Ətraflı axtarış
Baxanların
11016
İnternetə qoyma tarixi: 2007/11/26
Sualın xülasəsi
Xəcaləti necə aradan aparmaq olar?
Sual
Xəcalət hissini necə aradan aparmaq olar?
Qısa cavab

Utancaqlıq və xəcalətin çoxlu xoşagəlməz və mənfi təsirləri vardır və insan həyatında qələbəyə mane olan bir amil sayılır.

Digər xoşagəlməz xasiyyətlərdə olduğu kimi, insan bu ruhi vəziyyəti də özündən uzaqlaşdıraraq müalicə edə bilər. Uşaqların müxtəlif bəhslərdə iştirak etdirilməsi, ictimai işlərdə iştirak etməsinə təşviq edilməsi onların bu xəstəliyə tutulmasının qarşısını almaq üçün faydalı yollardan biri hesab olunur.

Təlqin etmək, insanın özünə etimadı, məşq etmək, ümidvar olmaq, başqalarının eyib tutmasından qorxmamaq, ictimai ruhiyyədə olmaq, “Taha” surəsinin 25-28-ci ayələrini رَبِّ اشْرَحْ لي‏ صَدْري‏ و يسّر لي امري وَ احْلُلْ عُقْدَةً مِنْ لِساني يَفْقَهُوا قَوْلي tilavət etmək də cavanlarda xəcalət və utancaqlıq hissini aradan aparmaq və bu xəstəliyi müalicə etmək üçün təsirli rol ifa edir.

Ətreaflı cavab

Bu suala cavab verməzdən qabaq qeyd etmək lazımdır ki, xəcalət hissi və utancaqlıq insanın tərəqqisinə və inkişafına mane olan bir bəladır, insanda püxtələşməmiş rəftar və xoşagəlməz reaksiyaların baş verməsinə səbəb olur; hətta faydalı fəaliyyətlərdən qaçmağa, şəxsiyyətinin dəyərdən düşməsinə səbəb olur, dost tapmaqda problemlə qarşılaşır, orqanizm və ruhunun sağlamlığı təhlükə ilə üzləşir. Yeni-yeni insanlarla qarşılaşmaq belə insanlar üçün nigaranlıq hissi yaradır, yeni məkanlara daxil olmağı, yeni kəsb-ticarət tapmağı çətinləşdirir və qüdrətli olmaqla eyni zamanda acizlik hissi keçirməsinə səbəb olur, daim camaatın gözündən məxfi olmağa səy göstərir.

Utancaqlıq xarici düşmənlər kimi daxili bir düşmən surətində fəaliyyət göstərir. Misal üçün: utancaq və xəcalət hissinə düçar olan bir şagird heç vaxt öz problemlərini irəli çəkə bilmir və həmişə gözləyir ki, öz sualını başqalarının vasitəsi ilə bəyan etsin.

Utancaqlıq yalnız bir hiss – batil və puç bir təsəvvürdür və onun gerçək bir əsası yoxdur. Utancaq şəxs fikirləşir ki, heç bir ictimai dəyərə malik deyildir, başqaları onun üçün dəyər vermir; halbuki bunların heç bir gerçəkliyi olmaya bilər. Bu yanlış təsəvvür insana hakim olan vaxta qədər o bu hissin mənfi təsirlərindən heç vaxt amanda ola bilməz.

Utancaq insanlar özlərini ideoloji cəhətdən zəif və həqir hesab edirlər. Müəyyən bir məsələni yazanda, danışanda və incə bir məsələni biləndə onu çox dəyərsiz və irəli çəkilməyə qabil olmayan bir məsələ hesab edərək fikirləşir ki, hamı onu bilir. Buna görə də öz nəzərini bildirməkdən çəkinir, çox az hallarda özünü tribunada çıxış üçün hazırlaya bilər; tez bir zamanda özünü itirir, deyəcəyi sözünü unudur və nəticədə başqaları onun zəif olduğunu dərk edir. Güşəneşinlik, cəmiyyətdən uzaqda həyat sürmək  bu batil təsəvvürün və yanlış fikirlərin nəticəsidir.[1]

Utancaqlığın aradan aparılma yolları

Xəcalət hissinin törətdiyi mənfi nəticələrə diqqət yetirmək insanı bu hissi aradan qaldırmaq üçün çıxış yolu axtarıb tapmağa sövq edir. Hər şeydən əvvəl bilmək lazımdır ki, bu ruhi halət də bir çox digər bəyənilməz sifətlər kimi, müalicə oluna bilər. İkincisi, bu xəstəliyin kökləri uşaqlıq və ya cavanlıq dövrlərinə qayıda bilər.

