Ətraflı axtarış
Baxanların
6301
İnternetə qoyma tarixi: 2010/11/10
Sualın xülasəsi
Şiələrin nəzərində on ikinci imamın qeybdə olmasına etiqad bütün imamət nəzəriyyəsində şübhə yaradırmı?
Sual
Şiələrin nəzərində on ikinci imamın qeybdə olmasına etiqad bütün imamət nəzəriyyəsində şübhə yaradırmı?
Qısa cavab

Sualda ümumi şəkildə və konkret nümunənin təyin edilmədiyi halda “qeybət dövrünün imamət nəzəriyyəsi ilə təzadı” irəli çəkildiyinə görə, imamın vəzifələrində müəyyən ünvanları zikr etməli, sonra onun qeybət dövrü ilə uyğun gəlib-gəlməməsini təhlil edəcəyik.

İmamət – nübüvvətin davamıdır, fərqi də təkcə vəhyin (imama) nazil olmamasıdır. Bu məqam bütün nübüvvət vəzifələrini öhdəsinə alır ki, onların ən mühümü aşağıdakılardan ibarətdir:

1. İlahi hökumətin bərqərar edilməsi, insanların zalımların hakimiyyəti dairəsindən azad edilməsi.

Qiyam və hökumət təşkil edilməsi ictimai bir zərurət olduğundan, camaat tərəfindən qəbul olunan bir şəxsin rəhbərliyi ilə baş verməlidir. Buna əsasən, cəmiyyətin rəhbərindən tələb etmək olmaz ki, hər bir vəziyyətdə və şəraitdə hökumətin ələ keçirilməsi üçün tədbir görsün. Çünki, Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih) hicrətdən əvvəlki dövrlərdə heç vaxt belə bir iş görməmişdi. Bu məsələnin də o həzrətin nübüvvəti ilə heç bir ziddiyyəti yox idi, əksinə, o dövrün ictimai anarxiyasından hekayət edirdi. İmam Zaman (əleyhis-salam)-ın qeybət dövrü də islamın əvvəllərində olduğu kimi, fitnə və qarışıqlıqla dolu olan bir dövrandır. Deməli, ictimai şəraitin mövcud olmadığı bir halda on ikinci imamdan qiyam etməsini tələb etmək yersiz bir tələbdir. Digər tərəfdən, gördüyümüz kimi, onun ən böyük və qabarıq xüsusiyyəti “haqq-ədalətin bərqərar edilməsi üçün qiyam” ünvan olunmuşdur. Deməli, o Həzrətin qeybət dövründə olması onun ilkin vəzifəsi ilə heç bir ziddiyyət təşkil etmir. Bunların hamısı da camaatın dindən uzaqlaşmasının və islamı qəbul etməkdə səhlənkarlıq və süstlüyünün nişanəsidir.

2. İlahi maarifin bəyan edilməsi və insanlara düz yolun göstərilməsi.

Bu, imamın ikinci vəzifəsidir ki, bəzən müəyyən yollarla, bəzən isə bilavasitə baş verir. Necə ki, Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih) mövcud çətinliklərə görə, o cümlədən, camaatın o Həzrəti görə bilmədiyi üçün ilahi maarifin bəyan və insanları haqqa doğru hidayət etmək üçün islam məsələlərindən agah olan əməlisaleh, təqvalı insanları müxtəlif məntəqələrə göndərirdi. Bu vəzifə də eynilə imam Zaman (əleyhis-salam)-ın kiçik qeybət dövründə xüsusi naiblər, böyük qeybət dövründə isə ümumi naiblər təyin etməsi ilə baş verir. Bunlar imamın vəzifələrindən bir qismidir. Beləliklə, imam Zaman (əleyhis-salam)-ın qeybətdə olmasının bu kimi işlərlə ziddiyyətdə olmaması sübuta yetir. Amma o imamın faydaları və xeyir-bərəkətləri o həzrətin vəzifələrindən olduqca artıqdır ki, onun hazır və ya qaib olması dövrlərinə həsr edilmir.

İmam (əleyhis-salam) aləmin qütbü və döyünən ürəyi, yerin və göyün mərkəzi orbitidir. Belə ki, Peyğəmbər (səlləllahu əleyhi və alih) xanədanı çox buyurmuşlar ki, “əgər yer üzündə imam olmasaydı, yer öz sakinlərini udardı.”

