Ətraflı axtarış
Baxanların
3525
İnternetə qoyma tarixi: 2012/02/18
Sualın xülasəsi
Qadınların məscidlərdə iştirak etməsi barəsində İslamın nəzəri nədir?
Sual
Aşağıdakı iki hədisə diqqət yetirməklə qadınların məscidə getməsi, camaat namazı və sair ibadətlərdə iştirak etməsi ilə əlaqədar İslamın nəzəri nədir: İmam Sadiq (əleyhis-salam): “Qadınlar üçün ən yaxşı məscid – evləridir.” “Vəsailuş-şiə”, 3-cü cild, səh. 510. Peyğəmbər (səlləllahu əleyhi və alih): “Əgər həyat yoldaşınız məscidə getmək üçün sizdən icazə istəsə, ona mane olmayın.” “Səhih Buxari”, 1-ci cild, səh. 262
Qısa cavab

Birinci rəvayətdə məqsəd budur ki, məscid namaz qılmaq və sair ibadətlər üçün ən yaxşı yer olsa da, qadınlar üçün ən yaxşı məscid onların evidir. Çünki belə olan halda naməhrəmlərlə qaynayıb-qarışmazlar. Bu rəvayət qadınların məscidlərdə iştirakını haram hesab etmir. İkinci rəvayətdə buyurulur ki, onlar məsciddə iştirak etmək istədikləri zaman mane olmayın. Çünki hətta əgər bu iştirak sırf şəkildə namaz üçün də olsa, haram deyildir. Onlar öz ixtiyarları ilə namazı az savabla da qıla bilərlər. Buna əsasən İslam dini qadınların namaz qılmaq üçün məsciddə iştirakını münasib bilməsə də, onu haram hesab etməmişdir. Əgər digər dini proqramlarla, o cümlədən, camaat namazı, müxtəlif dini-təbliği siniflər, mədəni-maarif proqramları və dini çıxışlarla yanaşı olsa, çox bəyənilən işdir.

Ətreaflı cavab

İslamın qadınların naməhrəm şəxslərlə əlaqədar nəzəri budur ki, naməhrəm kişilərlə mümkün qədər az əlaqə bərqərar etsinlər, zəruri hallardan başqa evdən çıxmasınlar. Bu iki rəvayət də həmin mənaya izah edilir.

Birinci rəvayətə uyğun olaraq imam Sadiq (əleyhis-salam) buyurur: “Qadınlar üçün ən yaxşı məscid onların evləridir.” Məqsəd budur ki, məscidlər namaz və sair ibadətlərlə məşğul olmaq üçün daha yaxşı olsa da, habelə namazı məsciddə qılmaq sair yerlərlə müqayisədə daha artıq savaba malik olsa da, qadınlar üçün daha yaxşı məscid onların evidir. Çünki belə olan halda evlərindən çölə çıxmırlar, naməhrəmlərlə ünsiyyətdə olmurlar. İmam (əleyhis-salam) buyurmaq istəyir ki, naməhrəmlə qeyri-zəruri ünsiyyət yaranacaq hallarda, hətta məsciddə iştirak etmək, camaat namazı qılmaq da bəyənilmir. Zəruri olmayan digər işlər üçün də təbii olaraq bu iş bəyənilən deyildir və yaxşı olar ki, ondan uzaq olsunlar. Bununla belə, bu rəvayət qadınların məsciddə iştirak etməyini haram hesab etmir. Halbuki, namazdan əlavə, məsciddə – namazdan qabaq və ya sonra keçirilən digər mədəni-maarif proqramları, namazı camaatla birlikdə qılmaq, qadınlar üçün elm öyrənmək, vacib məsələlərin təlimi və s. evdə mümkün deyildir. Demək olmaz ki, qadınlar bu proqramlarda iştirak etməsinlər; əksinə bu işlərin çoxlu faydalarına diqqət yetirməklə bu məsələdən göz yummaq olmaz.

Qeyd edilənlərə diqqət yetirməklə ikinci rəvayətin mənası və onun birinci rəvayətlə ziddiyyətli olmadığı  məlum olur. Çünki buyurulur ki, onlar məscidə getmək istədikləri təqdirdə maneçilik törətməyin və icazə verin ki, məsciddə iştirak etsinlər. Çünki hətta əgər məscidə getmək sadəcə namaza görə olarsa belə, haram deyildir. Onlar öz ixtiyarları ilə namazı az savabla da yerinə yetirə bilərlər.

Halbuki məsciddə iştirak etmək əksər hallarda çoxlu mədəni-maarif işləri və mənəvi təsirlərlə yanaşı olur. Əgər belə mərasimlərdə iştirak etməsələr, ondan məhrum olarlar. Buna əsasən ikinci rəvayətə uyğun olaraq Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurmuşdur ki, əgər onlar məsciddə iştirak etmək istəsələr, maneçilik törətməyin.

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    107713 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    82138 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    59892 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    42967 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    32923 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    27211 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Niyə duaların çoxu yağış yağan zaman qəbul olur?
    22958 Əxlaq fəlsəfəsi 2012/03/11
    Dua oxunması tövsiyə olunan vaxtlardan biri yağış yağan zamandır; Quran ayələri və rəvayətərdən istifadə etməklə sübut etmək olar ki, yağış, Allahın rəhmət nişanəsidir. İndiki Allahın rəhmət qapısı açılıb, duanın qəbul olması üçün daha çox ümidli olmaq lazımdır. ...
  • islam sözünün mənası Ali- imran surəsinin 19- cu ayəsinə əsasən nədir?
    22933 Təzə kəlam 2010/12/07
    İslam sözü lüğətdə "Allahın" müqabilində kamil surətdə təslim olmaq" deməkdir. Yəni heç bir qeyd və şərt olmadan ilahi qanunlara tabe olmaq. Din deyəndə isə "bəşəriyyətin bütün hallarda (ictimai və fərdi) ilahi qanunlara əsaslanması və Allahla insanların rabitəsi" başa düşülür. Bu səbəbdəndə bütün əsrlərdə peyğəmbərləri qəbul etmək onların gətirdiyi dinə (qeyd- ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    21642 Nizamlar hüquq və əhkam 2011/08/09
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • Dünyanın ilk yaranmasını təşkil edən maddə nədir, Quran və hədislərin bu mövzuda nəzəri nədir?
    20908 Qədim kəlam 2011/02/15
    Təbiət şünas alimlərinin bu mövzuda olan dəqiq nəzəriyyələri budur ki, varlığın ilk maddəsini təşkil edən ünsürlar bunu isbat edir ki, əslində fəzada dağılmış "sedyom"- ların təşkil olmasıyla yaranmışdır. Bu maddə uzun zamanlardan təqribiylə 13 milyard il şiddətli partlayış nəticəsində, hissələr və qismətlərə bölünmüşdür, günəş, ulduzlar, göy (səma) yer və...özlərinə məxsus ...