Bu xəstəliyi uşaqlıq dövrlərində müalicə etmək üçün aşağıdakı məsələlərə riayət etmək lazımdır:

Uşaqları ictimai ruhiyyədə tərbiyə etmək, onları dostların evinə aparmaq lazımdır. Həmçinin onun yaşıdları olan uşaqları evə dəvət etməli, başqalarının iştirakı olan yerdə onu tərifləməli və ondan istəməliyik ki, başqaların hüzurunda danışsın.

Utancaqlıq və xəcalətlə mübarizənin təsirli yollarından biri budur ki, böyüklər müəyyən suallar verməklə uşaqları bu barədə fikirləşib danışmağa vadar etsinlər. Yaxşı olar ki, bu məsələdə onları böyüklərlə şərik edək. Uşaqların xəcalətə düçar olmamaları ilə eyni zamanda üzlülük xislətinə düçar olmadan ictimai sahələrdə və ayrı-ayrı şəxslərin müqabilində özünün vücud  imtiyazlarını və istedadlarını göstərmək və öz şəxsiyyətini aşkar etmək lazımdır. Bu məqsədlə gərək onun ictimai yerlərdə iştirak etməsinə fürsət verək, ictimaiyyətdə qaynayıb-qarışmağa və bəhslərdə danışmağa təşviq edək. Bəyan etdiyi mətləblər müqabilində onu təşviq edək, xətaları olarsa, tam məhəbbət, ehtiram və təvazökarlıqla onları islah edək.

Uşağın ictimai yerlərdə fəal iştirakına, ümumi bəhslərdə, məşvərətlərdə nəzər verməsinə, öz xatirələrini bəyan etməsinə münasib fürsət verilməsi, habelə ona müəyyən məsuliyyətlər həvalə edilməsi və s. onun şəxsiyyətinin müsbət istiqamətdə formalaşması, xəcalətin aradan qalxması və utancaqlığın aradan getməsi üçün münasib vasitələrdir.

Mühüm məsələ budur ki, uşağın öz varlığını izhar etmək, əqidə və nəzərini bildirmək üçün çox üzlü olmasına da yol verməyək; o gərək başqalarının  şəxsiyyətinə, rəyinə, əqidə və nəzərinə də ehtiram qoysun. Əgər hər hansı bir yerdə onun şəxsiyyəti təhqir olunsa və kəramətinə xələl yetişsə, tam aşkar şəkildə və ədəb qaydalarına riayət etməklə öz haqqını müdafiə etsin.

Bu xəstəliyin cavanlıq dövründə  müalicəsi üçün aşağıdakı məsələlərə riayət etmək lazımdır:

1. Təlqin etmək

Psixoloqların nəzərinə əsasən, təlqin etmək bir çox ruhi və cismi xəstəliklərin müalicəsində təsirlidir. Yəni bu cümləni daim təkrar etsin: “Mən hər bir işin öhdəsindən gələ, məsələn, başqalarının müqabilində çıxış edə bilərəm. Çünki xəcalət hissi məğlubiyyətdən qorxmağın əlaməti və ayrı-ayrı şəxslərlə qarşılaşmaqda vəhşət hissinin dəlilidir. Bu ruhi zəiflik camaatla qaynayıb-qarışmaqdan və ünsiyyətdən qaçmaqla aradan qalxmaz.” Gecələr yatanda və bədənin aram olduğu vaxt bu cümlələri yavaş-yavaş təkrar edin: “Mən də başqaları kimi çoxlu bacarıqlara, istedadlara və qabiliyyətlərə malikəm.” Bu həqiqəti Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) aşkar edərək buyurmuşdur: “Camaat qızıl-gümüş xəzinələri kimi bir xəzinədir.”[2] Özünə təlqin etsin ki, “mən istədiyim hər bir şeyi danışmağa qadirəm. Mən başqalarından əsla çəkinmirəm və qorxmuram. Mən öz istədiyim kimi olmağa qadirəm.”

