Ətraflı axtarış
Baxanların
10783
İnternetə qoyma tarixi: 2012/04/19
Sualın xülasəsi
Bədgüman olmağın amilləri nədir? Onun müalicə yolları nədir?
Sual
Bədgüman olmağın amilləri nədir? Onun müalicə yolları nədir?
Qısa cavab

Din təlimlərində başqalarını çirkin güman edən şəxsə “bədgüman” deyilir. İslam mənbələrində bu məsələ barəsində gələnləri araşdırırıq:

Bədgümanlıq – başqaları barəsində sui-zən, pis xəyallar etmək və mənfi fikirləşməkdir. Başqa sözlə desək, bədgümanlıq budur ki, insan başqalarının sözü və rəftarı barəsində pis fikirlər və yaramaz xəyallara malik olsun, onlardan təsirlənsin və o puç xəyalları gerçəklik kimi təsəvvür etsin. Bədgümanlıq aşağıdakı hallarda ola bilər: Allaha qarşı bədgümanlıq, camaata qarşı bədgümanlıq və insanın özünə qarşı bədgüman olması.

Əvvəldəki iki qisim rəzalət sifətlərindən və böyük günahlardan sayılır və islam dinində məzəmmət olunmuşdur.

Bədgümanlığa səbəb olan şeylər bunlardır: töhmət məqamında qərarlaşmaq, pis və şər insanlarla oturub-durmaq.

Bədgüman edən insan da isə, onun amilləri batindəki sarsıntılar, zəiflik, tələskənlikdir.

Ətreaflı cavab

İslam nəzərindən insanların düşüncə tərzi ictimai xeyirxahlıq, qarşılıqlı mehr-məhəbbət, hüsn-zən və s. əsaslarda qurulmalıdır. Yəni müsəlman şəxs gərək öz qəlbini və niyyətini dini bacı-qardaşlarına qarşı gözəlləşdirsin, onlara qarşı xeyirxahlıq, öyüd-nəsihət, dostluq və səadət fikrində olsun, onların əleyhinə hiylə və məkr işlətməkdən çəkinsin.

Sualda irəli çəkilən şey dini təlimlərdə “bədgümanlıq” kimi təbir olunur ki, bu məsələni bir neçə hissədə araşdırırıq:

1. Bədgümanlığın mənası

Lüğətdə bədgümanlıq başqaları barəsində sui-zən etmək, pis və yaramaz fikirlərdə olmaqdır. Başqa sözlə, bədgümanlıq odur ki, insan başqalarının rəftar və danışıqları barəsində yersiz fikirlərə, yanlış xəyallara yol versin və bu şeylər onda təsir qoysun, habelə bu kimi xəyalları gerçəklik hesab etsin. Misal üçün, bir nəfərin qadınla söhbət etdiyini görür və dərhal fikirləşir ki, onların arasında qanunsuz əlaqə vardır, onların söhbətləri aşiqanədir. Əməldə də həmin şəxsin pis əxlaqlı bir insan olduğunu qətiləşdirir və öz nəzərində artıq onu  etibarsız adam hesab edir. Belə vəziyyətə bədgümanlıq və başqaları barəsində belə fikirləşən şəxsə bədxah, bədgüman deyilir.

2. Bədgümanlığın növləri

a) Allah barəsində bədgümanlıq etmək

Allaha qarşı bədgümanlıq ilahi rəhmətdən və Onun geniş mərhəmətindən ümidsizlik və məyusluq halətidir və bu, çox böyük günahlardan biri hesab olunur. Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) buyurur: “Böyük günahların ən böyüyü Allaha qarşı bədgüman olmaqdır.”[1]

