Ətraflı axtarış
Baxanların
5987
İnternetə qoyma tarixi: 2012/05/16
Sualın xülasəsi
Möminun surəsinin 101- ci ayəsi ilə saffat surəsinin 27 və 50- ci ayələrinin ziddiyyətini necə həll edirsiniz?
Sual
İnsanların məadlarındakı vəziyyətləri ilə bağlı, Möminun surəsinin 101 və Qəsəs surəsinin 28- ci ayələri bəyan edirlər ki, bu zaman, heç şəxs digərindən kömək və sual xahişi etməz « لا یتساءلون » (La xətəsaləmun). Amma Saffat surəsinin 27 və 50 ci ayələrində və həmçinin Tur surəsinin 25- ci ayəsində bildirilir ki, onların bəzisi bir- birlərindən sual edib və kömək istəyələr (Yətəsaəlun). Bu ziddiyyəti necə həll edirsiniz?
Qısa cavab

Quran ayələrində ümumi şəkildə və sualda qeyd olunan ayələrdə xüsusi şəkildə, heç bir ziddiyyət yoxdur. Çünki, "o gündə heç kəs digərindən kömək və sual xahişi etməz" buyuran ayələr, qiyamətin ilk mərhələlərinə işarə edir. Bu o günün qorxu və heyranlığının çox olması səbəbindəndir. Həmin qorxu və heyranlığın çoxluğu səbəbindən, insanlar bir- birindən qaçar və bir- birlərini tanımazlar. O gün insanlar elə qorxuya düşərlər ki, hesab və İlahi əzabın qorxusunun çoxluğundan bir- birinin vəziyyəti barəsində heç cürə sual etməzlər. Amma insanların bir- birindən sorğu- sualı barəsində danışdığı yer «و اقبل بعضهم علی بعض یتسائلون...» bu behişt və cəhənnəmə düşəndən sonradır. Buna əsasən, bu ayələri bir- birinin yanına qoyub və onlar barəsində diqqət edib və düşündükdə, onların arasında heç bir ziddiyyətin olmamasına aydın olacaq.

Ətreaflı cavab

Bu sualın cavabında deyirik: Qurani- kərimin belə ayələrində gözə çarpan bu zahiri ziddiyyət, bir az diqqət etməklə aradan gedir. Qurani- kərimin möcüzə olmasında deyildiyi kimi, ayələrinin heç biri digər ayəni inkar etmir və bu, əbədi kitabın möcüzələrindən biridir. Bu sual və zahiri ziddiyyət, Quran təfsirçilərinin zehninə də gəlib və təfsir kitablarında açıqlanıbdır. Belə ki, Quran ayələrinin bəzisində yaxşıca işarə olunur ki, qiyamət günü bərpa olandan sonra camaat bir- birindən sual edərlər. Günahkarların cəhənnəmə daxil olma zamanı barəsində olan Saffat surəsinin 27- ci ayəsi kimi. Ayədə deyir: "وَ أَقْبَلَ بَعْضُهُمْ عَلى‏ بَعْضٍ يَتَساءَلُونَ" "Onların bir qismi digərləri ilə çənə- boğaz olmağa başlayacaq.

Həmin surənin 50- ci ayəsi behişt əhli barəsində danışır ki, behiçtə düşdükləri zaman bir- birinə üz tutub və (dünyada olan dostların və onların haqq yoldan çıxmaları nəticəsində cəhənnəmə getmələri barəsində) sual edərlər:

«فَأَقْبَلَ بَعْضُهُمْ عَلى‏ بَعْضٍ يَتَساءَلُونَ»

Bu mənaya bənzər Tur surəsinin 25- ci ayəsində də gəlibdir. İndi sual budur ki, bu ayələr müzakirə etdiyimiz və Qiyamətdə bir- birlərindən sual etməzlər deyən ayələrlə (Möminun 101) necə uyğunlaşır?

Əvvəlcə deməliyik: Lüğət kitabları "Yətəsaəlun" kəlməsini "sual" kəlməsindən və həm bir- birindən sual etmək həm də kömək istəmək mənasında gətiriblər.[1]

Quran ayələrinə diqqət etdikdə qiyamətdə sualın olub və olmaması məsələsi sual kəlməsi ilə altı ayədə gəlibdir ki, onun ikisi "La Yətəsaəlun"[2] (sual etməmək mənasında) kəlməsi ilə, dörd ayədə isə "Yətəsaəlun"[3] "sual kəlməsindən" bir- birindən sual etmək mənasında gəlibdir.

