Ətraflı axtarış
Baxanların
7230
İnternetə qoyma tarixi: 2011/03/06
Sualın xülasəsi
Müxtəlif insanların iman gətirməməsi ilə əlaqədar Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih)-in məsuliyyət daşımaması və cihad, əmr be məruf (yaxşılıqlara dəvət) və nəhy əz münkər (pisliklərdən çəkindirmək) arasında ziddiyyət yoxdurmu?!
Sual
Qurani kərimdə sirat körpüsü barəsində məlumat verilibmi?
Qısa cavab

Quranın bəzi ayələri camaatın iman gətirməməsi qarşısında Peyğəmbəri-Əkrəmi cavabdeh hesab etmir. Bunun mənası odur ki, camaatın iman gətirməməsi o həzrətin öhdəsinə deyildir. Çünki iman qəlblə əlaqədar bir məsələdir və qəlbi işlərdə icbara yol yoxdur. Əksinə, onun gerçəkləşməsi müəyyən müqəddimələri tələb edir. İnsan məhz bu müqəddimələrdən sonra iman və ya küfr yolunu öz ixtiyarı ilə seçə bilər.

Peyğəmbər (səlləllahu əleyhi və alih)-in vəzifəsi də məhz həmin müqəddimələrə şərait yaratmaq idi. O həzrətin vəzifəsi bu idi ki, camaatı İslam təlimlərinə doğru çağırsın, onların iman gətirməsi üçün lazım olan şəraiti yaratsın, nəticədə iman gətirməyənlər barəsində Allah və Onun Peyğəmbəri tərəfindən heç bir laqeydliyə yol verilməmiş olsun.

İslamda əmr be məruf, nəhy əz münkər və ibtidai cihad da camaatı zorla imana məcbur etmək məqsədi ilə deyil, İslam hökmlərinin icrası, təlimlərinin təbliği və camaatın hidayət olunması məqsədi ilə qanun halına salınmışdır.

İslamda cihad müdafiə mahiyyəti daşıyır və təcavüzün hər bir növü məhkum olunur. Lakin müdafiə bəzən ayrı-ayrı şəxslərin, bəzən hər hansı bir millətin, bəzən isə ümumi şəkildə insani hüquqları müdafiə etmək məqsədi ilə ola bilər. Biz inanırıq ki, iman, tövhid və camaatın düzgün yolda hərəkəti üçüncü qisimdəndir. Buna görə də tövhidin yayılmasına mane olanlarla müharibə aparmaq lazımıdır. Bu da həqiqətdə təcavüzkarlıq deyil, müdafiə xarakteri daşıyır.

İmanda icbara, məcburiyyətə yol olmadığından, belə bir müharibə tövhid əqidəsinin zorla qəbul etdirilməsi üçün deyil, ona görə aparılır ki, təbliğ və dəvət yolu üzərində olan maneələr aradan qaldırılsın. Əmr be məruf və nəhy əz münkər də məhz həmin məqsədlə dəyərləndirilir.

Ətreaflı cavab

Belə suala cavab verilməsi iman, əmr be məruf və nəhy əz münkər, eləcə də ibtidai cihad barəsində düzgün təsəvvür və anlayış əldə etməklə müyəssər ola bilər. İman iki əsas ünsürdən təşkil olunmuşdur: bir tərəfdən insanın əql qüvvəsi və təfəkkürü onu qəbul etməli, digər tərəfdən isə qəlb ona meyl etməlidir. Bu ikisinin heç birində zorakılığa və icbara yol yoxdur. Hər hansı bir şeyə zorla və ikrah üzündən ürək bağlamaq, məhəbbət bəsləmək olmaz. Eləcə də hər hansı bir fikri və əqidəni məcburi olaraq qəbul etmək olmaz.[1] Buna görə də Qurani-kərimdə buyurulur: “Dində heç bir məcburiyyət yoxdur...” [2]

Eləcə də Allah-taala Öz Peyğəmbərinə xitab edərək buyurur:

وَقُلِ الْحَقُّ مِن رَّبِّکُمْ فَمَن شَاء فَلْیُؤْمِن وَمَن شَاء فَلْیَکْفُرْ

“De, haqq Rəbbiniz tərəfindəndir; hər kəs istəsə, iman gətirsin; hər kəs də istəsə, kafir olsun.”[3]

Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih) insanları iman gətirməkdə azad qoymalıdır.[4] Camaatın iman gətirmədiyi üçün o həzrət həddindən artıq qüssələnməməli, özünü narahat etməməli idi. Quran bu barədə buyurur:  “Ey Peyğəmbər! Sən onların iman gətirmədiklərinə görə az qalırsan ki, qəm-qüssənin şiddətindən canını əldən verəsən!”[5]

Bu kimi ayələrin hamısında aşkar şəkildə buyurulur ki, etiqad, din və iman qəlbə aid olan işlərdir və bu kimi məsələlərdə icbarın heç bir təsiri yoxdur. Allah-taalanın Öz Peyğəmbərinə xitab edərək “Xatırlat, çünki sən yalnız xatırladansan və onların iman gətirməmələri qarşısında heç bir məsuliyyət daşımırsan”[6] - deyə buyurması da dəqiq şəkildə həmin məqsədi izləyir. O həzrətin vəzifəsi yalnız camaatı Allaha doğru çağırmaq idi. Dəvəti də hikmət, məntiq, dəlil-sübut və gözəl moizələrlə baş verməlidir.[7] Başqa sözlə desək, imanın gerçəkləşməsi üçün müəyyən müqəddimələr lazımdır və insan məhz o müqəddimələri qət etdikdən sonra iman və ya küfr yolunu seçə bilər. İslam Peyğəmbərinin vəzifəsi də həmin müqəddimələri hazırlamaq olmuşdur. Onun vəzifəsi bu idi ki, insanları İslam təlimlərinə doğru dəvət etsin, onların iman gətirməsi üçün lazım olan şəraiti hazırlasın. Belə ki, iman gətirməyənlər müqabilində Allah və Onun Rəsulu tərəfindən heç bir laqeydlik baş verməmiş olsun.

Əmr be məruf, nəhy əz münkər və ibtidai cihad da imanı icbar üzündən camaata qəbul etdirmək məqsədi güdmür; İslam təlimlərinin icrası, camaatın hidayəti və dinin təbliğ olunma vəzifəsini izləyir. Bütün insanlar təcavüzkarlığı pisləyir, amma hər müharibə təcavüzkarlıq deyildir; hər hansı bir insanın, yaxud bir millətin hüquqlarını müdafiə etmək məqsədi ilə müharibə etmək nəinki pis deyildir, əksinə müqəddəs hesab olunmur.

Quranda bu növ cihada işarə olunmuşdur.[8] Amma diqqət yetirmək lazımıdır ki, hüquqlar bəzən hər hansı bir şəxs və ya müəyyən bir millətlə məhdudlaşır, bəzən isə bir şəxs və ya millətin hüdudlarından aşaraq bütün insanlara aid olur. Misal üçün, azadlıq məsələsi hər hansı bir şəxsə və ya millətə məxsus deyildir, əksinə bütün insanların bu nemətdən bəhrələnmək haqqı vardır. Belə bir haqqı müdafiə etmək üçün hətta qarşı tərəfdən kömək diləməyə belə ehtiyac yoxdur.

Başqa sözlə desək, əsarətdə olan, həbsdə saxlanan bir şəxsin özünün də bunu təsəvvürünə gətirməməsi, kömək istəmək fikrinə düşməməsi mümkündür; amma əgər onu xilas etmək qüdrətinə malik olan başqa bir şəxs bu məsələdən agah olsa və onun azadlığı üçün müəyyən tədbir görsə, bütün insanlar belə bir əməli “qanuni müdafiə” ünvanı ilə təhsin və sitayiş edirlər. Çünki, bu iş şəxsi və milli deyil, insani yönə aiddir. Buna görə də daha artıq müqəddəsliklə yad edilir.[9]