İmam (əleyhis-salam) yerlə asiman arasında əlaqə vasitəsi, ilahi xeyir-bərəkətin nazil olma yeridir; onun duası qəbul olunur, niyyəti başdan-ayağa xeyir-bərəkətdən ibarətdir. Bu məsələyə hidayət imamlarının (əleyhimus-salam) ziyarətlərində çox işarə edilmişdir.

Tarix boyu Allahın layiqli, saleh bəndələrinin inadkar düşmənləri olub ki, onların da hamısının başçısı məlun İblisdir. İmam Zaman (əleyhis-salam) insanların ruhlarında və canlarında qüdsi təsərrüf etməklə onları günah bataqlığına düşməkdən xilas edir və onları düz yola istiqamətləndirir. Bunların hamısı qeybdə olan imamın xeyir-bərəkətlərinin bir qismidir. Bu, ümumi şəkildə Peyğəmbər (səlləllahu əleyhi və alih)-in məşhur rəvayətində “bulud arxasında olan günəşə” təşbeh edilmişdir. Belə ki, insanlar o Həzrəti imam ünvanı ilə görmədən daim onun xeyir-bərəkətlərindən və feyzlərindən bəhrələnirlər.

Ətreaflı cavab

Nəzərdə tutulan sualın həqiqi hədəfi məlum deyil və sual soruşan şəxs təyin etməmişdir ki, imam Zaman (əleyhis-salam)-ın qeybət dövrü imamət nəzəriyyəsinin hansı yönü ilə ziddiyyətdədir? Buna görə də gərək əvvəlcə imamın vəzifələrini ayrı-ayrılıqda araşdıraq, sonra onların qeybətlə zidd və ya müvafiq olmasını ünvanlayaq.

İmamət – nübüvvət yolunun davamından ibarətdir[1] və imam Peyğəmbər (səlləllahu əleyhi və alih)-in xüsusiyyətlərinin hamısına malik olmalıdır. Sadəcə olaraq ona vəhy və ayə nazil olmur. Deməli, imam da Peyğəmbər kimi üç əsl vəzifəyə malikdir:[2]

1. Ədalətli hökumətin təşkil edilməsi üçün tədbir görmək və camaatı zalım hakimlərin zülmündən azad etmək;

2. İlahi maarifin bəyan edilməsi və onları insanların qulağına çatdırmaq;

3. İnsanların düzgün ilahi yola hidayət edib yol göstərilməsi.

Bu üç məsələ imamın ən mühüm vəzifələrini göstərir. Amma əgər münasib olmayan ictimai şərait, yaxud islam ümmətinin süstlüyü nəticəsində imam (camaatla) müştərək olan vəzifələrdən bəzilərini yerinə yetirərək onları camaata çatdıra bilməsə, o Həzrətin tərəfindən qüsur və səhlənkarlıq baş verməmişdir. Aydındır ki, bu məsələnin imamətin fəlsəfəsi ilə heç bir ziddiyyəti yoxdur.

Qiyam edib hökumət təşkil etmək ictimai bir hərəkətdir və özünəməxsus münasib şəraitləri tələb edir. Əgər “rəhbərin vəzifəsi budur ki, hər bir şəraitdə, hətta müsəlmanların xeyrinə və mənfəətinə olmasa belə, qiyam edib hökuməti ələ alsın” - desək, bu söz əbəs və puçdur. Çünki, bildiyimiz kimi, Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih) hicrətdən əvvəl – Məkkədə olduğu zaman – münasib olmayan mövcud şərait səbəbi ilə nəinki qiyam edərək hökumət təşkil edə bilmədi, hətta cəmiyyətdə islamın zahiri işlərini əncam verməkdə belə, çox da müvəffəqiyyət qazana bilmədi! Bu məsələ heç vaxt o həzrətə eyib gətirərək onun süstlükdə, səhlənkarlıqda müttəhim olunmasına səbəb olmadı; əksinə, bu o dövrün xoşagəlməz ictimai şəraitini göstərirdi: camaatda islam hökumətini qəbul etməyə hazırlıq yox idi.

Bu məsələ təkcə Peyğəmbərin əsrinə aid deyildi. Camaatın dini unutması və dindən qaçması digər imamların dövründə də – birinci imamdan başqa; o da özünün şərif ömrünün axır vaxtlarında – islam hökuməti təşkilində yekdil fikrə gəlməmələrinə səbəb oldu. Bu da imamətin fəlsəfəsində heç bir xələl icad etmir.

