Ətraflı axtarış
Baxanların
25689
İnternetə qoyma tarixi: 2011/11/03
Sualın xülasəsi
Cənnətin bir neçə qapısı varmı? Bu qapıların hər birinin özünəməxsus adları vardırmı?
Sual
Cənnətin bir neçə qapısı var? və hər bir qapının özünəməxsus adı var? Mümkündürsə sözügedən qapıların adlarını və tərcümələrini qeyd edin.
Qısa cavab

Cənnətin bir neçə qapısı vardır və onların sayı səkkizdir. Lakin onların dəqiq adları və hansı  qrupun hansı qapıdan daxil olacağı haqda hədislərdə kiçik ixtilaflar gözə dəyməkdədir. Cənnət qapılarının adları ayrı-ayrı hədislərdə pərakəndə şəkildə qeyd edilmişdir: "Bab əl-Rəhmət" (Rəhmət qapısı), "Bab əs-Səbr" (Səbir qapısı), "Bab əş-Şükr" (Şükür qapısı), "Bab əl-Bəla" (Bəla qapısı) və s. kimi isimlər belə adlardandır. Hədislər toplusundan hər bir qapının dünyada xüsusi bir xeyir işdə imtiyaz qazanmış cənnət əhli üçün bir yol olduğu anlaşılır. Hər bir qapının adı da ondan keçən qrupun əməli ilə əlaqəli və mütənasibdir.

Ətreaflı cavab

Cənnətin bir neçə qapısı vardır; Necə ki, Allah-Taala Qurani-kərimdə buyurur: "Və təqvalılar dəstə-dəstə cənnətə tərəf yönəldiləcəklər, ora çatdıqları zaman cənnət qapıları onların üzünə açılacaqdır."[1] Həmçinin başqa bir ayədə buyurur: “Cənnətin əbədi bağları ki, qapıları onların üzünə açılmışdır.”.[2]

Bu mövzuda gələn bir çox şiə və əhli-sünnə hədislərində cənnət qapılarının sayı səkkizdir.[3] Əmir əl-möminin Əlidən (ə) nəql olunan hədisdə deyilir: "Cənnətin səkkiz qapısı var: peyğmbər və siddiqlərin (düz danışanların) cənnətə daxil olduqları qapı, şəhid və salehlərin daxil olduqları qapı, şiələrimizin və bizə məhəbbət bəsləyənlərin daxil olacaqları beş qapı,

«لا اله الا الله»

"La ilahə illəllah" deyib müsəlman olanların keçdikləri qapı..."[4]

İslam peyğəmbərindən (s) belə buyurduğu nəql olunur: "Cənnətin səkkiz qapısı, cəhənnəmin isə yeddi qapısı vardır."[5] Elə Quranda da cəhənnəmin yeddi qapısı olmasına işarə edilib:

"Cəhənnəm üçün yeddi qapı vardır."[6]

Əhli-sünnə hədislərinin birində gəlmişdir: "Cənnət üçün səkkiz qapı var. Namaz qılanlar üçün olan qapı, oruc tutanlar üçün olan qapı, hacılar üçün olan qapı, ömrə edənlər üçün olan qapı, mücahidlər üçün olan qapı, zakirlər (Allahı zikr edənlər) üçün olan qapı, Şakirlər (Allaha şükür edənlər) üçün olan qapı."[7]

Hədislərdən hər bir əməl üçün cənnətin bir qapısı olduğu, cənnət əhlinin qiyamət günü ən yaxşı əməli ilə ona xitab olunacağı başa düşülür. Deməli, onun hansı əməli ən yaxşı əməlidirsə ona məxsus qapıya dəvət olunacaqdır.[8]

Beləliklə, cənnətin bir neçə qapısı və saylarının da səkkiz olduğunu yəqinliklə demək olar. Onların dəqiq adları, hansı qapının hansı qrup üçün olduğu məsələsi hədislərdə fərqlidir. Həmçinin adların hamısına işarə olunmamışdır. Lakin nümunə üçün cənnət qapılarının adları keçən bir neçə hədisi xatırlatmaq yerinə düşər:

Peyğəmbər (s) buyurub: “Cənnətin səkkiz qapısı vardır. Qapılardan birinin adı “Rəyyan”dır. Bu qapıdan yalnız oruc tutanlar daxil olar.”[9] “Rəyyan” sirab mənasındadır.