İnsan (müəyyən bir günah etdiyi təqdirdə) ilahi əzabdan qorxmalı, bununla eyni zamanda Allahın rəhmətindən (və tövbə edəcəyi təqdirdə) bağışlanacağından məyus olmamalıdır. O öz vəzifələrinə əməl etməli, xalis niyyətə malik olmalı, günahlarından qorxmalı və bununla eyni zamanda Allah-taalanın əfv və mərhəmətinə də ümidvar olmalıdır. İmam Riza (əleyhis-salam) buyurur: “Allah barəsində gümanını yaxşılat. Çünki Allah-taala buyurur: “Mən mömin bəndəmin Mənə qarşı gümanına baxıram: əgər Mənə qarşı yaxşı gümanda olsa, ona yaxşılıq edərəm, əgər pis gümanda olsa, onunla öz gümanına əsasən rəftar edərəm.”[2]

b) Camaata qarşı bədgüman olmaq

Camaata qarşı bədgüman olmaq budur ki, başqaları həqiqi mənada pis iş görmədikləri halda insan onlara qarşı pis güman və xəyalda olsun, həmin fikirlərə qapılaraq əks-reaksiya da göstərsin. Bədgümanlığın bu növü birinci qisimdə olduğu kimi (Allaha qarşı bədgüman olmaq), çirkin və rəzalət sifətlərdən, günahlardan hesab olunur. Həzrət Əli (əleyhis-salam) buyurur: “Yaxşı insana qarşı bədgümanlıq ən pis günah və ən çirkin zülmdür.”[3]

v) İnsanın özünə qarşı bədgüman olması

Yəni insan daim özünü Allah və Onun bəndələrinin hüquqlarına qarşı müqəssir hesab etsin. Birinci və ikinci qisimdə olanların əksinə olaraq bədgümanlığın bu növü günah deyil, üstəlik xalis möminlərin bariz xüsusiyyətləri və yüksək məziyyətlərindən biridir. Çünki bu halət Allaha ibadət və itaət yolunda daha artıq çalışmağa səbəb olur, insanı qəflətdən və qürur hissindən qoruyub saxlayır. İmam Əli (əleyhis-salam) buyurur: “Ey Allah bəndələri! Bilin ki, mömin şəxs yalnız o zaman sübhü axşama və axşamı sübhə çatdırır ki, öz nəfsi barəsində bədgüman olsun, daim onun eyiblərini axtarsın və ondan daha artıq fəaliyyəti təvəqqe etsin.”[4]

3. İslamda bədgümanlıq məzəmmət olunur

Bədgümanlıq çox təhlükəli əxlaqi xəstəliklərdən biridir. Qəlbinin səhifəsini bədgümanlıq toz-torpağı örtən şəxs başqalarını qəlb güzgüsündə gözəl görmür, o, gerçəklikləri dərk etməkdən acizdir. İslam dini öz tabeçilərini bu çirkin sifətdən qorxudaraq çəkindirmişdir. Qurani-kərim bu barədə buyurur: “Ey iman gətirənlər! Gümanların çoxundan çəkinin! Çünki gümanların bəzisi günahdır.”[5]

Başqa bir ayədə buyurulur: “Elmin olmayan şeylərə (zənn və güman əsasında) tabe olma (reaksiya göstərmə). Çünki qulaq, göz və qəlbin hamısından sual olunacaqdır.”[6]

Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) buyurur: “Həqiqətən Allah qana (cana) və mala təcavüz etməyi haram saymış, müsəlmana qarşı bədgüman etməyə icazə verməmişdir.”[7]

Əli (əleyhis-salam) buyurur: “Bir-birinizə qarşı bədgümanlıqdan uzaq olun! Çünki böyük Allah onu qadağan etmişdir.”[8]

Həzrət başqa bir yerdə buyurur: “Xəyanət etməyən bir kəsə qarşı bədgüman olmaq (ruhi) mərtəbənin alçaq olmasından irəli gəlir.”[9]

4. Bədgümanlığın amilləri

İnsanın bədgümanlıq etməsinə səbəb olan amillər aşağıdakılardır:

a) Bədgüman insanın xüsusi zəifliyə və ruhi sarsıntıya düçar olması onu başqaları barəsində pis gümanlar etməyə vadar edir. Əli (əleyhis-salam) bu barədə buyurur: “Şər insan başqaları barəsində xeyir fikrində deyildir. Çünki onları da öz təbiəti ilə müqayisə edir.”[10]

b) İmansızlıq və ya imanın zəif olması bədgümanlığın digər amilidir. Əli (əleyhis-salam) buyurur: “Bədgüman insanın dini yoxdur.”[11] Başqa bir hədisdə isə buyurur: “İman bədgümanlıqla bir yerə yığışmaq.”[12]

v) Batinin alçaq təbiətli olması, gözəl əxlaqdan və insani səciyyələrdən uzaq olmaq sui-zənnin digər bir səbəbidir. İmam Əli (əleyhis-salam) buyurur: “Xəyanət etməyən bir şəxsə qarşı bədgüman etmək alçaqlıqdır.”[13]

