Ətraflı axtarış
Baxanların
5855
İnternetə qoyma tarixi: 2010/06/20
Sualın xülasəsi
Bilmək istərdim sünnülər xüsusiylə də vəhhabilər hansı dəlilə əsasən deyirlər ki, Peyğəmbərlər yalnız vəhy aldıqlarında məsumdurlar nəinki hər bir halda?
Sual
Bilmək istərdim sünnülər xüsusiylə də vəhhabilər hansı dəlilə əsasən deyirlər ki, Peyğəmbərlər yalnız vəhy aldıqlarında məsumdurlar nəinki hər bir halda?
Qısa cavab

Sünnülərdən bəzi tayfaları (Həşəviyyə və Sələfilər kimi) Qurandan dəlil gətirmək həzrət Adəm və onun behiştdən çıxarılmasını bildirən ayələr kimi, dəlil gətirirlər ki, Peyğəmbərlər yalnız vəhy və risalətlərinin təbliği zamanı məsumdurlar və digər hallarda günahkar və səhvə də yol verirlər.

O cümlədən, Sələfilər (Vəhhabilər) də bildirirlər ki, Peyğəmbərlər məsum olmadığı kimi İmamlar (ə) da məsum deyildirlər və böyük etiraflarını Peyğəmbər və İmamlar barəsində iddia edirlər. Misal üçün İbni Teymiyyə sözlərindən birində iddia edir ki, heç bir kəs Məsum deyil istər Peyğəmbər istərsə də başqası olsun.

Ətreaflı cavab

Sünnülərdən bəzi tayfalar (Həşəviyyə,[1] Sələfilər və bəzi hədis əhli olan tayfalar kimi) inanırlar ki, Peyğəmbərlər vəhy aldıqları və onun təbliği zamanı Məsum olmuşdurlar və başqa vaxtlarda günah əhli və səhvə yol vermişdirlər. O cümlədən Qurandan Taha surəsinin 121- ci və Yusif surəsinin 109- və 110- cu ayələrini əsas gətirmişdirlər.[2]

Amma İslam alimləri, Şiə və Sünnü olaraq Peyğəmbərlərin vəhyi alıb onun təbliğində Məsum olmalarında bir nəzəriyyələri vardır.

Yalnız Peyğəmbərlərin vəhyi alıb insanlara çatdırmasında səhvin mümkün olması nəzəriyyəsini Əbu Bəkr Baqilaniyə nisbət vermişdirlər[3] və bu mövzuda olan dəlillər də bir- biriylə oxşardır.[4]

Peyğəmbərlərdən sonra Əhli- beytin də Məsum olduqlarını qəbul etməyənlərdən biri də Sələfilərdir (vəhhabilər) ki, rəhbərlərinin dediklərinə əsasən Peyğəmbərlərin məsum olmadığını bildirirlər. Misal üçün. İbni Teymiyyə sünnü məzhəbinin böyük şəxsiyyətlərindən biri, sözlərindən birində iddia edir ki, heç bir şəxs Məsum deyildir, istər Peyğəmbər istərsə də digər bir şəxs olsun.[5]

Peyğəmbərin məsum olması sabit olduğundan sonra digər insanların da məsum olmadığı sabit olur.o deyir: Həqiqətən Peyğəmbərdən sonra heç bir şəxs Məsum deyil və Peyğəmbərdən sonra heç bir kəsdən itaət etmək vacib deyildir.[6]

Burada xülasə olaraq ayələrdən ikisinə işarə edirik:

  1. Nəticədə hər ikisi o ağacdan (Meyvəsindən) yedilər və övrətləri onlar üçün aşkar oldu və qərara gəldilər ki, behişt yarpaqlarından özlərinə yapışdırsınlar, Adəm Allahın əmrindən çıxdı və yolunu dəyişdi.[7]

Bu ayə və əvvəlki ayələrdə Adəm və ailəsinin behiştə daxil olmasının və şeytan vəsvəsəsi yoluyla oradan çıxarılması dastanı və bir hökm ki, verilmişdir hələ bu vaxt Allah şəriət olaraq hökm etməmiş və insanın səadət və şəqavətini bu şərtlərlə qərar verdiyini açıqlayır. Bu və digər ayələri ki, Quranda Adəm və həyat yoldaşı Həvvanın behiştdən çıxarılmasını açıqlamışdır, mühüm dəlillərdən biridir ki, sünnülər Peyğəmbərin məsum olmadığı istiqamətdə yəni vəhy olunmayan vaxtlarda onlara şamil edirlər.[8]