Bilal Peyğəmbərimizdən (s) cənnətin qapıları haqda sual edərkən o həzrət buyurdu: “Cənnət qapıları müxtəlifdir. “Bab ər-Rəhmət” (Rəhmət qapısı) al yaqutdandır… “Bab əs-Səbr” (Səbir qapısı) bir taylı kiçik qapıdır ki, o da al yaqutdandır. Amma “Bab əş-Şükr” (Şükür qapısı) ağ yaqutdan olan iki taylı qapıdır ki, onun uzunluğu beş yüz il yol miqdarındadır… “Bab əl-Bəla” müsibətlər və xəstəliklər qapısıdır. O, qapı sarı yaqutdan olan bir taylı qapıdır ki, çox az adamlar ondan cənnətə daxil olacaq… “Bab əl-Əzəm”dən (Əzəmətli qapı) saleh bəndələr varid olarlar. Onlar Allaha rəğbətli, Onunla ünsiyyət quran zahid və təqvalı şəxslərdir.”[10]

Əhli-sünnə yolu ilə də Peyğəmbərdən (s) belə bir hədis nəql olunub: “Cənnətin qapısı “Züha” "ضحی" adlanır. Qiyamət günü olduğu zaman nida gələr ki, “züha” namazını davamlı qılan kəslər haradadırlar? Bu qapı sizin cənnətə girişiniz üçündür. Gəlin! Allahın rəhməti ilə daxil olun!”.[11]

“Züha” günəşin hər tərəfi işıqlandırdığı vaxta deyilir.

Ümumiyyətlə hədislərdən xeyir əməllərin cənnətə gedən yollar olması və hər bir qapının dünyada xeyir işdə başqalarından seçilmiş xüsusi dəstələr üçün yol olduğu istifadə olunur.



[1] - “Zümər”, ayə 73

[2] - “Sad”, ayə 50

[3] - Məhəmməd ibn Məhəmməd Rza Qummi Məşhədi, “Kənz əl-Dəqaiq” və “Bəhr əl-Ğəraib” təfsiri, cild. 11, səh.343; Cəlaləddin Süyuti, “Əd-Dür əl-Mənsur fi təfsir əl-Məsur” təfsiri, cild. 5, səh. 342

[4] - Şeyx Səduq, “Əl-Xisal”, cild. 2, səh. 407

[5] - Əbd Əli ibn Cümə Ərusi Həvizi, “Nur əs-Səqəleyn” təfsiri, cild. 4, səh. 506