Camaatın qarşı tərəfə (bədgüman insanın sui-zənn etdiyi şəxsə) qarşı sui-zən etməsinin səbəbləri aşağıdakılardır:

a) Töhmət məqamında qərarlaşmaq. Bəzən insan özünü elə yerlərdə qərar verir ki, camaat onun barəsində bədgüman etməsinə səbəb olur. Elə işlər görür ki, hər kəs onu görsə onun barəsində pis fikirləşər. Bu işə də islam nəzərindən icazə verilmir. Çünki belə olan halda insan öz ixtiyarı və iradəsi ilə başqalarının onun barəsində bədgüman etməsinə şərait yaradır və onun müqəddimələrini hazırlayır. Əli (əleyhis-salam) buyurur: “Hər kəs pis və nalayiq yerlərə daxil olsa, müttəhim olunar. Özünü töhmətə məruz qoyan şəxs onun barəsində bədgüman edənləri məzəmmət etməsin.”[14]

Rəvayət olunmuşdur ki, bir gün Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih) öz həyat yoldaşı Səfiyyə (Hüyy ibni Əxtəbin qızı) söhbət edirdi. Bu zaman ənsardan olan bir kişi oradan keçirdi. Peyğəmbər onu çağırıb buyurdu: “Ey filankəs! Bu qadın arvadım Səfiyyədir! (Yəni gərək qəlbindən pis fikir keçməsin).”

O kişi dedi: “Ey Allahın Rəsulu! Məgər biz sənin barəndə yaxşılıqdan başqa bir şey fikirləşə bilərikmi?!”

Həzrət buyurdu: “Şeytan qan kimi insanın bütün bədənində cərəyan edir və mən də (onun) sənə daxil olacağından (yəni mənə qarşı sui-zənn edəcəyindən) qorxdum.”[15]

b) Pis və şər adamlarla oturub-durmaq. Adətən, şər və əxlaqsız adamlar saleh və düz insanlara qarşı sakit dayanmır, onlardan eyib tapmağa çalışır, onlarda kiçik bir zəiflik və nöqsanlı hal görən kimi onu şişirdir, zəiflik tapa bilmədikdə isə özündən bir eyib düzəldirlər. Belə adamlarla oturub-durmaq insanın layiqli adamlara qarşı bədbin olmasına səbəb olur, onların rəftar və təfəkkürlərini tam əksinə təfsir və təhlil edir, onların gözəl işlərini çirkin qələmə verir. Əli (əleyhis-salam) buyurur: “Pis adamlarla oturub-durmaq yaxşı insanlara qarşı bədgümanlığa səbəb olur.”[16]

5. Bədgümanlığın ziyanları

Bədgümanlıq insanın fərdi və ictimai həyatında xoşagəlməz təsirlər qoyur ki, aşağıda onların bəzilərini qeyd edirik:

a) Fərdi təsirlər

1. İnsanın camaatdan qaçması:

İctimai həyat insanlar arasında ülfət, ünsiyyət və qarşılıqlı etimad əsasında bərqərar olmuşdur. Əgər insanlar bir-birinə qarşı bədgüman etsələr, qarşılıqlı etimad aradan gedər, səmimiyyət və ünsiyyət qarşılıqlı nifrətə çevrilər, hamı bir-birindən qaçar. Bədgüman şəxs başqalarından qaçır və yalqız qalır. Əli (əleyhis-salam) buyurur: “Hər kəs gümanını yaxşılaşdırmasa, hamıdan qorxar.”[17]