Amma bu dəlili rədd etmək üçün, şiə alimləri və tədqiqatçıları tərəfindən əsaslı və möhkəm cavablar verilmişdir.[9]

Burada o suallardan birinə işarə olunur:

Bu ayələri təhlil etməmişdən əvvəl bu nöqtəyə diqqət etmək lazımdır ki, əmr və nəhy (qadağan etmək) iki növdür:

A: Təklifi əmr və nəhy: Bu əmr və nəhydə Mövla öz vilayət və rəhbərlik məqamından öz bəndələrinə əmr edir ki, bu cür işlərə əməl edin və yaxud əksinə bəndə isə lazımdır ki, bu işi itaət üzündən həyata keçirsin və yaxud tərk etsin.

B: İrşadi (hidayət) əmr və nəhy:

Bu növ əmr və nəhydə, Mövla qüdrət və hakimiyyət kürsüsünə arxalanaraq hökm vermir, bəlkə insanın həqiqi məsləhətini nəzərə alaraq bir yol açmaq üçün və ürək yandıraraq bir işi tərk etməyə və ya ona əməl etməyə əmr edir; əlbəttə irşad özü iki hissədən ibarətdir:

1- Yalnız irşad (hidayət) üşün; ona əməl etdikdə heç bir itaət və lazım olması nəzərdə tutulmur;

2- Rəhbərlik vasitəsiylə irşad (hidayət etmək) müstəhəb əməllər kimi ki, hidayət etməkdən əlavə mövlanın əmri də onda nəzərə çarpır və bu işdə itaət özünü aşkar edir əks halda heç bir təsiri yoxdur.

Bu açıqlamadan sonra əlavə edirik: Allah Taalanın həzrət Adəm üçün sadir etdityi əmr, yalnız irşadi idi ki, yalnız xeyirxah insanlar ürək yandıraraq bir insana öz məsləhətini bildirir. Əgər həzrət Adəm Allahın əmrindən itaət etsəydi və o meyvədən yeməsəydi, Mövlası üçün bir ərməğan (töhfə) aparmamışdı, çünki Allah əmr etmişdi lakin həzrəti Adəmin vəzifəsi ona əməl etmək deyildi. Həzrət Adəmin ilk ərməğanı Allaha itaət etdiyi üçün o ola bilərdi ki, behiştdə hər bir rahatlıqla təmin olunsun və Allahın əmrinə diqqətsizlik etməklə bütün bu nemətlərdən məhrum oldu və mövlaya qarşı heç bir hörmətsizlik olmamışdır ki, onu günah adlandıraq.

Bu nəhyin irşadi (hidayət üçün) olmasını bu ayədən öncə digər ayələrdə[10] təyid etmişdir; çünki bu ayələr heç zaman mühakimə etmir, bəlkə təbii əks nəticəni açıqlayır ki, həmin bu nemətlərdən məhrum olmasını bildirir. Əgər bu nəhy mövləvi itaət və vacib) olsaydı, bunun nəticəsi və günahlarının aradan getməsi üçün tövbə lazım idi; bir halda ki, görürük Adəm və Həvva tövbə etdilər və onların tövbəsi qəbul oldu, lakin onun nəticələri (behiştdən çıxarılmaları) ləğv olunmadı.

