Ətraflı axtarış
Baxanların
21977
İnternetə qoyma tarixi: 2011/05/17
Sualın xülasəsi
Habil və Qabil kim ilə evlənmişdi?
Sual
İnsan nəsli necə davam etmişdir? Habil və Qabil kim ilə evlənmişdi?
Qısa cavab

Tarix və rəvayət mənbələrinə əsasən, hazırkı insan nəsli nə Habildən, nə də Qabildən davam etməmişdir. Əksinə, həzrət Adəmin Şeys (Hibətullah) kimi digər övladlarından davam etmişdir. İslam alimləri arasında Adəm (əleyhis-salam)-ın övladlarının kim ilə evlənməsi ilə əlaqədar iki nəzəriyyə mövcuddur və hər bir dəstə öz müddəasının isbatı üçün Quran və rəvayətlərdən müxtəlif dəlillər zikr etmişlər. Biz burada həmin iki nəzəriyyəni qısa şəkildə bəyan edirik:

1. Qardaş bacı ilə evləndi; O dövrdə hələ bacı ilə qardaşın evlənməsinin haram olma qanunu Allah tərəfindən verilməmişdi. Bəşər nəslinin davam etməsi üçün bundan başqa bir yol da yox idi. Buna görə də heç bir irad tutula bilməz.

2. Adəmin övladlarının bir-biri ilə evlənməsi mümkün olmadığından, onlar yer üzündə əvvəlcədən olan digər insan nəslinin qızları ilə evləndilər. Sonralar onların övladları bir-biri ilə əmi uşağı oldular və bir-biri ilə evləndilər. Bu nəzəri də bəzi rəvayətlər dəstəkləyir. Çünki Adəmin nəsli yer üzündə mövcud olan ilk insanlar olmamış, ondan əvvəllər də yer üzündə müəyyən insan növləri mövcud olmuş və yaşamışdır.[i]

Əlbəttə, belə nəzərə çarpır ki, birinci nəzəriyyə Quranın zahiri ilə daha uyğun olmuş olsun.



[i] Bax: “Dini suallar”, Məkarim Şirazi, səh. 453, İslami tədqiqat müəssisəsi, Sual: “Lütfən Habil ilə Qabilin evlənmə məsələsini qısa şəkildə izah edərək buyurun ki, onlar öz bacıları ilə evləndilərmi?”

Ətreaflı cavab

Tarixi və rəvayət mənbələri insan nəslinin Adəm (əleyhis-salam)-ın üçüncü övladı və onun vəsisi və vəliəhdi olan Şeys və ya Hibətullahdan davam etməsini demişlər. Habil Qabilin əli ilə qətlə yetirilmişdi. Üsyankarlıq və günah nəticəsində qovulan Qabil günah və fəsad işlər ardınca getdi. Onun övladları da atasının əməl və rəftarlarına tabe olaraq üsyankarlıq və tüğyana qurşandılar və Nuh (əleyhis-salam)-ın tufanı hadisəsində hamılıqla məhv olub aradan getdilər. Bundan sonra Şeysin nəsli qalıb davam etdi.[1]

Amma Adəm (əleyhis-salam)-ın övladlarının  kimlə evlənməsinə gəldikdə isə, bu çox müəmmalı bir bəhsdir. Rəvayət mənbələrimizdə bir-biri ilə təzadlı olan çoxlu rəvayətlər gözə dəyir. Bəziləri “Nisa” surəsinin birinci ayəsinə istinad edərək[2] inanırlar ki, Adəmin övladlarının nəsli yalnız Adəm ilə həyat yoldaşı Həvvanın vasitəsi ilə davam etmiş və bu məsələdə üçüncü bir varlıq rol ifa etməmişdir.

Bu da Adəmin övladlarının bacı-qardaşla evlənməsini tələb edir. Çünki əgər onlar digər insan növündən olan qızlarla evlənsəydilər, Allahın “minhuma – o ikisindən (Adəm-Həvvadan) nəslini davam etdirdi” –  deyə buyurması mənasız olardı.

Çoxlu rəvayətlərdə nəql olunan bu məsələ çox da təəccüblü deyildir. Çünki bəziləri məsum imamlardan nəql olunan hədislərə istinadən bu cür evlənmənin mübah (icazəli) olduğunu qeyd etmişlər. Onlar demişlər ki, o zaman bacı ilə qardaşın evlənmənin haramlıq hökmü hələ Allah tərəfindən verilməmişdi.