İnsan hüquqlarının müdafiə nümunələrindən biri olan əmr be məruf və nəhy əz münkər məsələsində hansısa millətə, tayfaya məxsus olmayan mənəvi dəyərlər müdafiə olunur. Həqiqətdə bu göstəriş ona görə verilmişdir ki, insanlar Allaha doğru dəvət olunsunlar. Onun bəzi mərtəbələri əməldə icbar və zor işlətməklə nəticələnsə də, bu işlər camaatın zorla iman gətirməsi üçün deyil, əksinə buna görədir ki, cəmiyyətin hidayətinə lazım olan şəraitlər hazırlansın, cəmiyyət səhnəsi paklaşdırılsın, mənəvi tərəqqi yolu üzərində olan maneələr aradan qaldırılsın, nəticədə bu yolu ötüb keçmək istəyənlər tam azad şəkildə öz məqsədlərinə nail ola bilsinlər.

İman və tövhid də insani hüquqların ayrılmaz bir hissəsi hesab olunur. Çünki, din və tövhid düzgün yoldur,[10] bütün insanların səadəti ona bağlıdır və heç bir vəchlə şəxsi bir məsələ kimi qələmə verilə bilməz. Buna görə də başqası ilə vuruşmaq tövhidi qəbul etdirmək məqsədi ilə baş vermir – çünki, tövhid zorakılığı qəbul etmir – əksinə, ona görə müharibə aparılır ki, təbliğ və haqqa dəvət yolu üzərində olan maneələr aradan qaldırılsın.

Biz əqidə azadlığının deyil, fikirləşmə və düşüncə azadlığının tərəfdarıyıq. Çünki fikirləşmək dəlil-sübut və məntiq mənasınadır, əqidə isə insanın qəlbində nüfuz edən etiqad mənasınadır. Mümkündür, hər hansı bir əqidənin heç bir fikri (və məntiqi) əsasları olmasın. Yəni sırf təqlid və ya adət üzündən olan belə əqidələr insanları əsarətə doğru sürükləyir. Məhz bu halda məntiqi əsaslara malik olmayan belə əqidə ilə mübarizə bəşəriyyətin buxovlardan, kor-koranə təqliddən irəli gələn əsarətdən azad edilməsi məqsədi daşıyır və həqiqətdə bəşəriyyətin əleyhinə deyil, onun azadlığının müdafiəsi məqsədi ilə aparılan müharibə sayılır.[11]

İman və tövhidin bəşərin danılmaz və fitri haqqı olmasının, insani hüquqların ayrılmaz bir qismi sayılmasının səbəbi budur ki, iman və tövhid fərdin və cəmiyyətin mənəvi həyat amilidir. Həzrət Əli (əleyhis-salam) buyurur: اَلتَّوْحِیدُ حَیَاةُ النَّفْسِ “Tövhid ruhun həyatıdır”[12] Qurani-kərim də kafiri tövhiddən məhrum olduğuna görə ölü hesab edir və onu dirilənin qarşılığı qərar verib buyurur: لِیُنْذِرَ مَنْ کَانَ حَیًّا وَ یَحِقَّ الْقَوْلُ عَلَى الْکَافِرِینَ “ta ki, o (Peyğəmbər) diri olan şəxsləri ilahi əzabdan qorxutsun və haqq əzab vədəsi kafirlərə gerçəkləşsin.”[13]

Deməli, qeyd olunan ayə və rəvayətin məcmusu göstərir ki:

Əvvəla, tövhid fərdin və insani cəmiyyətin mənəvi həyat amilidir. İkincisi, bu həyat amili bütün bəşəriyyətin danılmaz haqqıdır və bütün insanların ondan istifadə etməyə haqqı vardır. Bundan əlavə, həyat, Xaliqinin bütün bəşər övladlarına verdiyi bir haqq olduğundan, nəinki başqalarını ondan məhrum etmək olmaz, hətta insanın özünün də özünü bu nemətdən məhrum etməyə haqqı yoxdur.