Odur ki, heç bir zaman hər bir səhv[11] "günah" etmək sayılmır. Hər bir növ itaət etməmək[12] termini mənasında günahkar deyildir. O vaxt ki, insan nəsihət edən bir şəxsin dediklərinə əməl etməsə və həyatında bəzi çətinliklərlə qarşılaşsa, ona "səhv" etdiyini deyərlər. O cümlədən səhv etmək, yalnız Mövlanın əmrindən boyun qaçırmaq deyil bəlkə o yerdə ki, bir böyük şəxsiyyət ata ünvanında hidayət etmək üçün nəsihət edərsə, ona diqqətsizlik nəticəsində əgər bir zərərlə qarşılaşarsa yenə də ona səhv və üsyan termini şamil olur.[13]

Digər cavablar ki, Peyğəmbərlərin vəhy zamanından əlavə digər vaxtlarda Məsum olmadıqlarını açıqlayır, bu ayələrlə sabit olmuşdur.[14] Xülasə, bizim əqidəmiz budur ki, ənbiya vacib işləri tərk etmir və haram iş görmürlər; çünki onların ismətiylə üst- üstə düşmür. Lakin müstəhəb işi tərk etməkləri və məktuh işə düçar olmaları rəva görülür.

Amma yüksək məqam sahibi və Allaha yaxın olduğu üçün, onun tövbə etməsi buna görə idi ki, olmaya öz məqamının aşağı düşməsinə səbəb olsun və daha aşağı bir dərəcəyə ensin ki, həqiqətən onun üçün daha çətin idi, çünki hər kəs bir dərəcə aşağı məqama ensə baxmayaraq ki, bir əzaba da düçar olmur, onun üçün çox çətindir.[15]

  1. Səndən əvvəldə ancaq şəhər əhlindən olub özlərinə vəhy etdiyimiz neçə- neçə kişilər göndərdik. Məgər yer üzündə gəzib dolanmırlarmı ki, özlərindən əvvəl gəlib- gedənlərin aqibətinin necə olduğunu görsünlər?

Həqiqətən, axirət yurdu Axirətdən qorxub pis əməllərdən çəkinənlər üçün daha xeyirlidir. Məgər dərk etmirsiniz? Nəhayət Peyğəmbərlər ümidsizliyə qapıldıqda və özlərinin yalançı hesab etdiklərini gördükdə köməyimiz onlara yetdi, dilədiyimizə nicat verildi. Bizim əzabımız günahkarlardan əsla dəf olunmaz.[16]

Peyğəmbərlərin Məsum olmasını inkar edənlər (110- cu ayəyə) əsasən Peyğəmbərlərin Məsum olmadığını bildirirlər; çünki deyirlər bu "وَظَنُّوا أَنَّهُمْ قَدْ كُذِبُوا " ibarətindən ki, işarə Peyğəmbərlərə işarə olunmuşdur ki, bu zaman ayənin mənası bu cür olacaqdır Peyğəmbərlər öz qövmlərini qorxutdular lakin onlar Peyğəmbərlərlə şiddətli müxalifət etdilər. Bu Peyğəmbərlər yenə də onları dəvət edir lakin onlar inadkarlıq edirdilər; onlar (Peyğəmbərlər) İlahi əzabla qorxudur lakin onlar (qövmləri) qəbul etmirdilər, o qədər ki, Peyğəmbərlər onların iman gətirdiklərindən məyus oldular (və ya az qalırdı məyus olsunlar) və Peyğəmbərlər güman etdilər ki, Allahın möminlərə kömək və yar olması və kafirlərin həlak və əzaba düçar etməsi barəsində yalan deyirlər; yəni ayənin mənası "Peyğəmbərlər güman etdilər ki, yalan deyirlər"- dir. Bu cür bir güman Allaha nisbət vermək batil və ismətlə uyğun gəlmir.[17] Əlbəttə ayədə olan bəhsi bütün Peyğəmbərlərə o cümlədən İslam Peyğəmbərinə (s) də şamil edirlər və onları yalnız vəhy aldıqlarında və onun təbliğində məsum bilirlər.

Bu istidlalın cavabı:

Münasib cavablardan biri ki, ayənin zahirindən istifadə olunur budur ki: Ayədə işarə olunan "güman" kəlməsi qəlbdə olan bir iş deyil ki, Peyğəmbərlərin ürəyindən keçsin və aşkar olsun və onu tamam ağıl və vücudlarıyla dərk etsinlər o zaman istədikləri vaxt onu dilə gətirsinlər. O cür ki, digər insanlar ürəklərinə gələn bir iş səbəb olur dəlillərində də desinlər və fikirlərinə və əməllərinə zərər vursun; bəlkə məqsəd budur ki, Peyğəmbərlərin kafirlər tərəfindən qarşılaşdıqları çətinliklər bir həddə idi ki, səbəb oldu təbii olaraq hekayət etsinlər. Amma o ki, kömək vədəsi verilmişdir, düzgün olmaması ehtimalı və o şəxslər ki, hadisə və çətinliklərə görə ki, onları əhatə etmişdir. İlk növbədə fikirlərindən keçən budur ki, İlahi vədədən heç bir xəbər və əsəri yoxdur.[18]