Qeyd olunan bəyanlara əsasən, böyük qeybət dövrü də imamın bu vəzifəsi ilə ziddiyyətli deyildir. Ümumiyyətlə, hər vaxt ilahi qanunların, əmr və fərmanların islam hökuməti qalibində icrasına şərait və imkan yaransa, o gün qeybət dövrünün son günü olacaqdır. Bəlkə də demək olar ki, on ikinci imamın ən böyük xüsusiyyəti[3] onun ilahi ədalətin göstəricisi və bariz nümunəsi olan dünya səviyyəli ədalət hökuməti olacaqdır. Deməli, imamın qeybdə olması islam hökumətinin təşkili ilə əlaqədar imamət nəzəriyyəsi və fəlsəfəsi ilə ziddiyyətli ola bilməz.

İmamın vəzifəsinin ikinci yönünə gəldikdə isə:

İslamın əvvəllərində Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih)-in hər məntəqəyə gedərək bütün qəbilələr və xalq kütlələri ilə şəxsən görüşməsi mümkün deyildi; o həzrət din işlərinə agah olanları və Quran hafizlərini islami maarifi bəyan etmək üçün müxtəlif məntəqələrə göndərirdi.[4]

Bu, Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih)-in özündən qoyduğu gözəl adət-ənənə və yadigar, islam maarifinin yayılması üçün ən məntiqi, ağılı bir yoldur.

On ikinci imam da kiçik qeybət dövründə bu üslubdan istifadə etmiş, özünün xüsusi naiblərini təyin etməklə camaatın dini və elmi ehtiyaclarını aradan qaldırmışdır. Bu üslub kiçik qeybət dövründən sonra da davam etmiş, lakin böyük qeybət dövründə bir qədər dəyişilmişdi: yəni imam Zaman (əleyhis-salam) bu vəzifənin öhdəsindən gələ bilən, lazımi şərtlərə ümumi şəkildə malik olan insanları təyin etdi və qarşıya çıxan yeni hadisələrdə camaatın onlara müraciət etməyini buyurdu.[5]

Bu məsələ burada sona çatmırdı: elə məsələlər qarşıya çıxa bilərdi ki, bu naiblər onu aradan qaldırıb münasib cavab verə bilməsinlər. Məhz belə olan halda imam Zaman (əleyhis-salam) ya zəmanənin ən ləyaqətli şəxsinə aşkar olar, ya da başqa vasitə ilə hidayət yolunu onlara göstərər. (Bu barədə islam fiqhində “duxuli icma” məsələsini qeyd etmək olar.)[6] O həzrətin hüzuruna çatan layiqli insanlar barəsində yazılan kitablara qısa nəzər sala bilərik.

Qeybət dövrünün imamətin fəlsəfəsi və nəzəriyyəsi ilə üçüncü yöndə də ziddiyyətli olmadığı əvvəlki məsələlər kimdir. Buna görə də yenidən zikr edib ətraflı cavablandırmağa ehtiyac duyulmur.

Yuxarıda qeyd olunanlardan əlavə, iki məsələni də qeyd etmək zəruri nəzərə çarpır:

a) “İmamın qeybdə olması” dedikdə məqsəd o Həzrətin cismani cəhətdən qeybə çəkilməsi deyil. Çünki, o da cəmiyyətin sair insanları kimi adi bir həyata malikdir, bu fərqlə ki, onun şərif ömrü Allahın izni ilə uzanmışdır. Bu da əqli və fiziologiya qanunlarının əksinə deyildir. Deməli, “on ikinci imamın qeybət dövrü” dedikdə məqsədimiz onun ünvan cəhətindən qeybdə olmasıdır, yəni o Həzrət zühur dövrünə qədər özünü “imam və dünya şiələrinin rəhbəri” ünvanı ilə və ümumi şəkildə camaata təqdim etməyəcəkdir.

b) İmamətin fəlsəfəsində deyilən hallar imamın vəzifələrinə məxsus idi. Amma imamdan görünən bəzi məsələlər vəzifə ünvanı ilə deyil, əksinə Allahın lütf, mərhəmət və rəhmaniyyəti yönü ilədir. Belə ki, bunlar məhz o həzrətin səbəbi ilə bizə nazil olur. Onlar nümunə olaraq aşağıdakılardan ibarətdir:

1. Dünyanın döyünən qəlbi: Əhli-beyt (əleyhimus-salam)-ın buyurduqlarına uyğun olaraq “imam dünyanın döyünən qəlbidir.”[7]