2. Özünə etimad

İnsan özünün səadət və xoşbəxtliyini təmin etmək üçün gərək öz əməl və niyyətinə arxalanaraq inansın ki, tərəqqi və təkamül zirvələrini özü fəth etməlidir.[3]

Öz təfəkkürünə və əqlinə müraciət edərək düzgün şəkildə təhlil etdikdə başa düşəcəkdir ki, Allah-taala mehribandır və onu da sair bəndələr kimi yaradaraq sağlam əql və orqanizmdən bəhrələndirmiş, çox güclü istedad və gözəl bacarıqlar vermişdir. Bu zaman başa düşəcəkdir ki, başqalarından heç nəyi əskik deyildir. Eynilə başqaları kimi olduğunu başa düşəndə inanacaqdır ki, onlar kimi ictimai mühitlərdə qaynayıb qarışmalı, başqalarının müqabilində danışmaqdan xəcalət hissi keçirməməlidir; bilməlidir ki,  Allah-taalanın insanda qoyduğu “iradə” adlı güclü bir qüvvədən istifadə edərsə, bütün problemlərini həll etməyə qadir olacaqdır.

İnsan Allaha arxalanıb etimad edərsə, özünə də etimadlı olar, insani hədəflər yolunda heç vaxt ruhən sarsılmaz. İnsanın səadəti onun əqidə və əməllərinə bağlıdır, bədbəxtlikləri də özünün xoşagəlməz rəftarlarından irəli gəlir. Düşmənlərinin və ya nadan dostlarının vəsvəsələrinə etina etmədən öz müsbət fəaliyyətlərini davam etdirən bir şəxs qısa bir zaman ərzində müsbət nəticələr alacaq, günbəgün inkişafda olacaqdır. Bunun müqabilində təhqiramiz nəzərlərlə işgüzar fəaliyyətdən soyuyaraq ümidsiz olan bir şəxsin tənbəlliyi və ruhi sarsıntısı günbəgün artacaqdır.

 

3. Məşq etmək

Xoşagəlməz bir adəti və yaramaz vərdişi aradan aparmaq üçün məşq etmək lazımdır. Məsələn, ictimai bəhslərdə iştirak etmək, qrup üzvləri ilə həmkarlıq etmək, öz nəzərlərini irəli çəkmək, söhbət zamanı dinləyicilərin üzünə baxmaq və s. Təbiidir ki, çıxış edənlərin hamısı müəyyən qədər də olsa, çıxışın əvvəlində sizin malik olduğunuz çətinliklərlə qarşılaşır, hətta tələffüz zamanı zəiflikdən belə, əziyyət çəkir. Amma məşq etməklə və dözməklə öz çıxışındakı nöqsanlı halları aradan qaldırır, yavaş-yavaş məşq etmək və təkrarlamaq nəticəsində utancaqlığı özündən tamamilə uzaqlaşdırır.

 

4. Ümidvar olmaq

Ümidvar olmaq, qəti nəticəyə nail olmaq, qəti bir qərara gəlmək, polad iradəyə sahib olmaq və s. utancaqlıq problemini tamamilə aradan qaldıra bilər. Həzrət Musa (əleyhis-salam)-ın dili dolaşdığı halda Allaha etimad etməklə ictimai fəaliyyətlərində elə qətiyyətli şəkildə zahir oldu ki, hətta düşmənlər bu məsələdən məsxərə üçün istifadə edə, onu siyasi səhnədən və ictimaiyyətdən uzaqlaşdıra bilmədilər. Ümidsizlikdən xilas olmaq üçün çoxlu yollar vardır, onların ən mühümü Allaha təvəkkül etməkdir. İnsan bütün varlıq aləmini yaradan Xaliqə arxalanmaqla, Ona ümid bəsləməklə iradəsizlik, ümidsizlik və tənhalıq kabusundan xilas ola bilər.

 

5. Başqalarının eyib tutmasından qorxmamaq

Dünyada heç kəs ideal və eyibsiz, nöqsansız deyildir. Ağıllı və başa düşən şəxs o insandır ki, eyiblərini aradan qaldırmaq üçün bir tədbir fikrində olsun, nəinki eyiblərini eşitməklə narahat olaraq qorxu hissi keçirsin.