[6] - “Hicr”, ayə 44

[7] - “Əd-Dür əl-Mənsur”, cild. 5, səh. 343

[8] - Yenə orada

[9] - “Məcmə əl-bəyan”, Təbərsi, cild. 4, səh. 511

[10] - “Mən la yəhzuru əl-fəqih”, Şeyx Səduq, cild.1, səh.192, 295

[11] - “Əd-Dür əl-Mənsur”, cild. 5, səh. 343

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Əgər bir müsəlman araşdırma edəndən sonra məsihi dininə iman gətirsə, fitri mürtəd və edam olunmalıdırmı?
    12477 Əhkam və hüquq fəlsəfəsi 2011/09/11
    İslam dini hamını İlahi tövhidi qəbul etməyə dəvət etsə də, amma bu hamını onu qəbul etməyə məcbur etmək mənasında deyil. Çünki iman və etiqad məcburiyyət və zoru qəbul etmir. Əlbəttə bu iş dinin əsası ilə müxalifətçilik fəzasına şərait yaratmaq mənasına deyil. Çünki İslamın əsası tövhid və şirki inkar etməyə möhkəmlənibdir. ...
  • İmam Hüseyn (ə) aşura günü onun üçün gətirilən suyu rədd etmişdirmi?
    8167 Qədim kəlam 2011/05/05
    Bu sualın cavabı üçün aşağıdakı qeydlərə diqqət yetirmək lazımdır: 1). İmamların və Peyğəmbərlərin insanlardan fərqli gücə malik olmasına baxmayaraq onların vəzifəsi adi insanlar kimi rəftar etməkdir. Onlar ictimai və məişət məsələlərində demək olar ki, heç bir qeybi köməkdən istifadə etməmişdirlər. Əgər İlahi qeyblərin möməklikləri ilə ...
  • Xəcalətin kökü nədir?
    10044 Nəzəri əxlaq 2012/06/13
    "Xəcalət" "utancaqlıq" mənasındadır. Utancaqlıq yəni, özünə həddən artıq diqqət və digərləri ilə qarşılaşmaqdan qorxmaq. Utancaqlıq həya ilə eyni mənada deyil. Həya özünü saxlamağa qüdrətin olmasıdır ki, iradə üzündən olan və dəyərli bir işdir. Ayə və rəvayətlərdə ona yaxşı qiymət verilir. Amma utancaqlıq tamamilə iradə ...
  • Xal qoymaq haramdır?
    6481 Nizamlar hüquq və əhkam 2012/02/09
    Həzrət Ayətullah Məhdi Hadəvi Tehraninin (damət bərəkatuh) cavabı belədir: Əgər bədən üçün zərəri olmaya, onun şəkilləri qəbahətli (eyibli) olmaya və xal qoyan şəxsin şəxsiyyətinin süstlüyünə səbəb olmaya, maneəsi yoxdur. Bu sualın ətraflı cavabı yoxdur. ...
  • Əfqanıstan və Pakistan ölkələrində fəaliyyətdə olan firqə və məzhəblər hansılardır?
    7571 تاريخ کلام 2012/06/23
    1. Əfqanıstan ölkəsində çoxlu firqələr, məzhəblər və sufi təriqəti mövcuddur. Onların fəaliyyətdə olan ən ümdə qisimləri aşağıdakılardır: a) Fiqhi firqələr: hənəfi, şiə, hənbəli (sələfiyyə); b) Kəlami firqələr: Şiə və maturidiyyə; v) Sufi təriqətləri: qadiriyyə, nəqşbəndiyyə, çeştiyyə. Əfqanıstanda fəaliyyətdə olan ...
  • Нәфс вә ја руһ да јухуја мүбтәла олурму?
    7804 Qədim kəlam 2010/06/13
    Кечмишдән бу вахта гәдәр инсан үчүн ән мүһүм вә ихтилафлы бәһсләрдән бири руһ вә онун һәгигәти һаггындадыр. Јухарыдакы суал да һәмин мөвзудан мәншәләнир ки, инсанын һәгигәти һәмин мадди вә заһири тәрәфидир, јохса, онун заһиринин архасында диҝәр бир варлыг да вар ки, онда артыг ...
  • Şivən və matəm ilə əlaqədar Peyğəmbər (səlləllahu əleyhi və alih) və Əhli-beytin rəvayətləri mötəbərdir, yoxsa şiə alimlərinin nəzəri?
    7546 Qədim kəlam 2011/10/20
    Bu mövzu barəsində bir neçə məsələyə diqqət yetirmək lazımdır: 1. Bu barədə rəvayət olunanların hamısına etimad etmək olmaz;2. Hökmlərin dəyişməsində zaman ...
  • Hədis elmində Şazz və müəllil hədis hansı məna da işlədilir?
    8057 Hədis elmləri 2015/05/30
    Şazz hədis: O rəvayətə deyilir ki, bir sənədi olsun, amma rəvayəti nəql edənlərin hamısı siqə (inanlmış və dürüst) insanlar olsun. Lakin mətn baxımından məşhurun nəql etdiyi rəvayətlə müxalif olsun. Şazz rəvayətə Nadir rəvayətdə deyilir[1]. Fiqh elmində Şazz adı çox vaxtı o ...
  • Qərb ökələrinin İslam Peyğəmbərinə əhanət etməsində məqsəd nədir?
    7479 Siyasət fəlsəfəsi 2011/04/16
    Sualın cavabını açıqlamaq üçün bir neçə nöqtəyə işarə edirik: 1.             Tarixdə bu cür əhanətlər: Peyğəmbərə (ə) və İslam Peyğəmbərinə (s) əhanət olunması təzə bir məsələ deyil, bəlkə çox keçmiş zamanlarda bu hadisənin olduğunu tarix bizlərə xəbər ...
  • Oğurluq günahını necə bərpa edə bilərik?
    12195 Nizamlar hüquq və əhkam 2011/11/24
    Allah-taalanın lütf və mərhəmətinin sizə şamil olduğuna görə təbrik edirəm! Çünki siz bu işin qəbahətli olduğunu başa düşüb tövbə ilə bu yaramaz işi bərpa etmək fikrinə düşmüşsünüz. Tövbə etməklə bu günahın bərpa olunması üçün ona deməyiniz lazım və vacib deyil. Siz onu öz işinizdən agah etməyin; özünüzlə ...

Ən çox baxılanlar

  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    167106 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    165590 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    120656 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    115252 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    113738 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    95475 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    56936 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    55492 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    47447 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    46628 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...