2. İbadətlərin məhv olub puça çıxması

Başqalarına qarşı bədgüman olmaq, pis fikirlərə qarşı reaksiya göstərmək insanın ibadətlərini puça çıxarır, günah yükünü ona ərməğan gətirir. Əli (əleyhis-salam) buyurur: “Bəd güman etməkdən uzaq ol! Çünki bəd güman ibadəti korlayır və günahı böyüdür.”[18]

Yəni insan başqalarına qarşı bədgüman etdiyi zaman onların barəsində düzgün olmayan mühakimə yürüdür, onların barəsində yaramaz sözlər danışaraq eyiblərini axtarır və özünü başqalarından üstün hesab edir.  Nəticədə bu yaramaz sözlər, qeybət və özünü üstün görməsi bir tərəfdən ibadətlərinin puça çıxmasına səbəb olur, digər tərəfdən də bu çirkin əməllər və rəzil sifətlər bədgümanlıq günahının yanında qərarlaşaraq sahibinin günahını ağırlaşdırır.

3. Həlak olmaq

Bədgümanlıq çox təhlükəli ruhi xəstəliklərdən biridir. Bədbin şəxs daim ruhi əzab keçirir, onun qəlbinin səhifəsi puç xəyallar və yanlış fikirlərlə örtülmüşdür. Buna görə də zamanın keçməsi ilə öz ruhi sağlamlığını əldən verir, sui-zəndən irəli gələn məyusluq səbəbi ilə özünü həlak edir. İmam Əli (əleyhis-salam) buyurur: “Bədgümanlıq sahibini həlak edir, ondan uzaqlaşanlar qurtuluşa çıxar.”[19]

b) İctimai təsirlər

1. İnsanlar arasında qarşılıqlı etimadın aradan getməsi

Bədgümanlıq cəmiyyətə hakim olan məcmu etimad ruhunu aradan aparır, ictimai təhlükəsizliyi xətərə salır. Belə ki, heç kəs başqasına etibar etmir, insanlar bir-birinə xəyanətçi gözü ilə nəzər salaraq bir-birindən qaçırlar. Əmirəl-möminin Əli (əleyhis-salam) buyurur: “Camaatın ən pisi o kəsdir ki, bədgümanlığına görə camaata etimad etmir, bir kəs də onun əməlinin pis olduğuna görə ona etimad etmir.”[20]

2. İşlərin xarab olması və başqalarının şər işlərə təşviqi

Bədgümanlığın mənfi təsirlərindən biri yaxşı işlərin puça çıxmasıdır. Çünki bədgümanlıq etimadsızlıq yaradır, etimadsızlıq da başqalarında mənfi hislər oyadır və işlərin eşq-məhəbbət üzündən yerinə yetirilməsi əvəzinə, etimadı cəlb etmək üçün süni rəftarlara, yaxud işdə problem yaratmağa, işlərin görülməsini mürəkkəbləşdirməyə vadar edir. Başqa sözlə desək, bədgümanlıq xisləti düz və etimad olunan insanları düzgün olmayan yollardan istifadə etməyə vadar edir. Əli (əleyhis-salam) bu barədə buyurur: “Bədgümanlıq işləri puça çıxarır və insanı pisliklərə tərəf çəkir.”[21]

3. Dostluq əlaqələrinin gərginləşməsi

Dostlara qarşı bədgümanlıq onların arasındakı əlaqələrin gərginləşməsinə səbəb olur, dostluq və səmimiyyəti məhv edir. Əli (əleyhis-salam) buyurur: “Bədgümanlıq hər kəsin qəlbinə qələbə çalsa, onunla dostu arasında artıq səfa-səmimiyyətə yer qalmır.”[22]