Buna əsasən, insanların fitri haqlarını müdafiə etmək lazım, küfr və şirk amilləri ilə mübarizə aparmaq zəruridir. Yəni hər hansı bir fərd, yaxud müəyyən qrup bir insanın və ya cəmiyyətin zahiri həyatına xəsarət vurmaq, onları fiziki cəhətdən aradan aparmaq istədiyi zaman onları müdafiə etmək lazım və vacib olduğu kimi, hər hansı şəxs və ya qrup bir insanın və cəmiyyətin mənəvi həyatını məhv etmək, onlara zərbə vurmaq və onları kafir etmək, yaxud onların İslam və iman gətirməsinin qarşısını almaq istədikləri zaman da onları müdafiə etmək zəruri və vacib olacaqdır.

Buna görə də İslam dininin ən mühüm proqramlarından biri olan cihad mütləq onun əsil parametrləri olan rəhmət, insani hüquqların dirçəldilməsi, səadət və mənəvi həyatın yolu üzərində olan maneələrin aradan qaldırılması ilə birlikdə nəzərə alınmalıdır:

“Əgər Allah insanların bəzisini, digərlərinin vasitəsi ilə aradan aparıb dəf etməsəydi, yer üzündə fəsad yaranardı, lakin Allah bütün aləmlərə fəzl və mərhəmət sahibidir.”[14]

“Əgər Allah insanların bəzisini, digərlərinin vasitəsi ilə dəf etməsəydi, yəhudilərin sövmiələri, məsihilərin monastırları, namaz qılınan və Allahın zikr olunduğu məscidlər çox-çox dağılıb xarab olunardı.”[15]

Yer üzünün fitnə-fəsad və puçluqdan qorunması, dini mərkəzlərin dağıdılmasının qarşısının alınması elə bir rəhmətdir ki, təcavüzkarları dəf etmədən, maneçilik törədənləri aradan qaldırmadan mümkün deyildir. Buna görə də belə maneələrin dəf edilməsi, yol üzərində olan tikanlı maneələrin təmizlənib aradan qaldırılması, insanın mənəvi dirçəlişinə, tərəqqisinə maneçilik törədənlərin yol üstündən götürülməsi və s. xeyirxah işlərin və ilahi rəhmətin bariz nümunələrindən hesab olunur.[16]

Bir sözlə, əziz İslam Peyğəmbəri (səlləllahu əleyhi və alih) camaatın iman gətirməməsi qarşısında məsuliyyət daşımır; onun vəzifəsi yalnız insanların ixtiyar üzündən iman gətirməsi üçün lazım olan mühit və şəraiti hazırlamaqdır. İslamda əmr be məruf və nəhy əz münkər, eləcə də ibtidai cihad məhz həmin məqsədlə qanun halına salınmışdır.[17]



[1] Bax: Görünmüş: “Dində məcburiyyət”

[2] “Bəqərə” surəsi, ayə: 256

[3] “Kəhf” surəsi, ayə: 29

[4] “Yunus” surəsi, ayə: 99: “Əgər sənin Pərvərdigarın istəsəydi, yer üzündə olan bütün insanlar hamılıqla (icbar üzündən) iman gətirərdilər. Yoxsa sən camaatı imana məcbur etmək istəyirsən?!”

[5] “Şüəra” surəsi, ayə: 3; “Kəhf” surəsi, ayə: 6

[6] “Ğaşiə” surəsi, ayə: 22: “Sonra xatırlat; çünki, sən yalnız xatırladarsan. Sənin onlara heç bir hakimiyyətin yoxdur ki, onları imana məcbur edəsən.” Bax: “Əl-mizan” təfsiri, 6-cı cild, səh. 162-165

[7] “Nəhl” surəsi, ayə: 125

[8] “Bəqərə” surəsi, ayə: 190, “Həcc” surəsi, ayə: 38-41, “Tövbə” surəsi, ayə: 36

[9] Quranda buyurulur: “Nə üçün Allah yolunda, eləcə də zalımların əlində əsir olaraq zəiflədilmiş kişilər, qadınlar və uşaqların (azadlığı) yolunda cihad etmirsiniz?! Belə isə, məzlumların zalımların əsarət caynaqlarından xilas olması üçün gərək vuruşasınız.”