İmam aləmin yaranıb davam etmə səbəbidir. Belə ki, rəvayətlərdə belə qeyd olunur: “Əgər yer üzündə imam olmasaydı, yer öz əhalisini mütləq udardı.”[8]

2. İmam ilahi feyzin davam etmə vasitəsi, asimani xeyir-bərəkətin camaata nazil olma məcrasıdır. Buna görə də peyğəmbərlərin və imamların ziyarətində deyilir: “Asiman sizin səbəbinizlə yağış yağdırır, yer sizin səbəbinizlə ağac (bitki) cücərdir, ağaclar sizin səbəbinizlə meyvə verir.”[9]

3. Nəfslərə (ruhlara mənəvi) təsir və insanların yolunu azıb zəlalətə düşmələrinin qarşısını almaq.[10] Bu da Məhərrəm, Səfər və s. müqəddəs aylarda və günlərdə dünya səviyyəsində müşahidə olunan bir məsələdir.

Deyilənlərin hamısı qaib imamın xeyir-bərəkət və faydalarına qısa işarələr idi. Belə ki, Peyğəmbər (səlləllahu əleyhi və alih)-in buyurduğuna əsasən, belə bir imam bulud arxasında olan günəşə bənzəyir[11] və insanlar onun vücudundan bəhrələnirlər.

Əlbəttə, Peyğəmbər (səlləllahu əleyhi və alih)-in şərif bəyanında çox elmi incəliklər vardır ki, əlavə məlumat almaq üçün bu barədə yazılan müfəssəl kitablara[12] müraciət edə bilərsiniz.[13]

Mənbələr:

1. Misbah Yəzdi, Məhəmməd Təqi, “Əqaid təlimləri”

2. Təbatəbai, Seyid Məhəmməd Hüseyn, “İslamda şiə”

3. Təbəri, Məhəmməd ibni Cərir, “Dəlailul-imamət”

4. Sübhani, Cəfər, “İslam tarixindən bəzi hissələr”

5. Şeyx Hürr Amili, "Vəsailuş-şiə"

6. Müzəffər, Məhəmmədrza, “Üsuli fiqh”

7. Məhdi Pişvayi, “Məsumların həyatı”

8. Kuleyni, “Üsuli kafi”

9. İbni Quləveyh Qummi, “Kamiluz-ziyarat”

10. Xərrazi, Seyid Möhsün, “Bidayətul-məarifil-ilahiyyə”

11. Məclisi, Məhəmməd Baqir, "Biharul-ənvar"

12. Qəzvini, Seyid Məhəmmədkazim, “İmam Məhdi – təvəllüddən zühura qədər”, tərcümə: Kərəmi, Əli Hüseyni, Seyid Məhəmməd



[1] Misbah Yəzdi, Məhəmməd Təqi, “Əqaid təlimləri”, səh. 306

[2] Təbatəbai, Məhəmməd Hüseyn, “İslamda şiə”, səh. 176

[3] Təbəri, Məhəmməd ibni Cərir, “Dəlailul-imamət”, səh. 240

[4] Sübhani, Cəfər, “İslam tarixindən bəzi hissələr”, səh. 307

[5] Şeyx Hürr Amili, "Vəsailuş-şiə", 18-ci cild, səh. 101

[6] Müzəffər, Məhəmməd Rza, “Üsuli fiqh”, səh. 358

[7] Pişvayi, Məhdi, “Məsumların həyatı”, səh. 719

[8] Kuleyni, “Üsuli Kafi”, 1-ci cild, səh. 179

[9] İbni Quləveyh Qummi, “Kamiluz-ziyarat”, ikinci ziyarət

[10] Xərrazi, Seyid Möhsün, “Bidayətul-məarifil-ilahiyyə”, 2-ci cild, səh. 153

[11] Məclisi, Məhəmməd Baqir, "Biharul-ənvar", 52-ci cild, səh. 93

[12] Qəzvini, Seyid Məhəmməd Kazim, tərcümə: Kərəm, Əli, Hüseyni, Seyid Məhəmməd, “İmam Məhdi – təvəllüddən zühura qədər”, səh. 335

[13] Əlavə məlumat almaq üçün aşağıdakı görünüşlərə müraciət edin: “İmam Məhdi şiə nəzərindən”, sual: 160; “Qeybət dövründə imam Zaman (əleyhis-salam)-ın vücud faydaları”, sual 654; “İmamın uzun ömürlü olmasının səbəbi”, sual 221

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    163853 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    159165 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    118751 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    111919 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    105781 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    92598 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54142 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    49554 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    44955 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    44408 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...