İmam Cəfər Sadiq (əleyhis-salam) buyur: “Dostlarımın ən sevimlisi o kəsdir ki, eyiblərimi mənə hədiyə etsin (desin).”[4]

Eyib və nöqsanlarımız məlum olan zaman, habelə bir şəxs bizə “sənin filan eybin vardır” dedikdə, narahat olmaq əvəzinə sevinib xoşhal olmalı, ona təşəkkür etməli və mümkün olan tez bir zamanda bu eybi islah edib aradan qaldırmaq fikrinə düşməliyik. Buna görə də misal üçün, çıxış edərkən “bəlkə hər hansı bir nöqsanımız zahir olacaqdır” - deyə qorxmamalı, əksinə tam şücaətlə çıxışa başlamalıyıq.

 

6. İctimai ruhiyyədə olmaq

Xəcalət hissini aradan aparmaq üçün ictimai ruhiyyədə olmaq lazımdır və bu da aşağıdakı məsələlərə riayət etməklə mümkün ola bilər:

a) Salam verməkdə qabağa düşmək,

b) Salam verdikdən sonra adət olan kəlmələrlə hal-əhval soruşmaq və qarşı tərəfdən tez bir zamanda ayrılmamaq;

v) İctimaiyyətdə, ev mühitində, məktəbdə, ali təhsil ocağında olan ictimai işlərdə fəal olmaq;

q) Öz bədən üzvlərinə diqqət yetirməmək (əl, ayaq, söhbət tərzi və s.), başqaları ilə və ya böyük bir dəstənin içində söhbət edən zaman fikri nəzərdə tutduğu məsələlərə təmərküzləşdirmək;

q) Fəal, xəcalət hissi keçirməyən yaxşı insanlarla qaynayıb-qarışmaq, ünsiyyət yaratmaq.

7. “Taha” surəsinin 25-27-ci ayələrini tilavət etmək:

قَالَ رَبِّ اشْرَحْ لِي‏ صَدْرِي‏ وَ يَسِّرْ لِي اَمْرِي وَاحْلُلْ عُقْدَةً مِنْ لِسَانِي يَفْقَهُوا قَوْلِي

“(Musa) dedi: Pərvərdigara! Sinəmi (qəlbimi) genişləndir və işlərimi mənim üçün asanlaşdır, dilimdəki düyünü aç ki, sözümü başa düşsünlər!”

Qəlbin genişliyinə malik olmaq hər bir işdə müvəffəqiyyətin əsas şərtidir. İnsan məsuliyyətlərdən qorxmaq və qaçmaq əvəzinə gərək Allahdan kömək istəməklə lazım olan imkan, müqəddimə və vasitələri tədarük görsün.[5] Bu ayədə həzrət Musa (əleyhis-salam)-ın başına gələn hadisə bəyan edilir. O həzrət Allah tərəfindən öhdəsinə qoyulan ağır və məsuliyyətli işdən əsla vəhşət hissi keçirmədi və öz vəzifəsinin yüngülləşdirməsini Allahdan istəmədi; əksinə tam açıq qəlblə onun pişvazına getdi, bu vəzifədə qələbə vəsaitlərini Allahdan istədi. Hər bir mühüm və böyük işdə ilkin qələbə rəmzi yüksək fikir, ayıq və qüdrətli əql və başqa sözlə, “sinənin genişliyi” olduğuna görə Musa (əleyhis-salam) Allaha belə ərz etdi: “Pərvərdigara! Mənim sinəmi genişləndir!” Bu yolda mövcud olan saysız-hesabsız problemlər Allahın lütf və mərhəməti olmadan həll edilmədiyi üçün ikinci mərhələdə Allahdan istəyir ki, işləri onun üçün asanlaşdırsın, yolu üzərində olan problemləri həll edib aradan qaldırsın: “və işlərimi mənim üçün asanlaşdır!” Sonra mümkün olan ən yüksək bəyan qüdrətini Allahdan istəyərək deyir: “Dilimdəki düyünü aç!” Xüsusilə, onun səbəbini belə bəyan edir: “ki, mənim sözümü dərk etsinlər.”[6]

Bu ayənin şəni-nüzulu başqalarının müqabilində danışmaqla əlaqədar olsa da, xəcalətin müalicəsi üçün də təsirlidir. Ayəni tilavət etdikdən sonra Allaha təvəkkül etmək, ictimai şəraitin çətinliyindən və başqalarının lağa qoyub məsxərə etməsindən qorxmamaq və s. kimi işlərdən də istifadə edir və xəcalət hallarında bu ayəni oxumaqla ondan ibrət dərsi alırıq.