 


[1] - Sübhani, Cəfər, Əl- İlahiyyat, cild 3, səh 156

[2] - Əl- Əlusi təfsiri, Taha surəsinin təfsiri, ayə 121

«نعم لا اشكال فيه على ما قاله القاضي أبو بكر من أنه لا يمتنع عقلاً ولا سمعاً أن يصدر من النبي عليه السلام قبل نبوته معصية مطلقاً»

[3] - Sübhani, Cəfər, Əl- İlahiyyat, cild 3, səh 183

[4] - Bax: Sübhani, Cəfər, Əl- İlahiyyat, cild 3, səh 183- 189

[5] - Əhməd ibni Əbdül- həlim ibni Teymiyyə Əl- Hərani, Əbul- Əbbas: Minhac əl- sünnə Əl- nəbəviyyə, Təhqiq: Məhəmməd Rəşad Salim, cild 7, səh 85, Misir Qürtebə müəssisəsi 1406, birinci çap; Cameur- rəsail li- ibni Teymiyyə, Rəşad Salim əl- məcməus- saniyə" ikinci fəsl. Bəhs "Quluvvum- şiyəfi dəvəl- ismət".

«بحث غلو الشیعة فی دعوی العصمة: وَادعوا عصمتهم من صَغِير الذُّنُوب وكبيرها وَغير ذَلِك وَادعوا ذَلِك فِي الْأَنْبِيَاء أَيْضا لأَنهم أفضل من الْأَئِمَّة»؛

«مذهب السلف و اهل السنة هو القول بتوبة الانبیاء»؛

« بطلَان القَوْل بعصمة الْأَنْبِيَاء من التَّوْبَة من الذُّنُوب»

[6] - Cameul- rəsail li- ibni Teymiyyə, Rəşad Salim" birinci fəsl".

««المجموعة الاولی»

«لاعصمة لاحد بعد الرسول »

«مذهب السلف و اهل السنة هو القول بتوبة الانبیاء»

«بطلَان القَوْل بعصمة الْأَنْبِيَاء من التَّوْبَة من الذُّنُوب».

[7] - Taha surəsi, ayə 121

«فَأَكَلا مِنْها فَبَدَتْ لَهُما سَوْآتُهُما وَ طَفِقا يَخْصِفانِ عَلَيْهِما مِنْ وَرَقِ الْجَنَّةِ وَ عَصى‏ آدَمُ رَبَّهُ فَغَوى»

[8] - Sübhani, Cəfər, Məfahimul- Quran, cild 5, səh 119

[9] - Bu sualın cavabını əldə etmək üçün aşağıdakı suallara müraciət edə bilərsiniz: Sual 203 (sayt 1114) Adəm və Həvvanın günahı. Sual 4438 (sayt: 4808) həzrət Adəmin xətası, və Peyğəmbərlərə aid olan suallar.

[10] - Taha surəsi, ayə 117- 119

«فقلنا یا آدم إنّ هذا عدوّ لک و لزوجک فلایخرجنکما من الجنّة فتشقی ، إنّ لک الا تجوع فیها و لاتعری، و انک لاتظمؤا فیها و لاتضحی»

[11] - Bəqərə surəsi, ayə 36

«فأزلّهما الشیطن»

[12] - Taha surəsi, ayə 121

«و عصی ءادم ربّه فغوی»

[13] - Sübhani Cəfər, Məfahimul- Quran, cild 5, səh 122- 126, xülasə; Təbatəbayi, Seyyid Məhəmməd Hüseyn, Əl- mizan təfsiri, tərcümə edən Müsəvi Həmədani Seyyid Məhəmməd Baqir, cild 14, səh 306- 309. Dəftəre intişarate İslami Camee Müdərrisin hozeye elmiyyeye Qum, beşinci çap, 1384. Məkarim Şirazi Nasir, Nümunə təfsiri, cild 13, səh 323- 324, Darul- kitab Əl- islamiyyə, Tehran, birinci çap, 1374; Məcməul- bəyan fi təfsiril Quran, tərcüməsi, cild 1, səh 133- 137 Tərcümeye mütərciman, Fərəhani nəşriyyatı, Tehran, birinci çap, 1360 hicri şəmsi