6. Bədgümanlıqla mübarizə yolları

Bədgümanlığı aradan qaldırmaq üçün müxtəlif yollar vardır. O cümlədən:

a) Nəfsin islah olunması

Bədgümanlıq adətən, günaha aludə olan, şər və alçaq təbiətli insanlardan baş verir. Yəni pozğun və aludə insanlar başqalarını da özləri ilə müqayisə edir, özlərindəki rəzalət xislətlərinin inikasını onlarda görürlər. Buna görə də hamını özü kimi təsəvvür və öz xislətlərinə sahib olduğunu güman edib fikirləşir ki, hamı onun kimdir. Bədgüman şəxs bu vəziyyətlə mübarizə aparmaq üçün hər şeydən əvvəl, özündəki eyibləri islah etməlidir ki, başqalarını özü ilə müqayisə etsə, bədgümanlığa düçar olmasın. Digər tərəfdən, gərək başqalarını özü kimi fərz etməsin. Çünki onların daha yüksək və ali ruhiyyəyə malik olması mümkündür. Buna görə də layiq deyildir ki, özünün pis xislətlərini meyar qərar versin və öz din qardaşlarına qarşı pis xəyallar etsin. Deməli, sui-zən ilə mübarizənin birinci yolu insanın öz nəfsini islah edib rəzalətlərdən paklamasıdır. Əli (əleyhis-salam) buyurur: “Xoş olsun o kəsin halına ki, özündəki çirkinliyi və pisliyi (barəsində fikirləşmək) onu, camaatın çirkinlikləri (eyibləri)  barədə fikirləşməkdən saxlayır.”[23]

b) Müsəlmanın işlərinin düzgün olmasına hökm etmək

Müsəlman şəxslər barəsində külli qayda budur ki, zahiri düzgün olan müsəlman şəxsin pis fikri yoxdur, çirkin işlər görmür, azğınlığa getmir, islamı qəbul etdiyinə görə rəzalətlərin çoxundan və çirkin işlərdən pakdır. Buna görə də müsəlmanların bir-birində müşahidə etdikləri işləri mümkün qədər və ağlabatan şəkildə izah oluncaya qədər düzgün olduğunu əsas götürməli, bir-birinin əməl və sözlərini pisliyə yozmaqdan çəkinməlidirlər. Bu da bədgümanlıqla mübarizənin digər bir yoludur.

Əli (əleyhis-salam) buyurur: “Özünün (din) qardaşının işlərini ən yaxşı şəkildə təsəvvür et – izah yolu sənin üzünə bağlanıncaya qədər. Din qardaşının ağzından çıxan söz barəsində heç vaxt pis güman etmə ki, həmin söz üçün yaxşı təfsir tapasan.”[24]

v) Tələm-tələsik mühakimədən uzaq olmaq

Bədgümanlıqla mübarizə yollarından biri budur ki, insan müsəlman qardaşları barəsində bir şey eşidən kimi dərhal mühakimə yürütməsin və ona inanmasın. Bu xəbərin doğru və ya səhv olduğunu gözləsin, qəti şəkildə təsdiq olunandan sonra ona inansın. Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih) buyurur: “Hər vaxt pis güman etsən (o məsələni qəti hesab etmə və tez) mühakimə yürütmə!”[25]

Həzrət Əli (əleyhis-salam) buyurur: “Ey insanlar! Hər kəs özünün (din) qardaşını tanıyıb dində möhkəm və sabit, danışıqda və əməldə düz yolda olduğunu bilsə, gərək camaatın onun barəsindəki pis sözlərinə qulaq asmasın...”[26]

v) Bədgümanlığın ziyanların barəsində fikirləşmək

Bədgümanlıq ilə mübarizə yollarından biri də onun yaratdığı fərdi və ictimai zərərlər barəsində fikirləşməkdir.

7. Bədgümanlığa icazə verilən yerlər

Sual: bədgümanlıq həmişə məzəmmət olunurmu?

Bir kəsin zehnində belə bir sual yarana bilər: Görəsən bədgümanlıq hər bir yerdə və hər kəsə qarşı çirkindirmi, yoxsa müxtəlif insanlara və zaman şəraitlərinə bağlıdır?