 


[1] Utancaqlığın kökləri və amilləri barədə əlavə məlumat almaq üçün bu görünüşə bax: “Xəcalət və utancaqlığın kökləri və amilləri”, sual 24979 (sayt: fa1715)

[2] “Biharul-ənvar”, 58-ci  cild, səh. 65: النَّاسُ مَعَادِنُ كَمَعَادِنِ الذَّهَبِ وَ الْفِضَّة

[3] Quran bu barədə buyurur:  اِنَّ اللهَ لاَ يُغَيِّرُ ماَ بِقَوْمٍ حَتَّي يُغَيِّرُوا مَا بِاَنْفُسِهِمْ “Həqiqətən, bir qövmün özü öz vəziyyətlərini dəyişməyincə Allah onların vəziyyətini dəyişməz.” (“Rəd”  surəsi, ayə:  11)

[4] “Biharul-ənvar”, 71-ci cild, səh. 282; “Mizanul-hikmət”, “eyb” kəlməsi, nömrə 14684:

أَحَبُّ إِخْوَانِي إِلَيَّ مَنْ أَهْدَى عُيُوبِي إِلَيَّ

[5] “Nur” təfsiri, 7-ci cild, səh. 337

[6] “Təfsiri-nümunə”nin müntəxəbatı, 3-cü cild, səh. 116

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Aya mən edə bilərəm İslami bank qayda qanunlarını icra etməyən bankdan səham alım?
    5106 Nizamlar hüquq və əhkam 2011/11/12
    Sizin sualınızın araşdırmasında əziz mərcəyi təqlidlərin dəftərlərindən aşağıdakı cavablar alınmışdır: Həzrəti ayətullah- ul- üzma Xameyi (Allah izzətin artırsın)Edə bilmərsiniz. Həzrəti ayətullah- ul- üzma Məkarim şirazi (Allah izzətin artırsın)İcazə verilmir Həzrəti ayətullah- ul- üzma Safi Gülpayqani (Allah izzətin artırsın)Riba (sələm) ilə gəliri olan müəssisələrdən səham ...
  • Kərbəla şəhidlərinin cəsədləri neçə gündən sonra və kimlər tərəfindən dəfn olunubdur?
    11097 تاريخ بزرگان 2011/05/30
    Tarix və məqtəl kitablarının yazdığına əsasən, İmam Hüseyn (ə)- ın pak bədəni və Kərbəla şəhidlərinin pak cəsədləri, Məhərrəmin on ikinci gününün sonu (on üçüncü gecə) Kərbəla yaxınlığında çadır qurub və orada yaşayan Bəni Əsəd qəbiləsinin bir dəstəsi tərəfindən dəfn olunmuşlar. ...
  • Siz şiələr əgər, Müaviyənin saxta hədis istehsal edən fabriki olduğunu deməyiniz doğrudursa, əhli-təsənni mənbələrində Müaviyə və Yezid haqqında neçə təriflənmiş hədis var və ən azı birinin ünvanını mənə verə bilərsizmi?
    6425 Hədis elmləri 2015/05/27
    Müaviyənin haqqında saxta hədislərin mövzusunda heç bir şəkk yoxdur. Alimlərdən bir dəstəsi məslən, İbn Həcər kimiləri Müaviyənin fəziləti haqqında "Təthirul-cinan vəl-lisan" adlə xüsusi kitab yazmış, bir dəstə sünnü alimləri isə Müaviyənin tərifləmədiyinə görə şiə ünvanı ilə ittiham olunmuşlar. Amma, bişirilmiş bu şorba o qədər duzlu olub ki, ...
  • İslam və xristiyanlıqda mənəviyyatın fərqləri?
    8516 Təzə kəlam 2011/10/04
    Hər bir dində mənəviyyatın dəyər və etibarı, həmin dinin dəyər və etibarı ilə birbaşa əlaqəsi vardır. Xristiyanların özlərinin də etiraf etdiyinə görə xristiyan dininin mənbələri ağıla zidd təlimlərlə zəngindir. Təbii ki, belə mənbələrdən götürülən mənəviyyat bir çox kənara çıxmalarla müşahidə olunacaqdır. Bu islamla xristiyanlıq arasında olan ən mühüm ...
  • Xums nədir və hansı yerlərdə aiddir?
    21179 Nizamlar hüquq və əhkam 2014/05/22