Aydındır ki, hər bir işin qadağan olunması Allah tərəfindən haram edilməyə bağlıdır. Müəyyən zərurətlər və məsləhətlərin tələbi ilə hər hansı bir işin müəyyən zaman dövründə caiz, sonradan isə qadağan edilməsinə nə mane ola bilər?!

“Ehticac” kitabında nəql olunur ki, imam Səcad (əleyhis-salam) Qureyşdən olan bir kişi ilə bəhs edərkən buyurdu:  – Habil Qabillə birlikdə doğulan (onunla əkiz olan) bacısı Lovza ilə evləndi, Qabil isə Habillə birlikdə doğulan (onunla əkiz olan) bacısı İqlimaya ilə evləndi.

Ravi deyir ki, Qureyşdən olan kişi soruşdu: – Habil və Qabil öz bacılarını hamilə etdilər?!

Həzrət buyurdu: – Bəli.                                                  

O kişi dedi: – Bu, hazırkı məcusların əməlidir!

Həzrət buyurdu: – Məcuslar bu işi görəndə biz onu batil (və qanunsuz) hesab ediriksə, səbəbi budur ki, onlar bu işi Allah tərəfindən haram edildikdən sonra əncam verirlər... Bu məsələni inkar etmə! Çünki bu əməlin o gündə düzgün olması, bu gündə isə düzgün olmaması Allahın belə qərar verdiyi hökmüdür. Məgər Allah-taala Adəmin həyat yoldaşını onun özündən (onun palçığından) xəlq etmədimi?! Eyni halda görürük ki, Həvvanı onun üçün halal etdi. Deməli, bu şəriət hökmü o gündə Adəm övladlarının və onların xüsusi adamlarının şəriəti idi və sonralar Allah onun haram olma hökmünü nazil etdi.[3]

Lakin bunun müqabilində bəziləri başqa hədisləri əsas tutaraq Adəmin övladlarının heç vaxt bir-biri ilə evlənmədiyini demişlər.[4] Onlar inanırlar ki, Adəmin övladları digər insan nəslindən olan qızlarla evlənmişdilər. Çünki rəvayət mənbələrinə əsasən, həzrət Adəmdən əvvəl də yer üzündə başqa insan növləri mövcud imiş.[5]

Elmi tədqiqatlar da göstərir ki, ehtimal üzrə insan yer üzündə milyonlarla il qabaqcadan yaşamışdır. Halbuki, Adəmin xilqət tarixindən indiyə qədər çox da vaxt keçmir. Buna əsasən, qəbul etməliyik ki, Adəmdən əvvəl də yer üzərində müəyyən insan növləri yaşayırmış, Adəm yaralan zaman onların nəsli kəsilmək üzrə idi. Adəmin övladlarının onlardan əvvəlki insan nəsillərindən hər hansı biri ilə evlənməsinin nə maneəsi vardır?!

Lakin bu ehtimal yuxarıdakı ayənin zahiri ilə çox da uyğun deyildir. Fiqhi qanunlara əsasən  hədislər bir-biri ilə təzadlı olan zaman Quran ayələri ilə müvafiq olan hədisləri əsas tutmaq lazımdır.

Belə nəticə alınır ki, birinci nəzəriyyə Quranın zahiri ilə daha uyğundur. Necə ki, “Əl-mizan” təfsirinin müəllifi Əllamə Təbatəbai (r) birinci ehtimalı gücləndirərək qəbul etmişdir.[6]

Əlavə məlumat üçün aşağıdakı mənbələrə müraciət edə bilərsiniz: “Əl-mizan”, 4-cü cild, səh. 245-dən sonra; “Əl-burhan”, “Əd-durrul-mənsur”, eləcə də peyğəmbərlərin həyatı barədə yazılan kitablar.[7]



[1] Hədisin ərəbcə mətni belədir:

قَالَ سَالِمُ بْنُ أَبِی الْجَعْدِ لَمَّا قُتِلَ هَابِیلُ مَکَثَ آدَمُ سَنَةً حَزِینًا لاَ یَضْحَکُ ثُمَ أَتَى فَقِیلَ حَیَّاکَ الله وَ بَیَاکَ أَیْ أَضْحَکَکَ قَالُوا وَ لَمَّا مَضَى مِنْ عُمْرِ آدَمَ مِائَةٌ وَ ثَلاَثُونَ سَنَةً وَ ذَلِکَ بَعْدَ قَتْلِ هَابِیلَ بِخَمْسِ سِنِینَ وَلَدَتْ لَهُ حَوَّاءُ شَیْثًا وَ تَفْسِیرُهُ هِبَةُ اللهِ یَعْنِی أَنَّهُ خَلَفٌ مِنْ هَابِیلَ وَ کَانَ وَصِیَّ آدَمَ وَ وَلِیَّ عَهْدِهِ وَ أَمَّا قَابِیلُ فَقِیلَ لَهُ اِذْهَبْ طَرِیدًا شَرِیدًا فَزِعًا مَذْعُورًا لاَ یَأْمَنُ مَنْ یَرَاهُ وَ ذَهَبَ إِلَى عَدَنٍ مِنَ الْیَمَنِ فَأَتَاهُ إِبْلِیسُ فَقَالَ إِنَّمَا أَکَلَتِ النَّارُ قُرْبَانَ هَابِیلَ لِأَنَّهُ کَان یَعْبُدُهَا فَانْصَبْ أَنْتَ أَیْضًا نَارًا تَکُونُ لَکَ وَ لِعَقَبِکَ فَبَنَى بَیْتَ نَارٍ وَ هُوَ أَوَّلُ مَنْ نَصَبَ النَّارَ وَ عَبَدَهَا وَ اتَّخَذَ أَوْلَادُهُ آلاَتِ اللَّهْوِ مِنَ الیراعِ وَ الطَّنْبُورِ وَ اْلمَزَامِیرِ وَ الْعِیْدَانِ وَ انْهَمَکُوا فِی اللَّهْوِ وَ شَرِبَ الْخَمْرَ وَ عِبَادَةِ النَّارِ وَ الزِّنَا وَ الْفَوَاحِش حَتَّى غَرَقَهُمُ اللهُ أَیَّامَ نُوحٍ باِلطُّوفَانِ وَ بَقِیَ نَسْلُ شَیْثٍ

“Biharul-ənvar”, 11-ci cild, səh. 220

[2] “Ey insanlar! Pərvərdigarınız qarşısında təqvalı olun! Çünki O, sizin hamınızı bir insandan yaratdı və onun həyat yoldaşını da onun öz cinsindən xəlq etdi, o ikisindən çoxlu kişilər və qadınlar (yer üzündə) xəlq edib yaydı.” 

[3] “Əl-mizan” təfsiri, farsca tərcüməsi, 4-cü cild, səh. 236

[4]

("علل الشرائع") ابْنُ الْوَلِیدِ عَنْ أَحْمَدَ بْنِ إِدْرِیسَ وَ مُحَمَّدٍ الْعَطَّارِ مَعاً عَنِ الْأَشْعَرِیِّ عَنْ أَحْمَدَ بْنِ الْحَسَنِ بْنِ فَضَّالٍ عَنْ أَحْمَدَ بْنِ إِبْرَاهِیمَ بْنِ عَمَّارٍ عَنِ ابْنِ نُوَیْهِ عَنْ زُرَارَةَ قَالَ سُئِلَ أَبُو عَبْدِ اللَّهِ (علیه السلام) کَیْفَ بَدَأَ النَّسْلُ مِنْ ذُرِّیَّةِ آدَمَ (علیه السلام) فَإِنَّ عِنْدَنَا أُنَاساً یَقُولُونَ إِنَّ اللَّهَ تَبَارَکَ وَ تَعَالَى أَوْحَى إِلَى آدَمَ (علیه السلام) أَنْ یُزَوِّجَ بَنَاتِهِ مِنْ بَنِیهِ وَ إِنَّ هَذِهِ الْخَلْقَ کُلَّهُمْ أَصْلُهُ مِنَ الْإِخْوَةِ وَ الْأَخَوَاتِ قَالَ أَبُو عَبْدِ اللَّهِ (علیه السلام) سُبْحَانَ اللَّهِ وَ تَعَالَى عَنْ ذَلِکَ عُلُوّاً کَبِیراً یَقُولُ مَنْ یَقُولُ هَذَا إِنَّ اللَّهَ عَزَّ وَ جَلَّ جَعَلَ أَصْلَ صَفْوَةِ خَلْقِهِ وَ أَحِبَّائِهِ وَ أَنْبِیَائِهِ وَ رُسُلِهِ وَ الْمُؤْمِنِینَ وَ الْمُؤْمِنَاتِ وَ الْمُسْلِمِینَ وَ الْمُسْلِمَاتِ مِنْ حَرَامٍ وَ لَمْ یَکُنْ لَهُ مِنَ الْقُدْرَةِ مَا یَخْلُقُهُمْ مِنَ الْحَلَالِ وَ قَدْ أَخَذَ مِیثَاقَهُمْ عَلَى الْحَلَالِ وَ الطُّهْرِ الطَّیِّبِ...