Cavabda deyirik: Rəvayətlərdən məlum olur ki, bəzi hallarda bədgümanlığa icazə verilir, hətta bəzi vaxtlarda vacib də olur. Onların bəzilərini qeyd edirik:

a) Fəsadın qələbə çaldığı dövrdə

Camaatın əksəriyyəti fəsada və əxlaqsızlığa düşdüyü bir mühitdə hamıya qarşı xoş güman etmək məntiqi və düz iş deyildir. Bu iş insanın aldanmasına və zərərə düşməsinə səbəb ola bilər. Əli (əleyhis-salam) buyurur: “Əgər fəsad və pozğunluq ruzigara və onun əhlinə qələbə çalsa, bu zaman bir nəfər başqasına xoşbin olsa, aldanmış və nadanlıq etmiş olar.”[27]

Rəvayətdə deyilir ki, imam Sadiq (əleyhis-salam)-ın oğlu İsmail şərabxor bir kəsə müəyyən qədər pul vermək istəyirdi ki, onun üçün ticarət etsin. Bu barədə atası ilə məşvərət etdikdə həzrət buyurdu: “Oğlum! Bu kişinin şərab içdiyini eşitməmişsənmi?!” Dedi: “Camaat belə deyir.” Həzrət buyurdu: “Bu işi görmə! (Pulunu ona vermə!)”

İsmail atasının sözünə baxmadı və pullarını o kişiyə verdi. O kişi də ticarət məqsədi ilə Yəmənə yola düşdü. Səfərdən qayıdanda İsmailə nəinki qazancı, hətta pulların özünü belə qaytarmadı.[28]

Belə mühitlərdə insan ehtiyat yönünə aid olanlardan başqasına reaksiya göstərməməlidir. Yəni lazım olan ehtiyata riayət etməkdən əlavə, ayrı-ayrı insanlara qarşı etimadsızlıq və bədgümanlığa səbəb olan əməlləri zahir etməkdən çəkinməli, belə hallarda ayıq olmalı və lazımi ehtiyatlara riayət etməlidir ki, heç vaxt aldanmasın.

b) Düşmənlə sülh etdikdən sonra

Düşmənlə sülh və atəşkəs bərqərar edildikdən sonra onlara xoşbin olmaq sadəlövhlük və xamlıq əlamətidir. Müsəlmanlar həmişə ayıq olmalı və düşmənə aldanmamalıdırlar. Çünki onların sülhü müsəlmanları qafil etmək və onları ələ keçirmək üçün yeni bir hiylə ola bilər. Əli (əleyhis-salam) buyurur: “Barışıqdan sonra düşməndən çox ehtiyatlı ol! Çünki çox vaxt düşmən özünü yaxınlaşdırır ki, sənə qəfildən hücum etsin. Belə isə, işində möhkəm, ehtiyatlı ol və bu kimi hallarda xoşgümanlığı müttəhim hesab et.”[29]

Qeyd olunmalıdır ki, ilkin qaydaya əsasən aşkarda günah işlər törədən fasiq və günahkar insana qarşı da xoş güman etmək olmaz. Çünki  tam cürətlə və heç nədən qorxub çəkinmədən Allahla müxalifət edən şəxsə etimad etmək də xamlıq əlamətidir.[30]

Əlavə məlumat üçün bax: “İnsan və bədbinlik”, sual 5311 (sayt: 5484)

 


[1] Payəndə, Əbul-Qasim, “Nəhcul-fəsahə”, səh. 236, “Dünyayi daniş” nəşriyyatı, Tehran, 1382-ci şəmsi il.

[2] Səduq, Məhəmməd ibni Əli, “Üyunu əxbarir-Riza (əleyhis-salam)”, 2-ci cild, səh. 20, “Cahan” nəşriyyatı, 1378-ci qəməri il.

[3] Amədi, Əbdül-Vahid, “Ğürərül-hikəm və dürərül-kiləm”, səh. 263, “Dəftəri-təbliğat” nəşriyyatı, Qum, 1366-cı şəmsi il.

[4] Yenə orada, səh. 90

[5] “Hucurat” surəsi, ayə: 12

[6] “İsra” surəsi, ayə: 36

[7] Məclisi, Məhəmməd Baqir, “Biharul-ənvar”, 72-ci cild, səh. 201, “Vəfa” müəssisəsi, Beyrut, 1404-cü qəməri il

[8] Yenə orada, səh. 174, hədis 4

[9] “Ğürərul-hikəm”, səh. 263

[10] Yenə orada, səh. 105

[11] Yenə orada, səh. 264

[12] Yenə orada

[13] Yenə orada, səh. 263

[14] “Biharul-ənvar”, 75-ci cild, səh. 93

[15] Nəraqi, Molla Məhdi, “Camius-səadat”, 1-ci cild, səh. 319

[16] “Biharul-ənvar”, 71-ci cild, səh. 191

[17] “Ğurərul-hikəm”, səh. 254

[18] Yenə orada, səh. 263.