    Xums lüğətdə beşdə bir mənasındadır. Şəri termində isə əkinçilikdən, sənətdən, ticarətdən, təhqiqatdan və ya hər yolla ələ gətirilən gəlirdən beşdə birini Allaha xatir ayrılması və lazımı yerə çatdırılması deməkdir. Xums İslamda vacib əməllərdən biridir və Quranda onu cihad hökmü ilə birgə gəlmiş[1] və əhəmiyyətinə ...
  • İmam Hüseyn (ə)- ın Dəməşqdə üç ya dörd yaşında dünyadan gedən Rüqəyyə ya Səkinə adlı qızı olubmu?
    11698 تاريخ بزرگان 2011/12/25
    Tarixçilərin çoxu kitablarında imam Hüseyn (ə)- ın Rüqəyyə, Fatimeyi- Suğra və ya digər adda azyaşlı qızının olmasına ad çəksələr də, amma kitabların bəzisində bu balaca qızın həyatı və şam xarabalığında onun qəmli əhvalatı bəyan olubdur. Bizim tarixi və rəvayi mənbələrdə bu məsələyə sübutlar da var. Biz nümunə olaraq onların ...
  • Nə üçün Peyğəmbər və imamlar, özləri hədis kitabı yazmamışdırlar?
    9690 Hədis nəql edənlər 2012/01/16
    İslam Peyğəmbəri Allahın istəyi və bəzi məsləhətlər üzündən o dərs oxumamış və heç bir zaman müəllim yanına getməmiş və o cümlədən kitabda yazmamışdır. Allahın bu məsləhətinin də səbəbi tamami ilə məlumdur. O həzrətin Quran adlı kitabı əbədi möcüzədir və dərs oxuyub yazan bir şəxs üçün bir kitab gətirmək çətin vəmümkün ...
  • Dini və qeyri-dini məktəblər arasında nə kimi fərqlər vardır?
    8479 Nəzəri əxlaq 2012/04/19
    Əvvəldə xatırlatmaq lazımdır ki, islam dini ilə təhrif olunmamış digər dinlər arasında əsas oxşarlıq və müştərək cəhət – yer üzündə tövhid və Allaha pərəstişin bərqərar edilməsi, insanların Allahdan başqasına pərəstiş və bəndəlikdən xilas olmasıdır. Quranda buyurulur: “Biz hər bir ümmətdə bir peyğəmbər göndərdik ki, (camaata) “Yeganə Allaha ...
  • Şeytanın hədəf və proqramları nədir?
    8410 Qədim kəlam 2011/02/14
    1. İnsanları düz yoldan çıxarmaq. 2. İnsanları bidət və xuafatlı əməllərə dəvət etmək. 3. İnsanları Allahın yaranışında dəyişiklik etməyə məcbur etmək. Bunlar Quranda şeytana nisbət verilən hədəf və proqramlardır. ...
  • Faruq və Siddiqin mənası nədir və nə vaxtdan yayılmağa başlamışdır?
    12453 Fiqh tarixi 2012/03/14
    Şiənin inancına əsasən, Faruq və Siddiq ləqəbləri Peyğəmbər (səlləllahu əleyhi və alih) tərəfindən Əli (əleyhimus-salam)-a verilmiş ləqəblərdir. “Faruq” kəlməsi haqq ilə batilin arasında fərq qoyan “fərq” kökündən, “Siddiq” isə həddindən artıq düz danışan mənasına olan “sidq” kökündən alınmış sifətin mübaliğə formasıdır. Əlbəttə, bəzi sünnü mənbələrində Peyğəmbərə istinadən ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    163776 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    158748 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    118651 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    111742 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    105171 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    92469 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54065 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    49040 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    44829 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    44262 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...