-сабит үсуллары илә мүхтәлиф елми саһәләрдәки кәшфләрин сајәсиндә һәр һансы јени вә дәјишән һадисәләр ганун чәрчивәсинә алыныр. ...
  • Seyidlərə hörmətin səbəbi nədir? Dünya və axirətdə seyidlərlə qeyri seyidlərin fərqi varmı?
    3307 بیشتر بدانیم 2015/06/18
    Seyyid lüğətdə “Ağa”, “Cənab”, “Rəyis”, “Böyük” mənasınadır. Amma fars dilində və şiə terminologiyasında o adamlara deyilir ki, nəsəbləri Həzrəti Fatimə (s) vasitəsi ilə İslam Peyğəmbərinə (s) çatır. Amma hörmət olaraq seyid başqa ələviyyələrə də eyilir. Hansı ki, nəsəbləri Abbas bin Əli (ə) və ya Məhəmməd Hənəfiyyə vasitəsi ...
  • Hansı baxışlar haram və günah sayılır?
    9369 Nizamlar hüquq və əhkam 2011/10/13
    Allah Qurani kərimdə naməhrəmə baxmaq barəsində buyurur: «قل للمؤمنین یغضوا من ابصارهم»[1]Mömin kişilərə de ki, gözlərini haram edilmiş şeylərdən çevirsinlər." «و ...
  • Həzrət Adəmin övladları, kimlə evləndilər?
    10154 Quran elmləri 2011/05/31
    Həzrət Adəmin (ə) övladlarının evlənməsi barəsində, İslam alimləri arasında iki nəzəriyyə vardır: 1.             O zamanlar bacıyla qardaşın evlənməsinin haram olması Allah tərəfindən qərar verilməmişdi; çünki bəşər nəslinin qalması üçün başqa bir yol yox idi, bunun üçün də onlar bir- biriylə evləndilər.
  • Əgər etdiyimiz nəzirə əməl etməsək vəzifəmiz nədir?
    1989 Əhd etmək, nəzr etmək və and içmək 2015/05/30
    Əgər qeyd etdiyniz nəzir mütləq olubsa yəni, heç bir gün və zaman müəyyən olunmayıbsa, öz nəzirinizə niyyət etdiyniz kimi əməl edin. Amma, nəzirə müəyyən zaman və gün təyin olunubsa, qəsdən nəzirə əməl olunmayıbsa, nəzrin kəffarəsini verməlisiniz. O da qəsdən orucun tərk edilməsinin kəffarəsi kimidir. Yəni, ya bir ...
  • Quran və rəvayətdə ixtiyari ölüm
    4965 موت اختیاری 2012/09/01
    Demək olar ki, "ixtiyari ölüm"- ün termini İslam irfanında istifadə olunmuşdur və Peyğəmbərin (s) buyurduğu bu cümlə)- sin " موتوا قبل ان تموتوا"[i] (ölümdən əvvəl ölüm) götürülmüşdür. Bu cümlədə "ölüm" kəlməsindən məqsəd ixtiyari olan iş nəzərdə tutulur. Və ikinci "ölüm" sözündən məqsəd isə ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    104610 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    79729 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    57555 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    39965 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    30659 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • islam sözünün mənası Ali- imran surəsinin 19- cu ayəsinə əsasən nədir?
    22182 Təzə kəlam 2010/12/07
    İslam sözü lüğətdə "Allahın" müqabilində kamil surətdə təslim olmaq" deməkdir. Yəni heç bir qeyd və şərt olmadan ilahi qanunlara tabe olmaq. Din deyəndə isə "bəşəriyyətin bütün hallarda (ictimai və fərdi) ilahi qanunlara əsaslanması və Allahla insanların rabitəsi" başa düşülür. Bu səbəbdəndə bütün əsrlərdə peyğəmbərləri qəbul etmək onların gətirdiyi dinə (qeyd- ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    21870 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Niyə duaların çoxu yağış yağan zaman qəbul olur?
    21813 Əxlaq fəlsəfəsi 2012/03/11
    Dua oxunması tövsiyə olunan vaxtlardan biri yağış yağan zamandır; Quran ayələri və rəvayətərdən istifadə etməklə sübut etmək olar ki, yağış, Allahın rəhmət nişanəsidir. İndiki Allahın rəhmət qapısı açılıb, duanın qəbul olması üçün daha çox ümidli olmaq lazımdır. ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    20268 Nizamlar hüquq və əhkam 2011/08/09
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • Dünyanın ilk yaranmasını təşkil edən maddə nədir, Quran və hədislərin bu mövzuda nəzəri nədir?
    20025 Qədim kəlam 2011/02/15
    Təbiət şünas alimlərinin bu mövzuda olan dəqiq nəzəriyyələri budur ki, varlığın ilk maddəsini təşkil edən ünsürlar bunu isbat edir ki, əslində fəzada dağılmış "sedyom"- ların təşkil olmasıyla yaranmışdır. Bu maddə uzun zamanlardan təqribiylə 13 milyard il şiddətli partlayış nəticəsində, hissələr və qismətlərə bölünmüşdür, günəş, ulduzlar, göy (səma) yer və...özlərinə məxsus ...