[19] Yenə orada

[20] Yenə orada

[21] Yenə orada

[22] Yenə orada, səh. 264

[23] “Nəhcul-bəlağə”, səh. 256, “Darul-hicrət” nəşriyyatı, Qum

[24] “Biharul-ənvar”, 72 cild, səh.196, “Vəfa” müəssisəsi, Beyrut

[25] Yenə orada, 72-ci cild, səh. 155

[26] Yenə orada, 72-ci cild, səh. 197

[27] Yenə orada,

[28] Kuleyni, Məhəmməd ibni Yəqub, “Əl-kafi”, 5-ci cild, səh. 299, “Darul-kutubil-islamiyyə”, Tehran, 1365-ci şəmsi il

[29] “Biharul-ənvar”, 33-cü cild, səh.610

[30] “Zəmzəmi əxlaq” CD-si, “İslam elmləri tədqiqat kompüter (nur) mərkəzi”, azacıq dəyişiklik və redaktə ilə

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Müslim ibn Əqilin qızlarının adı nə idi?
    12706 تاريخ بزرگان 2011/05/31
    Cənab Müslim ibn Əqilin həyatı barəsində olan kitabların hamısını araşdırarkən, bu nəticə ələ gəlir ki, cənab Müslimin Atikə və Həmidə adında iki qızı olubdur. Atikə Kərbəla hadisəsində Aşura günü düşmən xeymələrə hücum edərkən şəhid olur. Amma Həmidə Kərbəla əsirləri karvanında olub və cənab Müslimin nəsli yalnız onun vasitəsi ilə davam ...
  • "Əssəlamu ələl- Hüseyn və əla Əli ibnil Hüseyn və..." «اَلسَّلامُ عَلَى الْحُسَیْنِ وَ عَلى عَلِىِّ بْنِ الْحُسَیْنِ و ...» salamında Əli ibnil Hüseyn kimdir?
    18257 تاريخ بزرگان 2011/06/28
    Baxmayaraq ki, ziyarətnamə, təvəssül duası, pak İmamlara salavat və İmam Zeynəl- abidin və Əli Əkbər (ə)- dan qalan rəcəznamələrdən Əli ibnil Hüseynin o iki həzrətin müştərək adı olması istifadə olur, amma Aşura ziyarətinin zaman və məkan məsələsi ki, Aşura günü, Kərbəla məkanı və o gün öldürülənlərə işarə edir. Və həmçinin ...
  • Qurani- Kərimin hansı surəsində peyğəmbərin gecə namazı qılmasına hökm edilmişdir?
    8276 Təfsir 2011/10/31
    Peyğəmbərə gecə namazının əmr edilməsi Quranın bir neçə yerində bəyan edilmişdir. O cümlədən Allah Quranın Muzəmmil surəsində peyğəmbərə buyurur: “Gecəni qısa bir hissədən savayı ayaqa qalx.[1] Baxmayaraq ki, bu surədə müraciət olunan peyğəmbərdir (s), amma surənin davamından anlaşılır ki, möminlər də peyğəmbərin (s) bu proqramında birlikdə olmuşlar. İndi ...
  • Һәр бир мүсәлманын илк әввәлдә билмәли олдуғу етигады нәдир?
    7748 Qədim kəlam 2010/09/29
    Һәр бир инсан кәлмеји-шәһадәтини јәни, “Әшһәду ән ла илаһә илләллаһ вә әшһәду әннә Мәһәммәдән рәсулуллаһ” (шәһадәт верирәм ки, Аллаһдан башга танры јохдур вә Мәһәммәд Аллаһын елчисидир) – демәклә мүсәлман олур вә бүтүн Ислам ганунлары онун үчүн тәтбиг олунур. Бәдәни пак вә һимајәсиндә олан һәдди булуға чатмајан ...
  • Əhli- sünnənin baxışını nəzərə alaraq, şiə fiqhinin nəzərindən səfərdə namazı şikəstə qılmaq rüsxətdir yoxsa vacib?
    12497 Nizamlar hüquq və əhkam 2012/07/16
    Yəqini olan məzələ budur ki, beş namaz əvvəlcə iki rəkət formasında qanuniləşibdir. Həmçinin heç bir şəkk yoxdur ki, həzərdə (vətəndə) olan namaza iki rükət əlavə olubdur. İndi müzakirə mövzusu budur ki, səfərdə olan namaza da iki rükət əlavə olub ya yox? Şiənin fəqihləri İmamlar (ə)- ...