“İləliş-şəraye” kitabında Zürarənin belə dediyi nəql olunur: İmam Sadiq (əleyhis-salam)-dan soruşdular: “Adəm (əleyhis-salam)-ın övladlarının nəsli necə davam etdi? Bizim məntəqədə bəzi adamlar deyirlər ki, Allah-taala Adəmə vəhy etdi ki, öz oğlanlarını qızları ilə evləndirsin. Bütün bu insanların hamısı da bacı-qardaşın bir-biri ilə evlənməsindən əmələ gəlib.”

İmam Sadiq (əleyhis-salam) təəccüblə buyurdu: “Allah bu deyilən (yaramaz) sözlərdən çox-çox ucadır, pak-pakizədir! Bu (yaramaz) sözü deyənlər həqiqətdə Allah-taalanın Öz seçdiyi məxluqatının, sevdiyi insanların, peyğəmbərlərinin, rəsullarının, mömin kişi və qadınların, müsəlman kişi və qadınların əslini və kökünü haramdan xəlq etdiyini demiş olurlar! Belə insanlar əslində deyirlər ki, Allah-taalanın bunları halaldan xəlq etməyə qüdrəti yox idi! Halbuki Allah onların hamısından halal və pak-pakizəlik əsasda əhd-peyman almışdır...”

[5] “Tövhid”, səh. 277, hədis 2, Tehran çapı; "Nəhcul-bəlağə"nin şərhi, İbni Meysəm, 1-ci cild, səh 173; “Xisal”, 2-ci cild, səh. 652, hədis 54; 2-ci cild, səh. 639, hədis 14, səh. 358, hədis 45. Əlavə məlumat üçün bax: Görünüş, “Quran və müqəddəs kitab nəzərindən bəşər növünün omrü”, sual 516, (sayt 563)

[6] "Təfsiri-nümunə", 3-cü cild, səh 244-249, iqtibasla; "Əl-mizan”, 4-cü cild, səh. 245-253, iqtibasla, “Mərhum Əllamə Təbatəbainin elmi əsərlərinin çapı” müəssisəsi

[7] Bax: “İslami təbliğat” dəftərxanasının suallara cavab bölməsi, “yaradılışın əvvəlində iki qardaşın (Habil və Qabil) varlığı ilə insan nəsli necə artmışdır?” sualı