[14] - Təba təbayi, Seyyid Məhəmməd Hüseyn, Əl- mizanın təfsiri, tərcümə edən Musəvi Həmədani, Seyyid Məhəmməd Baqir, cild 14, səh 309

[15] - Məcməul- bəyan, tərcüməsi, cild 18, səh 33

[16] - Yusif surəsi, ayə 109- 110

«وَ ما أَرْسَلْنا مِنْ قَبْلِكَ إِلاَّ رِجالاً نُوحي‏ إِلَيْهِمْ مِنْ أَهْلِ الْقُرى‏ أَ فَلَمْ يَسيرُوا فِي الْأَرْضِ فَيَنْظُرُوا كَيْفَ كانَ عاقِبَةُ الَّذينَ مِنْ قَبْلِهِمْ وَ لَدارُ الْآخِرَةِ خَيْرٌ لِلَّذينَ اتَّقَوْا أَ فَلا تَعْقِلُون. حَتَّى إِذَا اسْتَيْأَسَ الرُّسُلُ وَ ظَنُّوا أَنَّهُمْ قَدْ كُذِبُوا جاءَهُمْ نَصْرُنا فَنُجِّيَ مَنْ نَشاءُ وَ لا يُرَدُّ بَأْسُنا عَنِ الْقَوْمِ الْمُجْرِمينَ»

[17] - Sübhani, Cəfər, Məfahimul- Quran, cild 5, səh 97- 98

[18] - Sübhani, Cəfər, Məfahimul- Quran, cild 5, səh 101- 104 ixtisarla

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    114095 Nizamlar hüquq və əhkam
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    86979 Əməli əxlaq
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    65926 Nizamlar hüquq və əhkam
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    49530 Nizamlar hüquq və əhkam
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    38711 Nizamlar hüquq və əhkam
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    36233 Hədis elmləri
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Niyə duaların çoxu yağış yağan zaman qəbul olur?
    25074 Əxlaq fəlsəfəsi
    Dua oxunması tövsiyə olunan vaxtlardan biri yağış yağan zamandır; Quran ayələri və rəvayətərdən istifadə etməklə sübut etmək olar ki, yağış, Allahın rəhmət nişanəsidir. İndiki Allahın rəhmət qapısı açılıb, duanın qəbul olması üçün daha çox ümidli olmaq lazımdır. ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    24380 Nizamlar hüquq və əhkam
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • islam sözünün mənası Ali- imran surəsinin 19- cu ayəsinə əsasən nədir?
    24063 Təzə kəlam
    İslam sözü lüğətdə "Allahın" müqabilində kamil surətdə təslim olmaq" deməkdir. Yəni heç bir qeyd və şərt olmadan ilahi qanunlara tabe olmaq. Din deyəndə isə "bəşəriyyətin bütün hallarda (ictimai və fərdi) ilahi qanunlara əsaslanması və Allahla insanların rabitəsi" başa düşülür. Bu səbəbdəndə bütün əsrlərdə peyğəmbərləri qəbul etmək onların gətirdiyi dinə (qeyd- ...
  • Dünyanın ilk yaranmasını təşkil edən maddə nədir, Quran və hədislərin bu mövzuda nəzəri nədir?
    22115 Qədim kəlam
    Təbiət şünas alimlərinin bu mövzuda olan dəqiq nəzəriyyələri budur ki, varlığın ilk maddəsini təşkil edən ünsürlar bunu isbat edir ki, əslində fəzada dağılmış "sedyom"- ların təşkil olmasıyla yaranmışdır. Bu maddə uzun zamanlardan təqribiylə 13 milyard il şiddətli partlayış nəticəsində, hissələr və qismətlərə bölünmüşdür, günəş, ulduzlar, göy (səma) yer və...özlərinə məxsus ...