Qeyd etməliyik ki, bu ayələrin arasında heç bir ziddiyyət yoxdur. Çünki, o gün heç bir şəxs degərindən kömək və sual etmək istəməz" buyuran ayələr, qiyamətin ilk mərhələlərinə işarədir. Bu o günün qorxu və heyrətdə olmasının çoxluğuna görədir. Həmin, qorxunun və heyətin çoxluğuna görə, insanlar bir- birlərindən qaçar və bir- birlərini tanımazlar.

O gün insanlar elə qorxuya düşərlər ki, İlahi əzab və hesabı qorxusunun çoxluğundan bir- birlərinin vəziyyəti barəsində heç bir halda soruşmazlar.

O gün elə bir gündür ki, ana südəmər körpəsini yaddan çıxarar və qardaş qardaşını unudar. İnsanlar məst insanlar kimi görsənərlər, halbu ki, məst deyillər.

Necə ki, həcc surəsinin əvvəlində oxuyuruq: "Onu görəcəyiniz gün hər bir südəmər süd verdiyini unudar, hər bir hamilə həmlik (axtından əvvəl) yerə qoyar. İnsanları sərxoş görərsən, halbu ki, sərxoş deyillər. Ancaq Allahın əzabı çox şiddətlidir."[4] Bu məsələni sadə bir misalla təsvir etmək olar. Canavarlar qoyun sürüsünə hücum edən zaman, onların arasında elə qorxu yaranır ki, onların bir yerə yığışmaları dağılır və elə bir- birindən qaçırlar ki, hər bir qoyun özünü xilas etmək fikrindədir.... Sur çalınandan sonra, hər bir kəs öz əməlinə bağlanıb və özünü xilas etmək fikrində olacaq. Başqa sözlə, qorxu və narahatlıq onları o qədər həyəcanlı edəcək ki, bir- birlərini tamamilə unudacaqlar. Na görə də, tanışlıq, qohumluq əlaqələri və bu kimi məsələlər fikirlərdən çıxacaq.

Qurani- kərimin insanların bir- birindən sorğu- sualı barəsində danışdığı yer

" و اقبل بعضهم علی بعض یتسائلون.." həmin sual və danışıq behişt və cəhənnəmə düşdükdən sonradır. Quran ayələrinə əsasən, Allahın yaxşı bəndələri behiştin müxtəlif maddi və mənəvi nemətlərinə qərqdirlər, behişt taxtlarına söykənib və öz dostları ilə söz- söhbət edərlər. Bəzən onların bir dəstəsi dünyadakı dostlarını və öz keçmişini xatırlayar. O dostlar ki, öz yollarını ayırıb və onların yeri behişt əhli arasında boşdur. Onların başına nə gəldiyini bilmək istəyərlər. Ona görə də, bəzisi digərlərinə üz tutub sual edərlər: " و اقبل بعضهم علی بعض یتسائلون.."[5]

Bu formada cəhənnəm əhli də, bir- birləri ilə danışarlar. Günahkarların cəhənnəm girişində olduqları barədə Saffat surəsinin 27- ci ayəsi kimi ki, deyir:

"وَ أَقْبَلَ بَعْضُهُمْ عَلى‏ بَعْضٍ يَتَساءَلُونَ" onların bir qismi (tabe olanlar) digəri (öz başçıları) ilə çənə- boğaz olmağa başlayacaq. "Öz günahını digərinin boynuna atacaq, tabe olanlar başçıları təqsirkar sayacaqlar və başçılar da öz ardıcıllarını. Necə ki, deyir: Onların bir qismi digəri ilə çənə- boğaz olmağa başlayacaq.

" وَ أَقْبَلَ بَعْضُهُمْ عَلى‏ بَعْضٍ يَتَساءَلُونَ"Sad surəsinin 62- 64- cü ayələri də bu məsələyə sübutdur: (Allaha asi olanlar bir- birinə) deyəcəklər(Dünyada) pis adamlar saydığımız kəsləri (yoxsul möminləri) niyə burada görmürük? ... Şübhəsiz ki, bu- cəhənnəm əhlinin bir- biri ilə bu cür çəkişməsi (çənə- boğaz olması) əlbəttə, bir həqiqətdir.

Bununla əlaqəli ayələr var ki, behişt əhli ilə cəhənnəm əhli arasında da tam bir əlaqənin olmasını göstərir Buyurur: " فی جناتٍ یتساءلون* عن المجرمین* ما سَلَكَكُمْ فِي سَقَرَ* قالُوا لَمْ نَكُ مِنَ الْمُصَلِّينَ ...."[6] "Onlar cənnətdədirlər, bir- birindən soruşurlar. Günahkarlar barəsində. Sizi cəhənnəmə salan nədir? Onlar deyəcəklər: "Biz namaz qılanlardan deyildik:

«وَ لا يَتَساءَلُونَ»

Buna əsasən, bu ayələri bir- birinin yanına qoyub və onlar barəsində düşündükdə, onların arasında