  • Bizə salam verərək “əssəlamu əleykum” deyən qeyri-müsəlman şəxsə cavabımız necə olmalıdır?
    7788 Nizamlar hüquq və əhkam 2012/04/09
    Dini təlimlərdə təkid olunan məsələlərdən biri də möminlərin bir-birinə salam verməsidir. Bu məsələ ilə əlaqədar bir neçə istisna halı vardır ki, onun nümunələrindən biri də qeyri-müsəlmana salam verməkdir. Fiqhi kitablarda qeyri-müsəlmana salam vermək məkruh (bəyənilməz iş) sayılır və buyurulur: “Kafirin salamının cavabında gərək qısa şəkildə (təkcə “əleykə” ...
  • Quran nəzərindən seçilmiş xalqın xüsusiyyətləri nədir?
    8112 Təfsir 2012/09/24
    Quranda “seçilmiş xalq” və onun xüsusiyyətləri ilə əlaqədar nazil olan ayələri araşdırarkən aşağıdakı məsələlər əldə olunur: 1. Qurani-kərim peyğəmbərlərin ümmətindən heç birini bütün cəhətlərdən ideal olan bir xalq (qövm və ümmət) kimi təqdim etməmiş, əksinə onların ümmətlərinin əksəriyyətini məzəmmət etmişdir. 2. Qurani-kərim yalnız ...
  • Doğru və aldadıcı sübhdən məqsəd nədir?
    6733 Nizamlar hüquq və əhkam 2015/04/16
    Doğru və aldadıcı fəcr və ya sübhdən məqsəd fiqhdə və astronomiyada işlədilən terminlərdir. Onlardan məqsəd gecə və gündüzdə müəyyən vaxtları bildirməkdir. Yalançı yaxud aldadıcı sübh məşriq səmtində ağartı və işıqlanmanın əmələ gəlməsinə deyirlər. Bu vaxtda sübh namazın qılmaq olmaz. Doğru və ya sadiq fəcr və sübh çağı ...
  • Ümumiyyətlə tato haramdır?
    15938 Nizamlar hüquq və əhkam 2015/05/04
    Həzrəti Ayətullah ul üzma Sistaninin ofisi (Allah onun ömrün uzun etsin) Özü- özlüyündə caizdir, icazə verilir. Həzrəti Ayətullah ul üzma Məkarim Şirazinin ofisi (Allah onun ömrün uzun etsin) Əgər bədən üçün xüsusi bir zərəri yoxdursa və əxlaqa zidd şəkillər onda olmasa icazə verilir. Hər halda dəstəmaz və ...
  • Nə üçün həzrət Məhəmmədin (s) dörd qadından çox arvad almasına icazəsi var idi?
    15385 Məsumların (Əleyhimussəlam) sirəsi 2011/06/21
    Peyğəmbərin (s) qadınlareının çox olması mövzusu daim insanlar üçün sual amili olmuşdur.Biz bu məqalədə gərək bəzi məsələlərə toxunmaqla müxatəbin zehnini bu kimi suallardan təmizləyək:1). Birincisi: "Dörd qadından artıq arvad almaq mövzusu haram olmazdan öncə Peyğəmbərimiz bu qadınla ailə qurmuşdu.2). Peyğəmbərimizin bu ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    164804 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    164285 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    119876 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    113911 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    111044 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    94210 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54915 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    54575 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    46296 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    45900 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...