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Təsadüfi suallar

  • Lütfən, Şəhidi Saninin (rəhmətullahi əleyh) həyatını müxtəsər şəkildə bəyan edin.
    6322 تاريخ بزرگان 2012/03/14
    Şəhidi Sani ləqəbi ilə məşhur olan Zeynuddin ibni Nuriddin Amili 911-ci hicri qəməri ilində Livanın Cəbəl-Amil məntəqəsində yerləşən Cəbə (جبع) kəndində dünyaya gəlmişdir. O, fiqh elmini və ədəbiyyatı 925-ci ilə qədər atasından öyrənmiş, sonra yüksək səviyyəli elmləri öyrənmək üçün müxtəlif yerlərə səfər etmişdir. O, sair islam ...
  • İmam Hüseyn (ə)- ın qırxı barəsində izah verə bilərsinizmi?
    14453 تاريخ بزرگان 2012/02/13
    Qırx mərasimi barəsində bizim dini mədəniyyətdə qeyd olunan, səfər ayının iyirmisinə təsadüf edən həzrət Seyidüş- şühədanın şəhid olmasının qırxıncı gününü yad etməkdir. İmam Həsən Əsgəri (ə) hədislərin birində, möminin beş əlamətinin olduğunu buyurmuşdur: Əlli bir rəkət namaz, ərbəin ziyarəti, sağ ələ üzük salmaq, alını torpağa qoymaq və namazda bismillah ucadan ...
  • İnsanın təkamülü ixtiyar yoluyla və ixtiyari əməllərdən başqa yolla ələ gəlmir?
    6366 Qədim kəlam 2012/09/01
    Fəlsəfi cəhətdən varıqların təkamülü seyri ən aşağı həddən ən ali dərəcəyə yetişənə qədər, həmişə belədir ki, aşağı dərəcəyə tənəzzül edib, vücud kamalatı yuxarı dərəcədə olur. Bu yuxarı dərəcədə öz kamillik dərəcələrinə sahib olur. Bu silsilənin bir tərəfində mütləq vücud qərar tapıbdır ki, ümumi həddə bütün kamalata sahibdir. ...
  • Tələsmənin aradan qaldırılması üçün nə etmək lazımdır?
    5799 Nəzəri əxlaq 2012/04/17
    Tələsmə (təlskənlik), dini təlimlərdə qadağan olunmuş işlərdəndir. Onun mənası isə işləri yerinə yetirməkdə tez addım atmaqdır. "Tələsmənin", "sürət" və "yerində addım atmaqla" fərqi vardır. Sürətin mənası budur ki, insan, lazım olan şərait və hazırlıq işlərindən sonra fürsəti əldən verməyə və işi yerinə yetirmək üçün qədəm götürə (addım ...
  • Cəfr elmini, “mənaya” və “bəlaya” elmlərini izah edin.
    12267 Qədim kəlam 2012/03/14
    Cəfr elmi barəsində məsumlardan (əleyhimus-salam) nəql olunan rəvayətlərin məcmusundan məlum olur ki, cəfr – Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-in vasitəsi ilə Əli (əleyhis-salam)-ın və ondan da sonrakı imamların ixtiyarına verilən bir sıra ilahi maarif məcmuəsidir. Onun bir hissəsi qiyamət gününə qədər baş verəcək hadisələr barədə elmdən ibarətdir, ...
  • Bərzəx aləmində elmi təkamül ola bilər, amma əməli təkamül mümkün deyil, bu mətləbi fəlsəfi cəhətdən isbat etmək olar?
    6551 İslam fəlsəfəsi 2012/04/17
    Bərzəx təkamülü Quran və rəvayətlər nəzərindən qəbul olunmuş işdir. Fəlsəfədə də ona yer ayrılıb və onun haqqında müxtəlif mövzular açıqlanıbdır. Əvvəl bu məsələyə diqqət etmək lazımdır ki, əməli təkümül bu mənayadıq ki, insan bərzəx aləmində vacibatı yerinə yetirməklə və haramları tərk etməklə uca təkamülə əl tapsın, ...
  • Nə üçün zairlər, xüsusilə iranlı zairlər “Bəqi” qəbiristanlığının yanında ağlayırlar?
    7591 Təzə kəlam 2010/11/10
    Bu sualın cavabı ağlamağın mahiyyətinin və harada istifadə olunmasının tanınmasına bağlıdır. Ağlamağın bir zahiri, bir də batini vardır. Onun batini insanın ülvi (emosional) duyğularından və ruhi təsirlənmələrindən qaynaqlanır. Belə ki, onun insanda hasil olması ilə eyni zamanda beyində müəyyən fəaliyyətlər baş verir və gözdən yaş ...
  • Fariks bazarının şəri hökmü nədir?
    6952 Nizamlar hüquq və əhkam 2015/05/21
    Fariks bazarı elə bir bazardır ki, orda müxtəlif ölkələrin valyutaları (riyal, dollar, evro, pund, dinar və s..) alış-veriş olur. Bu bazarda bir valyutanı digar bir valyutya alıb satırlar. Bu alverda qayda belədir ki, hər kəs düşünsə ki, bir müddət sonra hansısa bir valyutanın qiyməti qalxacaq, o valyutadan ...
  • : Hansı suri bu mətləbi açıqlayır ki, bizim elmimiz dəniz suyunun bir damcısından da kiçik və azdır?
    5466 Təfsir 2012/03/11
    O mövzu ki, sualda ona işarə olunmuşdur, Quranın bəzi surələrində ona işarə olunmuşdur ki, əgər dənizlər mürəkkəb olsa, Allahın elmini yazmaq üçün, Allahın elmini yazıb qurtarmamışdan əvvəl qurtaracaqdır. Allah Taala Quranda buyurur: Sizə elm verilmişdir, yalnız az bir miqdarda. Əlbəttə Əhli- beytin (ə) bəzi sözlərində bu ayənin ...
  • Aya etanol ki, spirtlərdən bir növüdür pak və onu içmək halaldırmı?
    9566 Nizamlar hüquq və əhkam 2011/09/29
    Spirtlər iki dəstəyə bölünür: Bir dəstəsi neft sənayesi və petromişidən əldə olunur cə başqa bir dəstə spirt isə şərabın buxar damcılarından hasil olur. Etanol spirti sənaye spirtlərindən olduğu üçün, rabitəsi olan bu bəhsi sənayedən əldə olan spirtə ixtisas verib tədqiq edirik:  həqiqət budur ki, tibdə istifadə olunan spirt ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    162865 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    154908 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    117739 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    109675 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    98767 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    91285 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53336 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    45187 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    43704 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    42864 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...