Əlbəttə bu ayələri cəm etmək barəsində digər nəzəriyyələr də bəyan olubdur. O cümlədən belə deyilib ki, Möminun surəsinin 101- ci ayəsi Qiyamətin iki hadisəsinə işarə edir: Biri nəsəblərin daha işləməməsi, çünki bu dünya əhlinin həyat sisteminə hakim olan qəbilə və qohumluq əlaqəsi, günahkar şəxslərin cəzalarını çoxundan qaçmalarına və ya problemlərinin həllində qohumlardan kömək almalarına səbəb olur. Amma qiyamətdə insan və onun əməlidir. Heç kəs hətta ata, övlad və qardaşından müdafiə edə və ya onun cəzasını özünə götürə bilməz. Buna əsasən, "və la Yətəsaəlun" cümləsi, "onlar bir- birindən kömək istəməzlər" mənasındadır. Çünki bu istəyin heç vaxt faydalı və təsirli olmayacağını bilirlər.[7] Amma digər danıçıqlar mühüm olacaq.

Xülasə: Yuxarıdakı ayələrin məzmununda düşündükdə, bu sualın cavabı aydın olacaq. Çünki, bir- birindən sualı isbat etməyə aid olan ayələr, behişt və cəhənnəmə düşdükdən sonraya və ya onların girişində olan zamana aiddir. Halbu ki, bir- birindən sual etməyi inkar edən ayələr, Qiyamətin ilk mərhələlərinə aiddir ki, qorxu və həyəcan onları o qədər narahat edər ki, bir- birlərini ümumiyyətlə unudarlar və ya bəzilərinin fikrincə, qiyamətdə sual etməmək, bunu tələb etməmək mənasındadır, nəin ki, digər danışıqlar mənasında.

 


[1] - İbn Mənzur, Lisanul- ərəb, Səələ kəlməsi.

[2] - Möminun surəsi, ayə 101. Qəsəs surəsi, ayə 66.

[3] - Saffat surəsi, ayə 27- 50. Tur surəsi, ayə 25. Müddəssir surəsi, ayə 40.

[4] - Həcc surəsi, ayə 2.

«يَوْمَ تَرَوْنَها تَذْهَلُ كُلُّ مُرْضِعَةٍ عَمَّا أَرْضَعَتْ وَ تَضَعُ كُلُّ ذاتِ حَمْلٍ حَمْلَها وَ تَرَى النَّاسَ سُكارى‏ وَ ما هُمْ بِسُكارى‏ ...»

[5] - Məkarim Şirazi, Nasir, Təfsiri- nümunə, cild 19, səh 61. Darul- kutubul- İslamiyyə, Tehran, 1374 hicri şəmsi.

[6] - Müddəssir surəsi, ayə 40- 43.

[7] - Təfsiri- nümunə, cild 14, səh 324.