Belə bir müharibə insan haqlarının müdafiəsi hesab olunur. İslamda yalnız müdafiə müharibələrinə icazə verilmişdir. Amma müdafiə yönlü müharibənin məfhumunun xüsusi meyarları (istilahda olan ibtidai cihadın da müdafiə mahiyyəti) vardır.

[10] Hər bir halda ilkin prinsipə əsasən, müharibənin müdafiə ünvanı ilə olmasında hamı yekdil fikirdədir; ixtilaf yalnız hansı müharibələrin ibtidai olmasındadır. Yəni bunun nümunəsinin tətbiq edilməsində ixtilaf vardır.

[11] Bax: “Cihad və onun Quranda qanuni olma halları”, Şəhid Mütəhhəri, səh. 5-70

[12] “Ğurərul-hikəm”in şərhi, 1-ci cild, səh. 145

[13] “Yasin” surəsi, ayə: 70 (Məqsəd budur ki, Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih) diri insanları ilahi əzabdan qorxutsun və kafirlərə höccəti tamam etsin ki, onlara ilahi əzab fərmanı qətiləşsin.) "Təfsiri-nümunə", 1-ci cild, səh. 438

[14] “Bəqərə” surəsi, ayə: 251

[15] “Həcc” surəsi, ayə: 40

[16] Bax: Cavadı Amuli, Əbdüllah, “Həmasə və irfan”, səh. 23-27

[17] Əlavə məlumat üçün bax: “Əl-mizan” təfsiri, 2-ci cild, səh. 61-71, 2-ci cild, səh. 342-343, 6-cı cild, səh. 162-165