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Təsadüfi suallar

  • Дини сијасәтдән ајыран секулјаризм тәфәккүрү неҹә јараныб?
    7627 Təzə kəlam 2009/11/10
    Гәрбдә интибаһ дөврүндән сонра христиан-килсә һакимијјәтинин јени јаранан елми-фикри ҹәрәјанларла чарпышдығы дөвр нәһајәт, динин сијасәтлә ајры олдуғу тәфәккүрү мејдана чыхартды. “Секулјаризм” фикри гәрб тәфәккүр дүнјасына мәнсубдур. Бунун да әсаслы сәбәбләри вардыр. Һәр һалда илаһи идејалары ашыламајан, ади ...
  • Kovsər hovuzu nədir?
    9962 Təfsir 2010/10/03
    "Kövsər" çoxlu xeyir mənasındadır. Onun üçün çoxlu dəlil və faktlar qeyd etmək olar. Məsələn: Kövsər arxı və hovuzu, şəfaət, nübüvvət, hikmət, elm, çoxlu nəsl, çoxlu zürriyyə və sair.Kövsərin iki mənası var, biri dünyaya aid (Fatimeyi- Zəhra (s), o biri isə axirətə (kövsər hovuzu)- na aiddir. Kövsər hovuzu, Behiştdə ləzzətli ...
  • Quranın dəfi və ya tədrici nazil olmasından nə qədər keçir?
    7044 Quran elmləri 2010/11/10
    Quranın bir dəfəlik, Peyğəmbərin (s) qəlbinə nazil olması qədr gecəsində (ramazan ayının gecələrindən biri) olmuşdur. Bəzi ayə və rəvayətlərə nəzər saldıqda, bu ehtimalı vermək olur ki, qədr gecəsi həmin ramazan ayının igirmi üçüncü gecəsidir və Quranın (dəfi) bir dəfəlik nazil olması tədricən əlli altı ...
  • Вилајәти фәгиһин васитә илә сечилмәси гајдасында дөвр ирады гаршыја чыхыр. Буну неҹә һәлл етмәк олар?
    7091 Nizamlar (Qurluşlar) 2010/02/06
    Һазырда Иран Ислам Республикасында вилајәти фәгиһи сечән мүтәхәссисләр (хубраган) мәҹлисини мүһафизләр шурасы тәсдиг едир. Инди бела бир шүбһә јараныр ки “әҝәр мүһафизләр шурасыны рәһбәр тәсдиг едирсә, мүһафизләр шурасынын үзвүләри вилајәти-фәгиһи сечән мүтәхәссисләри тәсдиг едирсә, вә онлар да рәһбәрлији сечирсә, бу мәсәлә гејри-мүмүкүн олан ...
  • Niyə biz Aşura ziyarətinin səcdəsində bu müsibətə görə şükr edirik?
    6184 Əməli əxlaq 2012/02/07
    Nemətlərə şükr eləmək rəvayətlərdə xüsusi mövqeyi olan mövzulardandır.[1] Mömin və dinə bağlı insan Allah və yaratdıqları barəsində dəqiq mərifətə malik olsa Allah tərəfindən ona çatan hər bir şeyə şükr eləyər. Ona görə də bu insan həmişə Allah qarşısında öz vəzifəsini yerinə yetirir. İstər yaxşı, ...
  • Şeytanın nəfsi-əmmarə ilə fərqi nədir?
    12461 Əməli əxlaq 2011/09/07
    İnsanın həqiqi mahiyyəti – onu nəfs adlandırırlar – müxtəlif qat və şaxələrdən ibarətdir. Qurani-Kərimdə onun üç mərtəbəsinə (əmmarə, ləvvamə və mütməinnə) işarə olunmuşdir.Nəfsi-əmmarənin mənası budur ki, heyvani meyllər insana hakim olur. O elə bir halətidir ki, nəfs həmişə insana pisliklər və şəhvanı istəklərinin tələbini yeinə yetirmək fərmanı verir.Şeytana ...
  • Nəzirin deyiliş qaydası və düzgün şəraiti nədir? Həddi buluğa çatmayanın nəzir etməsi düzgündür ya yox?
    9989 Əhd etmək, nəzr etmək və and içmək 2015/05/30
    Nəzirin tərifi: Nəzir budur ki, insan Allaha görə hər hansı bir yaxşı işi yerinə yetirəcək və ya hər tərki gözəl olan hər hansı bir əməli tərk edəcək.[1] Nəzirin növləri: Nəzir iki növdür: 1.Şərtli nəzir; Şərtli nəzir və ya şükür nəzri o nəzirdir ki, insan ...
  • Quranda burucdan məqsəd nədir?
    14130 Təfsir 2012/02/15
    "Buruc" kəlməsi gələn ayələrin zahiri mənası budur ki, Allah buyurur: "Biz səmada (hansı ki, yerin yuxarı tərəfindən ibarətdir) günəş və ayın mənzilləri olan bürc və qəsrlər qərar verdik və ona baxanlar üçün zinətlə bəzədik və zinət ulduzlardır.Bu kəlmə həm hasarlı və möhkəm bürc və qalalar olan qədimi ...
  • Allah insanların həyatında nə baş verəcəyini bilirdi, bunu da bilirik ki, çox insanlar cəhənnəmə gedəcək, əgər bunlardan biri qiyamət günü Allahdan sual etsə ki, nə üçün məni yaratdın? Sən bilirdin ki, mən cəhənnəm əhli olacağam, Allahın ona cavabı nə olacaq?
    8325 Qədim kəlam 2011/01/02
    İnsan o zaman ilahi əzaba düçar olur ki, insanın ixtiyarında olan hidayət vasitəsi olan daxili və xarici peyğəmbərlərdən istifadə etmir. Allahaın insanların gördüyü işlərdən agah olması, onları xəta işlərə məcbur etmir. Həqiqətdə isə Allahın elmi insanların rəftarını bəyan ...
  • Əhli- beytin hədəf və rolu nədir?
    8221 Qədim kəlam 2011/06/28
    Peyğəmbər (s)- in Əhli- brytinin fəziləti (ki, həmin beş ali- əbadır, yəni həzrət Məhəmməd (s), Əli, Fatimə, Həsən və Hüseyn (ə) ) Şiə və sünnidən olan çoxlu rəvayətlərdə nəql olunmuşdur. Peyğəmbər (s)- in bu şəxslərin məqam və mövqeyinə təkid etməsinin səbəbi, qohumluq əlaqələrinə görə olmamışdır. Əksinə onların fikir, düşüncə, əməl, ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    162867 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    154912 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    117742 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    109678 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    98774 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    91287 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53340 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    45191 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    43707 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    42868 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...