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Qüslün və dəstəmazın əvəzinə təyəmmüm etməyin keyfiyyətini bəyan edin?
    7882 Nizamlar hüquq və əhkam 2012/02/13
    Təyəmmün necəliyi: Təyəmmümdə dörd şey vacibdir: 1. Niyyət, 2. İki əli bir yerdə təyəmmüm səhih olan şeyin üzərinə vurmaq, 3. Hər iki əlin içini bütün alına və alının iki tərəfinə çəkmək, ...
  • Əvba qəzvəsi nədir?
    6428 تاريخ بزرگان 2012/03/14
    Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) Qureyş və Bəni-Zümrə qəbiləsi ilə müharibə aparmaq üçün səfər etdiyi ilk qəzvədə öz köməkçilərindən iki yüz nəfərlə şəhərdən xaric oldu, Vədan və Əvba məntəqəsinə tərəf irəliləri. Lakin Qureyşdən heç bir əsər-əlamət görmədiyindən qayıtdı. Bu qəzvəni “Vədan və Əbva qəzvəsi” adlandırırlar. Burada müharibə ...
  • Yuxu ilə huşdan geymə vəziyyətində ruhun fəaliyyətlərinin fərqi nədir?
    11591 İslam fəlsəfəsi 2011/11/24
    Ruhun ayıqlıqda bədənlə əlaqəsi və idarəsi onun yuxudakı əlaqə və idarəsi ilə tamamilə fərqlidir. Buna görə də islam təlimlərində yuxu bir növ “ölümün qardaşı” hesab olunmuşdur.Təcrübi elmlərin yuxu zamanı ruhun bədənlə əlaqəsinin necəliyi barədə agahlığı olmasa da, yuxu zamanı baş verən fiziki dəyişikliklərə ...
  • Misir müsəlmanlarının imam Əliyə (ə) inancları vardırmı?
    6955 تاريخ بزرگان 2012/09/01
    Misir dövləti İslamın mühüm mərkəzlərindən biridir və Misir xalqı Əhli- beytə xüsusi hörmət və sevgi bəsləyirlər. İranın Misirdəki mədəniyyət nümayəndəsi cənab Dr Zəmani bu barədə belə deyir: Bu ölkənin bütün əhalisini Əhli- beyit (ə) və Peyğəmbər (s) aşiqi hesab etmək olar. Onlar pak İmamlara (ə) şiddətli şəkildə ...
  • Nə üçün Allahın sifətlərinin içərisində yalnız ədalət sifəti üsuliddindən hesab edilir?
    9243 Qədim kəlam 2011/11/14
    Şiənin əqaidi tovhid, ədalət, məad, nübuvvət və imamətdən təşkil olunmuşdur. Baxmayaraq ki, ədalət Allahın sifətlərindən biridir və tovhid bəhsində izah edilmlədir. Lakin böyük əhəmiyyət kəsb etdiyindən ayrıca izah edilir. Amma əhəmiyyətli olmasının səbəb ondan ibarətdir ki, ədalət sifəti ədliyyə (şiə və mötəzilə) kəlamı ...
  • Heyzli qadının hazırladığı yemak, əli ilə yoğrulub hazırlanın çörəklərin və yeməklərin yeməyin nə iradı var?
    14215 Heyiz və nifas 2014/05/18
    Əvvəlcədən bir məsələni qeyd etmək lazımdır ki. İslamdan əvvəl cahiliyyət dövründə insanlar heyz halında olan qadını bir növ çirikn sayır və onlarla yaxından əlaqə qurmurdular. Həmin məsələyə görə, qadın aybaşı vaxtı evin bir küncünə qısılır, ona əşya kimi baxılır və ondan uzaqlaşırdılar.[1] Amma, İslamda ...
  • İslam peyğəmbəri Həzrət Məhəmməd (s)- in həyatını qısa olaraq bəyan edin.
    4941 پیامبر اکرم ص 2019/10/09
  • İslam dininin təkcə haqq din olmasına baxmayaraq, nəyə görə Quranda digər dinlərin tərəfdarlanın da nicat tapanlardan olmasınin mümkünlüyü açıqlanır?
    10790 بهشت و جهنم 2014/05/18
    İslam təlimlərində və müqəddəs Quranda ilk əvvəldən, belə bir qanun qətiyyətlə qeyd olunmuşdur ki, əgər qeyri-müsəlmanlardan hər hansı ümmət öz pak fitrətlərində olub, yaxşı əməl sahibi olsalar və həqiqətən də İslamın həqiqəti onlara aydınlaşmasa və çatmasa, nicat əhli ola bilərlər. Bu mətləb, Quranın müxtəlif ayələrində tam aydınlıq ...
  • Şiə nəzərindən məhərrəm ayının pişvazına getməyin mənası vardırmı?
    6974 Nizamlar hüquq və əhkam 2012/01/18
    Şəhidlərin sərvəri İmam Hüseyn (əleyhis-salam) üçün əzadarlıq və matəm mərasimi təşkil etmək məsum imamların (əleyhimus-salam) tərəfindən təşviq edilən sünnət və qanunlardan biridir. Bu mərasimin əsası məhz onların təşviqi ilə qoyulmuşdur.[1] Amma onun necə keçirilməsinə gəldikdə isə, haram işlərlə yanaşı olmayıncaya qədər heç bir eybi yoxdur. ...
  • Tənbəlliyi aradan qaldırmaq üçün dua varmı?
    10307 Əməli əxlaq 2012/02/13
    O işlərdən ki, dini təlimlərdə onlardan çəkindirilib, ərinmək və tənbəllikdir və İmamlar (ə) Allaha bu bəyənilməyən xislətdən pənah aparırlar.Bu barədə İmamlar (ə)- dan çatmış dualardan bəziləri bunlardan ibarətdir:1.             Müsədə Sədəqənin övladı deyir: İmam Sadiq (ə)- dan böyük ...

Ən çox baxılanlar

  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    168770 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    166601 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    122013 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    115911 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    115140 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    96587 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    60895 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    56631 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    49365 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    47366 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...